Xəbər lenti
21/10/2019 [12:53]:
Azərbaycan şəhərində PKK-ya abidə qoyuldu - FOTO
21/10/2019 [12:50]:
"Siyahıyaalınmaya ayırılan 23 milyon manatla böyük sistem qurmaq olardı, təəssüf ki..."
21/10/2019 [12:49]:
Oksana: “Onları kişi saymıram”
21/10/2019 [12:46]:
Vladimir Solovyev: "Azərbaycanı sarsıtmaq alınmayacaq"
21/10/2019 [12:44]:
Sürücülərlə bağlı yeni - QƏRAR
21/10/2019 [12:41]:
"Bu cür iş yerlərinin açılmasında iş adamlarından daha çox mən sevinirəm ki..."
21/10/2019 [12:40]:
Etiraz aksiyalarında ölənlərin sayı 8-ə çatıb
21/10/2019 [12:40]:
Metyu Brayza: "Əgər ABŞ Konqresi NATO-nun müttəfiqini düşmən hesab edirsə, dünya ağlını itirib"
21/10/2019 [12:38]:
“Pakistan prezidentinin Azərbaycana gəlişi, verəcəyi bəyanatlar olduqca önəmlidir, çünki…”
21/10/2019 [12:38]:
Bərdədə ailə zəncirvari qəzaya düşdü: Beş yaralı
21/10/2019 [12:33]:
“Ərdoğanın siqaretlə bağlı çıxışının qarşısında dəhşətə gəldim...” - VİDEO
21/10/2019 [12:17]:
“Təəssüf ki, biz hələlik Qarabağdakı  qanunsuz “seçki”ləri durdurmaq iqtidarında deyilik...” 
21/10/2019 [12:07]:
Bu ərazidə qaz olmayacaq
21/10/2019 [12:05]:
Şagirdlərin elektron yerdəyişməsinə başlanıldı
21/10/2019 [11:59]:
Hulusi Akar sərt DANIŞDI: “Bu alçaqlara qarşı yalnız döyüş meydanında deyil...”
21/10/2019 [11:54]:
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
21/10/2019 [11:46]:
Bakıda 18 ildən sonra doğulan uşağı öldürən həkimlə bağlı qərar verildi
21/10/2019 [11:45]:
“Hökumət elə davranır ki, sanki bu hadisələr Azərbaycanda yox, Cənubi Amerikada baş verir”
21/10/2019 [11:36]:
Stalinin qəbuluna 3 gündən sonra gələn əyyaş general – Faşistləri məğlub edən Popovu içki məğlub edib
21/10/2019 [11:31]:
ABŞ-ın İllinoys Universitetinin professoru ADAU-da intensiv kurslara başlayıb
21/10/2019 [11:31]:
Erməni qəzetinin redaksiyasına basqın edildi: İttiham edilən yenə də türklər oldu...
21/10/2019 [11:29]:
Rusiya azərbaycanlıları İttifaqının mərkəzi apparatı Sankt Peterburqa səfər edib
21/10/2019 [11:25]:
Mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərin diqqətinə - Həkim MƏSLƏHƏTİ
21/10/2019 [11:21]:
“O, məni yaşamağa qoymur, hər gün onunla danışıram...”
21/10/2019 [11:13]:
Azərbaycanlı Kanada parlamentinə namizəddir - FOTO
21/10/2019 [11:04]:
Ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verildi
21/10/2019 [11:03]:
Məhkəmə Suriyadakı döyüşlərdə iştirak edən azərbaycanlı ilə bağlı qərar verdi
21/10/2019 [10:58]:
Rusiyada faciə: Matəm elan olundu
21/10/2019 [10:47]:
BMT-dən Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı - BƏYANAT
21/10/2019 [10:45]:
Türkiyə ordusu Suriyanın Ras-el-Ayn şəhərini tam nəzarətə aldı
21/10/2019 [10:43]:
10 manata 3 aylıq limitsiz internet - Azərbaycanda Instagram dələduzluğu - VİDEO
21/10/2019 [10:43]:
Sən prokurorsan, yengə deyilsən!
21/10/2019 [10:41]:
Azərbaycanda yeni zavod açılır: “RUS AZERİ SPİRTS” zavodu Qusarda fəaliyyət göstərəcək
21/10/2019 [10:40]:
Seksual manyak peyda oldu - Polis hər yerdə onu axtarır
21/10/2019 [10:40]:
“Millət vəkili, ziyalı kimi onlara dəstək olmağa hazıram...”
21/10/2019 [10:39]:
Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb
21/10/2019 [10:38]:
“Bütün bunlar bəzi dairlərin heç də könüllərinə xoş gəlmir və çalışırlar ki..."
21/10/2019 [10:36]:
Xalq artistinin həyat yoldaşı vəfat etdi
21/10/2019 [10:35]:
Türkiyəli iş adamı ABŞ-da itkin düşdü, konsulluq ayağa qalxdı -FOTO
21/10/2019 [10:34]:
Azərbaycanda ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verilib
21/10/2019 [10:29]:
