Xəbər lenti
20/08/2019 [15:56]:
Prezident futbol klubu sahibindən maliyyə dilənir: Hələ belə şey olmamışdı...
20/08/2019 [15:55]:
Nüvə müharibəsi 10 illik “nüvə qışı” vəd edir –Alimlərdən Rusiya və ABŞ-a çağırış
20/08/2019 [15:53]:
Səfir hücuma məruz qalıb –Özü xəsarət alıb, saatı oğurlanıb
20/08/2019 [15:50]:
Ali məktəblərdə boş qalan yerlərlə kolleclərə keçirilən müsabiqə… –Cavablar elan olundu
20/08/2019 [15:26]:
“Onlar lüt soyunur, seksual xarakterli cinayətlər edir, xüsusi amansızlıqla qətllər törədirlər” - MÜSAHİBƏ
20/08/2019 [14:56]:
Saakaşvili: "Qarabağ Azərbaycandır!"
20/08/2019 [14:55]:
258 məhkum həbsdən qaçdı- ÖLKƏ ŞOKDA...
20/08/2019 [14:47]:
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
20/08/2019 [14:20]:
Bakıda kirayə evlər ötən aydan bahalaşıb
20/08/2019 [14:14]:
Yuxusuzluğun ölümcül təhlükəsi aşkarlanıb
20/08/2019 [13:56]:
Düşmən Lələtəpədə itirdiyi əzalarını Avropada axtarır: Kimi əl, kimi ayaq həsrətində...
20/08/2019 [13:53]:
"Maşın" növbəti sürəti ilə ekranlara qayıdır
20/08/2019 [13:50]:
Şabrandakı yanğınla bağlı 7 nəfər xəstəxanalıq oldu
20/08/2019 [13:33]:
Şüşədəki əlli illik məktubun sahibi tapıldı- MARAQLI...
20/08/2019 [13:24]:
Göyçə gölü poliqona çevrildi: Düşmənin qadını da, uşağı da güllə atmaqda yarışır...
20/08/2019 [13:23]:
Obama, Zukerberq və Geyts Ermənistana gedir
20/08/2019 [13:21]:
Nursultan Nazarbayev bəstələdiyi mahnı üçün klip çəkdirib - VİDEO
20/08/2019 [13:16]:
Sabah temperatur 42 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ
20/08/2019 [13:09]:
Bakı metrosuna gələn elektrik xəttində gərginliyin düşməsi “Sahil” stansiyasını işıqsız qoydu
20/08/2019 [13:06]:
BSU-da sənəd qəbulu yüksək səviyyədə gedir - FOTOLAR
20/08/2019 [12:57]:
Nazənin izləyicisini polisə verir
20/08/2019 [12:53]:
"Onların hərəkətlərinə görə utanıram, öldürəcəklərsə, gəlsinlər öldürsünlər...”
20/08/2019 [12:52]:
Bərdədə 42 yaşlı kişi bıçaqlandı
20/08/2019 [12:45]:
Milli Qəhrəmanın bacısı oğlu rəis təyin edildi
20/08/2019 [12:42]:
3 uşaq anasının təcavüzkardan – Amansız qisası -FOTO
20/08/2019 [12:31]:
"MİQ 29"un pilotunun nəşi tapıldı - 29 gün sonra...
20/08/2019 [12:25]:
Kəmalə İsmayılova: "Mənə kişilərdən çox, qadınlar sevgi təklifi edir" -FOTO/VİDEO
20/08/2019 [12:16]:
Gəncənin icra başçısı sənədsiz evlərlə bağlı məsələyə toxundu
20/08/2019 [12:14]:
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - FOTOLAR
20/08/2019 [12:11]:
Rusiya diplomunun Azərbaycanda tanınmasına dair saxta şəhadətnamə hazırlanıb
20/08/2019 [12:09]:
Azərbaycanı Avropa çempionatında qalib heyət təmsil edəcək
20/08/2019 [12:05]:
Almaxanım Əhmədli doğum gününü qeyd etdi
20/08/2019 [12:05]:
672 bal toplayan abituriyent ADU-nu seçib
20/08/2019 [11:58]:
Qardaşına görə ürəyindən vurulan Qəribovun ölümünə görə məhkəmə işi - kütləvi davanın TƏFƏRÜATI
20/08/2019 [11:57]:
Ermənistanda kriminal avtoritetə məxsus fondun rəhbəri ölkədən qaçmağa çalışdı
20/08/2019 [11:56]:
Azərbaycanda attestatı olmayan abituriyent tələbə oldu - MARAQLI
20/08/2019 [11:55]:
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın
20/08/2019 [11:54]:
"Nə qədər ki, peşəkar diktorluq məktəbindən söhbət gedəcək o, sönməz ulduz kimi..."
20/08/2019 [11:27]:
Bu il hansı universitetlər tələbələrinə yataqxana verə biləcək...
20/08/2019 [11:26]:
Almazbek Atambayevin həbs müddəti uzadılıb
20/08/2019 [11:23]:
Rusiyalılar Türkiyədə 2 milyon dollar dəyərində yaxtanı qaçırıblar
