Xəbər lenti
22/08/2019 [15:53]:
“Əlimizdə hərbi əməliyyatlara başlamaq üçün yetərincə əsas var”
22/08/2019 [15:52]:
"Titanik"in indiki vəziyyəti: yeni görüntülər yayıldı - VİDEO
22/08/2019 [15:49]:
Azərbaycanda 22 və 23 yaşlı valideynlər beş uşağı atdı
22/08/2019 [15:47]:
“Evlənirik” yazılan maşınla gəlib sevgilisini güllələdi - VİDEO
22/08/2019 [15:43]:
Bakıda taxta bazarı yanır - VİDEO
22/08/2019 [15:15]:
Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22/08/2019 [15:07]:
"SSRİ rəhbərliyinə qarşı etirazın ön cərgəsində yer alanlardan biri də Siz idiniz"
22/08/2019 [14:56]:
“Twitter” qaradərili futbolçuların hesablarını izləyəcək –Səbəb
22/08/2019 [14:55]:
Ermənistan Səhiyyə Nazirliyi: "Ölkədə "Sibir xorası"na yoluxma halları artıb"
22/08/2019 [14:54]:
Amerikada sudan kərə yağı hazırlayacaqlar - MARAQLI...
22/08/2019 [14:53]:
Kafel gətirən maşından külli miqdarda siqaret çıxdı –Gömrükdən açıqlama
22/08/2019 [14:49]:
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
22/08/2019 [14:47]:
Əli Əhmədov süni qiymət artımından şikayətləndi: " Yayın ortasında iki manata kartof olmaz"
22/08/2019 [14:45]:
“Qarabağın qaytarılması yolu müharibədən keçir” – “Ümid Azərbaycan ordusunadır!”
22/08/2019 [14:44]:
Zakir Zeynalov oğlunun cinayətini etiraf etdi
22/08/2019 [14:44]:
İran, Türkmənistan, Qazaxıstan və Azərbaycan dəmir yolu sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılır
22/08/2019 [14:40]:
Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş - həm də 95 yaşında...
22/08/2019 [14:30]:
İsrail "Dəmir yumruğ"unu göstərdi - VİDEO
22/08/2019 [14:29]:
Tofiq Yaqublunun Baş Prokurorluğa çağırılmasının səbəbi - RƏSMİ
22/08/2019 [14:29]:
“Xəbərin mənbəyi kimi jurnalistləri qınayırlar, amma problem ondadır ki..."
22/08/2019 [14:22]:
“Əsgərlərin qarşısında oxuyanda o qədər ağladım ki, bir neçə ay səsim açılmadı...”
22/08/2019 [14:16]:
Tələbələrin kirayə ev qayğısı: "Oğlanlar evi dağıdırlar", "Ev yiyəsi qəflətən içəri girir"
22/08/2019 [13:54]:
BAXCP Əbülfəz Elçibəyin məzarını ziyarət etdi - FOTOLAR
22/08/2019 [13:50]:
Azərbaycan gəmisi Qara dənizdə yük daşıyacaq
22/08/2019 [13:43]:
Uşaqlarda qurd xəstəliyi nə üçün geniş yayılıb? - CAVAB
22/08/2019 [13:41]:
Bərdədə yanğın irigövdəli ağacları yararsız hala saldı - FOTO
22/08/2019 [13:37]:
Şagird yerdəyişməsi necə həyata keçirilir? - Valideynlərin suallarına CAVABLAR
22/08/2019 [13:31]:
10 Azərbaycan şəhərinə erməni mer seçiləcək
22/08/2019 [13:16]:
"Neynirik “alov qüllələri"ni? – Bizə Xudu müəllimin Dəlidağda tikdirdiyi məbədi qaytarın!..”
22/08/2019 [13:11]:
Bakıda fahişəxanadan gizli çəkiliş: Qiymət 50 manat - VIDEO
22/08/2019 [13:05]:
Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?”
22/08/2019 [13:01]:
Azərbaycan yığmasının sabiq baş məşqçisi vəfat etdi
22/08/2019 [12:51]:
12 və 13 saylı cəzaçəkmə müəssisələrində zorakılığa yol verilməsi iddialarına münasibət bildirilib - RƏSMİ AÇIQLAMA
22/08/2019 [12:49]:
İki yaşlı uşaq su nasosu ilə oynadı, elektrik cərəyanı vurdu
22/08/2019 [12:47]:
"Pulu heç vaxt özünə yaxın buraxmırdı" - Partiya sədri Elçibəylə bağlı xatirələrini bölüşdü
22/08/2019 [12:34]:
İki əmioğlu 24 yaşlı qızı bağ evinə apardılar - Soyundurub 4 saat...
22/08/2019 [12:30]:
Baş hematoloq: "Azərbaycanda 1000 nəfərə 10 donor düşür"
22/08/2019 [12:25]:
Xaricdə "yağ-bal" içində "üzəcəkdilər": azərbaycanlı mühacirlər çətin duruma düşüblər
22/08/2019 [12:23]:
Rusiya kosmosa robot kosmonavt göndərdi - VİDEO
22/08/2019 [12:17]:
Üç uşaq anası evdən niyə qacıb? - Kənd icra nümayəndəsi: “O hadisəyə görə izahatı alınmışdı”
22/08/2019 [12:13]:
52 yaşlı Aybəniz Haşımovaya gecəyarı sürpriz etdilər - VİDEO
22/08/2019 [12:02]:
İsrail İrana bağlı qruplaşmanı vurdu, Əbu Mehdi Mühəndis ABŞ-ı hədələdi
22/08/2019 [11:58]:
Məhərrəmlik əyyamı gəlir - matəmin 60 gün olmasının səbəbi
22/08/2019 [11:54]:
Bəşər Əsəd rejimi İdlibi bombaladı - 6 ölü
22/08/2019 [11:52]:
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxıldı - FOTO
22/08/2019 [11:44]:
Anasına yataq otağından selfi göndərən qız biabır oldu - İntim aləti yaddan çıxarıb - FOTO
22/08/2019 [11:41]:
Övladını zəncirləyən ananı hansı cəza gözləyir?
22/08/2019 [11:40]:
BMT Qarabağdakı terrorçu rejimin “demokratik dövlət qurması” haqda icmal yaydı?..
22/08/2019 [11:39]:
“Onun özünəməxsus çox gözəl səsi və ifa tərzi var...”
22/08/2019 [11:35]:
Bu ilin ən yaşlı tələbəsi - 10 ildir imtahan verir -VİDEO
22/08/2019 [11:28]:
DİN-dən sürücülərə müraciət
22/08/2019 [11:17]:
Berdiməhəmmədov azərbaycanlı müğənnilərə hədiyyə verdi - FOTOLAR
22/08/2019 [11:11]:
İran "S-300"dən üstün hesab etdiyi silahı təqdim etdi - VİDEO
22/08/2019 [11:10]:
Azərbaycanda xəstənin cinsi fəaliyyəti bərpa olundu - UNİKAL ƏMƏLİYYAT...
22/08/2019 [11:09]:
Əbülfəz Elçibəysiz 19 il
22/08/2019 [11:09]:
“50 il incəsənətdə olsam da heç vaxt kollektivə doğum günüm olduğunu bildirməmişəm"
22/08/2019 [10:58]:
Bakıda sürücülər qaz tapmır - SOCAR-dan açıqlama
22/08/2019 [10:56]:
“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə 100 nəfər yeniyetmə və gənc cəlb olunub
22/08/2019 [10:55]:
Aktrisanı qarət edən sabiq nazir oğluna hökm oxundu
22/08/2019 [10:50]:
Ölməkdən qorxmayan insanlar –Cəsarət çatışmazlığı diktaturaların ömrünü uzadır
22/08/2019 [10:50]:
Yardımlıda dağlıq zonada yanğın: əraziyə helikopter cəlb edildi
22/08/2019 [10:47]:
Tramp: "İŞİD-ə qarşı Rusiya, İran, Türkiyə də vuruşmalıdır"
22/08/2019 [10:47]:
Qəbələ və Qusara dəmir yolu xətlərinin çəkilişi ölkəyə turizm axınını gücləndirəcək - RƏYLƏR
22/08/2019 [10:31]:
Azərbaycan yığmasının heyətindən 2 oyunçu kənarlaşdırılıb
22/08/2019 [10:29]:
"MİQ-29"un qəzaya uğrama səbəbi müəyyən edildi: Yad cisimlə toqquşub və pilot xəsarət alıb...
22/08/2019 [10:23]:
Avtomobilə səsgücləndirici quraşdıranlara - XƏBƏRDARLIQ
22/08/2019 [10:21]:
İlin ən gözlənilən avtomobili dünyaya təqdim olundu - FOTOLAR
22/08/2019 [10:00]:
Azərbaycanda 4 bal gücündə zəlzələ olub
22/08/2019 [09:55]:
Ən çox qida zəhərlənməsi baş verən məşhur istirahət mərkəzlərinin adları açıqlandı
22/08/2019 [09:51]:
Düşmən cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozdu
22/08/2019 [09:47]:
İsmayıllıda 3 uşaq anası itkin düşdü
22/08/2019 [09:45]:
İsrail ordusu səhvən mülki təyyarəyə atəş açdı
22/08/2019 [09:40]:
Şimali Koreya 400 min insanın həyatını təhlükəyə atır
22/08/2019 [09:37]:
1 ağac kəsdi, 2360 manat cərimələndi
22/08/2019 [09:35]:
Qubadakı ağır qəzada ölən və yaralananların - Adları
22/08/2019 [09:31]:
Uyğur türkləri fəryadlarını dünyaya çatdırmağın  yolunu tapdı...-FOTOLAR
22/08/2019 [09:26]:
“Burada Mehriban Əliyevanın birbaşa rolu və xidmətləri var...” – KOMİTƏ SƏDRİ
22/08/2019 [09:21]:
Belçikalılar Trampa sataşdılar: Valloniya 1 avroya təklif edildi
22/08/2019 [09:17]:
Nazirin oğluna ABŞ-da toy etdiyi üçün tənqid olunmasının səbəbləri açıqlandı
22/08/2019 [09:16]:
ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı
Bütün arxiv bir sırada
10/06/2019 [10:19] - Müsahibə - ( 1092 dəfə baxılıb)

