Xəbər lenti
21/10/2019 [11:13]:
Azərbaycanlı Kanada parlamentinə namizəddir - FOTO
21/10/2019 [11:04]:
Ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verildi
21/10/2019 [11:03]:
Məhkəmə Suriyadakı döyüşlərdə iştirak edən azərbaycanlı ilə bağlı qərar verdi
21/10/2019 [10:58]:
Rusiyada faciə: Matəm elan olundu
21/10/2019 [10:47]:
BMT-dən Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı - BƏYANAT
21/10/2019 [10:45]:
Türkiyə ordusu Suriyanın Ras-el-Ayn şəhərini tam nəzarətə aldı
21/10/2019 [10:43]:
10 manata 3 aylıq limitsiz internet - Azərbaycanda Instagram dələduzluğu - VİDEO
21/10/2019 [10:43]:
Sən prokurorsan, yengə deyilsən!
21/10/2019 [10:41]:
Azərbaycanda yeni zavod açılır: “RUS AZERİ SPİRTS” zavodu Qusarda fəaliyyət göstərəcək
21/10/2019 [10:40]:
Seksual manyak peyda oldu - Polis hər yerdə onu axtarır
21/10/2019 [10:40]:
“Millət vəkili, ziyalı kimi onlara dəstək olmağa hazıram...”
21/10/2019 [10:39]:
Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb
21/10/2019 [10:38]:
“Bütün bunlar bəzi dairlərin heç də könüllərinə xoş gəlmir və çalışırlar ki..."
21/10/2019 [10:36]:
Xalq artistinin həyat yoldaşı vəfat etdi
21/10/2019 [10:35]:
Türkiyəli iş adamı ABŞ-da itkin düşdü, konsulluq ayağa qalxdı -FOTO
21/10/2019 [10:34]:
Azərbaycanda ləğv edilmiş dövlət qurumunun rəhbərinə yeni vəzifə verilib
21/10/2019 [10:29]:
Azərkitab Kitab Mərkəzi” ilə Adıgözəl Məmmədov arasında müəllif lisenziya müqaviləsi imzalanıb
21/10/2019 [10:25]:
Ölkə başçısının tapşırığına qarşı çıxan, islahatları əngəlləyənlər... - MÜRACİƏT
21/10/2019 [10:20]:
Elnarə Abdullayevadan qalmaqallı sözlər: “Gəlin qayınananın sözünü “yeyə” bilmirsə...”
21/10/2019 [10:14]:
“Şişirdilmiş rəqəmlərə şərait yaradanlar da məsuliyyət daşımalıdır”
21/10/2019 [10:11]:
Əbu-Dabidə 8 min il yaşı olan mirvari nümayiş olunacaq
21/10/2019 [10:10]:
Müstəqilliyin şərəfinə on minlərlə insan bir araya gəldi - Video
21/10/2019 [10:09]:
Kadırov İŞİD terrorçularını qarşılamağa hazılaşır
21/10/2019 [10:08]:
22 yaşlı gənc üçüncü mərtəbədən yıxıldı
21/10/2019 [10:06]:
Düşmən atəşkəsi 22 dəfə pozdu
21/10/2019 [10:01]:
“Beşiktaş”da yeni prezident seçildi
21/10/2019 [10:01]:
Pakistan prezidenti Azərbaycana səfər edəcək
21/10/2019 [09:59]:
Ziyalılar cinsi azlığın telekanallara çıxarılmasına son qoyulmasını tələb etdilər: “Belə insanlar güllələnməlidir!”
21/10/2019 [09:58]:
Ermənilər Cəbrayılı artilleriya atəşinə tutdular - FOTOLAR
21/10/2019 [09:51]:
Amerika hərbçiləri qoyub qaçdıqları bazalarında ruslara söyüş yazdılar...-FOTOLAR+VİDEO
21/10/2019 [09:34]:
Rusiyalı ekspet: “Türkiyə real döyüşlərdə Yaxın Şərqin istənilən ordusunu boğar”
21/10/2019 [08:36]:
İşğal altındakı Xaçınçay su anbarında balıqlar kütləvi şəkildə ölməyə başladı...- FOTO+VİDEO
21/10/2019 [07:43]:
Türmədə Quran hafizi kursları açıldı…  –İbrətamiz-FOTOLAR+VİDEO
21/10/2019 [06:46]:
“İmam Hüseynin (ə) su içə bilmədiyi yeri görməyə gəldim”- İrlandiyalı xristian xanım
21/10/2019 [01:43]:
Bunları yeməyi həmişəlik unudun! - Dietoloqlar siyahı hazırladı
21/10/2019 [00:18]:
"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?
21/10/2019 [00:13]:
Xüsusi təyinatlıların “vor zakon”un evinə hücumu... - FOTO/VİDEO
21/10/2019 [00:09]:
Cavid Hüseynov: “ “Zirə” çox asan qollar buraxır”
21/10/2019 [00:08]:
Vilayət Eyvazov generalı vəzifəsindən azad edərək təqaüdə göndərdi
21/10/2019 [00:03]:
Xocavənddə top mərmiləri tapılıb
