Xəbər lenti
16/09/2019 [10:35]:
“Onlar günümüzün aydınlarından müqayisəedilməz dərəcədə böyük təfəkkürə malik idi”
16/09/2019 [10:30]:
Övladlarını birinci sinifə yola salan məhşurlar...- FOTO
16/09/2019 [10:23]:
Cəmil Quliyev yeni vəzifəsindən danışdı: “Hər şey şayiədir!”
16/09/2019 [10:23]:
"Kütləni ayıltmalı olan müəllim və başını qatan şoumen...- Kim daha dəyərlidir?..”
16/09/2019 [10:18]:
“Onlar su hövzələrimizi zəhərləyib, meşələrimizi məhv ediblər”
16/09/2019 [10:11]:
Bu jurnalistlər övladlarını 1-ci sinfə apardılar
16/09/2019 [09:47]:
Ad gününüz mübarək, cənab general-polkovnik!
16/09/2019 [09:41]:
AAYDA rəhbərliyi rayonlarda vətəndaşları qəbul edəcək
16/09/2019 [09:27]:
Bu gün Ankarada Türkiyə-Rusiya-İran sammiti keçiriləcək
16/09/2019 [09:25]:
Azərbaycanda şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırıldı
16/09/2019 [09:24]:
ADPU-da I tədris ilinin tələbələri ilə görüş keçirilib- Fotolar
16/09/2019 [09:22]:
Andrey Razin: Anastasiyanın bir neçə gün ömrü qaldı
16/09/2019 [08:27]:
Aprel savaşında gəbərmiş ermənilərin doğmaları  Azərbaycan şəhərində xaç suyuna çəkildi... - FOTOLAR
16/09/2019 [08:26]:
Keçmiş MKİ snayperi ondan ayrılan sevgilisini öldürdü
16/09/2019 [08:21]:
Azərbaycanda yeni dərs ili başladı
16/09/2019 [08:19]:
Kim Çen In Donald Trampı KXDR-ə dəvət etdi
16/09/2019 [08:16]:
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başladı
16/09/2019 [08:12]:
Alkoqollu içki və siqaret şirkətləri  xərçəng xəstələrinə yardım fonduna pul köçürməli olacaq...
16/09/2019 [08:00]:
Ingiltərə çempionu Premyer-liqanın təzə komandasına uduzdu - VİDEO
16/09/2019 [07:47]:
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
16/09/2019 [07:46]:
Kolumbiyada təyyarə yaşayış binasının üstünə düşdü: 7 nəfər öldü - VİDEO
16/09/2019 [07:45]:
Neftin qiyməti iki gündə 19 faiz artdı
16/09/2019 [07:09]:
Sərxoş halda xəstə qəbul edən həkim işdən qovuldu... - FOTOLAR+VİDEO
16/09/2019 [06:27]:
"Məclislərdə Kərbəla faciəsini düzgün tanıtmaq, mübaliğələrdən çəkinmək lazımdır..."
16/09/2019 [00:29]:
"Qırıcı son ana kimi, suya daxil olana qədər tam işlək vəziyyətdə olub..."
16/09/2019 [00:08]:
"Qafqaz hərəkatı dünən də, bu gün də, gələcək üçün də tayı-bərabəri olmayan tarixi örnəkdir"
15/09/2019 [23:26]:
4 yaşında dünyanın ən gözəl qızı seçilmişdi, baxın indi necə görünür! - FOTOLAR
15/09/2019 [23:16]:
S-400 raketdən müdafiə sisteminin sonuncu partiyası Türkiyəyə çatıb
15/09/2019 [23:12]:
Azərbaycan torpağı PKK tərəfdarına verilməyəcək- Qərar
15/09/2019 [23:05]:
Leyla Əliyeva polo üzrə dünya kubokunun finalını izlədi - Fotolar
15/09/2019 [22:31]:
Salyanda 3 yaşlı uşağı avtomobil vurub
15/09/2019 [22:27]:
Azərbaycan klubu Dünya Kubokunun qalibi oldu
15/09/2019 [22:24]:
Neftin qiyməti kəskin artacaq – PROQNOZ
15/09/2019 [22:22]:
Ərdoğan Trampla Amerika “Patriot”unun alınması məsələsini müzakirə edəcək
15/09/2019 [22:20]:
“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır...”- VİDEO
15/09/2019 [22:18]:
"Su-35" və "Be-200" təyyarələri İstanbul səmasında sınaq uçuşlar edib
15/09/2019 [21:59]:
Almaniyada əlillər evində yanğın olub, ölən və xəsarət alanlar var
15/09/2019 [21:54]:
Türkiyə-Suriya sərhədində partlayış olub, azı 12 nəfər öldü
15/09/2019 [21:28]:
Türkiyədə Nəsimiyə həsr edilən beynəlxalq elmi simpozium keçirildi - FOTOLAR
15/09/2019 [20:55]:
Atasıyla eyni yaşda və tarixdə şəhid oldu - FOTO
15/09/2019 [20:54]:
Qusar sakini yararsız parçaları sənət əsərinə çevirir - FOTO
15/09/2019 [20:48]:
Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır
15/09/2019 [20:15]:
Azərbaycan güləşçisi Rafiq Hüseynov dünya çempionatında gümüş medal qazanıb
15/09/2019 [20:02]:
Tərtərin cəbhə kəndində yaşayan ailənin üçəm oğlu oldu
15/09/2019 [19:57]:
Osmanlının təhlükəyə qarşı tikdirdiyi Gəncə qalasını Çar Rusiyası eyni qorxudan dağıtdı - FOTO
15/09/2019 [19:37]:
Türkiyə Vitse-prezidenti Bakıya gəlib
15/09/2019 [19:16]:
Azərbaycandakı ən qədim məbəd Rusiya işğalı zamanı necə kilsəyə çevrildi? - VİDEO
15/09/2019 [19:04]:
"Sənin 10 milyon izləyicin yoxdur ki, ancaq mənim var, məni dəli etmək istəyirsən?"
15/09/2019 [18:20]:
“Gənclər arasında vətənpərvərliyin təbliği” adlı layihənin dördüncü tədbiri keçirilib
15/09/2019 [18:06]:
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?
15/09/2019 [18:00]:
Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı
15/09/2019 [17:48]:
Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirildi - FOTO/VİDEO
15/09/2019 [17:46]:
Bakıda ilk dəfə Lavaş və Qutab festivalı keçirildi - VİDEO
15/09/2019 [17:10]:
Gəncədə yük maşını körpünü keçə bilmədi - VİDEO
15/09/2019 [16:53]:
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
15/09/2019 [16:50]:
İnsulin alan xəstələr ehtiyatlı olsun: Ölüm təhlükəsi var!
15/09/2019 [16:31]:
Zurabişvilinin oğlu Makron administrasiyasının əməkdaşı oldu
15/09/2019 [16:30]:
Vahid Ələkbərovun şəhərə gəlişinə görə şam ağaclarını və otları rənglədilər
15/09/2019 [16:29]:
Avropa İranla ticarət üçün yaradılacaq mexanizmə 15 milyard dollar ayıracaq
15/09/2019 [16:28]:
İranda qadınlar stadionda futbol izləyə biləcəklər
15/09/2019 [16:26]:
KİV: Səudiyyə Ərəbistanına neft nəqlinin bərpası üçün bir həftə lazımdır
15/09/2019 [16:23]:
ABŞ-ın Gürcüstandakı səfirliyi qarşısında aksiya keçirilir
15/09/2019 [16:23]:
Səfir: "Bakının azad edilməsi bütün Türk dünyası üçün əlamətdar hadisə idi"
15/09/2019 [16:05]:
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
15/09/2019 [15:50]:
Arvadına işgəncə verən kişiyə ağır cəza- FOTOLAR
15/09/2019 [15:27]:
"İl ərzində 20 min tələbəyə distant təhsil verə biləcək UNEC EXTERN yaratmışıq"
15/09/2019 [15:00]:
Azərbaycanda avtobusda qadınlar arasında saçyoldu oldu - VİDEO
15/09/2019 [14:50]:
Qulu Məhərrəmli: "Bu gün PAYTAXT günü elan olunmalıdır"
15/09/2019 [14:43]:
Qədim türk şəhəri Bakı... – Ərdoğanın müşaviri
15/09/2019 [14:40]:
Amerikalı senator İranın neft emal zavodlarını vurmağa çağırdı
15/09/2019 [14:35]:
Nazilə əri ilə şəklini paylaşdı - “Məndən 8 yaş böyükdür”
15/09/2019 [14:33]:
Beyləqana yeni icra müavini təyin olundu
15/09/2019 [14:29]:
Artıq çəkisinə görə məktəbdən çıxardılar
15/09/2019 [14:24]:
Tunisin sabiq Prezidentinin həyat yoldaşı vəfat etdi
15/09/2019 [13:56]:
Ayı İsmayıllı sakininə həyətində hücum etdi
15/09/2019 [13:54]:
Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”
15/09/2019 [13:53]:
Muqabe mavzoleydə dəfn ediləcək
15/09/2019 [13:41]:
Özbəkistanın Türk Şurasına gəlişi ilə bağlı BƏYANAT
15/09/2019 [13:23]:
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO
15/09/2019 [12:54]:
İran generalı: "ABŞ-la müharibəyə daim hazır vəziyyətdəyik"
Bütün arxiv bir sırada
26/05/2019 [09:43] - Müsahibə - ( 2980 dəfə baxılıb)

