Xəbər lenti
19/09/2019 [23:02]:
ABŞ Həsən Ruhaniyə və İranın XİN rəhbərinə viza verib
19/09/2019 [23:00]:
"Qarabağ" "Sevilya"ya Bakıda böyük hesabla uduzdu - YENİLƏNİB
19/09/2019 [22:23]:
Üç nəfəri avtomobil vurdu: biri azyaşlıdır
19/09/2019 [22:12]:
Erkan Özoral: "Türkiyədən Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması xəbəri həqiqəti əks etdirmir"
19/09/2019 [21:52]:
Alman jurnalistlər “İŞİD”-çilərin saxlanıldığı  türmədən reportaj hazırladı - FOTO+VİDEO
19/09/2019 [21:34]:
ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır
19/09/2019 [21:33]:
“Qarabağ” İspaniya La Liqasının liderinə qarşı - YENİLƏNİB
19/09/2019 [21:20]:
Bakı Nəqliyyat Agentliyi niyə tənqid edilir: İctimai qınağı körükləyənlərin niyyətləri...
19/09/2019 [20:43]:
Buzovnada zəncirvari yol qəzası olub, 4 nəfər yaralanıb
19/09/2019 [20:42]:
"Atəşgah" sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb - FOTO+VİDEO
19/09/2019 [20:40]:
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib - SİYAHI
19/09/2019 [20:38]:
“Qarabağ” - “Sevilya” oyunu üçün heyətlər açıqlandı
19/09/2019 [20:35]:
Müdafiə xərclərinin artması yeni silahların alınması mənasına gəlmir - AÇIQLAMA
19/09/2019 [20:34]:
Kərim Kərimova Prezidentin fərdi təqaüdü təyin olundu
19/09/2019 [20:32]:
Bu ölkədə evlilikdən kənar münasibət qadağan ediləcək - MARAQLI
19/09/2019 [20:31]:
18 yaşlı qızı qaçıran, onu atıb, başqası ilə evlənən meyxanaçı: İndidə də modellə... – FOTOLAR
19/09/2019 [20:26]:
Adnan Oktar hakim qarşısında: “Bizdə qəyyumluq sistem var”
19/09/2019 [20:24]:
Məşhur sosial şəbəkə ulduzu avtomobil qəzasında öldü - VİDEO
19/09/2019 [20:19]:
Xırdalanda 4 yük avtomobili yandı
19/09/2019 [20:17]:
Bərdədə yol kənarında dayanan piyadanı avtomobil vurdu
19/09/2019 [20:15]:
Ermənistanda Konstitusiya Məhkəməsi hakiminin impiçment prosesi başladı
19/09/2019 [20:08]:
Qütblərarası savaş və ya dialoq niyə alınmır... - BAXIŞ BUCAĞI
19/09/2019 [20:08]:
Köhnə avtobusu üzgüçülük hovuzuna çevirdilər - MARAQLI
19/09/2019 [19:30]:
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib”
19/09/2019 [19:27]:
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb
19/09/2019 [19:18]:
Başında 10 santımetrlik "şeytan buynuzu" çıxdı - QORXUNC...
19/09/2019 [18:59]:
“Azərbaycan öz hesabına yaşayır” - Siyavuş Novruzov
19/09/2019 [18:57]:
Naxçıvanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb
19/09/2019 [18:51]:
"Son iki ildə Azərbaycanda vəkil qurumlarının sayı artaraq 81-ə çatıb"
19/09/2019 [18:44]:
Sevgili olduqları deyilən Nanə ilə Üzeyir Azərbaycanı TƏRK ETDİ - FOTOLAR
19/09/2019 [18:35]:
İngiltərə Bankı faiz dərəcəsini dəyişdirməyib
19/09/2019 [18:34]:
TDƏŞ-in xarici işlər nazirlərinin növbədənkənar görüşü keçirilib
19/09/2019 [18:32]:
Elmar Məmmədyarov: "Türk Şurası doğru yoldadır"
19/09/2019 [18:29]:
Nazirlikdən işsiz vətəndaşlarla bağlı - AÇIQLAMA
19/09/2019 [18:25]:
"Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirildi
19/09/2019 [18:20]:
BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı keçirilib
19/09/2019 [18:14]:
Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə vermədi - Foto
19/09/2019 [18:11]:
İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib
19/09/2019 [18:11]:
“Bu məsələ sizi maraqlandırmasın və...” - General Mövlam Şıxəliyevdən əcaib açıqlama...
19/09/2019 [18:06]:
Meyxanaçının arvadı: "Orxan ailəsini hansısa küçə pozğununa dəyişib"
19/09/2019 [18:01]:
Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istədilər
19/09/2019 [17:09]:
İrəvanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin müzakirə olunduğu bilindi...
19/09/2019 [16:48]:
Xəstələrdən “bıçaq pulu” alan cərrah Elnarə Məmmədova həbs edildi
19/09/2019 [16:47]:
Təkbaşına toxuduğu kilimləri Amerikaya qədər göndərir- MARAQLI...
19/09/2019 [16:45]:
Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması... Və müəmmalı “Maybach”i
19/09/2019 [16:27]:
Altı yaşlı uşaq beş gün anasının cansız bədəniylə bir evdə qaldı- FOTOLAR
19/09/2019 [16:18]:
Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parça-parça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
19/09/2019 [16:13]:
“Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvlüyünə qəbul edildi - FOTOLAR
19/09/2019 [16:03]:
Kıvanç Tatlıtuğun başı dərddə: beş il həbs oluna bilər
19/09/2019 [15:45]:
"Qızlarımıza tövsiyəm odur ki, heç vaxt Rusiyadan gələn oğlanlara inanmasınlar..."
19/09/2019 [15:43]:
Paytaxtda bir çox ağac qəsdən qurudulur - RƏSMİ
19/09/2019 [15:43]:
Azad Kərimli: "Tibb Universitetini bitirənlər onkoloq olmaq istəmir"
19/09/2019 [15:40]:
“O, məni küçə pozğununa dəyişib” - Meyxanaçının arvadından AÇIQLAMA - FOTO
19/09/2019 [15:35]:
TANAP-la indiyədək nəql edilən qazın həcmi açıqlandı
19/09/2019 [15:26]:
ADAU-da yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçirilib
19/09/2019 [15:12]:
Avropada səfirliklərini bağlayan düşmən İsraildə səfirlik açacağını bəyan etdi...
19/09/2019 [15:06]:
“Mən o müğənnilərə artist deyə bilmərəm” - Murad Arif
19/09/2019 [15:00]:
Qəddar erməni nazirin layiqli sonu –Onu da şefi Beriya kimi güllələyiblər
19/09/2019 [14:50]:
Azərbaycanlı həkim on il pasiyentin boynunda qalmış iynəni kənarlaşdırıb (FOTO/VİDEO)
19/09/2019 [14:44]:
Azərbaycanda “uşaqpulu” 3 yaşadək uşaqlara verilə bilər - Komitədən TƏKLİF
19/09/2019 [14:33]:
Sabirabadda qarayaraya tutulanlardan təzə XƏBƏR VAR
19/09/2019 [14:31]:
İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR
19/09/2019 [14:25]:
"Dedim ki, məktəb teatra, sirkə bilet satmaq üçün yer deyil axı, təhsil ocağıdır..."
19/09/2019 [14:20]:
Keçmiş erməni hərbi qulluqçusu etiraz olaraq mənzilini yandırıb – DETALLAR
19/09/2019 [14:19]:
Fərəc Quliyevdən müxalif düşərgədə "bomba həyəcanı" yaradacaq atmacalı şərh...
19/09/2019 [14:15]:
Bakıda dəhşətli qəza törədən məmur və avtomobili -FOTO
19/09/2019 [14:05]:
Somali ordusu 3 ərazini "Əş-Şəbab"dan azad edib
19/09/2019 [14:01]:
DÇ-də dava salan Hacı Əliyevlə bağlı yeni qərar - Ləğv edildi
19/09/2019 [14:01]:
BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb
19/09/2019 [13:47]:
Hüseyn Abdullayevin məhkəməsində gərginlik - Təcili yardım çağırıldı...
19/09/2019 [13:37]:
Vladimir Putin Nikol Paşinyanın görüş təklifini rədd edib
19/09/2019 [13:35]:
“Qanunvericilikdə nə göstərilirsə, metropoliten bunu qeyri-şərtsiz icra edir...”
19/09/2019 [13:35]:
“Bizdə istefa verən yoxdu - elə bilirik, 5 nazir getməklə Ermənistan dağılacaq...”
19/09/2019 [13:21]:
“28 il ordunun yanında dayanmağımdan peşmanam” VİDEO - Erməni əsgərin anası
19/09/2019 [13:21]:
Qurduğu sistemlə elektrik xərclərindən xilas oldu - MARAQLI
19/09/2019 [13:17]:
“Heç kim bizi bu ölkədə baş verəcəklərlə qorxutmasın...”
19/09/2019 [13:12]:
"Qəzetçinin əlinə mandat verməklə onu dəyişmirsən, yararlılıq imkanlarını böyüdürsən"
19/09/2019 [13:06]:
Sabahın hava proqnozu açıqlanıb
19/09/2019 [13:02]:
“Mən yaradıcı dostlarıma arzu etmirəm ki, onlar bu xəstəliyə tutulsunlar...”
19/09/2019 [12:59]:
Abşeronda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib
Bütün arxiv bir sırada
25/05/2019 [13:44] - Cəmiyyət - ( 1319 dəfə baxılıb)