20/10/2019 [23:15]:
Mirşahin Gültəkin Hacıbəylinin səs yazısını yaydı - VİDEO
20/10/2019 [23:09]:
Ermənistandan uçan təyyarələr Afrikaya necə silah daşıyıb...
20/10/2019 [23:07]:
Abşeronda taksi 60 yaşlı kişini vurdu
20/10/2019 [22:31]:
Alimlər xoruldamanı sağlamlığa təhlükə hesab edir: Ürək ritmi pisləşir və insult ehtimalı artır...
20/10/2019 [22:27]:
Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu
20/10/2019 [22:25]:
"Xalqla Ordu əl-ələ" devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib - FOTO
20/10/2019 [22:02]:
Azərbaycan əsilli milyarderin aktivləri dondurulur
20/10/2019 [21:53]:
Müdafiə nazirinin soyadını səhv yazan Tramp tvitini silməli olub
20/10/2019 [21:20]:
Rusiyada radiasiya qalmaqalı: Moskvanın cənubunda radioaktiv sızıntının mövcudluğu gizlədilir?
20/10/2019 [21:13]:
Amerika mediası Rusiyadakı atəşfəşanlıqdan yazır: "Bəlkə Tramp həqiqətən də Rusiyanın agentidir?”
20/10/2019 [21:03]:
Balıqçının toruna 80 kiloqramlıq balıq düşdü - FOTOLAR
20/10/2019 [20:58]:
Prezidentdən "Qordi düyünü" ilə bağlı tapşırıq: "Yaxın günlərdə problem çözüləcək..."
20/10/2019 [20:54]:
Futbol matçı zamanı paraşütçü stadiona eniş etdi - VİDEO
20/10/2019 [20:44]:
Gəncə sakini bıçaqla özünə xəsarət yetirib
20/10/2019 [20:42]:
Gəncədə kişi özünü yandırdı
20/10/2019 [19:47]:
"Avropa İttifaqının bəyanatında onlarla insanın saxlanması barədə verilən məlumat yalandır"
20/10/2019 [19:44]:
Hafiz Hacıyevə ağır itki üz verib
20/10/2019 [19:17]:
Ağdaşda su kanalında batan 34 yaşlı şəxsin meyiti tapılıb
20/10/2019 [19:12]:
Azərbaycan türkləri, ruslar, talışlar, ləzgilər, kürdlər və s. qardaş kimi yaşayıblar
20/10/2019 [18:58]:
Azərbaycanlı Rusiyada sevgilisini ağır yaralayıb, rəfiqəsini öldürüb
20/10/2019 [18:55]:
Gədəbəydə 21 yaşlı hamilə qadın intihara cəhd etdi
20/10/2019 [18:53]:
Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib
20/10/2019 [18:37]:
Ən bahalı transfer sıradan çıxdı
20/10/2019 [18:14]:
YDM-nin operatoruna saxta “yüzlük” verən şəxsi polis axtarır
20/10/2019 [17:52]:
Nüfuzlu admiral prezidentə qarşı qiyama çağırdı
20/10/2019 [17:48]:
Gəncədə iki minik avtomobili toqquşub, sürücülər xəsarət alıb
20/10/2019 [17:44]:
Başına 300 min qoyulan PKK-çılar təslim oldu
20/10/2019 [17:29]:
Balayevin səhvi həm özünə, həm də komandasına baha başa gəldi - VİDEO
20/10/2019 [17:11]:
Bu günkü “Artsax”ı yox edə blmədik - ermənilər “Sabahkı Artsax”ı   qurdu...-FOTOLAR
20/10/2019 [17:04]:
ABŞ-da dronlardan istifadə edərək məhsulların çatdırılmasına başlayıblar
20/10/2019 [16:58]:
Dəmlədikləri çay sonları oldu - DƏHŞƏT...
20/10/2019 [16:50]:
Ərdoğanla Conson Makron və Merkellə görüş planını müzakirə ediblər
20/10/2019 [16:45]:
Çirkli hava baxın nəyə səbəb olur - QORXUNC ARAŞDIRMA
20/10/2019 [16:24]:
İtkin düşdükdən 22 il sonra cəsədi tapıldı - MARAQLI
20/10/2019 [16:23]:
Filippin yenə silkələndi
20/10/2019 [16:08]:
Azərbaycanlı jurnalist XXI Dünya Rus Media Konqresində iştirak edəcək
20/10/2019 [16:05]:
İki nüvə dövləti Kəşmirdə toqquşdu: 13 əsgər öldü
20/10/2019 [16:03]:
Ermənistanla sərhəddə ildırım çobanı və onlarla qoyunu öldürdü
20/10/2019 [16:00]:
Əli Əhmədov: “Dövlət və onun müvafiq orqanları ölkədəki sabitliyi qorumağa qadirdir”
20/10/2019 [15:57]:
İmtahan zamanı şagirdlərin başına karton qutu keçirdilər - MARAQLI SƏBƏB
Bütün arxiv bir sırada
19/06/2019 [15:05] - Siyasət - ( 1070 dəfə baxılıb)

