Xəbər lenti
17/10/2019 [23:13]:
Türkiyənin XİN rəhbəri ABŞ-la danışıqların nəticələrini şərh edib
17/10/2019 [23:11]:
Slovakiya - Azərbaycan matçının stadionu dəyişdirilib
17/10/2019 [23:04]:
“Türkiyə əməliyyata fasilə verir” - Çavuşoğlu aydnlıq gətirdi, VİDEO
17/10/2019 [23:02]:
Azərbaycanda əhalinin sayı 10 035 351 nəfərə çatdı
17/10/2019 [22:59]:
“Prezident eyhamla söylədi ki, özünüzü yığışdırın” - Dövlət başçısının mesajları kimlərə ünvanladı
17/10/2019 [22:50]:
Tramp: "Türkiyəyə qarşı yeni sanksiyalara ehtiyac yoxdur"
17/10/2019 [22:46]:
ABŞ-ın vitse-prezidenti: "Türkiyə hərbi əməliyyatı 120 saatlıq dayandıracaq"
17/10/2019 [22:43]:
Lukaşenko: "Rusiya dövlət deyil..."
17/10/2019 [22:18]:
"Barış Pınarı"nda atəşkəs əldə olundu, Tramp Ərdoğana təşəkkür etdi
17/10/2019 [22:06]:
Zakir Həsənov Çinə işgüzar səfərə gedəcək
17/10/2019 [22:00]:
Ərdoğan Trampın adamını belə pərt etdi - Video
17/10/2019 [21:49]:
Türkiyə prezidentinin sözçüsü Rusiyanın Suriya üzrə xüsusi təmsilçisi ilə görüşüb
17/10/2019 [21:48]:
“Sülh çeşməsi”: 702 terrorçu məhv edildi
17/10/2019 [21:46]:
Sevinc Fətəliyeva: " Türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir"
17/10/2019 [21:37]:
Gürcüstanda üç uşaq anası olan azərbaycanlını əri kəmərlə boğub - YENİLƏNİB + TƏFƏRRÜAT
17/10/2019 [21:32]:
Putin Ərdoğanın müdafiəsinə qalxdı - Trampa sərt cavab
17/10/2019 [21:19]:
Şvartsnegger və Hemilton qırmızı xalçada öpüşdülər - FOTO
17/10/2019 [21:17]:
Gənclər təşkilatı Göyçayda maarifçilik işi aparıb - FOTOLAR
17/10/2019 [21:15]:
Ərdoğan Trampın məktubunu zibil qabına atıb
17/10/2019 [21:13]:
“O, kreslosunu bərkitmək üçün dövləti də aldadıb” -Afaq Bəşirqızından prezidentə müraciət
17/10/2019 [20:40]:
Tramvay sürücüsü mesajlaşdığı üçün yüz milyon dollarlıq zərər etdi
17/10/2019 [20:37]:
İstədiyi dərmanı yazmadığı üçün həkimin boğazını kəsdi
17/10/2019 [20:33]:
PKK-nın qış bazasına zərbə endirildi - 118 terrorçu zərərsizləşdirildi + FOTOLAR
17/10/2019 [20:32]:
Ər-arvadı Gürcüstana qanunsuz keçirdi - 1 AZN və balaca arağa görə
17/10/2019 [20:29]:
“Övladımız olmadığına görə boşanmadım, çünki həyat yoldaşımı çox sevirdim...”
17/10/2019 [20:11]:
Rusiya ballistik və qanadlı raketlər atdı
17/10/2019 [20:08]:
Fransada Naxçıvanla bağlı təqdimat oldu -FOTOLAR
17/10/2019 [20:04]:
Şagirdlərinə göstərdiyi şey sosial mediada virus kimi yayıldı - MARAQLI
17/10/2019 [20:03]:
“Tofaş” “Opel”lə toqquşdu: bir nəfər öldü
17/10/2019 [19:47]:
ADAU-nun rektoru Mogilyev Dövlət Ərzaq Universitetində mühazirə söyləyib
17/10/2019 [19:46]:
““Kapitalbank” mənim Şuşanın müdafiəsi uğrunda yaralandığımı nəzərə almadı...”
17/10/2019 [19:43]:
Azərbaycanda 16 yaşlı qızı oğurladılar
17/10/2019 [19:41]:
Yüz illik ağacı kəsdi, 300 min funt-sterlinq cərimə olundu - MARAQLI
17/10/2019 [19:06]:
"Azərbaycan Dəmir Yolları”nın sədri "Stadler Minsk" zavodunda oldu - FOTOLAR
17/10/2019 [18:53]:
Bu il 2144 əkiz, 54 üçəm doğuldu
17/10/2019 [18:51]:
Bərdədə yola tökülən şüşə qırıntıları hərəkəti çətinləşdirib - FOTO/VİDEO
17/10/2019 [18:47]:
Azərbaycanın dövlət büdcəsində 181 milyon manat qalıq yaranıb
17/10/2019 [18:06]:
Azərbaycan əhalisinin sayı açıqlanıb
17/10/2019 [18:04]:
“Sanksiya ritorikaları 70 illik NATO alyans ruhu ilə uyğun gəlmir”
17/10/2019 [18:02]:
"Essyen məni görüşə dəvət edib..." - Kəmalə İsmayılova
17/10/2019 [17:58]:
Şəkidə şok hadisə - 16 yaşlı qız beş aylıq hamilədir
17/10/2019 [17:56]:
"Cəmiyyətin acgözlüklə gözlədiyi anlar çox da uzaqda deyil..." - Kadr islahatı anonsu...
17/10/2019 [17:49]:
“Bu adam nə qədər şərəfsiz, ləyaqətsizdir ki... - Xalq artistindən əməkdar artistə şok ittiham
17/10/2019 [17:41]:
Abel Məhərrəmovun vəfat edən kürəkəninin yerinə təyinat oldu
17/10/2019 [17:40]:
Cavuşoğlu: “Tramp 5 dəqiqədən bir fərqli “tvit” atır, onun hansına inanaq?”
17/10/2019 [17:31]:
Aqşin Fateh: “Həyasızlığın adını cəsarət qoyublar” - VİDEO
17/10/2019 [17:27]:
Azərbaycana gətirilən elektromobillərin sayı 3 dəfə artıb
17/10/2019 [17:24]:
Özündən 48 yaş böyük kişi ilə evlənən məşhur aktrisa süni mayalanma etdirir - FOTO
17/10/2019 [17:21]:
Prezident: "Qəsəbədaxili yollara asfalt vurulmalıdır"
17/10/2019 [17:21]:
“Biz bu torpağı atalarımızdan təhvil almışıq, azərbaycanlılar isə Qarabağa gəlmədir”
17/10/2019 [17:20]:
Ərdoğanla ABŞ-ın vitse-prezidenti arasında görüş başlayıb
17/10/2019 [17:14]:
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17/10/2019 [17:10]:
ADAU-da Müstəqillik günü ilə bağlı şahmat yarışı keçirilib - FOTOLAR
17/10/2019 [17:01]:
Azər Allahverənov “Xüsusi Xidmətlərə görə” ordeni ilə təltif edilib
17/10/2019 [17:00]:
Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir
17/10/2019 [16:59]:
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 790 min manat vəsait ayrılıb
17/10/2019 [16:53]:
MSK sabah bələdiyyə seçkilərinin vaxtını təyin edəcək
17/10/2019 [16:52]:
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti"nin rəhbəri həbs olunub - RƏSMİ
17/10/2019 [16:50]:
Faiq Qarayev “Əmək” ordeni ilə təltif edilib
17/10/2019 [16:46]:
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb - FOTOLAR
17/10/2019 [16:41]:
Zaxarova: "Mən Sovet İttifaqının Xarici İşlər Nazirliyinin mətbuat katibi deyiləm"
17/10/2019 [16:39]:
Gəncədə doğuş zamanı körpə öldü
17/10/2019 [16:31]:
Zakir Həsənov həmsədrlərlə cəbhənin Qazax istiqamətindəki vəziyyəti müzakirə edib
17/10/2019 [16:15]:
Ağcabədidə avtomobil qoyun sürüsünə girib, 10-dan çox xırdabuynuzlu tələf olub - FOTO
17/10/2019 [16:04]:
Paşinyanın xanımını geyiminə görə təhqir etdilər - FOTO
17/10/2019 [16:00]:
Suriya Milli Ordusunun itkilərinin sayı açıqlanıb
17/10/2019 [15:57]:
Feysbuk və İnstaqram çökdü
17/10/2019 [15:55]:
Rusiya XİN Konstantin Zatulinin Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət bildirdi
17/10/2019 [15:28]:
“Türkologiya” jurnalının 3-cü sayı çapdan çıxıb
17/10/2019 [15:28]:
“Şou-biznesdə heç kimin kişilikdən danışmağa ixtiyarı yoxdur” - VİDEO
17/10/2019 [15:22]:
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17/10/2019 [15:20]:
DİN və Prokurorluq mitinqlə bağlı xəbərdarlıq edib
17/10/2019 [15:19]:
"Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur" -Əli Əhmədov
17/10/2019 [15:17]:
İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17/10/2019 [15:12]:
Ərdoğan Trampın məktubunu zibil qutusuna atdı
17/10/2019 [15:10]:
ADPU-da BDU-nun 100 illik yubileyi ilə əlaqədar dəyirmi masa təşkil edilib
17/10/2019 [15:09]:
Bakıda ikiarvadlı kişinin törətdiyi dəhşətli qətlin təfərrüatı: Arvadı yad kişi ilə olan şəklini ona göndərib
17/10/2019 [15:09]:
İqtidardakı islahat əleyhdarları... – Novruzov açıqladı
17/10/2019 [15:07]:
Xalq artisti Türkiyəyə aparılır: Vəziyyəti yaxşı deyil
17/10/2019 [15:03]:
“İslahatlara alternativ yoxdur…”- Tahir Rzayev
Bütün arxiv bir sırada
24/06/2019 [13:46] - Cəmiyyət - ( 1063 dəfə baxılıb)

