Xəbər lenti
17/09/2019 [12:17]:
Ucar sakinindən külli miqdarda narkotik götürüldü - FOTOLAR
17/09/2019 [12:14]:
UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçiriləcək
17/09/2019 [12:12]:
Təhsilin sosial tələbata çevrilməsi zəruri məsələdir
17/09/2019 [12:10]:
DİM dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan etdi
17/09/2019 [12:05]:
DİM dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan etdi...
17/09/2019 [12:02]:
“Konsertimdə Nəsimiyə müraciət etdim, amma bu gün Afətlə Samini gündəmə gətirmək düzgün deyil...”
17/09/2019 [11:49]:
“Kəfənimi kipriyinlə tikərsən...”
17/09/2019 [11:32]:
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
17/09/2019 [11:26]:
Azərbaycanlı modellər türk dizaynerinin dəfiləsinə qatılıblar - FOTOLAR
17/09/2019 [11:22]:
“Nəvələrimin toyunu görmək üçün Allahdan ömür istəyirəm...”
17/09/2019 [11:14]:
Türkiyənin Təkaltı dağından Ermənistana bayraq mesajı: "Vaxt gələcək, o ərazilər də..."
17/09/2019 [11:07]:
Keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə şübhli bilinən şəxs tutuldu
17/09/2019 [10:58]:
Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - AÇIQLAMA
17/09/2019 [10:55]:
Azərbaycanda genişmiqyaslı təlimlərin ikinci günü - VİDEO
17/09/2019 [10:53]:
ADPU-ya yeni qəbul olunan magistrantlarla görüş keçirilib
17/09/2019 [10:53]:
“Ermənistanın bu günki hakim dairələrindən hər şey gözləmək olar..."
17/09/2019 [10:50]:
“Bütün dünya başını itirdiyi bir zamanda biz başımız uğrunda mübarizədən qalib çıxa bildik”
17/09/2019 [10:47]:
VK rəhbərliyi Türk-AV-ın baş assambleyasının 3-cü zirvə toplantısında iştirak edib
17/09/2019 [10:39]:
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
17/09/2019 [10:32]:
İsrail növbədənkənar seçkilərə gedir
17/09/2019 [10:28]:
Vüqar Bayramov: “Hökumət neftin qiymətini 50 dollar götürməliydi”
17/09/2019 [10:23]:
АDU bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib- SİYAHI
17/09/2019 [10:19]:
Rəsmi İrəvan təlaşda: “Rusiya bu dəfə əhali üçün də qazın qiymətini qaldıracaq?!.” 
17/09/2019 [10:10]:
“Hindistanla gərginlik yaşayan Pakistanın yanında olmağa borlcuyuq, çünki...”
17/09/2019 [09:38]:
Səudiyyənin neft zavodlarındakı partlayış birjaları da “alovlandırdı”
17/09/2019 [09:34]:
Hər gün yediyimiz bu qidalar xərçəngi yaradır - Araşdırma (Video)
17/09/2019 [09:32]:
“Google”un fəaliyyətində problem yaranıb
17/09/2019 [09:18]:
Gürcüstan Amerikanın tank daşıyan gəmisini ərazi sularına buraxmadı... 
17/09/2019 [09:02]:
Əli Kərimli-İlqar Məmmədov debatı - moderator kim olsun?
17/09/2019 [09:01]:
“Paşinyanın ətrafında elə bir tor qurulur ki...” - politoloq
17/09/2019 [08:59]:
Qabil Hüseynli: “Xarici təhlükələrin içərisində təkcə Azərbaycanda siyasi hakimiyyət məsələsi yox, həm də...”
17/09/2019 [08:57]:
Əliməmməd Nuriyev: "Siyasi məhbus "siyahı"sı bitməyəcək, çünki gəlir mənbəyidir"
17/09/2019 [08:54]:
Hacıqabulda evakuator “Kamaz”a çırpıldı, sərnişinin ayaqları kəsildi
17/09/2019 [08:52]:
“Taxt oyunları” 10 “Emmi” aldı – FOTO
17/09/2019 [08:39]:
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start veriləcək - AFİŞA
17/09/2019 [08:38]:
Qəbələdə 37 km uzunluğa malik 2 avtomobil yolu yenidən qurulub
17/09/2019 [08:13]:
Gənc karateçilərimiz Macarıstandan 3 qızıl, 5 bürünc gətiriblər
17/09/2019 [08:13]:
28 erməni fahişə saxlanıldı- VİDEO
17/09/2019 [08:12]:
Donald Tramp: ABŞ İran tərəfi ilə münaqişədən yayınır
17/09/2019 [08:11]:
Putin Ankarada "Quran"dan sitat gətirdi - VİDEO
17/09/2019 [07:15]:
Həccə gedənlərdən rüşvət alan cinayətkar məmur qrupu ifşa olundu...
17/09/2019 [06:16]:
