Xəbər lenti
19/11/2019 [22:14]:
"Bu dəfəki savaş sözün hər mənasında ermənilər üçün misilsiz fəlakət və faciə olacaq"
19/11/2019 [21:58]:
“Xəyanət" və "əxlaqsızlıq" kimi anlayışlar yalnız zəiflər üçün mövcuddur”
19/11/2019 [21:52]:
Gömrükdən qaçaq siqaret keçirmək istəyəni it yaxaladı - FOTO
19/11/2019 [21:50]:
"Əgər məhkəmələr bu məsələdə kifayət qədər ədalətli deyilsə..."
19/11/2019 [21:43]:
“Azərbaycanda yarımçıq doğulanların sayı...”
19/11/2019 [21:38]:
Suriyada məktəb atəşə tutuldu
19/11/2019 [21:23]:
Qonaqlar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət ediblər - FOTOLAR
19/11/2019 [21:07]:
Ədliyyə orqanlarına qulluğa qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə
19/11/2019 [20:53]:
"Kişi müəllimlərin sayı buna görə azalır" - Millət vəkili
19/11/2019 [20:50]:
Orta pensiya məbləği 293 manat ətrafında olmalıdır
19/11/2019 [20:50]:
Metroda sıxlıq, sərnişinlərin çıxışında problem yarandı
19/11/2019 [20:48]:
Azərbaycan yığması Ukrayna ilə heç-heçə oynayıb
19/11/2019 [20:48]:
Korrupsiya haqqında məlumat verənlərə pul mükafatı: Bizdə bu norma varmı?
19/11/2019 [20:46]:
Nəhəng kobra dünyanın ən böyük ilanını uddu - VİDEO
19/11/2019 [19:59]:
BDU-nun rektorundan imkansız tələbələrə jest - FOTO
19/11/2019 [19:55]:
"Qarabağ münaqişəsinin həlli bizim üçün də mühüm məsələdir"
19/11/2019 [19:53]:
Salyanda dəm qazı faciəsi: 27 yaşlı qadın öldü
19/11/2019 [19:51]:
Özbəkistanın sabiq baş prokurorunun dəbdəbəli evi satışa çıxarılıb
19/11/2019 [19:24]:
Yerevan Psixiatriya Klinikasının pasiyentləri aclığa başladılar
19/11/2019 [19:22]:
"ABŞ-da təhsil alanların Azərbaycan hökumətində təmsil olunması sevindiricidir"
19/11/2019 [19:05]:
Elçinlə arvadından döyülmə xəbərinə reaksiya
19/11/2019 [18:50]:
Prezident Cavid Qurbanovun fəaliyyətini yüksək qiymətləndirdi - FOTO/VİDEO
19/11/2019 [18:45]:
Elçin Əlibəylinin arvadı tərəfindən döyülməsinin səbəbi bilindi
19/11/2019 [18:42]:
Oqtay Gülalıyev İstanbuldakı “Amerika xəstəxanası”na köçürüldü
19/11/2019 [18:38]:
Xəzərdə batan neftçinin meyiti tapıldı
19/11/2019 [18:16]:
Arvadı Elçin Əlibəylini döyüb xəstəxanalıq etdi
19/11/2019 [18:13]:
Bayram Nurlu da bələdiyyə seçkilərinə QATILIR
19/11/2019 [18:09]:
Babəkin abidəsi hazırlanır - Qafqazda ən hündür heykəl...
19/11/2019 [18:08]:
Azərbaycanda zəlzələ olub
19/11/2019 [18:04]:
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19/11/2019 [18:01]:
Prezident bu yolun yenidən qurulmasına beş milyon manat ayırdı
19/11/2019 [17:57]:
Balaca Gimnastımız Mina Abbasova Lüksemburqda 312 gimnast arasında 2-ci yerə çıxdı
19/11/2019 [17:51]:
ABŞ İrana növbəti zərbəyə hazırlaşır
19/11/2019 [17:50]:
BMqT-nin Azərbaycan nümayəndəliyi Gəncədə yerləşən sığınacaqda təmir işlərinə başladı - FOTO
19/11/2019 [17:50]:
Türkiyə Prezidenti: “Bağdadinin qohumlarından vacib kəşfiyyat məlumatları əldə edilib”
19/11/2019 [17:45]:
Ərdoğandan Trampa F-35 mesajı : "Ya verəcəksiniz, ya da başqa yollar axtaracağıq"
19/11/2019 [17:40]:
Qazilər deputatlara MÜRACİƏT ETDİ - Qarabağ əlillərinin sığorta pulu ödənilsin
19/11/2019 [17:40]:
Havanın temperaturu 5-8 dərəcə enəcək, yağış, qar yağacaq - XƏBƏRDARLIQ
19/11/2019 [17:30]:
Özbəkistan ali məktəbləri ADNSU ilə əməkdaşlığa maraq göstərir - FOTO
19/11/2019 [17:18]:
Vilayət Eyvazov Baş Narkotiklərlə Mübarizə İdarəsinin yeni rəisini şəxsi heyətə təqdim edib
19/11/2019 [16:39]:
Lukaşenko oğluna vəzifə verdi
19/11/2019 [16:34]:
“Gedib, nəvələrini oynatsın...” – Partiya sədrindən səhiyyə nazirinə çağırış
19/11/2019 [16:25]:
“Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI
19/11/2019 [16:23]:
Fakt: Elçibəy “erməni havası”na oynayıb? - Video
19/11/2019 [16:22]:
2020-сi ildə ediləcək yardımlarda kəsintiyə getdilər- ABŞ-dan Türkiyə həmləsi...
19/11/2019 [16:17]:
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTO
19/11/2019 [16:12]:
Ermənistanda polis şöbəsinin rəisi tutulub
19/11/2019 [16:09]:
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çat əmələ gəlib
19/11/2019 [16:05]:
DİN müsabiqə elan edir
19/11/2019 [16:01]:
Fəal yaşlanmanı və ahılların fəal iştirakçılığını təşviq edən məlumatlandırma kampaniyasına başlandı - FOTO
19/11/2019 [15:55]:
BSU-da İmadəddin Nəsiminin 650 illik yubileyinə və “Nəsimi ili”nə həsr olunmuş geniş tədbir keçirilib - FOTO
19/11/2019 [15:38]:
Müxalifət Gürcüstan parlamentinin iclas zalının qapısını qıfıllayıb - FOTO
19/11/2019 [15:36]:
İsgəndər Həmidov siyasətdən GETDİ
19/11/2019 [15:34]:
BNA havaların soyuması ilə əlaqədar dezinfeksiya işləri aparır
19/11/2019 [15:29]:
"Yerə yıxıb başını kəsmək istəyib"- xəstəxanada arvadını öldürən şəxsin işi
19/11/2019 [15:27]:
“Ali təhsilli kimya-biologiya müəlliyəm”
19/11/2019 [15:27]:
Donald Tramp: "ABŞ-da faiz dərəcəsi başqa ölkələrdən az olmalıdır"
19/11/2019 [15:24]:
Nazirlər Kabinetinin yeni sözçüsü: "Etimadı doğrultmağa çalışacağam"
19/11/2019 [15:21]:
Nazirlər Kabinetinə yeni mətbuat katibi təyin olundu
19/11/2019 [15:20]:
“Əgər istəmiriksə hakim rüşvət alsın, başqa yollara düşsün, onda...”
19/11/2019 [15:19]:
“2 rayon Dağlıq Qarabağı Ermənistanla birləşdirdiyi üçün danışıqlarda 5 rayon müzakirə edilir...”
19/11/2019 [15:18]:
“Ən son dodağımı...” - VİDEO
19/11/2019 [15:17]:
Aqil Abbas: “Ermənistandan gələn də, ora gedən də qələt eləyir”
19/11/2019 [15:15]:
Küveyt hökmdarı korrupsiyada ittiham olunan oğlunu vəzifədən qovdu
19/11/2019 [15:05]:
FHN-in əməkdaşları beynəlxalq yarışlarda uğurla çıxış ediblər - FOTO
19/11/2019 [14:59]:
BƏƏ, Hindistan və Çin turoperatorları ilə əlaqələr genişləndirilir - FOTO
19/11/2019 [14:53]:
"Saxta arayış və vəsiqə ilə soydaşlarımızı aldatmışlar dələduzluğa görə məsuliyyətə cəlb edilməlidir"
19/11/2019 [14:43]:
“Xarici investor görsə ki, onun pozulmuş hüquqları məhkəmədə qorunacaq...”
19/11/2019 [14:43]:
İqtisadiyyatımızı ağ günə çıxardı, bu dəfə də özünü elm sahəsində sınayacaq... - ƏMR
19/11/2019 [14:37]:
Qoyunun başını kəsən azərbaycanlıya cinayət işi açıldı
19/11/2019 [14:32]:
Ziyafət Əsgərov özəl ekspertlərə cinayət işləri ilə əlaqədar səlahiyyət verilməməsinə aydınlıq gətirib
19/11/2019 [14:28]:
Çinin yeni döyüş təyyarələrinin görüntüləri yayıldı- QALMAQAL...
19/11/2019 [14:25]:
Bəslədiyi buğa müəllimi öldürdü - FOTO
19/11/2019 [14:24]:
3 milyon dolları təyinatı üzrə istifadə etməyən vəzifəli şəxs ifşa edilib
19/11/2019 [14:20]:
"Ey Vətən!" adlı solo konserti keçiriləcək
19/11/2019 [14:07]:
“Hüquqdan, islahatdan və digər məsələlərdən dəm vurur”
19/11/2019 [14:04]:
Azərbaycanda Məhkəmə Ekspertlərinin Reyestri yaradılır
19/11/2019 [13:58]:
Prezident Pirşağı stansiyasında - FOTOLAR
19/11/2019 [13:57]:
“Yanaşma əsasən texniki vəziyyətlə, istismara yararlılıqla, müasir standartlara uyğunluqla bağlı olacaq...”
19/11/2019 [13:55]:
Avtomobil şəhərin ortasında qaynar suya batdı: Ölənlər var - VİDEO
Bütün arxiv bir sırada
19/06/2019 [17:50] - Müsahibə - ( 1318 dəfə baxılıb)

