Xəbər lenti
16/09/2019 [00:29]:
"Qırıcı son ana kimi, suya daxil olana qədər tam işlək vəziyyətdə olub..."
16/09/2019 [00:08]:
"Qafqaz hərəkatı dünən də, bu gün də, gələcək üçün də tayı-bərabəri olmayan tarixi örnəkdir"
15/09/2019 [23:26]:
4 yaşında dünyanın ən gözəl qızı seçilmişdi, baxın indi necə görünür! - FOTOLAR
15/09/2019 [23:16]:
S-400 raketdən müdafiə sisteminin sonuncu partiyası Türkiyəyə çatıb
15/09/2019 [23:12]:
Azərbaycan torpağı PKK tərəfdarına verilməyəcək- Qərar
15/09/2019 [23:05]:
Leyla Əliyeva polo üzrə dünya kubokunun finalını izlədi - Fotolar
15/09/2019 [22:31]:
Salyanda 3 yaşlı uşağı avtomobil vurub
15/09/2019 [22:27]:
Azərbaycan klubu Dünya Kubokunun qalibi oldu
15/09/2019 [22:24]:
Neftin qiyməti kəskin artacaq – PROQNOZ
15/09/2019 [22:22]:
Ərdoğan Trampla Amerika “Patriot”unun alınması məsələsini müzakirə edəcək
15/09/2019 [22:20]:
“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır...”- VİDEO
15/09/2019 [22:18]:
"Su-35" və "Be-200" təyyarələri İstanbul səmasında sınaq uçuşlar edib
15/09/2019 [21:59]:
Almaniyada əlillər evində yanğın olub, ölən və xəsarət alanlar var
15/09/2019 [21:54]:
Türkiyə-Suriya sərhədində partlayış olub, azı 12 nəfər öldü
15/09/2019 [21:28]:
Türkiyədə Nəsimiyə həsr edilən beynəlxalq elmi simpozium keçirildi - FOTOLAR
15/09/2019 [20:55]:
Atasıyla eyni yaşda və tarixdə şəhid oldu - FOTO
15/09/2019 [20:54]:
Qusar sakini yararsız parçaları sənət əsərinə çevirir - FOTO
15/09/2019 [20:48]:
Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır
15/09/2019 [20:15]:
Azərbaycan güləşçisi Rafiq Hüseynov dünya çempionatında gümüş medal qazanıb
15/09/2019 [20:02]:
Tərtərin cəbhə kəndində yaşayan ailənin üçəm oğlu oldu
15/09/2019 [19:57]:
Osmanlının təhlükəyə qarşı tikdirdiyi Gəncə qalasını Çar Rusiyası eyni qorxudan dağıtdı - FOTO
15/09/2019 [19:37]:
Türkiyə Vitse-prezidenti Bakıya gəlib
15/09/2019 [19:16]:
Azərbaycandakı ən qədim məbəd Rusiya işğalı zamanı necə kilsəyə çevrildi? - VİDEO
15/09/2019 [19:04]:
"Sənin 10 milyon izləyicin yoxdur ki, ancaq mənim var, məni dəli etmək istəyirsən?"
15/09/2019 [18:20]:
“Gənclər arasında vətənpərvərliyin təbliği” adlı layihənin dördüncü tədbiri keçirilib
15/09/2019 [18:06]:
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?
15/09/2019 [18:00]:
Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı
15/09/2019 [17:48]:
Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirildi - FOTO/VİDEO
15/09/2019 [17:46]:
Bakıda ilk dəfə Lavaş və Qutab festivalı keçirildi - VİDEO
15/09/2019 [17:10]:
Gəncədə yük maşını körpünü keçə bilmədi - VİDEO
15/09/2019 [16:53]:
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
15/09/2019 [16:50]:
İnsulin alan xəstələr ehtiyatlı olsun: Ölüm təhlükəsi var!
15/09/2019 [16:31]:
Zurabişvilinin oğlu Makron administrasiyasının əməkdaşı oldu
15/09/2019 [16:30]:
Vahid Ələkbərovun şəhərə gəlişinə görə şam ağaclarını və otları rənglədilər
15/09/2019 [16:29]:
Avropa İranla ticarət üçün yaradılacaq mexanizmə 15 milyard dollar ayıracaq
15/09/2019 [16:28]:
İranda qadınlar stadionda futbol izləyə biləcəklər
15/09/2019 [16:26]:
KİV: Səudiyyə Ərəbistanına neft nəqlinin bərpası üçün bir həftə lazımdır
15/09/2019 [16:23]:
ABŞ-ın Gürcüstandakı səfirliyi qarşısında aksiya keçirilir
15/09/2019 [16:23]:
Səfir: "Bakının azad edilməsi bütün Türk dünyası üçün əlamətdar hadisə idi"
