Xəbər lenti
18/11/2019 [10:51]:
9 mindən çox yeni abonent qeydə alınıb
18/11/2019 [10:46]:
Tramp onun rəqibini quduz itə bənzətmiş Kim Çen In-ı danışıqlara dəvət etdi...
18/11/2019 [10:45]:
Ata qızını satdı, pulunu fahişələrə xərclədi
18/11/2019 [10:42]:
Şəkidə oğurluq edən şəxslər saxlanılıb - FOTO
18/11/2019 [10:39]:
Cəlil Məmmədquluzadənin nəticəsi ilk dəfə Azərbaycana gəlib
18/11/2019 [10:37]:
“Azəriqaz” İB-dən payız-qış mövsümünə hazırlıq - FOTO
18/11/2019 [10:32]:
Dini liderlərin Bakı Sammitinin nəticələri - Azərbaycan bu tribunadan necə istifadə etdi?
18/11/2019 [10:31]:
“Barselona” Lionel Messi ilə danışıqlara başladı
18/11/2019 [10:11]:
Ermənistan atəşkəs rejimini 25 dəfə pozub
18/11/2019 [10:09]:
Deputat yol polisinin “plyonka” qərarını dəstəklədi
18/11/2019 [10:05]:
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə ev verildi - FOTO
18/11/2019 [10:04]:
Yarışda qəzaya uğramış pilotu motosiklet vurdu - VİDEO
18/11/2019 [10:02]:
Qohumlarını görməyə gələn xərçəng xəstəsi qadın Bakıda öldü
18/11/2019 [09:55]:
Bitməyən terror müharibəsi - MARAQLI FAKTLAR
18/11/2019 [09:48]:
Cənub bölgəsində “Voltran” Robototexnika sərgisi keçirilib - FOTO
18/11/2019 [09:41]:
Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır - FOTO
18/11/2019 [09:29]:
Moskva metrosunda Madonnanın sinəsini parça ilə örtdülər - FOTO
18/11/2019 [09:26]:
Misirdə elektrik dirəyi insanların üzərinə aşıb, 4 nəfər ölüb
18/11/2019 [09:25]:
Neft yenidən ucuzlaşıb
18/11/2019 [09:04]:
“Ferrari Roma”: yeni quruluş ilə tarixi dizaynın kəsişməsində - FOTO
18/11/2019 [09:01]:
Çinin türk və müsəlmanlara qarşı siyasətinə dair 400 məxfi sənəd üzə çıxdı...
18/11/2019 [08:50]:
ABŞ İrandakı etiraz aksiyalarını dəstəklədi
18/11/2019 [08:48]:
Yusif Eyvazov ailəsi ilə birlikdə İqor Krutoyun yubiley konsertində çıxış etdi – FOTO
18/11/2019 [08:45]:
İki azərbaycanlı alim Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilib
18/11/2019 [08:44]:
Pornoulduzlar hərbi müzeydə açıq-saçıq fotosesiyada iştirak etdilər – FOTO
18/11/2019 [08:35]:
Hillari Klintonun olduğu təyyarə Nyu-Yorkda qəza enişi edib
18/11/2019 [08:34]:
Avstraliyada yumurta ölçüsündə dolu yağdı, evlərin və maşınların şüşələrini qırdı - VİDEO
18/11/2019 [07:38]:
Bakıda Peyğəmbərimizin(s) möhtəşəm mövlud tədbiri keçirildi...-FOTOLAR
18/11/2019 [00:02]:
Bu gün erməni jurnalistlər, sabah Paşinyanın nəvələri gələcək...
18/11/2019 [00:00]:
Ruhanidən benzinlə bağlı fərman: Zərər qarşılanacaq
17/11/2019 [23:55]:
Sərnişin qıza edilən irad kütləvi davaya çevrildi - VİDEO
17/11/2019 [23:51]:
Göyərtəsində rusların olduğu gəmidə yanğın
17/11/2019 [23:48]:
Gəncədə qadın dərmandan zəhərlənib
17/11/2019 [23:46]:
Prezidentə sui-qəsd hazırlamaqda şübhəli bilinən dəstə üzvləri saxlanıldı
17/11/2019 [23:44]:
Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirildi - FOTOLAR
17/11/2019 [23:16]:
“Xanımımın belə gözəl görünəcəyini bilsəydim, çəkilməyinə icazə verməzdim...”
17/11/2019 [23:14]:
Hamam xalatında pozlar verdi - FOTOLAR
17/11/2019 [22:45]:
Tbilisidə etiraz aksiyasında 5500 nəfər iştirak edib- FOTO,YENİLƏNİB
17/11/2019 [22:34]:
Hindistan Rusiyadan 200 helikopter almaqdan imtina edir?
17/11/2019 [22:33]:
Fanatı səhnədə arxasına toxundu, həyatının şokunu yaşadı - FOTOLAR
17/11/2019 [22:17]:
Moskva aeroportlarında 20-yə yaxın reys təxirə salındı
17/11/2019 [22:14]:
Plastik qablaşdırma əvəzinə banan yarpağı
17/11/2019 [22:11]:
Saakaşvilidən azərbaycanlılara çağırış: "Təxribatlara uymayın!"
17/11/2019 [22:07]:
Ağcabədidə polis saxladığı avtomobildən silah-sursat aşkar etdi
17/11/2019 [21:41]:
Ronaldonu dünya rekordundan 10 qol ayırır
17/11/2019 [21:37]:
Xatun Rəqsanəyə söz atdı: “Evim Beyonsunku kimidir”
17/11/2019 [21:28]:
Ukraynanın iqtisadiyyat naziri vaxtilə marixuana istifadəçisi olduğunu etiraf edib
17/11/2019 [21:13]:
Bərdədə 2 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
17/11/2019 [21:10]:
"Təqdim edilmiş sənədlərin 40 faizdən çoxu ASAN mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumlarının payına düşür"
17/11/2019 [21:07]:
"Yolda insanlar mənə “Qoy, səni öpüm gedim” deyə, yaxınlaşanda göyə qaldırırlar" - VİDEO
17/11/2019 [20:36]:
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yanğın olub - YENİLƏNİB - FOTO
17/11/2019 [20:14]:
İranda benzinin bahalaşması əleyhinə keçirilən aksiyalar zamanı bir polis öldürülüb
17/11/2019 [20:04]:
Antonio Banderas teatr açıb
17/11/2019 [20:02]:
Tramp Kim Çen Inla tezliklə görüşəcəklərini bildirib
17/11/2019 [19:59]:
Qazaxda yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəstəxanalıq olub
17/11/2019 [19:45]:
Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi ilin ən yaxşı təşkilatı seçilib
17/11/2019 [19:43]:
“Azərbaycan tarixi”ndə növbəti buraxılış: Milli Dirçəliş Günü (VİDEO)
17/11/2019 [19:36]:
Məşhur serial 2020-ci ildə ekranlara qayıdacaq
17/11/2019 [19:32]:
18 nəfəri öldürən, 30 nəfəri isə yaralayan terrorçu tutuldu
17/11/2019 [19:29]:
Rusiya Ukraynanın 3 gəmisini geri qaytarır - FOTOLAR
17/11/2019 [19:19]:
"Rusiya ilə heç vaxt bu ittifaqı qurmayacağam" - Lukaşenko
17/11/2019 [19:16]:
AVRO-2020: Azərbaycan qələbə qazanmayan 9 yığmadan biridir
17/11/2019 [19:11]:
"Qarabağ" - "Düdelanj" matçının biletləri sabahdan satışda olacaq
17/11/2019 [19:09]:
Qubada iki avtomobil toqquşdu, xəsarət alanlar var
17/11/2019 [19:03]:
İranın 9 əyalətinə güclü qar yağıb - FOTOLAR
17/11/2019 [18:57]:
“Kişi kişi ilə sevişib-yatır, kimə ərə gedim?" - FOTOLAR
17/11/2019 [18:50]:
Cem Yılmaz Miri Yusiflə bağlı fikirlərinə aydınlıq gətirdi - FOTO
17/11/2019 [18:45]:
Məşhur "fəst-fud" zəncirində qalmaqal - Narkotikli çay servis edildi...
17/11/2019 [18:44]:
QAT sədri Yenidən Rifah partiyasının qurultayında iştirak etdi
17/11/2019 [18:31]:
Cem Yılmaz Fəxri Xiyabanı ziyarət etdi - FOTO
17/11/2019 [18:28]:
Gürcüstan müxalifəti parlamenti tam bloklayıb - FOTO
17/11/2019 [18:23]:
İmamoğludan xanımının geyimini tənqid edənlərə cavab
17/11/2019 [18:11]:
80 yaşlı ərindən boşanmaq istəyən gənc aktrisa yenə təəccübləndirdi - VİDEO
17/11/2019 [17:35]:
Avtomobil qəzası 350 abonenti qazsız qoydu - FOTO/VİDEO
17/11/2019 [17:26]:
Səudiyyə Ərəbistanı qara təslim oldu - VİDEO
17/11/2019 [17:24]:
Venesiya yenidən su altında qala bilər
17/11/2019 [17:07]:
Futbolçu qadın jurnalisti nokauta saldı - VİDEO
17/11/2019 [17:04]:
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: Rayon əhalisi də şokda, polis-prokurorluq da...
17/11/2019 [16:55]:
"Heç nədən utanmıram"
17/11/2019 [16:49]:
Gürcüstan müxalifəti aksiyalara başladı
Bütün arxiv bir sırada
15/06/2019 [13:43] - Cəmiyyət - ( 1094 dəfə baxılıb)