"Məhkəmə hakimlərinin maaşı 5-10 min manatdan az olmamalıdır"



Azərbaycanın məhkəmə sistemində maraqlı yeniliklər gözlənilir. Artıq ölkə vətəndaşları məhkəməyə müraciət etməzdən əvvəl, mübahisədə qalib gəlmək şanslarını əvvəlcədən öyrənə biləcəklər. Hakimlərin səhv və düz qərarları və necə işədiyi isə büün ictimaiyyət üçün açıq olacaq.

Məhkəmə sistemində aparılan islahatların bəzi detallar və onların gözlənilən nəticələri ilə bağlı FED.az-ın suallarını Bakı Şəhər Yasamal rayn məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov cavablandırıb.
 
- Ramin müəllim, bir qədər əvvəl bildirildi ki, Azərbaycanda məhkəmə hakimlərinin sayı 200 nəfər artırılacaq. İndiki vəziyyətdə hakimlər məhkəmə işlərinə baxmağı çatdırırlar?

- Azərbaycanda hakimlərin sayının artması zəruridir, çünki indi ölkədə hər 100 min vətəndaşa 6-7 hakim təhkim olunub. Amma Avropada bu göstərici 20 hakimdir.
 
- Belə çıxır, Azərbaycanda hakimlərin sayı 3 dəfə artmalıdır?

- O qədər artmağa ehtiyac olmasa da, hakimlərin sayı ümumiyyətlə artmalıdır. Məsələ bundadır ki, Avropanın bəzi ölkələrində məhkəmələr hakimə aid olmayan işləri də icra edir. Məsələn, daşınmaz əmlakın qeydiyyatı. Azərbaycanda bu işlə Əmlak Məsələləri Dövlət Komitəsi məşğul olur, amma məsələn, Sloveniyada bunu məhkəmə edir. Azərbaycanda isə hakimlər sırf mübahisələrə baxır. Ona görə də hesab edirəm, 200 nəfər hakim artımı və qısa müddətdə onların təyin olunması məhkəmələrdə ədalət mühakiməsini kəmiyyət deyil, keyfiyyət üzərində qurmağa imkan verəcək.
 
- Sizcə əlavə 200 hakimin təyinatı hakimlərə olan ehtiyacı tam ödəyəcək?

- Yaxın 3-4 il üçün bu miqdar yetərli olacaq. Amma hesab edirəm ki, gələcəkdə ölkəmizdə 1000-1200 hakim olmalıdır. Hazırda onların sayı 600-dür, 200 nəfərlik artımdan sonra 800 olacaq, yəni daha 400 nəfərə yaxın hakimə ehtiyac olacaq.
 
- Ramin müəllim, məhkəmələrlə baxılan işlərin sayında artım varmı?

- Təcrübə göstərir ki, son vaxtlar mülki işlərlə bağlı məhkəmə mübahisələrinin sayında azalma müşahidə olunur.
 
- Bunun səbəbi nədir?

- Məncə, kreditlərin geri qaytarılmaması, devalivasiyadan sonra yaranan mübahisələrdə vətəndaşlar arasında gərginlik vardı, həmin ərəfədə mübahisələrdə də artım müşahidə olundu. İndi kreditlərin verilməsi də azalıb, mülki işlərdəki azalmada əsas amil də məhz kredit müqavilələri ilə bağlıdır.
 
- Hazırda vətəndaşlar məhkəmələrə ən çox hansı dövlət qurumlarından şikayət edirlər?

