Xəbər lenti
16/11/2019 [00:03]:
Damarları təmizləyən, dərini cavanlaşdıran müalicəvi məhsul - TƏBİİ ÜSUL...
15/11/2019 [23:59]:
Bu ölkədə həkimlərin orta aylıq maaşı 1200 dollardır - MARAQLI...
15/11/2019 [23:56]:
Siqaret çəkənlər ən çox bu qidaları yeməlidir - Nikotini zərərsizləşdirən 7 ərzaq...
15/11/2019 [23:54]:
Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı
15/11/2019 [23:52]:
“Instagram” laykların sayını gizlətməyə başlayıb
15/11/2019 [23:34]:
"İndi Qarabağ məsələsində jurnalistlərdən “seyid” kimi istifadə etmək istəyirlər..."
15/11/2019 [23:31]:
Erməni jurnalistləri və badımcan dolması...
15/11/2019 [23:13]:
"Universitetin adının dəyişdirilməsi haqqında ilk rəsmi qərar Tarix fakültəsində qəbul edilib"
15/11/2019 [23:03]:
Gəncədə ər həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib
15/11/2019 [23:00]:
“Azərbaycan əməliyyatlara başlaya, qarşımıza sənəd qoyula bilər”
15/11/2019 [22:54]:
Boşanan kişilər üçün sığınacaq yaradılır
15/11/2019 [22:48]:
Köpəkbalığı dalğıcın qolunu qopardı
15/11/2019 [22:45]:
“Paşinyan hakimiyyətinin sadəcə, 1,5-2 il vaxtı qalıb...”
15/11/2019 [22:42]:
“Biz Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə veririk”
15/11/2019 [22:29]:
Prezervativi almağa utandığı üçün oğurladı - VİDEO
15/11/2019 [22:17]:
Gəncədə oğul atasını qətlə yetirib
15/11/2019 [21:54]:
Putin Türkiyəyə gedəcək
15/11/2019 [21:48]:
Məşhur braziliyalı futbolçunun arvadının adı “eskort” qalmaqalında - FOTOLAR
15/11/2019 [21:44]:
Sürücülərə şad xəbər: Generaldan jalüzlərlə bağlı gözlənilməz göstəriş -FOTO
15/11/2019 [21:30]:
“Ölkəmizin tolerantlıq düzənini kimsə poza bilməz”
15/11/2019 [21:12]:
Prezident: "Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı"
15/11/2019 [21:06]:
Çində meymun baxıcısının telefonu ilə sifariş verdi - MARAQLI...+ VİDEO
15/11/2019 [21:01]:
Oqtay Əsədov ABŞ-dan Qarabağla bağlı gözləntilərini AÇIQLADI
15/11/2019 [20:55]:
“Heç kim ləkəsiz, təmiz deyil”
15/11/2019 [20:44]:
Yaponiya İmperatoru "Günəş Tanrısı" ilə yemək yedi - MARAQLI
15/11/2019 [20:36]:
Həkimlər Siam əkizləri - Məhəmməd və Əhmədi uğurla ayırdı...-FOTO 
15/11/2019 [20:18]:
Uzun müddət telefona baxan qadın kor oldu - QORXUNC...
15/11/2019 [20:18]:
"Mühacir ticarəti insan alverinin təsniflərindən biridir” - VİDEO
15/11/2019 [20:11]:
Nikola Yurçeviç: "Yaxşı nəticələr qazanmaq üçün optimist olmalıyıq"
15/11/2019 [20:04]:
"Anasızlığımı işimlə unuduram"
15/11/2019 [20:01]:
Xuraman 4-cü dəfə ana oldu
15/11/2019 [19:58]:
S-400 raketləri Azərbaycanda yerləşdirilə bilərmi?
15/11/2019 [19:52]:
“Biz “İsrailin məhvi” dedikdə yəhudi xalqını yox, sionist rejimini nəzərdə tuturuq”
15/11/2019 [19:38]:
“Azəriqaz”ın yeni rəhbəri istixana sahibləri ilə görüşüb - FOTO
15/11/2019 [19:26]:
Azərbaycan İsraildən iki yeni hərbi gəmi alır?
15/11/2019 [19:25]:
Tbilisidə etiraz aksiyası bərpa olunub - FOTO - YENİLƏNİR
15/11/2019 [19:21]:
Göygöldə yol qəzası baş verdi - Ölən və yaralananlar var
15/11/2019 [19:19]:
Yağışa görə Bakının iki avtomagistralında sürət həddi endirilib
15/11/2019 [19:15]:
Kənd Təsərrüfatı Nazirliyi obrazlı ifadə etsək, futboldakı kimi het-trik etdi - VİDEO
15/11/2019 [19:09]:
Xərçəng xəstələri bu dərmanlardan uzaq dursun - XƏBƏRDARLIQ...
15/11/2019 [19:02]:
Yerevanda Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirilir
15/11/2019 [18:48]:
350 qram doğulan uşaq 3,5 kiloqram çəkiyə çatdı - MARAQLI
15/11/2019 [18:46]:
Prezident ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib - FOTO
15/11/2019 [18:42]:
Ədliyyə nazirinin müavini Zaqatalada vətəndaşları qəbul edib
15/11/2019 [18:36]:
Lerik rayonunu 3 kəndinə qaz verildi - FOTO
15/11/2019 [18:19]:
Aberdin Universitetinin Mühəndislik Məktəbinin direktoru ADNSU-da təqdimatla çıxış edib - FOTO
15/11/2019 [18:13]:
Türkiyədə daha bir təhlükəli terrorçu zərərsizləşdirilib
15/11/2019 [18:02]:
Nazir polis kapitanına vəzifə verdi
15/11/2019 [17:58]:
Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO
15/11/2019 [17:55]:
"Böyük Britaniya yanvarın 31-də Aİ-ni tərk edir"
15/11/2019 [17:44]:
Düşmən hərbi sənayeni gücləndirir: 22%-lik artım, xüsusi status, əsgər-professorlar...
15/11/2019 [17:40]:
İstirahət günlərinin hava proqnozu açıqlandı
15/11/2019 [17:37]:
“Qəhrəmanlıq göstərən insanların daim yad edilməsinə böyük ehtiyac var”
15/11/2019 [17:35]:
Bolqarıstan Baş Nazirinin olduğu təyyarə qəza enişi etdi
15/11/2019 [17:32]:
ADNSU-nun rektoru Aberdin Universitetinin Mühəndislik Məktəbinin direktoru ilə görüşüb - FOTOLAR
15/11/2019 [17:26]:
Aygün Kazımova məhbəsdə ölüm ayağında olan qardaşına baş çəkdi - FOTO
15/11/2019 [17:24]:
Dövlət-din münasibətlərində Azərbaycan modelinin təntənəsi...
15/11/2019 [17:21]:
Məclisə girib zərflərə söyüş yazdı, nəmər qutularına atdı
15/11/2019 [17:19]:
Kişini toy gecəsi belə aldadırlarmış - Bakirə olmayan qızların yeni fırıldağı...
15/11/2019 [17:16]:
XİN Azərbaycanın Krımla bağlı BMT qətnaməsinin səsverməsində iştirak etməməsinin səbəbini açıqladı
15/11/2019 [17:15]:
"Ana əlinə zənbil alıb gedib küçələrdə meyvə-tərəvəz satmamalıdır"
15/11/2019 [17:13]:
İki rayonda zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon manat ayrılıb
15/11/2019 [17:10]:
İlham Əliyev Sultan Dadaşovu təltif etdi
15/11/2019 [17:08]:
Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdi
15/11/2019 [17:06]:
Putinin jurnalistlər üçün mətbuat konfransının vaxtı AÇIQLANDI
15/11/2019 [17:01]:
BSU-da Beynəlxalq Tolerantlıq Günü qeyd olunub
15/11/2019 [16:54]:
"Qızını erməniyə verən Cəmil Həsənli, miqrant alveri edən Əli Kərimli həbs edilməlidir"
15/11/2019 [16:53]:
FHN-in İdman-sağlamlıq mərkəzində sərbəst güləş üzrə çempionat keçirilib
15/11/2019 [16:42]:
Övladlarını gizlədən Elnarə Xəlilova: “Bir az səbr edin, görəcəksiz” -VİDEO
15/11/2019 [16:32]:
Şimali Kipr Türk Respublikası 36 yaşını qeyd edir- FOTOLAR
15/11/2019 [16:31]:
İlham Əliyev Şlomo Amarı qəbul etdi - FOTO
15/11/2019 [16:22]:
Abdullah Mətuq əl-Mətuq Tarix İnstitutunun fəxri doktoru oldu - FOTOLAR
15/11/2019 [16:11]:
Xidməti müqavilə üzrə işləyənlərin də icbari sığortaya cəlb edilməsi imkanları nəzərdən keçirilib
15/11/2019 [16:05]:
“Clarivate Analytics” şirkətinin nümayəndəsi BDU-da təlim keçib - FOTO
15/11/2019 [15:56]:
Prezident Bilal Əliyevə mənzil bağışladı
15/11/2019 [15:54]:
İlham Əliyev bir qrup din xadimini qəbul edib - FOTO
15/11/2019 [15:51]:
Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışı olub - FOTO
15/11/2019 [15:48]:
"Bu bizneslə Əli Kərimli və Arif Hacılı məşğul olublar”
15/11/2019 [15:41]:
"Azərbaycan millisinin son oyunlarında inkişafını görmək olar"
15/11/2019 [15:38]:
Pivə oğurlayan kişiyə ölüm cəzası verdilər - FOTO
Bütün arxiv bir sırada
07/06/2019 [08:59] - Hadisə - ( 1115 dəfə baxılıb)

