Xəbər lenti
17/08/2019 [18:35]:
İstanbulda leysan həyatı iflic etdi - FOTOLAR
17/08/2019 [18:31]:
İran rəsmisi: "Azərbaycanla kəndlərin inkişafı sahəsində əməkdaşlığa hazırıq"
17/08/2019 [18:02]:
Cinsi münasibətdə yaş fərqi: peşəkar, enerjili partnyor axtarışı və boşanma
17/08/2019 [17:56]:
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət etdi - FOTOLAR
17/08/2019 [17:52]:
Ucarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimir
17/08/2019 [17:50]:
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik etdi
17/08/2019 [17:47]:
"Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır"
17/08/2019 [17:41]:
“Judo Club 2012”nin gənc cüdoçuları Azərbaycan birinciliyinin qalibi oldular
17/08/2019 [17:34]:
“Ermənistan arzusundakı cavabı Kremldən almaya bilər” – “Rusiya soyuqqanlı olarsa...”
17/08/2019 [17:23]:
Öldürdüyü həyat yoldaşının valideynləri Tehranın sabiq merini bağışlayıblar
17/08/2019 [17:21]:
İran rəsmisi: "Azərbaycanla kəndlərin inkişafı sahəsində əməkdaşlığa hazırıq"
17/08/2019 [17:19]:
DİN Bakı Metropolitenində işləmək üçün mülki işçilər axtarır
17/08/2019 [16:56]:
Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR
17/08/2019 [16:38]:
İki min illik "Kleopatra ətirləri" yenidən "canlanacaq"
17/08/2019 [16:15]:
Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi
17/08/2019 [16:13]:
Məktəbli formalarının qiyməti açıqlandı
17/08/2019 [16:00]:
“Fox 8” in müxbiri təyyarə qəzasında öldü - FOTO
17/08/2019 [15:48]:
Bakıda avtomobil yandı - VİDEO
17/08/2019 [15:47]:
“Onun xəstəliyi əfsuslar olsun ki, sonradan öz başıma gəldi...”
17/08/2019 [15:03]:
Nazirlik əlilliyi olan şəxslərlə bağlı proqrama start verdi
17/08/2019 [14:59]:
Polis dövlətin ən etibarlı dayağıdır
17/08/2019 [14:50]:
MTN eyni silahlarla həm sabiq naziri, həm də Pərviz Həşimlini şərləyib- VƏKİL ELTON QULİYEVİN ŞOK ARAŞDIRMASI
17/08/2019 [14:11]:
4 gün iş, 3 gün istirahət – Azərbaycan buna hazırdırmı?
17/08/2019 [14:06]:
Rusiyalı turistlər kəskin azaldı, Kobuleti otelçiləri aksiya keçirdi - kompensasiya tələb edirlər
17/08/2019 [14:03]:
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırdı
17/08/2019 [14:00]:
Azərbaycanda gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17/08/2019 [13:59]:
Rusiyalı oliqarx ABŞ-da basketbol klubunu rekord məbləğə satdı
17/08/2019 [13:41]:
Ata olacaqdı, balıq tutarkən boğulub öldü...
17/08/2019 [13:38]:
Düşmən snayperinin yaraladığı əsgərimizin - FOTOLAR
17/08/2019 [13:36]:
Meyxanaçı Zarina: "Qadın məclisinə getmirəm, mənə sponsorluq edən qələt eləyər" - VİDEO
17/08/2019 [13:32]:
Qubada toy karvanında qəza olub, xəsarət alan var
17/08/2019 [13:30]:
Təhsil Nazirliyi vahid məktəbli forması ilə bağlı məsələyə aydınlıq gətirdi
17/08/2019 [13:28]:
Qız tərəfi oğlan evini güllələdi - Xına gecəsində silahlı münaqişə
17/08/2019 [13:20]:
Erməni dığaları Qarabağda boks rinqi də qurdu...- FOTOLAR
17/08/2019 [13:13]:
Daha bir sex bağlandı: təbii adı ilə quru süddən istifadə edirdilər - FOTOLAR
17/08/2019 [13:10]:
ADAU-da yay semestrinin imtahanları keçirilir
17/08/2019 [13:07]:
Qızını Adnan Oktardan xilas edə bilməyən general atanın fəryadı
17/08/2019 [13:05]:
Dünyanın ikinci bahalı futbolçusunun yeni klubu müəyyənləşdi
17/08/2019 [13:02]:
Trampın almaq istədiyi Qrenlandiyanın qiyməti açıqlandı
17/08/2019 [13:00]:
Küçədə cinsi əlaqəyə girdilər - Sosial şəbəkələrdə görüntüləri yayıldı
17/08/2019 [12:55]:
“Onlar bəzən həyatlarını iradələrindən kənar şərtlər əsasında qurmalı olurlar”
