Xəbər lenti
21/09/2019 [01:26]:
Tramp İrana qarşı “ən yüksək səviyyəli sanksiya” tətbiq etdi: "Uşaqlar, başlayın..."
21/09/2019 [00:41]:
Nazirlikdən güclü küləklə bağlı XƏBƏRDARLIQ
21/09/2019 [00:40]:
Rusiya Ermənistanla dəmir yolu əlaqəsini kəsir
21/09/2019 [00:01]:
HDP həmsədri Səlahəddin Dəmirtaşın 4 il 8 aylıq həbsinə qərar verildi
21/09/2019 [00:00]:
Azərbaycanlı müğənni “Rihannasayağı” pozlarına görə tənqid edildi - FOTOLAR
20/09/2019 [23:59]:
Günəş sistemində partlayış
20/09/2019 [23:57]:
Ermənistan Qarabağda hərbi təlimlər keçirəcək - danışıqlardan bir gün sonra
20/09/2019 [23:57]:
Aşıqlar Elnarə Abdullayevanı dediyi "Xanımdan aşıq olmaz" sözünə peşman etdi - VİDEO
20/09/2019 [23:14]:
Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir
20/09/2019 [23:07]:
Nikahdankənar əlaqələrə görə 6 aylıq həbs cəzası - QANUN DƏYİŞİR
20/09/2019 [23:03]:
Raquf Orucovun xanımından şəhid polislərin ailəsinə dəstək- VİDEO
20/09/2019 [22:59]:
Dağıstanda həbsxanada məhkumlar qiyam qaldırdı - VİDEO
20/09/2019 [22:57]:
“Bu, yeni ərimdir” deyib, oğlumun qarşına çıxa bilmərəm” – FOTOLAR
20/09/2019 [22:53]:
Xırdalanda 7 yaşlı uşağı maşın vurdu
20/09/2019 [22:09]:
Mələk Heydərovadan bikinili FOTOLAR -(18+ layihə…)
20/09/2019 [21:41]:
“Sülh göyərçini” aksiyası çərçivəsində 246 nömrəli məktəb-liseydə tədbir keçirilib
20/09/2019 [21:33]:
Şəki şəhərində “Ziyalılarımızdan öyrənək” layihəsi çərçivəsində seminar keçirilib
20/09/2019 [21:24]:
"İki sahil" qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
20/09/2019 [21:23]:
Prezident İlham Əliyev: "Bundan sonra da neft gəlirləri sosial məsələlərə yönəldiləcək"
20/09/2019 [21:22]:
Məhkəmə Koçaryanı zaminə buraxmadı
20/09/2019 [21:19]:
Penitensiar Xidmət: İkram Rəhimov aclıq aksiyası keçirmir
20/09/2019 [21:19]:
ABŞ İran Milli Bankına sanksiya tətbiq edib
20/09/2019 [21:16]:
Telefonun bəxş etdiyi xəstəliklər - Alimlər həyəcan təbili çalır...
20/09/2019 [21:14]:
Hansı hallarda böyrəklərin təmizlənməsinə ehtiyac var? - ƏLAMƏTLƏR...
20/09/2019 [21:13]:
Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib
20/09/2019 [21:12]:
Prezident: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"
20/09/2019 [21:10]:
Prezident İlham Əliyev: “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir"
20/09/2019 [21:05]:
Azay Quliyev seçicilərini qəbul edib
20/09/2019 [20:10]:
Ermənistanda dələduz Sorosa abidə qoyuldu-"Bu, Paşinyan hakimiyyətinin rəmzidir"-FOTO+VİDEO
20/09/2019 [19:43]:
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib - FOTOLAR
20/09/2019 [19:38]:
Millət vəkili Əhməd Ağaoğlu ilə bağlı konfransda Türk dünyasına çağırış edib - FOTOLAR
20/09/2019 [19:32]:
AMİP Siyasi Şurasının növbəti iclası keçirilib
20/09/2019 [19:27]:
Qayda pozan piyadalara kim nəzarət edəcək? - Nazirlikdən Açıqlama
20/09/2019 [19:01]:
Gül almaq üçün dayandı, qəzaya səbəb oldu - FOTO
20/09/2019 [18:41]:
Aptekdən rüşvət alan müfəttiş işdən çıxarıldı
20/09/2019 [18:40]:
Kamal Abdulla Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb
20/09/2019 [18:18]:
Xaricdə nə qədər azərbaycanlı dini təhsil alır?
20/09/2019 [18:04]:
İlham Əliyev Elmin İnkişafı Fonduna icraçı direktor təyin etdi
20/09/2019 [18:03]:
İlham Əliyev maltalı həmkarını təbrik etdi
20/09/2019 [18:03]:
Deputat “Şöhrət” ordeni ilə təltif olundu
20/09/2019 [18:00]:
Ermənistanda istefa edəcək növbəti şəxslər kimlər olacaq? - ADLAR
20/09/2019 [17:43]:
BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb - FOTOLAR
20/09/2019 [17:38]:
16 yaşlı gənci qətlə yetirdilər- Şahidlər polisə zəng etmək əvəzinə, bunu telefona çəkdi-FOTOLAR
20/09/2019 [17:35]:
Kuryer məktəblini  intihardan xilas etdi -FOTO
20/09/2019 [17:30]:
Azərbaycanın yeni kamikadze PUA-ları - FOTO/VİDEO
20/09/2019 [17:28]:
Paşinyan atasını həbs etdirdi, Sərkisyan oğlunu general etdi
20/09/2019 [17:26]:
İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi
20/09/2019 [17:08]:
Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi
20/09/2019 [16:45]:
Qocalmağın qarşısını almağın sirri açıqlandı
20/09/2019 [16:45]:
Müdafiə Nazirliyində Kollegiya iclası - Zakir Həsənov Prezidentin tapşırıqlarını diqqətə çatdırdı
20/09/2019 [16:42]:
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
20/09/2019 [16:35]:
Arif Babayev təkrar əməliyyat olunacaq
20/09/2019 [16:32]:
"Qoşunlar irimiqyaslı döyüş əməliyyatları üzrə tapşırıqları uğurla icra ediblər"
20/09/2019 [16:29]:
Baş pediatr: "Azərbaycanda qızılca epidemiyası müşahidə olunmur"
20/09/2019 [16:27]:
Cavad Zərif: "İran müharibə istəmir"
20/09/2019 [16:00]:
Bakıda iki azyaşlı qıza təcavüz edən 43 yaşlı kişi məhkəmə qarşısında
20/09/2019 [15:59]:
“Mənimlə evləndiyi üçün onu Azərbaycana deportasiya etdilər...” - Belaruslu qız...
20/09/2019 [15:58]:
Bir neçə dəqiqəyə 90 milyon insan məhv ola bilər - Dəhşətli PROQNOZ
20/09/2019 [15:56]:
Ermənistanda kişi çatışmazlığı - Paşinyan ciddi problemi təlxək açıqlamaları ilə gözdən salır
20/09/2019 [15:55]:
“Qalib olacağıma ümidim yox idi, çünki...” - Müsabiqədə birinci yeri tutan kənd müəllimi...
20/09/2019 [15:46]:
“Böhtan və bu cür yaramaz hallar məsuliyyət yaradır...”
20/09/2019 [15:44]:
Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib
20/09/2019 [15:43]:
"Bir çox xarici güclər və onların yerli əlaltıları bu sazişin baş tutmasını istəmirdilər"
20/09/2019 [15:38]:
Bu da Rəfael Cəbrayılovun girovda olan deputat vəsiqəsi – Foto
20/09/2019 [15:35]:
"Mavi balina” oynayan yeniyetmə intihar edib
20/09/2019 [15:35]:
“Nar”-ın baş sponsorluğu ilə intellektual yarış start götürür
20/09/2019 [15:08]:
Dünya Kubokunda Azərbaycanın iki məşhur şahmatçısı üz-üzə
20/09/2019 [15:06]:
Uduzdurulan Hacı Əliyev: Hakimlərə haqqımı halal etmirəm - FOTO
20/09/2019 [15:05]:
Prezidentin tapşırığına Şəkidə 4 il 4 aydır ki, əməl olunmur
20/09/2019 [15:03]:
Bakıda daha bir sürücü yol polisinə hücum etdi - ANBAAN VİDEO
20/09/2019 [15:00]:
Rusiyada azərbaycanlıların olduğu mikroavtobus qəzaya uğradı: Ölənlər var
20/09/2019 [14:52]:
Aqrar sektorda 200-ə yaxın vergi ödəyicisinin fəaliyyəti aktivləşdirilib
20/09/2019 [14:49]:
Orduda psixoloqların sayı artırılır: Əsgərlərin “dəli olmaq” ehtimalını önləmək üçün..!
20/09/2019 [14:49]:
“Qarabağ” 70-ci pillədə qərarlaşıb –UEFA klub reytinqi
20/09/2019 [14:46]:
Heydər Əliyev prospekti istiqamətində hərəkət tam məhdudlaşdırılacaq
20/09/2019 [14:44]:
Azərbaycanın qadın cüdoçusu Qran-pridə finala yüksəlib
20/09/2019 [14:42]:
Hava kəskin soyuyacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
20/09/2019 [14:38]:
"İndiyədək mühafizəyə cəlb olunan heç bir yaşayış evi və digər obyekt sahibi zərərçəkmişə çevrilməyib"
20/09/2019 [14:35]:
"Əsrin müqaviləsi" imzalanandan indiyədək Azərbaycana 265 mlrd. dollar investisiya yatırıldı
20/09/2019 [14:33]:
Hərəkətin təhlükəsizliyinə zəmanət gücləndirilir
Bütün arxiv bir sırada
19/06/2019 [12:41] - Siyasət - ( 1053 dəfə baxılıb)