Azərkitab Kitab Mərkəzi” ilə Adıgözəl Məmmədov arasında müəllif lisenziya müqaviləsi imzalanıb
21/10/2019 [10:25]:
Ölkə başçısının tapşırığına qarşı çıxan, islahatları əngəlləyənlər... - MÜRACİƏT
21/10/2019 [10:20]:
Elnarə Abdullayevadan qalmaqallı sözlər: “Gəlin qayınananın sözünü “yeyə” bilmirsə...”
21/10/2019 [10:14]:
“Şişirdilmiş rəqəmlərə şərait yaradanlar da məsuliyyət daşımalıdır”
21/10/2019 [10:11]:
Əbu-Dabidə 8 min il yaşı olan mirvari nümayiş olunacaq
21/10/2019 [10:10]:
Müstəqilliyin şərəfinə on minlərlə insan bir araya gəldi - Video
21/10/2019 [10:09]:
Kadırov İŞİD terrorçularını qarşılamağa hazılaşır
21/10/2019 [10:08]:
22 yaşlı gənc üçüncü mərtəbədən yıxıldı
21/10/2019 [10:06]:
Düşmən atəşkəsi 22 dəfə pozdu
21/10/2019 [10:01]:
“Beşiktaş”da yeni prezident seçildi
21/10/2019 [10:01]:
Pakistan prezidenti Azərbaycana səfər edəcək
21/10/2019 [09:59]:
Ziyalılar cinsi azlığın telekanallara çıxarılmasına son qoyulmasını tələb etdilər: “Belə insanlar güllələnməlidir!”
21/10/2019 [09:58]:
Ermənilər Cəbrayılı artilleriya atəşinə tutdular - FOTOLAR
21/10/2019 [09:51]:
Amerika hərbçiləri qoyub qaçdıqları bazalarında ruslara söyüş yazdılar...-FOTOLAR+VİDEO
21/10/2019 [09:34]:
Rusiyalı ekspert: “Türkiyə real döyüşlərdə Yaxın Şərqin istənilən ordusunu boğar”
21/10/2019 [08:36]:
İşğal altındakı Xaçınçay su anbarında balıqlar kütləvi şəkildə ölməyə başladı...- FOTO+VİDEO
21/10/2019 [07:43]:
Türmədə Quran hafizi kursları açıldı…  –İbrətamiz-FOTOLAR+VİDEO
21/10/2019 [06:46]:
“İmam Hüseynin (ə) su içə bilmədiyi yeri görməyə gəldim”- İrlandiyalı xristian xanım
21/10/2019 [01:43]:
Bunları yeməyi həmişəlik unudun! - Dietoloqlar siyahı hazırladı
21/10/2019 [00:18]:
"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?
21/10/2019 [00:13]:
Xüsusi təyinatlıların “vor zakon”un evinə hücumu... - FOTO/VİDEO
21/10/2019 [00:09]:
Cavid Hüseynov: “ “Zirə” çox asan qollar buraxır”
21/10/2019 [00:08]:
Vilayət Eyvazov generalı vəzifəsindən azad edərək təqaüdə göndərdi
21/10/2019 [00:03]:
Xocavənddə top mərmiləri tapılıb
20/10/2019 [23:15]:
Mirşahin Gültəkin Hacıbəylinin səs yazısını yaydı - VİDEO
20/10/2019 [23:09]:
Ermənistandan uçan təyyarələr Afrikaya necə silah daşıyıb...
20/10/2019 [23:07]:
Abşeronda taksi 60 yaşlı kişini vurdu
20/10/2019 [22:31]:
Alimlər xoruldamanı sağlamlığa təhlükə hesab edir: Ürək ritmi pisləşir və insult ehtimalı artır...
20/10/2019 [22:27]:
Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu
20/10/2019 [22:25]:
"Xalqla Ordu əl-ələ" devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib - FOTO
20/10/2019 [22:02]:
Azərbaycan əsilli milyarderin aktivləri dondurulur
20/10/2019 [21:53]:
Müdafiə nazirinin soyadını səhv yazan Tramp tvitini silməli olub
20/10/2019 [21:20]:
Rusiyada radiasiya qalmaqalı: Moskvanın cənubunda radioaktiv sızıntının mövcudluğu gizlədilir?
20/10/2019 [21:13]:
Amerika mediası Rusiyadakı atəşfəşanlıqdan yazır: "Bəlkə Tramp həqiqətən də Rusiyanın agentidir?”
20/10/2019 [21:03]:
Balıqçının toruna 80 kiloqramlıq balıq düşdü - FOTOLAR
20/10/2019 [20:58]:
Prezidentdən "Qordi düyünü" ilə bağlı tapşırıq: "Yaxın günlərdə problem çözüləcək..."
20/10/2019 [20:54]:
Futbol matçı zamanı paraşütçü stadiona eniş etdi - VİDEO
20/10/2019 [20:44]:
Gəncə sakini bıçaqla özünə xəsarət yetirib
20/10/2019 [20:42]:
Gəncədə kişi özünü yandırdı
20/10/2019 [19:47]:
"Avropa İttifaqının bəyanatında onlarla insanın saxlanması barədə verilən məlumat yalandır"
Bütün arxiv bir sırada
18/06/2019 [12:54] - Cəmiyyət - ( 2979 dəfə baxılıb)

