Xəbər lenti
22/11/2019 [19:05]:
Polislər üçün yaddaş kitabçası hazırlandı
22/11/2019 [19:01]:
Motosiklet sürücüləri xəstəxana morquna basqın etdi - SƏBƏB
22/11/2019 [18:56]:
DAP-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Türk səfir ilə görüşdü
22/11/2019 [18:54]:
“Hansı torpaq güzəştindən söhbət gedə bilər?” – TAHİR RZAYEV
22/11/2019 [18:43]:
Rusiya bankı  müştərisinə  "yəhudiləri öldürün!"  kodu göndərdi... -Ağlasığmaz-FOTO..
22/11/2019 [18:41]:
Arıqlama həbləri bu xəstəliklərə səbəb olur
22/11/2019 [18:38]:
İstirahət günlərinin hava PROQNOZU
22/11/2019 [18:36]:
Rövşən Rzayev Beyləqanda qəbul keçirib
22/11/2019 [18:34]:
“Nar”dan hədiyyə qazanmaq imkanı!
22/11/2019 [18:31]:
Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ
22/11/2019 [18:15]:
Əbubəkr Nurməhəmmədov UFC-dən uzaqlaşdırıla bilər
22/11/2019 [17:54]:
Baş redaktor bələdiyyə seçkisinə qatıldı - Namizədliyi təsdiqləndi
22/11/2019 [17:49]:
Sığorta şirkəri sübut tələb etdi, dəfn mərasimi 9 gün gecikdi- FOTOLAR
22/11/2019 [17:49]:
Gülər Əhmədova xalq artistinin atmacasına CAVAB VERDİ
22/11/2019 [17:45]:
Paşinyan hökuməti 50 milyon dollar borc götürəcək
22/11/2019 [17:38]:
Rusiyalı nazir: "Azərbaycanla qeyri-neft məhsulların mübadiləsində maraqlıyıq"
22/11/2019 [17:37]:
"İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda konfrans keçirildi
22/11/2019 [17:25]:
“Öldükdən sonra başqa adamların sevinci və...”
22/11/2019 [17:17]:
Almaniya polisindən daha bir xüsusi əməliyyat...
22/11/2019 [17:05]:
Bakı-Gəncə qatarının sürəti artırılır – FOTO
22/11/2019 [17:04]:
Səhvlər o qədər çoxdur ki...
22/11/2019 [17:00]:
İranda yeni mərhələ: Təbrizdə Azərbaycan bayrağı qaldırıldı – VİDEO
22/11/2019 [16:56]:
Prezidentdən əlil və şəhid ailələri ilə bağlı - SƏRƏNCAM
22/11/2019 [16:31]:
Kılıçdaroğludan çox bu qız danışıldı... -VİDEO
22/11/2019 [16:24]:
Yeni ombudsman 1-ci gün seçiləcək
22/11/2019 [16:06]:
Metsamor AES-i “böyüyür”: 2027-ci ildə dünya ikiqat nüvə təhlükə ilə üz-üzə qalacaq...
22/11/2019 [15:54]:
FHN-in idmançıları çempionatda uğurlu çıxış ediblər
22/11/2019 [15:48]:
“Bunu elə tənzimləmək lazımdır ki, sui-istifadə hallarına yol verilməsin...”
22/11/2019 [15:37]:
“Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda konfrans keçirildi
22/11/2019 [15:17]:
"Rəy sorğularının nəticələri Prezidentin siyasətinə etimadın olduğunu isbatlayır"
22/11/2019 [15:02]:
Paytaxtda iki marşrut xətti üzrə avtobuslar əvəzləndi
22/11/2019 [14:59]:
“İrandakı olaylar dünyanın simasını dəyişə, onun altını-üstünə çevirə bilər”
22/11/2019 [14:48]:
Milli Məclis iclasın vaxtını niyə dəyişdi... - SƏBƏB
22/11/2019 [14:42]:
"Mənim də oğlum evlənib və iki nəvəm var, gəlinim isə təbii ki, şou - biznesdən deyil..."
22/11/2019 [14:39]:
Putinin dünya jurnalistlərini bu tarixdə başına toplayacaq
22/11/2019 [14:30]:
Bakıya yağış, rayonlara qar yağacaq
22/11/2019 [14:28]:
“Bacımgil həmin gecə suşi yeməyiblər”
22/11/2019 [14:12]:
"Qadınların qalan 84 faizi bu məzuniyyəti almaq imkanına malik deyillər"
22/11/2019 [14:04]:
Sumqayıt-Bakı qatarında gecikmənin səbəbi açıqlandı
22/11/2019 [14:01]:
“Eşşək” Moskvaya dəvət olundu və dəstək vəd edildi...
22/11/2019 [13:56]:
“Ata Abdullayev üçün nə diplomatik, nə də xidməti pasport rəsmiləşdirilib” – XİN
22/11/2019 [13:54]:
Oqtay Əsədov MDB PA-nın yubiley sessiyasında iştirak edib
22/11/2019 [13:48]:
Azərbaycanda ödənişsiz erməni dili kursları təşkil ediləcək
22/11/2019 [13:48]:
Bu sürücülər 40 manat CƏRİMƏLƏNƏCƏK - Yol polisindən XƏBƏRDARLIQ
22/11/2019 [13:43]:
Azərbaycan səfirinin xanımı diplomat xanımlarına milli çay süfrəsi təqdim etdi - FOTOLAR
22/11/2019 [13:37]:
"Faşistlərlə əməkdaşlıq edənlərin adlarının saxta tarixlə əbədiləşdirilməsi cəhdləri yolverilməzdir"
22/11/2019 [13:16]:
BDU ölən tələbə ilə bağlı başsağlığı verdi
22/11/2019 [13:07]:
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22/11/2019 [13:02]:
Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
22/11/2019 [12:59]:
“Şou adamından mənə gəlin olmaz” - Brilliant
22/11/2019 [12:55]:
Bakını “kababxana”ya döndərən restoranlar - SİYAHI
22/11/2019 [12:45]:
“Rus mütəxəssislərin bu laboratoriyalara baxış keçirməsi bizim üçün qarant deyil, amma...”
22/11/2019 [12:37]:
Milyarder-oliqarx “kosmik” malikanəsini 150 milyon dollara satışa çıxardı - VİDEO
22/11/2019 [12:30]:
“Xaricdəki təbliğatın Qarabağın azad edilməsinə heç bir faydası yoxdur...”
22/11/2019 [12:27]:
Tələbə Debat Forumunun 4 qat çempionu: UNEC SABAH
22/11/2019 [12:24]:
Aliment Fondunun yaradılması təklif edilib
22/11/2019 [12:17]:
Ermənistanın sabiq deputatı saxlanıldı
22/11/2019 [12:12]:
“Qabaqlar otelə girəndə taxtabitinin əlindən yatmaq olmurdu, indi isə...”
22/11/2019 [12:08]:
"Zəhərlənən tələbələrin vəziyyəti yaxşıdır"
22/11/2019 [12:00]:
"Yoldaşıma deyirəm ki, sənin qadanı alım, kül təpənə, mənim nəyimi sevirdin?"
22/11/2019 [11:58]:
Abşeronda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verildi
22/11/2019 [11:56]:
“Maşınım bərbad vəziyyətdə ikən Ağdam, Tərtərə görüşə getməyə çatdırmazdım, ona görə də..."
22/11/2019 [11:49]:
Deyəsən hökumət Cənub zonasından əlini üzüb... - ACINACAQLI STATİSTİKA
22/11/2019 [11:47]:
Bu şadlıq saraylarında manqalların istifadəsinə qadağa qoyuldu - SİYAHI
22/11/2019 [11:45]:
“İcra başçısı söz verdi ki, oxuduğu məktəbi Həsən Məmmədovun adına verəcək...”
22/11/2019 [11:41]:
Pərviz Şahbazov: "AÇG-dən indiyədək 496 mln. ton neft hasil edilib"
22/11/2019 [11:31]:
"İslahatlar dövlət idarəçiliyi sistemində mükəmməl motivasiya sisteminin qurulmasından xəbər verir"
22/11/2019 [11:21]:
Deputat Bakıda anoloqu olmayan toy təşkil edir: Qadınlara giriş qadağandır...
22/11/2019 [11:19]:
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
22/11/2019 [11:18]:
BAO-nun Güney Azərbaycanla bağlı prezidentə etdiyi müraciətə ziyalılar da qoşuldu
22/11/2019 [11:12]:
Fantastik filmlər real oldu: Ölünü diriltdilər - Elmdə inqilab...
22/11/2019 [11:05]:
“Victoria’s Secret” ənənəvi şousunu ləğv etdi - 25 ildə ilk dəfə
22/11/2019 [11:02]:
ABŞ Dövlət Departamenti: “Türkiyənin bir seçimi var”
22/11/2019 [11:01]:
"İslahatlara mane olmaq istəyində olanlar, arzulasalar da, prosesə xələl gətirə bilməz"
22/11/2019 [11:01]:
Bu rayonlarımıza ilk qar yağdı - FOTO
22/11/2019 [10:58]:
Məni söyəndə, sənin əlinə zurna verirlər?..
22/11/2019 [10:55]:
Moskvadakı Azərbaycan diasporu: Səfirin pessimistliyi, soydaşlarımızın optimistliyi haradandır?
22/11/2019 [10:51]:
“Alberti unutmadıqlarına görə hər kəsə təşəkkür etmək istəyirəm...”
22/11/2019 [10:47]:
Bələdiyyə seçkilərində namizəd olmaq üçün - Son gün
22/11/2019 [10:43]:
Məhkum anası TSEK-dən şikayətçidir: "Bu xəstəlik dünyanın heç bir yerində müalicə olunmur"
Bütün arxiv bir sırada
18/06/2019 [12:08] - Cəmiyyət - ( 1361 dəfə baxılıb)