Niyə İmam Hüseyn (ə) kufəlilərin dəvətini qəbul etdi?..
16/09/2019 [23:38]:
BMW yoldan çıxıb aşdı, Qax sakini xəsarət aldı - FOTO
16/09/2019 [23:33]:
"Ankarada baş tutan üçtərəfli görüş Türkiyənin siyasi qələbəsidir" - Siyasi analitik...
16/09/2019 [23:24]:
Rusiya, İran və Türkiyə liderlərinin növbəti görüşü Tehranda baş tutacaq
16/09/2019 [23:03]:
Türkiyə Rusiyadan qırıcı təyyarə ala bilər
16/09/2019 [23:00]:
Daha bir boksçumuz dünya çempionatının 1/8 finalında
16/09/2019 [22:22]:
Paşinyan “Qarabağ Ermənistandır, nöqtə” şüarını təkrarladı və Brayzaya cavab verdi...
16/09/2019 [21:58]:
Sumqayıtda kitab yarmarkası keçirilib- FOTO/VİDEO
16/09/2019 [21:47]:
Argentinada yeddi balina sahilə çıxdı, biri öldü: xilasetmə əməliyyatından VİDEO
16/09/2019 [21:42]:
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
16/09/2019 [21:14]:
Rus parlamentindən ilginc görüntülər - FOTOLAR
16/09/2019 [21:09]:
Bakı dəmir yolu vağzalında Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirildi - FOTO+VİDEO
16/09/2019 [21:08]:
Çoban itləri haqda kitab yazır, iclasda şeir oxuyur və naziri qandallayır... - VİDEO
16/09/2019 [20:49]:
“ŞAH”I ƏLƏ KEÇİRMƏK ÜÇÜN MƏMUR-HAKİM İŞBİRLİYİ...
16/09/2019 [20:36]:
Prezident və xanımı bədii gimnastika üzrə dünya çempionatının açılışında...- FOTO
16/09/2019 [20:36]:
Ermənilər Laçının Bozlu kəndində təmir olunmuş  məktəb binasının açılışını etdi – FOTOLAR
16/09/2019 [20:34]:
Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatı açıq elan edilib
16/09/2019 [20:33]:
Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişlənir
16/09/2019 [20:30]:
Mehriban Əliyevanın tapşırığı ilə Gəncədə bu məktəblər təmir edildi - FOTO
16/09/2019 [20:28]:
Gəncədə qonşuları tərəfindən döyülən bacılar və iki kişi xəstəxanalıq oldu
16/09/2019 [20:15]:
Sağsağanın hücum etdiyi 76 yaşlı kişi həyatını itirdi - QORXUNC...
16/09/2019 [20:04]:
Yeni doğuş keçirən qadının qoxusu baxın nəyə səbəb olur - MARAQLI ARAŞDIRMA
16/09/2019 [19:50]:
Elmar Məmmədyarov Romada FAO-nun direktoru ilə görüşdü - FOTO
16/09/2019 [19:40]:
AÇG-də yeni platformanın inşası ilə bağlı altı müqavilə imzalanıb
16/09/2019 [19:34]:
Azərbaycan Naxçıvan MR-in iqtisadi təhlükəsizliyini daha da gücləndirmək istəyir
16/09/2019 [19:27]:
BNA: Qaydanı pozan sürücü işdən çıxarılıb, avtobus isə xətdən kənarlaşdırılıb
16/09/2019 [19:19]:
DİN-də Kollegiya iclası: Vilayət Eyvazov nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verdi
16/09/2019 [19:17]:
"Ölüm-dirim savaşındakı bir şəxsin əlindən tutmaq əvəzinə, ona bu sualı ünvanlamaq..."
16/09/2019 [19:08]:
İnfarktın qarşısını alan qidalar - SİYAHI...
16/09/2019 [19:01]:
Oksana və Nigarın hind rəqsi ad günü gecəsiə damğa vurdu - FOTO + VİDEO
16/09/2019 [18:55]:
"Qəm-qüssə mənim vəzir-vəkilimdir, hərəsi bir tərəfimdə əyləşib..." - VİDEO
16/09/2019 [18:52]:
"Birinci dəfədir ki, bu məsələ haqqında danışıram, sən məni niyə təhqir etməlisən?"
16/09/2019 [18:42]:
Mingəçevirdə uşaq evindən oğurluq edildi
16/09/2019 [18:38]:
Yeni doğulan uşağın ağzına silah saldı - AĞLASIĞMAZ...+ VİDEO
16/09/2019 [18:29]:
Əməliyyatdən əvvəl hər kəsi göz yaşlarına boğdu - VİDEO
16/09/2019 [18:27]:
Sükan arxasında yuxuya gedən sürücü qəzada öldü - VİDEO
16/09/2019 [18:04]:
Genişmiqyaslı təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur - VİDEO
16/09/2019 [18:01]:
Evlilikdən kənar cinsi münasibətin qarşısını almaq üçün baxın nə etdi - MARAQLI
16/09/2019 [18:01]:
Türkiyənin vitse-prezidenti: "Paşinyanın Qarabağla bağlı dediklərini təəccüblə izlədik"
Bütün arxiv bir sırada
27/05/2019 [11:16] - Cəmiyyət - ( 1143 dəfə baxılıb)

