Xəbər lenti
17/11/2019 [12:35]:
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
17/11/2019 [12:18]:
Qalx ayağa, millət, boğmasınlar səsimizi!
17/11/2019 [12:10]:
Ateist, üç ildən sonra "MƏN ALLAHAM" avtomobil nömrəsini aldı- FOTO
17/11/2019 [12:07]:
ABŞ-dan İrandakı etirazçılara dəstək: “Həmişə yanınızdayıq…”
17/11/2019 [12:05]:
Azərbaycan millisinin üzvündən baxımlı qol - VİDEO
17/11/2019 [11:47]:
Azərbaycanda qız ərinin sevgilisini küçənin ortasında cəzalandırdı - VİDEO
17/11/2019 [11:40]:
Benzin ikiqat bahalaşdı, İranı etirazlar və iğtişaşlar bürüdü - VİDEO
17/11/2019 [11:38]:
Millinin futbolçusu: “Xaricdən təklif gəlsə mütləq dəyərləndirəcəm”
17/11/2019 [11:33]:
Zaur Baxşəliyev yeni biznesə girişdi - Özünə şirkət açdı
17/11/2019 [11:29]:
Azərbaycanda Milli Dirçəliş Günüdür
17/11/2019 [11:25]:
Azərbaycanlı millət vəkilinə növbəti ağır itki
17/11/2019 [11:23]:
Ermənilərin erməniləri güldürən xəritəsi – FOTO
17/11/2019 [11:20]:
"İnsanın savadsızlığına da, cahilliyinə də göz yumub birtəhər onunla yanaşı yaşamaq olar, amma..."
17/11/2019 [11:09]:
Ermənistanda xüsusilə ağır cinayətlərin sayı artıb
17/11/2019 [11:05]:
Banqladeşdə yaşayış binasında partlayış olub, ölənlər və xəsarət alanlar var
17/11/2019 [10:53]:
“SİRAB” ASC-nin İdarə Heyətinin sədri "SİRAB"a qarşı qərəzli kampaniyanı QINADI...
17/11/2019 [10:45]:
Suraxanının yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı...
17/11/2019 [10:44]:
Kraliçanın gəlini hersoqinya oldu, vətəndaş ola bilmədi - FOTO
17/11/2019 [10:43]:
Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO
17/11/2019 [10:31]:
Ermənistandakı Artur Qarabağdakı Arturla görüşdü...- Ortalıqda pul söhbəti var!..
17/11/2019 [10:31]:
Məşhur müğənninin yaşadığı villa fantastik qiymətə satışa çıxarıldı - VİDEO
17/11/2019 [10:30]:
Belarusda parlament seçkiləri keçirilir
17/11/2019 [10:07]:
Bakıda taksi sərxoş piyadanı vurub, vəziyyəti ağırdır
17/11/2019 [09:51]:
Bakıda avtomobil körpüdən aşıb - Sürücü tapılmır -FOTO
17/11/2019 [09:49]:
Trampın tibbi müayinəsinin nəticəsi açıqlandı
17/11/2019 [09:47]:
Ekoloji təyyarələr istehsal olunacaq
17/11/2019 [09:42]:
Mehriban Əliyeva xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edib
17/11/2019 [09:41]:
Boliviyada baş verən toqquşmalarda 23 nəfər həlak olub
17/11/2019 [09:39]:
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
17/11/2019 [09:27]:
Bakıda xanım sürücü ağır qəza törətdi - VİDEO
17/11/2019 [09:22]:
Doqquz yaşlı qız internetin yeni fenomeni oldu - VİDEO
17/11/2019 [08:46]:
Düyünlü işlərinizin açılması üçün hər gün Allahın bu adını 77 dəfə zikr edin...
17/11/2019 [00:07]:
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
17/11/2019 [00:04]:
Çox yemək ölüm, ac qalmaq şəfadır - Yapon aliminin kəşfi AUTOFAGİYA...
16/11/2019 [23:55]:
Ukrayna çempionu yolu qulaqcıqda keçdiyi üçün qatarın altında qaldı
16/11/2019 [23:52]:
Türkiyə yenə silkələndi
16/11/2019 [23:50]:
Aqşin Yenisey xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
16/11/2019 [23:44]:
Ermənistanda 4-ü uşaq olmaqla 5 nəfər dəm qazından zəhərlənərək ölüb
16/11/2019 [23:22]:
75 yaşlı aktrisa sinə dekoltesi ilə göz qamaşdırdı - FOTOLAR
16/11/2019 [23:16]:
İŞİD-in daha 615 üzvü təslim oldu
16/11/2019 [23:00]:
Brüsseldə siqaret kötüyünü yerə atanlar 200 avro cərimələnəcək
