Xəbər lenti
18/09/2019 [15:21]:
Hadı Rəcəbli: “Deputatlar fantastik fikir səsləndirməyiblər”
18/09/2019 [15:14]:
“O məmur cindarı yox, vətəndaşı otağına buraxmalıdır!”
18/09/2019 [15:11]:
"Özləri buna inansaydılar, bizimlə birgə olmaq üçün çoxdan qaça-qaça yanımıza gəlmişdilər”
18/09/2019 [14:54]:
ADP sədri Prezident İlham Əliyevə müraciət etdi
18/09/2019 [14:51]:
“Xeyrixah insanlara qiymət verilməsi, onların təbliği olduqca faydalıdır”
18/09/2019 [14:49]:
“Diqqət, uşaqlar” aylığı çərçivəsində yol polisləri yeni maarifləndirici aksiyaya başlayıb
18/09/2019 [14:47]:
Ermənistan Polisinin rəisi istefa verib - YENİLƏNİB
18/09/2019 [14:45]:
Elmar Məmmədyarov İtaliya Senatının sədri ilə görüşüb
18/09/2019 [14:42]:
Səudiyyə Ərəbistanının neft emalı zavodlarına İran hücum edib - İDDİA
18/09/2019 [14:41]:
ARDNF indiyə qədər büdcəyə 100 milyard dollara yaxın vəsait transfert edib
18/09/2019 [14:38]:
Bakı şəhərətrafı dəmir yolu xəttinin istifadəyə verilməsi regionu canlandıracaq - RƏY
18/09/2019 [14:34]:
Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işləri ilin sonunadək yekunlaşacaq
18/09/2019 [14:31]:
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Kollegiya iclası keçirilib
18/09/2019 [14:31]:
Qubada ayı kənd sakininə hücum etdi
18/09/2019 [14:29]:
Yol polisini təhqir edən sürücü bütün polislərdən üzr istəyib - VİDEO
18/09/2019 [14:28]:
"Allah bu bəndəsindən insanlığa aid heç bir şeyi əsirgəməyib"
18/09/2019 [14:26]:
Ərdoğan ABŞ-a iki həftə vaxt verdi
18/09/2019 [14:25]:
Kürdəmirdə mağazadan oğurluq edən şəxs saxlanılıb
18/09/2019 [14:16]:
İlham Əliyev görüş keçirib - FOTO
18/09/2019 [14:14]:
Əli Əhmədov “Əsrin müqaviləsindən danışdı: “Risk amilləri mövcud idi”
18/09/2019 [14:14]:
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Qazaxda vətənpərvərlik və qəhrəmanlıq mövzusunda tədbir keçirdi
18/09/2019 [14:11]:
Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
18/09/2019 [14:09]:
İcra başçısı 65 yaşlı şöbə müdirini təqaüdə göndərdi
18/09/2019 [14:06]:
Polşalı turist Şəkidə qəzaya uğradı
18/09/2019 [14:02]:
Uşaqları zərərli informasiyalarla “zəhərləyənlər” dörd min manatadək cərimələnəcək
18/09/2019 [14:01]:
İğdırda Azərbaycan-Türkiyə qardaşlığına dair çağırışlar alqışlarla qarşılanıb - FOTO
18/09/2019 [13:59]:
İğdırdan Ermənistana və havadarlarına Qarabağ xəbərdarlığı - FOTOLAR
18/09/2019 [13:56]:
Bir gündə Milli Onkologiya Mərkəzinə 1200 nəfər müraciət edir - RƏSMİ
18/09/2019 [13:54]:
Rusiyanın 6 iri şəhərində Azərbaycanın turizm potensialı təbliğ ediləcək
18/09/2019 [13:53]:
Dünya Universitetlərinin reytinqi: görünən və görünməyən tərəflər...
18/09/2019 [13:49]:
Hər bir təşkilat işğalçı ordu qarşısındakı xidmətləri haqqında hesabat verəcək
18/09/2019 [13:39]:
"Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi" - Köçəryandan maraqlı etiraf...
18/09/2019 [13:38]:
“Hələlik siyasi prosesləri ciddi şəkildə izləyə bilmirəm...”
18/09/2019 [13:37]:
Dağlıq Qarabağ separatçılarının rəhbəri istintaqa çağırıldı...
18/09/2019 [13:35]:
"Deyirlər ki, filan rektorun qəbuluna düşmək üçün aylarla növbəyə durmaq lazımdır..."
18/09/2019 [13:33]:
"BNA və Metropoliten məktəbli geyimində olan uşağı məktəbə pulsuz daşımalıdır"
18/09/2019 [13:32]:
“Bravo” supermarket şəbəkəsindən bahalı və ucuz salatla bağlı AÇIQLAMA - FOTO
18/09/2019 [13:28]:
Sabaha olan hava proqnozu
18/09/2019 [13:09]:
“Onlar batmaqda olan gəmini tərk etməyə çalışırlar”
18/09/2019 [13:04]:
"BTQ region ölkələrini Avrasiyada mühüm logistika mərkəzinə çevirməkdədir" - FOTOLAR
