Xəbər lenti
13/11/2019 [23:48]:
"Siçan maralı" 30 il sonra görüntüləndi
13/11/2019 [23:35]:
Pulsuz benzin üçün bunu da etdilər - MARAQLI + FOTOLAR
13/11/2019 [23:20]:
Bu heyvanlar da insanlar kimi yas saxlayır - MARAQLI ARAŞDIRMA
13/11/2019 [23:14]:
Ermənilərin bioloji silah təhdidi: "Müəyyən etnoslara təsir göstərən viruslar hazırlanır..."
13/11/2019 [22:43]:
Türkiyə 29 İŞİD-çini Azərbaycana göndərəcək
13/11/2019 [22:40]:
““Google maps”ın rəhbərliyində çalışanlar arasında erməni əsilli şəxslər olduğu üçün…”
13/11/2019 [22:34]:
Trampla Ərdoğanın görüşü başladı - İlk çıxışlar
13/11/2019 [22:31]:
“El-Klassiko”nun vaxtı açıqlanıb
13/11/2019 [22:12]:
Saçdan hazırlanmış maraqlı sənət əsərləri - FOTOLAR
13/11/2019 [22:04]:
ADAU-nun tələbə evində Aqrar İnkişaf Könüllüləri ilə görüş davam edir
13/11/2019 [22:04]:
Ən çox izlənilən türk serialları - Ona Messi də baxır
13/11/2019 [21:45]:
"Bu qurumun ləkələnmiş imici artıq aradan qaldırılmaqdadır və biz bunu alqışlayırıq"
13/11/2019 [21:15]:
Dünyanın ilk Ebola peyvəndi təsdiqləndi
13/11/2019 [21:13]:
“Haraya ki, türk ordusu girir, oraya hüzur, çörək, nizam gəlir”
13/11/2019 [21:10]:
Bu da sevgilisinə görə bıçaqlanan Xose Berbardonun qardaşı - FOTO
13/11/2019 [21:06]:
"Hökumət hələ uşaqpulu məsələsində birbaşa addımlar atılmasına hazır deyilsə, o zaman..."
13/11/2019 [21:06]:
Bulvarda dənizə düşən şəxs xilas edildi
13/11/2019 [20:56]:
Əsgər qidaları açıq satışda: Hüquq-mühafizə orqanları həbslərə start verdi
13/11/2019 [20:53]:
"İndiyə kimi atamın məzarını ziyarət etməmişəm"
13/11/2019 [20:49]:
Oğuzda kran aşıb, bir nəfər xəsarət alıb
13/11/2019 [20:46]:
“ANS ÇM”-dən sonra tezlik boş qaldığı üçün müsabiqə elan etdik”
13/11/2019 [20:39]:
Tramp ayaqqabısına yapışan tualet kağızı ilə sosial medianın dilinə düşdü - FOTOLAR
13/11/2019 [20:32]:
BSU-da “Azərbaycan ədəbiyyatşünaslığında Məmməd Cəfər məktəbi” mövzusunda dəyirmi masa keçirilib
13/11/2019 [20:31]:
Gürcüstandan gələn avtomobildə külli miqdarda narkotik vasitə və silah-sursat aşkarlandı - Foto
13/11/2019 [20:23]:
Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının iclası keçirilib
13/11/2019 [20:17]:
Bankir Emin Zeynalov öz yeznəsinə də 1 milyon dollar "atıb"...
13/11/2019 [20:07]:
Türkiyənin yerli savaşçı helikopteri uğurla sınaqdan çıxarıldı...-FOTOLAR+VİDEO
13/11/2019 [20:07]:
Yeniyetmə qızları fahişəliyə cəlb etdi - Bakıda şok olay
13/11/2019 [20:00]:
Polisi təhqir edən müğənni həbs edilə bilər
13/11/2019 [19:52]:
Azərbaycanlılar ABŞ-da qəzaya düşdülər - Biri öldü, digəri...
13/11/2019 [19:48]:
Tarix İnstitutunda BMT baş katibinin xüsusi nümayəndəsi ilə görüş olacaq
13/11/2019 [19:47]:
Honkonqda polisə yanar oxlarla hücum - FOTOLAR
13/11/2019 [19:38]:
Gəncədə mikroavtobus piyadanı vurub
13/11/2019 [19:30]:
Gəncədə qadın xurma ağacından yıxılaraq ölüb
13/11/2019 [19:15]:
UNESKO Mosul şəhərini bərpa edəcək
13/11/2019 [19:09]:
AQTA quş qripi ilə bağlı epizotoloji monitorinqlərə başlayıb
13/11/2019 [19:07]:
Diabetə nəzarət etmədikdə yaranan fəsad - Diabetik nefropatiya hər kəsi haqlaya bilər...
13/11/2019 [18:41]:
Azərbaycanın Yunanıstanda tanıdılması davam edir - FOTO
13/11/2019 [18:36]:
Beş milyon insan quraqlıq səbəbiylə qida böhranıyla üzləşəcək - BMT
13/11/2019 [18:32]:
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” - VİDEO
13/11/2019 [18:29]:
Büdcə zərfinə daxil olan sənədlərin MM-də II oxunuşda müzakirə ediləcəyi tarix məlum olub