- Konkret demək çətindir, amma əsas şikayətlər vergilərlə bağlıdır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və pensiyalarla bağlı mübahisələr var, inzibati məhkəmələrdə bu da çoxdur. Mülki mühakimə icraatında isə əsas mübahisələr kreditlərə aiddir.
 
- Ramin müəllim, bir qədər əvvəl qeyd etdiyiniz kimi, hakimlərin fəaliyyətini qiymətləndirmək üçün əsas göstəricilərindən biri onun baxdığı işlərdən verilən apellyasiya şikayətlərinin nisbətidir. Bununla bağlı bir hədd, necə deyərlər, bir «qırmızı xətt» varmı ki, yəni apellyasiya şikayətləri o həddə çatında artıq hakim haqqında tədbir görülməlidir?

- Azərbaycanda məhkəmə sistemi bu gün klassik üsulla idarə olunur. Yəni statistikaya baxılır, buradan aydınlaşdırırlar ki, hansı hakim daha məhsuldardır və s. Buna da çox vaxt sərf olunur. Bu cür yanaşmada beynəlxalq təcrübədə intellektual idarəetmə tətbiq olunur. Bunun üstünlüyü ondadır ki sistem özü orta göstəricini çıxarır. Sistemə bütün məhkəmələrdən apelyasiya şikayəti vermə sayı daxil olur, onu ümumiləşdirir və ümumi orta sayını çıxarır. Bundan sonra dövlət öz orta göstəricisini müəyyən edir. Tutaq ki apelyasiya şikayəti faizi 25 faizdir, biz çalışıq bunu 20 %-ə salmalıyıq. Bu dövlətin müəyyən elədiyi real faizdir. Bundan sonra sistem özü bölür məhkəmələri və göstərir ki ən çox və ən az apelyasiya şikayəti verilən hakim və məhkəmə hansıdır.
 
-Bu nəyə görə lazımdır?

-Biz bu yolla mənfi işi müəyyən eləyə bilərik ki, ona qarşı mübarizə aparaq, müsbət işi müəyyən edərik ki, ona sual verək «sən öz işini necə qurmusan ki digər hakimlərlə müqayisədə sənin qərarlarından şikayət faizi azdır». Yəni müsbıət təcrübəni öyrənmək lazımdır, amma bu gün o sistem bizdə yoxdur.
 
- Nə vaxt tətbiq olunacağı gözlənilir?

- Bu sahədə Sloveniya, Bosniya və Avstraliya ekspertləri ilə birgə iş gedir. Çalışırıq bu ilin sonuna qədər ilk versiya hazırlansın, amma onun tam gücü ilə işləməsi üçün sistemə Azərbaycanın bütün məhkəmələri qoşulmalıdır. Ölkə başçısı buna xüsusi önəm verib, ciddi tapşırıqları var, bu məsələ fərmanda da qeyd olunub. Mən ümid edirəm ki, bu baş versə ümumiyyətlə Azərbaycanda eyni məsələ ilə bağlı heç bir hakim müxtəlif qərar verə bilməz. Ona görə ki bu ani olaraq ekranda görünəcək. Yenə də deyirəm, hakimlər üzərində ictimai nəzarət gücləndirilməlidir, nəinki hansısa qurumun hakimə müdaxiləsi.
 
- Belə çıxır ki, istəniən şəxs məhkəməyə müraciət etməzdən əvvəl yoxlaya biləcək ki, bui şi udmaq ehtimalı nə qədərdir, eləmi?

-Bəli, bu sistemi «Proqnozlaşdırılan Ədliyyə» adlanır. Ona da bu sistem işə düşdükdən sonra başlanacaq. Bu o deməkdir ki, məhkəməyə müraciət etmək niyyəti olan istənilən vətəndaş, əvvəlcə sayta  daxil olub, öz mübahisəsi ilə bağlı bütün halları yazacaq, sistem özü bu sahədə indiyədək çıxan qərarları təhlil edəcək və vətəndaşa bildirəcək ki, bu mübahisədə neçə faiz udmaq şansı var. Bundan sonra vətəndaş özü qərar verəcək ki, bu mübahisəni məhkəmədə başlasın, ya yox.
 
- Məhkəmə islahatları ilə bağlı prezidentin fərmanında hakimlərin əmək haqlarını artırılması nəzərdə tutulur. Sizcə maaşlar nə qədər artmalıdır?

