Xəbər lenti
18/09/2019 [15:27]:
"Yiyəm olmadığı üçün bu ada həsrət qaldım, ayağımdan dartdılar, başımdan vurdular"
18/09/2019 [15:21]:
Hadı Rəcəbli: “Deputatlar fantastik fikir səsləndirməyiblər”
18/09/2019 [15:14]:
“O məmur cindarı yox, vətəndaşı otağına buraxmalıdır!”
18/09/2019 [15:11]:
"Özləri buna inansaydılar, bizimlə birgə olmaq üçün çoxdan qaça-qaça yanımıza gəlmişdilər”
18/09/2019 [14:54]:
ADP sədri Prezident İlham Əliyevə müraciət etdi
18/09/2019 [14:51]:
“Xeyrixah insanlara qiymət verilməsi, onların təbliği olduqca faydalıdır”
18/09/2019 [14:49]:
“Diqqət, uşaqlar” aylığı çərçivəsində yol polisləri yeni maarifləndirici aksiyaya başlayıb
18/09/2019 [14:47]:
Ermənistan Polisinin rəisi istefa verib - YENİLƏNİB
18/09/2019 [14:45]:
Elmar Məmmədyarov İtaliya Senatının sədri ilə görüşüb
18/09/2019 [14:42]:
Səudiyyə Ərəbistanının neft emalı zavodlarına İran hücum edib - İDDİA
18/09/2019 [14:41]:
ARDNF indiyə qədər büdcəyə 100 milyard dollara yaxın vəsait transfert edib
18/09/2019 [14:38]:
Bakı şəhərətrafı dəmir yolu xəttinin istifadəyə verilməsi regionu canlandıracaq - RƏY
18/09/2019 [14:34]:
Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işləri ilin sonunadək yekunlaşacaq
18/09/2019 [14:31]:
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib
18/09/2019 [14:31]:
Qubada ayı kənd sakininə hücum etdi
18/09/2019 [14:29]:
Yol polisini təhqir edən sürücü bütün polislərdən üzr istəyib - VİDEO
18/09/2019 [14:28]:
"Allah bu bəndəsindən insanlığa aid heç bir şeyi əsirgəməyib"
18/09/2019 [14:26]:
Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
18/09/2019 [14:25]:
Kürdəmirdə mağazadan oğurluq edən şəxs saxlanılıb
18/09/2019 [14:16]:
İlham Əliyev görüş keçirib - FOTO
18/09/2019 [14:14]:
Əli Əhmədov “Əsrin müqaviləsindən danışdı: “Risk amilləri mövcud idi”
18/09/2019 [14:14]:
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Qazaxda vətənpərvərlik və qəhrəmanlıq mövzusunda tədbir keçirdi
18/09/2019 [14:11]:
Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
18/09/2019 [14:09]:
İcra başçısı 65 yaşlı şöbə müdirini təqaüdə göndərdi
18/09/2019 [14:06]:
Polşalı turist Şəkidə qəzaya uğradı
18/09/2019 [14:02]:
Uşaqları zərərli informasiyalarla “zəhərləyənlər” dörd min manatadək cərimələnəcək
18/09/2019 [14:01]:
İğdırda Azərbaycan-Türkiyə qardaşlığına dair çağırışlar alqışlarla qarşılanıb - FOTO
18/09/2019 [13:59]:
İğdırdan Ermənistana və havadarlarına Qarabağ xəbərdarlığı - FOTOLAR
18/09/2019 [13:56]:
Bir gündə Milli Onkologiya Mərkəzinə 1200 nəfər müraciət edir - RƏSMİ
18/09/2019 [13:54]:
Rusiyanın 6 iri şəhərində Azərbaycanın turizm potensialı təbliğ ediləcək
18/09/2019 [13:53]:
Dünya Universitetlərinin reytinqi: görünən və görünməyən tərəflər...
18/09/2019 [13:49]:
Hər bir təşkilat işğalçı ordu qarşısındakı xidmətləri haqqında hesabat verəcək
18/09/2019 [13:39]:
"Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi" - Köçəryandan maraqlı etiraf...
18/09/2019 [13:38]:
“Hələlik siyasi prosesləri ciddi şəkildə izləyə bilmirəm...”
18/09/2019 [13:37]:
Dağlıq Qarabağ separatçılarının rəhbəri istintaqa çağırıldı...
18/09/2019 [13:35]:
"Deyirlər ki, filan rektorun qəbuluna düşmək üçün aylarla növbəyə durmaq lazımdır..."
18/09/2019 [13:33]:
"BNA və Metropoliten məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır"
18/09/2019 [13:32]:
“Bravo” supermarket şəbəkəsindən bahalı və ucuz salatla bağlı AÇIQLAMA - FOTO
18/09/2019 [13:28]:
Sabaha olan hava proqnozu
18/09/2019 [13:09]:
“Onlar batmaqda olan gəmini tərk etməyə çalışırlar”
18/09/2019 [13:04]:
"BTQ region ölkələrini Avrasiyada mühüm logistika mərkəzinə çevirməkdədir" - FOTOLAR
18/09/2019 [12:51]:
Stalin böyük azərbaycanlıya niyə maşın bağışladı? - 10 fakt
18/09/2019 [12:41]:
25 yaşlı qızı “öldürən” “Maserati” sürücüsü video yaydı
18/09/2019 [12:29]:
“Üzeyir Hacıbəylinin adı güllələnəcək şəxslərin siyahısına salınmışdı” - TARİX
18/09/2019 [12:26]:
Cavanşir Feyziyevlə Fərid Şəfiyev AzTV-nin ilk "Hədəf"ində oldu... - VİDEO
18/09/2019 [12:22]:
Gürcüstan prezidentinin iki qatili əfv etməsi böyük narazılıq doğurdu
18/09/2019 [12:20]:
ABŞ konqresmenləri İrəvana Putinlə eyni gündə gəlməyə qərar verdi- Gözlənilməz gediş?..
18/09/2019 [12:18]:
Hüquq müdafiəçilərindən sosial şəbəkələrdəki söyüşlə bağlı MÜRACİƏT
18/09/2019 [12:10]:
Mehriban Əliyeva: "Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik"
18/09/2019 [12:07]:
“Sevilya”nın prezidenti: “Məni “Qarabağ”dan başqa heç nə, hətta “Real” da maraqlandırmır”
18/09/2019 [12:04]:
Kriştianu Ronaldo: “Avtomobillərimin sayı yəqin ki, 17-dir”
18/09/2019 [12:01]:
Jirinovski: "İki dövlət Rusiyaya birləşməlidir"
18/09/2019 [11:58]:
Elza da qaş trendinə qoşuldu - FOTOLAR
18/09/2019 [11:54]:
"Milləti inkişaf etdirməyin, qüdrəti ifadə etməyin bir çoxu Üzeyir bəyin xəttindən keçir"
18/09/2019 [11:54]:
Masallıda qəribə toy – Bəylə dalaşan gəlin öz toyuna gəlmədi
18/09/2019 [11:52]:
Avtomobilimizdə yanacağa necə qənaət edək? - ARAŞDIRMA
18/09/2019 [11:49]:
Maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənməyəcək
18/09/2019 [11:48]:
Bakıda son bir ayda baş vermiş “axmaq” qəzalar - VİDEO
18/09/2019 [11:44]:
Nazir Vilayət Eyvazovdan yeni təyinat
18/09/2019 [11:41]:
Komitə sədri: “Həm meyitdən, həm də sağlam insandan orqan köçürüləcək”
18/09/2019 [11:39]:
Azərbaycanda 53595 şagird məktəbini dəyişdi
18/09/2019 [11:37]:
Yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları araşdırılır
18/09/2019 [11:13]:
"Fövqəladə hallar zamanı əlilliyi olan şəxslərin xilasetməsində böyük çətinliklərlə rastlaşırıq"
18/09/2019 [11:11]:
25 yaşlı Gülgünün öldüyü qəza haqda - Rəsmi açıqlama
18/09/2019 [11:05]:
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18/09/2019 [11:02]:
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edildi
18/09/2019 [10:59]:
Zakir Həsənov genişmiqyaslı təlimlərin gedişi barədə məruzələri dinlədi - FOTO/VİDEO
18/09/2019 [10:51]:
Ermənistan polisinin rəisi Paşinyanla mübahisədən sonra istefa verdi
18/09/2019 [10:49]:
"Təəssüf ki, baş verən intiharlara aidiyyəti qurumların münasibəti həddən artıq pisdir"
18/09/2019 [10:47]:
AzTV-nin yeni loqosundakı üçbucaq nə deməkdir? - Qurum sədri qərarlarını şərh etdi...
18/09/2019 [10:43]:
"DSX-nın fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi mühüm yer tutur"
18/09/2019 [10:40]:
Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş
18/09/2019 [10:38]:
"Mənim yaradıcı taleyimdə onun müstəsna yeri var..."
18/09/2019 [10:36]:
Dünən yol qəzalarında 7 nəfər öldü
18/09/2019 [10:34]:
“Azərişıq”da yeni - TƏYİNAT
18/09/2019 [10:32]:
Nazir müavini: Kənd təsərrüfatı məhsulları 13 faiz artıb
18/09/2019 [10:30]:
Səfirlik Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarına müraciət etdi
18/09/2019 [10:24]:
İqtisadçı ekspert: "Sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir"
18/09/2019 [10:14]:
Rusiya dünyanın hər yerinə  zərbə-desant qrupları yollamağa hazırlaşır - VİDEO
18/09/2019 [10:00]:
Azərbaycanda hamilələr üçün saxta dərman satan qadın tutuldu - Video
Bütün arxiv bir sırada
27/05/2019 [08:30] - Siyasət - ( 5432 dəfə baxılıb)