18/09/2019 [12:51]:
Stalin böyük azərbaycanlıya niyə maşın bağışladı? - 10 fakt
18/09/2019 [12:41]:
25 yaşlı qızı “öldürən” “Maserati” sürücüsü video yaydı
18/09/2019 [12:29]:
“Üzeyir Hacıbəylinin adı güllələnəcək şəxslərin siyahısına salınmışdı” - TARİX
18/09/2019 [12:26]:
Cavanşir Feyziyevlə Fərid Şəfiyev AzTV-nin ilk "Hədəf"ində oldu... - VİDEO
18/09/2019 [12:22]:
Gürcüstan prezidentinin iki qatili əfv etməsi böyük narazılıq doğurdu
18/09/2019 [12:20]:
ABŞ konqresmenləri İrəvana Putinlə eyni gündə gəlməyə qərar verdi- Gözlənilməz gediş?..
18/09/2019 [12:18]:
Hüquq müdafiəçilərindən sosial şəbəkələrdəki söyüşlə bağlı MÜRACİƏT
18/09/2019 [12:10]:
Mehriban Əliyeva: "Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik"
18/09/2019 [12:07]:
“Sevilya”nın prezidenti: “Məni “Qarabağ”dan başqa heç nə, hətta “Real” da maraqlandırmır”
18/09/2019 [12:04]:
Kriştianu Ronaldo: “Avtomobillərimin sayı yəqin ki, 17-dir”
18/09/2019 [12:01]:
Jirinovski: "İki dövlət Rusiyaya birləşməlidir"
18/09/2019 [11:58]:
Elza da qaş trendinə qoşuldu - FOTOLAR
18/09/2019 [11:54]:
"Milləti inkişaf etdirməyin, qüdrəti ifadə etməyin bir çoxu Üzeyir bəyin xəttindən keçir"
18/09/2019 [11:54]:
Masallıda qəribə toy – Bəylə dalaşan gəlin öz toyuna gəlmədi
18/09/2019 [11:52]:
Avtomobilimizdə yanacağa necə qənaət edək? - ARAŞDIRMA
18/09/2019 [11:49]:
Maye qazın topdansatış qiyməti dövlət tərəfindən tənzimlənməyəcək
18/09/2019 [11:48]:
Bakıda son bir ayda baş vermiş “axmaq” qəzalar - VİDEO
18/09/2019 [11:44]:
Nazir Vilayət Eyvazovdan yeni təyinat
18/09/2019 [11:41]:
Komitə sədri: “Həm meyitdən, həm də sağlam insandan orqan köçürüləcək”
18/09/2019 [11:39]:
Azərbaycanda 53595 şagird məktəbini dəyişdi
18/09/2019 [11:37]:
Yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları araşdırılır
18/09/2019 [11:13]:
"Fövqəladə hallar zamanı əlilliyi olan şəxslərin xilasetməsində böyük çətinliklərlə rastlaşırıq"
18/09/2019 [11:11]:
25 yaşlı Gülgünün öldüyü qəza haqda - Rəsmi açıqlama
18/09/2019 [11:05]:
Şuşalı Üzeyir bəyin Ağcabədidə doğulmasının MARAQLI TARİXÇƏSİ
18/09/2019 [11:02]:
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edildi
18/09/2019 [10:59]:
Zakir Həsənov genişmiqyaslı təlimlərin gedişi barədə məruzələri dinlədi - FOTO/VİDEO
18/09/2019 [10:51]:
Ermənistan polisinin rəisi Paşinyanla mübahisədən sonra istefa verdi
18/09/2019 [10:49]:
"Təəssüf ki, baş verən intiharlara aidiyyəti qurumların münasibəti həddən artıq pisdir"
18/09/2019 [10:47]:
AzTV-nin yeni loqosundakı üçbucaq nə deməkdir? - Qurum sədri qərarlarını şərh etdi...
18/09/2019 [10:43]:
"DSX-nın fəaliyyətində hərbi vətənpərvərlik tərbiyəsi mühüm yer tutur"
18/09/2019 [10:40]:
Alimlər ölünün parçalanmasını lentə aldı: 17 ay hərəkət edirmiş
18/09/2019 [10:38]:
"Mənim yaradıcı taleyimdə onun müstəsna yeri var..."
18/09/2019 [10:36]:
Dünən yol qəzalarında 7 nəfər öldü
18/09/2019 [10:34]:
“Azərişıq”da yeni - TƏYİNAT
18/09/2019 [10:32]:
Nazir müavini: Kənd təsərrüfatı məhsulları 13 faiz artıb
18/09/2019 [10:30]:
Səfirlik Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarına müraciət etdi
18/09/2019 [10:24]:
İqtisadçı ekspert: "Sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir"
18/09/2019 [10:14]:
Rusiya dünyanın hər yerinə  zərbə-desant qrupları yollamağa hazırlaşır - VİDEO
18/09/2019 [10:00]:
Azərbaycanda hamilələr üçün saxta dərman satan qadın tutuldu - Video
18/09/2019 [09:57]:
Bakıda küçənin ortasında bıçaqlı cinayət – Video
Bütün arxiv bir sırada
27/05/2019 [10:48] - Cəmiyyət - ( 1227 dəfə baxılıb)