Hadi Rəcəbli: “Gedək, “17 villamı” göstərim”



“Mən 15 yaşından işləyib böyük oğul kimi ailəni saxlayanda bunlar harda idilər?”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin “Yeni Müsavat”a verdiyi müsahibənin 2-ci, sonuncu hissəsini təqdim edirik.


- Hadi müəllim, normalda uşaqpulunun miqdarı nə qədər olmalıdır?

- Mən bu gün o rəqəmi deyə bilmərəm. Gərək istehlak səbəti öyrənilə. Yaşayış minimumunda uşağın yaşayış minimumu rəqəmi var.

- Bu gün sizin məsələ ilə bağlı təklifləriniz konkret nədən ibarətdir?

- Təklif etmişik ki, yaşayış minimumuna yenidən baxılsın. İndi 180 manatdır. Təklif edirik ki, ən aşağısı 260 manata çatdırılsın. Mən bu barədə parlamentdə də danışmışam. Ancaq görün bu fikirlərimi səsləndirən var? Çıxış edib demişəm ki, çətindir, belə yaşamaq olmaz. Amma bunlar götürüb əksinə yazıblar. Mənim parlamentin iclasında minimum əməkhaqqı barədə səsləndirdiyim rəqəm bundan çox idi. Orta əməkhaqqının ən azı 60 faizini demişdim. İndi orta əməkhaqqının məbləği 540 manatdır.

- Hadi müəllim, Azərbaycanda olduğu kimi, ABŞ-da da konqresmen və senatorlara qarşı qərəzli və qəzəbli münasibəti sezdinizmi?

- Birincisi, Amerika qanunvericiliyində konqresmenin şəxsiyyətinə toxunan adamı ən sərt qanunlarla cəzalandırırlar. Toxunulmazdır o adam. Səfərimiz zamanı konqresmeni müşayiət edənləri, köməkçilərini də gördük. Nəqliyyat vasitəsi də var, otaq da ayrılıb. Konqresmen də lazım olan yerdə sözünü deyir.

- Bəs, konqresmenlərin villası necə, varmı?

- Villaları da var, özü də çoxlu. Əgər villa bizim adamları çox qıcıqlandırırsa, konqresmenlərin daha nələri, nələri də var. Onlar da heç nəyi olmayan şəxsi deputat seçmirlər. Amma camaat fikir vermir ki, deputat seçiləndə biz hər birimiz bəyannamə təqdim etmişik, gəlirlərimizi, mülkiyyətimizi göstərmişik. Adımıza olan mülkiyyət də, gəlirlərimiz də orda var. Ancaq kim ona baxır? Kim nə istəyir, onu danışır və yazır.