Əsrə bərabər gün...



Düz 26 il əvvəl Azərbaycan xalqının taleyini dəyişən, tariximizə yeni istiqamət verən möhtəşəm bir hadisə baş verdi.

Əgər belə demək olarsa, xalqımız uçurumun bircə addımlığından qurtuldu. Müstəqillik yollarında ilk kövrək addımlarını atan dövlətimiz məhv olmaq, parça-parça edilib dünya xəritəsindən silinmək təhlükəsindən məhz həmin gün qurtuldu, inkişaf, yüksəliş yollarına doğru uzun, ağır, şərəfli bir yola çıxdı.

Bu, həmin tarixdir: 15 iyun 1993-cü il...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtdığı gün.

Milli Qurtuluş Günü...

"Heydər Əliyev Azərbaycan xalqı üçün kimdir” sualının cavabını da tarix elə həmin gün verdi.

Xilaskar

Təbiətin bir çox dəyişməz qanunları var. Onları təbiətin əbədiyyət qanunları da adlandıra bilərik. Bu qanunları insan yaratmayıb. İnsan sadəcə olaraq həmin qanunları kəşf edib, öyrənib, onlardan bəhrələnib və bəşəriyyətin inkişafı naminə əhəmiyyətli addımlar atıb.

Cəmiyyət də özünəməxsus əbədiyyət qanunlarına malikdir. Lakin əsas fərq budur ki, cəmiyyətdə bu qanunları insan övladı yaradır. Həm də bu qanunlar yalnız Yer üzünün əşrəfi olan insana aiddir. Bu qanunları ayrı-ayrı şəxsiyyətlər, zəka sahibləri formalaşdırır. Amma tarixin axarını dəyişməyə qabil belə bir zəka da hər kəsə verilmir. Ömrü əbədiyyətə çevirməyə yalnız Tanrının sevib-seçdiyi şəxsiyyətlər nail ola bilir.

Heydər Əliyev də belə şəxsiyyətlərdəndir.

1993-cü ilin iyununda Heydər Əliyevin xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsi, baş verən böhranlı hadisələrlə yerində tanış olması, müstəqilliyimizin əldən getməməsi üçün həyatını riskə qoyub müxtəlif siyasi düşərgələrə mənsub, ətraflarında xeyli sayda silahlılar cəmləşmiş insanlarla görüşlər keçirməsi, ola bilsin ki, indi kiməsə tarixi xronika təsiri bağışlasın. Amma bu, sözün əsl mənasında xilas anı idi. Heydər Əliyev bu addımları ilə xilaskarlıq missiyasını yerinə yetirirdi. Onun timsalında Azərbaycan xalqı hər zaman inandığı, güvəndiyi, rəğbət bəslədiyi, keçmiş SSRİ boyda böyük bir coğrafiyanın hər yerində adı ilə qürurlandığı güclü xilaskarına qovuşmuşdu.

Həmin ağır günlərdə xalq Heydər Əliyev siyasətinə mifik bir qüvvə kimi baxırdı. O isə gəlib bütün dünyaya sübut etdi ki, öz xalqına arxalanan, inanan və xalqının da inamını qazanmış lider əfsanəvi qüvvələrdən daha artıq, möhtəşəm işlər görə bilər.

"Mənim vəkillərim xalqımdır”

Zəmanəsinin dahi şəxsiyyətlərindən olan yunan alimi Arximed əsrlər əvvəl deyirdi ki, "mənə bir dayaq nöqtəsi göstərin, Yer kürəsini məhvərindən oynadım”.

Hərçənd böyük fizik kimi hamıdan çox onun özünə bəlli idi ki, kainatda belə bir dayaq nöqtəsi mövcud deyil. Amma cəmiyyət qanunlarına gəldikdə belə dayaq nöqtəsi tapmaq mümkündür. Bu, Xalqdır! Belə bir dayaq nöqtəsinə söykənərək, qarşıdakı bütün ağır çətinlikləri, problemləri aradan götürmək mümkündür. Ona görə də ata-babalarımız "el gücü, sel gücü” demişlər. Heydər Əliyev də həmişə xalqa söykənirdi. Daim xalqı öz istinad nöqtəsi hesab edirdi. Buna görə də o, bütün mübarizələrində qalib idi. "Mən bütün fəaliyyətimdə Allahıma, xalqıma və öz zəhmətimə arxalanmışam” deyirdi.

