Xəbər lenti
15/09/2019 [23:26]:
4 yaşında dünyanın ən gözəl qızı seçilmişdi, baxın indi necə görünür! - FOTOLAR
15/09/2019 [23:16]:
S-400 raketdən müdafiə sisteminin sonuncu partiyası Türkiyəyə çatıb
15/09/2019 [23:12]:
Azərbaycan torpağı PKK tərəfdarına verilməyəcək- Qərar
15/09/2019 [23:05]:
Leyla Əliyeva polo üzrə dünya kubokunun finalını izlədi - Fotolar
15/09/2019 [22:31]:
Salyanda 3 yaşlı uşağı avtomobil vurub
15/09/2019 [22:27]:
Azərbaycan klubu Dünya Kubokunun qalibi oldu
15/09/2019 [22:24]:
Neftin qiyməti kəskin artacaq – PROQNOZ
15/09/2019 [22:22]:
Ərdoğan Trampla Amerika “Patriot”unun alınması məsələsini müzakirə edəcək
15/09/2019 [22:20]:
“Paşinyanın bu bəyanatı bütün danışıqlar prosesini dayandırır...”- VİDEO
15/09/2019 [22:18]:
"Su-35" və "Be-200" təyyarələri İstanbul səmasında sınaq uçuşlar edib
15/09/2019 [21:59]:
Almaniyada əlillər evində yanğın olub, ölən və xəsarət alanlar var
15/09/2019 [21:54]:
Türkiyə-Suriya sərhədində partlayış olub, azı 12 nəfər öldü
15/09/2019 [21:28]:
Türkiyədə Nəsimiyə həsr edilən beynəlxalq elmi simpozium keçirildi - FOTOLAR
15/09/2019 [20:55]:
Atasıyla eyni yaşda və tarixdə şəhid oldu - FOTO
15/09/2019 [20:54]:
Qusar sakini yararsız parçaları sənət əsərinə çevirir - FOTO
15/09/2019 [20:48]:
Mənzil oğruları nədən ehtiyatlanır? - Polis açıqlayır
15/09/2019 [20:15]:
Azərbaycan güləşçisi Rafiq Hüseynov dünya çempionatında gümüş medal qazanıb
15/09/2019 [20:02]:
Tərtərin cəbhə kəndində yaşayan ailənin üçəm oğlu oldu
15/09/2019 [19:57]:
Osmanlının təhlükəyə qarşı tikdirdiyi Gəncə qalasını Çar Rusiyası eyni qorxudan dağıtdı - FOTO
15/09/2019 [19:37]:
Türkiyə Vitse-prezidenti Bakıya gəlib
15/09/2019 [19:16]:
Azərbaycandakı ən qədim məbəd Rusiya işğalı zamanı necə kilsəyə çevrildi? - VİDEO
15/09/2019 [19:04]:
"Sənin 10 milyon izləyicin yoxdur ki, ancaq mənim var, məni dəli etmək istəyirsən?"
15/09/2019 [18:20]:
“Gənclər arasında vətənpərvərliyin təbliği” adlı layihənin dördüncü tədbiri keçirilib
15/09/2019 [18:06]:
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?
15/09/2019 [18:00]:
Eldəniz Əzizli Azərbaycana dünya çempionatında ilk medalı qazandırdı
15/09/2019 [17:48]:
Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirildi - FOTO/VİDEO
15/09/2019 [17:46]:
Bakıda ilk dəfə Lavaş və Qutab festivalı keçirildi - VİDEO
15/09/2019 [17:10]:
Gəncədə yük maşını körpünü keçə bilmədi - VİDEO
15/09/2019 [16:53]:
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
15/09/2019 [16:50]:
İnsulin alan xəstələr ehtiyatlı olsun: Ölüm təhlükəsi var!
15/09/2019 [16:31]:
Zurabişvilinin oğlu Makron administrasiyasının əməkdaşı oldu
15/09/2019 [16:30]:
Vahid Ələkbərovun şəhərə gəlişinə görə şam ağaclarını və otları rənglədilər
15/09/2019 [16:29]:
Avropa İranla ticarət üçün yaradılacaq mexanizmə 15 milyard dollar ayıracaq
15/09/2019 [16:28]:
İranda qadınlar stadionda futbol izləyə biləcəklər
15/09/2019 [16:26]:
KİV: Səudiyyə Ərəbistanına neft nəqlinin bərpası üçün bir həftə lazımdır
15/09/2019 [16:23]:
ABŞ-ın Gürcüstandakı səfirliyi qarşısında aksiya keçirilir
15/09/2019 [16:23]:
Səfir: "Bakının azad edilməsi bütün Türk dünyası üçün əlamətdar hadisə idi"
15/09/2019 [16:05]:
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
15/09/2019 [15:50]:
Arvadına işgəncə verən kişiyə ağır cəza- FOTOLAR
15/09/2019 [15:27]:
"İl ərzində 20 min tələbəyə distant təhsil verə biləcək UNEC EXTERN yaratmışıq"
15/09/2019 [15:00]:
Azərbaycanda avtobusda qadınlar arasında saçyoldu oldu - VİDEO
15/09/2019 [14:50]:
Qulu Məhərrəmli: "Bu gün PAYTAXT günü elan olunmalıdır"
15/09/2019 [14:43]:
Qədim türk şəhəri Bakı... – Ərdoğanın müşaviri
15/09/2019 [14:40]:
Amerikalı senator İranın neft emal zavodlarını vurmağa çağırdı
15/09/2019 [14:35]:
Nazilə əri ilə şəklini paylaşdı - “Məndən 8 yaş böyükdür”
15/09/2019 [14:33]:
Beyləqana yeni icra müavini təyin olundu
15/09/2019 [14:29]:
Artıq çəkisinə görə məktəbdən çıxardılar
15/09/2019 [14:24]:
Tunisin sabiq Prezidentinin həyat yoldaşı vəfat etdi
15/09/2019 [13:56]:
Ayı İsmayıllı sakininə həyətində hücum etdi
15/09/2019 [13:54]:
Elçibəyin oğlu: “Hələ ki, toy etmək barədə düşünmürəm”
15/09/2019 [13:53]:
Muqabe mavzoleydə dəfn ediləcək
15/09/2019 [13:41]:
Özbəkistanın Türk Şurasına gəlişi ilə bağlı BƏYANAT
15/09/2019 [13:23]:
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi keçirilib - VİDEO
15/09/2019 [12:54]:
İran generalı: "ABŞ-la müharibəyə daim hazır vəziyyətdəyik"
15/09/2019 [12:53]:
SON DƏQİQƏ! Sərnişin avtobusu AŞDI - 1 ölü, 40 yaralı var / FOTO
15/09/2019 [12:50]:
Bakıda 414 844 şagird oxuyur, 27 930 müəllim çalışır - RƏSMİ
15/09/2019 [12:48]:
Sabiq millət vəkili vəfat etdi - FOTOLAR
15/09/2019 [12:45]:
Tunisdə prezident seçkiləri keçirilir
15/09/2019 [12:40]:
Xurafatdan vəhdətə aparan missiya - Builki Aşura hansı məqamlarla yadda qaldı?
15/09/2019 [12:23]:
İlk dərs günü ölkə ərazisində 30 dərəcəyədək isti olacaq
15/09/2019 [12:21]:
Azərbaycanda yeni turizm məktəbi yaradılacaq
15/09/2019 [12:10]:
Bu il Bakı şəhəri üzrə 14 məzun məktəbi qızıl medalla bitirib
15/09/2019 [12:07]:
“Azərişıq” son 4,8 ildə elektrik enerjisi üzrə texniki itkiləri 2 dəfəyə qədər azaldıb
15/09/2019 [11:57]:
Rusiyada vertolyot itib
15/09/2019 [11:39]:
Yuxuda gördüyü kabus başına bəla oldu- Nişan üzüyünü uddu+FOTOLAR
15/09/2019 [11:30]:
İslam Abbasov dünya çempionatına qələbə ilə start verib - YENİLƏNİB
15/09/2019 [11:20]:
Mehriban Əliyeva məktəbliləri Bilik günü münasibəti ilə təbrik edib
15/09/2019 [11:19]:
"Başımız bədənimizə qaytarıldı, amma onu yaxşı işlədə bilmədiyimizdən bu dəfə ürəyimizi itirdik"
15/09/2019 [11:15]:
Sabirabadda maşın su kanalına aşıb, sürücü ölüb
15/09/2019 [11:09]:
Müəllimə 15 yaşlı şagirdinə intim təklif etdiyi üçün saxlanıldı - FOTOLAR
15/09/2019 [11:03]:
“Yenidən Müsavat başqanı olmaq fikrim yoxdur, bu məsələdə spekulyasiyaları düzgün saymıram”
15/09/2019 [10:48]:
Bu gün "Qarabağ" və "Neftçi" komandaları qarşılaşacaq
15/09/2019 [10:30]:
Tehran Ər-Riyada qarşı neft savaşına başladı: Husilərin “Aramco”-ya hava hücumlarının iç üzü
15/09/2019 [10:30]:
Prezident Bilik Günü münasibətilə "Facebook"da paylaşım edib
15/09/2019 [10:28]:
Rəsul Çunayev dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
15/09/2019 [10:27]:
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
15/09/2019 [10:24]:
Əzrayılın erkək-dişiliyi...
15/09/2019 [10:14]:
Çürük kartof   4 adamı öldürdü…
15/09/2019 [10:01]:
ABŞ-ın SSRİ-yə qarşı göyərçin "agentlər"inin üstü açıldı - Sənədlər ələ keçdi
15/09/2019 [09:58]:
Antalyada rus turistlərinin paraşütünü külək belə uçurdu - VİDEO
Bütün arxiv bir sırada
26/06/2019 [10:07] - Cəmiyyət - ( 1276 dəfə baxılıb)

