Xəbər lenti
21/09/2019 [14:57]:
“Bu gün hökumət uşaqpullarını verə bilmirsə, heç olmasa...”
21/09/2019 [14:54]:
Əli Əhmədov: "Ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içində hiss edir"
21/09/2019 [14:48]:
ADU-nun tələbələrinə ŞAD XƏBƏR: 10 nəfər xüsusi təqaüd alacaq
21/09/2019 [14:44]:
Tanınmış cərrahdan Ali Məhkəmənin mətbuat katibinə CAVAB MƏKTUBU...
21/09/2019 [14:29]:
"Hakim “Leş Tofiq”ə bəraət qazandırsa, nə qədər ömrüm var onu biabır edəcəm..."
21/09/2019 [14:28]:
Mətbuat və siyasətçilər "Əsrin müqaviləsi" barədə nə deyirdilər?
21/09/2019 [14:26]:
“UNEC ikili diplom proqramları” sərgisi keçirildi
21/09/2019 [14:24]:
Prezident icra başçısını ordenlə təltif etdi
21/09/2019 [14:09]:
Olimpiya çempionumuz Tokio Olimpiadasına vəsiqə qazandı
21/09/2019 [13:58]:
O vaxt T.Qasımov Minsk Qrupuna niyə razılıq verdi? - E.Namazovdan eşitmədikləriniz
21/09/2019 [13:50]:
“Xeyrixahlıq özündə artıq olanı deyil, özünün möhtac olduğunu paylaşmaqdır”
21/09/2019 [13:43]:
Regionlarda qadınlar sahibkarlıq fəaliyyətinə maraq göstərir
21/09/2019 [13:28]:
Bülbüllərin toyu...
21/09/2019 [13:24]:
“Bu cür adamlara demişdim ki, klassiklərimizə sürtüşməyin, yoxsa onlardan hamilə qalarsınız...”
21/09/2019 [13:23]:
"AzTV dən hər zaman barıt qoxusu gəlməlidir, Rövşən Məmmədov bunu bacaracaqmı?"
21/09/2019 [13:21]:
Bakıda Avropa Hərəkatı prezidentinin evi ikinci dəfə yandırıldı - VİDEO
21/09/2019 [13:15]:
Xəzərdə üzən bütün gəmilərə küləkli hava ilə bağlı xəbərdarlıq edildi
21/09/2019 [13:00]:
Aktrisa yataq təcrübələrinin son evliliyini necə məhv etdiyindən danışdı
21/09/2019 [12:59]:
İTV-nin sabiq əməkdaşı faciəli şəkildə öldü
21/09/2019 [12:58]:
Rusiya yeni raket sınağı ilə dünyanı qorxuya saldı - VİDEO
21/09/2019 [12:57]:
Ermənistan cəbhənin Qazax bölgəsində təxribat törətdi - FOTO
21/09/2019 [12:56]:
Alma bağlarına görə 800 manat subsidiya veriləcək
21/09/2019 [12:54]:
İstanbulda tank zavodunda baş verən partlayışdan dəhşətli görüntü - VİDEO
21/09/2019 [12:50]:
Xızıda kişi polisləri silahla hədələdi - Evi cəbbəxana imiş
21/09/2019 [12:48]:
Özcan Dəniz xəstə bacısından imtina etdi
21/09/2019 [12:41]:
Elçin Şıxlı İTV-də işə başladı - FOTO
21/09/2019 [12:38]:
"Yüngül plastik torbaların dövriyyədən çıxarılması razılaşdırma mərhələsini keçib"
21/09/2019 [12:38]:
“Alkoqollu içkinin təhlükəsiz dozası olmur...”-Kardioloji mütəxəssis...
21/09/2019 [12:32]:
Eks-xarici işlər naziri: “Azərbaycanın da İsraildə səfirlik açmasının vaxtı çatıb”
21/09/2019 [12:29]:
İran Prezidenti ABŞ-a gedəcək
21/09/2019 [12:27]:
Səudiyyəyə hücumun qarşısını heç bir sistem ala bilməzdi - Danford
21/09/2019 [12:26]:
Xəzərdə dalğanın hündürlüyü 2,3 metrə çatıb - FAKTİKİ HAVA
21/09/2019 [12:18]:
"Qadına şiddət göstərən kişi Milli hərəkatın sıralarına alına bilməz"
21/09/2019 [12:14]:
Güclü küləklə bağlı daha bir qurumdan - Xəbərdarlıq
21/09/2019 [12:09]:
“Bir çox hallarda neft xoşbəxtlik gətirmir, faciə gətirir” - Prezident
21/09/2019 [12:05]:
Avropa İttifaqından təklif: "Plastik torbalar ödənişli olsun"
21/09/2019 [11:49]:
İğdırdakı Azərbaycan sevdalı ailənin dramı: Bacı - qardaş Azər və Baycan
21/09/2019 [11:41]:
Tramp Zelenski ilə görüşəcək - BMT Baş Assambleyası çərçivəsində
21/09/2019 [11:39]:
Mübariz zirvəsi və yeni Nuru paşalar...
21/09/2019 [11:36]:
Özbəkistanda parlament seçkilərinə start verilib - Beş siyasi partiya iştirak edəcək
21/09/2019 [11:34]:
Azərbaycanlı karateçi ermənini məğlub edərək qızıl medal qazanıb - FOTO