"İstəmirəm ki, “Aha, bax, Azərbaycanla Türkiyə arasında da problem çıxdı” desinlər"



TRT “Türkiyənin səsi” və TRT/ Azerbaycan saytının bugünkü qonağı Türkiyənin Azərbaycandakı və sonra Moldovadakı keçmiş səfiri, bu gün Türk Dünyası Parlamentlər Birliyinin (TDPB) xarici əlaqələr üzrə baş koordinatoru Hulusi Kılıçdır.

Hulusi Kılıç (Türkiyənin Azərbaycandakı keçmiş səfiri, TDPB xarici əlaqələr üzrə baş koordinatoru): Əvvəlcə Azərbaycan və digər türk dünyasından bizi dinləyən hər kəsi salamlayıram. Sonra burada çıxış etmək fürsətini yaratdığı üçün TRT-nin baş direktoru İbrahim Eren, çalışdığı komanda və sizə çox təşəkkür edirəm.

Sevda Mirzə (jurnalist): Azərbaycanda Türkiyənin səfiri olaraq fəaliyyət göstərmisiniz. Cəsarətlə deyə bilərik ki, o illər Türkiyənin Azərbaycanda daha yaxşı tanıdılmasında sizin və səfirlikdəki komandanızın adamlarının böyük xidmətləri var. O zamanlar da Azərbaycan və Türkiyənin dostluğunu pozmaq istəyirdilər, “ermənilərlə Türkiyə ilə sərhəd qapısının açılması”, iki dost ölkənin arasını vurmaq, Xocalı soyqırımının tanınması və digər məsələlərlə bağlı. Belə bir zamanda Azərbaycanda diplomat kimi fəaliyyət göstərmək daha böyük məsuliyyət tələb edirdi. O günlərdən sizin yaddaşınızda iz buraxan, istər yaxşı, istər yaxşı olmayan, ən önəmli hadisələr hansılar idi?

Məndən soruşsalar ki, həyatının ən önəmli işləri hansılardır? (video-müsahibə)

Hulusi Kılıç (Türkiyənin Azərbaycandakı keçmiş səfiri, TDPB xarici əlaqələr üzrə baş koordinatoru): Əvvəlcə bunu söyləyim: Azərbaycanda səfir olmaq mənim röyam idi. Bu ölkəyə səfir getməzdən əvvəl - hörmətli prezidentimizin baş nazir olduğu dövrdə nazirlikdə protokol müdiri idim. İstədiyim ölkəyə getmə istəyim və vəziyyətim var idi, hətta Fransa və Avropanın hər hansı ölkəsinə belə. Amma mən istədim ki, can Azərbaycana gedim. Çünki Azərbaycanda səfir olmaq röyamı gerçəkləşdirmək istəyirdim. Beləliklə, mən şəxsi öz istəyim və o zamanın baş naziri, indiki hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğanın uyğun görməsilə Azərbaycana səfir təyin edildim. Öz-özümə vəzifələrimi dəqiqləşdirdim: mən ancaq bir millətin səfiri olacaq, hər zaman bu yolda çalışacağam. İkinci vəzifəm isə bu idi: ortaq düşmənlərimizi sevindirməyəcəyəm heç zaman. Problem hər an ola bilər. Amma istəmirəm ki, “Aha, bax, Azərbaycanla Türkiyə arasında da problem çıxdı” desinlər.

