Xəbər lenti
03/08/2020 [18:38]:
Kənan Hacıəkbəroğluna qarşı təzyiqlə bağlı xəbər həqiqətə uyğun deyil
03/08/2020 [18:36]:
"Bu yanlış məlumatın nə məqsədlə və kimlər tərfindən yayıldığı tezliklə aydınlaşacaq"
03/08/2020 [18:27]:
Cənub zonasında yaşayan Böyük Vətən müharibəsi veteranlarına ərzaq sovqatları paylanılıb - FOTO
03/08/2020 [18:20]:
Erməni mahnısını oxuduğu iddia olunan müğənninin VİDEO AÇIQLAMASI
03/08/2020 [18:18]:
Zərdabda torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanıldı
03/08/2020 [18:12]:
"Biz Azərbaycana on dəfə çox silah satmışıq" - Serbiya Prezidenti
03/08/2020 [18:07]:
“Utanmaz və manqurt!  Mənim nənəm onun üzünə tüpürərdi...”
03/08/2020 [18:06]:
Metro avqustun 31-dək bağlı qalacaq - RƏSMİ
03/08/2020 [17:43]:
TƏBİB: Xaricdən mütəxəssislərin gəlməsi vacib amildir
03/08/2020 [17:42]:
İki rayon sərt karantin rejimi zonasından çıxarıldı, bir rayon yenidən daxil edildi
03/08/2020 [17:41]:
Çinin Uhan şəhərindən Azərbaycana ekspert qrupu gəlir
03/08/2020 [17:40]:
Sumqayıtda karantin qaydalarına əməl etməyənlər cərimələndi
03/08/2020 [17:40]:
Çimərliklərdən istifadə qaydası açıqlandı
03/08/2020 [17:39]:
Ülvi Mehdiyev: "Çimərliyə getmək üçün heç bir icazəyə ehtiyac yoxdur"
03/08/2020 [17:35]:
"Azərbaycan dövləti bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq"
03/08/2020 [17:31]:
Sərt karantin rejiminin götürülməsi ilə bir sıra xüsusi qəbul və buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur
03/08/2020 [17:30]:
Hikmət Hacıyev: “BMT Baş Assambleyasının xüsusi sessiyası bir günlük tədbir deyil, sessiya 1 il də davam edə bilər”
03/08/2020 [17:29]:
Azərbaycan Prezidentinin köməkçisi: “Vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır”
03/08/2020 [17:27]:
Hikmət Hacıyev: "Bu gün regionlara gediş-gəliş yoluxmanı artıra bilər”
03/08/2020 [17:27]:
Prezidentin köməkçisi: “Pandemiya ilə əlaqədar dövlət tərəfindən vətəndaşlara dəstək paketləri davam etdiriləcək”
03/08/2020 [17:26]:
Hikmət Hacıyev: "Ölkə üzrə sanitar epidemioloji vəziyyət nəzarətdə saxlanılır"
03/08/2020 [17:25]:
Avqustun 31-dək ölkə üzrə bulvar və parklarda uşaq əyləncə məkanlarının fəaliyyətinə icazə verilməyəcək
03/08/2020 [17:22]:
Avqustun 31-dək qüvvədə olan məhdudiyyətlərin siyahısı - RƏSMİ
03/08/2020 [17:21]:
Rusiyadan açıqlama: Vaksin üçün son 10 gün
03/08/2020 [17:19]:
Karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkarlandı - VİDEO
03/08/2020 [17:18]:
Azərbaycanda koronavirus və karantin rejimi ilə bağlı son vəziyyət açıqlanır - CANLI YAYIM
03/08/2020 [17:17]:
İdman zalları və kinoteatrlar avqustun 31-dək işləməyəcək
03/08/2020 [17:12]:
Avqustun 31-dək dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu qadağandır
03/08/2020 [17:09]:
“Birdəfəlik olaraq hər kəs başa düşməlidir ki, biz müharibə şəraitindəyik, faktiki olaraq gözəgörünməz düşmən var...”
03/08/2020 [17:08]:
Ölkə üzrə ictimai iaşə obyektlərində qəlyandan istifadə qadağası qüvvədə saxlanılıb
03/08/2020 [17:06]:
Azərbaycanda indiyədək 32 684 nəfər COVID-19-a yoluxub, 468 nəfər vəfat edib
03/08/2020 [17:04]:
Avqustun 31-dək toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməyəcək
03/08/2020 [17:03]:
Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb, 241 nəfər yoluxub, 6 nəfər vəfat edib
03/08/2020 [16:49]:
Ölkə üzrə bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinə avqustun 31-dək icazə verilməyəcək
03/08/2020 [16:48]:
İKT-nin ictimai-siyasi həyata gətirdiyi imkanlar və problemlər...
03/08/2020 [16:44]:
13 şəhər və rayonda həftəsonları ictimai nəqliyyat işləməyəcək
03/08/2020 [16:40]:
Bakıdan rayonlara gediş-gəliş avqustun 31-dək açılmayacaq
03/08/2020 [16:30]:
Qafqazdan Sibirə kimi qeyri-qanuni silah ticarəti ilə məşğul olanlar ələ keçdi - VİDEO
03/08/2020 [16:15]:
Operativ Qərargah: Avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejimi yumşaldılacaq
03/08/2020 [16:11]:
Çimərliklərin istifadəsinə icazə verildi - RƏSMİ
03/08/2020 [16:10]:
Ermənilərə özbək şapalağı: “Belə çıxır ki, biz də Çindən Avropaya qədər ərazilərə iddia etməliyik?”
03/08/2020 [16:07]:
“Milli mətbuat tariximizin öyrənilməsi və təbliği vacibdir”
03/08/2020 [15:59]:
Siyəzəndə tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib
03/08/2020 [15:52]:
Premyer Liqada qəsdən öskürənlər oyundan çıxarılacaq
03/08/2020 [15:41]:
Ermənistanda polis bölməsinin qarşısında partlayış törədilib
03/08/2020 [15:36]:
Müdafiə Nazirliyi vətəndaşlara çağırış etdi
03/08/2020 [15:32]:
Dövlət qulluğuna qəbul imtahanı keçirildi
03/08/2020 [15:23]:
“Nəqliyyat vasitələrinin ön şüşələrinin hansısa vasitələrlə qapadılması qanunun tələblərinə ziddir...”
03/08/2020 [15:15]:
Səfir: "Sivil dünya işğalçı Ermənistanla məsafəli davranmalıdır"
03/08/2020 [15:03]:
“Generallarımız Qarabağı işğaldan azad etsin, onlar haqda kitab yazmayan kişi deyil...”
03/08/2020 [14:26]:
Erməni təşviqatçı Putini təhqir etdi: ”Rusiya da ermənilər kimi ”Məxməri inqilab” etməlidir"+VİDEO
03/08/2020 [13:58]:
"Bundan kənar nəyinsə baş verəcəyini əvvəlcədən pronozlaşdırmağa lüzum yoxdur..."
03/08/2020 [13:53]:
Məşhur Nobel Sülh mükafatçısı öldü - FOTO
03/08/2020 [13:51]:
Ər-arvadı döydülər, evdən 5 000 manat apardılar
03/08/2020 [13:50]:
“Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”
03/08/2020 [13:48]:
"Türkiyənin Azərbaycanda hərbi baza yaratması hər birimizin istəyidir"
03/08/2020 [13:31]:
“Hər şey insanların davranışından asılı olacaq”
03/08/2020 [13:19]:
Məmmədovun kürəkəni İngiltərədə milyonluq bina aldı
03/08/2020 [13:18]:
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
03/08/2020 [13:17]:
DSMF-in gəlir və xərcləri azaldılır
03/08/2020 [13:16]:
Qənirə Paşayeva son 1 həftədə 300 vətəndaşın qayğılarını dinləyib
03/08/2020 [13:14]:
Türkiyədə təhsil işçilərini daşıyan avtomobil qəzaya düşüb, 6 nəfər ölüb
03/08/2020 [13:09]:
Qarabağ veteranından Ali Baş Komandandana və I Vitse - Prezidentə MÜRACİƏT
03/08/2020 [13:09]:
DİM məlumat yaydı
03/08/2020 [13:04]:
Metro işləmir, dayanacaqlarda sıxlıq müşahidə olunur
03/08/2020 [13:02]:
Erməni diasporu niyə soydaşlarımıza hücum edir?
03/08/2020 [12:55]:
Trampın keçmiş köməkçisi onu “mənəviyyatsız” adlandırdı
03/08/2020 [12:54]:
Ali və orta ixtisas üzrə qəbul imtahanını rus dilində verən abituriyentlər üçün qeydiyyat başlayıb
03/08/2020 [12:52]:
Sabiq Roma Papası xəstələnib
03/08/2020 [12:51]:
DİM abituriyentlərə müraciət etdi
03/08/2020 [12:41]:
Naxçıvan DİN və Bakıdakı nümayəndəlikdən Naxçıvanda daimi qeydiyyatda olanlara MÜRACİƏT
03/08/2020 [12:32]:
“Ermənilər bizimlə mübarizədə bütün sahələrdə məğlub olublar...”
03/08/2020 [12:17]:
Ancelina Colinin əvvəllər dərc olunmayan şəkilləri yayıldı - FOTO
03/08/2020 [12:13]:
Bayram günlərində yol qəzalarında 3 nəfər öldü
03/08/2020 [12:11]:
Gürcüstan parlamentinin yalnız 2 azərbaycanlı deputatı fəallıq göstərib
03/08/2020 [12:10]:
Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək - RƏSMİ
03/08/2020 [12:09]:
“Onlar burunlarını hər yerə soxurlar – Qafqaza da, Orta Asiyaya da, Ukraynaya da...”
03/08/2020 [12:09]:
Cazibədar model Türkiyədə döyüldü - FOTO
03/08/2020 [12:07]:
Əmək müqaviləsinin vaxtı bitib işdən çıxanlara yeni hüquq tanınır
03/08/2020 [12:05]:
DYP: 688 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Bütün arxiv bir sırada
24/06/2019 [14:49] - Cəmiyyət - ( 2463 dəfə baxılıb)

