Xəbər lenti
26/09/2020 [11:40]:
“Azərbaycan hərbi təlimlərlə bağlı anons səsləndirən kimi, Ermənistanda sülh “yada düşdü”
26/09/2020 [11:30]:
Azərbaycanda 552 məktəb direktoru vəzifəsi boşdur
26/09/2020 [11:29]:
BDU-nun magistrantları yeni tədris ilinin təşkilindən danışır
26/09/2020 [11:28]:
Arxalı köpək  Azərbaycanı “yenidən sülhə vadar etmək” haqda çərənlədi...
26/09/2020 [11:25]:
İşsizlikdən sığorta ödənişinin təyinatı sahəsində yeniliklər
26/09/2020 [11:23]:
Millət vəkili Emin Hacıyev: "Beynəlxalq qurumlar dərhal hərəkətə keçməlidir"
26/09/2020 [11:20]:
XİN: Ermənistan rəhbərliyi yalançı, saxtakar, riyakar və təxribatçıdır
26/09/2020 [11:18]:
“Sürücü nömrəni saxtalaşdıraraq cərimələrin müğənniyə gəlməsinə səbəb olub...” - Açıqlama
26/09/2020 [11:17]:
Paşinyan bizi hansı şantajla hədələyir?
26/09/2020 [10:42]:
Ali məktəblərdə boş qalan yerlərin siyahısı dərc olunub
26/09/2020 [10:38]:
Bağlanmış 4 bankın əmanətçilərinə ödənilən məbləğ açıqlandı
26/09/2020 [10:34]:
Ermənilər atəşkəsi 48 dəfə pozub
26/09/2020 [10:32]:
Qarabağ üçün müharibə başlayır... müxalifət, QHT-lər və media nə etməli? - İlginc rəylər
26/09/2020 [10:12]:
Məktəblərdə COVİD -19 təhlükəsi - Xroniki xəstəliyi olan şagirdlərə həkim tövsiyələri
26/09/2020 [10:10]:
Yaşlı insanlar səhərlər  bu qida və içkilərdən UZAQ OLMALIDIR ...-İSRAİL MEDİASI
26/09/2020 [09:42]:
Eldar Namazov: “Türkiyə Qarabağ məsələsində Rusiya amilini neytrallaşdıracaq gücdədir”
26/09/2020 [09:40]:
Yağsız məhsulların insan orqanizmi üçün fəsadları ortaya çıxdı
26/09/2020 [09:38]:
Ağciyər xəstəliklərinin ilkin əlamətləri açıqlandı
26/09/2020 [09:37]:
İcra nümayəndəsinin “öldürdüyü” qadınlar prokurorluq binası önündə aksiya keçirdilər
26/09/2020 [09:33]:
Bakı-Qazax yolunda iki yük maşının iştirakı ilə qəza - FOTO
26/09/2020 [09:30]:
Uşağını xalçaların altına qoyaraq ölümünə səbəb olan qadın ömürlük azadlıqdan məhrum edildi - FOTO
26/09/2020 [09:29]:
“Demokratiya beşiyi”ndə Belarus ssenarisi - Tramp seçki saxtakarlığına hazırlaşır?
26/09/2020 [09:24]:
Koronavirus beyin xərçəngi yarada bilər
26/09/2020 [09:24]:
Azərbaycanda həmrəylik və uğur möhürünü vuran partiya – VHP
26/09/2020 [09:20]:
Həddindən artıq marmelad yeyən kişinin ürəyi dayandı
26/09/2020 [08:04]:
Seçkilərdə Putinin namizədinə qalib gəlmiş süpürgəçi yoxa çıxdı...-FOTOLAR+VİDEO
26/09/2020 [07:46]:
"Naməlum ölkə" Azərbaycan almalarına Rusiya bazarında "meydan oxuyur"...
26/09/2020 [07:36]:
Nəriman Abbasov titulunu qorudu və qələbəsini ölmüş qardaşına həsr etdi - VİDEO
26/09/2020 [07:34]:
İşlədiyi dükanda Quran oxuyarkən haqqa qovuşdu...-FOTO+VİDEO
26/09/2020 [07:04]:
"Hətta o yerdə ki, danışmaq yerinə susursan, bu da haqqı gizlətmək hesab olunur..."
26/09/2020 [06:46]:
Fəxrəddin Manafovun xəstəlik xəbərinə “Təhminə”-dən reaksiya: "Mənim adımdan "keçmiş olsun" deyərsiniz"
26/09/2020 [01:08]:
Xərçəng xəstəliyindən əziyyət çəkən məşhur aktrisa: “Həbsxandan məhbuslar mənə məktub yazırdı...”-FOTOLAR
25/09/2020 [23:35]:
Ən gənc tələbə o oldu - 15 yaşı var
25/09/2020 [23:28]:
Ötən il 40 min pakistanlı Azərbaycana səyahətə gəlib – SƏFİR
25/09/2020 [23:08]:
“Korifey sənətkarlarımız bilsəydilər ki, onların yerini bayağı müğənnilər tutacaq..."
25/09/2020 [23:07]:
Ukraynada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var - VİDEO
25/09/2020 [22:37]:
Operator aparıcının üzü əvəzinə sinəsini efirə verdi - VİDEO
25/09/2020 [22:15]:
“Biz daha 25 il oturub torpaqların danışıqlar yolu ilə həllini gözləməyəcəyik”
25/09/2020 [22:11]:
ABŞ-dan Azərbaycandakı vətəndaşlarına XƏBƏRDARLIQ - Abşerondan çıxmayın!
25/09/2020 [22:01]:
Türkiyədə son sutkada daha 73 nəfər koronavirusdan ölüb
25/09/2020 [21:58]:
Gədəbəydə qadın keçmiş əri tərəfindən bıçaqlanıb
25/09/2020 [21:54]:
“Qarabağ” məğlubiyyətdən son anda qaçdı
25/09/2020 [21:52]:
Əbülqasım Hüseynzadənin 130 illik yubiley günüdür
25/09/2020 [21:51]:
Milyonlarla insanın həyatını xilas edən siçan qızıl medalla mükafatlandırıldı...
25/09/2020 [21:50]:
Lukaşenko: “Qərb ölkələrindən gələnlər üçün karantin tətbiq edə bilərik”
25/09/2020 [21:47]:
Azərbaycanda xalq-ordu-dövlət birliyi sarsılmazdır
25/09/2020 [21:29]:
Xidmət avtomobilində cinsi əlaqəyə girməyin bədəlini ağır ödədilər - RƏZALƏT...
25/09/2020 [21:16]:
Əməkdar artist Xanlar Haqverdiyevin doğum günüdür
25/09/2020 [21:13]:
Xalq Artisti Alim Məmmədovun 70 yaşı tamam olur
25/09/2020 [21:08]:
Səfərbərlik Xidməti məlumat yaydı
25/09/2020 [20:56]:
Plastik üz qoruyucularının təsirsiz olduğu sübut olundu...
25/09/2020 [20:52]:
"Ermənilər 5 rayon təklif edəcək, Kəlbəcər və Laçın dəhlizini isə öz nəzarətlərində saxlayacaqlar"
25/09/2020 [20:37]:
“5 rayon” məsələsinə ən sərt cavabı Prezident verdi” – Aqil Məmmədov
25/09/2020 [20:21]:
Vəkillər Kollegiyası üç vəkil bürosunu qeydə aldı
25/09/2020 [20:19]:
Elçin Sadıqovun fərdi vəkil fəaliyyəti ləğv edildi
25/09/2020 [20:17]:
"Barselona" "Mançester Siti"nin müdafiəçisini icarəyə götürür
25/09/2020 [20:16]:
Bu il 2000-dək şəxs vaxtından əvvəl cəzadan azad olunub və ya yüngül rejimli müəssisəyə keçirilib
25/09/2020 [20:16]:
Nazir: "Hazırda 3000-ə yaxın məhkum elektron qolbaq daşıyır"
25/09/2020 [20:15]:
Millət vəkili parlamentшт iclasında görün nə etdi - RƏZALƏT...+ VİDEO
25/09/2020 [20:14]:
Pakistan səfiri: "Ermənistanın təxribatları beynəlxalq hüquqa ziddir"
25/09/2020 [20:13]:
"Atletiko" Luis Suareslə müqavilə bağladı
25/09/2020 [20:12]:
Koronavirusla bağlı sürətli test yaradılıb
25/09/2020 [20:11]:
Bugün görkəmli yazıçı-publisistin doğum günüdür
25/09/2020 [19:55]:
Günay Əfəndiyeva “Türkologiyanın bugünü və sabahı” adlı video-konfransda iştirak edib
25/09/2020 [19:51]:
Bu itlər koronavirusu qoxlamaqla müəyyən edir - FOTOLAR
25/09/2020 [19:34]:
Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı
25/09/2020 [19:31]:
“Osmanlıcadan tərcümə türkə”…nə demək?!
25/09/2020 [19:29]:
Baş Nazirdən təhsillə bağlı daha bir qərar
25/09/2020 [19:26]:
Bu gün məşhur teatr xadiminin doğum günüdür
25/09/2020 [19:23]:
BQXK ölkəmizlə ədliyyə sahəsində səmərəli əməkdaşlıq edir
25/09/2020 [19:20]:
Dövlət hesabına rusdilli təhsil ləğv edilsin!
25/09/2020 [19:19]:
Tibb Universitetinə yeni prorektor təyin olunub
25/09/2020 [19:13]:
Şuranın dəstəyilə 20 ailəyə humanitar yardım təqdim edilib
25/09/2020 [18:49]:
"Azərbaycan hakimiyyəti ləngimdən işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlamalıdır"
25/09/2020 [18:47]:
Bugün XX yüzil Azərbaycan şeirinin klassiklərindən olan Mirzə Əli Möcüzün anım günüdür
25/09/2020 [18:37]:
Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib
25/09/2020 [18:33]:
Rusiyada ahıl qadın tatarca danışdığına görə rus kişi tərəfindən döyüldü -RƏZALƏT...
25/09/2020 [18:32]:
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi
25/09/2020 [18:09]:
“Ermənistanın muzdluların, terrorçuların ümidinə qalması, onun acınacaqlı vəziyyətindən xəbər verir”
25/09/2020 [17:57]:
Qardaşlarından küsüb evdən getdi, ərli qadına aşiq oldu, dünyadan subay köçdü...
Bütün arxiv bir sırada
24/06/2019 [07:24] - Köşə - ( 5055 dəfə baxılıb)