20/08/2019 [11:17]:
“Klon” serialının “Hade”si sevgilisi ilə fotosunu paylaşdı
20/08/2019 [11:16]:
Sumqayıtda yeni layihələri uğurla icra olunur -Zakir Fərəcov görülən işlərlə tanış oldu
20/08/2019 [11:16]:
Düşmən daha bir tarixi abidəmizin  “erməni kilsəsi” adı altında "bərpası"na başladı-FOTOLAR
20/08/2019 [11:11]:
İyulun 1-nə Azərbaycanda problemli kreditlərin həcmi 1,5 mlrd. manata yaxın olub
20/08/2019 [11:10]:
Ermənilər iriçaplı pulemyotlarla atəşkəsi pozdu
20/08/2019 [11:08]:
Onu fahişə adlandıran gəncin həbsini istəyir
20/08/2019 [11:07]:
35 milyon illik meteoritin hissələri tapıldı
20/08/2019 [11:06]:
Ordumuzun yeni silahı: Bu məsafədə helikopteri məhv edir
20/08/2019 [11:06]:
Vaxtı keçmiş qəndləri yenidən emal edən sex bağlandı - FOTO
20/08/2019 [11:03]:
Təmas xəttində növbəti monitorinq keçiriləcək
20/08/2019 [11:02]:
BQXK nümayəndələri Azərbaycan tərəfinə təslim olan erməni hərbçi ilə görüşüb
20/08/2019 [11:02]:
Azərbaycan ərazisindən keçən region üçün böyük əhəmiyyətə malik nəqliyyat dəhlizi - RƏYLƏR
20/08/2019 [10:59]:
109 şəhidin 185 vərəsəsinə birdəfəlik pul veriləcək
20/08/2019 [10:58]:
Pakistan mətbuatında Azərbaycan haqda məqalələr dərc olunub
20/08/2019 [10:57]:
Deputatın oğlunu neçə il həbs gözləyir?
20/08/2019 [10:50]:
Azərbaycanlı aktyor beyin insultu keçirdi
20/08/2019 [10:49]:
"O, muğama özüylə yeni bir era gətirdi..."
20/08/2019 [10:40]:
Hikmət Hacızadə: “Bizim regionda demokratikləşmə ağır gedəcək”
20/08/2019 [10:36]:
Dağda köməksiz qaldı, FHN xilas etdi
20/08/2019 [10:30]:
ABŞ Cəbəllütariqin İran tankerini azad etməsindən təəssüfləndi
20/08/2019 [10:29]:
Qubada meşə-kolluq ərazidə yanğını söndürmək mümkün olmadı
20/08/2019 [10:14]:
Balakən sakininin evindən narkotik vasitə götürülüb
20/08/2019 [10:13]:
Ümumdünya Qadın Sammitinin prezidentinə Azərbaycanla bağlı geniş məlumatlar verildi - FOTOLAR
20/08/2019 [10:11]:
3 bələdiyyə sədri niyə vəzifədən qovuldu? - Pərdəarxası
20/08/2019 [10:08]:
Dəmiryolçular üçün sağlam və təhlükəsiz iş mühiti mövzusunda treninqlərə start verilib
20/08/2019 [10:08]:
Rəhim Qazıyev Prezident Aparatını bombaladacağı ilə bağlı iddialara cavab verdi - şok ittihamlar, sərt suallar
20/08/2019 [10:04]:
Nəzakət Məmmədova: “Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsində S-400, sadəcə, bir element idi”
20/08/2019 [10:02]:
"New York Times": İŞİD "dirilir", 18 min nəfər səfərbər edilib
20/08/2019 [09:59]:
Almaniyada svastikaya bənzəyən karuseli bağladılar - VİDEO
20/08/2019 [09:56]:
"“Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq" - Ekspertdən çağırış...
20/08/2019 [08:51]:
Tanınmış azərbaycanlı jurnalist erməni səfiri təriflədi...-Hansı səbəbdən?..-FOTOLAR
20/08/2019 [08:32]:
"MİQ-29"un “qara qutu”su ciddi zədə almayıbsa, Azərbaycanda “oxuna” bilər"
20/08/2019 [08:25]:
“Bugatti”dən yeni model - FOTO
20/08/2019 [08:18]:
Tramp Qrenlandiyadan incidi - FOTO
20/08/2019 [07:45]:
Türkiyə qadınların təhsil səviyyəsinə görə ilk onluqda: Bu reytinqdə ABŞ-ın heç adı da yoxdur...
20/08/2019 [06:44]:
"Bu insanın qızıldan 2 çayı olsa, üçüncüsünü də istəyər..."
20/08/2019 [00:15]:
Məktəb çantalarının ağırlığı ilə bağlı - Qərar
20/08/2019 [00:12]:
Gömrükdə 74 500 ədəd aksiz markası aşkarlandı
20/08/2019 [00:11]:
Keçmiş DTK-MTN zabitindən "istifadə etdiyi" erməni agentlə bağlı ilginc açıqlamalar...
Bütün arxiv bir sırada
12/06/2019 [11:40] - Cəmiyyət - ( 1138 dəfə baxılıb)