  Birinci xidməti borcumu tam yerinə yetirdiyimə inanıram. Çünki hörmətli prezidentimiz, bəli, mən ona da prezidentim deyirəm, İlham Əliyev mənə Azərbaycanın ən yüksək medalı olan “Dostluq ordeni”ni verdi. Mən bu ordeni alan ilk səfir olmanın qüruru, xoşbəxtliyini yaşayıram, yaxamda da hər onu zaman daşıyıram və daşıyacağam.

  O illər həqiqətən çətin illər idi. 2009-cu ildən başlayan illər. Erməni protokollarının imzalanması gündəmdəydi. Mən şəxsən bu protokolların imzalanmaması tərəfdarı idim. Hörmətli prezidentimiz də bu protokolları istəmirdi. Nəticədə imzalanmadı bunlar. Gerçəkdən böyük bir sıxıntı yaşadıq o dövrdə. Mən bunu o zaman Azərbaycan küçələrindəki insanların üzündən də gördüm.                   

Sevda Mirzə (jurnalist): Çünki Türkiyənin mövqeyi Azərbaycan üçün çox önəmlidir. “Türkiyə Ermənistanla sərhədləri açacaqmı, açmayacaqmı” narahatlığı var idi insanların ürəyində.

Hulusi Kılıç (Türkiyənin Azərbaycandakı keçmiş səfiri, TDPB xarici əlaqələr üzrə baş koordinatoru): Hər müsahibəmdə bunu söyləyirdim: biz böyük bir ailəyik. Ailədə problemlər ola bilər. Biz bu problemləri özümüz həll etməliyik. Bu, bir sınaq idi. Sınaqdan müvəffəqiyətlə keçdik.  

  Mən bir kitab yazıram. İnşaallah, qarşıdakı illərdə onu oxuyarsınız. Adı “Çekişerek pekiştik”, yəni “Çəkişərək bərkidik”. O illəri gənc nəsillər də bilsinlər deyə yazıram. “Məni öldürməyən problem məni gücləndirir” məsəli var. Xarici düşmənlərə izin vermədim, Rəbbimə şükürlər olsun, öz millətimin əleyhinə çalışmadım. O günlərin ayrıntılarına girsək, proqram saatlarla sürər.

  Bu gün gəldiyimiz səviyyə, əlaqələr çox mükəmməldir. Bakı-Tiflis-Ceyhan boru kəməri, Baku-Tiflis-Ərzurum qaz xətti, TANAP layihələri. Bu polad borular Azərbaycanla Türkiyəni bir-birilə bağlayır, amma bizi bir-birimizə yaxınlaşdıran əsil bağ damarlarımızda axan qandır.

Sevda Mirzə (jurnalist): Hulusi bəy, siz bir diplomat kimi həm Azərbaycan, həm də Türkiyənin mövqeyini hər yerdə müdafiə etmisiniz, “Bu, mənim vəzifəmdir” deyə yox, içinizdən gələrək. Elə buna görə də Azərbaycanda siz və komandanız gözəl bir xatirə qoyub. Nəinki ictimai-siyasi, həm də insanlarımızla olan münasibətlər baxımından. Çox tədbirlər keçirdiniz. Türkiyəni Azərbaycanda tanıtmaq üçün çox işlər gördünüz. Mütəmadi olaraq qarşılıqlı görüşlər təşkil etdiniz, Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana qonaqlar heyətinin göndərilməsi kimi. Bütün bunlar da jurnalistlərə həmişə açıq idi. Sizin haqqınızda Azərbaycanda belə bir söz var: “Jurnalistlər Hulusı Kılıçın dostlarıdır”. Bu gün də o dostluqlar davam edir. Azərbaycan sizə niyə bu qədər doğma idi?