"Yalnız Rotşildlər deyil, bütün güclü maliyyə-bank qurumları dəvət olunmalıdır"




Azərbaycan hökuməti dünyaca məşhur Rotşild ailəsi ilə əlaqələri genişləndirir. Bir müddət əvvəl ölkə prezidenti Fransaya rəsmi səfəri çərçivəsində Rotşild qrupunun rəhbərləri ilə görüşüb. Ardından bu ilin martında birinci vitse-prezident Mehriban Əliyeva Fransaya rəsmi səfəri çərçivəsində “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşüb.

Görüş zamanı əldə olunmuş razılaşmaya əsasən, beynəlxalq maliyyə bazarları üzrə məsləhət xidmətlərində yüksək nüfuza və geniş təcrübəyə malik olan “Rothschild&Cie” Bankı ilə Azərbaycan Mərkəzi Bankı arasında məsləhət xidmətlərinin göstərilməsinə dair strateji əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni Mərkəzi Bankın sədri Elman Rüstəmov və “Rothschild&Cie” Bankının baş direktoru Aryel Malard dö Rotşild imzalayıb. Rəsmi məlumata görə, imzalanmış müqaviləyə əsasən 3 strateji istiqamət üzrə əməkdaşlıq həyata keçiriləcək. Bunlardan birincisi bank sektorunun cari vəziyyəti və sektora təsir edən əsas faktorların qiymətləndirilməsi, aparıcı bankların biznes modellərinin skorinq metodologiyasına uyğun olaraq nəzərdən keçirilməsi, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi və restrukturizasiya proseslərinin başa çatdırılması üçün zəruri olan tədbirlər üzrə tövsiyələrin hazırlanmasıdır.

Banklararası, kapital və borc bazarlarının, bazar iştirakçılarının, posedurların və infrastrukturun, məhsulların, bankların beynəlxalq borc və kapital bazarlarında iştirak imkanlarının təfərrüatlı qiymətləndirilməsi əməkdaşlığın ikinci istiqamətini təşkil edəcək.

Milli valyutada mövcud olan maliyyə alət və bazarları, onların inkişaf perspektivləri, maliyyə institutlarının rolu, yerli və beynəlxalq klirinq və depozitari təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi imkanlarının nəzərdən keçirilməsi və tövsiyələrin hazırlanması isə əməkdaşlığın üçüncü istiqamətinə daxildir. 

Azərbaycan hökumətində hesab edirlər ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla həyata keçiriləcək bu tədbirlər kapital və pul bazarlarının dərinləşdirilməsi və inkişaf etdirilməsi, bank sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi, iqtisadi artımda maliyyə sektorunun rolunun gücləndirilməsi istiqamətində müəyyən edilmiş hədəflərin reallaşmasında mühüm rol oynayacaq.

Rotşildlər ilk “səfərdə” Bakıdan əlidolu dönüblər

Qeyd edək ki, yəhudi əsilli Rotşildlər ailəsi dünyanın ən nüfuzlu ailələri, eyni zamanda maliyyə maqnatları sırasına daxildir. Ailənin tarixi 18-ci əsrə gedib çıxır. 18-ci əsr Almaniyasından başlayaraq bu ailə lombard kreditləri, maliyyə-bank, daha sonra qiymətli kağızlar, qızıl və səhm bazarında böyük nüfuz və imkanlara malikdir.