13/11/2019 [18:09]:
Gənc qadın oynayarkən uşaq dünyaya gətirdi - FOTO
13/11/2019 [18:05]:
“Çox şadam ki, Prezidentin təyin etdiyi cavan kadrlar işin içinə belə giriblər”
13/11/2019 [18:03]:
Bu müəllimlərin maaşları artırıldı - RƏSMİ
13/11/2019 [17:43]:
“Azəriqaz” İB-də istehsalat müşavirəsi keçirilib
13/11/2019 [17:37]:
Gələn ilin ehtiyac meyarı və yaşayış minimumu təsdiqlənib
13/11/2019 [17:35]:
Nazir “uşaq pulu” verilməsi ilə bağlı təkliflərə münasibət bildirib
13/11/2019 [17:31]:
Gömrük Akademiyasında gömrük rəsmiləşdirilməsi üzrə təlimlər təşkil olunur
13/11/2019 [17:30]:
“Məmməd” adlı bələdçi robot  Azərbaycanın qədim qalasında işə başladı-FOTO+VİDEO
13/11/2019 [17:26]:
Azərbaycan Dillər Universitetində yeni laboratoriya fəaliyyətə başlayıb - FOTO
13/11/2019 [17:22]:
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
13/11/2019 [17:21]:
Sahil Babayev işsizlikdən sığorta haqqı almağın şərtlərini açıqlayıb
13/11/2019 [17:19]:
Azərbaycanda orta aylıq əmək haqqı 600 manatı keçib
13/11/2019 [17:18]:
"Keçid dövründə bəziləri İslam pərdəsi arxasında gizlənərək, qarşıdurmaya çağırış edir"
13/11/2019 [17:08]:
Minimum pensiya artırılacaq - Nazir açıqladı
13/11/2019 [16:53]:
Azərbaycanlı ekspertə Hindistanda böyük etimad
13/11/2019 [16:51]:
Mətanət Əsədova: "Məndən əxlaqlısı yoxdur" - VİDEO
13/11/2019 [16:49]:
Yeni doğulan uşaqlara 500 manat verilsin! - Milli Məclisdə TƏKLİF
13/11/2019 [16:49]:
Tanınmış polkovnikdən gənclərə çağırış
13/11/2019 [16:48]:
Misir Mərdanov: “Test üsulunun Azərbaycana gətirməsində mən də iştirak etmişəm”
13/11/2019 [16:46]:
Texniki Universitetə yeni mətbuat katibi TƏYİN OLUNDU
13/11/2019 [16:44]:
Aktyor yenidən doğma səhnəyə qayıtdı... - FOTO
13/11/2019 [16:44]:
İrəvandan Məmmədyarovun çıxışına qəribə reaksiya
13/11/2019 [16:39]:
İlham Əliyev “Azərsu”ya beş milyon manat ayırdı
13/11/2019 [16:39]:
Rusiyanın "Qarabağ tamaşası" və ya Lavrovun son oyunu...
13/11/2019 [16:34]:
Ruhani təyyarədə sürprizlə qarşılaşdı - Foto
13/11/2019 [16:33]:
Vilayət Eyvazov Fransa səfirini qəbul etdi - FOTO
13/11/2019 [16:26]:
“Tariximizin qorunması, yaşadılması, təbliği ilə bağlı atılan hər bir addım faydalıdır”
13/11/2019 [16:24]:
Hadı Rəcəbli: “Gələn il pensiyaların və əmək haqqlarının artım tempi yerində saymayacaq və...”
13/11/2019 [16:22]:
Prezident “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul etdi
13/11/2019 [16:17]:
350 manat rüşvətə görə həbs edilən polkovnik azadlığa çıxdı
13/11/2019 [16:16]:
"Qarabağ münaqişəsinin "mifləri" haqqında həqiqətlər" kitabı Özbək dilində Daşkənddə çapdan çıxıb - FOTO
13/11/2019 [16:05]:
Ərdoğan-Tramp görüşü öncəsi Vaşinqton küçələrindəki qeyri-adi mikroavtobus şousu...
13/11/2019 [16:05]:
İrəvanı silkələyən olay - VİDEO
13/11/2019 [15:59]:
“İŞİD-in çox vacib adamlarından birini ələ keçirdik”
13/11/2019 [15:58]:
Azərbaycanlı bloqerin evliliyi dörd ay çəkdi
13/11/2019 [15:56]:
Arvadını narahat edən ailənin dörd üzvünü öldürdü - VİDEO
13/11/2019 [15:56]:
"Azərbaycanın tolerantlığı bütün dünya üçün yaxşı nümunə ola bilər"
13/11/2019 [15:48]:
“Nənəm xəsisdir, o qədər danışır ki, beynim gedir” - Nəvəsi əməkdar artisti biabır etdi -VİDEO
13/11/2019 [15:47]:
Ermənilər indi də Azərbaycanın ərzaq bazarında – Qida təhlükəsizliyimiz təhlükədə
Bütün arxiv bir sırada
24/06/2019 [11:17] - Cəmiyyət - ( 959 dəfə baxılıb)