Belə bir epizodu heç zaman unutmaram. Adətən seçki proseslərində namizədlərin vəkilləri olur. Bu, bütün dünyada seçkilər zamanı tətbiq edilən təcrübədir. Onlar yerlərdə seçicilərlə görüş keçirir, təşviqat apararaq insanların dəstəyini qazanmağa çalışırlar. 1998-ci ilin prezident seçkisi zamanı Mərkəzi Seçki Komissiyası öz vəkillərini müəyyənləşdirməsi məramı ilə Heydər Əliyevə müraciət etmişdi. Onunsa bu müraciətə cavabı bütün kəlamları kimi tarixi idi: "Mənim vəkillərim xalqımdır!”

Heydər Əliyevin məhz bu cür sarsılmaz dayaq nöqtəsi olduğu üçün o, bütün çətinliklərin öhdəsindən inamla gəldi. Dünyanın mübarizə meydanına qalib kimi sızdı. Ömrünü qalib kimi başa vurub əbədiyyətə qovuşdu. Və şəxsiyyəti də, ideyaları da əbədiyyət taleyinə qovuşdu.

Xalqın öndəri

İndiyədək Heydər Əliyev haqqında çox yazılıb, bu gün də yazılır, gələcəkdə də yazılacaq. Heydər Əliyev şəxsiyyəti milli dövlətçilik tariximizdə o qədər geniş və çoxşaxəli rola malikdir ki, onun hər cümləsini, fikrini, kəlamını nəzəri müddəa kimi götürüb geniş təhlilə cəlb etmək olar. Heydər Əliyev haqqında yazan hər bir müəllif bu obraza öz sahəsinə yaxın cəhətlərdən yanaşmağa çalışır. Siyasətçilər Heydər Əliyevin siyasi tariximizdəki rolunu araşdırırsa, iqtisadçılar onun fəaliyyətindəki iqtisadi çalarlara diqqət yönəldirlər. Bizim kimi humanitar sahənin adamları üçünsə bu şəxsiyyətin elm-təhsil, milli mədəniyyətimizin inkişafı, milli-mənəvi dəyərlərimiz, gender məsələləri və s. sahələrlə bağlı fəaliyyəti daha yaxın gəlir. Amma Heydər Əliyev şəxsiyyətinə yanaşmalar nə qədər müxtəlif rakurslardan olsa da, bu yanaşmaların hamısı bir son nöqtədə birləşir: Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri, ulu öndəridir.

Şəxsiyyətin cazibəsi

Tarixin bütün böyük insanları kimi zaman keçdikcə Heydər Əliyevin qərar tutduğu ucalıq insanlığa daha aydın görünür. Bu ucalığın təməlində sülh, əmin-amanlıq, rifah, sabitlik və davamlı inkişaf durur. Ulu öndər məhz bu dəyərlərə söykənərək, "Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir” deyirdi. Bu kəlam böyük bir qövmün əsrlərdən üzübəri aşıb gələn müqəddəs dövlətçilik ideologiyasının XX əsrin sonlarında həyata keçmiş ülvi arzularıdır.

Bu kəlam təkcə bir niyyət, bir bəyanat olaraq qalmadı. Bütün canı, qanı, varlığı ilə milli ruha bağlı Heydər Əliyevin dünyanın yeni siyasi düzənində Azərbaycanın yerini və rolunu dəqiq müəyyənləşdirməsi idi. Ölkəmizin və xalqımızın hansı bəşəri dəyərlərə əsaslanaraq dünya xəritəsində əbədiliyini təmin edəcəyini aşkara çıxardı. Bu da bir əbədiyyət qanunudur - xalqın istiqlalının və dövlətçiliyinin əbədiyyəti.

1300 il bundan əvvəl yaşamış böyük türk hökmdarı Bilgə xaqan üzünü xalqına tutaraq demişdi: "Əgər siz qanunlarınızı pozmasanız, sizi yaşadan torpağınızı sevsəniz, silahlıların sizi sürü kimi qabaqlarına qatıb istədikləri tərəfə aparmasına imkan verməsəniz, onda qurduğunuz dövlət yuxarıdan göy çöküncə, aşağıdan yer yarılınca əbədiyyətə qədər yaşayacaqdır”.

