Xəbər lenti
22/09/2019 [00:57]:
"Heç kim "BP"dən soruşmur ki, nə üçün Bakının göbəyində zəhərli maddələrdən istifadə edirlər?”
22/09/2019 [00:37]:
"“Parabeyin” onlara ağır söyüşlər söydükdən sonra tapancasını polis rəisinə tuşladı..."
21/09/2019 [23:01]:
İran hava məkanına girən bütün PUA-ları vuracaq
21/09/2019 [22:34]:
Prostat genişlənməsi: Əksər kişilərin “qorxulu yuxusu” - Əlamətləri, müalicəsi...
21/09/2019 [22:03]:
Azərbaycan ağırlıqqaldıranı dünya çempionatında 3 yanaşmanın hamısını boşa verib
21/09/2019 [21:48]:
2500 km üzən pinqivin əldən düşmüş halda tapıldı - MARAQLI
21/09/2019 [21:47]:
Paytaxtda qollu heç-heçə qeydə alınıb, “Sabah” uduza-uduza gedir - VİDEO
21/09/2019 [21:36]:
Ərdoğan: “İdlib mövzusunda Ankara razılaşmasının pozulacağını düşünmürəm”
21/09/2019 [21:35]:
Bakıda küləyin sürəti 40 m/s-yə çatıb - YENİLƏNİB
21/09/2019 [21:32]:
Göygöldə maşın aşdı - FOTO
21/09/2019 [21:29]:
Mütəxəssislərdən xəbərdarlıq: "UŞAQLARINIZI QIDIQLAMAYIN"
21/09/2019 [21:26]:
Rövnəq Abdullayev: Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır
21/09/2019 [21:24]:
“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi
21/09/2019 [21:22]:
Dörd ayaqlı, üç qollu qız uşağı doğuldu, həkimlər deyir ki... - FOTOLAR
21/09/2019 [21:04]:
Körpələrini görmək istəyərkən başqa bir üzlə qarşılaşdılar - MARAQLI
21/09/2019 [20:47]:
"Azərbaycan "Əsrin müqaviləsi"ni bu gün bağlasaydı, şərtlər daha ağır olardı" - VİDEO
21/09/2019 [20:28]:
Rəsmi Yerevan: "İndi Əliyevlə Paşinyan arasında görüşə ehtiyac yoxdur"
21/09/2019 [20:22]:
Banda üzvləri Bakıda adam oğurladılar, “baqaja” qoyub apardılar- "Dedi dili uzanıb, kəsmək lazımdır"
21/09/2019 [20:15]:
Tərtərdə 36 yaşlı kişini döydülər
21/09/2019 [20:10]:
Abşeronda qəzaya düşən avtomobil alov topuna döndü - VİDEO
21/09/2019 [20:07]:
Tualetdə telefondan istifadə təhlükəlidir
21/09/2019 [20:05]:
Bərdədə güclü külək elektrik təsərrüfatına ziyan vurdu
21/09/2019 [19:15]:
Türkan Vəlizadə bu dəfə açıq paltarda - FOTO
21/09/2019 [19:08]:
Türkiyədə oteldə 2 azyaşlı qaynar yağdan yandı - VİDEO
21/09/2019 [19:04]:
Erməni qızın gözlərindən  yaş əvəzinə daş tökülür...-FOTOLAR
21/09/2019 [18:58]:
"Güclü külək bəzi ərazilərdə toz dumanı yaradıb"
21/09/2019 [18:54]:
Goranboyda qəza: altı kənd qazsız qaldı - FOTO
21/09/2019 [18:29]:
Türkiyə polisi əməliyyat keçirib, 2806 nəfər saxlanıldı
21/09/2019 [18:27]:
Xəzərdə dalğanın hündürlüyü 5,2 metrə çatdı
21/09/2019 [18:23]:
Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a yola düşdü
21/09/2019 [18:17]:
“Vaxtilə Rəsulzadə ermənilər haqqında nahaq yerə demirdi ki...”
21/09/2019 [17:59]:
Ermənistanda qalmaqal: qubernatorun köməkçisi polkovniki döydü
21/09/2019 [17:55]:
“Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi
21/09/2019 [17:52]:
Nəsimiyə həsr olunan beynəlxalq konfransa məqalə qəbulu davam edir
21/09/2019 [17:47]:
İran, Çin və Rusiya donanmaları Hind okeanında - GƏRGİNLİK PİK HƏDDƏ
21/09/2019 [17:45]:
Ərdoğan: "ABŞ-la qarşı-qarşıya gəlməyi arzulamırıq"
21/09/2019 [17:42]:
Gerasimov Putinə lətifə danışdı - VİDEO
21/09/2019 [17:35]:
Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB
21/09/2019 [17:28]:
Bakının girişində güclü toz dumanı müşahidə olunur - VİDEO
21/09/2019 [17:26]:
Pentaqon “MIM-104 Patriot” zenit-raket kompleksinin gücsüzlüyünü etiraf etməyə məcbur oldu
21/09/2019 [17:20]:
Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak oldu
21/09/2019 [17:18]:
“Yox dediyim üçün itlə qapımda dayanmışdı...”- Model tanış olduğu kişilərdən danışdı-FOTOLAR
21/09/2019 [16:57]:
Suriyalı həkim Şuşada pulsuz müayinə və əməliyyatlar keçirəcək
21/09/2019 [16:53]:
Səudiyyə özü qazdığı "Yəmən quyusu"na yuvarlanır...
21/09/2019 [16:52]:
Polis və prokurorluq azyaşlı Fəridə görə hərəkətə keçdi, cinayət işi başlandı
21/09/2019 [16:49]:
“Qarabağ probleminin həlli yolu qərarlaşıb: Bu yol hərbi yoldur!”
21/09/2019 [16:48]:
Prezident Musa Şəkiliyevi orden ilə təltif edib
21/09/2019 [16:46]:
Ərdoğan ABŞ-a getdi
21/09/2019 [16:42]:
Ağcabədidə qəza törədən avtomobil yanıb, sürücü öldü
21/09/2019 [16:39]:
Ermənistanın XİN başçısı azərbaycanlı girovların azad ediləcəyini istisna etməyib
21/09/2019 [16:31]:
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
21/09/2019 [16:20]:
Sevilən müəllim olmağın bir neçə maraqlı metodu- Mütləq sınayın
21/09/2019 [16:18]:
Nüsrət Londonda restoran açır FOTOLAR
21/09/2019 [16:13]:
Ər-arvad İrandan Azərbaycana narkotik gətirmək istədi
21/09/2019 [16:12]:
Güclü külək Bakıda altı ağacı aşırdı - FOTO
21/09/2019 [16:04]:
“Ərəbləri hansı 3 səbəbdən sevməliyik?..”-  “Tarqovı”ya gedəndə mütləq oxuyun...
21/09/2019 [16:02]:
Koreya səfiri “Qobu Park”da köçkünlərə dəstək verməyə gəldi -FOTOLAR
21/09/2019 [15:59]:
Zaqatalada fındıq oğruları tutuldu
21/09/2019 [15:58]:
Prezident təqaüdçüsü: "Oxuyan üçün kənd və ya şəhərin fərqi yoxdur"
21/09/2019 [15:56]:
Nesilcanın meyiti təhvil verildi- Kəsilən ayağının yanında dəfn ediləcək (FOTOLAR)
21/09/2019 [15:45]:
Azərbaycan və Rusiya gömrük orqanları arasında növbəti işçi görüş keçirildi
21/09/2019 [15:43]:
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər üçün daha bir imtahan keçirilib
21/09/2019 [15:38]:
Ramiz Əzizbəyli :“Yaşamaq istəyirəm”
21/09/2019 [15:12]:
Hər kəsin yaşamadığı ömür -Polis ömrü...
21/09/2019 [15:11]:
Tokatda tarix yazılır... -Hulusi Kılıç afrikalıları ata yurduna apardı
21/09/2019 [15:08]:
Bakı metrosunda həyəcanlı anlar: tüstülənmə oldu, qatar boşaldıldı
21/09/2019 [15:07]:
İlham Əliyev Xələf Xələfovu təltif etdi
21/09/2019 [15:06]:
Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava - VİDEO
21/09/2019 [15:05]:
BAMF prezidenti Cenevrədə qaçqın və məcburi köçkünlərin hüquqlarına dair bəyanat verib
21/09/2019 [14:57]:
“Bu gün hökumət uşaqpullarını verə bilmirsə, heç olmasa...”
21/09/2019 [14:54]:
Əli Əhmədov: "Ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içində hiss edir"
21/09/2019 [14:48]:
ADU-nun tələbələrinə ŞAD XƏBƏR: 10 nəfər xüsusi təqaüd alacaq
21/09/2019 [14:44]:
Tanınmış cərrahdan Ali Məhkəmənin mətbuat katibinə CAVAB MƏKTUBU...
21/09/2019 [14:29]:
"Hakim “Leş Tofiq”ə bəraət qazandırsa, nə qədər ömrüm var onu biabır edəcəm..."
21/09/2019 [14:28]:
Mətbuat və siyasətçilər "Əsrin müqaviləsi" barədə nə deyirdilər?
21/09/2019 [14:26]:
“UNEC ikili diplom proqramları” sərgisi keçirildi
21/09/2019 [14:24]:
Prezident icra başçısını ordenlə təltif etdi
21/09/2019 [14:09]:
Olimpiya çempionumuz Tokio Olimpiadasına vəsiqə qazandı
21/09/2019 [13:58]:
O vaxt T.Qasımov Minsk Qrupuna niyə razılıq verdi? - E.Namazovdan eşitmədikləriniz
21/09/2019 [13:50]:
“Xeyrixahlıq özündə artıq olanı deyil, özünün möhtac olduğunu paylaşmaqdır”
Bütün arxiv bir sırada
16/06/2019 [23:26] - Cəmiyyət - ( 1066 dəfə baxılıb)