Azərbaycanda daha bir “pir”: Ağacdan alt paltarı asırlar, “əl uzadan”ın ağzı əyilir - FOTOLAR



Bir müddət əvvəl Azərbaycanda sonradan “Qaloş piri” adı verilən xürafata inananların ardınca, daha bir “pir” biabırçılığı ortaya çıxıb. 

Bu “pir” Xaçmazın Vələmir kəndi yaxınlığında yerləşir.
İnsanlar buradakı ağacdan alt paltarı asaraq, şəfa diləyirlər.

Yerli əhali Şeyx Ömər Baba adlı şəxsin və Şeyx nəslindən olan daha iki nəfərin məzarının yerləşdiyi ərazini pir adlandırır. 

Bəziləri buranı “Dəli piri” kimi tanıyır. Bunun səbəbi pirə gətirilən əl-qolu bağlı bir gəncin əhvalatı ilə bağlıdır.


Deyilənə görə, gəncin ciddi psixi problemləri olub və cəmi bir gecə buradakı məzarın yanında yatmaqla şəfa tapıb, sağalıb. Əhali inanır ki, bu pirin ən böyük özəlliyi psixi xəstələrə şəfa verməsidir. Xaçmaz-Xudat zonasında yaşayan dindarlar xəstələri sağaltmaq üçün tez-tez buraya gətirirlər. 

Nəinki regionlardan, Bakıdan, Rusiyadan, hətta Dağıstandan belə bu pirə gəlib şəfa diləyənlər var.


Alt paltarlarını ağacdan asıb şəfa diləyirlər

Pir meşəlik ərazidə yerləşir. “Əsas” ağacın altında Şeyx Ömər Babanın məzarı yerləşir. İnsanlar bu piri ziyarətə gələrkən özləri ilə əski, parça, alt paltarları, üst geyimləri, papaqlar, uşaq əmzikləri, yaylıq və papaqlar gətirir. Dilək diləyib, həmin əşyaları ağacın budaqlarına ilişdirib gedirlər.


Təmiz paltarlar, təmiz arzular, tez tapılan “şəfalar”

Ağac budaqlarının üzərində, altında, yaxınlığında çoxsaylı maykalar, yaylıq və əskilərə rast gəldik. Asılan alt paltarlarının təmiz olması isə başqa bir qəribəlik yaradır. İlk dəfə pirə ziyarətə gəldiyimiz üçün buranın təmizliyindən məsul olan şəxsdən bizə yardım etməsini istədik.