Çağdaş və qədim Özbəkistanda on gün... - FOTO

Və ya qardaş ölkəyə mart səfəri haqqında may yazısı...


Dostum və qardaşım, şair-publisist Əkbər Qoşalı Özbəkistanda “Dünya Yazar və Rəssam-larının Rezidensiyası”na qatılmaq təklifini edəndə tərəddüdsüz razılaşdım. Nədənsə hələ uşaq-lığımdan qardaş ölkənin ədəbiyyatı, mədəniyyəti, tarixi abidələri diqqətimi çəkmişdi. 2013-cü ildə Türkiyədə, Qırğız Respublikasında müxtəlif ədəbi-bədii tədbirlərə qatılmışdım. O tədbirlərdə ölkəmizi bir neçə qələm adamıyla tımsil edirdik. Özbəkistana isə tək gedirdim. Bu təklik ilk öncə uçaqda mənə əsər etdi. Qayğılandım, qəriblik hiss etdim. Daşkənd Hava Limanında çemodanımı gözləyərkən sıxıntı içərisində idim. Hava limanından çıxan kimi yüzlərlə adamın arasında üzə¬rində mənim adım və Azərbaycan bayrağı əks olunmuş kağızı yuxarı qaldırmış Azam Abidovu gördüm. Azamla sosial şəbəkədə tanış olmuşduq. Özbəkistanın tanınmış şairidir. Şeirləri dünyanın bir çox ölkələrində çap olunub,qabiliyyətli tənqidçidir. Özbək klassiklərinin əsərlərini dünyanın müxtəlif dillərinə çevirib. İştirak edəcəyim layihənin kordinatoru da Azam Abidovdu. Məni qarşılamağa böyük oğlu Əzizlə gəlmişdi. İlk dədiqələrdən doğmalaşdıq. Çox səmimi ortam yarandı. Bayaqdan hiss etdiyim qəriblik, sıxıntı bir anın içərisində keçib getdi.

Layihənin özəlliyi o idi ki, görüşəcəyimiz özbək yazıçı və rəssamlarının evlərində qonaq ol¬ma-lıydıq. Hava limanından bir başa Azam Abidovun evinə getdik. Bolqarıstanlı rəssam Mate Mateyev və ABŞ-dan olan filosof Con Mahoney artıq evdə idilər. Tədbirə Bolqarıstandan gəlmiş şair xanımlar Katya Sotilova, Xristina Petrova və Qırğız Respublikasının Oş şəhərindən gəlmiş şair-publisist, “Oş sədası” qəzetinin baş redaktoru Sahiba Şakir, Hindistanlı Sarita Kouhan isə başqa bir özbək yazarının evində idilər.  
İlk səfərimiz Namanqan vilayətinə olmalıydı.

