Xəbər lenti
21/11/2019 [22:09]:
“Putin zəng elədi, dedim ki...” - VİDEO
21/11/2019 [22:01]:
Sumqayıtda “CinemaPlus” şəbəkəsinin “Nizami” kinoteatrının yeni binasının açılışı olub - VİDEO - YENİLƏNİB
21/11/2019 [21:57]:
Bakıda 12 yaşlı qızı maşın vurdu
21/11/2019 [21:27]:
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21/11/2019 [21:22]:
Bitkoin istehsalçısı səhmlərinin satışından 90 milyon dollar qazanıb
21/11/2019 [21:03]:
İlham Əliyev: “Sumqayıtda qazlaşdırmanın səviyyəsi 100%-ə çatıb”
21/11/2019 [21:01]:
"1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş antimilli dəstə Azərbaycanı uçuruma aparırdı"
21/11/2019 [20:56]:
Dövlət başçısı: "Tam məsuliyyətlə deyirəm ki, Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir"
21/11/2019 [20:53]:
Prezident Sumqayıtın 70 illiyinə həsr olunan tədbirdə iştirak edib - YENİLƏNİB
21/11/2019 [20:40]:
Hulusi Akar: "15 iyul dövlət çevrilişi cəhdindən sonra 18 minədək hərbçi vəzifədən azad edilib"
21/11/2019 [20:38]:
Özü qürbətdə yaşasa da ürəyi vətənlə döyünür...
21/11/2019 [20:36]:
"Belə çıxır ki, İldırımzadələr bir gənc qızı bədbəxt etməyə qərar veriblər" - ŞİKAYƏT
21/11/2019 [20:28]:
Soçi erməniləri Kəlbəcərdə buğlanır, biz buralarda qaz dərdi çəkirik...
21/11/2019 [20:23]:
“Eybi yox, olsun, Paşinyan hər gün yuxuya gedəndə...”
21/11/2019 [20:19]:
Milli qəhrəmanımızın xatirəsinə həsr olunmuş “Alı zirvəsi" filminin təqdimatı keçirildi
21/11/2019 [20:19]:
"Sumqayıt bulvarının salınması mənim çoxdankı arzum idi"
21/11/2019 [20:14]:
Türk konsul amerikalı diplomatı kürsüdən endirdi - VİDEO
21/11/2019 [20:06]:
"Formula 1" mühəndisləri dünyanın ən sürətli traktorunu hazırlayıblar - VİDEO
21/11/2019 [19:57]:
Ermənistan Futbol Federasiyasının prezidenti istefa verdi
21/11/2019 [19:46]:
Rusiya Ankaraya şərtini açıqladı: Su-35 almaq üçün...
21/11/2019 [19:45]:
Ağcabədidə toy karvanında qəza olub, 1 ölü, 6 yaralı -FOTO
21/11/2019 [19:38]:
Yevda Abramov xəstəxanaya yerləşdirildi
21/11/2019 [19:34]:
Mehriban Əliyeva Vladimir Putinlə görüşəcək
21/11/2019 [19:18]:
Canlı yayımda rəzalət - 74 yaşlı ərini duşda aldatdı...
21/11/2019 [19:17]:
Azərbaycan XİN Nikol Paşinyanın Milandakı çıxışına münasibət bildirib
21/11/2019 [19:16]:
Ədliyyə Nazirliyinin əməkdaşları təltif olunub - SƏRƏNCAM
21/11/2019 [19:06]:
Kliniki Tibbi Mərkəzdə YAP ın yaradılmasının 27ci ildönümünə həsr olunmuş tədbir keçirildi
21/11/2019 [18:57]:
Timsahlara edilən masaj sosial mediada maraqla qarşılandı - MARAQLI...+ VİDEO
21/11/2019 [18:51]:
YAP-ın 27-ci ildönümündə ADNSU-nun 60 tələbəsi partiyaya üzv olub
21/11/2019 [18:50]:
Tək bədəndə yaşayan siam əkizləri - Daxili orqanları cütdür...
21/11/2019 [18:45]:
Cazibədar aktrisa "Badam göz"lü oldu - Pərvin Abıyevadan daha bir əməliyyat...+ FOTO
21/11/2019 [18:45]:
“Vahid Mustafayevin 20 Noyabr vertolyot faciəsi haqda  verdiyi məlumat yanlışdır...” 
21/11/2019 [18:44]:
Smartfonların kameralarını bağlamaq zamanı gəldi - DİQQƏTLİ OLUN
21/11/2019 [18:42]:
Əgər insan belə olsaydı, avtoqəzalarda sağ qalardı - Alimlər qəzaya davamlı maket hazırladı
21/11/2019 [18:42]:
Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"
21/11/2019 [18:40]:
Milli Məclis yeni Ombudsman seçəcək
21/11/2019 [18:39]:
Mahir Aslanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
21/11/2019 [18:38]:
Mariya Zaxarova: "Azərbaycanlı qaçqınların Qarabağa qayıtmaq hüququ var"
21/11/2019 [18:14]:
1 saata möcüzələr yaradan sənətkarı siz də tanıyın - MARAQLI...+ FOTOLAR