"Xalq əmanəti" Vazehi tam külliyatı ilə xalqa çatdırdı -FOTOLAR



Xalq Bankın 16-cı mərtəbəsi... Sərgi və konfrans zalının yerləşdiyi qat...  Budəfəki ab-hava nisbətən fərqlidir... Salonu gəzdikcə qoca Şərqin müdrikliyi ilə Qərb rasionalizminin baş-başa verərək, uzun illərin ayrılığından sonra bir-birilə görüşən iki yaxın kimi söhbətləşdiyini görürük. Xüsusi lövhələrdə Qoca Şərqi bütün həyatı, düşüncəsi, qiyafəsi, müdrikliyi ilə özünə hopduran bir gəncəli dühanın vaxtilə bütün Avropada şirin nəğmə kimi səslənən misralarını, beytlərini görürük... Miniatür rəsmlər də gözdən qaçmır... Sehirli Şərqin sirli insanı burada da öz böyük missiyasını yerinə yetirməkdədir. Gəncə müdriki burada da Şərq irrasionalizmi ilə Qərb rasionalizmini uzun əsrlərin ayrılığından sonra qucaqlaşdırmaqda, bir-birinə simsarlaşdırmaqda davam edir...

Xalq Bankın sərgi və konfrans zalının yerləşdiyi 16-cı qatında da həmin Gəncə müdriki əsrlərə sığmayan böyük missiyasını davam etdirir: Qoca Şərqin müdrik ruhunu misraları ilə Qərbin praqmatik düşüncəsi ilə  dostlaşdırır...