Hulusi Kılıç (Türkiyənin Azərbaycandakı keçmiş səfiri, TDPB xarici əlaqələr üzrə baş koordinatoru): Mən kənddə doğulub böyümüşəm. Tokatın Reşadiye Köklü kəndindənəm. Ailədə 5 qız, 5 oğlan idik, tək ana-atadan 10 uşaq. Yəni mən kənddən - xalqın içindən çıxmış, sonralar səfir olmağa qədər getmiş bir adamam. Xalqın içindən gəlmək insana çox şey verir. Mənim etmədiyim iş qalmadı kənddə: mal-qara saxladım, əkin əkib-biçdim, amma Rəbbimə şükürlər olsun, səfir olmağa qədər yüksəldim. Həm də vəzifəmi layiqincə yerinə yetirmiş səfir sayıram. Həm Azərbaycanda, həm də Moldovada dövlət medalları ilə təltif edilmişəm.

  Uşaqlıqda işlətdiminiz ortaq ifadələr var idi Bakıda. Anam mənə uşaqlıqda “Gəl səni çimdirim” və ya “Get, üzünü, əlini yu” deyərdi. Mən Bakıda doğulduğum kəndin türkcəsi ilə qarşılaşdım, əsil türkcə ilə. Bilirsiniz, İstanbul və Ankarada türkcə daha fərqlidir, amma Anadolu türkcəsini Azərbaycanda yaşayırsınız. Mən hələ də Bakıya getdiyim zaman özümü öz məmləkətimdə, şəhərimdə olan kimi hiss edirəm, çox xoşbəxt oluram.

  Azərbaycan ilbəil inkişaf edir. Ölkənin prezidenti İlham Əliyevlə yanaşı mən vitse-prezident Mehriban Əliyevanı da çox təqdir edirəm. Çox böyük əməyi var Bakının daha da gözəlləşməsində. Nələr etdiyini 5 ilə yaxın öz gözlərimlə də gördüm.

  Jurnalistlər həqiqətən mənim dostlarımdır, o zaman da, indi də. Çünki jurnalistlər çox önəmli vəzifə yerinə yetirirlər, xalqla hakimiyyət arasında bir körpüdürlər. Jurnalistlər vasitəsilə sözlərimiz xalqa çatır, bunu inkar etmək mümkün deyil. Səfir kimi xidməti vəzifəm sona çatdığı zaman mən sonda yenə jurnalistləri topladım, haradasa 1 saat vida çıxışı etdim. Sonra sözü onlara buraxdım, gözlədim suallarını versinlər. Mən gerkəçdən dialoqu, paylaşmağı sevən bir insanam. Dedilər: “Yox, heçə nə soruşmayacağıq, bu günə qədər soruşduqlarımız bəsdir”. Çox kübar bir yanaşma idi, çox bəyəndim. Bəziləri hətta “Hulusi bəyi görüncə jurnalist olduğumuzu yaddan çıxarırıq” deyirlər. Çünki dost kimi olmuşuq. Ümumiyyətlə, mən Azərbaycanın və bütün azərbaycanlıların bir dostuyam.

Sevda Mirzə (jurnalist): Siz Azərbaycandan sonra Moldovaya səfir təyin olundunuz. İki ölkədə səfir olmanın fərqləri nələr idi?

Hulusi Kılıç (Türkiyənin Azərbaycandakı keçmiş səfiri, TDPB xarici əlaqələr üzrə baş koordinatoru): Azərbaycan tamamilə fərqli bir dünyadır.

  Mənim Allahdan bir diləyim də o idi ki, qaqauz türklərini görüm, onlarla danışım. Bu diləyim də gerçəkləşdi: mən Moldovaya səfir getdim. Bilirsiniz ki, oranın Qauziya deyilən muxtar yeri var, orada bizim türk soylu insanlarımız yaşayır, xristian türkləridir. Onlar da bizim kimi, Anadolu türkcəsində danışırlar. Qaqauzları da öz ruhum bildiyim üçün onlara da bacardığım qədər yaxın olmağa çalışdım. Məndən soruşsalar ki, həyatının ən önəmli işləri hansılardır? Deyərdim ki, Azərbaycan və Türkiyə dövlətləri dostluğuna xidmət etməyim. İkincisi də, Qaqauz Yerində - Komratda baş konsulluq açılmasına nail olmuşam.

  2018-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Qaqauz Yerinə getdi.

