Xəbər lenti
16/09/2019 [10:23]:
Cəmil Quliyev yeni vəzifəsindən danışdı: “Hər şey şayiədir!”
16/09/2019 [10:23]:
"Kütləni ayıltmalı olan müəllim və başını qatan şoumen...- Kim daha dəyərlidir?..”
16/09/2019 [10:18]:
“Onlar su hövzələrimizi zəhərləyib, meşələrimizi məhv ediblər”
16/09/2019 [10:11]:
Bu jurnalistlər övladlarını 1-ci sinfə apardılar
16/09/2019 [09:47]:
Ad gününüz mübarək, cənab general-polkovnik!
16/09/2019 [09:41]:
AAYDA rəhbərliyi rayonlarda vətəndaşları qəbul edəcək
16/09/2019 [09:27]:
Bu gün Ankarada Türkiyə-Rusiya-İran sammiti keçiriləcək
16/09/2019 [09:25]:
Azərbaycanda şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların qəbulu dayandırıldı
16/09/2019 [09:24]:
ADPU-da I tədris ilinin tələbələri ilə görüş keçirilib- Fotolar
16/09/2019 [09:22]:
Andrey Razin: Anastasiyanın bir neçə gün ömrü qaldı
16/09/2019 [08:27]:
Aprel savaşında gəbərmiş ermənilərin doğmaları  Azərbaycan şəhərində xaç suyuna çəkildi... - FOTOLAR
16/09/2019 [08:26]:
Keçmiş MKİ snayperi ondan ayrılan sevgilisini öldürdü
16/09/2019 [08:21]:
Azərbaycanda yeni dərs ili başladı
16/09/2019 [08:19]:
Kim Çen In Donald Trampı KXDR-ə dəvət etdi
16/09/2019 [08:16]:
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başladı
16/09/2019 [08:12]:
Alkoqollu içki və siqaret şirkətləri  xərçəng xəstələrinə yardım fonduna pul köçürməli olacaq...
16/09/2019 [08:00]:
Ingiltərə çempionu Premyer-liqanın təzə komandasına uduzdu - VİDEO
16/09/2019 [07:47]:
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
16/09/2019 [07:46]:
Kolumbiyada təyyarə yaşayış binasının üstünə düşdü: 7 nəfər öldü - VİDEO
16/09/2019 [07:45]:
Neftin qiyməti iki gündə 19 faiz artdı
16/09/2019 [07:09]:
Sərxoş halda xəstə qəbul edən həkim işdən qovuldu... - FOTOLAR+VİDEO
16/09/2019 [06:27]:
"Məclislərdə Kərbəla faciəsini düzgün tanıtmaq, mübaliğələrdən çəkinmək lazımdır..."
16/09/2019 [00:29]:
"Qırıcı son ana kimi, suya daxil olana qədər tam işlək vəziyyətdə olub..."
16/09/2019 [00:08]:
"Qafqaz hərəkatı dünən də, bu gün də, gələcək üçün də tayı-bərabəri olmayan tarixi örnəkdir"
15/09/2019 [23:26]:
4 yaşında dünyanın ən gözəl qızı seçilmişdi, baxın indi necə görünür! - FOTOLAR
15/09/2019 [23:16]:
S-400 raketdən müdafiə sisteminin sonuncu partiyası Türkiyəyə çatıb
15/09/2019 [23:12]:
Azərbaycan torpağı PKK tərəfdarına verilməyəcək- Qərar
15/09/2019 [23:05]:
Leyla Əliyeva polo üzrə dünya kubokunun finalını izlədi - Fotolar
15/09/2019 [22:31]:
Salyanda 3 yaşlı uşağı avtomobil vurub
15/09/2019 [22:27]:
Azərbaycan klubu Dünya Kubokunun qalibi oldu
15/09/2019 [22:24]:
Neftin qiyməti kəskin artacaq – PROQNOZ
15/09/2019 [22:22]:
Ərdoğan Trampla Amerika “Patriot”unun alınması məsələsini müzakirə edəcək
15/09/2019 [22:20]:
“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır...”- VİDEO
15/09/2019 [22:18]:
"Su-35" və "Be-200" təyyarələri İstanbul səmasında sınaq uçuşlar edib
15/09/2019 [21:59]:
Almaniyada əlillər evində yanğın olub, ölən və xəsarət alanlar var
15/09/2019 [21:54]:
Türkiyə-Suriya sərhədində partlayış olub, azı 12 nəfər öldü
15/09/2019 [21:28]:
Türkiyədə Nəsimiyə həsr edilən beynəlxalq elmi simpozium keçirildi - FOTOLAR
15/09/2019 [20:55]:
Atasıyla eyni yaşda və tarixdə şəhid oldu - FOTO
15/09/2019 [20:54]:
Qusar sakini yararsız parçaları sənət əsərinə çevirir - FOTO
15/09/2019 [20:48]:
Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır
15/09/2019 [20:15]:
Azərbaycan güləşçisi Rafiq Hüseynov dünya çempionatında gümüş medal qazanıb
15/09/2019 [20:02]:
Tərtərin cəbhə kəndində yaşayan ailənin üçəm oğlu oldu
15/09/2019 [19:57]:
Osmanlının təhlükəyə qarşı tikdirdiyi Gəncə qalasını Çar Rusiyası eyni qorxudan dağıtdı - FOTO
15/09/2019 [19:37]:
Türkiyə Vitse-prezidenti Bakıya gəlib
15/09/2019 [19:16]:
Azərbaycandakı ən qədim məbəd Rusiya işğalı zamanı necə kilsəyə çevrildi? - VİDEO
15/09/2019 [19:04]:
"Sənin 10 milyon izləyicin yoxdur ki, ancaq mənim var, məni dəli etmək istəyirsən?"
15/09/2019 [18:20]:
“Gənclər arasında vətənpərvərliyin təbliği” adlı layihənin dördüncü tədbiri keçirilib
15/09/2019 [18:06]:
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?
15/09/2019 [18:00]:
Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı
15/09/2019 [17:48]:
Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirildi - FOTO/VİDEO
15/09/2019 [17:46]:
Bakıda ilk dəfə Lavaş və Qutab festivalı keçirildi - VİDEO
15/09/2019 [17:10]:
Gəncədə yük maşını körpünü keçə bilmədi - VİDEO
15/09/2019 [16:53]:
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
15/09/2019 [16:50]:
İnsulin alan xəstələr ehtiyatlı olsun: Ölüm təhlükəsi var!
15/09/2019 [16:31]:
Zurabişvilinin oğlu Makron administrasiyasının əməkdaşı oldu
15/09/2019 [16:30]:
Vahid Ələkbərovun şəhərə gəlişinə görə şam ağaclarını və otları rənglədilər
15/09/2019 [16:29]:
Avropa İranla ticarət üçün yaradılacaq mexanizmə 15 milyard dollar ayıracaq
15/09/2019 [16:28]:
İranda qadınlar stadionda futbol izləyə biləcəklər
15/09/2019 [16:26]:
KİV: Səudiyyə Ərəbistanına neft nəqlinin bərpası üçün bir həftə lazımdır
15/09/2019 [16:23]:
ABŞ-ın Gürcüstandakı səfirliyi qarşısında aksiya keçirilir
15/09/2019 [16:23]:
Səfir: "Bakının azad edilməsi bütün Türk dünyası üçün əlamətdar hadisə idi"
15/09/2019 [16:05]:
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
15/09/2019 [15:50]:
Arvadına işgəncə verən kişiyə ağır cəza- FOTOLAR
15/09/2019 [15:27]:
"İl ərzində 20 min tələbəyə distant təhsil verə biləcək UNEC EXTERN yaratmışıq"
15/09/2019 [15:00]:
Azərbaycanda avtobusda qadınlar arasında saçyoldu oldu - VİDEO
15/09/2019 [14:50]:
Qulu Məhərrəmli: "Bu gün PAYTAXT günü elan olunmalıdır"
15/09/2019 [14:43]:
Qədim türk şəhəri Bakı... – Ərdoğanın müşaviri
15/09/2019 [14:40]:
Amerikalı senator İranın neft emal zavodlarını vurmağa çağırdı
15/09/2019 [14:35]:
Nazilə əri ilə şəklini paylaşdı - “Məndən 8 yaş böyükdür”
15/09/2019 [14:33]:
Beyləqana yeni icra müavini təyin olundu
15/09/2019 [14:29]:
Artıq çəkisinə görə məktəbdən çıxardılar
15/09/2019 [14:24]:
Tunisin sabiq Prezidentinin həyat yoldaşı vəfat etdi
15/09/2019 [13:56]:
Ayı İsmayıllı sakininə həyətində hücum etdi
15/09/2019 [13:54]:
Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”
15/09/2019 [13:53]:
Muqabe mavzoleydə dəfn ediləcək
15/09/2019 [13:41]:
Özbəkistanın Türk Şurasına gəlişi ilə bağlı BƏYANAT
15/09/2019 [13:23]:
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO
15/09/2019 [12:54]:
İran generalı: "ABŞ-la müharibəyə daim hazır vəziyyətdəyik"
15/09/2019 [12:53]:
SON DƏQİQƏ! Sərnişin avtobusu AŞDI - 1 ölü, 40 yaralı var / FOTO
15/09/2019 [12:50]:
Bakıda 414 844 şagird oxuyur, 27 930 müəllim çalışır - RƏSMİ
Bütün arxiv bir sırada
26/05/2019 [21:48] - Cəmiyyət - ( 3704 dəfə baxılıb)