Tranzit nömrəli avtomobillər artıb - Sürücülər bu hiylə ilə rüsumlardan yayınır



Son günlər ölkədə tranzit nömrəli avtomobillərin artmasının şahidi oluruq. Bu nömrəli avtomobillərin əksəriyyəti müəyyən müddətdən bir ölkəni tərk edir və yenidən Azərbaycana qayıdır. Bu üsulla bir çoxları avtomobili qeydiyyata salmaq üçün tələb olunan xərclərdən qaçmağa müvəffəq olurlar.

Bu cür avtomobillərin artması, eləcə də insanların belə addımlar atması nə ilə bağlıdır? 

Bəziləri bunu gömrük rüsumlarının baha olması ilə izah edir. Onların sözlərinə görə, bir neçə ay ara ilə yüzlərlə kilometr məsafəni qət etmək belə bu rüsumlardan daha ucuz başa gəlir. 

Nəzərə alsaq ki, Bakıdan “Qırmızı körpü” kimi tanınan “Sınıq körpü” gömrük sərhəd buraxılış məntəqəsinə qədər məsafə 500 kilometrə yaxındır və bu yolu qət etmək altı saatdan çox vaxt alır, o zaman sürücülərin avtomobili qeydiyyata saldırmamaq üçün hansı əziyyətə hazır olduqları daha aydın görünür. 

Gömrük rüsumlarının yüksək olması fikrini Oxu.Az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı da təsdiqləyib. 


Onun sözlərinə görə, rüsumlar hər kəsin cibinə uyğun olsa, heç kim belə varianta əl atmaz, üç-beş aydan bir ölkədən çıxıb geri qayıtmaz:

“İstər tranzit, istərsə də başqa ölkələr, xüsusən Gürcüstan nömrəli avtomobillərlə bağlı vəziyyət sırf gömrük rüsumlarının yüksək olması ilə bağlıdır”.

Məsələ ilə bağlı Oxu.Az-a danışan digər nəqliyyat eksperti Tural Yusifov da əsas diqqəti gömrük rüsumlarına çəkib:


“Gətirdiyi avtomobilin qiyməti qədər gömrük rüsumu ödəməkdənsə, riskə gedib orada kiminsə adına avtomobil alır, etibarnamə ilə ölkəmizə gəlir, 90 gün müddətinə burada avtomobili idarə edir və ölkədən çıxış edirlər”.

O qeyd edib ki, bu, bütün növ - benzin, dizel, hibrid və ya elektrik avtomobillərinə aiddir. 

“Tutaq ki, mən qiyməti 20 min dollar (34 min manat) olan ikinci əl elektrik avtomobili almaq istəyirəm. Bu pulun 15 faizini idxal rüsumu olaraq verirəmsə, avtomobil 40 min manata başa gəlir.

Bir çox dünya ölkələrində elektrik avtomobilinin idxalına rüsum yoxdur, bizdə də bu rüsum ləğv olunmalıdır. Onsuz da bu tip avtomobillərin istifadəçisi azdır. Hibridin qənaətli avtomobil olmasına baxmayaraq, bu tip maşınlarla benzinlə işləyən avtomobillərin qiyməti gömrük rəsmiləşdirilməsində, demək olar ki, eynidir”. 


Burada bir başqa məsələyə də diqqət yetirək. Əgər avtomobil qeydiyyata alınırsa, buradan əldə olunan gəlir dövlət büdcəsinə daxil olur. Və əgər bəzi sürücülər göstərilən yolla qeydiyyatdan yayınırsa, deməli, büdcə də buradan kifayət qədər zərər görür. 

E.Muradlı da diqqət yetirdiyimiz məsələ ilə bağlı fikirlərini bölüşüb:

“Bu məsələdə dövlət büdcəsi də ziyan görür. Misal üçün, biri var, 10 maşın gətirir və hərəsindən 10 min manat rüsum alır, ümumilikdə 100 min manat büdcəyə daxil olursa, normal gömrük rüsumları tətbiq olunsa, bu 10 rəqəmi 50-100 olar”.

O bildirib ki, burada həm dövlət büdcəsi qazanmış olar, həm də bizim avtomobilləşmə prosesimiz davam edər, üstəlik, köhnə avtomobillər dövriyyədən çıxar.