16/11/2019 [22:45]:
“Rusiya Ermənistandakı bazanı Türkiyəyə qarşı...” – İrəvandan şok açıqlama
16/11/2019 [22:41]:
Viski gənclik mənbəyi olmasa da onkoloji xəstəlikdən qoruyur - Alimlərdən araşdırma...
16/11/2019 [22:40]:
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16/11/2019 [22:34]:
Satıcı ilə polis arasındakı davada kimsəsiz uşaqlar “qazandı” - FOTO
16/11/2019 [22:14]:
Könül Kərimova: "Adam müğənni qız alar?"
16/11/2019 [22:11]:
İraq İranla sərhədi bağladı
16/11/2019 [22:08]:
İdman salonunda əlbəyaxa dava - MARAQLI...+ VİDEO
16/11/2019 [22:02]:
“17 noyabrdan başlanan Hərəkatda Azərbaycan milisinin xalqla birliyinin bariz nümunəsini gördük...” 
16/11/2019 [21:50]:
Rusiyada oğrular bankomatı havaya uçurdular - İNANILMAZ...+ VİDEO
16/11/2019 [21:44]:
Yalnız Aşıq Şəmşirin varisi deyil, həm də Azərbaycan saz-söz sənətinin təəssübkeşi...
16/11/2019 [21:33]:
Avtomobilin yanacaq çənindən baxın nə çıxdı - AĞLASIĞMAZ...
16/11/2019 [21:29]:
Hindistanda quşlarla toqquşan “MiG-29K” qırıcısı qəzaya uğrayıb
16/11/2019 [21:16]:
Ağcabədidə mikroavtobusla minik maşını toqquşub, xəsarət alan var
16/11/2019 [21:12]:
Azərbaycan - Uels oyunu başlayıb
16/11/2019 [21:10]:
Gürcüstan parlamentinin qarşısında növbəti aksiya keçirilir
16/11/2019 [20:53]:
Almaniya “Mühacir alveri” qurbanlarının işinə yenidən baxa bilər
16/11/2019 [20:31]:
Evdə işləyən usta naməlum səbəbdən öldü
16/11/2019 [20:29]:
Azərbaycan və Uels millilərinin start heyəti açıqlandı
16/11/2019 [20:28]:
İranda benzinin bahalaşması ilə bağlı etiraz aksiyasında bir nəfər ölüb -YENİLENİB
16/11/2019 [20:17]:
SOCAR “Azəristiliktəchizat”ın borclu olmasına baxmayaraq əhalini soyuqda qoymadı
16/11/2019 [20:13]:
“Altın Kelebek”in simasının Bakıda geyindiyi geyimin qiyməti bilindi - FOTO
16/11/2019 [20:11]:
Bakıda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb
16/11/2019 [19:30]:
“Radikal müxalifət uzun müddətdir mühacir biznesi, həm də siyasi məhbus alverilə məşğul olur”
16/11/2019 [19:15]:
İraqda İŞİD-in iki lideri məhv edilib
16/11/2019 [19:08]:
Gəncədə ana övladı ilə dəm qazından zəhərlənib
16/11/2019 [18:59]:
Paşinyan generalları topladı
16/11/2019 [18:57]:
Suriyanı qana bulayan ailə Moskvada milyonluq mənzillər alır və Avropada kef-səfa sürür - FOTOLAR
16/11/2019 [18:31]:
Əhilləşdirdiyi it hərbçini öldürdü
16/11/2019 [18:23]:
Azərbaycanın general-polkovnikləri (SİYAHI)
16/11/2019 [18:17]:
ABŞ sərhədçisi Meksikadan ölkəyə girmək istəyən Rusiya vətəndaşını güllələyib
16/11/2019 [18:05]:
“Şaban” haqqında sənədli film çəkildi
16/11/2019 [18:01]:
“Biz bu məktəblərin sayını artırmalıyıq, çünki...”
16/11/2019 [17:52]:
"Sən dediyin kimi "mama roza" olsaydım, ən birinci xalan qızı Könül Əzizi çıxardardım"
16/11/2019 [17:51]:
"Bir həftə Bakıda qalsam, Miri Yusif kimi Xalq artisti olaram” – Cem Yılmaz
16/11/2019 [17:48]:
“Gürcü və Azərbaycan xalqlarını sıx dostluq birləşdirir”
16/11/2019 [17:46]:
Marketdə bir ailənin dörd üzvü güllələndi - VİDEO
16/11/2019 [17:41]:
Xaçmazda evli kişi tələbə qızı qaçırtdı - Azərbaycanda ŞOK OLAY - FOTOLAR
16/11/2019 [17:25]:
ABŞ-ın Ukraynadakı sabiq səfiri Mari Yovanoviç öz təhlükəsizliyinə görə narahatdır
16/11/2019 [17:18]:
“Sevgisiz həyat mənə mənasız gəlir”
Bütün arxiv bir sırada
19/06/2019 [11:46] - Cəmiyyət - ( 898 dəfə baxılıb)