Amerikalı professor övladlarına Azərbaycan haqda nələr danışıb?




Müsahibimiz Azərbaycanda çalışan amerikalı müəllim, professor Jozef Daubenmiredir. Onunla ölkəmiz haqqında təəssüratları, buradakı fəaliyyəti, ABŞ-dan Azərbaycanın necə görünməsi və s mövzularda söhbətləşmişik.

- Cənab Professor, Azərbaycanla nə vaxtdan tanış olmağa başlamısız?

- Azərbaycana səfər etmək, oranın insanları ilə tanış olmaq arzum olub. İlk dəfə Azərbaycana təxminən 1 il əvvəl gəlmişdim. Həyat yoldaşım və mən Turkiyədə konfransda iştirak etdik. Orda müəyyən qədər din və mədəniyyətlə maraqlandım. Mübaliğəsiz deyirəm ki, həmin xalqın və insanlarının vurğunu oldum. Bir neçə il əvvəl Amerikada çalışdığım təhsil müəssisəsindən təqaüdə çıxdım. Sonra babalarımın vətəni olan Almaniyaya köçdüm. Resursların inkişafı və şəhərsalma üzrə doktorluq, eyni zamanda, “İngilis dili Xarici dil kimi” magistr dərəcəm var. Burada türk miqrantlara dərs dedim. Və nəhayət, 1 il əvvəl, 3 günlük həyat yoldaşımla birgə Azərbaycana gəldim və bura oldquca xoşumuza gəldi. Elə alındı ki, Bakıda yaşamaq və işləmək imkanı yarandı. Həyat yoldaşım da bu ideyanın bizim üçün uyğun olacağını bildirdi. 2018-ci il avqustun axırı hər şey yeni semestrlə birlikdə başladı və budur, biz artıq burdayıq.

- Ölkəmiz haqqında ilk təəssüratınız nə idi?

- Azərbaycanda qalmaq fikrini qətiləşdirməzdən əvvəl mən xalqın, ölkənin tarixi və hazırkı vəziyyəti haqqında maraqlandım, bir sıra ədəbiyyatları nəzərdən keçirdim. Bakıya gələndə isə aeroportdan şəhərin mərkəzinə qədər olan gözəl arxitektura, memarlıq üslubu məni çox təsirləndirdi. İnsanların alicənablığı, mehribanlığı və səxavətliliyi isə vurğunluğumu bir qədər də artırdı və bu hisslər məni Azərbaycanda yaşamağa və işləməyə sövq etdi.

- Qərarınıza yaxınlarınızın münasibəti necə oldu ?

- Bizim 4 övladımız və 8 nəvəmiz var. Övladlarımız öz həyatlarını yaşayırlar. Onlar təhlükəsizlik bağlı bir neçə sual vermişdilər. Bu, normaldır. Mən onlara əminliklə bildirdim ki, Azərbaycan çox təhlükəsiz bir ölkədir və onlar mənə inandılar. Mən indi də onlara Bakı, buranın ecazkar tarixi, müasirliyi barədə danışıram. Və indi onlar da artıq rahatdılar və xoşbəxtdirlər ki, Bakıda, bu rahat, gözəl şəhərdə bizim yaşamaq və işləmək imkanımız var.