1300 il əvvəl xalqına əbədi dövlətçilik yolunu göstərən türk xaqanı ilə 1300 il sonra Azərbaycanın dövlət müstəqilliyini əbədi edən ulu öndər Heydər Əliyev arasındakı tale oxşarlığı nə qədər heyrətamizdir?! Əslində, bu, öz xalqlarını zülmətdən aydınlığa, uçurumdan rəvan inkişaf yoluna çıxarmış, onlara gələcəyə doğru-düzgün istiqamət vermiş bütün böyük dövlət adamlarının oxşar taleyidir. Mustafa Kamal Atatürk müasir Türkiyə Cümhuriyyətinin, I Pyotr Rusiyanın, Cəvahirləl Nehru Hindistanın, Şarl de Qol yeni Fransanın memarı olduğu kimi Heydər Əliyev də bugünkü Azərbaycan dövlətinin qurucusu və yaradıcısıdır. Bu şəxsiyyətlər kimi Heydər Əliyevin də cazibə dairəsi bütün zamanları və insanları əhatə edir. Sıravi vətəndaşlar da, sənət adamları da, siyasətçilər də, müxtəlif sahələrin peşəkarları da Heydər Əliyev şəxsiyyətini tanıdıqca bu cazibə dairəsinə düşür, ulu öndərin böyüklüyünə heyran olurlar. Bu böyüklüyü bir səbəblə də izah edərdim. Heydər Əliyevin sözləri və əməlləri ilə həyatın və zamanın axarı arasında riyazi bir mütənasiblik vardı. Və bu düşüncə təsəvvürümüzdə maraqlı bir mənzərə yaradır: Heydər Əliyev sanki yüz il sonranı görürdü, lakin bu gün haqqında danışırdı. Çünki o, fitri qabiliyyəti, filosofsayağı fəhmi ilə dəqiq bilirdi ki, yüz il sonra - zamanın ilk nöqtəsi məhz bu gündən başlanır.

Zaman və məkanın fövqündə

Ona görə də Heydər Əliyev zamanın və məkanın fövqündə dayanmağı bacaran əbədiyaşar şəxsiyyətdir. Onun əbədiyyətə çevrilmiş ömrünün hansı anına nəzər salırıq, kamillik, müdriklik, uzaqgörənlik kimi ali keyfiyyətlər görürük. 1993-cü ilin 15 İyun Qurtuluş Günündən sonra xalqın, dövlətin təhlükələrdən xilas olub inkişaf dövrünə qədəm qoyduğu, demokratik islahatlar, hüquqi dövlət quruculuğu mərhələsinə daxil olduğu illərdə Heydər Əliyev özünəməxsus səmimiyyətlə deyirdi: "Mən Azərbaycanın yüklərini çiynimə götürmüşəm, aparmalıyam. Başqa yol yoxdur”.

Bu kəlmələrdə hər hansı giley-güzar yox idi. Bu, bütün ömrünü öz xalqına bağışlamış əzəmətli dövlət adamının dərk etdiyi tarixi missiyadır. Heydər Əliyev ömrün mənasını Antey kimi çiynini xalqın çətinlikləri altına verib, onu işıqlı sabahlara doğru aparmaqda görürdü. O, hər zaman qeyd edirdi ki, XX əsr çox mürəkkəb əsrdir. "Güman edirəm ki, gələcək nəsillər bu əsrin hər bir ilini xüsusi təhlil edəcək və ona qiymət verəcəklər”.

Biz XX əsrin çox çətin sınaqlarından məhz onun gücü, qətiyyəti sayəsində çıxdıq. Heydər Əliyev XX əsr milli dövlətçilik tariximizin ən parlaq lideri oldu. Ona qədər ayrı-ayrı görkəmli şəxsiyyətlərimizin, dövlət adamlarımızın formalaşdırdıqları dövlətçilik ənənələrini müstəqil Azərbaycanın dövlət quruculuğu yolundakı tarixi nailiyyətlərində birləşdirdi.

Heydər Əliyev 1995-ci ilin noyabrında qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ilə demokratik, hüquqi dövlət quruculuğu proseslərinin əsaslarını müəyyənləşdirdi. Cəmiyyətdə buna uyğun davamlı islahatlar apardı. Azərbaycanda ictimai-siyasi sabitliyi, ifadə azadlığını, qanunun aliliyini təmin etdi. Torpağı özünün əsl sahibinə - kəndliyə verdi, özəlləşdirmə proseslərini həyata keçirdi, ölkədə azad bazar iqtisadiyyatı prinsiplərinin özünü doğrultması üçün ardıcıl addımlar atdı. Və bütün bunlar reallıqların qürurgətirən mənzərəsi idi.

