Xəbər lenti
18/10/2019 [12:39]:
"Maşın” realiti-şounun qalibi məlum oldu
18/10/2019 [12:34]:
SOCAR: Bu il qaz anbarlarına 2,1 mlrd. kubmetr qaz tədarük edilib
18/10/2019 [12:32]:
Səhiyyə Nazirliyi: Lökbatanda küçəyə atılan körpənin vəziyyəti ağırdır
18/10/2019 [12:31]:
“Azərbaycanda olan mal ətlərinin təhlükəsizliyi bu nöqteyi-nəzərdən təyin edilmir...”- Ekspert...
18/10/2019 [12:30]:
Parlamentlərarası İttifaqın Belqrad şəhərində komitə iclası keçirilib
18/10/2019 [12:19]:
SOCAR neft hasilatını 2,8%, qaz hasilatını 11,4% artırıb
18/10/2019 [12:17]:
Metropolitendə cibgirlik edən şəxs saxlanılıb - VİDEO
18/10/2019 [12:15]:
Bakı metrosunda qatarın qapıları açılmayıb, vaqonların işıqları sönüb
18/10/2019 [12:13]:
"Görərəmsə bu insanın damarlarında “KVN”şik qanı axma ehtimalı var, onunla işləyərəm"
18/10/2019 [12:09]:
Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradılıb
18/10/2019 [12:06]:
SOCAR: Neft Emalı Zavodunda təmir işləri noyabrın əvvəlində yekunlaşacaq
18/10/2019 [11:54]:
“Vaxtiylə müstəqillik fikrinin özü belə cəmiyyət üçün ağlasığmaz bir şey idi”
18/10/2019 [11:53]:
Əkrəm İmamoğlu Azərbaycan xalqını təbrik etdi
18/10/2019 [11:53]:
Bakıda ağır qəza: Yolda xarab olan maşına arxadan çırpıldı - ANBAAN VİDEO
18/10/2019 [11:49]:
ABŞ səfirliyi Azərbaycan xalqını təbrik etdi
18/10/2019 [11:49]:
Hərbiyönümlü 22 QHT bəyanat yaydı: "Narahatlıqla bildiririk ki..."
18/10/2019 [11:44]:
"Könül istərdi ki, hər birinizi, ev və iş yerlərinizi ziyarət edib vidalaşım, fəqət..."
18/10/2019 [11:40]:
“Bizim istinad nöqtəmiz Azərbycan dövlətinin müstəqilliyidir, istiqlalıdır...”
18/10/2019 [11:36]:
“Tələbələrimiz zirvədə olanda biz müəllimlər də sevinirik...”
18/10/2019 [11:24]:
BSU-da tədbir: 50 il qüdrətli Azərbaycan naminə
18/10/2019 [11:12]:
“Arzu edirəm ki, müstəqilliyimizin 29-cu ildönümünü Qarabağda, Şuşada qeyd edək”
18/10/2019 [11:07]:
Malayziyanın Baş naziri Azərbaycana gələcək
18/10/2019 [11:04]:
“Son 10 ildə elektrik enerjisinin istehlakı 26% artıb”
18/10/2019 [11:04]:
"Neft Emalı Zavodunda təmir işləri noyabrın əvvəlində yekunlaşacaq" - SOCAR rəsmisi
18/10/2019 [11:02]:
"Qəzetlərin kateqoriyaya bölünməsi mətbuatın gücdən düşməsinə hesablanmış addım idi"
18/10/2019 [10:51]:
Pərviz Şahbazov: “Bərpa olunan enerji mənbələri ilə bağlı təkliflər prezidentə təqdim ediləcək”