Azərbaycan filmlərində yer alan əcnəbi sənətçilər - Müəmmalı dəvətlər



Keçmiş sovetlər dönəmində yerli, milli sənətçilər, aktyorlarla yanaşı digər müttəfiq respublikalardan, kənar bölgələrdən olan sənətçilərin də milli filmlərə dəvət olunması ənənəsi olub...

Bu, bir çox hallarda yerli sənətçilər tərəfindən narazılıqla, kəskin etirazla qarşılansa da, sovetlərin bəlli çərçivələri, sərt ideoloji buxovları üzündən həmin etirazlar, təpkilər bir çox və əksər hallarda havadan asılı qalıb...

Xüsusilə, etirazların nələrə gətirib çıxaracağı, milli-kino yaradıcılığına hansı zərbələr vuracağı səbəbindən müttəffiq respublikaların bu sahəyə məsul şəxsləri, ideologiya katibləri, hətta birinci şəxsləri belə bu addımın, bu siyasətin əleyhinə gedə bilməyib və bəzən bilərəkdən, bəzən bilməyərəkdən yerli sənətçilərin haqqına girmiş olublar...

Necə deyərlər, atalar məsəlindəki kimi, dəyirman bildiyin edib, çaxçax, sadəcə, baş ağrıdıb...

Eyni zamanda, qeyd edək ki, kənardan gələn aktyorlardan, Azərbaycan filmlərinə çəkilənlərdən uğurlu alınanı, yaddaşlarda qalanı da olub, uğursuz, yaddaşlardan silinəni, unudulanı da...

Budəfəki yazımızda da məhz sovetlər dövründə Azərbaycan kinolarında rol almış kənar sənətçilərdən, aktyorlardan bəhs edəcəyik

Tamara Yandiyeva

O, daha çox “Babək” filmində yaratdığı Babəkin ilk sevgilisi və ikinci həyat yoldaşı – Pərvin rolunun, obrazının ifaçısı kimi yaddaşlarımızda qalıb...

Pərvin obrazını uğurlu yaradıb-yaratmadığı barədə dəqiq bir fikir söyləmək mümkün olmasa da, gənc və olduqca cazibədar aktrisa hər halda öz rolunun öhdəsindən gəlməyə çalışıb...

Qeyd edək ki, yerli mətbuatda gedən məlumatlara görə, film çəkilişləri zamanı Pərvin roluna kənardan aktrisa dəvət edilməsinə ən sərt reaksiya verən tanınmış sənətkar, Xalq artisti- rəhmətlik Amaliya Pənahova olub...


O, Tamara Yandiyevanın bu obraza çəkilməsinə qarşı çıxıb və deyilənlərə görə, hətta, çəkilişlər zamanı bir neçə dəfə qalmaqal yaşanıb...

Tamara Yandiyevanın Azərbaycan kinosunda növbəti rolu “Gözlə məni” filmində - Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur “Mahnı dağlarda qaldı” dramı əsasında çəkilmiş filmdəki Şahnaz obrazı olub...

Maraqlıdır ki, bu filmdə də Amaliya xanımla birlikdə rol alıblar...

Belə ki, Amaliya xanım Böyük bəyin həyat yoldaşı - Fəxrəndə xanım, Tamara xanım isə bacısı - Şahnaz rolunu ifa edib...


Onu da xatırladaq ki, əslən qazaxıstanlı olan Tamara Yandiyeva 1955-ci ildə Karaqanda vilayətində dünyaya gəlib. Sovet və Rusiya aktrisası, estrada mahnıları ifaçısı olan Tamara xanım keçmiş Çeçen-İnquş Respublikasının, Abxaziya, Şimali Osetiya və Rusiya Federasiyasının Əməkdar, İnquşetiyanın Xalq artistidir.

Vokalçı kimi ilk dəfə o vaxt “Loam” qrupunun üzvü olan Ruslan Naurbiyevlə ifa etdiyi “Xyu sayran xita eça” (“Sən çeşmə başına gələndə”) mahnısı ilə bütün Qafqazda tanınan Tamara Yandiyevanın yaradıcılığının 30 illiyi 2010-cu ilin dekabrında Moskvada qeyd edilib.