Əlbəttə, bu gün Azərbaycan avtomobil parkında ən böyük və əsas problemlərdən biri köhnə, istismara yararsız avtomobillərin çoxluq təşkil etməsidir. İnsanlar qiymətlərin yüksək olması səbəbindən yeni avtomobillərə maraq göstərmir, daha çox ili köhnə maşınlara üstünlük verirlər. Həqiqətən də, bu gün Azərbaycan avtomobil bazarındakı qiymətlər kifayət qədər yüksəkdir. 

Gömrük rüsumları hər kəsin cibinə uyğun olsa, insanlar xaricdən aldıqları avtomobilləri qeydiyyatdan keçirər və bununla da avtomobil parkında yenilənmə müşahidə edilər. 


T.Yusifovun fikrincə, daxili bazarda avtomobil almaq şərtləri uyğun olarsa, ikinci əl avtomobil bazarı da inkişaf edər. 

“İnsanlar bu halda Gürcüstandan və ya digər ölkələrdən deyil, elə Azərbaycandan avtomobil alarlar. Bu, gömrük rüsumlarının uyğunlaşdırılmasının əsasında ola bilər. Bizdə gömrük qiymətləri altı pilləlidir, yəni maşın aldığın zaman altı pilləli vergi ödəyirsən – aksiz, rəsmiləşdirmə, əməliyyat xərcləri və s. Bunlar hamısı avtomobilin qiymətinə təsir edir”. 

Hətta 2018-ci il dekabrın 27-də Prezident İlham Əliyev yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramını təsdiqləyib və həmin proqramda da ölkəyə sağlam, yeni avtomobillərin gətirilməsi bir şərt kimi qoyulur.

E.Muradlı deyib ki, xüsusən ekoloji cəhətdən təmiz avtomobillərə şərait yaradılması, bu cür maşınlar gətirənlərə müəyyən güzəştlərin edilməsi, stimullaşdırılması məsələsi bu sənəddə öz əksini tapır.

“Sənədin imzalanmasından beş aydan çox vaxt keçməsinə baxmayaraq, hələ ortada əməli iş yoxdur. 

Ona görə biz hələ də Gürcüstan nömrəli, tranzit nömrəli maşınların Azərbaycanda kütləvi şəkildə artmasının və belə avtomobillərin müəyyən müddətdən bir ölkədən çıxıb geri qayıtmasının şahidi olacağıq. Bu məsələlərə kompleks şəkildə yanaşmaq və həll yollarını insanların büdcəsinə uyğun şəkildə tapmaq lazımdır. Köhnə avtomobillər Azərbaycanda çox ciddi problemə çevrilib”.


T.Yusifov problemdən çıxış yolu kimi kredit şərtlərinin münasib olmasının və rüsumlara yenidən baxılmasının vacibliyini qeyd edib:

“Əgər yeni avtomobilin qiyməti insanları qane etmirsə, təbii ki, köhnə, dizellə işləyən avtomobil alacaqlar. Halbuki dizel avtomobillərinin atmosferə zərəri daha çoxdur. Bu cür avtomobillərin utilizasiyası mümkün deyil, yəni həmin avtomobil ölkədə qalacaq, başqa ölkələrə göndərilə bilməyəcək”.

loading...
loading...
Məşhur "fəst-fud" zəncirində qalmaqal - Narkotikli çay servis edildi...
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
Çox yemək ölüm, ac qalmaq şəfadır - Yapon aliminin kəşfi AUTOFAGİYA...
“Sevgisiz həyat mənə mənasız gəlir”
"Ümid edirik ki, dünyadakı yəhudi icmaları Ermənistanı bu abidəni sökməyə məcbur edəcəklər”
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Siyasət
Tramp onun rəqibini quduz itə bənzətmiş Kim Çen In-ı danışıqlara dəvət etdi...
Cəmiyyət
Dini liderlərin Bakı Sammitinin nəticələri - Azərbaycan bu tribunadan necə istifadə etdi?
Cəmiyyət
Qənbər Şəmşiroğlunun çoxcildliklərinin təqdimat mərasimi keçirildi - FOTOLAR
Dünya
Saakaşvilidən azərbaycanlılara çağırış: "Təxribatlara uymayın!"
Cəmiyyət
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Həftənin ən çox oxunanları
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
Aygün Kazımova məhbəsdə ölüm ayağında olan qardaşına baş çəkdi - FOTO
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
"Türkiyə bundan sonra Qarabağda lövbər salmış "PKK"-nın üzərinə getməlidir..."
Yanvardan pensiyalar bu qədər ARTACAQ
"Ölkədə bütün danaları kəssən, 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
"Sən dediyin kimi "mama roza" olsaydım, ən birinci xalan qızı Könül Əzizi çıxardardım..."
Suraxanının yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı...
“Bu məsələ açılsa, Rusiya üçün görünməmiş biabırçılıq olacaq...”
Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247