21/11/2019 [17:54]:
Bu ölkədə "təmiz hava" satılır - MARAQLI
21/11/2019 [17:51]:
“Nar”ın “Canlı kitab” layihəsi davam edir
21/11/2019 [17:41]:
“Bu silah üçün nə “doğma”, nə də “yad” anlayışı var” – “O, hamıya ölüm bəxş edir!”
21/11/2019 [17:32]:
BSU-da YAP-ın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
21/11/2019 [17:26]:
Təhsil nazirinin müavini Rusiyaya gedib
21/11/2019 [17:24]:
“Tramp və Putin mənim prezident olmağımı istəmirlər...”
21/11/2019 [17:20]:
İranda internet bərpa olunur
21/11/2019 [17:20]:
“Azərbaycan dövləti və hakimiyyəti o günə qalmayıb ki, Ata Abdullayev kimi şəxsi..."
21/11/2019 [17:17]:
Baş həkim: “Zəhərlənən tələbələrin huşları özlərinə gəlib”
21/11/2019 [17:15]:
İcra başçısının özünə 250 minlik avtomobil alması xəbəri yalan çıxdı: "Bədxahların işidir..."
21/11/2019 [17:12]:
BDU-dan ölən və zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA
21/11/2019 [17:12]:
İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirini qəbul edib
21/11/2019 [17:10]:
BDU tələbələrinin zəhərlənməsi ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb
21/11/2019 [17:08]:
Sosial şəbəkə 400 min nəfəri bloka atdı - SƏBƏB
21/11/2019 [17:06]:
Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün 5 milyon manat ayrılıb
21/11/2019 [17:04]:
Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb
21/11/2019 [17:02]:
Rusiya Federasiya Şurasının sədri: "Azərbaycanda da, Ermənistanda da insanlar sülh istəyir"
21/11/2019 [16:57]:
Sumqayıtda bir qrup şəxsə Prezidentin fərdi təqaüdü təyin olunub
21/11/2019 [16:55]:
Gələn ay SOCAR Gürcüstanda yeni yanacaqdoldurma məntəqəsi açacaq
21/11/2019 [16:45]:
Zəhərlənən tələbələrin - FOTOLARI
21/11/2019 [16:34]:
Gömrük Komitəsindən eks deputatın ittihamlarına cavab: "Öz tərbiyə standartları ilə..."
21/11/2019 [16:26]:
“Allah verdiyi ömürdü, yaşayıram, görək hara kimi gedib çıxacağıq...”
21/11/2019 [16:23]:
Sumqayıtda “ASAN xidmət” tikiləcək
21/11/2019 [16:20]:
İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırdı
21/11/2019 [16:19]:
"Yaxın gələcəkdə xaricdəki iş adamlarımızın bir forumunun keçirilməsini planlayırıq"
21/11/2019 [16:18]:
Zakir Fərəcov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
21/11/2019 [16:08]:
“Bu, onların şakəridir və biz onların bu cür yalanlarına öyrəşmişik...”
21/11/2019 [16:08]:
“Bərdədə gah qaz, gah işıq, gah da internet kəsilir- əsəbsiz yaşamaq mümkün deyil...”
21/11/2019 [16:01]:
“Bir günün şöhrəti həyatımı alt-üst etdi”
21/11/2019 [15:55]:
Parlamentlərarası dostluq qrupunun rəhbəri istefa verdi
21/11/2019 [15:51]:
Zelenski Rusiyanın qaytardığı gəmiləri belə qarşıladı -FOTOLAR
21/11/2019 [15:50]:
Bu dəfə “Tik-Tok”la gündəmdə - VİDEO
21/11/2019 [15:41]:
Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət etdi
21/11/2019 [15:37]:
“Azərbaycanlı məşqçilərə it dəyib ki, gedib əcnəbi gətirirlər?” - Aqil Abbas
21/11/2019 [15:37]:
Səma cismlərinin tərkibindən şəkər çıxdı
21/11/2019 [15:34]:
Qarabağa səfər edən əcnəbilər ən çox hansı ölkələrdən gəlir? - STATİSTİKA
21/11/2019 [15:25]:
Rektor zəhərlənən qızlara görə xəstəxanaya getdi
21/11/2019 [15:24]:
BDU-nun yataqxanasında 3 tələbə qız zəhərləndi - Biri öldü
21/11/2019 [15:21]:
Üç ağ zəhər...
21/11/2019 [15:12]:
“Türkiyə təkbaşına da olsa, öz məqsədinə çatacaq: Buna kimsənin şübhəsi olmasın!"
21/11/2019 [15:10]:
İlham Əliyev Sumqayıtda - YENİLƏNİB
Bütün arxiv bir sırada
16/06/2019 [20:02] - Müsahibə - ( 7098 dəfə baxılıb)