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Mirzə Fətəli Axundzadə



III Hissə 

Axundzadənin Qərb mədəniyyətinin təsiri ilə irəli sürdüyü ideyalarından biri də «millət» anlayışını gündəmə gətirməsi və ona tərif veməsidir. O, «millət» sözünü dini kimliyi əks etdirən «millət» anlayışı ilə deyil Avropa mütəfəkkirləri kimi, yalnız siyasi anlamdakı «millət» məfhumunu qəbul etmişdi. Məsələn, onun müxtəlif məsələlərlə bağlı vurğuladığı «ölmüş millət», «Əgər padişah millətin atasıdır və millət onun övladıdır», «bizim millətimiz» anlayışları artıq milli-dini bütünlükdən daha çox siyası anlamda işlədilmişdir. Xüsusilə, o, “Kəmalüddövlə məktubları”nda açıq şəkildə yazırdı ki, Avropa dövlətlərində olduğu kimi millət dedikdə dini mənsubiyyət deyil, yalnız vətən və el təəssüblüyü mənası nəzərdə tutulmalıdır. Başqa sözlə, Axundzadə avropalı mütəfəkkirlər kimi hesab edirdi ki, bir millətin əlamətləri dini xarakterli olmamalı, yalnız milli özünəməxsusluğu ifadə etməlidir. Bununla bağlı Tehranda nəşr olunan «Millət» qəzetinin redaktoruna yazdığı məqaləsində Axundzadə göstərirdi ki, “İran” millətinin əlaməti olaraq məscid şəklinin göstərilməsi doğru deyil. Axundzadə yazır: «Əgər «millət» sözündən məqsədin onun istilahi mənasıdırsa, əgər İran qövmünü nəzərdə tutubsansa, məscid İran qövmünə məxsus deyildir, bəlkə cəmi islam tayfaları məscid sahibidirlər». Axundzadə yazırdı ki, millətin əlamətləri hər bir xalqın öz keçmişi ilə bağlı olmalıdır: «İslamiyyətdən qabaqkı İran qövmünün əlaməti Cəmşid taxtı, İstəxr qalası kimi qədim padşahların asarıdır. İslamiyyətdən sonrakı ən böyük asardan biri isə Səfəviyyə padşahlarıdır ki, isnaəşərilik məzhəbinə İranda rəvac verib, onun müxtəlif tayfalarını vahid milət halında nizama salmışlar və İranın ayrıca, müstəqil dövlət olmasına səbəb olmuşlar. Beləliklə, İran millətini tanımaq üçün sən gərək qırmızı mahuddan olan on iki guşəli qızılbaş tacının şəkli kimi elə bir əlamət tapasan ki, bir tərəfdən qədim fars padşahlarına aid olsun, digər tərəfdən isə Səfəviyyə padşahlarını xatırlatsın». 