Qəbiristanlıqda başlayıb, qəbiristanlıqda bitən həyat - FOTOLAR



Ucqar ərazidə yerləşən kəndlərə marağımın olduğunu bilən dostum Qrız getməyi təklif etdi. Bildirdi ki, Qrız haqqında çox yazılsa da, danışılsa da, bu cənnət məkanı görməyin yerini heç nə vermir.

Və beləcə yola düzəldik.


Qrız kəndi Ağ dağın ətəyində, dəniz səviyyəsindən 2171 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Qrız kəndi yüksəkliyinə görə, Qubanın ən hündürdə yerləşən ucqar kəndlərindən biridir. Qəçreşin içindən keçərək Qrız yoluna daxil olan kimi asfalt yol bitir və kələ-kötür dağ yolu başlayır. Dərhal bizə bildirirlər ki, yolu ancaq "Niva"ilə davam edə bilərik.


Qrız Qubadan çox uzaq deyil. Şəhər mərkəzindən çıxandan sonra 2 saata kəndə çatırıq. Amma yolları ürəkaçan deyil. Biz orada olanda yağan yağış isə yolları daha da keçilməz etmişdi. Sıldırım qayaların üzəri, uçurumun kənarı ilə hərəkət etmək adrenalin versə də, canıma dəhşətli qorxu da düşmüşdü.

Ağrıdağın ətəyində yerləşən Qrız kəndiAğrıdağın ətəyində yerləşən Qrız kəndi

Beləcə kəndə gəlib çıxdıq. Bir neçə saat əvvəl aşağıdan yuxarı baxdığımız dağlarda dayanaraq, indi aşağıya baxırdıq...

Kənd sakinlərinin sözlərinə görə, Qrızda 30-a yaxın ev var. Qrızın əhalisi çox azdır. Sakinlər deyir ki, gənclər daha çox başqa kəndlərdə yaşamağa üstünlük verirlər.

Kənd əhalisi əsasən heyvandarlıqla məşğul olur. Kənddə qaz olmadığı üçün qaz balonlarından, gərmədən və odundan istifadə edirlər.