Sosial dəyərlərə çevrilən iqtisadi dəyərlər...



Cari ildə imzalanan müxtəlif sənədlər ümumilikdə bütün əhali kontingentini əhatə edəcək

Azərbaycan prezidenti İlham Əliyev ötən gün əhalinin sosial rifahının gücləndirilməsinə yönələn növbəti sənədlərə imza atıb. Bununla da İlham Əliyev son dövrlər iqtisadi sahədə aparılan islahatlar nəticəsində əldə olunan gəlirlərin əhalinin sosial rifahına yönəldiləcəyi vədinə sadiqliyini yenidən nümayiş etdirib. 

Söhbət ondan gedir ki, İlham Əliyevin 2018-ci il seçkilərindən sonra başlatdığı yeni islahatlar, xüsusilə vergi və gömrük sahələrində şəffaflığın təmin olunması ilə bağlı tədbirlər sosial rifahla bağlı yeni qərarlar üçün əlverişli zəmin yaratdı. Yaradılan  şəffaflıq büdcəyə daxilolmaların davamlı olaraq əhəmiyyətli dərəcədə artımları ilə müşahidə olundu.  Formalaşan yeni və əlavə maliyyə resursları İlham Əliyevin siyasi iradəsi ilə bilavasitə vətəndaşların sosial müdafiəsinə yönəldilməyə başlandı. 

Xüsusi vurğulamaq yerinə düşər ki, ən yüksək inkişaf səviyyəsinə malik istənilən iqtisadiyyatın ortaya qoyduğu nəticələr cəmiyyətin sosial ehtiyaclarının təmininə yönəlməyibsə, onda o, özünəqapalı bir sistem olaraq qalır. Burada əsas məsələ - iqtisadi sahədə əldə olunan dəyərlərin effektiv şəkildə sosial dəyərlərə çevrilməsinə bağlıdır. Və İlham Əliyev bunu etməkdədir...

Cari ilin arxada qalan 6 aya yaxın dövründə imzalanan müxtəlif sənədlər, sonuncu sərəncamlar da nəzərə alınmaqla, nəticə etibarı ilə bütün əhali kontingentini əhatə edir desək, yanılmarıq...