21/09/2019 [11:18]:
Cennifer Lopezin QADAĞAN olunduğu yeni filmindən görüntülər - VİDEO
21/09/2019 [11:17]:
“İstəyirik ki, qurultayda əxlaq komissiyasını təsdiq edək ki...”
21/09/2019 [11:15]:
Qənirə.Paşayeva Tovuzda sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb
21/09/2019 [11:08]:
Ermənilər Putinin qarşısında Azərbaycan yallısı oynadı: Polad mahnımızı oxudu - VİDEO
21/09/2019 [10:54]:
Messi özünün geyim brendini yaratdı
21/09/2019 [10:51]:
Kredit borcuna görə bütün ailəsini qətlə yetirdi - VİDEO
21/09/2019 [10:47]:
Paşinyanın yalanları dalana dirənir - Həyatı təhlükədə olanlar etiraz edir
21/09/2019 [10:45]:
“Bu sevgi mənə o qədər stimul verir ki...”
21/09/2019 [10:43]:
Kərbəlada partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB
21/09/2019 [10:42]:
İMF növbəti illər üçün neftin orta illik qiymətlərinin proqnozlarını açıqlayıb
21/09/2019 [10:34]:
Ermənistanın  təzək tüstüsündə xörək bişirilən kəndində...-FOTOLAR
21/09/2019 [10:33]:
“Yadplanetlilərin bölgəsi”nə yürüş festivala çevrildi - FOTOLAR
21/09/2019 [10:31]:
İrəvandan Tehrana erməni silləsi: İsrailin qucağına qaçanlara tutarlı cavab veriləcəkmi?
21/09/2019 [10:30]:
Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTO
21/09/2019 [10:23]:
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
21/09/2019 [10:21]:
Gün ərzində törədilmiş 13 cinayətin üstü “isti izlər”lə açıldı
21/09/2019 [10:20]:
Dövlət katibi Qarabağ münaqişəsi haqqında: "Yüksək səviyyədə görüşləri alqışlayırıq"
21/09/2019 [10:17]:
Məşhur basketbolçudan şok etiraf: “Madonna məndən hamilə qalmaq üçün 20 milyon dollar təklif etdi”
21/09/2019 [10:06]:
"Özündən zəifə zor göstərənin özünü insan hesab etməyə haqqı yoxdur!"
21/09/2019 [10:04]:
"Əgər valideyn fədakarlıq etməyib qızını satıb canını qurtarmaq istəyirsə..."
21/09/2019 [10:01]:
“İnterpol”un axtardığı “Akula Akif” Bakıda məhkəmədə 7 milyon dollar "uddu"...
21/09/2019 [08:40]:
Fransanın 1 milyondan çox əhalisi olan əyaləti erməni işğalındakı Hadrutla dostlaşdı...-FOTO
21/09/2019 [07:29]:
Yazıçı müsəlmanlara qarşı  nifrət aşıladığına görə cəzalandırıldı... 
21/09/2019 [06:43]:
İmam Hüseynə (ə) xəyanət edən  ilk şəxs kim oldu?..
21/09/2019 [01:26]:
Tramp İrana qarşı “ən yüksək səviyyəli sanksiya” tətbiq etdi: "Uşaqlar, başlayın..."
21/09/2019 [00:41]:
Nazirlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ
21/09/2019 [00:40]:
Rusiya Ermənistanla dəmir yolu əlaqəsini kəsir
21/09/2019 [00:01]:
HDP həmsədri Səlahəddin Dəmirtaşın 4 il 8 aylıq həbsinə qərar verildi
21/09/2019 [00:00]:
Azərbaycanlı müğənni “Rihannasayağı” pozlarına görə tənqid edildi - FOTOLAR
20/09/2019 [23:59]:
Günəş sistemində partlayış
20/09/2019 [23:57]:
Ermənistan Qarabağda hərbi təlimlər keçirəcək - danışıqlardan bir gün sonra
20/09/2019 [23:57]:
Aşıqlar Elnarə Abdullayevanı dediyi "Xanımdan aşıq olmaz" sözünə peşman etdi - VİDEO
20/09/2019 [23:14]:
Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir
20/09/2019 [23:07]:
Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası - QANUN DƏYİŞİR
20/09/2019 [23:03]:
Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək- VİDEO
20/09/2019 [22:59]:
Dağıstanda həbsxanada məhkumlar qiyam qaldırdı - VİDEO
20/09/2019 [22:57]:
“Bu, yeni ərimdir” deyib, oğlumun qarşına çıxa bilmərəm” – FOTOLAR
20/09/2019 [22:53]:
Xırdalanda 7 yaşlı uşağı maşın vurdu
20/09/2019 [22:09]:
Mələk Heydərovadan bikinili FOTOLAR -(18+ layihə…)
Bütün arxiv bir sırada
24/05/2019 [12:41] - Cəmiyyət - ( 2879 dəfə baxılıb)