18/10/2019 [10:51]:
“Bir çox insanlar islahatı qəbul edə bilmir və müqavimət göstərirlər..." - VİDEO
18/10/2019 [10:27]:
Qarabağın işğal etdirilməsi haqda çox təsirli bir meyxana yayıldı...-Vaqif Fəda-VİDEO
18/10/2019 [10:24]:
Keçmiş maliyyə nazirindən sensasion açıqlamalar: "İllərdir ölkəni sabotaj edirlər..."
18/10/2019 [10:11]:
ABŞ-da 30-dan çox insan elektron siqaretdən ölüb
18/10/2019 [10:09]:
Terrorçular İran ərazisindən Türkiyəyə atəş açıblar, ölən və yaralanan var
18/10/2019 [10:03]:
Dünyanın ən iri həbsxanası bağlanır – FOTO
18/10/2019 [10:01]:
Şahzadə Uilyam və Keyt Middltonun təyyarəsi fırtınaya düşdü
18/10/2019 [09:51]:
Zaur efirə sinəsi açıq geyimdə gələn müğənniyə: "Ay qız, uşaq var, ağsaqqal var" - VİDEO
18/10/2019 [09:45]:
Arktikada 1902-ci ilə aid qəhvə çəlləkləri aşkarlanıb - FOTOLAR
18/10/2019 [09:44]:
Dünyanın ən bahalı brendləri məlum oldu
18/10/2019 [09:43]:
Ermənistan atəşkəsə əməl etmir
18/10/2019 [09:41]:
Bakıda çay evində 61 yaşlı kişi çaydanla öldürüldü
18/10/2019 [09:36]:
Bu içkilər insan ömrünü uzadır
18/10/2019 [09:35]:
Azərbaycanın Zəngilan şəhərində erməni bayrağı altında müşavirə keçirildi-FOTOLAR
18/10/2019 [09:32]:
Mehriban Əliyeva xalqı təbrik etdi
18/10/2019 [09:24]:
Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz…
18/10/2019 [09:15]:
Ermənistan ordusunun son 25 ildə verdiyi İTKİLƏR - 5646 hərbçi ölüb
18/10/2019 [09:11]:
Əfsanəvi balerina vəfat etdi -FOTOLAR
18/10/2019 [09:02]:
İlham Əliyev Xalq artistinə ev verdi
18/10/2019 [08:55]:
"El-Klassiko" Barselonadakı çaxnaşmalara görə təxirə salındı
18/10/2019 [08:54]:
Kürdlər rusiya hərbçilərinin olduğu karvanı 7 saat yolda saxladılar
18/10/2019 [08:52]:
Trampla Ərdoğanın “Twitter”də maraqlı yazışması - FOTO
18/10/2019 [08:49]:
"Bu gün ən böyük təhlükə radikal-inqilabçı müxalifət yox, xalqdan oğurladığı pulun əsirinə çevrilən məmur oliqarxlardır"
18/10/2019 [08:42]:
Düşmən Laçının kəndində  daha 12 yeni evin tikintisinə başladı...-FOTOLAR
18/10/2019 [07:46]:
Müsəlman oğlan əlil rus gözəlinə görə qızmar Afrikadan Sibirə köçdü...- FOTO+VİDEO
18/10/2019 [07:00]:
Imam Hüseyn(ə) onu təhqir edəni mülayim davranışıyla necə peşiman etdi?..
18/10/2019 [00:48]:
Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
17/10/2019 [23:54]:
“Mirvari suyu”, “qara su”, retinopatiyadan necə xilas olaq? - MÜSAHİBƏ