  Moldovada əsasən Azərbaycan səfiri Qüdsi Osmanovla birlikdə çalışdıq, hər zaman yan-yana durduq, çünki 2 hər zaman 1-dən böyükdür. Orada da gücümüzü birləşdirdik. Təbii ki, Moldova mənim üçün Azərbaycan qədər deyildi. Azərbaycan mənə fərqli bir ruh, fərqli bir missiya bəxş edir. Moldovaya məni bağlayan isə orada qaqauzların olması idi. Altındağ Bələdiyyə sədri Veysəl bəyi də ora apardım. O, orada Türkiyə hökumətinin dəstəyilə Qocalar Evi tikdirdi, Gənclik Mərkəzi yaratdı və Kültür Mərkəzini yenidən qurdu. Sonra yerli vətəndaşların şəxsiyyət vəsiqəsilə üçüncü ölkə olaraq Türkiyəyə gəlmələrini təmin etdik. Bu mövzuda bizim xarici işlər naziri Mövlud Çavuşoğluna xüsusi təşəkkür edirəm, məni və bu işi dəstəklədiyi üçün. Baş nazir və prezident də, təbii ki, dəstəklədi. Bu gün Türkiyə vətəndaşları Moldovaya, moldovalılar Türkiyəyə yalnız kimliklər (şəxsiyyət vəsiqəsi) ilə gedib-gələ bilirlər. Bunun ilki 2011-ci ildə Gürcüstan, ikincisi 2017-ci ildə Ukrayna, üçüncüsü isə 2018-ci ildə Moldova ilə həyata keçdi. Azərbaycanda isə vəziyyət bir az başqadır, ölkə hələ müharibə vəziyyətində sayılır. İnşaallah, Qarabağ münaqişəsini çözərik, işğal altındakı qədim Azərbaycan-türk torpaqları tezliklə boşaldılar, ondan sonra hər şey daha yaxşı olar.  

  Azərbaycan gerçəkdən böyük bir sıçrayış edib. 2011-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçildi. Sovet İttifaqından çıxıb BMT-yə ilk daxil olan ölkə Azərbaycandır. Enerji və digər sahələrdə də bir çox ilklər var.

Sevda Mirzə (jurnalist): Azərbaycan, sözün yaxşı mənasında, hər dövrdə boyundan böyük işlər görür. Xəritədə kiçik dövlət olaraq görünür, əhali sayı azdır, amma o, bütün bunların miqyasını keçir, böyük işlərə imza atır və qazanır. Azərbaycanın ədəbiyyatı da, mədəniyyəti də zəngindir.

Hulusi Kılıç (Türkiyənin Azərbaycandakı keçmiş səfiri, TDPB xarici əlaqələr üzrə baş koordinatoru): Sizin sözlərinizə qüvvət olaraq deyim ki, brilyant da kiçikdir, amma qiyməti böyükdür. İsveçrə də kiçik bir dövlətdir, amma bugünkü dünyada dəyərinin nə qədər böyük olduğunu görürük.

  Azərbaycan bölgədə (Qafqaz) parıldayan bir ulduzdur. Bölgədə sülh və rifah üçün çalışan bir ölkədir. Biz də Türkiyə olaraq hər mövzuda Azərbaycanın yanındayıq və belə də davam edəcəyik.   

Sevda Mirzə (jurnalist): Hulusi bəy, siz iki ölkədə səfir çalışdınız, Moldovadakı vəzifənizdən təqaüdə çıxdınız. Amma heç durmadınız, fəaliyyətiniz davam etdirmək istədiniz və dostlarla birləşərək Türk Dünyası Parlamentlər Birliyi (TDPB) yaratdınız ki, bü gün burada xarici əlaqələr üzrə baş koordinatorsunuz. Türk Dünyası Parlamentlər Birliyini (TDPB) yaratmaqda məqsədiniz nə idi?