NAMANQAN

Əzizin idarə etdiyi, yerli (birgə) istehsal olan “Şevrolet” markalı avtomobil yaşıl təpələrin, ucsuz-bucaqsız ərik və gilas bağlarının arasıyala uzanan geniş, rahat sosse ilə şütüyür.Yenicə çiçək açmış meyvə ağaclarının göz oxşayan rəngarəngliyi, ətri adamı məst edir. Yolbyu gördüyümüz əksər maşınlar Özbəkistan (birgə) istehsalı olan “Şevrolet” və “Daevoo”lardı. Rusiya və digər xarici ölkə avtomobillərini təkəm-seyrək görmək olur. 

Qarşıda Tiyanşan və Pamir dağları görünür. Yolumuz da anidən dağlara sarı diklən dolaylara çevrilir. Kiçik dağ kəndləri də geridə qalır. Bahar ovqatı qəflətən dağların qar ağlığı ilə əvəz olunur. Qar uçqunlarının qarşısını almaq üçün yamaclardakıözəl qurğular diqqətimi çəkir. Dağların zirvəsindən Namanqan vilayətinə aşırıq. Namanqan “duz məkanı” anlamındadır. “Nəmək” və “kan, məkan” sözlərinin birləşməsindən yaranmış toponimdir. Dağlar da arxada qalır yeni yaşayış yerləri görünür. Əziz maşını yol qırağındakı ticarət obyektlərinin həyətinə döndərb saxlayır. Digər maşınlarda gələn dostlarımız da burada dayanır. Təndir çörəyi və qurud alırıq. Özbəkistanda hər mahalın ayrıca çörək növləri var. Namanqanın təndir çörəyi də fərqlidir. Onlar da təndir deyir. Çörəyin yalnız dadı deyil, görkəmi də gözəldir. Sanki bir sənət əsəridir. Taxta qəliblərlə kündənin üzərinə naxış vurulur. Xəmir iri taxta təknələrdə əllə yoğrulur. Qurudları da bir qədər fərqlidir. Bizim motal pendirinin dadını verir. Çox bərk olmadığından çərəz kimi yeyilir.Ümumiyyətlə özbək mətbəxi çox dadlı və zəngindir. Özbək qonaqpərvərliyinin özəlliyi və gözəlliyindən ayrıca söhbət açacam.

Namanqanın bir qəsəbəsinə çatırıq. Buradakı məktəblərdən birində qonaqların şərəfinə tədbir düzənlənib. Azamın tələbə yoldaşları ilə görüşürük. İlk öncə məktəb direktorunun evində nahar edirik. Özbək qonaqpərvərliyi özünü göstərməkdədir. Masa yerdən 30-40 sm yüksəklikdədir. Masa ətrafında yerə döşənmiş döşəklərin üzərində otururuq, mütəkkələrə dirsəklənirik. Yemək başlamazdan öncə özbək dilində dua oxunur (yemək sona çatanda da dua təkrarlanır).

Şagirdlər və müəllimlər bizi Sırdərya çayının qırağında, arxeoloji qazıntılar sonucundaüzə çıxarılmış qədim şəhərin yaxınlığında qarşılayır. Məktəblilərin Novruz şənliyinə qatılırıq. Milli geyimli uşaqların rəqsləri, musiqi nömrələri adamı heyran edir. Həm də şagirdlər özbəkcəyə çevrilmiş şeirlərimizi  səsləndirir. Şeirini bir başqa dildə eşitməyin  ayrı ləzzəti var. Sonra tələbə gənclərin bayram şənliyinə qatılırıq, onlarla rəqs edirik. Azamın tələbə yoldaşı bizi evinə dəvət edir. Müəllimədir. Özbəkistanda müəllimlərə sosial evlər tikilib münasib qiymətə uzunmüddətli kreditlə  verilir. (Əslində ev deməklə bir qədər kiçiltmiş oluram. Hər cür şəraiti olan iki, üç qatlı villalardan söhbət gedir). 