17/10/2019 [23:49]:
Əsəbdən yaranan 7 xəstəlik - Stresin yıxdığı ev...
17/10/2019 [23:47]:
30 yaşından sonra bu qidaları yeməyin - HƏKİMLƏRDƏN XƏBƏRDARLIQ...
17/10/2019 [23:11]:
Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirilib
17/10/2019 [23:04]:
“Türkiyə əməliyyata fasilə verir” - Çavuşoğlu aydınlıq gətirdi, VİDEO
17/10/2019 [23:02]:
Azərbaycanda əhalinin sayı 10 035 351 nəfərə çatdı
17/10/2019 [22:59]:
“Prezident eyhamla söylədi ki, özünüzü yığışdırın” - Dövlət başçısının mesajları kimlərə ünvanladı
17/10/2019 [22:50]:
Tramp: "Türkiyəyə qarşı yeni sanksiyalara ehtiyac yoxdur"
17/10/2019 [22:46]:
ABŞ-ın vitse-prezidenti: "Türkiyə hərbi əməliyyatı 120 saatlıq dayandıracaq"
17/10/2019 [22:43]:
Lukaşenko: "Rusiya dövlət deyil..."
17/10/2019 [22:18]:
"Barış Pınarı"nda atəşkəs əldə olundu, Tramp Ərdoğana təşəkkür etdi
17/10/2019 [22:06]:
Zakir Həsənov Çinə işgüzar səfərə gedəcək
17/10/2019 [22:00]:
Ərdoğan Trampın adamını belə pərt etdi - Video
17/10/2019 [21:49]:
Türkiyə prezidentinin sözçüsü Rusiyanın Suriya üzrə xüsusi təmsilçisi ilə görüşüb
17/10/2019 [21:48]:
“Sülh çeşməsi”: 702 terrorçu məhv edildi
17/10/2019 [21:46]:
Sevinc Fətəliyeva: " Türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir"
17/10/2019 [21:37]:
Gürcüstanda üç uşaq anası olan azərbaycanlını əri kəmərlə boğub - YENİLƏNİB + TƏFƏRRÜAT
17/10/2019 [21:32]:
Putin Ərdoğanın müdafiəsinə qalxdı - Trampa sərt cavab
17/10/2019 [21:19]:
Şvartsnegger və Hemilton qırmızı xalçada öpüşdülər - FOTO
17/10/2019 [21:17]:
Gənclər təşkilatı Göyçayda maarifçilik işi aparıb - FOTOLAR
17/10/2019 [21:15]:
Ərdoğan Trampın məktubunu zibil qabına atıb
17/10/2019 [21:13]:
“O, kreslosunu bərkitmək üçün dövləti də aldadıb” -Afaq Bəşirqızından prezidentə müraciət
17/10/2019 [20:40]:
Tramvay sürücüsü mesajlaşdığı üçün yüz milyon dollarlıq zərər etdi
17/10/2019 [20:37]:
İstədiyi dərmanı yazmadığı üçün həkimin boğazını kəsdi
17/10/2019 [20:33]:
PKK-nın qış bazasına zərbə endirildi - 118 terrorçu zərərsizləşdirildi + FOTOLAR
17/10/2019 [20:32]:
Ər-arvadı Gürcüstana qanunsuz keçirdi - 1 AZN və balaca arağa görə
17/10/2019 [20:29]:
“Övladımız olmadığına görə boşanmadım, çünki həyat yoldaşımı çox sevirdim...”
Bütün arxiv bir sırada
14/06/2019 [22:13] - Cəmiyyət - ( 4163 dəfə baxılıb)