Tanrının 54 gün sonra göndərdiyi mükafat - FOTOLAR + VİDEO



Mayın 23-ü atamın erməni mühasirəsindən çıxdığı gündür.

1993-cü ildə 54 gün davam edən ayrılığın, həsrətin, nisgilin bitdiyi gündür 23 may. Həmin gün Tanrının bizi – Laçın rayonunun ucqar Oğuldərə kənd məktəbinin Moskva və Bakıda ali təhsil almış müəllimi Əli Əliyevin 6 körpə balasını, ahıl anasını, zəhmətkeş həyat yoldaşını, qardaş dərdindən dodaqları cadar-cadar olan qardaşını, bacılarını – unutmadığına əmin olmuşdum. Torpağımızı, evimizi, bütün var-dövlətimizi itirməyimizə baxmayaraq biz Tanrının nəzərində və pənahındaydıq. Böyük Yaradan bizə rəhm etmişdi, atamızı sanki qeybdən yenidən yaratmışdı.

Bəli, məhz qeybdən yaratmışdı. Axı 54 gün atamı gördüm deyən olmamışdı. Tanrı atamı 54 gün balalarından, doğmalarından gizlətmişdi, amma bu rəhmli, düşmən gülləsindən qorumaq niyyətli və sonu sevinclə bitən gizlətmək idi. Elə bir gizlətmək ki, 54 gün Laçın, Kəlbəcər, Gorus dağlarında düşmən atamgili görə bilməmişdi və mayın 23-də günəş bizim üçün doğmuşdu…

Düşmən istilasına məruz qalan, hər şeyi əlindən alınan bir məcburi köçkün ailəsi olaraq bizi qarşıda çox çətin günlər gözləyirdi, bunu da bilirdik. Amma Tanrı bizi bu çətinliklərin öhdəsindən gəlmək üçün həm də mükafatlandırmışdı – atamı 54 gündən sonra bizə bəxş etməklə. Belə də oldu…