Gəlin bunun məhz belə olduğunu görmək üçün cari ilin ötən dövrü ərzində verilən qərarlara ardıcıllıqla diqqət edək:

 

-  İlin əvvəlində şəhidlərin vərəsələrinə veriləcək 11 min manat ödənişlə bağlı məsələ tam həllini tapdı; cari ilin martın 1-dən şəhid ailələrinə verilən prezident təqaüdləri 242 manatdan 300 manata çatdırıldı; minimum əməkhaqqı əhəmiyyətli şəkildə, 38,4 faiz artırıldı; minimum pensiyaların məbləği də təxminən 38 faiz, bəzi kateqoriyalar üzrə daha çox artırıldı; təqribən 100 minə yaxın tələbənin təqaüdü artırıldı; Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət 220 manatdan 300 manata çatdırıldı; cari il aprelin 1-dən isə ümumilikdə 576,8 min nəfərə  yönələn sosial müavinətlərin və prezidentin aylıq təqaüdlərinin məbləğlərində əhəmiyyətli dərəcədə artımlar oldu;  ümumilikdə, 12 növ müavinətdə, təqribən 120-130 faiz arasında artım baş verdi;

 

-   Bundan başqa,  Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsi də genişləndi və I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Prezident təqaüdü təsis edildi;  həmçinin, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Prezident təqaüdü təsis olundu.


İlin əvvəlində imzalanan sənədlər və Prezident səviyyəsində yaxın gələcək üçün verilən bəyanatlar, işsizliyin və yoxsulluğun tam aradan qaldırılmasının hədəfləndiyi, əhalinin sosial güzəranının daha da yaxşılaşdırılmasının əsas vəzifə kimi qarşıya qoyulduğunu göstərirdi. Baxmayaraq ki, müəyyən dairələr bu siyasətin gözdən salınması üçün müxtəlif iddialar ortaya atırdılar və bu qərarların ötəri xarakter daşıyacağının davamlı olmayacağı iddia edilirdi.

Amma İlham Əliyev cəmi bir neçə ay sonra imza atdığı yeni sənədlərlə bu iddiaları alt-üst etmiş oldu.

Belə ki, prezident dünən statistik dillə ifadə etsək, 17 sənədə imza ataraq müxtəlif kateqoriyalar üzrə sentyabrın 1-dən əməkhaqqının əhəmiyyətli artımını gerçəkləşdirib.

Belə ki,

-  Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncamla  müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılıb;

 

-  Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları 20 faiz artırılıb;

-  Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması barədə sərəncamıla bu kateqoriyaya daxil olanların aylıq pul təminatı vəzifə maaşları orta hesabla 40 faizi həcmində artırılıb;

-  Dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb. Bura Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu daxildir;

- Müvafiq sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-  Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-  Dövlət başçısının digər sərəncamı ilə Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-  “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli Sərəncamında dəyişiklik edilməsi bərədə sərəncamla  Seçki Komissiyası üzvlərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib: Sədr – 3060 manat; Sədrin müavini – 2845 manat; Katib – 2110 manat; Mərkəzi Seçki Komissiyasının üzvü – 1920 manat.

-  Digər sərəncamla Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-  Müvafiq sərəncamla Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

- Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-  Sərəncamla Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-  Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-  Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-  Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb;

-   Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.

Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı digər ən mühüm sənəd isə minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamdır.  Sərəncama uyğun olaraq minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib.

Öncə qeyd edək ki, bu il Azərbaycanda minimum əmək haqqının məbləğinin artımını ehtiva edən sərəncama əsasən, 2019-cu il martın 1-dən 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırılmışdı. 
Sonuncu 40 faizlik artım isə bu il minimum əmək haqqında 2 dəfəyə yaxın artımın edildiyini ortaya qoyur ki, bu da indiyə qədər bir ilkdir. 

Bununla da Azərbaycan minimum əmək haqqının alıcılıq qabiliyyətinə görə MDB-də 2-ci yerdə qərarlaşacaq.  