- Azərbaycanda məhkəmə hakimlərinin müstəqilliyi qanunvericilikdə bütün müddəalarla nəzərdə tutulub. Eyni zamanda ölkədə mütərəqqi məhkəmə infrastrukturu qurulub, elektron məhkəmə yaradılıb, bu da onun müstəqilliyinə təsir edən amillərdir. Amma bu gün hakimlərin müstəqilliyinin təmin edilməsi üçün atılacaq əsas addımlardan biri hakimlərin sosial vəziyyətinin yaxşılaşdırılması və bura məhkəmə aparatı işçilərinin də daxil olmasıdır.
Hakimlər digər dövlət qulluqçularından yüksək maaş almalı, eyni zamanda öz maliyyə vəziyyəti ilə bağlı hesabatlar verməlidir. Məsələn, Ukraynada Ali məhkəmədə aparılan islahatlar nəticəsində yeni üsulla seçilən hakimlərə aylıq 10 min dollar maaş verilir. Orada bütün hakimlər öz maliyyə vəziyyətləri ilə bağlı bəyannaməni sayta yerləşdirilər. Hakim istənilən daşınan və daşınmaz əmlak əldə etdikdə o saytda bunu iki həftə ərzində qeyd etməlidir.
 
- Bəs Azərbaycanda məhkəmə hakimlərinin maaşı nə qədər olmalıdır?

- Dövlət başçısının məlum fərmanında qeyd olunub ki, hakimlərin  maaşı əhəmiyyətli dərəcədə artırılmalıdır. Hesab edirəm ki Azərbaycanda ilk dəfə təyin olunmuş hakimlərə ən az ayda 5-6 min manat, Ali Məhkəmənin hakimlərinə isə ən azı 10 min manat maaş təyin olunmalıdır.
 
- Bəs məhkəmə aparatı işçilərinin əmək haqqı sizcə nə qələr olmalıdır?

- Məhkəmə aparatı işçilərinə azı 6-8 yüz manat ödənilməlidir. Bundan başqa, qeyri-maddi stimullar da verilməlidir. Məsələn, hakimin köməkçisi hakim imtahanlarında ilk iki-üç mərhələdən azad olunmalıdır. Çünki hakim köməkçisi demək olar ki, hakim qədər məlumatlı və savadlı insan olur və onun qərarlarını hazırlayır, ona görə də imtahanda bütün 8 mərhələni keçməyin mənası yoxdur. Biz bu gün hakim köməkçilərini işdə saxlaya bilmirik, onlar öyrənirlər, təkmilləşirlər və keçirlər vəkilliyə, yəni özəl sektora. Amma bu gün onların maaşı artırılsa, eyni zamanda hakimlik imtahanında iki-üç mərhələdən azad olunsalar, bu da həmin şəxslərə çox böyük dəstək olacaq. Birmənalı olaraq Azərbaycanda hakimlərin və məhkəmə aparatı işçilərinin maaşı artırılmasa bir müstəqil məhkəmə sistemindən danışa bilmərik.
 
- Bəs bu gün hakimlərin maaşı nə qədərdir?

- Təxminən 1000-1100 manat hakim maaşıdır, makina operatoru 190 manat maaş alır, hakim köməkçisi 320 manata işləyir. Yəni 190-200 manat maaş alan aparat işçisindən siz hansı işi gözləyə bilərsiniz? Onlara lazımı qədər maaş verilməlidir ki qeyri-prosessual münasibətlərin, korrupsiya və s. kimi halların qarşısı alınsın. Sosial vəziyyətləri gücləndirilsə tələbkarlıq da artar.
 
- Yəni mənfi hallara yol verən hakimlərə qarşı cəzalar da sərtləşməlidir?

- Bəli, qaydalar sərtləşməlidir. Məsələn, korrupsiya halına yol vermiş əməkdaş dərhal işdən azad olunmalıdır. Bir neçə nəfər işdən azad olunarsa, bunu ictimailəşdirmək də lazımdır. İctimaiyyət bilməlidir ki, hansısa hakim korrupsiya halına görə işdən azad olunub. Bu mütləq edilməlidir və dərhal təsirini göstərəcək. İşdən azad olunan əməkdaşı görən digər hakimlər öz işini itirməməyə çalışacaq.
 
- Əslində pozuntuya yol verən hakimlər indi də işdən çıxarılır...