Birincisi, bu məqalədən hiss olunur ki, Axundzadə “millət” anlayışını yalnız Avropa alimlərinin baxışları əsasında qəbul edir. Bizcə, “millət” anlayışına avropalıların ortaya atdığı “millət” məfhumu çərçivəsində yüzdə-yüz, yanaşmaq doğru deyildir. Hər halda Qərb-Avropa xalqlarını “millət” edən əlamətlərlə, Şərq-İslam xalqlarını və o cümlədən də Türk-müsəlman xalqlarını “millət” edən əlamətlər arasında xeyli fərqlər mövcuddur. 

İkincisi, burada Axundzadə Qacarlar dövlətini “İran” adı altında ümumiləşdirir, hətta “İran milləti”ndən bəhs edir ki, bu “İran milləti”nin də sən demə, qurucusu şiəlik məzhəbinə əsaslanan Səvəfilər olsa da, onun keçmişi həm də İslamaqədərki “fars padşahları” ilə bağlıdır. Şübhəsiz, Axundzadənin “millət”, o cümlədən “İran milləti” anlayışlarına bu cür baxışları yanlış olmuşdur. Çünki tarixən heç bir zaman “İran milləti”, “İran qövmü” olmamışdır və yoxdur da. Əgər burada məqsəd bir çox Avropa alimlər tərəfindən uydurulmuş “İran”, “Ariyan” anlayışları əsasında bir “millət” yaratmaqdırsa, o zaman eyni qayda da “Turan” anlayışı çərçivəsində də biz bu bölgənin xalqlarını “Turan milləti” kimi də ümumiləşdirə bilərik. Üstəlik, ən azı min il ərzində bu bölgənin hakim milləti Türklər, o cümlədən Azərbaycan türkləri olublarsa, deməli bu coğrafiyanın və onun xalqlarının “İran”dan çox “Turan” anlayışına sahib çıxması və “Turan milləti” kimi ümumiləşdirlməsi daha məntiqli olardı. Əgər Avropalı alimlər də “İran”ı deyil “Turanı” qəbul etsə idilər, o zaman şübhə etmirik ki, Axundzadə də islamaqədərki fars padşahlarını, irançı zərdüştizmi deyil turançı Göy Tanrıçılığı təbliğ edər, Turan-Türk padşahlardan bəhs edərdi. Üstəlik, “İran milləti”nin qurucusu hesab etdiyi Səfəvilərin “şiəlik” təəssübkeşliyinin əsil mahiyyətini dərk edərək İslam dini məsləsində də həssaslığını itirməzdi. Başqa sözlə, Axundzadə bəzi hallarda Qərb-Rus ideyalarının gözübağlı tərənnümçüsü olduğu üçün, oradan əsən küləklərin zəhərli olub-olmamasını müəyyənləşdirmədən hərəkət etmişdir. Məhz bunun nəticəsi olaraq da, bu bölgənin qədim və minilliklər boyu hakim olan Türk-Turan xalqlarının, onların adət-ənənələrini və dini-fəlsəfi dünyagörüşünün deyil, Avropalıların məqsədli şəkildə ortaya atdığı “İran”, “Persian” anlayışları adı altında fars şahlarının, fars adət-ənənələrinin, fars dünyagörüşünün təbliğatçısına çevrilmişdir. Özü də bütün bunları edərkən də, məhz Avropanın “zəhərli” ideyalarına əsaslanmışdır. Hər halda Axundzadənin Qacarlar dövlətini “İran”, “İran milləti” adı altında təktərəfli olaraq farslaşdırması, eyni zamanda İslam dinindən imtina edilərək zərdüştliyə ya da qeyri-islami təriqətlərə üz tutulması məsələlərində maraqlı olmasının kökündə Qərb-Avropa-Rus ideyalarının tərənnümçüsü olması dayanırdı (Bu məsələlərə aşağıda yenidən qayıdacağıq).
Axundzadənin Qərb mədəniyyətinin təsiri altında müdafiə etdiyi ideyalar arasında konstitusiyalı dövlətin olması və dinin dövlətdən ayrılması məsələləri də xüsusi yer tutmuşdur. Qərb ideyalarının qızğın tərənnümçüsü olan Axundzadə hesab edirdi ki, Avropa maarifçilərindən Volter, Russo, Mönteskye, Mirabo və başqaları zülmü aradan qaldırmaq üçün, şaha müraciət etmək əvəzinə, xalqa üz tutaraq onları zalımlara qarşı mübarizəyə səslədiyi kimi, müsəlman ölkələrinin xalqları da eyni yolu tutmalıdırlar. «Hazırda Avropa ölkələrinin bir çoxunda mövcud olan konstitusiyalı dövlət quruluşu həmin filosofların fikirlərinin nəticəsidir», - deyən Axundzadə bu fikrini Mirzə Yusif xanın «Yek kəlmə» kitabına yazdığı rəy-məqaləsində inkişaf etdirmişdir. Mirzə Yusif xan həmin əsərində bəzi Avropa ölkələrində olduğu kimi, müsəlman ölkələrində də ədalətli şahın əliylə şəriətə əsaslanan konstitutsiyalı dövlətin qurulması fikrini irəli sürür. Həmin kitabı oxuyaraq öz rəyini bildirən Axundzadəyə görə yaxşı kitabdır, ancaq ölmüş millət üçün yazılmışdır. Avropalıların zalım krallarla mücadilə verərək konstitusiyalı dövlət yaratdıqlarını deyən Axundzadə, Mirzə Yusif xanın şəriət əsasında ortaya atdığı konstitusiyalı dövlət ideyasının gerçəkləşməsinin mümkünsüz¬lüyünü yazırdı: «Sizə elə gəlir ki, şəriət hökmlərinin köməyi ilə Fransa konstitusyonunu Şərqdə həyata keçirmək olar; yəni zülmü aradan qaldırmaq olar. Yox, qətiyyən belə deyil! Bu çətindir və mümkün olan iş deyil! Əməvilər və Abbasilər əsri şəriətə daha yaxın idi. Zülmün və despotizmin binasını islamiyyətdə əvvəlcə bunlar qoydular. Elə isə şəriət hökmləri var olduğu halda, zülm davam edir?!». Axundzadə yazır ki, çıxış yolu xalqın əlindədədir. Xalq özü şahı taxtdan salmalı və konstitusion dövlət yaratmalıdır: «Ədaləti yerinə yetirmək və zülmü aradan qaldırmaq ancaq yuxarıda dediyim şəkildə mümkündür; yəni millətin özü bəsirət və elm sahibi olmalı, ittifaq və yekdillik əsaslarını əldə etməli, sonra zalıma müraciət edərək deməlidir: Səltənət və hökumət büsatından əl çək!.. Ondan sonra, özü zamanın vəziyyətinə uyğun olaraq qanun qoyub konstitusyon yazmalı və ona əməl etməlidir. O zaman millət yeni həyat tapacaq və Şərq torpağı gözəl cənnət kimi olacaqdır». 