"Anaların yuxusuz gecələri hədər getməyib..."




Keçən ilin avqust ayının 31-də Qubadlı rayonunun işğal günü ilə bağlı sosial şəbəkələrdə rastlaşdığım bir şəkil məni gerçək mənada diksindirdi. Bir anlıq beynimdə nə baş verdiyini anlamağa çalışdım. Sanki bu şəkil mənimlə danışır, yaddaşımı oyatmağa çalışırdı.

Qubadlının işğal olunduğu gün şəhid olan bu zabitin şəkili təxminən 25 il öncə çəkilmişdi. Şəkildə gördüyüm gənc zabit mənə o qədər tanış, doğma gəlirdi ki, gözümü yayındıra bilmirdim. Onu hardan tanıyıram? Əsgər yoldaşlarımdandır yoxsa tələbə yoldaşlarımdan deyə xatırlamağa və yaddaşımı silkələməyə çalışdım. Adından çox soyadı tanış gəlirdi. Bədəlov...

Üzərindən uzun zaman keçsə də əsgərlik illəri yaddaşdan silinmir. Xatirələrə əbədi həkk olur. Adətən əsgərlikdə hamı bir-birini soyadla çağırdığı üçün əsgər yoldaşlarımdan biri olacağına şübhəm qalmamışdı. 
Bəlkə də 15 ildən çox idi əsgərlik foto albomumu açmamışdım. Hətta elə qapalı qutuya qoymuşdum ki, onu tapıb çıxarmaq özü xeyli vaxt və zəhmət tələb edirdi. Narahatlıqla foto albomu axtara-axtara statusu paylaşan Kamil Bədəlovdan da xahiş etdim ki, şəkildəki Nadir Bədəlovun harada əsgərlik çəkdiyini öyrənib mənə yazsın.


Bir neçə dəqiqədən sonra həm Kamilin yazdıqlarından, həm də əlimdə tutduğum albomdan məlum oldu ki, bu, elə həmin Bədəlovdur... Təbəssümlü nurlu üzü, gülümsəyən gözləri mənə baxırdı. Şirin zarafatları, özünəməxsus danışıq tərzi, səsi bir anda qulaqlarımda cingildədi. 
İnana bilmirdim. Necə ola bilər ki, 25 il ərzində bu xəbərə rast gəlməmişəm?