15/09/2019 [16:05]:
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
15/09/2019 [15:50]:
Arvadına işgəncə verən kişiyə ağır cəza- FOTOLAR
15/09/2019 [15:27]:
"İl ərzində 20 min tələbəyə distant təhsil verə biləcək UNEC EXTERN yaratmışıq"
15/09/2019 [15:00]:
Azərbaycanda avtobusda qadınlar arasında saçyoldu oldu - VİDEO
15/09/2019 [14:50]:
Qulu Məhərrəmli: "Bu gün PAYTAXT günü elan olunmalıdır"
15/09/2019 [14:43]:
Qədim türk şəhəri Bakı... – Ərdoğanın müşaviri
15/09/2019 [14:40]:
Amerikalı senator İranın neft emal zavodlarını vurmağa çağırdı
15/09/2019 [14:35]:
Nazilə əri ilə şəklini paylaşdı - “Məndən 8 yaş böyükdür”
15/09/2019 [14:33]:
Beyləqana yeni icra müavini təyin olundu
15/09/2019 [14:29]:
Artıq çəkisinə görə məktəbdən çıxardılar
15/09/2019 [14:24]:
Tunisin sabiq Prezidentinin həyat yoldaşı vəfat etdi
15/09/2019 [13:56]:
Ayı İsmayıllı sakininə həyətində hücum etdi
15/09/2019 [13:54]:
Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”
15/09/2019 [13:53]:
Muqabe mavzoleydə dəfn ediləcək
15/09/2019 [13:41]:
Özbəkistanın Türk Şurasına gəlişi ilə bağlı BƏYANAT
15/09/2019 [13:23]:
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO
15/09/2019 [12:54]:
İran generalı: "ABŞ-la müharibəyə daim hazır vəziyyətdəyik"
15/09/2019 [12:53]:
SON DƏQİQƏ! Sərnişin avtobusu AŞDI - 1 ölü, 40 yaralı var / FOTO
15/09/2019 [12:50]:
Bakıda 414 844 şagird oxuyur, 27 930 müəllim çalışır - RƏSMİ
15/09/2019 [12:48]:
Sabiq millət vəkili vəfat etdi - FOTOLAR
15/09/2019 [12:45]:
Tunisdə prezident seçkiləri keçirilir
15/09/2019 [12:40]:
Xurafatdan vəhdətə aparan missiya - Builki Aşura hansı məqamlarla yadda qaldı?
15/09/2019 [12:23]:
İlk dərs günü ölkə ərazisində 30 dərəcəyədək isti olacaq
15/09/2019 [12:21]:
Azərbaycanda yeni turizm məktəbi yaradılacaq
15/09/2019 [12:10]:
Bu il Bakı şəhəri üzrə 14 məzun məktəbi qızıl medalla bitirib
15/09/2019 [12:07]:
“Azərişıq” son 4,8 ildə elektrik enerjisi üzrə texniki itkiləri 2 dəfəyə qədər azaldıb
15/09/2019 [11:57]:
Rusiyada vertolyot itib
15/09/2019 [11:39]:
Yuxuda gördüyü kabus başına bəla oldu- Nişan üzüyünü uddu+FOTOLAR
15/09/2019 [11:30]:
İslam Abbasov dünya çempionatına qələbə ilə start verib - YENİLƏNİB
15/09/2019 [11:20]:
Mehriban Əliyeva məktəbliləri Bilik günü münasibəti ilə təbrik edib
15/09/2019 [11:19]:
"Başımız bədənimizə qaytarıldı, amma onu yaxşı işlədə bilmədiyimizdən bu dəfə ürəyimizi itirdik"
15/09/2019 [11:15]:
Sabirabadda maşın su kanalına aşıb, sürücü ölüb
15/09/2019 [11:09]:
Müəllimə 15 yaşlı şagirdinə intim təklif etdiyi üçün saxlanıldı - FOTOLAR
15/09/2019 [11:03]:
“Yenidən Müsavat başqanı olmaq fikrim yoxdur, bu məsələdə spekulyasiyaları düzgün saymıram”
15/09/2019 [10:48]:
Bu gün "Qarabağ" və "Neftçi" komandaları qarşılaşacaq
15/09/2019 [10:30]:
Tehran Ər-Riyada qarşı neft savaşına başladı: Husilərin “Aramco”-ya hava hücumlarının iç üzü
15/09/2019 [10:30]:
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
15/09/2019 [10:28]:
Rəsul Çunayev dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
15/09/2019 [10:27]:
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
15/09/2019 [10:24]:
Əzrayılın erkək-dişiliyi...
15/09/2019 [10:14]:
Çürük kartof   4 adamı öldürdü…
Bütün arxiv bir sırada
26/05/2019 [14:23] - Cəmiyyət - ( 1276 dəfə baxılıb)

Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib - FOTOLAR



Dünən Qazax Rayon İcra Hakimiyyəti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Qazax filialı ilə birlikdə Azərbaycanda təhsilin və elmin müasir problemləri, təhsilə vurulan zərər, elm-təhsil siyasətinin inkişafı, Qori seminariyasının Azərbaycan şöbəsinin Qazaxa köçürülməsi səbəbləri və s. məsələlərin müzakirəsi ilə bağlı "Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçir­ilib. Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr olunmuş konfransın işində Türkiyə dövlətindən, Borçalıdan, Bakı, Gəncə, Mingəçevir, Şəki, eləcə də respublikamızın müxtəlif bölgələrindən olan elm və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib, 60-dan artıq məruzə dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş nitqi ilə çıxış edərək konfransa qatılan qonaqları salamlayıb, konfransı açıq elan edib və işinə uğurlar arzulayıb. İcra başçısı ulu öndər Heydər Əliyevin Qazax Müəllimlər Seminariyasının yaradılmasının 80 illik yubileyinə həsr edilmiş konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunda söylədiyi dəyərli fikrləri konfrans iştirakçılarının diqqətinə çatdıraraq qeyd edib ki, "Qazax Müəllimlər Seminariyasının xalqımızın mədəni həyatında oynadığı böyük rol danılmazdır. Onun təməli üzərində neçə-neçə təhsil ocaqları yaranıb inkişaf etmişdir. Bu təhsil məbədi özündən sonra böyük mədəni irs qoymaqla adını Azərbaycan maarifi tarixinə əbədi həkk etmişdir. Əminəm ki, müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinin neçə-neçə nəsli də bu zəngin irsdən bəhrələnəcəkdir”.

Rayon rəhbəri bildirib ki, təsadüfi deyil ki, ulu öndərin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev respublikada mədəniyyətin və təhsilin inkişafına hər zaman xüsusi önəm verir. Ölkə Prezidentinin Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı kimi görkəmli şəxsiyyətlər yetişdirmiş Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi haqqında imzaladığı 3 noyabr 2018-ci il tarixli 642 nömrəli Sərəncam bunun bariz nümunəsidir.