- Bəli, bir məsələni qeyd edim, ABŞ-ın 200 illik tarixində cəmi 7 hakim intizam məsuliyyətinə cəlb olunub. Onlar indi də bunu böyük təəssüflə yad edirlər ki, biz nə böyük səhv etmişik ki, 7 hakimi cəzalandırmışıq. Amma Azərbaycanda bildiyiniz kimi, 270 hakim cəzalandırılıb. Bu mənfi haldır, açığını desəm bunu açıqlamaq da düzgün deyil. Məhz bu səbəbdən də hakimlərin maddi vəziyyəti düzəlməlidir və sonra iş tələb olunmalıdır. Bundan sonra yeni tələblərə cavab verməyən hakimlər sistemdən çıxmalıdır.
 
- Ramin müəllim, tanıdığım bir neçə vəkil hakimliyə imtahan verib, amma sonra imtina edib ki, hakimlik ağır işdir və maaşı azdır. Yəni əziyyətə dəymir…

- Hakim yeganə şəxsdir ki məhkəmə qərarını dövlətin adı ilə çıxarır və bu qərara görə şəxsən özü məsuliyyət daşıyır. Həm hüquqi, həm də mənəvi məsuliyyət daşıyır. Xüsusilə də cinayət işlərində bu belədir, indi baxın, o hakim qərarı verəndə nə qədər  stress keçirir. Ona görə də əlavə dəstək imkanları olmalıdır.

Məsələn, Azərbaycanda məhkəmə hakimlərinin bu gün bir kooperativi də yoxdur, halbuki demək olar, bütün dövlət qurumlarında kooperativi var. Hakimlərin sanatoriyası yoxdur, halbuki başqa qurumları, məsələn Daxili İşlər və digər nazirliklərin sanatoriyaları mövcuddur. Hakimlərin ailə üzvləri üçün imtiyazlar yoxdur, məsələn bağça və ya məktəb. Amma hamı tələb edir ki hakim ədalətli qərar versin. Hakimin müalicəsinə, istirahətinə fərdi yanaşma olmalıdır. Hakimləri digər dövlət qulluqçuları ilə müqayisə etmək düzgün deyil. Deyirlər ki dövlət məmurlarının aldığı maaşdan çox hakimə necə maaş verilsin? Amma hakimlər beynəlxalq təcrübədə də sadə dövlət qulluqçusu kimi qəbul edilmir. Hakimlik tamamilə ayrı bir anlayışdır və ona fərdi yanaşılmalıdır. Bəzən deyirlər ki nazirin, deputatın maaşından daha yüksək maaş necə ola bilər? Ola bilər, çünki o hakimdir, hamını mühakimə edə bilər. Müstəqil məhkəmə sistemindən danışırıqsa hakimin maaşı hamıdan əhəmiyyətli dərəcədə fərqlənməlidir. Ölkə başçısı ona görə də beynəlxalq təcrübəyə əsaslanaraq tapşırıq verib. Maraqlı hal odur ki bu tapşırıq necə icra olunacaq?
 
- Bəs qonşu ölkələrdə hakimlərin maaşları nə qədərdir?

- Bu gün sorğular aparılır, Avropa Komissiyasının digər ölkələr üzrə müqayisəli cədvəli verilib, məlum olur ki, Gürcüstan və Ermənistan hakimlərə bizdən çox maaş verir.
 
- Bu göstərici - ölkə üzrə orta aylıq əməkhaqqı nisbəti ilə götürülür, doğrudur?

- Bəli, biz bunu ümumi daxili məhsulla nisbət olaraq götürürük. Eyni zamanda maaşlarla da müqayisə aparılır, yəni ikili müqayisə gedir. Həm dövlətlərarası, həm də dövlətin ümumi daxili məhsulda maaşın nisbəti. Hər iki halda bizdə maaş aşağıdır. Gürcüstan və Ermənistan bizdən necə yuxarıda ola bilər?
 
- Nəzərə alsaq ki bizdə daha «bahalı» mübahisələr baş verir...

- Bəli, doğrudur. Mən ümid edirəm ki indi gedən inqilabi islahatların nəticəsini görəcəyik. Bütün məhkəmə korpusu bu islahatların nəticələrini gözləyir. İnanın ki, hakimlərin 70-80 faizi yüksək məvaciblə kifayətlənəcək və daha keyfiyyətli işləyəcəklər. Buna əməl etməyən hakimin bizim sıramızda yeri yoxdur, o çıxıb getməlidir. Gedib özəl sektorda işləyə bilər.
 