"Bakıda özümü yarımçıq hiss edirəm, amma bu doğma yurduma gələndə bütövləşirəm..."



Şahdağla Babadağın arasında dağ əzəmətiylə ucalan, o dağlardan süzülüb gələn büllur sutək dumduru, təzə-tər Musa Yaqubun özü kimi, sözü kimi halal çörəyini kəsmək, süfrəsinə qonaq olmaq böyük səadətdir. Təkcə yazıb – yaratdıqları yox, tikib – qurduğu ev – eşik də adamın özünə oxşayır. Lap aralıdan baxanda elə bilirsən ki, o kənd özü də Musa Yaquba bənzəyir və Buynuz bu oxşarlıqdan, doğmalıqdan qürrələnib başını bir az da dik tutur. Elə haqqı da çatır əslində. Axı Azərbaycan coğrafiyasında Yazıçılar İttifaqının qeyri- rəsmi filialına çevrilmiş yeganə kənddir.

- Musa Yaqubu qoynunda bəsləyən, çaylarının şırıltısı, quşlarının cəh – cəhi, bulaqlarının sədası, təbiətinin ahəngi ilə ona ana laylası çalan kənd Musa Yaqubdan ötrü dünyanın ən çirklənməmiş, gözəl, tərtəmiz modelidir, məncə...

- Bəli, qızım. Bu yurd mənim ədəbi qəhrəmanımdır. Mən istəyirəm ki, nə tədbirim varsa, elə burda, bu kənddə olsun. Bu meşələr, ağaclar, həyət-baca, palıdlar, Göyçay çayı, vələslər, cökələr ədəbi qəhrəmanlarım olduğu üçün onları ikinci həyat kimi qəbul edirəm. Bəzən deyirlər ki, Musa Yaqub təbiət şairidir. Mən bu adla fəxr edirəm. Mən ömründə otaqda şeir yazmamışam. Fikirləşə-fikirləşə, duyğulana-duyğulana şeirlərimi təbiətin ağuşunda yazmışam. Mən Bakıda özümü yarımçıq hiss edirəm, amma bu doğma - yurduma poetik qəhrəmanlarımın yanına gələndə sevinirəm, bütövləşirəm, onlarla birləşəndə daha böyük oluram, tam oluram.
Mən heç vaxt onun borcunu qaytara bilməyəcəm...
Bəlkə də borcundan çıxmadım, Vətən Ömür bahar deyil, bir də qayıtsın Ölsəm də, qoynunda qoy ölüm ki, mən Çürüyüm bir ovuc torpağın artsın!
Bu kəndin hər fəsli bir cür gözəldir: yayda bağların nübarı, baharda çiçəyi, payızda barı, qışda qarı. Hərəsi bir ayrı gözəldir. Hər fəsil də şeirlərimdə öz gözəlliyi ilə ifadəsini tapıb. Sizə bir xatirə danışım. Bir qədər kədərli olsa da... 9 yaşım olanda atam vəfat edib. Anam çox qeyrətli qadın idi – Rəbiyə xanım, rəhmətlik anam bizə həm ata, həm ana olub. Atamın itkisi mənim ruhumda, yaddaşımda həmişə qış fəsli kimi bumbuz qalıb, xatirələrim də üşüyüb. “Zülmün nağılı”, “İndi desəm, nağıldır” poemalarımda həmin o atalı – atasız, analı xatirələrimi qələmə almışam.
Ata ayağı ruzulu olur, ata gedən gündən sanki adamın ocağına da, ruzusuna da qar yağır:

Atamın boz pencəyinə
qar yağırdı.
Samanlığın qapısında
düşüb qalan
dəryazının əlcəyinə
qar yağırdı.
Orağının dəstəyi də döndü buza
Qar yağırdı ruzumuza...

Atam o cür vaxtsız gedişiylə çox şeyi özüylə apardı, mənim uşaq arzularım da elə qar altında boynubükük qaldı, daha heç vaxt göyərmədi:

Amma mənim daha heç vaxt
oyuncağım göyərmədi,
Mənim uşaq istəklərim
göyərmədi.
Atamın öz əlləriylə
alınacaq
Köynəklərim göyərmədi,
Elə qaldı qar altında...

Rəhmətlik anam da çox həssas qadın idi, olduqca böyük ürəyi vardı. Heç vaxt uşağı olmayan qadının yanında bizi qucağına almazdı, oxşayıb, əzizləməzdi. Bu elə müqəddəs bir hissdi ki, bunu izah eləmək olmur. Deyirdi ki, mən sizi qucaqlayanda o gəlinlərin ürəyi qübar eliyər.
İndi mən burda Buynuzda öz torpağımla qovuşanda yadıma qələm dostlarım düşür, hər dəfə kəndimdən, bulağımdan, torpağımdan yazanda içim göynəyir ki, mən öz yurdumu qoxulaya bilirəm, amma onlar o torpağın ətrinə həsrət qalıb.
Allah o günü bizə nəsib eləsin ki, Qarabağ alınsın, biz hamımız o torpaqları gedib ziyarət edək.