"Ermənidən belə sadəlövh iradəni gözləmək özü sadəlövhlükdür..."

"Bağlı olan yol deyil, bağlı olan bizim iradəmizdir..."
İlham İsmayıl

Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətin əsas ağırlıq mərkəzi Azərbaycanın iki əsas nazirliyinin – Azərbaycan Müdafiə nazirliyi və Xarici işlər nazirliyinin üzərinə düşür. Münaqişənin tarixinə və indiki vəziyyətinə baxanda, atəşkəsdən bu günədək hər iki nazirliyin üzərinə düşən vəzifəni yerinə yetirə bilməməsi faktdır. Hər şey göz qabağındadır. XİN sülh danışıqlarında, MN hərb istiqamətində heç bir uğura imza atmayıb. Ola bilsin ki, hansısa görülən iş uğur gətirib, amma bu kiçik və yada düşməyən “uğurlar” nəticəni- Qarabağın işğaldan azad edilməsini həll etməyib. Qarabağ işğaldadır, düşmən məskunlaşmanı davam etdirir, hər gün yeni sosial və yaşayış obyektləri tikir, beynəlxalq tədbirlər keçirir, beynəlxalq nümayəndələri qəbul edir, bir sözlə bir ölkəyə uyğun nə varsa onu həyata keçirir, işğala məruz qalmış Azərbaycan isə bütün baş verənlərə seyrçi mövqedə qalaraq, onsuz  da möhkəm olmayan mövqelərini hər gün daha da zəiflədir.
  