- Ramin müəllim, hakimlərin fəaliyyətinə nəzarət üçün başqa hansı mexanizmlər tətbiq ediləcək?

- Azərbaycanda yaradılan elektron məhkəmə sistemi həm də hakimlərin fəaliyyətinə bir neçə göstərici üzrə nəzarət etməyə imkan verir.  Hakimlərin fəaliyyəti ilə bağlı göstəriciləri 13 mövzu üzrə qruplaşdırmışıq. Yəni siz girib baxa bilərsiniz ki, hansı hakim nə ilə «məşhur»dur - apelyasiya şikayətini göndərməməyə görə, məhkəmə qərarını vaxtında verməməyə görə və s. Əgər biz sistem vasitəsi ilə hər bir hakimin fəaliyyətini qiymətləndirə bilsək, və bu göstərici bütün monitorlarda açıqlansa, hər bir vətəndaş girib bunu sistemdə görəcək ki, onun şikayətinə baxan hakim necə işləyir. 
 
- Bir az qeyri-adi gəlir bu sistem. Yəni doğrudanmı sistem bu qədər şəffaf olacaq?

- Hələ bəzi məsələlər var ki biz onu ictimaiyyətə açıqlamırıq. Amma mənim mövqeyim odur ki, açıqlanmalıdır. İndi bu sistem daxildə işləyir və artıq ilkin nəticələr var. Yəni qanunu daha çox pozan hakimlər artıq utanırlar.

Məsələn, Yasamal məhkəməsində hakim vardı ki, məhkəmə proseslərində iştirakçılarla çox kobud davranırdı. Yəni təbiəti elə idi, qeyri-etik davranırdı. Biz müşahidə etdik ki, onunla bağlı şikayətin faiz nisbəti digər hakimlərə müqayisədə çox yüksəkdir. Bu vəziyyət sistemdə görünən kimi, bütün hakimlər bunu bildilər. Nəticədə, başqa məhkəmələrdən, məsələn, Gəncə məhkəməsindən həmin hakimə zəng edib soruşurdular ki, niyə Yasamalda ən yüksək faiz sizdədir və ancaq etik davranışa görə belədir. Siz vətəndaşla necə davranırsınız ki? Təsəvvür edin, həmin hakim çox utandı, hətta buna görə bizə müraciət etdi ki, bəlkə bu sistemi bağlayaq, çünki daxildə bütün hakimlər bir-birini görür. Təbii ki, sistemin bağlanmasından söhbət gedə bilməzdi və nə baş verdi - hakimin bu mənfi göstəricisi azalmağa başladı. Yəni daxili nəzarət təsirini göstərdi.
 
- Yeni sistemin başqa hansı üstünlükləri var?

- Bu gün hakimlər bu sistem vasitəsilə digər hakimlərin qərarlarını görürlər, götürüb istifadə edirlər.  Deməli, qərarı götürən hakim, həmin qərardan nə qədər istifadə edildiyini də görə bilir. Yəni bir hakim girib sistemdə görə bilir ki, hansısa hakimin qərarı ən çox istifadə edilən qərardır. Deməli bu təkmil qərardır. Bu qaydada getsə, siyasi qərar, dəstək olsa biz bu ilin sonuna qədər sistemidə inqilabi dəyişikliklər göstərəcəyik.
 
- İndiyədək məhkəmə sistemi vətəndaşa o qədər qapalı və bürokratik olub ki, sizi dinləyəndə, sanki başqa bir sahədən danışdığımızı düşünürəm.

- Bəli belə yeniliklər var, bu ölkə başçısının, ədliyyə nazirinin, Ali Məhkəmə sədrinin zəhmətidir. Bu siyasi qərarı qəbul edən şəxslərin zəhmətidir imkan verir ki biz mıəhkəmə sisteminin aşkarlığını təmin edək. Onlardan birinin razılığı olmasaydı bilirsiniz ki, nə qədər problem yarana bilərdi. Ölkə başçısının birmənalı tapşırığı odur ki məhkəmə sistemində şəffaflıq, aşkarlıq   olmalı, səmərəlilik artmalıdır, keyfiyyət yüksəlməlidir.
 
-Məhkəmə sistemindəki dəyişiklikləri investorlar necə hiss edəcək?