 Gəncə müdriki

 Xalq Bankın “Xalq Əmanəti” layihəsinin on səkkizinci nəşri böyük Azərbaycan şairi, mütəfəkkiri, marifçi-pedaqoqu Mirzə Şəfi Vazehin (1794-1852) yaradıcılıq irsinə həsr olunub. “Vazeh” (ifadəli, aydın) təxəllüsü ilə Azərbaycan və fars dillərində yazıb-yaradan Mirzə Şəfi Kərbəlayi Sadıq oğlu 1794-cü ildə Gəncədə doğulub. Erkən yaşlarında mədrəsədə dinin əsaslarını öyrənən Mirzə Şəfi təhsilini başa vurduqdan sonra Azərbaycan və Şərq ədəbiyyatı, sufilik fəlsəfəsi ilə dərindən maraqlanır. Gənc şair yazdığı əsərlərində insan ruhunun əzəmətini, sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri vəsf edirdi. Vazeh qələmindən çıxan “Yusif və Züleyxa”, “Sədi və şah” poemaları, çoxsaylı qəzəlləri, rübailəri, kəskin satira və yumorla dolu aforizmləri dövrü üçün çox cəsarətli nümunələr idi. Vazeh “Kitabi-türki” adlı ilk Azərbaycan dili dərsliyinin müəlliflərindən biri olmuşdur. Lakin şairin yaradıcılığı, onun tədris və maarifçilik sahəsində səyləri din xadimlərinin ürəyincə deyildi. Böyük təzyiqlər altında Mirzə Şəfi 1840-cı ildə doğma şəhərini tərk edərək, o vaxt Qafqazın mütərəqqi mədəniyyət, elm və təhsil mərkəzi sayılan Tiflisə köçməyə məcbur olur. Mirzə Şəfi Tiflis məktəbində mükəmməl bildiyi “nəstəliq” xətti ilə yazıdan, sonra isə şərq dillərindən və ədəbiyyatdan dərs deyirdi. Şair öz evində “Divani-Hikmət” ədəbi məclisi yaratmışdı. Dövrünün tanınmış şair, yazıçı və filosoflarının çoxu, o cümlədən Vazehin şagirdi və davamçısı Mirzə Fətəli Axundzadə axşamlar tez-tez bu məclisdə toplaşardılar. Eyni zamanda Mirzə Şəfi Azərbaycan poeziyasının ilk müntəxəbatını yazır və Tiflis gimnaziyası üçün "Tatar-rus lüğətini" tərtib edir (İ.Qriqoryevlə birgə).

 “Görüş məkanı”na qayıdaq

 Artıq söhbətin kimdən getdiyini hər birimiz bildik. Bu, bütün Avropanı öz misraları ilə sehirləyən, beytləri “nəğməyə” çevrilərək bütün Qərbi dolaşan böyük şair, mütəfəkkir, Gəncə müdiriki Mirzə Şəfi Vazehdir. “Xalq Əmanəti” layihəsi bu dəfə Mirzə Şəfi Vazehin timsalında bütün Avropanı silkələyən Şərq müdrikliyini insanların görüşünə gətirdi.  Bu görüş üzərində 5 ildən çox işlənən Mirzə Şəfi Vazeh –Bütün əsərləri adlı mükəmməl kitab vasitəsilə baş tutdu... Görüş məkanı isə yuxarıda dediyimiz, içində olduğumuz o salon idi ki, orada Mirzə Şəfi yenə də Şərq ruhu ilə Qərb beynini dostlaşdıraraq, söhbətləşirirdi.

 Konfrans zalı isə Vazehin  həmin anda da davam etdirdiyi bu böyük missiya qarşısında heyranlığını gizlətmirdi. Kitabla bağlı danışanlar şüuraltı şəkildə də olsa bu məsələyə eyham vururdular. Bir neçəsinə diqqət edək:

 Səlim Babullaoğlu (layihənin redaktoru, nəşrin tərtibçisi və ön sözün müəllifi):

 “Dahi Azərbaycan mütəfəkkiri Mirzə Şəfi Vazehin bütün əsərlərinin ilk dəfə olaraq  yer aldığı bu kitab  bizə 170 illik  tarixi göstərir.

Nəşrdə klassik və müasir tərcümələr yer alsa da, orada yalnız tərcümə işi görülməyib, həm də  tədqiqat aparılıb.

Burada Vazehi tədqiq etmiş tədqiqatçıların adı da çəkilib. Onların sırasında Salman Mümtaz, Akif Bayramov da yer alıb. Bu kitab həmin insanların işinin nəticəsidir.