Rotşildlər şirkətinin idarəçiliyi altında 75 milyard avrodan yuxarı aktiv mövcuddur. “Reuters”in məlumatına görə, Rotşildlər birləşmə və sahibolma üzrə sazişlərin maliyyə konsultantları arasında dünya reytinqində 12-ci yeri tuturlar - bu bazarın altı faizdən çoxu onlara məxsusdur. 2017-ci ildə ailənin nəzarəti altında olan strukturların iştirakı ilə 181 milyard dollar məbləğində 363 saziş bağlanıb.

Dünyanın qüdrətli simaları onların fəaliyyətlərinin təsiri altında formalaşıb. Konspiroloqlar əmindirlər ki, qol-budaqları Avropa və ABŞ-a yayılmış məşhur ailə şəcərəsi ABŞ-ın Federal Ehtiyat Sisteminin köməkliyi ilə dünyanın bütün maliyyə sisteminə nəzarət edir.

Mərkəzi Banka məsləhətçi xidməti göstərəcək “Rothschild Global Financial Advisory” şirkəti 3500 dən çox peşəkar ekspertləri ilə 40-dan çox ölkədə maliyyə məsləhətləri təqdim edir.

Rotşildlər Azərbaycana ilk dəfə məşhur “neft bumu” dövründə - XIX əsrin 80-ci illərində gəliblər. 1883-cü il mayın 16-da “Rotşild qardaşları” bank evi Bakıda “Xəzər -Qara dəniz neft sənayesi və ticarət cəmiyyəti” (qısaca “Xəzər - Qara dəniz cəmiyyəti”) adlı yeni bir şirkət təsis edir. Bu şirkətə Bakının Balaxanı, Sabunçu, Ramana kəndlərində neftlə zəngin olan 19 desyatin torpaq sahəsi, habelə kerosin zavodu daxil idi. Dərhal aktiv fəaliyyətə başlayan şirkət tezliklə 135 xırda və orta müəssisədən Rusiyanın ucqarlarına və xarici ölkələrə göndərmək üçün əlverişli şərtlərlə kerosin alaraq öz əhatə dairəsini genişləndirir.

Rotşildlər müəssisələrdən kerosini sərfəli şərtlərlə alırdılar, ona görə də əgər 1884-cü ildə şirkətin Bakıdan xaricə apardığı neft məhsullarının həcmi 2,4 mln. pud olmuşdusa, 1889-cu ildə bu göstərici 30 mln. puda çatmışdı.

Çar hökuməti də A.Rotşildin vasitəsilə Fransada bir sıra istiqrazlar buraxdırırdı. Belə ki, Bakı ilə Batumu birləşdirən Zaqafqaziya dəmir yolunun inşası 1883-cü ildə məhz A.Rotşildin verdiyi istiqrazların sayəsində başa çatdırılıb. Nəticədə o, Bakının neft müəssisələrinə güzəştli sahiblik hüququ əldə etdi. Bu dəmir yolu Rusiya nefti üçün Qərbə yol açmaqla yanaşı, dünya neft bazarları uğrunda uzun (təxminən 30 il) və amansız mübarizənin təməlini qoyub. Təkcə 1884-cü ildə Zaqafqaziya dəmir yolu ilə təxminən 5,6 mln. pudluq müxtəlif neft məhsulları daşınıb.

Sovet hakimiyyəti qurulanda Bakı kommunasının 2 iyun1918-ci il tarixli dekreti ilə “Xəzər-Qara dəniz cəmiyyəti” və “Mazut” şirkətləri milliləşdirildi. Amma bunun Rotşildlərə ziyanı olmadı. Çünki onlar hələ 1912-ci ildə Rusiyadakı neft müəssisələrini “Royal Datç Şell” ingilis-holland trestinə sataraq əvəzində “Şell” şirkətinin sanballı səhm paketini əldə etmişdilər. Rotşildlər “Şell” firmasının Parisdəki bank müəssisəsinin də sahibinə çevrilmişdilər. I Dünya müharibəsinin başlayacağını vaxtında duyan Rotşildlər ehtiyatlı tərpənərək oktyabr inqilabına bir neçə il qalmış bu bazarı tərk ediblər.

Rotşildlərlə əməkdaşlıq etməyən ölkələr...

Bir əsrdən də çox vaxt keçdikdən sonra Rotşildlər yenidən Azərbaycana qayıdırlar. Hələlik bu qayıdışın əsasında Azərbaycanın maliyyə-bank sektoru üçün məsləhət xidmətinin göstərilməsi dayanır. Üç əsrlik tarix göstərir ki, bu xidmətlərin göstərilməsi Rotşildlərin hər hansı ölkədə kök atmasının ilkin mərhələsidir.