- Yeri gəlmişkən, sosial şəbəkələrdə yazırlar ki, Hadi Rəcəblinin “17 villası” var...

- (Gülərək) Buyur, buna sən də gülürsən, mən də. Çünki bilirik ki, belə şey yoxdur. Təkcə məndən söhbət getmir. Deputatlara qarşı.. Axı anonim demokratiya olar? Adını yazma, söyüş söy... Onsuz da o təhqirlər təhqir edən adama qayıdır. Ancaq bu, məgər demokratiyadırmı? Məgər bu, işlərə kömək edərmi? Özü də yalan, nahaq! ABŞ konqresmeninə heç kəsin ixtiyarı yoxdur ki, əsassız nəsə desin, onu təhqir etsin, ona artıq söz desin, çünki toxunulmaz adamdır. Bizim seçicilərimiz də özlərini öldürür ki, bu, nə allahsızlıq, nə ədalətsizlikdir? Deyirlər sən niyə bizim deputatımızı təhqir edirsən? Mən çox təəssüf edirəm, parlamentdəki çox ləyaqətli deputatlarımız haqqında ağzınagələni yazırlar. Bizim deputatların böyük əksəriyyəti zəhmətdən gələn, həyatın altını-üstünü görən adamlardır, ağılları üstündə olan insanlardır. Bəziləri xoşa gəlmək üçün populizmlə məşğul olur, onlar populizmdən uzaq, real adamlardır, reallıqla danışırlar. Onda gərək hamısı durub desin ki, gəlin maaşı filan qədər artıraq, amma bunun həddi, dərəcəsi olmalıdır. Bu qədər proses getdi, 3 milyon adama 2 milyard əlavə vəsait verildi, ancaq cəmiyyətdə buna “sağ ol” deyən oldumu? Üstündən keçdilər.

Bu gün biz qiymətləndirməyi bacarmalıyıq. Burda deputatların da xidməti var, onların çıxışları, fikirləri olub. Xoşa gəlmək üçün fikirləri təhrif edib yayırlar, deputatları təhqir edirlər. İstənilən deputatın fikirlərinin təhrif edilməsinin, kontekstdən çıxarılıb yayılmasının əleyhinəyəm. Təklif edirəm ki, deputatla maraqlansınlar, sonra danışsınlar. Elşad, mən səni dəvət edirəm, gedək, bizim evə bax! Gedək, mənim “17 villamı” sənə göstərim. Səmimi deyirəm, gedək, bax, gör Hadi müəllimin nəyi var. Xahiş edirəm, bunları yaz, çəkinmə!      

Bir daha ona qayıdıram ki, Amerika konqresmenləri azərbaycanlı deputatlardan heç də ağılda, savadda, mənəviyyatda üstün deyillər.

- Amma nədənsə yaz sessiyasının son iclasında səfər təəssüratlarınızı bölüşmədiniz həmkarlarınızla...

- İclasda danışmadım, amma sədrimizə və beynəlxalq şöbəyə məlumat verdim. Həmçinin Kaliforniyadakı konsulumuza da minnətdarlıq məktubu yazdım ki, çox yüksək səviyyədə təşkil olunmuşdu. Təsəvvür edin ki, 28 Mayda Monterey şəhərinin küçələri Azərbaycan bayrağı ilə bəzədilmişdi...

- Hadi müəllim, ABŞ-da səfərdə olsanız da, mayın 31-də keçirilən iclasa özünüzü çatdırdınız. Yeri gəlmişkən, “biznes-klas”da uçdunuz, yoxsa “ekonom klas”da?

- “Ekonom klas”da uçdum və camaatın içində oldum. Bakıdan İstanbula uçanda biri əyildi qulağıma dedi ki, Hadi müəllim, siz nə əcəb camaatın içində gedirsiniz. (Gülür) Dedim hərdən belə uçuram. “Ekonom klas”la uçmağın da xoş təəssüratları var. 31 may gecə saat 3-də Bakıya qayıtdım. Amma sessiyanın son iclasında 2018-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunacaqdı, istədim ki, mən də öz fikirlərimi diqqətə çatdırım.

- Bəzi fikirlərinizdən belə qənaətə gəlmək olarmı ki, siz də bəzi həmkarlarınız kimi, cəmiyyətdən narazısınız...