“Gürcüstanda qarışıqlıq Azərbaycanın maraqlarına ziddir”

Politoloq: “Cənubi Qafqaz regionunda anti-Rusiya meyilləri güclənir...”


Qonşu Gürcüstanın paytaxtı Tiflis bir neçə gündür ki, silkələnir. Parlamentin spikeri İrakli Kobaxidze yaranmış vəziyyətlə bağlı ötən həftə Bakıya səfərini yarımçıq qoyub. Minlərlə müxalifət tərəfdarı parlamentə hücum edib, onlardan bir qrupu binaya daxil olub. Xüsusi təyinatlılarla toqquşmalarda onlarla adam xəsarət alıb, xüsusi vasitələr, rezin güllələr tətbiq edilib.

Parlamentin qarşısında aksiya dağıdıldıqdan sonra müxalifətçilər hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının ofisinə basqın edib dağıdıblar. Ölkədə yaranmış vəziyyətlə bağlı prezident Salome Zurabişvili də Belarusa səfərini yarımçıq qoyub.

Zurabişvilinin sözlərinə görə, daxili qarşıdurmanı qızışdıran hər kəs Rusiyanın əlinə oynayır və Kremlin planlarını icra edir: “Rusiya bizim düşmənimizdir və işğalçıdır”.

Eks-prezident, hazırda Ukraynada olan Mixeil Saakaşvili isə etirazları dəstəkləyib, polisi xalqın tərəfinə keçməyə çağırıb. Tbilisidə iyunun 22-də saat 19:00-dan etibarən parlamentin qarşısında keçirilən daha bir aksiyaya hakim Gürcü Arzusu Partiyasının mərkəzi ofisinin qarşısında yekun vurulub. Etirazçılar  tələblərinin yerinə yetirilmədiyi halda, parlament qarşısında növbəti etiraz aksiyası keçiriləcyini bəyan ediblər. Etirazçılar ilk növbədə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər. İştirakçıların növbəti tələbi iyunun 20-də keçirilən aksiyanın amansızcasına dağıdılmasında iştirak edən polis əməkdaşlarının cəzalandırılması ilə bağlıdır. Aksiyanın digər tələbi proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Son tələb iyunun 20-də aksiyada qarşıdurma zamanı saxlanılanların dərhal azad olunmasıdır. Dünən ölkə parlamentinin binası qarşısında növbəti etiraz aksiyas keçirilib. Əraziyə polis və təcili tibbi yardım maşınları cəlb olunub. 4 gündür davam edən aksiyaların davam edəcəyi bəyan edilib.

Göründüyü kimi, Gürcüstanda sırf anti-Rusiya ovqatı hakimdir. Bu tendensiya Cənubi Qafqaz  respublikaları arasında yalnız Azərbaycan üçün xarakterik deyil. Eyni zamanda, Ermənistanda da cəmiyyətdə Rusiyaya qarşı aqressiya müşahidə edilir. Xüsusilə də Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra bu yöndə olan fikirlər açıq ifadə olunmağa başlayıb. Ermənistanda mütəmadi olaraq anti-Rusiya aksiyaları keçirilir.