Yeni Azərbaycan

Heydər Əliyev müdrik dövlət adamı olaraq reallıqları düzgün qiymətləndirməyi və ona uyğun davranmağı çox gözəl bacarırdı. Müstəqil Azərbaycan dövlətinin idarəçilik sükanı arxasına keçərkən o, fərqində idi ki, artıq dövr, zaman başqadır. Ölkənin inkişafı üçün yeni reallıqlara uyğun yeni siyasət həyata keçirmək lazımdır. Ulu öndərin rəhbərliyi ilə yaradılan və dövlət quruculuğu proseslərində tarixi rol oynayan siyasi partiyanın Yeni Azərbaycan Partiyası adlandırılması da bu baxımdan təsadüfi sayılmamalıdır.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın yeni reallıqlarına uyğun tamamilə yeni yanaşmalar tətbiq edirdi. O, əvvəlki səriştəsiz hakimiyyətlər dövründə xarici ölkələrlə pozulmuş münasibətləri aradan götürdü. Ölkəmizə qarşı yönələn təhdidləri minimallaşdırdı. Müharibəni, insan itkilərini dayandırmaqla Azərbaycana sabitlik, inkişaf, böhranlı vəziyyətdə özünü toplayaraq, rəqib üzərində sosial-iqtisadi qalibiyyət imkanları qazandırdı.

"Ən böyük azərbaycanlı”

Heydər Əliyev XXI əsrə də aydın bir istiqamət verdi. O, iti zəkası, aydın fəhmi ilə yaxşı bilirdi ki, XXI əsrin mənzərəsi tamam başqa cür olacaq. Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü ilin sentyabrında dünyanın nüfuzlu şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi” Azərbaycanı regionun davamlı inkişaf məkanına çevirdi. Ölkəmizin sosial-iqtisadi yüksəlişi üçün geniş üfüqlər açdı. Azərbaycana böyük gəlirlər qazandırdı. Və bütün bunlar ölkəmizin abadlaşmasına, insanlarımızın maddi rifahının yaxşılaşmasına, dolanışıqla bağlı çətinliklərin yoluna qoyulmasına imkan verdi.

Bununla yanaşı, ulu öndər yaxşı bilirdi ki, XXI əsr üçün vacib olan əsas sərvət insanın zəkası, təhsil səviyyəsi və bilikləri hesabına yaratdıqları olacaq. Ona görə də Heydər Əliyev XXI əsrdə Azərbaycanda istehsal etmək, innovasiyalar yaratmaq gücünə malik vətəndaşların yetişdirilməsi üçün təhsil və gənc nəslin tərbiyəsi sahələrində dərin islahatlar apardı. Gənclərimiz üçün münbit inkişaf mühiti formalaşdırdı.

Heydər Əliyev Azərbaycanın qapılarını dünyaya, bəşəriyyətin mütərəqqi dəyərlərinin üzünə taybatay açdı. Ölkəmizin dünyaya inteqrasiyasına nail oldu. Müstəqil dövlətimiz bir çox nüfuzlu beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul edildi. Bütün bunlarla yanaşı, ulu öndər qloballaşmanın ziyanlı təsirlərindən qorunmağın yollarını da göstərdi.

Heydər Əliyev özü böyük yeniliklər və islahatlar müəllifi idi. Hər zaman deyirdi ki, çağdaş dünyada baş verən inteqrasiya prosesləri, qloballaşma qaçılmazdır. Azərbaycan da sivil dünyanın bir parçasına çevrildiyindən bu prosesdən kənarda qala bilməz. Amma qloballaşma və inteqrasiya özü ilə inkişaf, sosial dirçəliş, əmin-amanlıqla birgə total əxlaq, qeyri-ənənəvi vərdişlər də gətirir. Ulu öndər qloballaşma seli ilə birgə gələn hər hansı sosial-ictimai, mədəni və mənəvi dəyərlər axınında milli mentalitetimizə yad olan "virusların” mövcudluğunu da gözəl bilirdi. Ona görə də bu prizmadan çıxış edərək qloballaşma prosesində milli dəyərlərimizin, yalnız bizim xalqımıza xas olan əvəzedilməz mənəvi sərvətlərin, mental düşüncənin və bütövlükdə milli varlığın qorunub saxlanmasını çox vacib hesab edirdi.

Heydər Əliyev özü bu sahədə əsl nümunə idi. Məhz bu səbəbdən onun "ən böyük azərbaycanlı” adlandırılması təkcə gələcək nəslin deyil, onun müasirlərinin də milli-mənəvi müstəvidə örnək götürməli olduqları ünvandır.