1992-94-cü illərdə hər gün aldığımız şəhid xəbərlərinə öyrəşdiyimizə görə o vaxt belə xəbərlərə daha təmkinli yanaşırdıq. Qisasını dərhal alacağımıza inanırdıq və alırdıq. Amma indi, illər sonra bu xəbərin altında əzildiyimi, aciz qaldığımı dərk edirdim. Saniyələr içərisində Nadirlə səssizcə danışırdım. Nadir sanki bu gün şəhid olmuşdu.

Onun və onun kimi şəhid qardaşlarımızın qisasını almaq bizə nəsib olacaqmı? 
Bu cavabsız sualın altında boğulurdum. Tefefonda bacısının səsini eşidəndə sankı qulaqlarım və nitqim batmışdı. Nə qədər etsəm də səsim boğazımda düyünlənib qalmışdı. Bir neçə dəfə cavab verməyə cəhd etsəm də səsim çıxmırdı. Heç nə deyə bilmirdim. Bir neçə dəqiqə içərisində elə bir duyğulu, kədərli anlar yaşadım ki, hətta ailə üzvlərim də məni təəcüb və heyrətlə seyr edirdi. Sanki illər sonra Nadir üçün axıtdığım göz yaşı ilə qəlbim təsəlli tapmışdı.

Nadirlə 1985-1987-ci illərdə Almaniyada hərbi xidmətdə tanış olmuşdum. Mən Bakı Dövlət Universitetində, o isə Politexnik İnstitutunda tələbə idi. Nadir çox mədəni, mehriban, xoşxasiyət, dostcanlı, dürüst bir oğlan idi. Heç kəsi incitməzdi, heç kimə pislik etməzdi, kimsənin qəlbini qırmazdı. Nümunəvi davranışı ilə dostlar arasında çox hörmət qazanmışdı.

Bir-birimizə nə zarafat etsək təbəssümlə qarşılıq verərdik. Heç inciməzdik zarafatlardan. Həmişə məni məcbur edirdi ki, sən gitarada Azərbaycan musiqilərini ifa et, mən isə oxuyacam. İstirahət vaxtı belə əylənirdik. Guya əsgərlərə konsert verirdik. Mən gitarada ifa edirdim, o isə necə gəldi mahnılarımızdan oxuyurdu. Hətta rusları, erməniləri, gürcüləri, özbəkləri, türkmənləri də çağırıb oturdurdu ki, siz də dinləyin, əl çalın, rəqs edin. Nadir başdan-başa xoş auralı gənc idi. Onun üzünə baxanda qarşıdakının yorğunluğu çıxırdı.

Əsgərliyi ondan 6 ay tez bitirdim. Bir-birimizi istədiyimiz vaxt tapıb görüşmək üçün indiki kimi mobil telefon, internet yox idi. Hərbi xidmətdən sonra hərdən təsadüfən görüşürdük. Amma asudə oturub dərdləşməyə çox vaxt olmurdu. Hər dəfə qarşılaşanda, “bir gün rahat görüşərik” deyib ayrılsaq da, heç rahat görüşmək üçün zamanımız olmadı. Tələbə həyatı, imtahanlar bir tərəfdən, digər tərəfdən də Qarabağda başlayan hərbi-siyasi gərginlik hərəmizi bir yerdə məşğul etmişdi.

1980-ci illərin sonunda qayğısız, böyük arzularla aşıb-daşan enerjili gənclik illərimizin xoşbəxt anları çox qısa çəkdi. Qarabağda alovlanan qanlı müharibə, ağrı-acılı olaylar başımızı elə qatdı ki, bir də baxıb gördük artıq o illədən yalnız xatirələr qalıb.