Rusiya prezidenti Vladimir Putin isə Gürcüstanda baş verən son hadisələri Təhlükəsizlik Şurasının iclasında müzakirə edib. Müzakirələrin ardınca Putin Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarının iyulun 8-dən etibarən dayandırılması haqda sərəncam verib. Bu qərar “Rusiyanın milli təhlükəsizliyinin təmin edilməsi, Rusiya vətəndaşlarının ”cinayətkar və digər qanunsuz hərəkətlərdən qorunması zərurəti" ilə əsaslandırılır. Habelə sərəncama əsasən turoperatorlara və turagentlərə tövsiyə edilir ki, Gürcüstan kurortlarına turpaketlərin satışından çəkinsinlər. Habelə Rusiya XİN iyunun 21-də bəyanatla çıxış edərək ölkə vətəndaşlarına “şəxsi təhlükəsizlikləri baxımından” Gürcüstana səfərlərdən çəkinməyi tövsiyə edib. XİN Gürcüstanda yaranmış daxili siyasi vəziyyətdən ciddi narahatlıq bildirib.

Elman Nəsirov ile ilgili görsel sonucu
Proseslərin hansı məcrada inkişaf edə biləcəyi, Gürcüstanda gərginliyin xaosa çevrilmə ehtimalı, bu baş verərsə, Azərbaycanın da iştirak etdiyi transmilli layihələrə hansısa təsirinin olub-olmayacağı barədə suallarımıza cavabında Azərbaycan Milli Məclisinin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Cənubi Qafqaz regionunda anti-Rusiya meyilləri güclənməkdədir: “Xüsusilə o diqqətdən yayınmır ki, Ermənistan Rusiyanın forpostu olsa da bu ölkədə də anti-Rusiya çıxışları artır. Ermənistandakı anti-Rusiya prosesi bundan sonra daha da güclənəcək. Buna qonşu Gürcüstanda baş verən proseslər də təsir edir. Gürcüstanda Rusiya əleyhinə çıxışlar geniş vüsət alır. Belə vəziyyətdə Rusiya üçün bir sınaq anıdır. Yəni Rusiya rəhbərliyi artıq özü üçün müəyyən eləyə bilər ki, Cənubi Qafqaz regionunda öz qonşusu Rusiya ilə bərabərhüquqlu, qarşılıqlı faydalı və strateji tərəfdaşlıq siyasətini həyata keçirən hansı dövlətdir. Təbii ki, bu, Azərbaycandır. Azərbaycan dövləti Rusiyaya öz tarixi qonşusu kimi baxır və biz Rusiya əleyhinə hər hansı kampaniyaya, sanksiyaya qoşulmamışıq. Qərb də bunu çox gözəl bilir ki, bu, heç də Azərbaycanın Rusiyadan asılılığı ilə bağlı deyil. Azərbaycan dövləti, onun prezidenti İlham Əliyev müstəqil xarici siyasət həyata keçirir, milli maraqlara söykənən siyasət həyata keçirir. Məhz bu siyasətin məntiqindən çıxış edərək Azərbaycan həm Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır, eyni zamanda, Azərbaycanın işğalçı Ermənistan istisna olmaqla bütün qonşuları ilə, həmçinin Qərb dövlətləri ilə analoji münasibətləri var. Moskva ”papağını qarşısına qoyub" düşünsün ki, Cənubi Qafqaz regionunda Rusiyaya ən səmimi münasibəti hansı dövlət həyata keçirir. Ermənistan özünü Rusiyanın strateji müttəfiqi bəyan edə-edə, onun ayağının altını qazmaqla məşğuldur. Gürcüstana gəlincə, onsuz da uzun müddətdir bu dövlətin yönümü birmənalı olaraq Qərbə doğrudur və bu siyasət Rusiyanı inkar edir. Gürcüstanda anti-Rusiya dalğası yeni fazaya daxil ola bilər".