Ümumilkidə 2006-2019-ci illər ərzində Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikası isə aşağıdakı kimidir:

-         2006-cı ilin oktyabrından - 30 AZN;

-         2007-ci ilin fevralından - 50 AZN;

-         2008-ci ilin yanvarından - 60 AZN;

-         2008-ci ilin avqustundan - 75 AZN;

-         2010-cu ilin sentyabrından - 85 AZN;

-         2011-ci ilin dekabrından - 93,50 AZN;

-         2013-cü ilin sentyabrından - 105 AZN;

-         2017-ci ilin yanvarından - 116 AZN;

-         2018-ci ilin yanvarından - 130 AZN;

-         2019-cu ilin martından - 180 AZN;

-         2019-cu ilin sentyabrından -250 AZN.

Bir ildə minimum əməkhaqqının iki dəfəyə yaxın artımının əsasən nələrə təsir edəcəyinə gəldikdə isə bundan sonra işəgötürənlər işçilərin əməyinin ödəniş sistemini 250 manatla - minimum əməkhaqqı ilə tənzimləyəcəklər və bu qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına müsbət təsir edəcək, minimum əməkhaqqı aztəminatlı təbəqələr üzrə artacaq və nəticədə ölkədə yoxsulluq həddi azalacaq,  qadınların orta aylıq əməkhaqqı kişilərin orta aylıq əməkhaqqına yaxınlaşacaq, orta aylıq əməkhaqqının artırılması əməkhaqqının ümumi daxili məhsulda xüsusi çəkisinin artmasına gətirib çıxaracaq və s.

Sadalanan faktlar bir daha isbat edir ki, Azərbaycanda iqtisadi dividentlərinin vətəndaşın rifahına yönəldilməsi, cəmiyyətin tərəqqisində bütün fərdlərin sosial-iqtisadi mənafelərinin bərabər təminatına nail olunması prinsiplərinə söykənən inkişaf strategiyası mükəmməl əsaslar üzərində bərqərar olub.

Azərbaycanda son dövrlərdə başladılan yeni aparılan islahatlar dalğası öz müsbət nəticələrini verməkdədir.  Əldə olunan nəticələr və əhalinin məmnunluğu islahatların davamlı olmasına və bu islahatlardan doğan, sosial rifaha yönələn yeni qərarların verilməsinə imkan yaradacaq…

Elman Babayev

loading...
loading...
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
Çox yemək ölüm, ac qalmaq şəfadır - Yapon aliminin kəşfi AUTOFAGİYA...
“Sevgisiz həyat mənə mənasız gəlir”
"Ümid edirik ki, dünyadakı yəhudi icmaları Ermənistanı bu abidəni sökməyə məcbur edəcəklər”
Serbiya prezidenti ürəyindəki problemə görə təcili hərbi xəstəxanaya yerləşdirildi
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Atatürkün oxşarları mübahisə etdi: “Ən çox mən oxşayıram...”
Dünya
ABŞ-dan İrandakı etirazçılara dəstək: “Həmişə yanınızdayıq…”
Cəmiyyət
Viski gənclik mənbəyi olmasa da onkoloji xəstəlikdən qoruyur - Alimlərdən araşdırma...
Dünya
İdman salonunda əlbəyaxa dava - MARAQLI...+ VİDEO
Dünya
Rusiyada oğrular bankomatı havaya uçurdular - İNANILMAZ...+ VİDEO
Həftənin ən çox oxunanları
Aygün Kazımova məhbəsdə ölüm ayağında olan qardaşına baş çəkdi - FOTO
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
"Türkiyə bundan sonra Qarabağda lövbər salmış "PKK"-nın üzərinə getməlidir..."
Yanvardan pensiyalar bu qədər ARTACAQ
“Bu məsələ açılsa, Rusiya üçün görünməmiş biabırçılıq olacaq...”
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
Taksi sürücüsü Əli Həsən 70 min avronu sahiblərinə qaytardı-İbrətamiz...-FOTO
“Onlar rus ordusunun hücumunu önləməyə qadir deyil”
Talış kəndinə 42 erməni ailəsi qaytarıldı- Düşmən yeni savaşdan ehtiyatlanmır?..
“Heç bir lider Ərdoğan qədər istədiyini əldə edə bilmədi...”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247