"Ömrünü elmdən, yaradıcılıqdan kənar sahələrdə boşuna xərcləyən o qədər adamlar görmüşük ki..."




Qədim bir əsatirə inansaq, nə vaxtsa insanların bəsirət gözünün olduğunu deyirlərmiş. Bu göz adama istənilən hadisəni daha dəqiq görməyə, həyata geniş və aydın nəzərlərlə baxmağa, gələcək barədə irəlicədən dürüst nəticələr çıxarmağa imkan verərmiş.

Zaman keçdikcə insan övladı hansısa səbəblərin təsiri ilə yavaş-yavaş həmin gözünü itirməyə başlayır. Nəticədə bəsirət gözü, tamamən görünməz olur. Təbii, insan bununla qeyri-adi qabiliyyətlərini də əldən verir.

Əlbəttə, bu bir əfsanədir, reallıqlardan daha çox xalqımızın mifik təfəkkür dünyasından gəlir. 

Amma günü bu gün də aramızda elə insanlar yaşayır ki, onları yaxından tanıdıqca, kəlmə kəsdikcə, həyata, insanlara, reallıqlara bənzərsiz münasibətlərinə şahid olduqca, belələrinin, həqiqətən, bəsirət gözünün olmasına özünü inandırmaya bilmirsən.

Qəribəsi budur ki, onun haqqında belə bir qənaətə gələndə yaşı heç 40-ı adlamamışdı, bu günsə 60 yaşlı insan haqqında düşüncələrimi qələmə alıram. O, elə yaxından tanımağa başladığım vaxtlardan belə idi. Aradan keçən illərsə o işıqlı təfəkkürdən, dünyaya fəzadan baxa bilmə istedadından, yaşı xeyli qabaqlayan müdriklikdən heç nəyi əskiltməyib. Əksinə, həyatın qazandırdığı təcrübə, elmə-yaradıcılığa, ictimai fəaliyyətə həsr olunmuş mənalı ömrün dərsləri bu qabiliyyəti bir qədər də gücləndirib, bəsirət gözünü daha da genişləndirib. 

Bənzərsiz adam 

Bir neçə il əvvəlin söhbətidir: televiziya kanallarından birində Molla Pənah Vaqif haqqında veriliş gedirdi. Proqramın özəlliyi onda idi ki, ədəbiyyat tariximizdə, ana dilimizin inkişafında özünəməxsus xidmətləri olmuş böyük şairin yaradıcılığından daha çox, həyatının təftişinə həsr olunmuşdu. Studiyadakı ziyalılarımız bu mövzuda iki qütbə bölünmüşdülər. Bir qismi Vaqif şəxsiyyətini təqdir edirdi. Digərləri isə daha çox tənqidi yönümlü fikirlər səsləndirirdilər. Verilişdə onu da görüb fikirləşdim ki, elmi yaradıcılığında Vaqifin şeir dilinin tədqiqi xüsusi yer tutan və dilçiliyin, ədəbiyyatın bir çox sahələri kimi Vaqifin həyat və yaradıcılığını əzbər bilən alim kimi, o, indi şairi müdafiə etməkdən ötrü elmi dəlillər gətirəcək, müxtəlif mənbələrə müraciət edəcək. Amma o, bunların çoxuna lüzum görmədi. Eləcə verilişin sonuna yaxın folklorumuzdakı "Hər oxuyan Molla Pənah olmaz" ata sözümüzü yada salmaqla bütün opponentlərini yaxşı mənada bağladı. Və müzakirələrin nöqtəsini elə məntiqi bir tərzdə qoydu ki, bunu ancaq o edə bilərdi.

O, olduğu hər yerdə özünəməxsusdur, orijinaldır, insanlara, məsələlərə yanaşma tərzi ilə bənzərsizdir.

Belə qeyri-adi keyfiyyət sənətindən, peşəsindən asılı olmayaraq taleyin sevib-seçdiyi çox adamlara qismət ola bilər. Bunun bir alim şəxsiyyətində özünü büruzə verməsi isə misilsiz xoşbəxtlik deməkdir. Kifayət qədər geniş təfəkkürə, yüksək istedada malik olub, öz imkanlarını düzgün dəyərləndirə bilməyən və ömrünü elmdən, yaradıcılıqdan kənar sahələrdə boşuna xərcləyən o qədər adamlar görmüşük ki...

Yaxud alim kimi yetərincə yüksək titulları, çoxsaylı əsərləri olsa da, zəkasının hüdudları son dərəcə dar görünən, kamilliklə, müdrikliklə yaxından-uzaqdan əlaqəsi olmayan şəxslər azmı çıxıb qarşımıza?!

Bir alimlə bir insana xas ən üstün cəhətlər çox az hallarda eyni adamda qovuşanda isə o adamlardan biri mütləq Nizami Cəfərov adlanır. 

Ömürdən sətirlər 

Yubiley yazısında, adətən, şəxsin həyat yoluna qısaca nəzər salırlar. Bu adəti pozmaq istəməzdim. Amma yazımın davamında belə bir ənənənin özünə dair kiçicik qeydim də olacaq.

Hələliksə 60 il əvvəldən başlayaq...

Nizami Qulu oğlu Cəfərov 1959-cu ilin 21 sentyabrında Ağstafa rayonunun Zəlimxan kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

1985-ci ildən Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olub. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışıb. 2001-2015-ci illərdə Bakı Dövlət Universitetinin kafedra müdiri olub.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında yaxından iştirak edib. Dilçilik sahəsi üzrə elmi fəaliyyəti ilə yanaşı, hələ tələbəlik illərindən ədəbiyyatşünaslıqla da ciddi şəkildə məşğul olub. Ədəbi-tənqidi məzmunlu yazıları onu dövrümüzün görkəmli ədəbiyyat tənqidçilərindən biri kimi tanıdıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

1995-1996-cı illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komisiyasının (AAK) filologiya elmləri üzrə Ekspert Şurasının üzvü, 1997-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının(AAK) Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının üzvü olub. Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurasının "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin sədri təyin edilib.

1998-ci ildə Ali Attestasiya Komissiyasının dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının sədri seçilib. 1999-cu ildə Filologiya fakültəsində "Dədə Qorqud" elmi-tədqiqat laboratoriyasını yaradaraq ona rəhbərlik edib. 2003-cü ildə AAK-ın filologiya elmləri üzrə Ekspert Şurasının sədri olub. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.