Bu günlərdə Azərbaycanın bu iki vacib strukturuna rəhbərlik edən şəxslərin diqqət çəkən bəyanatları oldu. Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov bəyanatla çıxış edərək:“ beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir”- dedi. Bu nə deməkdir? Azərbaycan vətəndaşı nə anladı bu bəyanatdan? “Beynəlxalq vəziyyətin imkan verməməsinin” detallarından xəbəri olmayan sıravi vətəndaş üçün bu o deməkdir ki,  biz vətənimizi azad etmək üçün özümüzdən asılı olmayan vəziyyətin girovundayıq. Bu, dolayısı ilə məsuliyyəti üzərimizdən atmağın  etirafıdır. Bu, kapitulyasiyaya bərabər etirafdır! Bu, torpağı azad edə bilməməyin sığortalanmasıdır və spekulyativ xarakter daşıyır. Bu, düşmənə status-kvonun dəyişməməsi üçün bəhanə verməkdir, atəşkəsi gözləməklə işğalı davam etdirmək üçün hədiyyədir! Bu, Azərbaycan tərəfdən aparılan Qarabağ siyasətinin dalana dirənməsidir. Belə çıxır ki, bu siyasəti, bu şüarı əlində bayraq edib vətəni azad etmək üçün qlobal beynəlxalq vəziyyətin üfüqdə görünməyən dəyişməsini gözləmək lazımdır. Bu məntiqlə ya üçüncü dünya müharibəsi başlamalıdır, ya da ATƏT-in Minsk Qrupu həmsədrləri olan dövlətlərin -ABŞ-ın, Rusiyanın , Fransanın dağılmasını gözləməliyik. Yəni, Qarabağdan əlini üz!
 Faktiki olaraq,  biz torpaqlarımızı azad etmək üçün müstəqil şəkildə müharibə etmək qərarını verə bilmək iqtidarında olmadığımızı etiraf etdik. Bu, indiyədək aparılan siyasətdə onsuz da hiss olunurdu, amma indi açıq şəkildə bəyan edildi. 

Məhz bu bəyanatdan sonra Ermənistan xarici işlər nazirliyi “yaranmış status-kvodan səmərəli idarəetmənin yollarının müzakirəsinin tərəfdarı olduğunu” bildirdi. Düşmən bilir ki, beynəlxalq vəziyyət 25 ildir dəyişmədiyi kimi, 125 il də dəyişməyə bilər.  Bu bəyanatı diqqətlə müzakirə edən qarşı tərəfin mövqeyi belədir: “bu bəyanat Azərbaycanı məcbur edir ki, öz xalqına etiraf etsin ki, müharibə yolu həmişəlik olmasa da, uzun müddətə bağlanıb və bununla Azərbaycan dolayısı ilə status-kvonu qəbul etmiş oldu”. Hadisələrin bu cür inkişafı, xalqı Qarabağ məsələsinə biganələşdirib, indiki acınacaqlı durumla barışdırıb və düşmən bunu açıq şəkildə hiss edir.

Ola bilsin ki, beynəlxalq vəziyyət dəyişəcək, hətta 10 dəfə dəyişəcək, amma kim qarantiya verir ki, yaranan dəyişiklikdən biz faydalanacağıq? SSRİ dağılanda beynəlxalq vəziyyət dəyişdi və yaranmış vəziyyətdən ermənilər yararlandılar, biz yox. Sabah Ermənistanın sığındığl Rusiyada siyasi çevriliş olsa, qarışıqlıq düşsə, Rusiyanın rəqibləri-Qərb bizim tərəfimizi tutacaqmı? Qətiyyən! Ermənistanın “məxməri inqilabını” Qərb öz dəyəri kimi qiymətləndirir və bu günkü dəstəyini sabah müttəfiqliklə əvəz edəcək. Bəs, əks durumdan niyə faydalana bilmirik, yəni Rusiyanın indiki vəziyyətində, Putinin dünyanı təhlükədə saxladığı bir zamanda niyə məsləni həll edə bilmirik? Deməli, günahı özümüzdə axtarmalıyıq, “beynəlxalq vəziyyət”də yox! 

Ümumiyyətlə, “beynəlxalq vəziyyətin imkan verməməsinin” detalları nədən ibarətdir? Hətta, bu detalların əlverişli olmaması, Azərbaycanı torpaqlarını azad etmək qərarından çəkindirməməlidir. Əks halda, məsuliyyətin qeyri-müəyyən faktorların üzərinə atılması və bunun ordu tərəfindən bəyan edilməsi düşmən tərəfindən birmənalı olaraq təslimçiliyə hesablanmış addımlar kimi dəyərlindirilir. Xalqda isə inamsızlıq, ruh düşkünlüyü yaradır, ”xalqları sülhə hazırlamaq”  tələsinin tərkib hissəsi kimi qəbul edilir. 