R.Babaşov bildirib ki, Sərəncama müvafiq olaraq Qazax Rayon İcra Hakimiyyətinin təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədbirlər planı hazırlanmış və həmin tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilməkdədir.

Rayon rəhbəri Sərəncamın icrası ilə bağlı görülən işlərdən də söz açıb. O, 27 noyabr 2018-ci il tarixdə Qazax Rayon İcra Hakimiyyətində rayon ziyalılarının iştirakı ilə geniş müşavirə keçirildiyini, görüləcək işlər və veriləcək təkliflərin müzakirə edildiyini və Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin keçirilməsi ilə bağlı işçi qrupunun yaradılması haqqında 9-21/144 nömrəli Sərəncam imzalandığını qeyd edib.

Bundan əlavə, 12 mart 2019-cu il tarixdə S.Vurğun adına şəhər 2 saylı tam orta məktəbdə Təhsil Nazirliyinin təşkilatçılığı ilə "100 yaşlı maarif işığı: Qazax Müəllimlər Seminariyası” adlı növbəti "Novruz mühazirəsi” keçirildiyini bildirib. 17 mart 2019-cu il tarixdə "Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl-Tovuz-Qazax-Ağstafa marşrutu üzrə ekskursiyaya çıxan Kürdəmir, Saatlı, Sabirabad, Zaqatala, Balakən və Qax məktəblilərinin Qazax rayonu ilə tanışlığı zamanı Qazax Müəllimlər Seminariyasına da baxış keçirdiklərini vurğulayıb. (6 rayon üzrə 270 şagird).

13 aprel 2019-cu il tarixdə Atatürk mərkəzində Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyi ilə bağlı elmi-praktik konfrans keçirildiyini diqqətə çatdırıb.

Rayon rəhbəri 30 aprel 2019-cu il tarixdə Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və onların xanımlarının Qərb qapısı sayılan Qazaxda qonaq olan zaman səfər çərçivəsində Qazax Müəllimlər Seminariyası ilə də yaxından tanış olduqarını bildirib.

İcra başçısı qeyd edib ki, bu gün hər birimizin iştirakçısı olduğumuz "Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfrans da həmin silsilə tədbirlərdən biridir və bundan sonra da tədbirlər planına müvafiq olaraq işlər davam etdiriləcəkdir.

Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxış edərək əvvəlcə təhsil sahəsinə verilən yüksək qiymətə görə ölkə başçısı İlham Əliyevə, Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğinə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya qazaxlı ziyalılar adından dərin minnətdarlığını bildirib. Son illər ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində görülən işlərdən söz açan dosent keçirilən konfransın əhəmiyyətindən danışıb. Bu cür konfransların təşkil olunmasını təhsilimizin yaşadılması istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə rəhbərinin imzaladığı 3 noyabr 2018-ci il tarixli Sərəncamın bütün qazaxlı ziyalılar, eləcə də rayon ictimaiyyəti tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandığını bildirib.  

AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov çıxış edərək konfrans iştirakçılarını salamlayıb, ən xoş arzularını çatdırıb. Konfransın yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə və BDU-nun Qazax filialının əməkdaşlarına minnətdarlığını bildirib. Natiq bugünkü konfransı təhsillə elmin sintezinə həsr olunmuş tədbir kimi qiymətləndirib. Təhsildə qorunan, Azərbaycanda milli mədəni dəyərlərə dövlət qayğısından bəhs edib. Təhsil məbədi olan Qazax Müəllimlər Seminariyasının Azərbaycana bəxş etdiyi Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Seyfulla Şamilov, Möhsün Poladov, İsmayıl Şıxlı kimi böyük dövlət, elm, maarif və incəsənət xadimlərdən danışıb. Firidun bəy Köçərlinin Azərbaycan təhsilinin inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlərdən söz açıb. Qeyd edib ki, bu gün tam əminliklə deyə bilərik ki, ölkəmizdə ordudan sonra xüsusi diqqət və qayğı göstərilən ikinci əsas sahə məhz təhsil sahəsidir.