- Xeyr, mən cəmiyyətdən narazı deyiləm. Cəmiyyətin ünsürlərindən narazıyam. Gedək Lənkərana, görək cəmiyyət özünü necə aparır.

- Tahir Kərimli demişdi ki, nə qədər “can” deyiriksə, xalq “zəhər” deyir...

- Xalq mənə “zəhər” demir, ola bilsin, bəzi ünsürlər desin. Bir misal deyim. Ramazan ayında mən, yoldaşım, oğlanlarım, qızlarım, kürəkənlərim, gəlinlərim oruc tutduq. Bir yerdə getdik iftar açmağa. Çıxanda taksi saxlatdırdım. Özüm də ev paltarındaydım. Taksi bir az irəli keçdi, sonra saxladı, geri qayıtdı. Oturduq. Yolda başa düşdüm ki, sifarişə gedirmiş, tanıyıb, sifarişi ləğv edib. Düşəndə dedi, Hadb müəllim, çox sağ olun! Bax, cəmiyyət budur. Kütlə psixologiyasına uyan, yalanlarla yaşayan, işləməyib gəlir əldə etmək istəyənlərin iddiaları cəmiyyətin fikri deyil. Hadb Rəcəbli 15 yaşında işləyib böyük oğul kimi ailəni saxlayanda bunlar harda idilər? İndi deyirlər Hadb Rəcəblinin maaşı çoxdur.

- Yeri gəlmişkən, maaşınız indi nə qədərdir?

- 4 min manatdan bir az çox.

- 7-8 min deyilirdi.

- Çox şişirdirlər. Orda bəzi cüzi müavinətlər, ödənişlər də var...

- Milli Məclisin yaz sessiyasının son iclasında Ermənistan və Gürcüstanla paralellik aparıldı. Minimum əməkhaqqı, orta aylıq maaş niyə iqtisadi imkanları qat-qat zəif olan qonşularda daha yüksəkdir?

- Əvvəla, bir sıra rəqəmlərə görə biz digər ölkələri üstələyirik. Cənab prezident son çıxışlarında da minimum əməkhaqqı ilə pensiyaların artırılması ilə bağlı fikirlər səsləndirdi. Prezidentimiz də bunun artırılmasını istəyir. Digər tərəfdən, Ermənistan əhalisinin yarısı ölkədə yoxdur. Vəsait real əhali arasında bölünür. Və beləliklə rəqəm şişir. İkincisi, ermənilər sədəqə pulu ilə dolanırlar, ordan-burdan pul göndərirlər, hökumət əhaliyə paylayır. Hələ onların payladığı vəsait də bazarla, qiymətlərlə uyğunluq təşkil etmir. Odur ki, belə müqayisələrin əleyhinəyəm.

loading...
loading...
"SSRİ rəhbərliyinə qarşı etirazın ön cərgəsində yer alanlardan biri də Siz idiniz"
BAXCP Əbülfəz Elçibəyin məzarını ziyarət etdi - FOTOLAR
Quru, saman kimi cansız saçlar: Nə şampun, nə maska, nə balzamlar kömək etmir...
İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani Gəncədə - FOTO
Çay və qəhvə ilə bağlı MARAQLI ARAŞDIRMA
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Amerikada sudan kərə yağı hazırlayacaqlar - MARAQLI...
Dünya
İsrail "Dəmir yumruğ"unu göstərdi - VİDEO
Cəmiyyət
“Xəbərin mənbəyi kimi jurnalistləri qınayırlar, amma problem ondadır ki..."
Cəmiyyət
“50 il incəsənətdə olsam da heç vaxt kollektivə doğum günüm olduğunu bildirməmişəm"
Cəmiyyət
“Burada Mehriban Əliyevanın birbaşa rolu və xidmətləri var...” – KOMİTƏ SƏDRİ
Həftənin ən çox oxunanları
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
“Sənin ərin hara baxır?” - Müğənni aləmi bir-birinə qatdı -FOTOLAR
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
Müdafiə Nazirliyində həbslər başladı: Külli miqdarda rüşvət və korrupsiyaya görə...
Şəbnəm Tovuzlu o gecədən danışdı: "Baş-ayaq yatdıq, Hacıya da demişəm" - VİDEO
Ermənistan “140 hektar torpaq almışıq” dedi, Azərbaycan MN istehzalı cavab verdi - "Gülüş doğurur..."
Cazibədar taekvandoçu paylaşımları ilə diqqət mərkəzində - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)