- Söhbətə Buynuzdan başladıq, amma Musa Yaqub həssas bir mövzunun üstünə gəlib çıxdı. Vətəndə vətənsizlik dərdi, öz yurdunda çadır qurub yaşamaq, mümkünsüz qayıdışın əzabı...

- Qızım, Şair bu torpaqla bağlı dərdin bəla tərəfini yazır. Şairin, yazıçının gücü ideoloji cəhətdən xalqın içində, düşüncəsində, ruhunda inam yaratmağa yetir. Mən bir şeirimdə yazmışam ki:

Kim qaldırıb çadırdan yuxarı o bayrağı?
Çadır şəhərciyindən çıxarın o bayrağı
Bizə bayraq nə gərək, bizə bayram nə gərək?

Yəni çadır şəhərciyindən bayraq qaldırıb quru millətçiliklə heç nə olmur. SSRİ-də hərbi marşları Levitan oxuyurdu, onu göz üstündə saxlayırdılar. Biz “Qalx, ana torpaq” deyib hayqıran Şəmistanımızın da qədrini bilmədik. Torpağı qorumaq o torpağın üstündə cücərən insanları qorumaqdan başlayır.

- Musa müəllim, o vaxt sovet rejimi dağılanda bütün millətlərin sandığından nə qədər qadağan olunmuş ədəbiyyat çıxdı. Bu gün ki, sovet rejimi yoxdu, amma bu gün bizdə yenə sandıq ədəbiyyatı foralaşmaqdadır. Bəs deyilir ki, yasaqlıq yoxdu, senzura yoxdu, o zaman buna səbəb nədi? Cəsarətsizlikmi?

- Bilirsən, qızım, sovet dövründə yazanda sən artıq bilirdin ki, bu əsər çapa getməyəcək. Amma indi belə məsələlərdə münasibətlər rol oynayır. Bir də sənətkar artıq həvəsdən düşür. Adam sözü deyər, oxucu ordan payını götürər. Amma indi ha bağır, həyəcan siqnalı çal, xəbərdarlıq elə, dəridən – qabıqdan çıx. Səni eşidən yoxdu. Onda artıq həvəssizlik başlayır, nadan kütləyə söz eşitdirə bilmirsənsə, yazdığım elə sandıqda qalsa, yaxşıdı, - deyirsən.

- Çox incə məqamı vurğuladınız. Əslində, fiziki əngəlli olmaq kar, kor olmaq deyilmiş demək ki. Əsl kor olanlar görüb də görməzdən gələnlər, əsl kar olanlar eşidib də qulaqardına vuranlardır. Bu cəmiyyətin bəlası görməzlik, eşitməzlikdir.

- Əlbəttə, qızım. İndi birmənalı yanaşırlar. Filankəsin mövqeyi, fəsmənkəsin mövqeyi. Bir şeyi bilmək lazımdır ki, yazıçı, şair heç vaxt xalqının ziyanı söz yazmaz, deməz. Şair ürəyinin yanğısı ilə zamanın nöqsanlarını göstərir ki, görüb ona əlac eyləyəsən. Füzuli yazırdı ki: Heç kəsə dərdi – dil lazım deyil, dərman üçün. Yəni adam dərdini yazanda dərman istəməkdən ötrü yazmır, deyir ki, sadəcə biləsən. Biz də heç kimdən dərman – zad istəmirik, dərdi deyirik ki, başa düşsünlər. Biz heç kəsin çiyninə götürə biləcəyindən ağır yük qoymuruq ki. Mən bir şeirimdə də bunu yazmışam:

Yenə bu dünyada ölçü – ülgü var,
Qarışqa yükü var, dəvə yükü var.
Özündən ağır yük çəkə bilsə də,
Bu yükü qarışqa adına yazma.
Yazma bu yalanı onun adına
Yox, yox, torpağın da adına yazma,
Salıb günümüzün hesabatına
Yazma bu yalanı onun adına.
Torpaq nə qələmdi, nə də yazıdı,
Torpaq bərəkətdi, torpaq ruzudu.
Anadır, kiridir bütün bəşəri
Anamız adına yazma bu şəri,
Ruhumuz adına yazma bu şəri.