Azərbaycan Dillər Universitetinin nümayəndəsi, dosent Misgər Məmmədov da gənclərin elmə, tədqiqatlara istiqamətlənmək prosesinin başlandığından, elmə ciddi həvəs göstərənlərin çoxalması və bu istiqamətdə müvafiq qurumların dəstəyindən bəhs edib. Qazax Müəllimlər Seminariyasının Qazaxa köçürülməsi səbəblərindən danışıb. Bu Seminariyanın Azərbaycana təkcə ədəbiyyat, mədəniyyət sahəsində deyil, riyaziyyat, fizika, eləcə də digər sahələrdə də saysız-hesabsız şəxsiyyətlər bəxş etdiyini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Plenar iclasda həmçinin professor, BDU Qazax filialının müəllimi Hüseyn Xəlilov"BDU-nun Qazax filialı Qazax Müəllimlər Seminariyasının varisliyi yolunda, professor, Gəncə Dövlət Uni­versitetinin müəllimi, Əməkdar elm xadimi Xəlil Yusifli "Firidun bəy Köçərli və irsi”,professor, AMEA Folklor İnstitutunun müəllimi Cəlal Qasımov "Qori Seminariyasının repressiyaya məruz qalmış məzunları”, professor,Ərdahan Universitetinin müəllimi Ərdoğan Altınkaynak "İndekslerde taranan dergilere ait kriterler ve akademik yayıncılık göstergeleri”, professor, Ukrayna-Gürcüstan Beynəlxalq Universitetinin müəllimi Mahmud Kamaloğlu "Qori Müəllimlər Seminariyasının Borçalı məzunları”, professor, Edebiyat Sanat ve Sanatçılar Derneği Başkanı Şahamettin Kuzucular "Azerbaycana armağan Eşref bey ile Zühre han”adlı məruzələr ediblər.

Açılış iclasından sonra konfrans Bakı Dövlət Universitetinin Qazax filialında 8 bölmədə öz işini davam etdirib.

BDU Qazax filialının direktoru Arif Rüstəmov filialda qonaq olan konfrans iştirakçılarını bir daha salamlayıb və bölmə iclaslarının iştirakçılarına uğurlar arzulayıb.

Filialın tədris və elmi iş­lər üzrə direktor müavini, dosent Məmməd Yusifov konfrans iştirakçılarını salamlayıb və bölmə iclasının keçirilməsi üçün bölgüləri elan edib. Daha sonra bölmə iclaslarına start verilib.

GOYEZEN.AZ

loading...
loading...
Əzrayılın erkək-dişiliyi...
Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası...
Siqaret çəkərkən ölümdən döndü - QORXUNC...
Bombalı paketi açan rektorun əli qopdu - QORXUNC... + VİDEO
Hamiləlikdə yaşanan stress baxın nəyə səbəb olur - ARAŞDIRMA
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır...”- VİDEO
Maraqlı
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
Dünya
Yuxuda gördüyü kabus başına bəla oldu- Nişan üzüyünü uddu+FOTOLAR
Hadisə
Müəllimə 15 yaşlı şagirdinə intim təklif etdiyi üçün saxlanıldı - FOTOLAR
Siyasət
“Yenidən Müsavat başqanı olmaq fikrim yoxdur, bu məsələdə spekulyasiyaları düzgün saymıram”
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
"Bir dəfə Heydər Əliyev iclas keçirəndə indiki icra hakimiyyəti başçılarından biri deyib ki..."
“Eşşək” ləqəbli oliqarx-deputatın qızının toyunda qanunsuz atəşfəşanlıq- Polis hərəkətə keçdi...
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
“Əli Nağıyevdən bir peşəkar kimi gözləntim böyükdür”
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247