Nadir çox dəyərli gənc idi. İnstitutu bitirdikdən sonra onun zabit kimi orduya getdiyindən və 25 il öncə şəhidlik zirvəsinə yüksəldiyindən xəbərsiz idim. Nədənsə onu Zəngilan rayonundan olan başqa bir əsgər yoldaşımla səhv salmışdım. Zəngilanlı dostlarımın çoxundan onu soraqlamışdım. Amma tanıyan olmamışdı. 1993-cü ildə Ağdam işğal ediləndən sonra məni heç axtarmadığına görə bəzən onu qınadığım vaxtlar da olmuşdu. Niyə mənimlə maraqlanmadığına görə hətta ondan incimişdim.

Nadir Ərşad oğlu Bədəlov Azərbaycanın qəhrəman oğullarındandır. Qubadlının müdafiəsində ən sonuncu istehkamlardan biri onun komandanlığı altında olub. Ona etibar edilən döyüş mövqeyini son anadək tərk etməyən, vətəni canı bahasına qəhrəmanlıqla qorumağa çalışan 26 yaşlı gənc komandir şəhid olanadək vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirib. Qubadlını özü deyil, yalnız cansız bədəni tərk edib.

Bu gün şəhid qardaşım, əziz dostum Nadirin doğum günüdür. Şəhidlərin müqəddəs ruhu hər zaman onu xatırlayanların, doğmalarının, dostlarının, həmvətənlərinin yanında olur. Edilən duaları eşidir, duyur. 
Hər fürsət tapdıqca dostlarla birgə Nadirin məzarını ziyarət edirəm. Xəyalən özü ilə danışır, ruhuna dualar oxuyur və əziz xatirəsini qəlbimdə yaşadıram. Nadir Bədəlov torpağı vətənə çevirən igidlərin ön sırasındadır.

Şəhidləri dünyaya gətirən, böyüdən anaların yuxusuz gecələri hədər getməyib. Allah hər anaya igid oğul anası olmağı qismət etmir. Nadirin də anası ən dərin ehtirama, sayğıya layıq analardandır. 26 ildir oğul həsrəti ilə əriyən o ağsaçlı anamızın əllərindən öpür və uca Allahdan sağlıqlı uzun ömür arzulayıram. 
Nadir qardaşımızın o pak ruhuna salam olsun!

Nesimi Memmedli

loading...
loading...
"Siyahıyaalınmaya ayırılan 23 milyon manatla böyük sistem qurmaq olardı, təəssüf ki..."
Dəmlədikləri çay sonları oldu - DƏHŞƏT...
Çirkli hava baxın nəyə səbəb olur - QORXUNC ARAŞDIRMA
İtkin düşdükdən 22 il sonra cəsədi tapıldı - MARAQLI
Büstqalterdən imtina təhlükəlidir - Xüsusən iri sinəli qadınlar bilməlidir ki...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Müsahibə
"Bu cür iş yerlərinin açılmasında iş adamlarından daha çox mən sevinirəm ki..."
Cəmiyyət
“Ərdoğanın siqaretlə bağlı çıxışının qarşısında dəhşətə gəldim...” - VİDEO
Köşə
Sən prokurorsan, yengə deyilsən!
Müsahibə
“Şişirdilmiş rəqəmlərə şərait yaradanlar da məsuliyyət daşımalıdır”
Cəmiyyət
Bunları yeməyi həmişəlik unudun! - Dietoloqlar siyahı hazırladı
Həftənin ən çox oxunanları
Nə yaraşıq, nə pul,... . Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş.. -FOTO
“Ayaz Mütəllibovu, Elçibəyi necə yıxmışdılarsa, İlham Əliyevi də eləcə yıxmaq istəyirlər...”
“Paşinyan İlham Əliyevlə razılığa gəlib ki, Dağlıq Qarabağ...”
Bakıda oteldə qadının başı kəsildi - Cinsi əlaqəyə girmədiyi üçün - VİDEO
Türk F-16-ları Suriyanı bombaladı, Ermənistan təlaşa düşdü...
Səudiyyə kralına hədiyyə etdiyi Kamçatka qızılquşu Putini utandırdı - VİDEO
Vilayət Eyvazova ağır itki üz verdi
Avtomobili olanlara şad xəbər - Azərbaycanda YENİLİK
ABŞ kəşfiyyatının hesabatında Qarabağ probleminin 5 həll variantı üzə çıxdı…
“Bu, Azərbaycan ordusu üçün sonuncu fürsət ola bilər”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247