"Ölkənin belə günündə arvadını qoltuğuna vurub Avropanı, Amerikanı gəzmək nə deməkdir?

"Oğluma iki cüt ayaqqabı alınanda deyirəm ki, onun birini verin kasıb uşağına, gərək xalqla ayaqlaşasan"


Elçibəy ailəsi haqqında...

- Şayiələrin mühüm qismi ailənizlə bağlıdır. Siyasi rəqibləriniz bu sahədən çox asanlıqla istifadə edə bilirlər, çünki Siz ailəniz haqqında, demək olar ki, heç bir məlumat vermirsiniz. Xüsusən prezident seçkiləri ərəfəsində ailəniz haqqında ən iyrənc iftiralar dolaşırdı...

- Hansı prezident seçkilərində?

- 1992-də - Siz prezident seçilən vaxt. Ona görə də ailəniz barədə az-çox tutumlu məlumat vermənizi istərdim, çünki mənim özüm həmin söhbətlərin şahidiyəm.

- Bilirsiniz, düşmən düşmənçiliyini edəcəksə, sən nə deyirsən de. Bu şayiələri sistemli şəkildə və əsasən vahid mərkəzdən yayırlar. Hər şeyi bir kənara qoyaq, razı deyiləm ki, mənim mövqeyimə görə oğlum, qızım, ailəm təbliğ olunsun. Belə şeyi xoşlamıram. Hər şeyi hamı həyatda özü qazanmalıdır. Bunu uşaqlarıma da deyirəm: niyə mənə görə şöhrət qazanmalısan? Niyə mənə görə gedib çıxmalısan qəzetin yuxarı səhifəsinə? Mən bunu ədalətli saymıram. Gəlib deyirlər ki, icazə verin, uşaqlarınızdan müsahibə götürüm. Deyirəm ki, mənimkilərdən istedadlı yüzlərcə uşaq var, niyə gedib onlardan götürmürsünüz? Elə istedadlar var ki, onları tapıb üzə çıxarmaq lazımdır.