Əslində, bizim ailə 24 il mayın 23-nü atamın doğum günü, bayram kimi qeyd edib. Bunun 22-də atam iştirak edib – onu 2016-cı ilin fevralın 14-də avtomobil vurana, komaya düşənə qədər. Atamın iki ad günü isə onun komada olduğu dövrdə təqvimə yazılıb. Biz onu görmüşük, xəstəxana palatasında başına toplanmışıq, çarpayı başında onu bizə yenidən qaytardığına görə Tanrıya şükür etmişik, o, bizi eşidib, atam danışa bilməsə də gözləri ilə Tanrıya minnətdarlığını çatdırıb… Mən bunu görmüşəm. Tanrı da atamı eşidib…

Elə atam və mühasirədə qalan digər 18 nəfər də həmin günü yenidən doğulmaları, əsl ad günləri kimi qeyd edirdilər və bu çox qəribə məclis olurdu. Təsəvvür edin, 1946-cı ildə anadan olmuş insan öz doğum tarixini 1993-cü ilin may ayının 23-dən hesablayırdı və bütün badələr “Yenidən doğulmağımızın şərəfinə” nidası ilə qaldırılırdı…

Mühasirə yoldaşlarının bir-birinə münasibəti də başqa cür olur. Bu nə dostluqdu, nə qohumluq, nə əsgər yoldaşlığı, nə qardaşlıq. Atam və mühasirə yoldaşları bir-birinə sanki tanrıları, xilaskarları kimi baxırdılar.

Biz bu günü – atamın ikinci doğum gününü yenə də qeyd edirik, onunla görüşə gedirik. Zaman və məkan dəyişib… Amma yenə də Yaradana minnətdarlıqla…

1993-cü ilin mayın 23-dəki BÖYÜK mükafatına görə şükrümüz Tanrı dərgahına qədər bizimlə olacaq…

Ata, doğum günün mübarək!

Atam “54 gün erməni mühasirəsində” kitabında yazır:

“İşıqlaşırdı, dan yeri sökülürdü. Çayın qırağında tək ağac, üst tərəfdə isə bir dəmir güclə görünürdü. Əlimdə ağ bayraq tutmuşdum. Hamı bir-birinin ardınca muncuq kimi düzülmüşdü, gedirdik. Postun bərabərinə çatar-çatmaz çağırdıq:

– Ey postdakılar, siz kimsiz? Biz azərbaycanlıyıq. Ermənisizsə, bizə güllə atmayın! Təslimik.

Post cavab vermədi. Bir anın içində başlar göründü və yox oldu. Deməli, keşikçi dəstəsi silahı bizə tuşlayıb, bizi nişan alıb. Hər an güllə açıla bilər və bizi qırarlar. Bizim gizlənməyə, daldalanmağa heç bir yerimiz yoxdu. Çaydan aralı, dağın döşündəydik.

Yenə də çağırdıq:

– Bizə güllə atmayın. Ermənisizsə, sizə təslimik. Bizə güllə atmayın. Biz azərbaycanlıyıq.

Çağıra-çağıra nə qədər cəld yeriyə, qaça biliriksə, o qədər də gedirdik. Post isə cavab vermirdi ki, vermirdi.

Xeyli gəlmişdik, nəhayət ki, postdan cavab gəldi:

– Biz də azərbaycanlıyıq, qorxmayın, gəlin.

Qorxurduq. Hey çağırırdıq:

– Ey qardaşlar, balalar, fikrinizi dolaşdırmayın, bizə güllə atmayın, erməni olsanız, sizə təslimik. Azərbaycanlısızsa, bizə kömək eləyin.

Postdan yenə də cavab gəldi:

– Azərbaycanlıyıq!

Mən təkbir gətirdim:

– Allahu-Əkbər!

Yoldaşlar səsimə səs verdilər:

– Allahu-Əkbər!

– Ya Əli!

– Ya Əli!

Postdan yenə cavab verdilər ki, qorxmayın, gəlin, körpüyə tərəf enin, sizi qarşılayacağıq.