- Bu yeniliklər ilk növbədə investorlara təsir edəcək. 28 dekabr tarixli qanun da və 3 aprel tarixli fərman da birbaşa olaraq biznes və investisiya mühitinin əlverişliliyinin artırılmasına xidmət edir. «Mediasiya haqqında» qanun da həmçinin. 2002-ci ildə mən ABŞ-da bir il tədqiqat aparmışdım və mediasiya haqqında qanunun vacibliyi ilə bağlı «Qanunçuluq» jurnalında məqalə ilə çıxış etmişdim və hələ o vaxt yazmışdım ki, Azərbaycanda mediasiya olmalıdır.  Təsəvvür edin ki, 17 il sonra biz buna gəldik. Niyə?

Çünki biznes mühiti ilə bağlı hesabatlar var, bu hesabatlar olmasaydı, indikatorda qeyd olunmasaydı bəlkə də bu gün yada düşməzdi ki, bizdə «Mediasiya haqqında» qanun yoxdur.

Gördüyünüz kimi, iqtisadiyyata böyük diqqət yetirilir, çünki bizim iqtisadiyyat neftdən asılı olmamalıdır. Diversifikasiya siyasəti aparılır, qeyri-neft sektoru inkişaf edir və burada məhkəmənin rolu vacibdir. Müstəqil məhkəmə olmasa heç kim bu ölkəyə investisiya qoymayacaq.
 
- Yəqin ki məlumatınız var, Bakı-Ələtdə yaradılacaq Azad İqtisadi Zonada fərqli hüquqi rejim olacaq və bizim məhkəmə sistemi ora qarışmayacaq. Bu yanaşma investorları cəlb edəcəkmi və bu sahədə işlər necədir?

- Xeyr, bizim məhkəmələr həmin zonadakı proseslərə qarışmayacaq, orada beynəlxalq məhkəmələr tətbiq olunacaq. Bu çox mütərəqqi yanaşmadır. Azərbaycan bu Azad İqtisadi Zonaya görə, ola bilər ki, yaxın zamanda investisiyaların cəlb olunmasında mərkəzə çevriləcək.
Amma məhkəmələrdə biznes mübahisələrinə baxılması üzrə yenə də islahatlar olmalıdır.
 
- Məsələn, hansı islahatlar?

- Mən həmişə demişəm ki, inzibati məhkəmə ilə iqtisadi məhkəmə bir yerdə fəaliyyət göstərə bilməz, onlar bir-birindən fərqli anlayışlardır. İnzibati ədliyyə ilə iqtisadi mübahisə tamamilə fərqlənir. Burada ixtisaslaşmış məhkəmələr olmalıdır. İxtisaslaşma keyfiyyətə təsir edən amildir. Ədalət mühakiməsinin keyfiyyətini artırmaq istəyiriksə ixtisaslaşma getməlidir. Nəinki iqtisadi mübahisələrdə, digər sahələrdə də, məsələn, nikahın pozulmasında, ailə münasibətlərində də ixtisaslaşma olmalıdır. Demirəm ki, yeni məhkəmə yaradılsın. Amma məhkəmə daxilində ən azı bir neçə hakim sırf bu işlərə baxmalıdır.

loading...
loading...
Əzrayılın erkək-dişiliyi...
Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası...
Siqaret çəkərkən ölümdən döndü - QORXUNC...
Bombalı paketi açan rektorun əli qopdu - QORXUNC... + VİDEO
Hamiləlikdə yaşanan stress baxın nəyə səbəb olur - ARAŞDIRMA
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Övladlarını birinci sinifə yola salan məhşurlar...- FOTO
Gündəm
Aprel savaşında gəbərmiş ermənilərin doğmaları  Azərbaycan şəhərində xaç suyuna çəkildi... - FOTOLAR
Cəmiyyət
“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır...”- VİDEO
Maraqlı
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
Dünya
Yuxuda gördüyü kabus başına bəla oldu- Nişan üzüyünü uddu+FOTOLAR
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
"Bir dəfə Heydər Əliyev iclas keçirəndə indiki icra hakimiyyəti başçılarından biri deyib ki..."
“Eşşək” ləqəbli oliqarx-deputatın qızının toyunda qanunsuz atəşfəşanlıq- Polis hərəkətə keçdi...
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
“Əli Nağıyevdən bir peşəkar kimi gözləntim böyükdür”
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247