O, həm də son vaxtlara qədər “Saxyat” (“Saat”), “Malxa İlli” (“Günəşə həsr olunmuş nəğmələr”), “Pir doaqa malx” (“Parlayan günəş”) adlı üç albom buraxıb.

Ümumiyyətlə, T.Yandiyeva çəkildiyi 18 filmin 16-da baş rolları canlandırıb.

Mixay Volontir

1976-cı ildə ilk baxışı keçirilən və Azərbaycan kinosunda önəmli yeri olan “Tütək səsi” filmindən-Cəbrayıl rolunun ifaçısı kimi tandığımız məşhur sovet-moldovan sənətçisi...

Qeyd edək ki, o, Tamara xanımdan daha çox təpki ilə qarşılaşıb...

Çünki belə bir obraza niyə dəvət edilməsi hələ də qaranlıq qalır, düzgün izahı indiyə kimi belə verilməyib...

Cəbrayıl obrazı (bəzi mənfi məqamlar istisna olunmaqla) kifayət qədər milli, Azərbaycan kişisinin obrazı olduğu üçün bu rola əslən rumıniyalı olan moldovan bir aktyorun dəvət edilməsi və çəkilməsi hələ də cavabsız suallar silsiləsindəndir...



Düzdür, aktyor bu rolun öhdəsindən gəlsə də, hələ də çoxları onu bu obrazda görə və qəbul edə bilmirlər...

Qeyd edək ki, SSRİ Xalq artisti kimi sovetlər dönəmində ən ali və ən yüksək fəxri ada layiq görülən sənətçi məhşhur “Qaraçı” (“Siqan”) və “Budulayın qayıdışı” filmlərində yaratdığı obrazları ilə daha çox yaddaşlarda qalmaqdadır...

Ümumiyyətlə, aktyorluq fəaliyyəti ilə məşğul olduğu illərdə 34 filmdə irili-xırdalı obraz yaradan sənətkar 2005-ci ildə 81 yaşında dünyasını dəyişib...

Həşim Qadoyev

“Dədə Qorqud” filmində Qazan xan obrazının ifaçısı kimi tanıdığımız tacik aktyor Həşim Qadoyev...


Bu rola çəkilməsi söz-söhbətlərdən uzaq olmasa da, sənətçi 1975-ci ildə “Dədə Qorqud” filmi ilə daha çox Azərbaycan tamaşaçısına özünü tanıtdırıb...

Ancaq bu, onun Azərbaycan kinosunda yaratdığı ilk və son obrazı olmayıb...

Cüssəli, yaraşıqlı aktyor daha iki Azərbaycan filmində “Qara gölün cəngavərləri” və “Əzablı yollarla” filmlərində yer alıb...


Qeyd edək ki, həmin obrazlardan sonra Həşim Qadoyev Azərbaycan tamaşaçısı üçün uzun müddət görünməz olub.

Çoxları hətta onun dünyadan köçdüyünü düşünüb.

Ta ki tanınmış sənətçi ötən il Azərbaycanın Taciksatandakı səfiri Həsən Məmmədzadə ilə görüşənə, səfirlikdə birgə foto çəkdirənə qədər.


Tacikistanın və SSRİ-nin Xalq artisti olan və artıq 82 yaşına çatan sənətçi hələ də Azərbaycana sevgisini, rəğbətini ürəyində gəzdirir, həmçinin, Azərbaycanda ona-sənətinə qoyulan hörməti unutmayıb.

Bunu özü səfirlə görüşündə də bir daha vurğulayıb.

Nona Paçuaşvili

1959-cu ildən Şota Rustavelli adına Dram Teatrının aktrisası, həyatı boyu, sadəcə, bir neçə filmə çəkilən və Azərbaycan tamaşaçısının yaddaşında daha çox “Əhməd, haradadır?” filmində yaratdığı Ceyran obrazı ilə yaddaşlarda qalan gürcü sənətçi...

Onun “Əhməd, haradadır?” filminə dəvət ediləsinin tarixçəsi isə belə olub...


Bir gün nəhəng və korifey sənətkar Adil İsgəndərov Tiflisə, dostu və institut yoldaşı Dodo Aleksidzenin yanına gəlir...

Ona Ceyran rolu üçün aktrisa axtardığını, tələbələrə baxmaq istədiyini deyir...

Aleksidzenin tələbəsi olan gənc Nona da o vaxt ikinci kursda oxuyurmuş.

Adil İsgəndərov Nonanı görən kimi “bu qız, Ceyranı tapdım” deyib və onu filmə dəvət edib...

Film çəkilişləri vaxtı Gürcüstanda bir nazirin oğlu olan əri Tamaz da onunla Bakıya gəlib...