Çernobıl, xilaskar ata və mən...




Sovet deyəndə dodağı dörd yerdən çatlayanlara təzəcə çəkilmiş ”Çernobıl” serialına baxmağı məsləhət görürəm. Müstəqillik illərində doğulan gənclərə isə baxmağı ona görə tövsiyyə edirəm ki, hansı mənəvi-siyasi irsin daşıyıcısı olduğumuzu bilsinlər. 28 ildi insan yönlü cəmiyyət qura bilməməyimizin səbəbi haqda düşünəndə bu bilgi gərəkləri olar.

”Durak” nə qədər sovetin rəsmi varisi indiki Rusiyaya güzgü tutan filmdisə, o serial da bizim bəzən xoş xatirələrlə andığımız, hərdən lap nostalji duyğular yaşadığımız, əslindəsə gerçək simasını görmədiyimiz sovetin mahiyyətini sərgiləyir.

Filmdə o dəhşətli səhnələri seyr edərkən, xüsusən də bəxtsiz sovet əsgərlərinin faciəli durumuna baxarkən istər-istəməz öz əsgərlik çağım yadıma düşdü. Atamın Çernobıldan məni necə xilas etməsini xatırladım.

Söz vaxtına çəkər, 1986-cı ilin iyun ayı idi, atam, dayım, əmim məni əsgərliyə yola salmaq üçün Biləcəriyə gəlmişdilər. Maraqlanıb öyrəndilər ki, bu günkü çağırışçıları Ukraynaya aparırlar. Bunu eşidəndə atamın düşdüyü halı kaş təsvir edə biləydim. Onun ”Çernobıla aparırlar!” nidası hələ də qulağımdadı. Atamın üzündə əvvəllər heç vaxt şahidi olmadığım bir təşviş gördüm. İki ayağını bir başmağa dirədi: ”Olmaz, ora olmaz!”

Kiminlə nə danışdıqlarını bilmədim, tək onu bildim ki, məni bir həftə sonrakı ”otpravka”ya saxladılar. Dayım dost-tanışı işə saldı, atam kiməsə görüm-baxım elədi, nəhayətdə, Kuybışevə, indiki Samara şəhərinə gedənlərin siyahısına düşdüm.

Çernobıl qəzasından iki ay keçmişdi. Oradan təzadlı xəbərlər gəlirdi. Faciənin miqyasından heç kimin xəbəri yox idi, heç atam da əslində orada nə baş verdiyini sonacan kəsdirmirdi. Amma elə bil serialdakı dərisi əriyib paltarına qaynaq olan əsgərləri gözüylə görmüşdü.

Bir sözlə, o vaxt atamın panik təkidiylə atom şüalanmasından uzaq bir yerə göndərildim. Buna nəyin ironiyası deyim, bilmirəm – Kuybışevdə təlimlərdən sonra Orenburqun Totsk deyilən səhrasında piyada motoatıcı diviziyaya düşdüm. Qışda mənfi 50 dərəcə şaxta, çöllü-biyaban, köhnə sovet tankları, bir də şəkildə gördüyünüz arıq, çəlimsiz sovet əsgəri…

tankist

Bura 1954-cü ildə atom bombası atılmış Totsk poliqonudur.

Taledən qaçmaqmı olar, illah da SSRİ kimi ölkədə!

Sonralar biləcəkdim ki, poliqonunda tank sürməyi öyrəndiyim Totskda 1954-cü ildə marşal Jukovun komandanlığı altında atom silahı sınaqdan keçirilibmiş. Dünya hərb tarixində misli görünməyən qorxunc bir təlimdən danışıram. On minlərlə atı, inəyi, donuzu, it-pişiyi, toyuq-cücəni… və 45 min əsgəri – öz vətəndaşını hərbi sınağa görə qurban verən bir dövləti gözünüzün qabağına gətirin!

Nəyə görə o seriala baxmanızı istəyirəm?