Qorxudan ölürdük, amma nə etmək olar, ayrı çıxış yolu yoxdu. Qazıdərəsi körpüsünə yaxınlaşanda ağ bayrağı, ağ torbanı yerə atdıq. Şakir İsgəndərov cibindən bir milli bayraq çıxartdı, yenə də həmin söyüd ağacına bağladıq, yenə də mən götürdüm və körpüyə tərəf yeridik.

Post nizamnaməyə uyğun hərəkət edirdi. Bir nəfər körpünün biz tərəfində dayanmışdı – ayaq üstdə, avtomat sinəsində, barmağı çaxmaqda. Qalan əsgərlər isə müdafiə yerində gizlənib bizi izləyirdilər.

Əsgər dedi ki, xahiş edirəm inciməyin, qaydalara əməl etməliyəm, kimdə sənəd var, irəli gəlsin. Əlimi qoltuq cibimə saldım və oradan qara üzlük çəkilmiş sovet pasportumu çıxartdım, pasport əlimdə irəli yeridim və həmin əsgərə verdim.

Pasportu açdı. Oxudu və dedi:

– Xoş gəlmisiz.

Əsgər bizi qucaqladı. Əsgərlər bizə tərəf yüyürdülər. Hamı boynumuzu qucaqlayır, bizi öpür, öz doğması kimi qəbul edirdi. Kimi su gətirir, kimi qolumuzdan tutub oturmağa kömək edir, kimi qaça-qaça vaqondan çörək gətirir, kimi siqaret yandırırdı.

Əsgərlər bizi görəndə ağladılar. Biz isə ağlamırdıq. Ağlamaq balaca sözdür. Üzümüz aşağı bəlkə on yerdən yaş axırdı. Sağ qaldığımıza, erməni mühasirəsindən çıxıb özümüzkülərə qovuşduğumuza inana bilmirdik, bizə yuxu kimi gəlirdi. Bir-birimizə gözaydınlığı verirdik.

54 gündən sonra, 1993-cü il mayın 23-də, səhər saat 5.30-da mühasirədən çıxmışdıq”. (novator.az)

İmdad Əlizadə

loading...
loading...
Hansı hallarda böyrəklərin təmizlənməsinə ehtiyac var? - ƏLAMƏTLƏR...
Azərbaycan nefti: Lənət, yoxsa nemət..?
81 yaşlı qadın bankomatdan pulunu oğurlamaq istəyənin “dərsini verdi” - FOTO/VİDEO
Bu ölkədə evlilikdən kənar münasibət qadağan ediləcək - MARAQLI
Qütblərarası savaş və ya dialoq niyə alınmır... - BAXIŞ BUCAĞI
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Müsahibə
“Bu sevgi mənə o qədər stimul verir ki...”
Dünya
16 yaşlı gənci qətlə yetirdilər- Şahidlər polisə zəng etmək əvəzinə, bunu telefona çəkdi-FOTOLAR
Cəmiyyət
“Qalib olacağıma ümidim yox idi, çünki...” - Müsabiqədə birinci yeri tutan kənd müəllimi...
Gündəm
Ermənilər Xankəndidəki xəstəxanaya Belarusda istehsal olunmuş qurğu gətirdi-FOTOLAR
Müsahibə
"Konsertimdən sonra xərçəng xəstəsi olan bir insan sağalıb, bundan böyük savab varmı?"
Həftənin ən çox oxunanları
Seksoloqa 8 vacib sual: Utanıb soruşmadıqlarınız...
“Mənimlə evləndiyi üçün onu Azərbaycana deportasiya etdilər...” - Belaruslu qız...
Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötdü
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
“Ona heç nə olmadı, mənimsə 2 övladım anasız qaldı”: Müəllimin bədbəxt etdiyi xadimə...
"Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi" - Köçəryandan maraqlı etiraf...
"Siz OMON-un özbaşınalıqlarının qarşısını alın, mənim işlərimə qarışmağa ixtiyarınız yoxdur"
25 yaşlı qızı “öldürən” “Maserati” sürücüsü video yaydı
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247