Nəzarətçinin dediyinə görə, insanlar üç dəfə ağacın başına fırlanıb, məzar daşlarına hörmət əlaməti olaraq təzim edib, öpməli, daha sonra isə niyyət etdikləri əskini, alt paltarını ağaca asmalıdırlar. Adının İsgəndər olduğunu deyən nəzarətçi bildirir ki, insanlar daha çox həftənin çərşənbə və şənbə günləri piri ziyarətə gəlir:


“Belə tək-tək qurban deyən, şəfa diləyən insanlar gəlirlər, niyyət edib gedirlər. Əsasən, həftənin çərşənbə və şənbə günləri pirə daha çox insan gəlir. Camaat gətirib paltar, əski, mayka asır.

Demək olmur ki, gətirib asma, ürəyindən keçir, niyyət edir. Arasında təmiz olanlar da var, olmayanlar da. Təmiz olanların diləkləri, yəqin, tez həyata keçər, çünki ehtiyacı olan götürüb istifadə edir, savabdır.


Elə olur ki, ziyarətgaha gələn insan bir başqasının niyyət etdiyi paltarı da götürüb gedib. Şeyx Ömər Baba və ailəsi İrandan gəlib və qardaşları ilə bərabər burada yaşayıb. Kənd camaatı deyir ki, qardaşlar istər yaşadıqları dövrdə, istərsə də vəfat etdikdən sonra bizim kimi sadə insanların arxa-dayağı olublar. Ən azından sadə adamlar onlardan mənəvi qida alıb. İnsanlar ziyarətgahları özlərinə görünməz arxa-dayaq bilir. Gəlmişkən siz də niyyət edin, ziyarətiniz qəbul olsun”.


Ziyarətgaha əl uzadanın ağzı-burnu əyilib

Belə bir rəvayət var ki, 1970-ci  illərdə Xaçmaz rayon  Partiya  Komitəsinin Birinci katibinin göstərişi ilə Şeyx  Ömər Babanın  ziyarətgahına aparan yolda köndələn xəndək qazılır ki, ziyarətçilər keçib gedə bilməsinlər. Həmçinin, pirdəki qab-qacaq yük maşınına yüklənərək, Sumqayıt şəhərindəki util zavoduna göndərilir. 


İnsanlar inanır ki, Allahın qəzəbi özünü çox gözlətməyib. Elə  həmin gecə katibin ağzı əyilib. Həkimlər çox müalicə etsələr də, faydası olmayıb. Əlacsız  qalıb, Vələmir  kəndinə, Ömər Babanın nəslindən olan Məhəmməd kişinin evinə üz tutub. Katib ondan üzr istəyərək, ağzının düzəlməsi üçün dua etməsini istəyib.

Məhəmməd kişi babalarından qalan əsanı onun üzünə sürtüb və ziyarətə aparıb. Nəhayət, yolu düzəldib, qabları yerinə qaytarandan sonra katibin ağzı düzəlib.


“Ziyarətçilər övliyanın kəramətindən faydalanır”

İddialara görə, burada dilək tutanların niyyəti övliyanın duası ilə tez hasil olur. Bu mövzuda çox əhvalatlar gəzir. 2002-ci ildə Paşa Yaqubun qələmə aldığı “Övliyaların məskəni Quba mahalı” adlı kitabda da bu pirin adı keçir. Deyilənə görə, kitabda istifadə edilən materialların hər biri niyyət edib, şəfa tapan insanların öz dilindəndir. Onlardan bir neçəsinin əhvalatını sizə olduğu kimi təqdim edirik:


Bəyova Həzrə Bəxtiyar qızı – Xaçmaz rayonu,Vələmir kənd sakini, Şeyxin törəməsi: 

“Ailə qurmağımdan beş il keçməsinə baxmayaraq, övladımız olmurdu. Müalicənin də xeyri yox idi. Bir gün bir görücünün yanına gedib, ondan məsləhət istədim. Dedi, sənin arxanda böyük bir övliya dayanıb, niyə ondan yardım istəmirsən? Dedim, o, mənim ulu babamdır, həkimə getməzdən əvvəl onu ziyarət edirəm. Dedi, sənin bu cür hərəkət etməyin babanın xoşuna gəlmir. Çünki, o, səni tək müalicə etmək istəyir, həkimsiz.