- Dağlıq Qarabağ münaqişəsi barəsində nə düşünürsüz? Və ümumilikdə Amerika cəmiyyəti bu münaqişə barəsində nə dərəcədə məlumatlıdır? Bizim üçün çox maraqlıdır, Amerikalılar bu məsələ barəsində nə düşünürlər?

- Mən əminəm ki, Amerikalıların çoxu bu vəziyyət haqqında çox az məlumatlıdırlar. Baxmayaraq ki, bu münaqişə uzun illərdir davam edir. Bilirəm ki, çox sayda insan bu münaqişədən əziyyət çəkir, 1 milyona qədər azərbaycanlı öz dədə-baba yurdlarından didərgin düşüb. Bu, çox acınacaqlı haldır. Hesab edirəm ki, Ermənistan-Azərbaycan arasında olan Dağlıq Qarabağ münaqişəsinin həlli NATO-nun tərəfdaşlığında olan bütün dövlətlərin maraqlarına cavab verir. Və təbii ki, münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həlli vacibdir.

- Azərbaycanın hansısa bölgələrində olmusunuzmu?

- Sentyabrda bura gəlmişəm. Semestr bitən kimi Naxçıvanda olmaq istəyərdim. Qubada səfərdə olmuşam. İnanılmaz dərəcədə gözəl rayondur. Sizin ölkənizin coğrafiyası və mədəniyyəti haqqında daha çox şeylər öyrənməyi səbirsizliklə gözləyirəm.

- Yəqin ki, Azərbaycan mətbəxi ilə yetərincə tanışsınız artıq.

- Açığı deyim, heç vaxt nizamlı qidalanmamışam, lakin burada əksinə. Biz bəzi maraqlı yeməklər bişiririk. Həftədə bir və ya iki dəfə Azərbaycan mətbəxi nə aid olan yemək yeyirik və heç vaxt məyus olmuruq (gülür-red.).

- Azərbaycanda yaşamaq həyat tərzinizə təsir etdimi?

- Son 3 il ərzində Almaniyada işimlə məşğul idim. Demək olar ki, fasiləsiz olaraq hər gün səyahət edirdim. Qərbi Kaspi Universitetinə gələn zaman qərara aldım ki, bir qədər fasilə verəm və bu dəyişiklik mənim üçün çox xoş oldu. İndi başqa sahələrlə məşğul olmaq üçün yetərincə vaxtım var.

- Artıq siz akademik fəaliyyətlə məşğulsunuz…

- Elədir. Mən hər gün 80 dəqiqə dərs keçirəm. Bu, çox xoşdur. Lazım olduqca bəzi inzibati işlərə də qoşuluram.

- Bizim tələbələr xarici müəllimə nə dərəcədə maraq göstərirlər? Dərsdən əlavə hansısa məsələlərlə maraqlanırlarmı, məsələn, Amerika mədəniyyəti, ənənələri və həyat tərzi?

- Tələbələr çox hörmətcil və diqqətcildirlər. Açığı, mən onlarla Amerika həyat tərzi və mədəniyyəti haqqında o qədər də çox danışmıram, biz daha çox öz sahəmizin problemlərini müzakirə edirik. Qərbi Kaspi Universitetində keyfiyyətli təhsil üçün, müasir dövrün innovasiyaları ilə tanış olmaq üçün hər cür şərait var – həm universitetin mütəxəssis, kadr potensialı, həm infrastruktur, maddi-texniki baza, həm də mühit tələbəni öyrənməyə təşviq edir. Tələbələr də, hesab edirəm ki, bu imkanlardan lazımınca istifadə edirlər.

- Əgər səhv etmiriksə, siz Qərbi Kaspi Universitetində çalışan yeganə xarici müəllim deyilsiz. Vaxtınızın çoxunu xaricilərlə yoxsa Azərbaycanlı müəllimlərlə keçirirsiz? Universitetin əməkdaşları ilə qaynayıb-qarışa bilmisinizmi?

- Bəli, bizdə xaricdən olan mütəxəssislər də çalışır. Həqiqətən bizim müəllim kollektivini yüksək qiymətləndirirəm, lakin biz hamımız məşğuluq və adətən səhər qarşılaşarkən və ya auditoriyalarda görüşürük. Aylar keçdikcə bu böyük müəllim kollektivi ilə tanış oluram. Hər bir fərd ilə tanışlıq mənim üçün xoşdur. Məmnunam ki, belə həmkarlarla birlikdə işləyirəm. Digər tərəfdən də, mən 40 ildən çoxdur ki, evliyəm və düzünü desəm, vaxtımın çoxunu mənim yaxın dostum olan – həyat yoldaşım Sandy Wu ilə birlikdə keçirirəm.