Yerevanın Rusiyanın xoşuna gəlmək cəhdi -- Moskva Paşinyanın göz yaşlarına inanmır



Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətləri normallaşdırmaq cəhdləri hələ də müsbət nəticə verməyib. Moskvaya yarınmaq istəyən rəsmi Yerevan müxtəlif addımlar atır. Bununla belə, Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ başda olmaqla Qərbdən də əlini üzmür. Yerevanın Kremllə Qərb arasında yer tutmaq, yaxud tarazlıq yaratmaq cəhdləri uğur qazanmayıb. Əksinə, Paşinyan özünü Moskvaya yaxın göstərmək istəyəndə Qərbdən, Qərbə yaxın olduğunu sübut etməyə səy göstərəndə isə Moskvadan uzaqlaşır. Hakimiyyətə etimadın az olması və ya olmaması qütblərin Ermənistan hakimiyyətinin perspektivdə onlara xəyanət etməyəcəyinə inanmadıqları ehtimalını da irəli sürməyə əsas verir. Bunu təsdiqləyəcək bəzi xəbərlərə diqqət yetirək.

ABŞ Suriyaya hərbi yardım göndərmiş Ermənistan hakimiyyətindən incikliyini bir dəfə bəyan edib. Vaşinqton Yerevanın bu addımını Suriyadakı rejimin başçısı Bəşşar Əsədə yardım olaraq dəyərləndirmişdi. Elə buna görə də Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Dövlət Depratamentində, Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın isə ABŞ prezidentinin milli məsələlər üzrə müşaviri Con Boltonla görüşləri alınmayıb. 