86 yaşlı Əbdürrəhman Yaqubov Qrız kəndini adlı-sanlı ağsaqqallarındandır. Hələ yola düzələndə, bizə onu tapmq məsləhət görülmüşdü. Biz də soraqlayıb Əbdürrəhman babanı tapdıq.

Mehribanlıqla bizi qarşılayan Əbdürrəhman baba bizi çaya qonaq edərək, bir qədər kəndin tarixindən, öz həyatından danışdı.

Ağrıdağın ətəyində yerləşən Qrız kəndiAğrıdağın ətəyində yerləşən Qrız kəndi

Dediyinə görə, Qrız kəndinin sakinləri milli azlıq hesab edilir: "Bizim dilimiz də fərqlidir. Elə gözümü açandan bu dildə danışmışam. Ətraf kəndlərin dili bizim dilimizə bənzəyir, amma Xınalıq kəndinin sakinləri başqa dildə danışır".

Kənd ağsaqqalının sözlərinə görə, kəndin hər yeri qəbiristanlıqdır. Hətta elə evlər var ki, məzarların üzərində tikilib. Bu da bir daha sübut edir ki, Qrız qədim tarixə malikdir.

Yeri gəlmişkən, qeyd edim ki, yazılı mənbələrdə Qrız toponiminə ilk dəfə X əsrdə rast gəlinir. Əbdürrəhman baba etiraf edir ki, qırızlılar özü də kənd haqqında ətraflı məlumatlı deyillər.

Söhbətin şirin yerində ağsaqqalın ömür-gün yoldaşı Xədicə nənə də bizə qoşulur.

Deyir ki, 60 ildir ki, Əbdürrəhman kişi ilə evlidir: "Biz təkcə ər-arvad olmamışıq, həm də dost-sirdaş olmuşuq. Çiyin çiyinə verib, bu həyatı yaşamışıq. Günüm at belində keçib. Nə qədər cavan idim, at çapırdım, yağ-pendir tuturdum, çörək bişirirdim. Yaşa dolduqca uzaqlaşdım hər şeydən. İndi də həyat maraqlıdır. Məsələn yağan yağışa baxmaq, qoyun-quzunu izləmək, həyat yoldaşının yanında olmaq..."

Xədicə nənə danışır ki, Əbdürrəhman baba sərt adam olub. Yaşa dolduqca mülayimləşib.

Ağrıdağın ətəyində yerləşən Qrız kəndiAğrıdağın ətəyində yerləşən Qrız kəndi

“Bəs belə sərt adamla 60 il necə yaşamısınız” sualına Xədicə nənənin cavabı maraqlı olur: “Güzəştə gedərək, susaraq”.

Mən isə Xədicə nənənin "Mən hamıya nümunə olmuşam. Hamı mənim başıma and içirdi" sözünə "mən ola bilmədim" qarşılığı verirəm. Bu dəfə nənəni maraq götürür, özünü unudub, mənimlə məndən danışmağa çalışır.

Onunla danışdıqda bir daha əmin oluram ki, qadın yaşadığı yerdən, yaşından, təhsilindən asılı olmayaraq hər yerdə qadındır və eyni düşünür...

Kəndə daxil olanda yolun kənarında iki yeni tikili-məscid və pir gözə dəyir. Əbürrəhman baba deyir ki, 2006-cı ildə Həcc ziyarətindən qayıtdıqdan sonra məscid və bu piri tikdirib: "Niyyətim vardı. Ziyarətdən gələndən sonra tikdirdim. Daşlarını da başqa kənddən gətirtmişəm".

Ə. Yaqubovun sözlərinə görə, yay aylarında kəndə turist axını başlayır. Müxtəlif millətlərin nümayəndələri kəndə baş çəkir, kəndin ağsaqqalı ilə söhbət edir, şəkil çəkdirirlər.