"Rus ayısı" yeni qurbanlar axtarışında, əlaltıları "təkliflər çələngi" ilə yol gözləyir...



Aeroportun icarəsi və ya köhnə hədəflərin yenidən qızışdırılması...
 
Bütün diktatorların rejimi ilk baxışda güclü görünür. Ordu, polis, xüsusi dəstələr, məxfi orqanlar, cəmiyyətin konformist ziyalı təbəqəsindən tutmuş böyük məmur heyətinədək diktator hakimiyyətini müdafiə edən inasanlar, ştatlı tərif yağdıran deputatlar, zəhmətkeşlər, gecə-gündüz hər şeyin gözəl olduğunu təbliğ edən televiziyalar və sairə, sanki əbədi hakimiyyət görüntüsü yaradır. Amma, ilk baxışda belədir, SSRİ kimi totalitar rejim dağılandan sonra, Yuqoslaviya, “ərəb baharı”, Sudan, Gürcüstan və başqa ölkələrdə baş verən demokratik dəyişikliklər göstərdi ki, ən qəddar diktatura rejimləri belə bir günün içərisində dağıla bilir. Tolstoyun ibarəsi ilə desək, bütün demokratlar bir-birinə bənzəyir, diktatorlar isə hərəsi bir cürdür. Tamamilə fərqli olanlar da var.

Adətən bəzi ölkələrin avtoritar rejim sahibləri siyasi iradələrini yalnız ölkəsi daxilində yeritməklə kifayətlənirlər. Rusiyada isə tarixən vəziyyət başqa cür olub. Putin və əsrlər boyu Rusiya diktatorlarını başqalarından fərqləndirən xarakterik xüsusiyyət ondan ibarətdir ki, onlar ölkə daxilində apardığı repressiv siyasətlə yanaşı xarici ölkələrə qarşı da çox vaxt aqressiv olublar, rejimlərinə bənzər ölkələri dəstəkləyib və ya təsir dairəsində saxlayıblar.
 