17/08/2019 [12:49]:
Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı
17/08/2019 [12:43]:
Gürcüstanda rüşvətə görə biri məmur olmaqla üç nəfər saxlanıldı
17/08/2019 [12:41]:
Mollanın stolunun altında bomba partladı, Heybətulla Axundzadənin kiçik qardaşı öldü
17/08/2019 [12:38]:
İçki içdi, siqaret çəkdi və rəfiqəsini... - Pərvin Abıyevadan FOTO
17/08/2019 [12:36]:
Rüfət Quliyev: “Varlılara münasibətdə neqativdən pozitivə keçilməlidir, çünki…”
17/08/2019 [12:32]:
Rusiya Xüsusi Təyinatlıları özlərini biabır etdi - FOTO
17/08/2019 [12:28]:
“İki qardaş incəsənətə gəlməyimiz təsadüf olub, heç kim qolumuzu “burmayıb”...”
17/08/2019 [12:26]:
Atambayevin həbs qoyulan əmlakları - Siyahı açıqlandı
17/08/2019 [12:24]:
Bakı metrosunun əsas stansiyaların birində 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatdı
17/08/2019 [12:06]:
AFFA "Qarabağ"ı cəzalandıra bilər - FOTO
17/08/2019 [12:03]:
10 dahinin 100 məhşur sözü...
17/08/2019 [12:02]:
“Yalnız Qarabağı deyil, Zəngəzuru, Göyçəni də azad etmək gücümüz var”
17/08/2019 [12:01]:
Qardaşı qəza keçirən Ayandan ürəkləri sızladan sözlər: "Ayağa qalx!" - VİDEO
17/08/2019 [11:45]:
“Əhali bilsin ki, 40 manatdan baha bal olmur” - Arıçı təbii balın sirlərini AÇDI
17/08/2019 [11:42]:
İstanbulda güclü partlayış: ölən var - FOTO
17/08/2019 [11:39]:
Könüllü cinsi əlaqə yaşı 14-ə endirildi - Belçikada qanunda dəyişiklik - FOTO
17/08/2019 [11:37]:
“Onda hər şey yüksək səviyyədədir...”
17/08/2019 [11:27]:
Elçin Quliyev müğənni Elnarəyə medal verdi: "Qürur və şərəf duyuram" - FOTO
17/08/2019 [11:25]:
Xəzərdə itkin düşən pilotumuz Rəşad Atakişiyevin toyda oynadığı GÖRÜNTÜLƏR - VİDEO
17/08/2019 [11:23]:
Nikah müayinələri hansı xəstəlikləri üzə çıxarıb? - STATİSTİKA
17/08/2019 [11:12]:
Qənirə Paşayeva Kamerun, Nigeriya və Konqonun qadın nazirləri, millət vəkilləri ilə görüşdü
17/08/2019 [10:59]:
Rusiya-ABŞ nüvə müharibəsi: Günəşə həsrət qalacağıq
17/08/2019 [10:56]:
Zelenskinin ofisindəki şəkillər diqqət çəkdi - FOTOLAR
17/08/2019 [10:52]:
Gecəni nurlandıran gerçək xəyallar...
17/08/2019 [10:50]:
Azərbaycana gətirilən hibrid və elektrik avtomobillərə görə gömrük güzəşti edilə bilər
17/08/2019 [10:48]:
Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? - VİDEO
17/08/2019 [10:44]:
“Doğma insanları itirdikcə elə bil siqnal gəlir ki, Əli, hazırlaş sən də gedəcəksən...”
17/08/2019 [10:42]:
Partladılan məsciddən fotolar
17/08/2019 [10:35]:
Azərbaycanda narkotacirlərin və narkoman qadınların sayı artdı
17/08/2019 [10:34]:
18 yaşlı piyada yolu keçmək istədi, "VAZ"a hədəf oldu
17/08/2019 [09:47]:
Odessada hotel yandı: 8 ölü, 10 yaralı
17/08/2019 [09:45]:
Qurban bayramında böyrəyini oğluna “qurban verdi” - İBRƏTAMİZ...-FOTOLAR
17/08/2019 [09:45]:
İlhamə ölümündən öncə Flora haqda bunları demişdi... – Video
17/08/2019 [09:43]:
Qarabağ düyününə vurulan düyün: müharibənin tətiyi çəkilir?
17/08/2019 [09:41]:
“Müdafiə naziri dedi ki, Prezident Aparatını bombalatdıracaq” - sabiq baş nazir 26 il öncənin müdhiş sirlərini açır
17/08/2019 [09:41]:
Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasında yanğın oldu
17/08/2019 [09:35]:
Rusiyalı hərbi ekspertlər Azərbaycan qüvvələrinin Qazax istiqamətində irəliləməsi haqda - "Müharibə riski artır..."
17/08/2019 [09:31]:
Qafar Çaxmaqlı: “Türkiyədə təbliğat işində ermənilərə uduzuruq”
17/08/2019 [09:29]:
İldırım 5 nəfərin həyatına son qoydu
Bütün arxiv bir sırada
24/05/2019 [15:26] - Siyasət - ( 990 dəfə baxılıb)