Onu da qeyd edək ki, hazırda dünyada Rotşildlərə münasibət birmənalı deyil. Bir çox ölkələrdə bu ailə ABŞ-ın nüfuz tərəfdaşı kimi qiymətləndirilir. Əsrlər boyu Avropa hökmdarlarının, hətta Roma Papasının belə borc aldığı bu ailənin müxtəlif ölkələrdə siyasi hakimiyyət dəyişikliklərində iştirakına dair çoxsaylı iddialar mövcuddur. Bu iddialar fonunda Azərbaycanın Rotşildlərlə əməkdaşlığa başlaması ölkə üçün hansı üstünlüklər verə, yaxud təhlükələr yarada bilər?

Картинки по запросу Saleh Məmmədov

Sualı cavablandıran sabiq maliyyə naziri, maliyyəçi-professor Saleh Məmmədovun fikrincə, dünyanın ən böyük maliyyə qruplarından birinə sahib olan Rotşildlərlə əməkdaşlıq Azərbaycanın yalnız xeyrinə ola bilər: “Dünyanın inkişaf etmiş ölkələrinin hamısı bu qrupla əməkdaşlıq edir. Bu ölkələrin hamısında Rotşildlərin şirkətləri fəaliyyət göstərir. Bu baxımdan, Azərbaycana onların dəvət olunmasına biz hələ gecikmişik də. Bunu müstəqilliyin ilk illərindən etməliydik. O dövrdə həm Rotşildlər, həm də digər iri maliyyə qrupları Azərbaycana gəlmək istəyirdilər, bu istiqamətdə xeyli danışıqlar da aparılmışdı. Çox təəssüflər olsun ki, proses ləngidi, biz gecikdik. Amma gec də olsa, bu gün ölkənin inkişaf etməsi üçün nəinki Rotşildlərin, dünyanın Top-100-lüyünə daxil olan bank-maliyyə qrupları, sığorta şirkətləri və investisiya fondlarının, texnoloji şirkətlərin ölkəyə cəlb olunmasına ehtiyac var. Çünki bir  bir ölkənin uğur potensialı onun inkişaf imkanlarının maliyyə resursları iləı təminatı səviyyəsi ilə ölçülür. Bir hökumət öz inkişafını maliyyə resursları ilə tam təmin edə bilirsə, demək ki, inkişafa da nail olur. Məsələn, kiçicik bir dövlət olan Sinqapurda dünyanın bütün maliyyə qurumları fəaliyyət göstərir”.

S.Məmmədovun sözlərinə görə, böyük resurslara malik olsa da, Azərbaycan bu gün investisiya cəlb etməkdə ciddi çətinliklər yaşayır: “2015-ci ildən başalyaraq, dörd ildir ki, ölkəyə investisiya qoyuluşları azala-azala gedir. Hətta bu ilin 4 ayında təxminən 9 faizlik azalma qeydə alınıb. Ölkədə ciddi maliyyə qıtlığı hiss olunmaqdadır. Halbuki investisiya qoyuluşunu artırmadan ciddi iqtisadi artıma nail olmaq qeyri-mümkündür. Buna görə də yalnız Rotşildlərin deyil, bütün güclü maliyyə-bank qurumlarının Azərbaycana dəvət olunması vacib məsələdir. Azərbaycanın özünün valyuta rezervləri imkan verir ki, böyük həcmdə vəsaitlər ölkəyə cəlb olunsun”.

Professor qeyd edir ki, müxtəlif hesablamalara əsasən Rotşild qrupunun təxminən 2-3 trilyon dollarlıq aktivləri var:“Bu vəsaitlərin mümkün qədər çox hissəsini Azərbaycana cəlb etməyə çalışmalıyıq. Azərbaycan bu aktivlərin 1 faizini özünə cəlb edə bilsə, bu, 20 milyard dollar deməkdir. Belə bir vəsaitin maliyyə-bank sektoruna daxil edilməsi kredit faizlərinin 2-3 dəfə aşağı düşməsinə gətirib çıxara bilər. Digər tərəfdən, bu gün Azərbaycanın bank aktivləri cəmi 14 milyard dollardır, bunun üstünə 20 milyard dolların əlavə olunması böyük nəticələrə nail olunması demək olar. Rotşildlər bütün inkişaf etmiş ölkələrdə var və onların yüksək səviyyəyə çatmasında bu ailənin məxsusi rolu olub. Digər tərəfdən, Rotşildlər yəhudi ailəsidir. Azərbaycanın isə tarixən yəhudilərlə çox gözəl münasibətləri olub. Bu baxımdan, Rotşildlərin Azərbaycana münasibəti kifayət qədər istidir. Bütün bunlardan əlavə, onların gəlməsi digər maliyyə qruplarının da Azərbaycana ayaq açması üçün əlverişli zəmin yaradacaq”.