Putinin reytinqi son 13 ildə ən aşağı səviyyəyə düşüb-31,7 faiz. Rusiya iqtisadiyyatını çökürdən sanksiyalar ambisiyalı diktatorun siyasətinin nəticəsi kimi əhalinin sosial durumunu kritik həddə çatdırıb. Adətən daxildə yaranan narazılığı diktatorlar xarici düşmən tapmaqla və ya yeni ərazilər zəbt edib təsir dairəsinə salmaqla, kütlə narazılığını vətənpərvərlik hisslərinə çevirmək üçün ondan bir silah kimi istifadə edirlər. Rusiya daxilində yaranan etirazlar kütləvi hal almamış Putinə xarici “düşmənlər” üzərində qələbə lazımdır, çünki Krımın işğalı, Donbasa müdaxilə Rusiya millətçilərinin gözündə Kremlin sahibini qəhrəman səviyyəsinə qaldırsa da “soyuducu böhranı” “Krım naş” millətçiliyini tədricən enməyə başlayıb. Növbəti hədəfdə kim, hara ola bilər? Son vaxtlar baş verənlər yenə də postsovet respublikaların hədəfdə olduğunu göstərir. 

Putin qəzəblidir. Hökmdarlar qəzəbli olanda hər yana əl atmağa, zərbə vurmağa meylli olurlar. Son aylar Belarus - Rusiya siyasətində tez-tez narazılıqlar, narahatlıqlar yaşanır və Belarusla Rusiyanın vahid dövlət halında birləşməsi ideyası tez-tez hallanır. Belarusla vahid dövlət halında birləşməyin qatı əleyhdarı Aleksandr Lukaşenkonu zərərsizləşdirmək asan olmasa da, Avropa sərhəddinə, NATO üzvü olan Baltikyanı ölkələrə daha da yaxınlaşmaq naminə, Avropanı təhdid altında saxlayıb, öz aləmində rus xalqı qarşısında növbəti “Belarus naş” şüarı ilə zaman qazanmaq niyyətində olduğunu Rusiya lideri gizlətmir.
 
Belarus bizdən uzaqdır, bizə məsafəcə yaxın olan Ermənistanda Koçaryan ətrafında baş verənlərin həm birbaşa, həm də dolayısı ilə təsirləri olacağı indidən hiss olunur. Rusiyanın Paşinyan hakimiyyətinin nazı ilə sonadək oynamaq niyyətində olmadığı ortadadır. Koçaryanın yenidən hakimiyyətə gəlməsi üçün Rusiyanın çar dövründən bəri əlaltısı olan Daşnak partiyası, keçmiş prezident Sarkisyan və adamları, Dağlıq Qarabağ separatçılarının liderləri, hətta indiki prezident Armen Sarkisyan faktiki olaraq Nikol Paşinyan hakimiyyətinə qarşı birləşiblər. Bu, hətta hakimiyyət dəyişikliyinə gətirib çıxarmasa belə, çox ciddi təzyiqdir. Ermənistanın Qərbə meylli siyasət aparmasına birdəfəlik son vermək üçün Putin forpostuna dərs verməyə hazırlaşır və qeyd etdiyimiz kimi bu bölgədə yeni siyasi situasiya yarada bilər. 
 