Bizcə, konstitusiyalı dövlətin olması məsələsində də Axundzadə Avropa mütəfəkkirlərini təqlid etməklə kifayətlənmiş, yəni Şərq xalqlarının, o cümlədən müsəlman Şərqi xalqlarının bu məsələdə özünəməxsusluqlarını dəyərləndirə bilməmişdir. Bu anlamda Axundzadə həmin məsələ ilə bağlı bir çox hallarda haqlı olmasına baxmayaraq, yeni bir söz demədiyi üçün ciddi uğur qazana bilməmişdir. Başqa sözlə, Axundzadə son əsrlərdə gerilikçi, lokal, sxolastik mahiyyətli müsəlman ölkələrində yaşananları tənqid etməkdə, eyni zamanda da Avropa ölklərinin müsbət cəhətlərinin mənimsənilməsi məsələsində haqlı olmaqla yanaşı, müsəlman xalqarının müsbət cəhətlərini görməzdən gəlməklə və Avropadan gələn bütün ideyaları ideallaşdırmaqla xətalara yol vermişdir.

Məsələn, Axundzadəyə görə, konstitusiyalı dövlət üçün zəruri olan məsələlərdən biri dinin dövlətdən ayırı tutulması idi ki, o, bununla bağlı islamaqədərki türk dövlətlərində və islam dönəmindəki türk-müsəlman dövlətlərində həmin məsələnin incəliklə öz əksini tapdığını bilməsi lazım idi. Yəni Axundzadə yalnız 18-19-cu əsrlərdə mövcud olan türk-müsəlman dövlətləri Osmanlı ilə Qacarlarda ruhaniliyin ön planda olmasından nəticə çıxarmamalı idi. “Xalqla dövlət arasında ayrılığın əsil səbəbi ruhanilərdir. Nə üçün? Buna görə ki, ruhanilər xalqın ruhuna və təbiətinə o qədər müsələt olmuşlar ki, camaat onların dediklərinə sorğu-sualsız itaət edir, ürəyində dövlətə nifrət bəsləyir” - deyən Axundzadəyə görə, ruhanilər xalqın «pənahı»na çevrilib və nəticədə xalq dövlətə ikinci dərəcəli baxır. Üstəlik, dövlət məmurları ruhanilərin qarşısında özlərini nökər kimi aparırlar. Axundazadə yazır: “Xalqın mənafeyi, ölkə və vətənimizin abadlığı onu tələb edir ki, xalqla dövlət arasında birlik və mehribanlıq yaransın. Dövlət zahiri və həqiqi istiqlaliyyət əldə etsin. Təkcə özü xalqın pənahı olsun, ruhaniləri ölkəni idarə işlərində dövlətə şərik etməsin”. 