Bu yaxınlarda Ermənistan Suriyaya növbəti yardım göndərməklə Rusiyanın xoşuna gəlməyə cəhd göstərdi. Ancaq Rusiyanın Yerevandakı səfiri Sergey Kapırkinin Ermənistanın keçmiş prezidenti, konstitusiyaya qarşı çıxmaqda ittiham olunan Robert Koçaryanla təkbətək bir saata yaxın görüşməsi gərginliyi artırıb. Diplomat Xarici İşlər Nazirliyinə çağırılaraq Rusiyanın Ermənistanın daxili işlərinə qarışmaması onun nəzərinə çatdırılıb. Nikol Paşinyan isə bu məsələyə açıq şəkildə münasibət bildirməyib. Parlamentin sədri Ararat Mirzoyan rusiyalı diplomatın Koçaryanla görüşünü alqışlamadığını vurğulayıb. İyunun 18-də isə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev erməni həmkarı Armen Qriqoryanla Ufada təhlükəsizlik məsələləri üzrə 10-cu beynəlxalq konfrans çərçivəsində görüşüb. Tərəflər iki ölkə arasında tərəfdaşlığın dinamik inkişafının vacibliyini vurğulayıblar. Armen Qriqoryan Ermənistandakı rus icmasının və Rusiyadakı erməni icmasının iki ölkə arasında münasibətlərin inkişafında oynadıqları roldan danışıblar. Patruşev Suriyaya yardım göndərdiyi üçün Ermənistana bir daha təşəkkür edib. Onlar Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində münaqişənin tənzimlənməsinə dair məsələni də müzakirə ediblər. Tərəflər münaqişənin dinc yolla həllinə alternativ olmadığını bildiriblər. 

Göründüyü kimi, Rusiya tərəfi Armen Qriqoryanla ayrıca görüş təşkil etməyib. Bu Moskvanın Yerevana növbəti mesajı da sayıla bilər. Yəni Rusiyanın istənilən rəsmisi Ermənistanın bütün səviyyələrdən olan məmurları ilə geniş və ya əlahiddə təkbətək görüş təyin etmirlər. Bu ənənə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Nikol Paşinyan arasında keçirilən görüşdə də davam edib. Onlar arasında görüş 30 dəqiqə sürüb. Bu görüşdə elə ciddi problemin həll olunmadığı Paşinyanın bəyanatından da aydın etmək olar. Tərəflər təbii qazın qiymətinin və bir də Ermənistanla Rusiya arasında hərbi əməkdaşlığa dair vəziyyəti müzakirə ediblər. Başqa sözlə, Putin Paşinyanla protokola uyğun olaraq görüşüb. Nikol Paşinyan Rusiya ilə münasibətlərində yaranmış gərginlik fonunda Ukraynanın yeni prezidenti Vladimir Zelenskiyə rusiyalı həmkarı ilə münasibət qurmağı məsləhət görüb.



Bununla belə, Rusiyaya qarşı təbliğata da ara verilmir. Ermənistandakı 102 saylı hərbi baza rəsmi Yerevanın əlində Moskvaya ən böyük təzyiq vasitəsidir. Bu hərbi hissənin Ermənistandan çıxarılması barədə ölkədə tez-tez çağırışlar edilir. Belə ehtimal etmək olar ki, Rusiyanın Ermənistandan çıxarılmasının sifarişçisi Qərbdir. ABŞ Konqresində Ermənistana əlavə maliyyə yardımının artırlmasına dair düzəlişin qəbul olunması da bunu təsdiqləyir. Qeyd edək ki, Nikol Paşinyan ABŞ-ın Ermənistandakı səfiri Linn Tresi ilə görüşdə Vaşinqtonun onlara maliyyə yardımını artırmasını istəmişdi. Yeni düzəlişə əsasən, ABŞ Ermənistana 40 milyon dollar məbləğində əlavə yardım edəcək. Bu məbləğin Ermənistanda demokratik islahatların keçirilməsinə ayırılacağı ehtimal olunur. Rusiyaya qarşı çıxışlarda Paşinyana və onu dəstəkləyən ictimai-siyasi qüvvələrə Soros Fondunun da yardım etdiyi barədə məlumatlar yayılır.