Nəşrin ərsəyə gəlməsində təbii ki, tərcüməçilərin də böyük rolu olub. Onlardan Pünhan Əzimli, Azad Yaşar, Yusif Savalanı misal göstərmək olar.

Kitab almancadan azərbaycancaya, həm də azərbaycancadan almancaya tərcümə olunub. Yusif Savalanın tərcümə işlərində böyük rolu olub. 

Həmçinin, Almaniyada yaşayan Orxan Aras  nəşrin ərsəyə gəlməsində böyük səy göstərib. O, Almaniyadakı kitabxanalarla əlaqə yaradılmasında, nəşrlə bağlı materialların toplanmasında iştirak edib. Vazehin əski alman əlifbasında olan irsinin yeni alman əlifbasına köçürülməsində  köməyi olub. Vazehin bəzi şeirlərini isə almancaya tərcümə edib.

 Kitab paleoqrafiya və çap sisteminin ən yüksək səviyyəsini özündə əks etdirir. Bu gün bizim aldığımız Mirzə Şəfi Vazeh kitabı  Xalq Bankın Azərbaycan elminə, ictimai fikrinə çox böyük hədiyyəsidir. Bu bir nümunədir.Ümid edirəm ki, bu çür təbliğatların ardı gələcək”.

 İsa Həbibbəyli ( akademik, AMEA-nın vitse-prezidenti, millət vəkili):

 “Biz bu kitaba qədər Mirzə Şəfi Vazeh haqqında çox şey bilmirdik. Mən AMEA-ya yeni gələndə professor  Fəxrəddin Veysəlli (nəşrin ekspertlərindən biri –red.)  bir ay Almaniyada Vazeh irsini araşdırdı.  Buna baxmayaraq, o istədiyi məlumatları əldə edə bilmədi. Bu gün isə Xalq Bank mümkün olan hər şey ilə bizi təmin etdi. Mirzə Şəfi Vazehin  dünyanın müxtəlif ölkələrində olan əlyazmalarını tapmaqda bizə yardımçı oldu.

Bu günə qədər Mirzə Şəfi Vazehin bu həcmdə  kitabı olmamışdı. Mirzə Şəfi Vazehin indiyə kimi ən çox 50-60 şeiri əlimizdə olub. Bu kitabın həcmindən də görsənir ki, burada Vazehin kifayər qədər çox əsəri var”.

Nizami Cəfərov, (akademikmillət vəkili, Atatürk Mərkəzinin sədri):

“Nizami Gəncəvidən sonra 700 il Gəncə poeziyasında sükut oldu. Sonra isə  dahi Mirzə Şəfi Vazeh dünyaya gəldi. XIX əsrin birinci yarısı Mirzə Şəfi dövrü kimi qiymətləndirilir. Bu dövrdə poeziya və ədəbiyyat sahəsində mistik bir irəliləyiş baş verdi.

Uzun illər ədəbiyyatşünaslar arasında Mirzə Şəfi Vazehin əsərlərinin ortaya çıxması gözlənilirdi Mənə elə gəlir ki, bu məsələ öz həllini indi tapdı. Amma inanıram ki,Vazehin yaradıcılığının öyrənilməyən məqamları çoxdur. Mirzə Şəfinin miqyasını göstərmək lazımdır”.

Rafael Hüseynov (akademik, millət vəkili)

 “Bu kitab mədəni həyatımıza və ədəbiyyatımıza verilən töhfədi. Azərbaycan ədəbiyyatının müxtəlif simaları haqqında çoxlu kitablar çap olunub. Düşünürəm ki, bu nəcib və faydalı addım gələcəkdə də davam etdiriləcək. Rafiq Həşimovun bu istiqamətdəki işləri diqqətə və təşəkkürə layiqdir. Bu işləri görmək üçün ətrafa faydalı və səmərəli insanlar yığılıb. Bütün bunlar təşəbbüskar və iş bacaran insanların səyi nəticəsində baş verib.

Mirzə Şəfi Vazehin  əsərləri olduqca qiymətləndirməyə layiqdir.