2001-ci ildən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Dünya Alpaqut Federasiyasının Prezidentidir. Yeni Azərbaycan Partiyasında təmsil olunur. 2000-ci ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edib. Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Nizami Cəfərov elmi nəticələrinə və təhsil quruculuğu sahəsindəki xidmətlərinə görə 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. 2004-cü ildə Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyətinin qərarı ilə "Yusif Məmmədəliyev adına medal"la təltif edilib.  

"Keçən günlərin dastanı" 

Bunlar bir elm adamının, müəllimin, ictimai xadimin ömründən qısa sətirlərdir, hamısını ümumiləşdirəndə, göründüyü kimi, xırda bir mətn alınır. Amma bu cümlələrin hər birinin arxasında böyük bir ömrün son dərəcə maraqlı hekayəti var.

Hər cümlə bir ömür dastanına bələdçidir.

Elə yubiley yazılarındakı ənənəviliklə bağlı toxunmaq istədiyim məqam da bununla bağlı olacaq. Adətən, haqqında yazılan insanın həyat yolunu bu cür qısa mətnlərdən, çox quru informasiya verən cümlələrdən oxuyuruq. Bu cümlələrin arxasındakı maraqlı təfərrüatlar, talelər, həyatın maraqlı sınaqları isə diqqətdən kənarda qalır. Haqqında oxuduğumuz şəxsi onların çoxundan xəbərsiz tanıyırıq. Nizami Cəfərov isə nə yaxşı ki, özü vaxt tapıb bu hekayətlərin heç olmasa müəyyən bir qismini qələmə ala bilib. Kitab halında bir yerə toplayıb və adını da qoyub: "Keçən günlərin dastanı".

Kitabdakı ayrı-ayrı fraqmentləri oxuduqca Nizami Cəfərov kimi şəxslərin yaşadıqları ömürdən keçənlərin, əslində, bir fərdə aid olmadığını düşünürsən. Bu ömürdə ayrı-ayrı hadisələr, faktlar, şəxsiyyətlərlə bağlı toplanmış xatirələrin ümumən xalqın, cəmiyyətin tarixinin bir parçasına çevrildiyini görürsən.

Bu ona görə belədir ki, Nizami Cəfərov öz ömrünü təkbaşına, özünə, bir fərdin cari məişət qayğılarına qapanaraq yaşamayıb. O, maraqlı bir dastan kimi qələmə aldığı tərcümeyi-halını, özünün də qeyd etdiyi kimi, yaşadığı cəmiyyətlə, əhatə olunduğu mühitlə bir yerdə qazanıb. Cəmiyyətdə baş verənlərə heç zaman biganə qalmayıb. Ziyalı vicdanı, alim istedadı, yazar qələmi ilə hər zaman hadisələrin içində nəzərə çarpıb, gözə görünüb. Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə əsası qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən müstəqil dövlət quruculuğu tariximizin kənar seyrçilərindən deyil, fəal iştirakçılarından olub.  

Qulu müəllimin oğlu 

Nizami Cəfərovun ömür yolunu vərəqlədikcə həyatının böyük hissəsi təhsillə bağlı olmuş adam kimi bir məqam xüsusilə diqqətimi çəkir. İnsanın formalaşmasında, təkcə məktəbdə deyil, evdə də yaradılmış təhsil mühitinin nə qədər önəmli rol oynadığını dərk edirəm. Əgər imkanım olsaydı, evdə övlad böyüdən və ciyərparasının gələcəyini aydın görmək istəyən bütün valideynlərə səslənib bu sətirləri oxumağı, oxuduqdan sonra isə nümunə götürməyi tövsiyə edərdim. Çox erkən itirdiyi atası Qulu müəllimin əlifba dərslərindən yazır müəllif:

"Atam Qulu müəllim əlifbanı mənə beş yaşımda öyrətdi. "Koroğlu" kitabının 50-ci illər nəşrini oxuda-oxuda... Əvvəl bir qolun məzmununu danışırdı, şeirləri əzbər deyirdi, sonra həmin qolu oxudurdu. Mən bilirdim ki, bu səhifədən o səhifəyə qədər nə yazılıb, ancaq hərflər tez-tez yadımdan çıxdığına görə konkret olaraq nəyin harada yazıldığını çaşdırırdım. Ancaq bu, çox çəkmədi.

... Bir dəfə anam gəldi ki, hələ tikilib qurtarmamış təzə evimizin kölgəsinə kilim sərib atamla oturmuşuq, ağır işdən sonra mən "Koroğlu ilə Kürdoğlunun qolu"nu oxuyuram; o yerdəyik ki, Kürdoğlu Koroğlunu iki dəfə yıxıb, indi ata tanımadığı oğlunu məcbur edir ki, onunla üçüncü dəfə güləşsin... Gözümün yaşı kitabın səhifələrinə tökülürdü, ancaq davam eləyirdim. Anam əlindəki çaydanı yerə qoyub gülə-gülə:

- Sizə nə olub, niyə ağlaşırsınız, - deyəndə başımı qaldırdım, gördüm ki, atam da əməlli-başlı kövrəlib.

Və mən məzmundan mətnə, mətndən məzmuna rahat keçməyin inersiyasını "Koroğlu"dan (və atamdan!) öyrəndim".