Türkiyə siyasətinin yeni parlayan ulduzu - Əkrəm İmamoğlu kimdir?



İstanbulun yeni meri bir çox parametrlərinə görə hazırkı dövlət başçısı Ərdoğanla oxşardır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 23 iyunda keçirilən seçkilərdə İstanbulun meri seçilmiş Əkrəm İmamoğlunu ikinci dəfə təbrik edib. 23 iyunda seçkilər başa çatdıqdan bir neçə saat sonra ilkin nəticələrə əsasən CHP namizədini qələbə münasibətilə təbrik edən Türkiyə prezidenti ötən gün partiyasının qrup toplantısında çıxış edərkən “CHP namizədi Əkrəm İmamoğlunu bir daha təbrik edirəm” deyib.

Ərdoğan söyləyib ki, İstanbul əhalisinin qərarının başımız üzərində yeri var. Eyni zamanda əlavə edib ki, 31 mart seçkilərində mübahisəli məqamlar olub, bələdiyyə məclisi üzvləri arasında çoxluğu AKP qazanıb. Ancaq əlavə edib ki, bu seçkidə İstanbul sakinlərinin seçimi dəyişib, 23 iyun seçkilərinin nəticəsi milli iradənin təcəssümüdür. Ərdoğan deyib ki, seçkilərin nəticəsi həm də hökumətə bir mesajdır, iqtidar bu mesajı nəzərə alacaq.

Bu açıqlama bir mənada 23 iyun seçkilərin nəticələrinin rəsmiləşməsi mənasına gəlir. Ərdoğan Türkiyənin prezidentidir və seçkilərin rəsmi nəticələri ona məlumdur, həm də hakim partiyanın sədri kimi nəticələri qəbul etdiyini göstərir. Artıq ötən gün İstanbul Vilayət Seçki İdarəsi seçkilərin nəticələrini rəsmən açıqlayıb. CHP namizədi Əkrəm İmamoğlu rəsmi nəticələrə əsasən səslərin 54,21 faizini, yəni 4 milyon 741 min 868 seçicinin səsini alaraq qalib gəlib. Onun rəqibi, AKP namizədi Binəli Yıldırım isə 44,99 faiz, yəni 3 milyon 935 min 453 səs alaraq ikinci olub. Bununla da iki namizəd arasında səs fərqi 31 martdakı 13 min səsdən 806 min 767 səsə yüksəlib. Türkiyə qanunlarına əsasən seçkilərdən sonra 2 gün ərzində tərəflərin etiraz haqqı var. Yəni iyunun 25-də saat 15-ə qədər tərəflərdən biri öz etirazını bildirə bilər. Ancaq Ərdoğanın açıqlaması seçkilərlə bağlı hər hansı etirazın olmayacağını artıq sabah saatlarından təsdiqlədi. Türkiyə mətbuatının yazdığına görə, iyunun 26-da Əkrəm İmamoğlu bələdiyyə sədri vəsiqəsini ala bilər.