Hulusi Kılıç (Türkiyənin Azərbaycandakı keçmiş səfiri, TDPB xarici əlaqələr üzrə baş koordinatoru): Türk Dünyası Parlamentlər Birliyini (TDPB) yaratmaqda məqsədimiz yenə türk dünyasına xidmət etməkdir. Türk dünyasının inkişaf prosesi yeni sayılır. 25-26 il nədir ki? Türk Dünyası Parlamentlər Birliyi (TDPB) bir neçə il əvvəl qurulub. Üzvləri keçmiş və mövcud millət vəkilləridir. Dövlətdən qalan bəzi vəzifələri yerinə yetirməyi qarşısına məqsəd qoyub. Yəni qeyri-hökumət təşkilatıdır. Türkiyədə güclü siyasi keçmişi olan üzvlərdən ibarət belə bir QHT yoxdur. Bizim arzumuz bunu bütün türk cümhuriyyətlərində yaratmaq, birlik olmaq, dövlətin çatdıra bilmədiyi işlərə yardım etmək, xidmət göstərmək, boşluqları doldurmaqdır. Türk Dünyası Parlamentlər Birliyinin sədri keçmiş millət vəkili Nail Çələbidir. Mühüm tarixi günləri keçirir, baş verən önəmli hadisələri müzakirə edir, münasibət bildiririk. Mən birliyə gəldikdən sonra fəaliyyətimizin daha da artdığını düşünürəm.

Sevda Mirzə (jurnalist): Bildiyimə görə, Türk Dünyası Parlamentlər Birliyinə (TDPB) türk dünyası millət vəkillərindən ilk və fəal olaraq qoşulan yenə Azərbaycandır.

Hulusi Kılıç (Türkiyənin Azərbaycandakı keçmiş səfiri, TDPB xarici əlaqələr üzrə baş koordinatoru): Söylədiyiniz tam doğrudur. Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan bizim qardaşlarımızdır, amma Azərbaycan Türkiyənin ekizidir. Görünür buna görədir ki, Azərbaycanla daha yaxınıq, ünsiyyət qurmaq daha rahatdır və millət vəkilləri də daha fəaldır. Azərbaycandan sonra Qazaxıstan millət vəkilləri ilə danışırıq. Özbəkstanın isə ümumiyyətlə türk dünyasına təzəlikcə qaynayıb-qarışması başqa bir xoşbəxtlikdir. Yaxında mən getdim, gördüm yeni bir Özbəkistan var. Ölkə çox sürətlə inkişaf edir. Yeni prezident gerçəkdən türk dünyasına üz tutub.

  Bir dəfə cənab prezident İlham Əliyevlə söhbət edərkən mənə dedi: “Bizdə - Azərbaycan, Tükmənistan və Qazaxıstanda neft və təbii qaz, Özbəkistanda geniş kənd təsərrüfatı torpaqları, Türkiyənin isə böyük strateji imkanları var. Biz bunların hamısını bir araya gətirsək, böyük bir güc olarıq”. Cənab prezidentin bu sözlərinə mən çox əhəmiyyət verirəm. Bir gün bunlar da gerçəkləşəcək. Bir az kiçik problemlər var, amma onları da keçəcəyimizə inanıram. Çünki hələ yeni başlamışıq. Türk Şurası 2009-cu ildə Naxçıvan müqaviləsi ilə quruldu. Səfir olduğum o illəri çox gözəl xatırlayıram. Bu yolda hörmətli N.Nazarbayevin də böyük xidməti var.

Sevda Mirzə (jurnalist): Heç bir fəaliyyət nəticəsiz qalmır, gec-tez öz nəticəsini göstərir. Yaxşı fəaliyyətlər çoxalarsa, gözəl nəticələr də çoxalar.

  Bu yerdə onu da qeyd etmək istəyirəm ki, qonağı olduğunuz TRT “Türkiyənin səsi” radiosunun 41 dildə saytı, 30-dan çox dildə internet radiosu var. Xarici Yayımlar Bölümü sanki kiçik bir Birləşmiş Millətlər Təşkilatıdır TRT-nin içində.

Hulusi Kılıç (Türkiyənin Azərbaycandakı keçmiş səfiri, TDPB xarici əlaqələr üzrə baş koordinatoru): Türkiyənin səsini 41 dildə hər yerə yayırsınız. Türkiyənin nəyi varsa, Azərbaycan və türk dünyasınındır. Türkiyə istəyir ki, türk dünyası daha da inkişaf etsin, daha da güclənsin. Bəzən məni çox Azərbaycançılıq təbliğatı aparmaqda qınayırlar, amma mən həmişə demişəm və deyirəm: Türkiyə üçün çalışmaq Azərbaycan üçün çalışmaqdır, Azərbaycan üçün çalışmaq Türkiyə üçün çalışmaqdır. Ona görə gərək kimsə paxıllıq etməsin. Biz ruh etibarilə bütövük. Gələcəkdə daha gözəl günlərimiz olacaq. Mən buna bütün qəlbimlə inanıram. Çünki istiqamətimiz, hədəfimiz bəllidir. Hamımız “Turan olacaq” deyirik. Təbii ki, olacaq.