Yaxud bu cümlələr: "Babam nəvələrinə Nizami kişi! Şahin kişi! Daşdəmir kişi!.. deyə müraciət edərdi. Ən kiçiyimizə də "Aslan kişi!" deyərdi... Bizim də kişi olmaqdan başqa çarəmiz qalmırdı".

Bir uşağı şəxsiyyət kimi yetişdirməyin bundan gözəl örnəyi ola bilərmi?! 

"Xoşbəxtəm ki..." 

Nizami Cəfərovun həyat yolu yaşadığı məkandan, sənətindən, peşəsindən, statusundan asılı olmayaraq bu xalqın övladlarının şəxsiyyət kimi yetişməsini istəyən, onları belə bir ucalıqda görməyi arzulayan işıqlı insanlar qalereyasıdır sanki. Bu mənzərə onun Bakı Dövlət Universitetnin Filologiya fakültəsində keçmiş tələbəlik illərində də davam edir. Nizami Cəfərovun 60 illik ömür yolunda, ziyalı taleyində böyük rol oynamış şəxsiyyətlərin nurlu obrazında öz əksini tapır. Alimin bu insanlara sevgi və rəğbətində görünür.

"Tələbələrə kurs işi mövzuları paylamışdı - hər dərsin birinci, ya ikinci hissəsində bir-iki nəfəri qaldırıb soruşurdu ki, "sənin əsərinin mövzusu nədir?" Hamının üzündə təbəssüm əmələ gəlirdi, bizim cızmaqaralarımıza "əsər" deməsi, özü də belə böyük yazıçı-ədəbiyyatşünasın, əlbəttə, qəribə idi".

Nizami Cəfərovun öz xatirələrində sevgi ilə andığı həmin müəllim onun kimi onlarla ziyalımızın yetişməsində böyük əməyi olmuş görkəmli ədib, professor Mir Cəlaldır. Onun hələ yolun başında olan tələbələrinin hər birini indidən alim kimi görməsi ilə Nizami Cəfərovun babası Əziz kişinin körpə nəvələrinin hər birini indidən əsl kişi əxlaqında, kişi dəyanətində görməsi bir-birini tamamlayan eyni münasibətdir. Əsl şəxsiyyətləri belə valideynlər, belə müəllimlər yetişdirir. Xalq da belələrinin tərbiyəsində ucalır, böyüyür, irəli gedir.

Belə insanlardan görüb götürmək, dərs almaq, öyrənmək 60 yaşlı Nizami Cəfərovun ən böyük xoşbəxtliyidir. Və bunu ilk elə özü etiraf edir: "Mən xoşbəxtəm ki, həm orta məktəbdə, həm də xüsusilə Universitetdə çox böyük dilçi müəllimlərdən dərs almışam; onların yalnız bəzilərinin  (və mənim üçün doğma!) adlarını çəkmək kifayətdir ki, şair demiş, "qəziyyə məlum" olsun: Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Nəsir Məmmədov, Ağamusa Axundov, Yusif Seyidov, Fərhad Zeynalov, Tofiq Hacıyev, Abdulla Vəliyev, Musa Adilov, Samət Əlizadə, Zinyət Əlizadə, Aydın Məmmədov, Kamil Vəliyev, Firudin Cəlilov...

Və bir də ona görə xoşbəxtəm ki, bu böyük dilçi-müəllimlər nə yazdılarsa, demək olar, hamısını oxudum, nə dedilərsə, hamısını anlamağa çalışdım. Həm Universitetdə təhsil aldığım illərdə, həm də sonralar onların hər birindən qayğı, kömək, hörmət (və müdafiə!) gördüm..."

Əslində, bu, öz müəllimlərindən eyni münasibəti görmüş, qarşıya qoyduğu hədəflərə onların dəstəyi ilə yetişmiş, həyatın ilk böyük maneələrini onların kömək üçün uzanmış güclü əllərindən tutaraq büdrəmədən adlaya bilmiş hər birimizin xoşbəxtliyimizdir.  

Həyat bələdçisi 

Nizami Cəfərov aspiranturaya qəbul zamanı üzləşdiyi bir çətinliyi özünəməxsus publisistik üslubla detallı təsvir edir. Universiteti fərqlənmə diplomu ilə başa vursa da, aspiranturaya qəbul üçün 2 illik iş stajı tələb olunduğundan rektor onun sənədinə qol çəkmir. 2 ildən sonra gəlməyi tövsiyə edir. İlk baxışdan xırda məsələdir. Amma bu 2 illik zaman itkisi elmi tədqiqat şövqü ilə alışan istedadlı bir gəncin bütün həyatını, taleyini dəyişə bilər. Və rektoratlıqdan kor-peşman Filologiya fakültəsinə qayıdanda dəhlizdə təsadüfən, müəllimlərindən professor Əlövsət Abdullayevə rast gəlir. Professor onun məyusluğunu görüb vəziyyəti öyrənincə, "- Hələ bir dayan görək. Arxamca gəl!.." deyib qabağa düşür. Bir tələbənin gələcək karyerası qarşısında dağ kimi dayanmış imza problemini şəxsi nüfuzunun gücü ilə ikicə dəqiqəyə həll edərək onun yolunu açır.

... Tərcümeyi-halımı varaqladıqca görürəm ki, çox adama borcluyam. Nə bilmək olar, bəlkə də, ən çox Əlövsət Abdullayevə borcluyam ki, hara gedəcəyimi bilmədiyim bir vaxtda qabağa düşdü... Və mənə "arxamca gəl!" dedi...