Bu arada Paşinyan da etiraf edib ki, Rusiyada komandasının üzvlərinə inamsızlıq var: “Mən açıq-aydın danışmaq istəyirəm. Rusiya elitasında Ermənistanda baş verənlərlə bağlı problemlər var. Onlar keçmişdə siyasi müxalifətdə olublar, vətəndaş cəmiyyətini təmsil ediblər. Bu adamlar keçmiş hakimiyyətlə əməkdaşlıq etmək istəmirlər. Vətəndaş cəmiyyəti sektoru Rusiyanı pis qəbul edən beynəlxalq təşkilatlar tərəfindən maliyyələşib. Bu səbəbdən də bizə etimadsızlıq var. Ancaq əminəm ki, bu, zamanla öz həllini tapacaq”.



Yeri gəlmişkən, Nikol Paşinyan rusiyalı erməni əsilli iş adamları ilə də münasibətləri yenidən qurmağa çalışır. Bu günlərdə o, erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanla görüşüb. Onu da vurğulayaq ki, bu iş adamı Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki ermənilərə hər cür yardım göstərir. Paşinyan Rusiyadakı erməni iş adamlarının etimadını qazanmaq üçün müxtəlif tədbirlərə əl atır. Ancaq erməni iş adamları Moskvanın sözündən çıxıb Ermənistanla müstəqil əlaqə qurmağın onlara baha başa gələcəyini də yaxşı bilirlər. Odur ki, bu sahədə də Paşinyan hökuməti ciddi çətinliklərlə üzləşib. Başqa sözlə, Ermənistan xarici sərmayəyə hələ də həsrət qalıb. Baş verənlərə əsasən belə qənaətə gəlmək olar ki, Nikol Paşinyan hökuməti sözəbaxan olmazsa, Moskva ona qarşı ciddi aksiyaların keçirilməsinə xeyir-dua verəcək.

Son zamanlar Ermənistan polisi Yerevan küçələrində divarlara #SutNikol (saxta Nikol) şüarı və haştaqı yazan gəncləri saxlamışdı. Gənclər divara #SutNikol qrafiti çəkməklə aksiya keçiriblər. Təşəbbüs qrupunun 9 üzvü saxlanılıb. Sərbəst buraxıldıqdan sonra gənclər Ermənistanın 7 bölgəsində təşəbbüs qruplarının olduğunu bildiriblər. Onlar bu aksiyanın başlanğıc olduğunu vurğulayıblar. Qeyd edək ki, xristian inancına görə, Nikolas xeyirxah insan olub. Gənclər divarlara "Saxta Nikol” qrifiti çəkməklə Ermənistanın baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyası keçiriblər.

Nəhayət, Koçaryan məsələsi Rusiya-Ermənistan münasibətlərinin və Paşinyan hakimiyyətinin gücünün lakmusu da sayıla bilər. Moskva Ermənistanda hakimiyyət tərəfindən təqib edildikləri üçün qaçaraq Rusiyaya sığınanları rəsmi Yerevana vermir. Ermənistan məhkəmə aktlarının icrası xidmətinin keçmiş rəisi, general-leytenant Miqran Poqosyan Rusiya paytaxtındadır. Ona qarşı 2008-ci il martın 1-də Yerevanda keçirilən etiraz aksiyaları ilə bağlı ittiham irəli sürülüb. Bildirilib ki, Rusiya Ermənistanın məhkəmə sisteminə inanmadığı və ya etibar etmədiyi üçün onu rəsmi Yerevana təhvil vermir. İki ölkənin münasibətlərindən belə görünür ki, Azərbaycanın işğal altında olan torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması məsələsindən də Rusiya rəsmi Yerevana təzyiq kimi istifadə edir. Kreml erməniləri başa salmaq istəyir ki, Ermənistanın yiyəsi odur. Qarabağ da onun yardımı və dəstəyi ilə işğal olunub. Torpaqların Azərbaycana qaytarılmasında da əsas rolu özü oynayır. Nikol Paşinyanın bu günlərdə “Qarabağ danışıqları Serj Sarqsyanın dayandığı yerdən davam etmir” deməsi isə Moskva ilə Yerevan arasında bu məsələdə fikir ayrılığının olduğunu təsdiqləyir. Kreml rəsmi Yerevana Qarabağ kartı vasitəsilə təzyiqlər edir. Rusiyalı erməni milyarder Samvel Karapetyan Ermənistan bazarından sıxışdırılsa da, yaxud orada ona fəaliyyəti üçün geniş yer verilməsə də, Moskva bu şəxsdən Qarabağda istifadəni davam etdirir. Samvel Karapetyanın Qarabağda çoxuşaqlı ailələrə yenə yardım etməsi bunu təsdiqləyən faktlardandır.