- Amerikaya geri qayıdanda, şübhəsiz ki, Azərbaycanla bağlı çoxlu suallarla qarşılaşacaqsınız. Ölkəmizi necə təsvir edəcəksiniz?

- Azərbaycana gələndən bəri Amerikaya səfər etməmişəm deyə hələ ki, bu suallarla qarşılaşmamışam. Burda olmaqdan çox xoşbəxtəm. Ölkəniz və insanlarınız çox gözəldir. Bunları mütləq deməliyəm. Azərbaycanda dili yaxşı öyrənəcəyimə və burda keçirdiyim günlərin yaddaşımda uzun müddət qalacağına ümidim var.

- Dostlarınız üçün nə alacaqsınız?

- Yəqin ki, şirniyyatlar. Onlara burda görməli yerlərin şəkillərini və bir neçə dəfə ölkənizə məxsus xüsusi qida məhsullarını göndərmişəm. Qızım Londonda yaşayır və keçən həftə mən ona ölkənizə məxsus paxlava şirniyyatını göndərdim. Və o, bu şirniyyatı çox bəyəndi.

- Cənab Professor, son olaraq gənclərə məsləhətlərinizi eşitmək istərdik.

- Mən Heydər Əliyevin kəlamlarından ibarət “Hikmətli sözlər” toplusunu oxuyuram. Onun adını ölkənizdə böyük ehtiramla çəkirlər. Onun gənclərə verdiyi tövsiyələri də olduqca dəyərli hesab edirəm. İlk növbədə, bu kitabı oxumayan hər kəsə bu kitabı oxumağı tövsiyə edirəm. Gənclərə məsləhətim odur ki, öz istəklərinizi həyata keçirmək üçün tələsməyin. Yaradanımız xeyirxah və mərhəmətlidir. Əgər biz öz mənəviyyatımızı qoruyub irəliyə doğru dürüst və mətin addımlarla getsək, o, bizə hər zaman yardımçı olacaq. Bundan əlavə, hər gün daha da çox çalışın və hər gün edəcəklərinizin daha da yaxşısını etməyə nail olun. Çalışın, bu yolda büdrəməyin. Əksinə, seçdiyiniz yolda olan çətinliklərə hər zaman qalib gəlməyə özünüzdə güc tapın. Seçdiyiniz yolda kifayət qədər əyləncələrin də olduğuna əmin olun. Bir neçə klublara qoşulun və sosial ünsiyyətdən həzz alın. Yaxşı dostlar qazanın. Tez-tez ürəkdən gülün. Valideynlərinizin fəxri olun. Siz təkcə bu yolu uğurla başa vursanız, ömrünüzün sonuna kimi hər çətinliyin qarşısında durmağı bacaracaqsınız. Cəsarətsiz olmayın. Gələcək parlaqdır. Hər gün yeni bir başlanğıcdır.

loading...
loading...
3.5 illik bakteriyanı bədəninə yeritdi "Son iki ildir qripə yoluxmadım"
Məktəbdə dəhşətli hadisə: Daun sindromlu uşaq təcavüzə uğradı...
Deputatın oğlu və 5 qohumu saxlanıldı - VİDEO
Fatih Terim Hasan Şaşın istefasını qəbul etmədi
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Şüşədəki əlli illik məktubun sahibi tapıldı- MARAQLI...
Gündəm
Göyçə gölü poliqona çevrildi: Düşmənin qadını da, uşağı da güllə atmaqda yarışır...
Cəmiyyət
"O, muğama özüylə yeni bir era gətirdi..."
Hadisə
"“Relax” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq" - Ekspertdən çağırış...
Gündəm
Ermənilər İmamverdi ilə Allahverdinin kəndinin yolunu asfaltlamağa başladı - FOTO
Həftənin ən çox oxunanları
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
"Qarış-qarış da olsa öz ərazilərimizi düşməndən təmizləyirik" - Hərbi ekspert...
Sərhədçilərimiz hücuma keçdi - Düşmən mövqeləri nəzarətə götürüldü
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
“Sənin ərin hara baxır?” - Müğənni aləmi bir-birinə qatdı -FOTOLAR
“Naxçıvanın Günnüt ərazisi də özümüzün idi, ora işğal olunmamışdı ki, sadəcə..."
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
“Bu, düşmənə ciddi xəbərdarlıqdır” – “Güzəşt olmayacaq!”
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)