Axşam isə Azamın atası evində qonaq oluruq. Onu da deyim ki, Özbəkistanda şəxsi evlərin tikintisində belə tarixi memarlıq gələnəyi qorunur. Həyətin dörd yanı otaqlar, digər yardımçı tikililərdir. Ev həyət-bacası ilə birlikdə kiçik kanrvasarayı andırır. Qarşılanma törəni fərqlidir. Qaval çalan bir qadın hamımızın adlarını çəkərək bizləri nəğmə ilə qarşılayır, milli geyimli gənc qadın isə adı çəkilən qonağın qarşısında təzim edir. Ümumiyyətlə Özbəkistanda qonaqpərvərlik ayrıca bir gələnəkdir, özəl ritualdır. Süfrə çox zəngindir, necə deyərlər, barmaq qoymağa yer yoxdur. Bolqarıstanlı rəssam Mate zarafatla deyir:“iki gündə o qədər yemişəm, artıq əyilib ayaqqabımın ipini bağlaya bilmirəm.”

Az qala smalyakı unutmuşdum. Smalyak özbəklərdə səmənidən hazırlanan halvanın adıdır. “Novruz”da smalyak bişirmək özü də bir ritualdır. Qonum-qonşu yığışır, iri tiyanlarda smalyak bişirir, növbə ilə qarışdırırlar. 24 saata hazır olan bu yeməyin özəlliyi odur ki, şəkər tozu və ya digər şirinləşdirici dad vurulmadan bal dadı verir.

Ertəsi gün Namanqan şəhərinin başqa bir məktəbində şərəfimizə törən hazırlanıb. Yenə gözəl musiqilər, rəqslər və özbkcə şeirlərimiz şagirdlərin ifasında təqdim olunur. 
Növbəti səfərimiz tarixin möcüzəsi olan Səmərqəndədir.

SƏMƏRQƏND

Daşkənddən Səmərqəndə sürət qatarı ilə gedirik. Yolqırağı ərazilər Namaqanda gördüyümüzdən fərqlidir. Daha çox boz çöllər, qumlu təpələr bir-birini əvəz edir. Mate Mateyev gördüklərini karandaşla cib dəftərçəsinə çəkir. Arada bizlərin əks olunduğu dostluq şarjalarını da göstərir. Qırğız 
Respublikasından gəlmiş özbək qızı Sahiba Şakirlə yanaşı əyləşmişik. Taleyindən danışır. 2013-cü ildə bölgələrində  baş vermiş bir münaqişə zamanı iki qardaşını itirib. Rusiyada yaşayan qardaşı isə anasını oraya aparıb. Oğul itirən ana artıq Oş şəhərinə dönmək istəmir. Sahiba isə əksinə, Oşda qalıb oradainsan hüquqlarını savunmaqla, üzüntülərin çözümüyləuğraşır. 

Mən özüm milli münaqişə zamanı, daha doğrusu, Ermənistanın öz havadarlarının hərbi-siyasi dəstəyi ilə Azərbaycan torpaqlarını işğalı sonucunda doğma yurd-yuvamı itirdiyimi deyirəm. Bu mövzuda yazdığım “Qıfıl” şeirimi söyləyirəm, kövrəlir. Sanki tale oxşarlığı bizi doğmalaşdırır. Sahiba “...Abilərimi itirdim, Özbəkistanda bir Azərbaycanlı abi buldum” deyir və o andan etibarən məni “abi”  deyə çağırır...

Səmərqənddə bizi Özbəkistanınünlürəssamı Əhməd Umarov qarşılayır. 

Öncəşəhər qırağındakı “İmam Buxra” türbəsini ziyarət edirik. Bu tarixi abidə özünün zəngin memarlıq ornomentləri ilə diqqəti cəlb edir. Naxışların sehrinə düşürsən. Axşam Əhməd Umarovun evində məclis düzənlənir. Rəssamın evi də bir sənət əsəridir. Geniş salonda divarlardan özünün çəkdiyi əsərlər asılıb. Həm gələnəkçi, həm də, çağdaş və sürrealist üslubda çəkilmiş bu əsərlər adamı düşüncələr aləminə qərq edir. Burada bir neçə səmərqəndli şairlə də tanış oluruq. Kərim Turamuradın söylədiyi qoşmanı çətinlik çəkmədən anlayıram və bir neçə dəqiqənin içərisində Azərbaycan türkcəsinə çevirirəm. Biz azdan məclisə tarzən gəlir. Gözəl özbək musiqiləri, Bolqarıstanlı Katya Sotilovanın və Xristina Petrovanın rəqsləri xoş ovqat yaradır.