- “Dövrün dəyirmanı” kitabınızda sevə - sevə oxumuşam bu şeiri. Tale, zaman, vaxt... hamısı ötüşür. Dəyirman işləməlidir ki, həyat öz axarıyla getsin. Amma bu gün dövrün dəyirmanı, deyəsən, tərsinə fırlanır...

- Bəli, tam tərsinə fırlanır. Tərsinə fırlanmağın da bəlası odur ki, tərsinəlik o dəyirmanı dağıdır, tökür. Dəyirman müqəddəs yerdi, ona haram qatmaq olmaz axı.

- Bu dövrün dəyirmanı fırlandıqca çox adamları tanıyıb, çoxlarını dəyişən gördünüz. Bu qalmaqallı Yer kürəsində yaşamaq, özü də kişi kimi yaşamaq böyük hünərdir. Sizə baxıram, 82 ili arxada qoymusuz. Bu illəri alın açıqlığı ilə yaşamaq, bu çətin vaxtlarda özünü, sözünü, ləyaqətini qorumaq nə qədər çətin olsa da, sağ olun ki, bunu şərəflə bacarmısınız.

- Qızım, onu Allah-taala adama qismət eləyir. Zorla özünü qorumaq olmur. Özünü, şəxsiyyətini qorumağı bacarmaq da, istedad kimi, Allahın bir vergisidir. Amma qızım, mən bu keyfiyyətimlə fəxr eləmirəm. Axı burda fövqəladə heç nə yoxdu. İnsan elə bu cür olmalıdı da. İnsan özünü, şərəfini, şəxsiyyətini dövrün tərsinə fırlanan dəyirmanından qorumağı bacarmalıdır. Bax palıd, çinar kökündən ayrılan kimi çürüyür gedir. Amma söyüd ağacına bax, onun yarpağında da, torpağında da, onun budaqlarında da kökü var. Allahın söyüdü kökünə bağlıdır.
Zaman bizi elə yerə gətirib çıxarıb ki, Haqqın yolunda olmağa belə fövqəladə bir şey kimi baxırlar. İnsan həqiqətə səcdə eləməlidir da, bu, insanın borcudur. Və mənim həqiqətə nə dərəcədə səcdə etməyimə birinci növbədə mənim yaradıcılığım cavab verməlidir. Bilirsiz, adamın özü ilə sözü, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlamalıdır. Bu bütövlük səndə varsa, deməli, sən üzü Haqqa doğru yol alıb gedirsən. Yolundan, əqidəsindən dönməmək şərəfdir, üzağlığıdır. Adam təkcə həyatda yox, yaradıcılıqda da Həqiqətə xidmət etməlidir.
*
Bir dəfə Seyran Səxavətdən soruşurlar ki, sizin üçün Musa Yaqub kimdi? Seyran müəllim möhtəşəm bir cavab verir: “Musa Yaqub ilkin körpə paklığını öz içində qoruyub saxlayan bir sənətkardır. O, illərdi, daxilindəki pak, məsum Musanın qulluğunda dayana-dayana şeir yazır. Özünün dediyi kimi, bir az da sadəlövh uşaq kimidir. O, içindəki körpə uşaqla əl-ələ verib o uşağın gözündən dünyaya boylana-boylana qalıb. Bu yaşında da Musa müəllim öz uşaqlığını dilə
gətirir. Bu, əsl möcüzədir - Musa Yaqub yaşında bir uşağın möcüzəsi... Musa Yaqub Azərbaycanda Həqiqətə səcdə eləyən birinci ziyalıdır...”
*
Sözün Dərgahı Haqqın Dərgahı qədər müqəddəsdir. Bu dərgaha baş vurmaq hər şairə nəsib olmur. Musa Yaqub alnı Haqqın dərgahında olan, Sözü Tanrının əmanəti, Ruhun tərcümanı kimi qoruyan və ucaldan şairdir.
“Bu dünyanın qara daşı göyərməz...” Bunu kim bilmir ki?! Amma heç kəs demir. Musa Yaqub deyəndə ki, “bu dünyanın qara daşı göyərməz”, hamımız inanırıq. Axı şair ilahinin sirlərini bizə pıçıldayır, qaranlığımızı aydınlandırır, sözləri ruhumuza məlhəm olur.
Bu gün Sözün ucuzlaşdığı bir zamanda Azərbaycan oxucusu Musa Yaqubun timsalında təkcə öz şairini yox, həm də Haqq elçisi, əbədiyyət carçısı obrazını tapdı. Onun şeirlərinin saf, tərtəmiz nəfəsi Tanrı duası kimi boğulduğumuz ədəbi mühitdə oksigenimiz oldu.
*
Tanrıdan Böyük Şairimizə can sağlığı diləyirəm. Biz onun qonağı olanda hələ “Xalq şairi” adını almamışdı. Musa Dədəmizi bu münasibətlə təbrik edirəm. Bu fəxri ad cənab prezidentin təkcə Musa Yaquba yox, onu sevən bütün oxuculara ən böyük hədiyyə oldu. Allah qismət etsin, tezliklə xalq şairi Musa Yaqubun ocağında yenidən Onun işığına yığışaq. 