Ən müstəqil bir həyat yolçusunun da hansısa məqamda belə bir sözə (və hərəkətə!) ehtiyacı olur".

Bu gün Nizami Cəfərov özü də onun kimi eyni çətinliklərlə üzləşən onlarla gənc üçün "Arxamca gəl..." deyib qabağa düşən həyat bələdçisidir. Bu gənclərin yollarındakı maneələri şəxsi nüfuzunun gücü ilə aradan qaldıran, onları gələcəyə doğru uğurlayan təmənnasız xeyirxahdır.

Bu, keçmiş günlərin xoş xatirələrində əbədiyyət ömrü yaşayan işıqlı şəxsiyyətlərdən, müəllimlərdən əxz olunmuş ən gərəkli dərsdir.

Bu gün Nizami Cəfərovu o şəxsiyyətlərlə birləşdirən bir dəyər də məhz budur: əsl ziyalı mənəviyyatı.

Belə bir mənəviyyatın saldığı işıqla o, yeni tədqiqatçılara həyan olur, onların araşdırmalarına elmi rəhbərlik edir, yol göstərir, düzgün istiqamət verir. Elmi müzakirələrdə, müdafiə proseslərində opponent kimi, yaxud peşəkar mütəxəssis rəyləri ilə, çıxışları ilə dəstəyini əsirgəmir. Bir gəncin gələcəyi xatirinə yeri gələndə kiməsə zəng etməyi, bağlı qapıları ad-sanının, şəxsiyyətinə olan rəğbətin gücü ilə döyməyi özünə zəhmət, şəninə əskiklik bilmir.

Nizami Cəfərovun bir çoxlarından fərqi də elə budur ki, o məsələlərə strateji mənzərədə baxa bilir. Problemlərə, qayğılara, proseslərə cari planda yanaşmır. Onlara onilliklərin, əsrlərin hüdudlarında nəzər salır və buna görə davranır. Bu, XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb-yaratmış böyük maarifçilərimizin, işıqlı mütəfəkkirlərimizin tərzidir. Nizami Cəfərov da bu işığı öz kimliyində, təfəkküründə yaşadan ziyalılarımızdandır. 

32 yaşlı elmlər doktoru 

Birinci dünya müharibəsində (1914-1918) iştirak edən, sonralar isə Rusiya vətəndaş müharibəsi (1917-1922) və Sovet-Polşa müharibəsinin (1919-1921) tanınmış komandanlarından olan Sovet İttifaqı Marşalı Mixail Tuxaçevski haqqında maraqlı bir hekayət var. Çox keşməkeşli həyat və tale yaşamış, sonunda Stalin repressiyasının qurbanı olmuş bu gənc sərkərdə deyilənə görə, yeniyetmə çağlarında tez-tez güzgünün qarşısında dayanar, 30 yaşına qədər general olacağını, bunu bacarmayacağı təqdirdə isə intihar edəcəyini özünə söz verərmiş. Bu yüksək rütbəyə çatanda isə onun heç 29 yaşı da tamam olmamışdı.

Nizami Cəfərov haqqında yubiley yazısında bu faktı xatırlamağım səbəbsiz deyil. Hər bir məkanın da, insanın da özünəməxsus hekayələrinin, ilklərinin, hansısa fərqli birinciliklərinin olması çox önəmlidir. Akademik Nizami Cəfərov da bu baxımdan istisna deyil. O, bütün keçmiş SSRİ məkanında filologiya sahəsi üzrə elmlər doktoru dərəcəsi əldə etmiş ən gənc alim olub. Bu məqsədinə 1991-ci ildə, cəmi 32 yaşında çatıb. Bundan da maraqlısı isə Nizami Cəfərovu belə bir rekorda motivasiya edən səbəbdir. Ona qədər bu birinciliyi dilçilik elmimizin görkəmli nümayəndələrindən olan akademik Ağamusa Axundov əldə etmişdi. O da 32 yaşında filologiya elmləri doktoru olmuşdu. Yaxınlarının dediyinə görə, Nizami Cəfərov da hələ tələbə, aspirant və sonra artıq elmlər namizədi ikən bu göstəricini ən azı təkrarlayacağına, müəllimindən geri qalmayacağına özünə söz verirmiş. Nəticədə o, elmlər doktoru alimlik dərəcəsini Ağamusa müəllimdən də üç ay tez əldə etmiş olur.

Əlbəttə, hansısa təfərrüatlarda, bəlkə, yanıla bilərəm. Amma faktın özü maraqlıdır. Bunlar, Ağamusa müəllim, Nizami Cəfərov kimi böyük alimlərdən nümunə götürən gənc tədqiqatçılar üçün çox böyük motivasiya gücüdür. Belə alimlərin əzmkarlığının, məqsədyönlülüyünün, alın təri ilə yoğrulan istedadının, zəhmətinin yaratdığı örnəkdir.

Sağlam düşüncə 

Nizami Cəfərov yüksək səriştəli təşkilatçıdır həm də. Tale elə gətirib ki, biz onunla bu sahədə birgə çalışmışıq. Bakı Dövlət Universitetinin rəhbərliyində təmsil olunduğum zamanlarda Nizami Cəfərov da çox gənc yaşlarından BDU-nun Filologiya fakültəsinin dekanı idi. Mənəvi mühiti o qədər də sadə olmayan, bir zamanlar ona dərs demiş görkəmli alimlərin çalışdığı, zəngin tarixi ənənələrə, bir çox elm adamlarına xas özünəməxsus daxili ixtilaflara malik bu fakültəni idarə eləmək bir elə də asan deyildi.