Bilirəm, Svetlana Aleksiyeviçin Nobel mükafatlı ”Çernobıl duaları. Gələcəyin xronikası” kitabını oxumağa vaxt yoxdu. Ciddi kitabların pop-kültür kölgəsində qaldığı zəmanədə yaşayırıq. Baxsanız, görəcəksiniz ki, ”Çerbonıl” mini-serialı insanı ”adam yerinə qoymayan” bir siyasi sistemdən danışır. Belə ölkələrdə vətəndaş insan yox, statistik rəqəmdən başqa bir şey deyil.

”Hər şey insan üçün” prinsipiylə qurulan cəmiyyətlərdən fərqli olaraq, insanın dəyərsiz olduğu siyasi sistemlər bir-birinə oxşayırlar. Belə sistemlər hələ də var və biz buna indi də şahidik.

Bəşər tarixinin ən dəhşətli texnogen fəlakəti haqda xəbəri kommunistlər siyasi propoqanda naminə gizlətməyə çalışdılar. Gizlədə bilməyəndə miqyasını kiçiltməyə can atdılar.

cernobil

Serialdan kadr

“Çernobıl” serialının tamaşaçıya bir mesajı da odur ki, vicdanı deqradasiya uğramışları hakimiyyətə yaxın buraxmaq olmaz!

Tək Rusiya deyil, əksər keçmiş sovet ölkələri də sosializmin mənəvi varisləri, irs daşıyıcılarıdı. Serialda sadə insanların fədakarlığı, on minlərlə əsgərin, yanğınsöndürənin, şaxtaçının qəhrəmanlığı fonunda öz vətəndaşlarının taleyinə biganə ölkə rəhbərliyi də yer alıb. Xalqa, sadə insanlara keçmiş kommunistlərin münasibətini sonralar da az görmədik.

Azad cəmiyyətlərdə olduğu kimi azad olmayan ölkələrdə də adamlar bərabərdilər. Amma birində hər şeydilərsə, o birində heç nədilər!

Onda atam məni xilas etdi, əks halda o serialdakı qurbanlıq əsgərlərdən biri olmaq ehtimalım çox böyük idi.

İndi atam yaşdayam. Mən də xilaskar olmaq istəyirəm! Xilası balalar üçün insanın ən ali varlıq sayıldığı bir cəmiyyət qurmaqda görürəm.

Mənim nəslim müstəqilliyə nail olsa da, insansevər bir cəmiyyət qura bilmədi. Çünki özündən, daşıyıcısı olduğu müti irsdən azad deyildi.

“Çernobıl” serialına baxın, illah da gənclər! Ataların bir vaxt yaşadığı ölkəni görün və başınıza çarə qılın – özünüzə insan üzlü ölkə düzəldin!

Vahid Qazi

7 iyun 2019

loading...
loading...
Siqaret çəkənlər ən çox bu qidaları yeməlidir - Nikotini zərərsizləşdirən 7 ərzaq...
Çində meymun baxıcısının telefonu ilə sifariş verdi - MARAQLI...+ VİDEO
Yaponiya İmperatoru "Günəş Tanrısı" ilə yemək yedi - MARAQLI
Uzun müddət telefona baxan qadın kor oldu - QORXUNC...
Xərçəng xəstələri bu dərmanlardan uzaq dursun - XƏBƏRDARLIQ...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Qəhrəmanlıq göstərən insanların daim yad edilməsinə böyük ehtiyac var”
Cəmiyyət
“Həyat yoldaşımın harda olduğunu bilirəm, hər dəfə zəng vurub soruşum ki, hardasan?”
Cəmiyyət
“Məhkəməyə müraciət etməliyik ki, həkimlər öz işlərində diqqətli olsunlar, əks halda...”
Cəmiyyət
“Son illər otlaqların pambıq sahələrinə çevrilməsi heyvanların azalmasına gətirib çıxarıb...”
Gündəm
Bu gün Şuşa erməni teatrı Laçında “Tülkü və durna” kukla tamaşasını göstərəcək...
Həftənin ən çox oxunanları
"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
Yanvardan pensiyalar bu qədər ARTACAQ
"Türkiyə bundan sonra Qarabağda lövbər salmış "PKK"-nın üzərinə getməlidir..."
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
“Bu məsələ açılsa, Rusiya üçün görünməmiş biabırçılıq olacaq...”
PKK-çı kürdlərdən Rusiya-Türkiyə hərbi patrullarına VƏHŞİ HÜCUMUN VİDEOSU...
“Onlar rus ordusunun hücumunu önləməyə qadir deyil”
Talış kəndinə 42 erməni ailəsi qaytarıldı- Düşmən yeni savaşdan ehtiyatlanmır?..
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247