Qaldıqları “İnturist” mehmanxanasında gecə vaxtı ərini maqnitofondan “tok” vurub və nəticədə Tamaz vəfat edib...

Amma Nona xanım film çəkilişlərinə davam edib, obrazı axıracan yaradıb...

Nona xanım illər sonra Azərbaycan mətbuatına verdiyi müsahibəsində bunları deyir:

“Tamazla yeni evlənmişdik. Həm zahirən, həm də daxilən çox gözəl insan idi. Mən institutun 2-ci, o isə 5-ci kursunda oxuyurdu. İxtisasca dilçi olduğu üçün tez-tez İrana qısa müddətli səfərlər edirdi - fars dilinin təcrübəsi üçün. Filmin çəkilişlərində idim. Tamaz da məni görmək üçün Bakıya gəldi.

Mehmanxanada bir az işi ilə məşğul olmaq istədi. Xüsusi səs valları vardı o vaxt. Əlində mikrofon tutmuşdu. Barmağını həmin qurğuda həyat üçün təhlükəli bir yerə toxundurdu və qəfildən cərəyan vurdu onu. Həmin dəqiqə yanındaydım. Tez təcili yardım da çağırdım, ancaq xilas etmək mümkün olmadı.

Gürcüstana onun artıq cansız bədəni döndü. O ərəfədə hamiləliyimin dördüncü ayını yaşayırdım. Ceyran rolunu da o vəziyyətdə oynamağa məcbur oldum.

Yoldaşımı itirməyimə baxmayaraq, oğlumu dünyaya gətirdim. Adını elə atasının şərəfinə Tamaz qoydum”.

Hazırda 76 yaşı olan aktrisa həm Şota Rustavelli adına Dram Teatrında, həm də Atoneli Teatrında çalışır.

Ümumiyyətlə, Azərbaycan filmlərində yer alan kənar aktyorların sayı-hesabı demək olar ki, yoxdur.

Bunlar arasında “Bir qalanın sirri” filmindən Göygöz Kosa və “Uzaq sahillərdə” filmindən qoca Mazelli kimi tanıdığımız Andrey Faytı, yenə “Uzaq sahillərdə” filmindən tanıdığımız-əfasanəvi Mehdi Hüseynzadə-Mixaylo obrazını yaradan, həmçinin, “Onun böyük ürəyi”, “Telefonçu qız”, “Bizim küçə” filmlərində və digər bir neçə filmdə rol olan Nodar Şaşıqoğlunu, hələ də uşaqların maraqla izlədiyi “Şir evdən getdi” filmində “şir” rolunu yaradan Yuri Şenkeviçi, “Romeo mənim qonşum filmində” baş rolu-Arif obrazını yaradan İrakli Xizanişvilini, həmin filmdə Nona, “Bizi bağışlayın” filmində Klara və “Ən vacib müsahibə” filmində Səidə rolunu yaradan Ariadna Şengelayanı, “Dədə Qorqud” filmində Aruz, “Koroğlu”da gürcü oğlu obrazını yaradan Givi Toxadzeni və digərlərini qeyd etmək olar...

loading...
loading...
Bu ölkədə evlilikdən kənar münasibət qadağan ediləcək - MARAQLI
Qütblərarası savaş və ya dialoq niyə alınmır... - BAXIŞ BUCAĞI
Köhnə avtobusu üzgüçülük hovuzuna çevirdilər - MARAQLI
Başında 10 santımetrlik "şeytan buynuzu" çıxdı - QORXUNC...
“Qanunvericilikdə nə göstərilirsə, metropoliten bunu qeyri-şərtsiz icra edir...”
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Qızlarımıza tövsiyəm odur ki, heç vaxt Rusiyadan gələn oğlanlara inanmasınlar..."
Cəmiyyət
“Mən yaradıcı dostlarıma arzu etmirəm ki, onlar bu xəstəliyə tutulsunlar...”
Cəmiyyət
Vaqif Bayatlı yeni kitabını çapa hazırlayır- Həyat yoldaşından açıqlama...
Cəmiyyət
Əlillərə zərgərlik işinin pulsuz öyrədiləcəyi sex açılacaq-İbrətamiz…
İqtisadiyyat
“RUS AZERİ SPİRİTS” ZAVODU AÇILIŞA TAM HAZIRDIR - FOTOLAR
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Seksoloqa 8 vacib sual: Utanıb soruşmadıqlarınız...
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
“Putinin təbrik məktubundan sonra müxalif media əsas diqqətini Birinci xanıma yönəltdi...”
"Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi" - Köçəryandan maraqlı etiraf...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247