Amma Nizami Cəfərov bunu bacarırdı. Özü də maraqlıdır ki, bu çətin işin öhdəsindən gəlməkdə onun əsas istinad mənbəyi hər hansı sərt inzibati metodlar deyil, xarakterindəki demokratizm, sadəlik, səmimiyyət idi. Məhz bu keyfiyyətlərin gücü idi ki, fakültənin tələbələri çox qısa zamandan sonra onu özlərinə doğma bir qardaş, dost kimi qəbul etmişdilər. Nizami Cəfərov tələbələr üçün həqiqətən dekan, müəllim yox, həmişə onların yanında olan, bütün qayğılarını, problemlərini bölüşüb kömək istəyəcəkləri əziz bir insana çevrilmişdi. Bu, fakültənin bir çox müəllimləri ilə münasibətdə də belə idi.

Sonralar Milli Məclisin deputatı olanda da, Azərbaycan Atatürk Mərkəzinə, parlamentin Mədəniyyət Komitəsinə rəhbərlik edəndə də onun iş metodlarını, davranışlarını, insanlara münasibətini izləmək imkanım oldu. Gördüm ki, Nizami Cəfərov öz xarakterini zərrə qədər də olsun dəyişməyib. Nə vəzifə, nə yüksələn status, nə getdikcə sırası genişlənən elmi titullar, ictimai nüfuz ona zərrə qədər də olsun təsir göstərə bilməyib. Başqalarına yuxarıdan aşağı baxmaq, təkəbbür bir addım da yaxınına düşməyib. O, yenə də mənim on illər əvvəl görüb ehtiram bəslədiyim, sadə, təvazökar, səmimi, dostcanlı oğlandır. Hətta bu illər ərzində geyim üslubunu belə dəyişmədi. Yenə çox az adam onu boynunda qalstuk, tam rəsmi qiyafədə görə bildi.

Düşünürəm ki, bu, insan şəxsiyyətinin gücüdür. İnsan şəxsiyyət etibarilə yetkin və özünə əmin olanda, öz mənliyini dərk edəndə, cılız duyğulardan ucalarda dayanmağı bacaranda mənfi keyfiyyətlər ondan yan keçir. Bundan ötrü isə insanın düşüncəsi sağlam olmalıdır.

Və Nizami Cəfərov mənim tanıdığım ən sağlam düşüncəli ziyalılarımızdan biridir. 

Nizami Cəfərov qələmi 

Yazmaq, düşüncələrini sözlərin, cümlələrin dili ilə ipə-sapa düzmək Nizami Cəfərovda fitri bir istedaddır. Dilə az-çox bələd olan istənilən adam yazı texnikasını müəyyən vərdişlərlə tədricən mənimsəyib fikirlərini yazılı dildə ifadə edə bilər. Amma Nizami Cəfərov kimi yazmağı adama heç bir məktəb, müəllim, kitab öyrədə bilmir. Bu, insanın ruhundan gələn ilahi bir enerjidir. İstənilən yazısını oxuyanda bu enerjini hiss edirsən. Hətta yazıda imzası olmayanda belə fərdi üslubundan, fikirlərinin ifadə tərzindən, analitik təfəkkür gücündən, ən əsası isə ruhundan hiss edirsən ki, bu, Nizami Cəfərovun qələmindən çıxıb.

Nizami Cəfərov ədəbiyyatşünaslıq elmimizə ən çox töhfələr verən, müasir ədəbi prosesin istiqamətlənməsində xidmətləri olan görkəmli dilçi alimlərimizdəndir. Həm namizədlik, həm doktorluq dissertasiyaları sırf dilçiliyə həsr olunmuş alimin ədəbiyyatşünaslığı bu qədər gözəl bilməsi, onun filoloq həmkarlarında da böyük maraq və heyrət doğurur. Təsadüfi deyil ki, Nizami Cəfərova elmi sferalarda böyük nüfuz qazandıran ilk əsərlərindən biri - "Füzulidən Vaqifə qədər" əsəri də məhz ədəbiyyatşünaslıqdan olub. Alimin "Azərbaycanşünaslığa giriş", türk xalqları ədəbiyyatının qədim, orta, yeni və ən yeni dövrlərini əhatə edən 4 cildlik fundamental "Türk xalqları ədəbiyyatı" da elmdə əsl hadisəyə çevrilmişdi.

O, dil tarixi, ümumi dilçilik sahələrində də sanballı məqalələr yazıb. Məşhur İsveçrə dilçisi Ferdinand de Sössürün əsərlərini dilimizə çevirib. Ayrı-ayrı şəxsiyyətlərimiz haqqında maraqlı əsərləri var. Avtobioqrafik janrda qələmə aldığı xatirə kitabları isə Nizami Cəfərovun daha bir istedadını ortaya qoydu. Kitabların təhkiyəsindən, dil-üslub xüsusiyyətlərindən, mətnin su kimi içilməsindən belə məlum oldu ki, ədəbiyyatımız bu illər ərzində alimliyi, publisistliyi qədər də yazıçılıq qüdrətinə malik bir istedadını az qala itirəcəkmiş.