Haqq-ədalət carçısı

Bu böyük dövlət adamı üçün ədalət hissi, haqqın öz yerini tutması, hər kəsin qanun qarşısında bərabərliyi çox önəmli və zəruri bir məqam idi. Heydər Əliyev çıxışlarında ədalətin fərdlər üçün də, cəmiyyət üçün də nə qədər munis bir dəyər olduğunu hər zaman tərənnüm edirdi. Bütün varlığı ilə ədalətin zəfərinə çalışırdı. O, öyrədirdi ki, ədalətsizlik, qanunsuzluq cəmiyyətə, insanlara, geniş mənada xalqa və dövlətə bəlalardan başqa heç nə gətirə bilməz. Ona görə də ulu öndər hər zaman haqqın, ədalətin qarantı kimi çıxış edirdi. Şəxsiyyətindən gələn humanizmi, insanlara, ümumən bəşəriyyətə sevgisi qədər, yeri gələndə, qanun və ictimai maraqlar, xalqın və dövlətin mənafeləri tələb edəndə kifayət qədər sərt və qətiyyətli olmağı da bacarırdı.

Heydər Əliyevin ən böyük uğuru həm də onda idi ki, o, cəmiyyətin ruhunu duymağı bacarırdı. İctimai istəklərin yerinə yetirilməsindən ötrü böyük qətiyyət nümayiş etdirirdi.

O, öz siyasi xəttində iki mühüm amilə əsaslanırdı. Bunlardan birincisi həyati reallıqlar, digəri isə ardıcıl, davamlı siyasi xətt idi. Müstəqil Azərbaycanın 1993-cü ildən bəri keçdiyi demokratik, hüquqi dövlət quruculuğu yolunun hər hansı mərhələsinə nəzər salsaq, bu amillərin dəqiq şəkildə bir-birini izlədiyini görərik. 1993-cü ilin 15 iyun gününə qədər və ondan sonrakı dövrlərdə Azərbaycan insanının əsas istəkləri sülh, əmin-amanlıq, siyasi sabitlik, qanlı qarşıdurmaların, günahsız qurbanların dayandırılması, ötən əsrin 80-ci illərinin sonlarından bəri pozulmuş həyat düzəninin yoluna qoyulması idi. Heydər Əliyev ilk növbədə bu problemləri yoluna qoymağa başladı. Bu sahədə ciddi nəticələrə nail olduqdan sonra isə dövlət quruculuğu, yeni tarixi-ictimai şəraitin diktə etdiyi prinsiplərin tətbiqi, sosial-iqtisadi inkişaf mərhələsi gəldi. Azərbaycan tədricən sivil dünya ölkələri sırasında özünə yer tutdu. Dünyada gedən inteqrasiya proseslərinə qoşuldu. İrəli sürdüyü qlobal layihələrlə regionda əsas söz sahibinə çevrildi. Ölkəmizdə aparılan demokratik islahatlar böyük nailiyyətlər qazandı.

İnamın gücü

Bu gün öz inkişaf səviyyəsinə görə dünyanın ən öncül ölkələri sırasında qərarlaşan Azərbaycan isə Heydər Əliyevin arzularında, gələcəklə bağlı strateji baxışlarında şəkilləndirdiyi vətəndir. Tarixin ən güclü Azərbaycanıdır! Ömrün faniliyi ulu öndərə XXI əsrin ilk qərinəsini başa vurmaqda olan bu Azərbaycanı görməyə imkan verməsə də, o, qurduğu dövlətin bu ucalıqlara yetişəcəyinə əmin idi. Çünki irəli sürdüyü ideyaların işığına, müəyyən etdiyi yolun düzgünlüyünə, ən əsası isə, bu ideyaları onun cismani yoxluğu dövründə də davam etdirməyə qabil liderin gücünə, vətən sevgisinə inanırdı.

"Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyinizlə və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu öndərin Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətindən götürülmüş bu cümlələr xalqın, dövlətin gələcəyi qarşısında böyük məsuliyyət idi. Dövlətin sükanını ən etibarlı əllərə tapşırmaq üçün göstərilən yol idi. Bu, böyük siyasətçinin bir ustad kimi öz dövlətçilik məktəbində yetirdiyi davamçısına yüksək etimadı idi.

Azərbaycan xalqı bu etimada dayaq durdu!

Heydər Əliyev ideyalarının ən layiqli davamçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu inamı doğrultdu!

Və bu inam, bu etimad, bu qarşılıqlı güvən Azərbaycanı milli dövlətçilik tarixinin ən möhtəşəm günlərinə yetirdi!

Tarixinin ən güclü Azərbaycanı

Bu tarixi mərhələnin reallıqları gündən-günə abadlaşan, şəhərlərinin, kəndlərinin, qəsəbələrinin qiyafəsi dəyişən, insanlarının dolanışıq səviyyəsi yüksələn Azərbaycandır.