Deputat vurğuladı ki, Cənubi Qafqaz regionu onsuz da dünyanın siyasi xəritəsində çox mürəkkəb regionlardan biridir: “Baş verən hadisələr daha da mürəkkəb vəziyyət yaradır. Biz ondan ehtiyat edirik ki, Gürcüstanda hadisələrin inkişafı 2008-ci ilin avqust hadisələrinə oxşar hadisələrə yol aça bilər. Rusiyanın xarici siyasət doktrinasında postsovet məkanı strateji hesab olunur. Necə ki, ABŞ-ın da xarici siyasət doktrinasında yaxın Şərq regionu eyni statusa malikdir. ”Yaxın bağça" hesab etdiyi regionda proseslərin bu şəkildə onun əleyhinə yönəlməsi şübhəsiz ki, Kremli çox narahat eləyən məsələdir. Hesab edirəm ki, Rusiya prezidenti Vladimir Putin bu vəziyyəti sadəcə, müşahidəçi statusunda izləməyəcək, onun Gürcüstana münasibətdə sərt davranışını proqnozlaşdırmaq mümkündür. Rusiya regionda onun əleyhinə başlanan proseslərin qarşısını almağa yəqin ki, cəhd göstərəcək. Hadisələrin daha da drammatikləşməsinin Azərbaycanın da iştirak etdiyi Gürcüstandan keçən transmilli layihələrə təhlükə yaratma ehtimalının olub-olmadığına gəlincə, Gürcüstanda baş verən prosesləri təkcə Rusiyada deyil, bütün dünyada diqqətlə izləyirlər. Azərbaycan da qonşu ölkədə proseslərin dinc məcraya yönəlməsində maraqlıdır.

Gürcistan ile ilgili görsel sonucu
Çünki hadisələr xaotik məzmun kəsb edəcəyi halda təbii ki, bu, Azərbaycanın da milli maraqlarına ziddir. Bizim milli dövlətçilik maraqlarımız tələb edir ki, Gürcüstanda proseslər dinc məcraya yönəlsin, proseslər qorxulu miqyas almasın. İstənilən ssenarini nəzərdən keçirsək, hər halda bu, beynəlxalq strateji əhəmiyyətli layihələrə, xətlərə ziyan vurmamalıdır. Burada söhbət təkcə Gürcüstandan getmir, bu xətt boyunca olan ölkələrdən gedir. İmzalanmış müqavilələr var və onlar beynəlxalq hüquqi sənədlərdir. Ona görə də hətta Gürcüstanda hipotetik baxımdan hakimiyyət dəyişikliyi baş versə belə, kimin bu ölkədə hakimiyyətdə olmasından asılı olmayaraq, həmin böyük layihələrin gələcək fəaliyyətinə təsir göstərməməlidir".

E.Nəsirov qeyd etdi ki, biz Azərbaycan dövləti olaraq Rusiya-Gürcüstan münasibətlərində yaranmış gərginliyin çox mürəkkəb və “qara ssenari” üzrə inkişaf etməyəcəyinə ümid bəsləyirik. Çünki bu, regionda çox böyük fəlakətlərə yol aça bilər.(musavat.com)

loading...
loading...
Pulsuz benzin üçün bunu da etdilər - MARAQLI + FOTOLAR
Bu heyvanlar da insanlar kimi yas saxlayır - MARAQLI ARAŞDIRMA
"Bu qurumun ləkələnmiş imici artıq aradan qaldırılmaqdadır və biz bunu alqışlayırıq"
Dünyanın ilk Ebola peyvəndi təsdiqləndi
"Hökumət hələ uşaqpulu məsələsində birbaşa addımlar atılmasına hazır deyilsə, o zaman..."
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
“Haraya ki, türk ordusu girir, oraya hüzur, çörək, nizam gəlir”
Dünya
Beş milyon insan quraqlıq səbəbiylə qida böhranıyla üzləşəcək - BMT
Maraqlı
Ərdoğan-Tramp görüşü öncəsi Vaşinqton küçələrindəki qeyri-adi mikroavtobus şousu...
Gündəm
“Tariximizin azyaşlılara cizgi filmləri vasitəsi ilə təbliğinə ehtiyac var”
Şou-biznes
“Konsertdən sonra təbrik zəngləri gəlir, telefonumuz susmur...”
Həftənin ən çox oxunanları
"Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək..."
Telli Borçalıdan üzücü XƏBƏR - "Toyda yıxılıb, həkim çatana kimi keçinib"
"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
İnsanları “təsvir edilə bilməyən əzab” gözləyir: iqlim fəlakəti baş verdi
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
"Yalnız bu halda Türkiyə  Qarabağ savaşında Azərbaycana hərbi dəstək verə bilər...”
PKK-çı kürdlərdən Rusiya-Türkiyə hərbi patrullarına VƏHŞİ HÜCUMUN VİDEOSU...
Qalmaqallı biznesmenin maşınına bomba atıldı, cangüdənin başı qopdu - DƏHŞƏT + VİDEO
“Müharibə edəcəklərsə müharibə edəcəyik, döyüşəcəklərsə döyüşəcəyik” – “Qorxmuruq!”
Yanvardan pensiyalar bu qədər ARTACAQ
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247