"Ermənilər “qarabağlı”lardan xilas olmaq üçün hakimiyyət dəyişikliyi etdi"



Ermənistan bölgənin araqarışdıran, sabit olmayan ölkəsidir. Mövcudluğunu belə davam etdirməsi, qonşu dövlətlərə qarşı əsassız və istinadsız olaraq ərazi iddiası onun pozuculuq fəaliyyəti ilə məşğul olmasını da təsdiqləyir. Belə vəziyyəti ilə Ermənistan Cənub Qafqazın Qərbə inteqrasiyasını əngəlləyir, üçüncü qüvvələrin bölgədə maraqlarının təmin olunmasına, sabitliyi pozmasına, regionun təhlükəsizliyinin təhdid olunmasına yardım edir.

Yeri gəlmişkən, Ermənistanın işğalçı və soyqırım törədən dövlət kimi tanınmasında başlıca rol oynayan, bölgədə başqa dövlətlərin maraqlarının təmin olunmasının əsas ifaçısı keçmiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğvi ölkədəki vəziyyəti bir daha ifşa etdi. Məlum oldu ki, Ermənistanın məhkəmə orqanları xarici dövlətin nəzarəti altındadır və onun tapşırıqlarını icra edir. 

Məhz 2016-cı ilin aprel döyüşü bu ölkənin hərbi qüdrəti barədə yaradılan mifi dağıtdı. Bu, Ermənistan cəmiyyətində və hakimiyyətində parçalanma yaratmışdı. 2018-ci ilin hakimiyyət dəyişikliyi ilə nəticələnən hərəkat parçalanmış erməni cəmiyyətini toparlamağa müəyyən mənada nail ola bilmişdi. Məhkəmə binalarının qarşısında keçirilən piketlər isə Ermənistan cəmiyyətinin parçalanmış halını göstərdi. Etiraz aksiyasında iştirakçıların azlığı, Avropaya inteqrasiyaya qarşı çıxışlar, Ermənistanda və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki ermənilər arasında maraqların toqquşması, ziddiyyətlərin artması erməni cəmiyyətinin birliyi mifinin dağılmasını təsdiq edən faktlardır. Məlum oldu ki, Qarabağda yaşayan ermənilər Ermənistanda başlıca güc sahibidirlər. Koçaryanın zaminə buraxılması bunu göstərdi. Ermənistanın müstəqilliyi 28 ilə yaxındır bərpa olunub. Bu müddətin 20 ilində hakimiyyətə Azərbaycan vətəndaşı olmuş ermənilər başçılıq edib. Robert Koçaryan 1998-2008-ci illər, Serj Sarqsyan isə 2008-2018-ci illərdə Ermənistanın prezidentləri olublar. İkincisi 2018-ci ilin 17-23 aprelin beşgünlük baş nazir vəzifəsini də icra edib. Sarqsyan hətta Ermənistanın milli təhlükəsizlik naziri də olub. Qarabağdan olan keçmiş Azərbaycan vətəndaşları Ermənistanda müxtəlif vəzifələrdə olublar. Məsələn, keçmiş müdafiə naziri Seyran Ohanyan, Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi Movses Akopyan və s. Bu siyahını uzatmaq da olar. Belə çıxır ki, Ermənistanda dövləti idarə etmək üçün kadr olmayıb, yaxud ən etibarlı kadrlar Azərbaycanın keçmiş vətəndaşlarıdır.