Ona görə Azərbaycanın xalq yazıçısı Elçin "Nizami-60: gənclik və müdriklik yaxud, Nizami, bəs roman nə oldu?" adlı məqaləsində yazır: "Yazıçılarımızın yox, onun timsalında alimlərimizin sırası bir nəfər də artmış oldu.

Ancaq mən Nizaminin xatirələrini, mənim də yaxşı tanıdığım və xatirələrini əziz tutduğum dilçilər (Muxtar Hüseynzadə, Fərhad Zeynalov, Ağamusa Axundov, Əlövsət Abdullayev, Yusif Seyidov, Tofiq Hacıyev, Ağamalı Həsənov və b.) haqqında yazdığı sənədli əsərini oxuyandan sonra hiss etdim ki, hələ hər şey irəlidədir.

Yəni "Nizami-70", "Nizami-80", "90", "100" qeyd olunanda - söhbət görkəmli alim-tənqidçi ilə bərabər, görkəmli bir yazıçının da yubileyindən gedəcək.

Buna görə də, mən hər dəfə onu görəndə soruşuram:

- Nizami, bəs roman nə oldu?"

İlahi yüksək yumor hissini, söhbətcilliyi də ondan əsirgəməyib. Onunla eyni məclisdə olmaq, duzlu-məzəli söhbətlərini dinləmək böyük bir zövqdür. Nizami Cəfərovla birgə vaxtın necə ötdüyünü hiss etmirsən. Maraqlıdır ki, o, çox yüksək peşəkarlıqla zarafatlarına da elmi məzmun qatır. Demək istədiklərini bəzən yumorun, incə atmacalarının dili ilə çatdırır. Onun yerinə, məqamına uyğun zarafatları kimsənin qəlbinə toxunmur, əksinə, mənəvi qidaya çevrilib insanlara xoş ovqat bəxş edir, öyrədir, tərbiyələndirir. Ona görə Nizami Cəfərovun olduğu bütün məclislər, apardığı bütün tədbirlər iştirakçıların yaddaşında xoş bir xatirəyə çevrilir. Hər dəfə onun bu istedadına şahid olduqca, yaddaş saxlancından çıxarıb dinləyicilərin diqqətini ovsunladığı maraqlı əhvalatlarını eşitdikcə qədim eposlarımızı, bu eposları yaddaşında yaşadan ozanlarımızı xatırlayıram. El məclislərində saatlarla dastanlar, rəvayətlər söyləyib dinləyiciləri sözün sehrində saxlayan aşıqlarımızın, nağılçılarımızın cazibəsi düşür yadıma. Və anlayıram ki, Nizami Cəfərov da bu təfəkkürdən gəlir. 

"Çox böyük bir professor" 

İllərin zəhməti, qələmlə qırılmaz ünsiyyəti ona çox yüksək titullar, böyük mükafatlar qazandırıb. Bu mükafatlardan ən yüksəyi isə Ulu Öndər Heydər Əliyevin Türkiyədəki tədbirlərdən birində onun haqqında dilə gətirdiyi "Çox böyük bir professor" qiymətidir. Özü bu haqda belə yazır: "Çox keçmədi ki, Mərkəz fəaliyyətə başladı. Və Azərbaycan xalqının ümummilli liderinin bütün göstərişlərini həyata keçirməyə çalışdıq...

Türkiyənin dövlət xadimləri ilə görüşlərin birində Heydər Əliyevin Mərkəzin başqanı haqqında işlətdiyi "çox böyük bir professor" ifadəsi mənim üçün indiyə qədər aldığım (və bundan sonra alacağım) adların ən böyüyü oldu...

Günlər keçir. Ancaq izsiz yox... Tərcümeyi-hal (və Tarix!) yarada-yarada.

Biz də arzu edirik ki, bu tarix ömrün 60-cı zirvəsindən üzü o tərəfə də hələ uzun müddət davam etsin. Və keçən günlərin dastanının yeni-yeni boyları yaransın. (525.az)


Misir MƏRDANOV 

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor 

loading...
loading...
Əzrayılın erkək-dişiliyi...
Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası...
Siqaret çəkərkən ölümdən döndü - QORXUNC...
Bombalı paketi açan rektorun əli qopdu - QORXUNC... + VİDEO
Hamiləlikdə yaşanan stress baxın nəyə səbəb olur - ARAŞDIRMA
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Aprel savaşında gəbərmiş ermənilərin doğmaları  Azərbaycan şəhərində xaç suyuna çəkildi... - FOTOLAR
Cəmiyyət
“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır...”- VİDEO
Maraqlı
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
Dünya
Yuxuda gördüyü kabus başına bəla oldu- Nişan üzüyünü uddu+FOTOLAR
Hadisə
Müəllimə 15 yaşlı şagirdinə intim təklif etdiyi üçün saxlanıldı - FOTOLAR
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
"Bir dəfə Heydər Əliyev iclas keçirəndə indiki icra hakimiyyəti başçılarından biri deyib ki..."
“Eşşək” ləqəbli oliqarx-deputatın qızının toyunda qanunsuz atəşfəşanlıq- Polis hərəkətə keçdi...
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
“Əli Nağıyevdən bir peşəkar kimi gözləntim böyükdür”
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247