Sevda Mirzə (jurnalist): Biz ölkələrimizin yaxınlığını daha çox dil, din, xalq və dövlətlərimzin yaxınlığı ilə ölçürük. Amma bunu da etiraf etmək lazımdır ki, iki ölkə arasında artan evliliklər belə türk dünyasının yeni körpüləridir. Bir ailədə böyüyən uşağın atası türkiyəli, anası azərbaycanlıdırsa, və ya əksidirsə, bu ailələrdə böyüyən uşaqlar böyüyüncə hər iki xalq və dövlətə bərabər xidmət edəcəklər.

Hulusi Kılıç (Türkiyənin Azərbaycandakı keçmiş səfiri, TDPB xarici əlaqələr üzrə baş koordinatoru): Mən hər zaman həyata pozitiv baxır, heç zaman pis şeylər düşünmürəm. Azərbaycan və türkiyəlilərin sayı sadəcə ölkə içində məhdud deyil, dünya üzrə çoxuq. Disporalarımızın da güclərini birləşdirmək lazımdır.

Sonda məni dəvət etdiyiniz üçün hər kəsə, başda TRT-nin baş direktoru olmaqla bütün işçilərinə təşəkkür etmək istəyirəm. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. Yaşasın Türk dünyası. Hər kəsə salamlarımı və hörmətlərimi çatdırıram.

Sevda Mirzə (jurnalist): Türkiyə əhalisi 80 milyondur, azərbaycanlılar isə, İlham Əliyevin sözlərilə desək, bütün dünyada 50 milyon. Bütövlükdə isə Yer üzündə türk əhalisi 250 milyondan artıqdır. Türklər Yer kürəsinin bir kəməridir, əgər xəritəni gözümüzün önünə gətirsək. Türk dünyası və türk dünyasını sevənləri biz də sevirik.  

loading...
loading...
“Çox təəssüf ki, məhkəmə süründürməçiliyi deyiləndə çox vaxt prosessual müddətlər nəzərdə tutulur"
Böyük alim ona hörmətsizlik edən həyat yoldaşını niyə cəzalandırmırdı?..
Rusiyalı aktyor qızını bu şəkildə cəzalandırdı - VİDEO
"Heç bir kişinin başı üçün deyil ki, desin Pərvinə maşın, ev və ya digər bahalı hədiyyə etmişəm"
Ilanla oynanan oyun şok yaratdı - MARAQLI...+ VİDEO
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
2020-сi ildə ediləcək yardımlarda kəsintiyə getdilər- ABŞ-dan Türkiyə həmləsi...
Cəmiyyət
“Yanaşma əsasən texniki vəziyyətlə, istismara yararlılıqla, müasir standartlara uyğunluqla bağlı olacaq...”
Cəmiyyət
“Təhsilə ayrılan vəsait daha da çoxaldılmalıdır”
Cəmiyyət
“Bütün hallarda Mirzə Cəlilin heykəlini qoymaqla biz nəsə itirmərik, əslində udarıq...”
Dünya
Kreml Parisdə “sarı gödəkçələr”i, Almaniyada “Almaniya üçün alternativ”i idarə edir- Fotolar
Həftənin ən çox oxunanları
Qadında intim münasibətin qaydasında olmadığını göstərən 8 ƏLAMƏT...
Aygün Kazımova məhbəsdə ölüm ayağında olan qardaşına baş çəkdi - FOTO
"Ölkədə bütün danaları kəssən, 10 şadlıq evinin tələbatını ancaq ödəyər, ancaq it və eşşək əti..."
"Sən dediyin kimi "mama roza" olsaydım, ən birinci xalan qızı Könül Əzizi çıxardardım..."
"Türkiyə bundan sonra Qarabağda lövbər salmış "PKK"-nın üzərinə getməlidir..."
"Ərimi məcbur edirdim ki, mənimlə cinsi əlaqəyə girsin"
Suraxanının yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı...
Yanvardan pensiyalar bu qədər ARTACAQ
Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO
“Bu məsələ açılsa, Rusiya üçün görünməmiş biabırçılıq olacaq...”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247