Beləliklə, baş verənlər göstərir ki, Ermənistanla Rusiya bundan sonra bir-birinə qarşı çox da səmimi olmayacaq. Bu isə özünü yeni milli təhlükəsizlik strategiyasında göstərəcək. Bildirilib ki, bu sənəd 2007-ci ilin yanvarında qəbul edilsə də, ötən 12 il ərzində heç bir dəyişikliyə uğramayıb. Nikol Paşinyanın sərəncamı əsasında yeni işçi qrupu yaradılıb. Sənədin tamamlanması ilə bağlı dəqiq tarix olmasa da, onun 2019-cu ilin sonunadək hazır olacağı deyilir. Əgər belə davam edərsə, Ermənistan Rusiyanı, Rusiya isə Ermənistanı strateji dövlət siyahısından çıxara bilər. Bunun üçün isə şərait yetişir. (report.az)

loading...
loading...
Dəmlədikləri çay sonları oldu - DƏHŞƏT...
Çirkli hava baxın nəyə səbəb olur - QORXUNC ARAŞDIRMA
İtkin düşdükdən 22 il sonra cəsədi tapıldı - MARAQLI
Büstqalterdən imtina təhlükəlidir - Xüsusən iri sinəli qadınlar bilməlidir ki...
Seksə qarşı allergiya - Həkimlər çıxış yolu kimi qadınlara təklif edir ki...
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Köşə
Sən prokurorsan, yengə deyilsən!
Müsahibə
“Şişirdilmiş rəqəmlərə şərait yaradanlar da məsuliyyət daşımalıdır”
Cəmiyyət
Bunları yeməyi həmişəlik unudun! - Dietoloqlar siyahı hazırladı
Hadisə
"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?
Maraqlı
Balıqçının toruna 80 kiloqramlıq balıq düşdü - FOTOLAR
Həftənin ən çox oxunanları
Nə yaraşıq, nə pul,... . Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş.. -FOTO
“Suriya ordusu türk ordusu ilə vuruşmayacaq, çünki...”
“Ayaz Mütəllibovu, Elçibəyi necə yıxmışdılarsa, İlham Əliyevi də eləcə yıxmaq istəyirlər...”
“Paşinyan İlham Əliyevlə razılığa gəlib ki, Dağlıq Qarabağ...”
"Maşın" şouda böyük rüşvət qalmaqalı - Rəqsanə inanılmaz VİDEO paylaşdı
Bakıda oteldə qadının başı kəsildi - Cinsi əlaqəyə girmədiyi üçün - VİDEO
Türk F-16-ları Suriyanı bombaladı, Ermənistan təlaşa düşdü...
Səudiyyə kralına hədiyyə etdiyi Kamçatka qızılquşu Putini utandırdı - VİDEO
Vilayət Eyvazova ağır itki üz verdi
Avtomobili olanlara şad xəbər - Azərbaycanda YENİLİK
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247