Şübhəsiz, Axundzadənin sadaladığı bu müsbət cəhətlərin əksəriyyəti türk ya da türk-müsəlman dövlətlərində olmuşdur. Ancaq bütün bunları görməzdən gələn Axundzadə hesab edirdi ki, əgər müsəlman ölkələrinin dinə münasibəti dəyişməyəcəksə, onda onlar heç vaxt Avropa ölkələri kimi mədəni inkişaf səviyyəsinə qalxmayacaqlar. Bu baxımdan Axundzadəyə görə Avropada olduğu kimi, müsəlman ölkələri də vətəndşalara siyasi, hüquqi, mənəvi, dini sahələrdə azadlıq verməlidir: "Əgər cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə və onları ata-babasının və övliyanın qərar verdikləri şeylərlə kifayətlənməyə və bunlardan kənara çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməməyə məcbur edərsə, bu halda fərdlər yer əkən, məhsul toplayan və həç bir işi düşünmədən və fikir etmədən görən avtomatlar olarlar; və ya onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra yenə oyanıb həmən dünənki dolandığı dünyanın axırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz xəbəri olmaz ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr vardır; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər və dünya nemətlərindən tamamilə faydalanmış olurdular".

Bu məsələlərdə Axundzadə nə qədər haqlı olsa da, İslam dininə, Şərq mədəniyyətinə (İran-Ariyanları çıxmaqla), Türk adət-ənənələrinə qarşı həddən artıq radikallığı, Qərb mədəniyyətinə, Qərb ideyalarına isə aludəçiliyi özünü büruzə verir. Bir sözlə, Axundzadənin bu məsələlərdə ən böyük yanlışlığı Avropa xalqlarının dövlətçilik ənənələri ilə Şərq xalqlarının, o cümlədən müsəlman Şərqi xalqlarının (islamaqədərki dövrləri də nəzərə alaraq) dövlətçilik ənənələrini eyniləşdirməsidir. Hər halda konstitusiyalı dövlətin olması ya da dinin dövlətdən ayrı olması məsələsinin ən gözəl örnəkləri islamaqədərki və islam dönəmindəki əksər türk dövlətlərində mövcud olmuşdur. Hətta, Axundzadənin tərifləyib göylərə qaldırdığı Sasanlar dövlətində belə din, yəni zərdüşrlük-atəşpərəstlik dövlətdən ayrı olmadığı halda, əksər türk dövlətləri daim buna əməl etmişlər.

Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU),
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

loading...
loading...
Azərbaycanlı modellər türk dizaynerinin dəfiləsinə qatılıblar - FOTOLAR
Sağsağanın hücum etdiyi 76 yaşlı kişi həyatını itirdi - QORXUNC...
Yeni doğuş keçirən qadının qoxusu baxın nəyə səbəb olur - MARAQLI ARAŞDIRMA
Yeni doğulan uşağın ağzına silah saldı - AĞLASIĞMAZ...+ VİDEO
Əməliyyatdən əvvəl hər kəsi göz yaşlarına boğdu - VİDEO
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
Siyasət
Türkiyənin Təkaltı dağından Ermənistana bayraq mesajı: "Vaxt gələcək, o ərazilər də..."
Siyasət
“Ermənistanın bu günki hakim dairələrindən hər şey gözləmək olar..."
Cəmiyyət
Putin Ankarada "Quran"dan sitat gətirdi - VİDEO
Cəmiyyət
“Dəyişikliyi təkcə saçımda etmişəm...”
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
“Əli Nağıyevdən bir peşəkar kimi gözləntim böyükdür”
Bu da Pərviz Bülbülənin özündən hündür qızı - FOTO
"Məlumat gəldi ki, Ayaz Mütəllibovun bir maşın silahı Corat qəbiristanlığında gizlədilib..."
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247