Əslində, Ermənistan cəmiyyəti “qarabağlı” ermənilərdən xilas olmaq üçün 2018-ci ildə hakimiyyət dəyişikliyi elədi. Görünür, onların bundan artığına gücləri çatmadı. Azərbaycanın keçmiş vətəndaşları Ermənistanda əsas söz sahibi olaraq fəaliyyət göstərirlər. Onların fəaliyyəti isə erməni cəmiyyətinin parçalanmasını dərinləşdirir. Bunu artıq hakimiyyətdə olanlar da etiraf etməyə başlayıblar. Ermənistanda çıxan “Past” qəzetinin yazdığına görə, baş nazir Nikol Paşinyan ermənilər arasında parçalanmanın yaranmasını araşdırmaq üçün güc strukturlarına tapşırıq verib. Bildirilib ki, Qarabağda ermənilər arasında Ermənistan hakimiyyətinin “Qarabağ ermənisi” və “Ermənistan ermənisi” yarlığı vurduğuna dair söz-söhbət dolaşır. Bunun da yersiz olmadığı təsdiqlənir. Məlum olub ki, “Qarabağ erməniləri” də Ermənistan ermənilərini sevmir. Nikol Paşinyan ermənistanlıdır. “Jamanak”ın yazdığına görə, Qarabağdan olan “generallar” Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək istəyirlər: “Bir neçə gün əvvəl Ermənistanın tanınmış oliqarxları və Qarabağdan olan "generallar" bir villaya toplaşıblar. Görüşü Samvel Karapetyan (separatçı rejimin “müdafiə nazirinin keçmiş müavini” - red.) təşkil edib. İştirakçılar Nikol Paşinyan hökumətini devirmək üçün əllərindən gələni edəcəklərinə and içiblər. Görüşdə Samvel Aleksanyan (sahibkar, keçmiş hakim Respublikaçılar Partiyasından deputat, Ermənistana qənd və bitki yağlarının idxalı ilə məşğuldur - red.) da iştirak edib”.

Deməli, Nikol Paşinyan və Ermənistan erməniləri vəziyyətə nəzarət etməsə, yeni sürpriz hadisələrin baş verəcəyi ehtimalı az deyil. Bu həm də onu göstərir ki, Qarabağın işğalında oynadığı rol Ermənistanın müstəqil dövlət olmasına qarşı işləyib. Başqa sözlə, bu ölkədəki hakimiyyət, Qarabağla bağlı erməni iddiaları Ermənistanın müstəqilliyinə əngəl olub. Ermənistan iqtisadiyyatının Rusiyadan asılılığı, ölkəyə edilən yardımlara “Qarabağ ermənilərinin” şərik çıxması, xarici siyasət kursunda problemlər, ölkə əhalisinin daim vahimə və xof içində yaşaması, ictimai, siyasi və iqtisadi sabitliyin olmamasının başlıca amili ermənilərin Azərbaycan torpaqları ilə bağlı iddiası, işğalçılığıdır.

ABŞ-ın məşhur “Gallup” beynəlxalq sosial araşdırma şirkətinin apardığı (“Gallup International Association”) sosial araşdırmadan bəlli olub ki, Ermənistanda vətəndaşların vacib problemi Qarabağ məsələsi deyil, işsizlikdir. Rəyi soruşulanların 45 faizi işsizliyi Ermənistanın başlıca problemi olduğunu söyləyib. Respondentlərin 40,5 faizi ölkədəki iqtisadi vəziyyətin düzəlməsinə üstünlük verib. Rəyi soruşulanların 26,8 faizi isə təqaüd və əməkhaqlarının az olmasından şikayət edib. Respondentlərin 26,1 faizi isə Qarabağ məsələsini Ermənistanın vacib problemi sayır. Rəyi soruşulanlar emiqrasiya, korrupsiya və terroru da ölkənin başlıca məsələləri sırasında qeyd ediblər. Araşdırma nəticəsində o da məlum olub ki, ölkə əhalisi psixoz vəziyyətdədir. “Gallup” şirkəti müəyyən edib ki, sakinlərin 45 faizi sorğunu kin, qıcıq və streslə cavablandırıb.