Bu gün Nizami Gəncəvi, İmadəddin Nəsimini də öz yazıçısı olaraq adına çıxaran bir çox xalqlar var. Əslində isə onlar bütün dünyanın şairləridir. Bu sözlər Mirzə Şəfi Vazehə də aiddir”.

Nəşr haqqında əlavə bir neçə söz

 Mirzə Şəfi Vazehin ədəbi məclisinin dinləyicilərindən biri Qafqazın tədqiqatçısı, alman tərcüməçi, ondan bir neçə il ərzində şərq dilləri dərsi alan Fridrix Martin fon Bodenştedt olub. Vətəninə dönərkən Vazeh ona öz əlyazmalarını verir, Bodenştedt isə əlyazmaları tərcümə edib nəşr edəcəyini və bir nüsxəsini müəllifə göndərəcəyini vəd edir. Bodenştedt 1850-ci ildə “Şərqdə min bir gün” adlı kitabını dərc elətdirir və həmin kitabda azərbaycanlı müəllimi, şair Mirzə Şəfiyə və onun şeirlərinə xüsusi yer ayırır.  Kitab böyük uğur qazanır və 1 il sonra həmin kitabın məzmunu genişləndirilərək “Mirzə Şəfinin nəğmələri” adı ilə ayrıca şeir toplusu kimi dərc edilir. 23 il keçəndən sonra Bodenştedt “Mirzə Şəfinin irsindən” adlı daha bir toplu nəşr etdirir ki, bu kitabda o artıq şeirlərin əvvəlki kitablarda söylədiyi kimi  Mirzə Şəfiyə deyil, ona məxsus olduğunu iddia edir. Vazehin “nəğmələri” Almaniyada nəşr edildiyi 1850 və 1851-ci illərdən sonrakı 40 il ərzində 145 dəfə çap olunmuş, bu dövr ərzində Avropanın əsas aparıcı dillərinə çevrilmiş, dünya şöhrəti qazanmışdı.

 Mirzə Şəfi Vazehin “Bütün əsərləri” Xalq Əmanəti” kollektivinin təcrübəsində ən mürəkkəb işlərdən biri olub. Beş ildən çox müddət ərzində üzərində müxtəlif  ölkələrin çoxsaylı külliyyatın  Gəncəli müdriki və onun yaradıcılığını xalqımıza yenidən qaytaracağı şübhəsizdir. Azərbaycan, rus və alman dilərində işıq üzü görən kitabda böyük şairin bütün əsərləri yer alıb.

 Mirzə Şəfi Vazehin alman dilindəki irsi – Fridrix fon Bodenştedtin çap etdirdiyi üç kitabda yer alan bütün poetik mətnlər nəzərə alınarsa 351 şeirdən ibarətdir. Şairin əsasən N.Qrebnev və L.Maltsev tərəfindən rus dilinə tərcümə olunan əsərlərinin sayı 400-ə yaxındır. Bu şeirlərin  yarısından çoxunu eyni şeirlərin müxtəlif tərcümələri təşkil edir. Orijinal şeirlərlə birlikdə ana dilimizə tərcümələrin ümumilikdə sayı isə heç vaxt 90-ı ötməyib.

 Yaradıcı qrup ilk növbədə əski alman əlifbasında olan bütün şeirləri yeni alman əlifbasına keçirdi. Bu şeirlər Mirzə Şəfinin Azərbaycan və rus dillərində indiyədək mövcud şeirləri (tərcümələri) ilə tutuşduruldu və hər üç dildə çatışmayan şeirlər müəyyənləşdirildi. Bu şeirlərin Azərbaycan və rus dillərində sətri tərcümələri hazırlandı. Eyni zamanda Azərbaycan və rus dillərində mövcud olan şeirlər bir-biri ilə tutuşdurularaq bu istiqamətdə də boşluqlar müəyyənləşdirildi - Azərbaycan dilində çatışmayan 270, rus dilində 180, alman dilində isə 15 şeirin sətri və bədii tərcümələri hazırlandı.