- Bəy, ümumiyyətlə, Sizi ailə məsələlərinə münasibətdə çox mühafizəkar adam sayırlar...

- Atam müharibədə həlak olub, bizi dayım saxlayıb. O, çox sərt adamdı. Ümumən kənd adamlarımızda əxlaq məsələləri ilə bağlı bir sərtlik vardı. Məsələn, adam böyüklərin yanında öz uşağının adını çəkməz, onu qucağına almazdı. Mənim böyük qardaşım İbrahimin uşaqları dayımın yanında ona yaxınlaşanda o, üzünü yana tutardı. Biz belə mühitdə böyümüş, tərbiyələnmişik. Bu, Azərbaycanda bir əxlaq normasıdır.

Bilirsiniz sonradan nə oldu? Bizim bəzi bəylərdən öz ailələri haqda soruşanda dedilər ki, mən xanımımı sevib ailə qurmuşam. Üstündən bir az keçdi, qara niyyətli adamlar başladılar ki, bunlara bax, arvadlarından danışırlar. Təhqiramiz şeylər yazdılar. Belə işlərisə mən xoşlamıram. İstəyirəm ki, ailə həyatım siyasi həyatıma qətiyyən qatışmasın. İxtiyarı yoxdur - mən buna imkan vermərəm! Bütün fitnələrin qarşısını almaqçün qəsdən ailəmlə siyasi həyatım arasında dəmir pərdə çəkirəm.

Fikrimcə, ailə elə müqəddəs bir nemətdir ki, onu hətta ən əhəmiyyətsiz kölgələrdən belə qorumaq ailə başçısının ən birinci vəzifəsidir. Ailə də dövlət kimidir - onun sirlərini ən sayıqlıqla qorumaq gərəkdir, onun sərhədlərindən içəridə nə baş verdiyini ən məhdud sayda adamlar bilməlidir. Məncə, ailə insanın özünə məxsus ən məhrəm özəl sərvətidir və başqalarının onun daxilinə boylanmaq istəməsi yolverilməzdir. Siyasətçilər bu məsələdə xüsusən həssas olmalıdırlar, çünki onların, əxlaq qaydalarını gözləməyi sevməyən rəqibləri də az olmur və həmin rəqiblər səni məğlub etməkdən ötrü ailəni nişangaha götürə bilər.

Bax, bu mülahizələr üzündən mən ailəmdən danışmağı xoşlamıram. Ancaq bunlar heç də o demək deyil ki, mən ailəmi cəmiyyətdən təcrid etmişəm və onun başqalarıyla ünsiyyətinin qarşısını alıram. Əksinə, fikrimcə, mənim ailəmdə əsl demokratik atmosfer hökm sürür - hərə öz hərəkətlərində tam sərbəstdir. Sadəcə, mən üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıram.

Bir çox adamlar məni tənqid edir ki, niyə uşaqları (həyat yoldaşı Həlimə xanımı nəzərdə tutur - Ə.T.) xarici ölkələrə, yaxud hansısa yığıncağa, tədbirə aparmadın? Bilirsiniz, ölkənin vəziyyəti ağır olanda xalq belə işlərə xüsusən pis baxır və onun buna haqqı var. Ölkənin belə günündə, üzr istəyirəm, arvadını qoltuğuna vurub Avropanı, Amerikanı gəzmək nə deməkdir? Mən düşünürdüm ki, xalq xoşbəxt olsun, sonra biz də istədiyimiz kimi sərbəst yaşayarıq.