Nəhayət, Nikol Paşinyan və onu dəstəkləyən siyasi qüvvələr daha çox qərbyönlülərdir. “Qarabağ erməniləri” isə birmənalı olaraq, Rusiyasevər və Rusiya təmayüllüdürlər. Onda sorğunun nəticələrindən belə çıxır ki, Ermənistan erməniləri Qərbə inteqrasiyaya üstünlük verir və onlar üçün Azərbaycan torpaqlarının işğalı elə də prioritet deyil. Habelə ölkədə sabitliyi pozanlar isə “Qarabağ erməniləri”dir. Onlar həm də Ermənistanın inkişafının qarşısını alır. Son bir ildə baş verənlər onu da sübut edib ki, Dağlıq Qarabağın işğal altında saxlanması Ermənistanın beynəlxalq nüfuzuna da zərbə vurur. Artıq bu reallığı havadarları da inkar etmir. Deməli, Qarabağ məsələsi və “Qarabağ erməniləri” Ermənistanın müstəqilliyinin təhdid edilməsi üçün əsas alətə çevrilib. Çıxış yolu da yox deyil. Bu yol Ermənistanın Qarabağın işğalından əl çəkməsindən, qonşulara yersiz və əsassız ərazi iddiaları irəli sürməkdən imtinasından, başqalarının əlində alət olmaqdan qurtulmasından, hikkə və kindən xilas olmasından keçir. Bu yolu tutan Ermənistan isə, ilk növbədə, bölgə üçün dövlətin, əlin pozuculuq fəaliyyəti ilə məşğul olmasının qarşısını alar, Cənubi Qafqazın Qərbə inteqrasiyasını sürətləndirər. Hələlik isə Ermənistan bu yoldan uzaqdır. Dağlıq Qarabağın işğalı və “Qarabağ erməniləri” ölkənin müstəqilliyini, suverenliyini təhdid edir.

Sədrəddin Soltan, politoloq

loading...
loading...
Liberiyalı senator maaşının çoxunu yerli xalqa paylayacaq - MARAQLI
Hesabın çox gəlməsinə qəzəbləndi, bara hücum etdi - AĞLASIĞMAZ...+ VİDEO
Mədəaltı vəzi xərçənginin 10 ilkin əlaməti: HƏKİMLƏRDƏN XƏBƏRDARLIQ...
Mehri-Bakı qatarına bilet, sərhəddə pələng vahiməsi, İrəvana kefə gedən azərbaycanlılar...
Ali Baş Komandan Elçin Quliyevi 1-ci dərəcəli "Rəşadət" ordeni ilə TƏLTİF ETDİ
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Fox 8” in müxbiri təyyarə qəzasında öldü - FOTO
Dünya
Rusiya Xüsusi Təyinatlıları özlərini biabır etdi - FOTO
Cəmiyyət
10 dahinin 100 məhşur sözü...
Cəmiyyət
“Onda hər şey yüksək səviyyədədir...”
Maraqlı
Bu bitkinin yağı süd vəzilərini inanılmaz ölçüdə böyüdür: Yeniyetmə qızlar istifadə etsə...
Həftənin ən çox oxunanları
Məleykə Abbaszadədən 800 ailəyə bir ömür boyu unutmayacaqları bayram hədiyyəsi...
Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan dəhşətli görüntülər - VİDEO
Əsgərlərimizdən düşmənə əsl Qurban Bayramı "hədiyyəsi"...
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Məleykə Abbaszadədən 800 abituriyentə misilsiz xeyirxahlıq...
Düşmənin müdafiə naziri Azərbaycana yalvardı: “Dayandırın...”
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
Naxçıvanın keçmiş daxili işlər nazirinin Bakıda obyekti "tapıldı"... - FOTOLAR
"Prezident məhz bu keyfiyyətləri nəzərə alıb onu çökməkdə olan sistemin başına gətirdi"
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)