O, deyir ki, qrızlıların yeganə problemi yol problemidir: "Ölkə başçısının müvafiq sərəncamı var. Yolumuzun salınması üçün vəsait ayrılıb. İndi gözləyirik görək nə vaxt təmirə başlayacaqlar. Bir neçə gün öncə dolu yağdı. Bütün yolu yuyub aparıb. Yollarda ancaq daş qalıb, torpaq yuyulub. Bu da yolun istifadəsi üçün böyük problem yaradır. Yolumuz rahat olsa, heç olmasa öz məhsulumuzu bazara çıxara bilərik".

  • Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
  • Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
  • Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
  • Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
  • Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
  • Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
  • Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
  • Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
  • Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
  • Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
  • Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
  • Ağrıdağın ətəyində yerləşən Qrız kəndi
1 / 12
Ağrıdağın ətəyində yerləşən Qrız kəndi


Qrız kəndində doğrudan da hər yer qəbiristanlıqdır. Evlərin qəbirlərin arasında, heyvanlar qəbirlərin arasında, uşaqlar qəbirlərin arasında...

Bu həyat tərzidir. Qırızlıların həyatı qəbirlərin arasında başlayır, burada keçir...

Təbiət bizi Qrızda yaman sınayır. Əvvəlcə leysan yağışı yağır. Tam islandıqdan sonra duman çökür. Bir qədər vaxt keçdikdən sonra duman çəkilir və gün çıxır.

Qrızda keçirdiyimiz bir neçə saatda demək olar ki, təbiətin 4 fəslini də yaşadıq. Bir tərəfdə başı qarlı dağlar, yağış, parlayan günəş və dağ otlarının ətri...

Düzünü desəm, kənddən qayıtmaq kəndə getməkdən çətin oldu. Ancaq daş-kəsəkdən ibarət olan yolda avtomobilin altı bir neçə dəfə daşlara dəydi. Avtomobilin sürüşmək təhlükəsini də yaşadıq. Mühərrikdən xaric edilən yanıq qoxusu dağların təmiz qoxusuna qarışmışdı...

Onlar bu yolu yaşayırlar...(sputnik.az)

loading...
loading...
2500 km üzən pinqivin əldən düşmüş halda tapıldı - MARAQLI
Mütəxəssislərdən xəbərdarlıq: "UŞAQLARINIZI QIDIQLAMAYIN"
Körpələrini görmək istəyərkən başqa bir üzlə qarşılaşdılar - MARAQLI
Abşeronda qəzaya düşən avtomobil alov topuna döndü - VİDEO
Hansı hallarda böyrəklərin təmizlənməsinə ehtiyac var? - ƏLAMƏTLƏR...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Prostat genişlənməsi: Əksər kişilərin “qorxulu yuxusu” - Əlamətləri, müalicəsi...
Kriminal
Banda üzvləri Bakıda adam oğurladılar, “baqaja” qoyub apardılar- "Dedi dili uzanıb, kəsmək lazımdır"
Dünya
“Yox dediyim üçün itlə qapımda dayanmışdı...”- Model tanış olduğu kişilərdən danışdı-FOTOLAR
Dünya
Nesilcanın meyiti təhvil verildi- Kəsilən ayağının yanında dəfn ediləcək (FOTOLAR)
Müsahibə
“Bu sevgi mənə o qədər stimul verir ki...”
Həftənin ən çox oxunanları
Seksoloqa 8 vacib sual: Utanıb soruşmadıqlarınız...
“Mənimlə evləndiyi üçün onu Azərbaycana deportasiya etdilər...” - Belaruslu qız...
Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötdü
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
“Ona heç nə olmadı, mənimsə 2 övladım anasız qaldı”: Müəllimin bədbəxt etdiyi xadimə...
"Siz OMON-un özbaşınalıqlarının qarşısını alın, mənim işlərimə qarışmağa ixtiyarınız yoxdur"
Tramp İrana qarşı “ən yüksək səviyyəli sanksiya” tətbiq etdi: "Uşaqlar, başlayın..."
"Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi" - Köçəryandan maraqlı etiraf...
25 yaşlı qızı “öldürən” “Maserati” sürücüsü video yaydı
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247