Bəs, Vaşinqton görüşü ərəfəsində bu bəyanatın səslənməsi nə dərəcədə doğru idi? Bu qədər koordinasiyasızlıqla hara getmək olar?
 
Vaşinqton görüşündən sonra xarici işlər nazirimizin açıqlamalarında isə belə bir müddəa vardı: “görünür siyasi iradənin çatışmaması münaqişənin həllini uzadır”. Nazirin açıqlamasında bu iradəsizliyin kim tərəfindən nümayiş etdirilməsi tam aydın bilinmir. Əgər düşməni nəzərdə tutursa, o hansı çatışmayan siyasi iradədir? Bəlkə ermənilərin torpaqları sakitcə bizə qaytarmaq iradəsi nəzərdə tutulub? Təbii, ermənidən bu sadəlövh iradəni gözləmək özü sadəlövhlükdür. Bəs, bizdən hansı sülhpərvər siyasi iradə gözləntisi var? Torpaqları təslim etmək? Bizim çatışmayan bir siyasi iradəmiz var- işğal edilmiş vətənimizi azad etməyə qərar vermək iradəsi. 
 
Nəhayət, “müharibəni başlamağa imkan verməyən beynəlxalq vəziyyətin ”bizimlə bağlı hissəsini dəyişmək üçün diplomatiyamız hansı gedişləri edib? Qeyd olunan beynəlxalq maneə müharibə etməyə imkan vermirsə, nədən həmin qüvvələr qarşısında sülh yolu ilə həll etmə tələbi qoyulmur? Belə nəticəyə gəlmək olar ki, hər iki yol bağlıdır və dalana dirənmişik. Amma, bağlı olan yol deyil, bağlı olan bizim iradəmizdir.
 
İlham İsmayıl

loading...
"Naməlum ölkə" Azərbaycan almalarına Rusiya bazarında "meydan oxuyur"...
Xidmət avtomobilində cinsi əlaqəyə girməyin bədəlini ağır ödədilər - RƏZALƏT...
Plastik üz qoruyucularının təsirsiz olduğu sübut olundu...
Bu itlər koronavirusu qoxlamaqla müəyyən edir - FOTOLAR
"Hazırda ali təhsilli müəllimlərin sayı ölkədə müəllimə olan tələbatdan 2,5 dəfədən artıqdır"
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Siyasət
Seçkilərdə Putinin namizədinə qalib gəlmiş süpürgəçi yoxa çıxdı...-FOTOLAR+VİDEO
Dünya
Milyonlarla insanın həyatını xilas edən siçan qızıl medalla mükafatlandırıldı...
Gündəm
“Ermənistanın muzdluların, terrorçuların ümidinə qalması, onun acınacaqlı vəziyyətindən xəbər verir”
Cəmiyyət
“Bu cür yaşamaq əyləncəlidir, aylıq xərcim 21 min dollardı...” -Beş arvadı olan adam...
Cəmiyyət
“Əsas odur ki, Qarabağımız işğaldan azad olunsun, qalan nə varsa, öz yoluna düşər...”

Yazar
İlham İsmayıl
Bəyanatı silmək mümkündür, uduzulmuş savaşın itkilərini silmək olmur...
Seymur Əliyev
Beynəlxalq Sülh Günündə beynəlxalq aləmə qanlı mesaj...
Seymur Verdizadə
Kartofu da, kokaini də xaricdən alırıq...
Həftənin ən çox oxunanları
10 minlik ordu Ermənistana girəcəkdi... - Xlopotov
Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? - "İki ildir ki..." - AÇIQLAMA
AMEA-da qalmaqal: Professorun açıqlamaları akademiyanı lərzəyə gətirdi + VİDEO
“Paşinyan, ağıllı ol, əks halda Ermənistanın dövlət kimi varlığına son qoyula bilər...”
İngilis həkimlər qanda şəkəri endirməyin ən asan yolunu tapdı...-İSRAİL MEDİASI
Azərbaycanda nazir erməni gözəlçəsinin gecə təklifini rədd edib kabinetindən qovdu...
"Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər"
Maksim Musayev Siyavuş Novruzov haqda NƏ DEDİ?..
Zərurət yaransa, bu maşınları sizdən ala bilərlər: Bilməli olduğumuz müharibə qanunları...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247