Qarabağ torpaqlarının işğalı ilə kifayətlənməyən Rusiya, Azərbaycana  yeni təzyiq formaları üzərində  çalışır. Əslində, Rusiyanın təzyiqində yenilik yoxdur. Köhnə hədəfləri yenidən qızışdırmaq xəttinin seçildiyi hiss olunur və təəssüf ki, bu işdə ən böyük yardımçıları, adına “beşinci kalon” dediyimiz sıravi deyil, səlahiyyətli şəxslər də var. Lənkəran aeroportunun Rusiyaya icarə verilməsi barədə təklifi yeni təzyiqin qaranquşu hesab etmək olar. Cənub bölgəsi Rusiyanın həmişə hədəfində olub və zaman –zaman onun acı nəticələrinin yaxın tariximizdə şahidi olmuşuq. Köhnə təzyiq vasitəsinin yeni formada üzə çıxması Azərbaycanı Avrasiya İqtisadi Təşkilatına üzv etmək, Ermənistanla bir təşkilatda birləşdirib, tam nəzarət altına almaq məqsədi daşıyır.  Eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycanın yaxınlaşmasına mane olmaq, əməkdaşlıq sazişi imzalamaqdan çəkindirmək də bu təzyiqin tərkib hissəsidir. Lənkəran aeroportunu iqtisadi baxımdan icarəyə vermək bəhanədir. Belə olsaydı, aeroport nədən qardaş Türkiyəyə deyil, məhz Rusiyaya təklif olunmalıdır? Ən yaxşısı, Moskva-Lənkəran reysini iqtisadi baxımdan zərərli olduğu üçün bağlamaq barədə  düşünmək lazımdır. Bu gün aeroportu biznes məqsədilə icarəyə təklif edənlər, sabah həmən aeroportun sərhəd yoxlama nəzarətini də Rusiyaya vermək təklifi ilə çıxış edə bilərlər.
 
Bu günlərdə DTX rəhbəri general-polkovnik Mədət Quliyev ciddi bir açıqlama ilə çıxış etdi: 

“Mən hər səhər Azərbaycan əleyhinə hansı kabinetlərdə, hansı ölkələrdə iş aparıldığı barədə məlumatlar alıram”. Bu kabinetlər yalnız ölkə xaricində deyil,  ölkə daxilində də var və onun sahiblərinin açıq oyun oynaması görünür xüsusi xidmət orqanlarının da diqqətini cəlb edib. Ümid edək ki, aeroportdan başlayan təklif beşiyindəcə boğulacaq və “perspektiv təkliflərin” miqyası böyüməyəcək. 

Sonda yazının əvvəlində qeyd olunan fikrə qayıdaq. İstənilən diktatura rejimi, o cümlədən Rusiyadakı sistem də çökə bilər. Bu ölkədə qısa müddətdə kütləvi etirazlara doğru bir prosesinin getdiyi də politoloqlar tərəfindən proqnozlaşdırılır. Tarixən rus mujiki bunu sübut edib, sadəcə imperiya ambisiyaları  imkan verməyib ki, hakimiyyət dəyişikliyi  Rusiya cəmiyyətində normal demokratik sistemə  gətirib çıxarsın.

Moderator.az-ın analitik qrupu

loading...
loading...
Hər bir təşkilat işğalçı ordu qarşısındakı xidmətləri haqqında hesabat verəcək
“Bravo” supermarket şəbəkəsindən bahalı və ucuz salatla bağlı AÇIQLAMA - FOTO
İmamoğlunun azərbaycanlı dostu: “Hələ 2010-cu ildə ona təklif etdim ki, siyasətə qatılsın”
Duyğularını onunla bölüşməkcün ağzını açmağa ehtiyac qalmır, o, səni UZİ kimi oxuyur...
Məşhur məmur qadın Naftalanda “şokalad vannası”nda "boğuldu"...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İqtisadiyyat
Bakı şəhərətrafı dəmir yolu xəttinin istifadəyə verilməsi regionu canlandıracaq - RƏY
Cəmiyyət
"Mənim yaradıcı taleyimdə onun müstəsna yeri var..."
Şou-biznes
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
Gündəm
Ermənilər Dağlıq Qarabağ haqda ABŞ MKİ-dən sızdığı iddia olunan sənədlər yaydı... - FOTOLAR
Cəmiyyət
“Dədə Süleyman”dan acı xəbər- Gözü tutuldu...
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
Bu da Pərviz Bülbülənin özündən hündür qızı - FOTO
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
"Məlumat gəldi ki, Ayaz Mütəllibovun bir maşın silahı Corat qəbiristanlığında gizlədilib..."
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247