Evə qayıdandan sonra maraqlı bir yuxu gördüm. Gördüm, Ömər babamın məzarının yanındayam, babam əlində su bardağı tutub, hansı ki, həmin bardaq həmişə məzarın üstündə olur. Mənə dedi: “Mənim xəstə balam, gəl, səni müalicə edim”. Belə deyib, məzarın üstündəki daşı üzümə, sinəmə sürtdü. Bu vaxt yuxudan ayıldım. Sabahı gün ziyarətə getdim. Bir müddətdən sonra hamilə qaldım və qızım Yaqut dünyaya gəldi”.


Müxubəliyev Cəlal Müxubəli oğlu – Xaçmaz rayon Hacalıbəy kənd sakini: 

“Uzun müddət idi ki, təzyiqdən  əziyyət çəkirdim. Tez-tez təzyiqim 180-200-ə qalxırdı. Müxtəlif həkimlərə müraciət etmişdim, deyirdilər ki, qorxudan, ya da stresdən yaranıb. Uzun müddət müalicələr alsam da, xeyri olmurdu, arabir təzyiq qalxıb məni pis vəziyyətə salırdı. Bir gün bir qoç qurbanı götürüb Vələmir kəndinə - Şeyx Ömər Babanın ziyarətinə getdik. Qurbanı kəsib, “Quran” oxudandan sonra mən orada yatdım. Və həmin gündən 5-6 il keçib, hələ də təzyiqim qalxmayıb”.


Kənd sakinlərinin fikrincə, babalar adi adamlar olmayıblar. Deyilənə görə, Şeyx Ömər Babanın Mürşid və Cümşüd adında iki oğlu olub. Onlar da atalarının yolunu davam etdirdiklərindən, xalq arasında “Şıx” təxəllüsü ilə tanınıblar. Şıx Cümşüdün oğlu Şıx Qasım Babanın da qəbri Ömər Babanın qəbrinin yanındadır. Şeyxin törəmələri isə bu gün də Vələmir kəndində yaşayırlar.(oxu.az)

loading...
DYP pərdəyə görə 150 manat cərimə yazdı - Sürücü şikayət etdi...
50 yaşdan yuxarı şəxslərə küçəyə çıxma qadağası tətbiq edilə bilər...
Ronaldo dünyanın ən bahalı avtomobilini aldı...
Aşan kran 9 nəfərin həyatına son qoydu - VİDEO
"Lukaşenko prezident seçilsə, Moskva-Minsk münasibətləri hamar olmayacaq..."
Clean City Company
N.Tusi adına Klinika

Gündəm
“Milli mətbuat tariximizin öyrənilməsi və təbliği vacibdir”
Cəmiyyət
“Generallarımız Qarabağı işğaldan azad etsin, onlar haqda kitab yazmayan kişi deyil...”
Cəmiyyət
“Ermənilər bizimlə mübarizədə bütün sahələrdə məğlub olublar...”
Cəmiyyət
"Onların şəhid ailələrini ziyarət etməsi bizim üçün çox böyük təsəllidir"
Dünya
İnşaatdan yıxılan işçi möcüzə nəticəsində sağ qaldı - QORXUNC... + VİDEO
Yazar
Seymur Verdizadə
"Bir kiloqram ətə görə insanları kamera qarşısında utandırmaq əxlaqsızlıqdır..."
İlham İsmayıl
Moskva Paşinyanın yerinə adamını tapdı...
Sultan Laçın
“Dildə Ana Dilimizi, Ana Vətənimizi sevib – əməldə anamızı ağladanlar...”
Həftənin ən çox oxunanları
Avqust ayında bu bürclər üçün göydən pul yağacaq - Vanqadan proqnoz
Moskva Paşinyanın yerinə adamını tapdı...
Telefon danışığınızı kim dinləyir? - Bu kod ilə hər şeyi öyrənəcəksiniz
Erməni generaldan hiyləgər etiraf: “Deyəsən, indi Ermənistan tək qalıb...”
Hədəfimiz türk ordusunu mühasirəyə almaqdır - General
Cavid Qurbanov Qüdrət Həsənquliyevə üzləşdiyi faciəyə görə başsağlığı verdi...
"Biz həmişə Ermənistanın yanındayıq..."
Ermənilər Lavrova babalarının qəbrini göstərdi - VİDEO
“Azərbaycan Qarabağdakı qanunsuz obyektlərə DƏQİQ ZƏRBƏLƏR ENDİRSƏ..."
“Ermənilərin Rusiyadan  kütləvi deportasiyası gözlənilir...”  -Erməni nəşri...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247