Ertəsi gün Səmərqəndi gəzirik. Uşaqlıqdan görmək istədiyim bu şəhərin sirli-sehirli məqamları (hadisələri!) məni ovsunlayır. XIV-XVyüzillərə aid tarixi abidələr öz orjinallığını qoruyub saxlayıb. Əmir Teymur məqbərəsi çox əzəmətlədir. Gümbəzin içi xalis qızılla işlənib. Dünyanın ən böyük və qədim dini təhsil ocağı da bu şəhərdədir. Özbəkistanın ən qədim yüksəkqatlı binası da diqqətimi çəkir. XIV yüüzilə aid olan bu bina 7-8 qatdan oluşur. Qədim kağız fabriki isə daha ilgincdir. Burada kustar üsulla istehsal olunan kağızların ömrü çağdaş kağızlardan bir neçə yüz il çoxdur. Hindistanlı xanım şair Sarita bu kağızlardan imzalayaraq yadigar qalsın deyə hər birimizə ayrı-ayrılıqda hədiyyə edir.
Sırada isə... tarixin özü və sözü olan Xivə bizi gözləyir.

XİVƏ

Daşkənddən Xivəyə uçaqla 2 saata çatdıq. Orada bizi şairlər Bəhram Rozimuhammad və Səyyarə Salayeva gözləyirdi. Bəhram Rozumuhammad Özbəkistanın tanınmış şairdir. Onu özbək poeziyasında modernizmin banisi də adlandırmaq olar. Hələ 70-80-ci illərdə yazdığı şeirlərlə dövrünün şairlərindən fərqlənə bilib. Uzun zaman Daşkənddə yaşayıb-yaradıb. Ömrünün ahıl çağlarında isə doğma el-obasına qayıdıb.

Xivə Xarəzm vilayətində yerləşən qədim bir şəhərdir. Burda çox fərqli ovqata köklənirəm. Səmərqənddə tarixə bu gündən baxırdım, sanki əlimi gözümün üstünə qoyub uzaqları seyr edirdim. Xivəda isə tarixin içinə düşmüşəm, yüzillərin o tayına səfər etmişəm, XIV yüzildəyəm...Hava da çox soyuqdur, əynimdə nazik gödkçə olmasına baxmayaraq üşüdüyümün fərqində deyiləm. “İçan Qala”nı ( -“İçəri şəhər”i) Bəhram Rozumuhammadın, Səyyarə Salayevanın müşaiyəti ilə dolanırıq. Daha çox diqqətimi cəlb edən Pəhləvan Mahmud türbəsidir. Pəhləvan Mahmud qoluzorlu, igid bir adam olub, eyni zamanda dövrünün sufi şairi kimi tanınıb. Həm pəhləvanlığın, həm sufiliyin, həm də şairliyin bir adamda cəmləşməsi məni təəccübləndirir... 

Axşam Səyyarə Salayevanın evində qonaq oluruq. Bizləri Səyyarə xanımın oğlu Munis, qızı Fəridə və gəlini qarşılayır. Burada qarşılanma tamam fərqlidir. Evin təzə gəlini əllərini dizlərinə toxunduraraq qəribə şəkildə təzim edir. Burada da bir-birimizin şeirlərini öz dillərimizə çeviririk, zəngin Xarəzm süfrəsinə və könül süfrəsinə qonaq oluruq.

Sonuncu iki günüsə Daşkənd ədəbi-mədəni mühiti ilə tanış olmalıyıq...

DAŞKƏND

Özbəkistan Milli Kitabxanasında bizi jurnalistlər, yazıçılar qarşılayır. Səfərimiz barədə mətbuat nümayəndələrinə məlumat veririk. Milli Kitabxananın binası yeni inşa olunmuş əzəmətli bir memarlıq örnəyidir. Həm tarixi, həm  çağdaş memarlığın əlamətlərini özündə birləşdirib.