Xəyalə Əfəndiyeva

loading...
loading...
“Bir çox insanlar islahatı qəbul edə bilmir və müqavimət göstərirlər..." - VİDEO
30 yaşından sonra bu qidaları yeməyin - HƏKİMLƏRDƏN XƏBƏRDARLIQ...
İstədiyi dərmanı yazmadığı üçün həkimin boğazını kəsdi
Şagirdlərinə göstərdiyi şey sosial mediada virus kimi yayıldı - MARAQLI
Yüz illik ağacı kəsdi, 300 min funt-sterlinq cərimə olundu - MARAQLI
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Azərbaycanda olan mal ətlərinin təhlükəsizliyi bu nöqteyi-nəzərdən təyin edilmir...”- Ekspert...
Cəmiyyət
“Bizim istinad nöqtəmiz Azərbycan dövlətinin müstəqilliyidir, istiqlalıdır...”
Ədəbiyyat
Qarabağın işğal etdirilməsi haqda çox təsirli bir meyxana yayıldı...-Vaqif Fəda-VİDEO
Maraqlı
Müsəlman oğlan əlil rus gözəlinə görə qızmar Afrikadan Sibirə köçdü...- FOTO+VİDEO
Hadisə
PKK-nın qış bazasına zərbə endirildi - 118 terrorçu zərərsizləşdirildi + FOTOLAR
Həftənin ən çox oxunanları
Türk ordusunun əsir aldığı terrorçular... - Heç yerdə görmədiyiniz görüntülər - VİDEO
Nə yaraşıq, nə pul,... . Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş.. -FOTO
“Suriya ordusu türk ordusu ilə vuruşmayacaq, çünki...”
YPG-PKK komandirləri Türk ordusunun qarşısında ağlayırlar – VİDEO
"Maşın" şouda böyük rüşvət qalmaqalı - Rəqsanə inanılmaz VİDEO paylaşdı
Bakıda oteldə qadının başı kəsildi - Cinsi əlaqəyə girmədiyi üçün - VİDEO
Türk F-16-ları Suriyanı bombaladı, Ermənistan təlaşa düşdü...
Masonlardan Türkiyənin əməliyyatı ilə bağlı - Bəyanat
Paşinyanın Aşqabad fiaskosu – Putin Nikolu necə aşağıladı – FOTO/VİDEO
“Paşinyan İlham Əliyevlə razılığa gəlib ki, Dağlıq Qarabağ...”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247