Bugünkü Azərbaycanın mənzərəsi vətənin geniş sinəsindən keçib bütün dünyaya doğru uzanan, xalqları, ölkələri, mədəniyyətləri birləşdirən yollardır, enerji-kommunikasiya xətləridir. Mədəniyyətlərarası dialoq, sülh və tolerantlıq, multikulturalizm məkanı kimi bütün bəşəriyyət üçün gözəl bir örnəyə çevrilmiş ölkədir.

Gündən-günə inkişaf edən iqtisadiyyatımızdır, bu inkişafdan gündəlik həyat və məişətində barınan, bəhrələnən vətəndaşlarımızdır. Azərbaycan cəmiyyətində təhsilə, elmə, texnologiyalara, innovasiyalara heç zaman olmadığı qədər artan maraqdır.

İnsan kapitalına qoyulan sərmayədir.

Bu mənzərə güclü ordumuzdur, düşmən üzərində bütün sahələr üzrə addım-addım qazandığımız üstünlükdür. Xalqın dəstəyinə arxalanaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ortaya qoyduğu siyasi iradədir. Aparılan köklü islahatlar, baş verən davamlı müsbət yeniliklər, hər keçən gün daha da yaxşıya doğru dəyişən həyatımızdır.

Tarixin ən güclü Azərbaycanının mənzərəsi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yerinə yetirilən layihələr, bəşəriyyətə təlqin olunan ali dəyərlərdir.

Bunların hər biri böyük bir tarixdir. Və bu tarixlər bir ümumi başlanğıcdan gəlir. Bu, 1993-cü ildə tariximizə qızıl hərflərlə yazılmış 15 İyun Milli Qurtuluş Günüdür.

Milli Qurtuluş Günü təkcə xalqın siyasi təlatümlərdən, ağır sosial-iqtisadi böhrandan xilas olduğu gün deyil. Qurtuluş Günü daha geniş ictimai-siyasi müstəvidə qavranılması vacib olan, mahiyyətində böyük fəlsəfi yön daşıyan böyük bir anlayışdır.

Bu günün mahiyyəti bütöv bir xalqın, dövlətin, ölkənin nicat fəlsəfəsidir!

Ölkəmizin yüksəliş formuludur!

Bu, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yazdığı kimi, xalqın, dövlətin taleyini dəyişən "Əsrə bərabər gün”dür.

Ona görə bu gün bizim üçün bu qədər dəyərlidir, əzizdir, əlamətdardır!

Və Azərbaycan xalqı, dövləti var olduqca, bu gün də yaşayacaq, tarixi mahiyyəti ilə keçmişimizə, bu günümüzə və gələcəyimizə işıq saçacaq!


Nurlana ƏLİYEVA,

Bakı Slavyan Universitetinin rektoru, professor, YAP Qadınlar Şurasının sədri

loading...
loading...
Motosiklet sürücüləri xəstəxana morquna basqın etdi - SƏBƏB
"Yoldaşıma deyirəm ki, sənin qadanı alım, kül təpənə, mənim nəyimi sevirdin?"
Moskvadakı Azərbaycan diasporu: Səfirin pessimistliyi, soydaşlarımızın optimistliyi haradandır?
"Rusiyadan ölkəmizə gələn turistlərin sayı artır, ötən il 900 min rusiyalı Azərbaycanda olub"
Canlı yayımda rəzalət - 74 yaşlı ərinə hamamdaca xəyanət etdi...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Sığorta şirkəri sübut tələb etdi, dəfn mərasimi 9 gün gecikdi- FOTOLAR
Cəmiyyət
“Bunu elə tənzimləmək lazımdır ki, sui-istifadə hallarına yol verilməsin...”
Cəmiyyət
“Qabaqlar otelə girəndə taxtabitinin əlindən yatmaq olmurdu, indi isə...”
Köşə
Məni söyəndə, sənin əlinə zurna verirlər?..
Cəmiyyət
“Alberti unutmadıqlarına görə hər kəsə təşəkkür etmək istəyirəm...”
Həftənin ən çox oxunanları
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
"Ölkədə bütün danaları kəssən, 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
Cinsi istəyinin qarşısını ala bilməyən qadınlar: Səbəbləri, əlamətləri, müalicəsi...
"Sən dediyin kimi "mama roza" olsaydım, ən birinci xalan qızı Könül Əzizi çıxardardım..."
Suraxanının yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı...
"Cəmiyyətin 30 faizi itinə də toy edir, 70 faizsə özünə toy edə bilmir, hər məmur sevgilisinə bir veriliş açıb"
"Səhərə kimi Kərimin kişi sevgilisinin yanından evə qayıtmasını gözləyirdim" - VİDEO
Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO
Narkotik satmaq istəyən Şəkiyə gəlsin: Rayon əhalisi də şokda, polis-prokurorluq da...
“Kişi kişi ilə sevişib-yatır, kimə ərə gedim?" - FOTOLAR
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247