Şəhər turu başlayır. Daşkənd çağdaş şəhərdir. 1966-cı ildə baş verən güclü zəlzələdən sonra yenidən qurulub, küçələr, prospektlər geniş və təmizdir. Zövqlə əkilmiş çiçəklər, yaşıllıq göz oxşayır. Layhəmizə Türkiyədən qatılmış (digər tədbirlərə gecikmiş) Nihad Özdalla da Daşkənddə tanış oluruq. Nihad ilk baxışdan təkəbbürlü görünsə də, istedadlı gəncdir. Özü demişkən, onunşeirləri şeirdə bir ekspermentdir. 
Axşam Özbəkistanın tanınmış xanım şairi, ölkənin bir çox ədəbi ödüllərini almış Xasiyyət Rüstəmin bağ evinə yollanırıq. Xasiyyət xanım ölkəsinin ən ünlü ədəbiyyat qəzetlərindən birinin – “Kitab dünyası”nın baş redaktorudur. Xasiyyət Rüstəmin bağ evi Daşkənd yaxınlığında, səfalı bir yerdə, yazıçılar məhəlləsində yerləşir. Burada ölkənin ünlü şair və yazıçılarına bağ evi tikmək üçün dövlət tərəfindən torpaq sahəsi ayırılıb. Küçə başdan-başa qələm adamlarının yüksək zövqlə inşa olunmuş villaları ilə əhatə olunub. Bu evdə də özbək süfrəsinin Daşkəndə özəl təamlarına qonaq oluruq. Burada məni bir sürpriz də gözləyirmiş. Xasiyyət xanım “Kitab dünyası” qəzetinin yeni sayını gətirir. Şeirlərim və qısa özkeçmişim qəzetdə dərc olunub (orada düşmən işğalı nəticəsində doğma yurd-yuvamı itirdiyim də yazılıb)...

Ertəsi gün “Kitab dünyası” qəzetinin yeni redaksiyasının açılışında iştirak edirik. Qırmızı lenti hamımızdan yaşlı olan Mate Mateyev kəsir. Oxucular və yazarlar redaksiyaya toplaşır. Müxtəlif dillərdə oxunan fərqli üslub, fərqli mövzulu şeirlərlə məclis başlayır. Qəzetin oxucuları, yazarlar özbəkcəyə çevrilmiş şeirlərimdən təsirləndiklərini gizlətmir. Özəlliklə “Qıfıl” şeiri hamını mütəəssir edir...
Beləcə Özbəkistana ilk səfərimin son anları özünü çatdırır. Nüsrət Kəsəmənli demişkən:
-Bu da sonuncu gün, sonuncu vida,
Bu da ayrılığın sonuncu tini...

Və sonuncu tin Daşkənd Hava Limandır. 




Elşən ƏZİM

loading...
loading...
Hər bir təşkilat işğalçı ordu qarşısındakı xidmətləri haqqında hesabat verəcək
“Bravo” supermarket şəbəkəsindən bahalı və ucuz salatla bağlı AÇIQLAMA - FOTO
İmamoğlunun azərbaycanlı dostu: “Hələ 2010-cu ildə ona təklif etdim ki, siyasətə qatılsın”
Duyğularını onunla bölüşməkcün ağzını açmağa ehtiyac qalmır, o, səni UZİ kimi oxuyur...
Məşhur məmur qadın Naftalanda “şokalad vannası”nda "boğuldu"...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İqtisadiyyat
Bakı şəhərətrafı dəmir yolu xəttinin istifadəyə verilməsi regionu canlandıracaq - RƏY
Cəmiyyət
"Mənim yaradıcı taleyimdə onun müstəsna yeri var..."
Şou-biznes
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
Gündəm
Ermənilər Dağlıq Qarabağ haqda ABŞ MKİ-dən sızdığı iddia olunan sənədlər yaydı... - FOTOLAR
Cəmiyyət
“Dədə Süleyman”dan acı xəbər- Gözü tutuldu...
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
Bu da Pərviz Bülbülənin özündən hündür qızı - FOTO
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
"Məlumat gəldi ki, Ayaz Mütəllibovun bir maşın silahı Corat qəbiristanlığında gizlədilib..."
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247