S.Məmmədovun fikrincə, Rotşildlərin siyasi hakimiyyətlərin mənafelərini qoruması, ölkələri siyasi təsir altına alması barədə yayılan məlumatların real əsası yoxdur: “Bu, keçmiş sovet ideologiyası və bir sıra geridə qalmış müsəlman ölkələrinin uydurmasıdır. Baxın, hansı ölkələrdə bu gün Rotşildlər yoxdur - Əfqanıstan, İran, Sudan, Liviya, Yəmən, Kuba, Şimali Koreya və sair. Bu ölkələrin hamısı inkişafdan qalmış, müasir texnologiyalardan xəbərsiz olan ölkələrdir. Buna görə də Rotşildlərin, eləcə də digər böyül maliyyə qruplarının Azərbaycana gətirilməsi ölkənin iqtisadi inkişafı baxımından müsbət hadisədir”.

Картинки по запросу Pənah Hüseyn

Sabiq baş nazir Pənah Hüseyn isə hesab edir ki, qabaqcıl texnologiyalara malik olsalar da, Azərbaycan hökuməti Rotşildlərlə əməkdaşlıq zamanı ehtiyatlı olmalıdır: “Bu ailə dünyanın ən böyük maliyyə imperiyalarından birini qurmağı bacarıb. Lakin o da faktdır ki, bu ailənin tarixində qaranlıq məqamlar da çox olub, onların əksəriyyətinə aydınlıq gətirilməyib. Bu ailə ilə əməkdaşlığın nə qədər faydalı olması Azərbaycan hökumətindən, bu işə rəhbərlik edənlərdən asılıdır. Çünki bütün böyük şirkətlər ilk növbədə öz maraqlarını güdürlər. Bu baxımdan, hökumət çalışmalıdır ki, əməkdaşlıq Azərbaycan dövlətinin və maliyyə-bank sektorunun xeyrinə, maraq və mənafelərinə uyğun olsun”. (musavat.com)

loading...
loading...
Hansı hallarda böyrəklərin təmizlənməsinə ehtiyac var? - ƏLAMƏTLƏR...
Azərbaycan nefti: Lənət, yoxsa nemət..?
81 yaşlı qadın bankomatdan pulunu oğurlamaq istəyənin “dərsini verdi” - FOTO/VİDEO
Bu ölkədə evlilikdən kənar münasibət qadağan ediləcək - MARAQLI
Qütblərarası savaş və ya dialoq niyə alınmır... - BAXIŞ BUCAĞI
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
16 yaşlı gənci qətlə yetirdilər- Şahidlər polisə zəng etmək əvəzinə, bunu telefona çəkdi-FOTOLAR
Cəmiyyət
“Qalib olacağıma ümidim yox idi, çünki...” - Müsabiqədə birinci yeri tutan kənd müəllimi...
Gündəm
Ermənilər Xankəndidəki xəstəxanaya Belarusda istehsal olunmuş qurğu gətirdi-FOTOLAR
Müsahibə
"Konsertimdən sonra xərçəng xəstəsi olan bir insan sağalıb, bundan böyük savab varmı?"
Cəmiyyət
“Məsələyə nə qədər ki, el bizim, sirr bizim prizmasından yanaşacağıq problemlər qaçılmaz olacaq...” -Psixoloq...
Həftənin ən çox oxunanları
Seksoloqa 8 vacib sual: Utanıb soruşmadıqlarınız...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: İlyas İsmayılovun oğlunun qətlindən 1 il ötdü
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
“Ona heç nə olmadı, mənimsə 2 övladım anasız qaldı”: Müəllimin bədbəxt etdiyi xadimə...
"Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi" - Köçəryandan maraqlı etiraf...
25 yaşlı qızı “öldürən” “Maserati” sürücüsü video yaydı
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
28 erməni fahişə saxlanıldı- VİDEO
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247