 Bu prosesdə alman dilinin tanınmış mütəxəssisləri, alimlər və eləcə də Mirzə Şəfi yaradıcılığının azərbaycanlı tədqiqatçıları prof. A.Bayram, prof. F.Veysəlli, V.Hacıyev, Y.Savalan yaxından iştirak etmişlər. Almaniyadan tərcüməçi-ədiblər Orxan Aras və Karl H.Kiel mətnləri əski alman əlifbasından yenisinə keçirimiş və alman dilində bədii tərcümələri hazırlamış, görkəmli rus şairi Mixail Sinelnikov, istedadlı şair-tərcüməçilər - Nicat Məmmədov və Alina Talıbova mətnləri rus dilinə çevirmişlər. Adları çəkilən rus dili tərcüməçilərinin işləri ilə yanaşı kitaba əsasən N.Qrebnev və L.Maltsevin tərcümələri olmaqla F.Kaluqin, B.Markov, S.Nadson, İ.Prodan, İ. və A.Txorjevskilər, P.Çaykovksi, N.Eyfert, P.Yakuboviç, A.Şeller-Mixaylov və V.Luqovskoyun tərcümələri salınıb.

 EPİLOQ

“Sonsuz qüvvələri peyda eyləyən

Bəşər taleyini vəsf edirəm mən”

 Mirzə Şəfi Vazehə aiddir bu misralar. Adıçəkilən nəşrdə ilk dəfə təqdim edilib. Poetik tərcüməsi də Aslan Aslanova məxsusdur. Amma burada başqa bir detala diqqət çəkək: Qoca Şərqin sonsuzluq ruhu ilə, düşüncəli Qərbin məntiq dünyasını bir-birilə qovuşduran və bəşər taleyini beləcə vəsf edən şəxs nə yaxşı ki,  başqası yox, məhz gəncəli bir müdrikdir....

loading...
loading...
İstədiyi dərmanı yazmadığı üçün həkimin boğazını kəsdi
Şagirdlərinə göstərdiyi şey sosial mediada virus kimi yayıldı - MARAQLI
Yüz illik ağacı kəsdi, 300 min funt-sterlinq cərimə olundu - MARAQLI
"Marşrutun tam fəaliyyətindən sonra üzv ölkələr ilk ildə 1 milyard dollar gəlir əldə edəcəklər”
ADY-nin rəqəmsallaşması proseslərin daha şəffaf, sürətli və dəqiq olmasına kömək edir - RƏYLƏR
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
PKK-nın qış bazasına zərbə endirildi - 118 terrorçu zərərsizləşdirildi + FOTOLAR
Cəmiyyət
““Kapitalbank” mənim Şuşanın müdafiəsi uğrunda yaralandığımı nəzərə almadı...”
Cəmiyyət
“Telekanallarımızda mədəniyyətə və kitaba yönəlik verilişlərin açılmağını təvəqqe edirəm...”
Gündəm
“Bu köç Qaradağa gedir-  Bu köç Qarabağa getmir...”
Gündəm
Erməni rejimi Qarabağa yürüş etmək istəyənləri hədələdi: “Hamısı “sərhəd”ə çatmamış öləcək!..” 
Həftənin ən çox oxunanları
Türk ordusunun əsir aldığı terrorçular... - Heç yerdə görmədiyiniz görüntülər - VİDEO
Şəbnəm Tovuzlunun həcisi "tenderlər kralı" Ramazan Mirzəyevlə bağlı sirlər AÇILDI
Tezliklə azadlığa çıxacaq Fədayə üçün BƏD XƏBƏR
Nə yaraşıq, nə pul,... . Qadınlar kişiləri bu cəhətinə görə seçirmiş.. -FOTO
“Suriya ordusu türk ordusu ilə vuruşmayacaq, çünki...”
YPG-PKK komandirləri Türk ordusunun qarşısında ağlayırlar – VİDEO
"Maşın" şouda böyük rüşvət qalmaqalı - Rəqsanə inanılmaz VİDEO paylaşdı
Bakıda oteldə qadının başı kəsildi - Cinsi əlaqəyə girmədiyi üçün - VİDEO
Paşinyanın Aşqabad fiaskosu – Putin Nikolu necə aşağıladı – FOTO/VİDEO
Masonlardan Türkiyənin əməliyyatı ilə bağlı - Bəyanat
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247