Üzr istəyirəm, mənim oğluma iki cüt ayaqqabı alınanda deyirəm ki, onun birini verin kasıb uşağına. Gərək xalqla ayaqlaşasan. Amma elə şeylər var ki, gərək tərəzinin gözünü əyməyək. Məsələn, mənə irad tuturlar ki, Əbülfəz artıq xarici maşında gəzir. Mən keçmiş prezidentəmsə, siyasi liderəmsə avtobusla gedib-gəlməklə fəaliyyət göstərə bilmərəm - avtobus növbəsinə dursam, siyasi işlərə vaxt qalmaz. Bütün dünyada siyasi xadimlərin xidməti və ya şəxsi maşını var. İndi Azərbaycanda şəxsi minik avtomobillərinin 60 faizi xarici markalıdır. Bəs niyə hətta orta təhsili olmayan adicə bir kommersantın xarici maşının olması təbii sayılır, ancaq dövlətin prezidenti olmuş şəxsə bu, çox görülür?! Sizin sözünüzün qüvvəti, çox qəribə vəziyyət yaranır: qabaqlar deyirdilər ki, o özünə ev almışdı ki, xalqa da ev versin? İndi deyirlər ki, özünə neçə otaqlı mənzil alır. Onda deyirdilər ki, küçədə, piyada gəzir, camaatın içində gedir. İndi deyirlər ki, xarici maşına minir. Onda xalqla səmimi danışanda deyirdilər ki, ciddi adam deyil, bundan prezident çıxmaz. İndi deyirlər ki, o vaxt sərtlik göstərdi, Gəncədə qan töküldü.

(Adalet Tahirzade. "Qurtuluş və bütövlük yolu (Elçibəylə 6 söhbət)", səh. 183-185)

Moderator.az hər gün ruhunu milyon kərə rəhmət oxutduran Elçibəylə bağlı bu kövrək xatirəni təzələdiyinə görə jurnalist həmkarımız Cavid İsmayıla təşəkkür edir.

loading...
loading...
"Belə çıxır ki, İldırımzadələr bir gənc qızı bədbəxt etməyə qərar veriblər" - ŞİKAYƏT
Canlı yayımda rəzalət - 74 yaşlı ərini duşda aldatdı...
Timsahlara edilən masaj sosial mediada maraqla qarşılandı - MARAQLI...+ VİDEO
Smartfonların kameralarını bağlamaq zamanı gəldi - DİQQƏTLİ OLUN
1 saata möcüzələr yaradan sənətkarı siz də tanıyın - MARAQLI...+ FOTOLAR
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Allah verdiyi ömürdü, yaşayıram, görək hara kimi gedib çıxacağıq...”
Siyasət
“Bu, onların şakəridir və biz onların bu cür yalanlarına öyrəşmişik...”
Gündəm
“Türkiyə təkbaşına da olsa, öz məqsədinə çatacaq: Buna kimsənin şübhəsi olmasın!"
Müsahibə
“Böyük qanlar tökülməməsi üçün daha təmkinli olmağa ehtiyac var...”
Cəmiyyət
“Aşıq Müsabiqəsinin keçirilməsi müəyyən səbəblərdən gecikir, amma...”
Həftənin ən çox oxunanları
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
Aygün Kazımova məhbəsdə ölüm ayağında olan qardaşına baş çəkdi - FOTO
"Ölkədə bütün danaları kəssən, 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
Cinsi istəyinin qarşısını ala bilməyən qadınlar: Səbəbləri, əlamətləri, müalicəsi...
"Sən dediyin kimi "mama roza" olsaydım, ən birinci xalan qızı Könül Əzizi çıxardardım..."
Suraxanının yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı...
"Türkiyə bundan sonra Qarabağda lövbər salmış "PKK"-nın üzərinə getməlidir..."
"Cəmiyyətin 30 faizi itinə də toy edir, 70 faizsə özünə toy edə bilmir, hər məmur sevgilisinə bir veriliş açıb"
Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO
"Səhərə kimi Kərimin kişi sevgilisinin yanından evə qayıtmasını gözləyirdim" - VİDEO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247