- Əkrəm İmamoğlu ile ilgili görsel sonucu
Artıq yeni bələdiyyə sədrinin planı da bəllidir. “Sözçü” qəzetinin yazdığına görə, sədr vəsiqəsini aldıqdan sonra İstanbul böyük şəhər bələdiyyəsi binası qarşısında mitinq keçirəcək. Daha sonra isə İstanbul valisi, mayın 6-dan etibarən İstanbul bələdiyyə sədri vəzifəsini həyata keçirən Əli Yerlikayadan möhürü təhvil alaraq rəsmi olaraq fəaliyyətə başlayacaq.

Əkrəm İmamoğlu namizəd olarkən bir sıra kompleks vədlər verib. Bunlar aşağıdakılardır: İstanbulun nəqliyyat və tıxac probleminin həlli, İstanbulda yoxsulluğun aradan qaldırılması, həyat xərclərinin ucuzlaşdırılması, şəhər inşaatında planlaşma və ətraf mühit, tikinti və zəlzələ riskləri ilə bağlı problemlərin aradan qaldırılması, işsizlik problemlərinin həlli, yeni iqtisadi və sənayenin yaradılması, investisiya cəlbi, İstanbulun iqtisadi cəlbediciliyini artırmaq, həyat səviyyəsinin yüksəldilməsi, mədəniyyət, incəsənət və idman fəaliyyətlərini şəhərin bütün rayonlarına yaymaq.

Təbii ki, bu vədləri reallaşdırmaq elə də asan olmayacaq. Nəzərə almaq lazımdır ki, hazırda İstanbul bələdiyyəsi məclisində iqtidar koalisiyasının 180, müxalifətin isə təqribən 140-a yaxın üzvü var. Yəni İmamoğlunun ən ciddi müxalifəti Bələdiyyə Məclisində olacaq.

- Əkrəm İmamoğlu ile ilgili görsel sonucu
Ə.İmamoğlunun ikinci ciddi problemi bələdiyyədəki iqtisadi vəziyyətdir. İstanbul Böyük Şəhər Bələdiyyəsinin (İBB) may ayının rəsmi rəqəmlərinə görə, 500-ə yaxın firmaya 26 milyard 800 milyon lirə borcu var. Bunlardan 300-ü kiçik məbləğli borclardır.

İBB-nin builki büdcəsi 23.8 milyard lirədir. Buna əlavə olaraq 2.5 milyard lirə İETT (İstanbul Elektrik Tramvay ve Tünel İşletmeleri) və 8 milyard 501 milyon lirə həcmində İSKİ (İstanbul Su Kanalizasiya İdarəsi) büdcələri ilə birlikdə İBB-nin 2019-cu il büdcəsi 34 milyard 801 milyon lirəyə çatıb. Yəni təxminən büdcənin 75 faizi qədər borc var. CHP-nin bələdiyyə məclisindəki təmsilçisinin verdiyi məlumata görə, hazırda kiçik məbləğli borcların sahibləri demək olar ki, hər gün bələdiyyəyə gələrək borclarını tələb edir. Hər nə qədər İstanbul böyük və gəlirli şəhər olsa da, 26 milyard lirə (bu təxminən 4,5 milyard dollar edir hazırkı kursla - K.R.) dəyərində yığılmış borcu qəbul edəcək.

Türkiyə siyasətinin yeni parlayan ulduzu, Qərb mediasının yazdığı kimi, qarşıdakı 5 ildə Avropanın ən böyük şəhərinə rəhbərlik edəcək Əkrəm İmamoğlu bundan əvvəlki 5 il ərzində İstanbulun 39 rayonundan biri olan Beylikdüzündə bələdiyyə sədri olub. Yeri gəlmişkən, 31 mart seçkilərində Beylükdüzündə növbəti dəfə CHP namizədi 59 faizlə qalib gəlib.

- Əkrəm İmamoğlu ile ilgili görsel sonucu
İstanbulun yeni meri bir çox parametrlərinə görə hazırkı dövlət başçısı Ərdoğanla oxşardır. İqtisadiyyat təhsili alıb, gəncliyində futbolla məşğul olub, Quran oxuyur və Qara dəniz sahilindən, yəni Trabzondandır. Yeri gəlmişkən, seçki kampaniyası zamanı Yunanıstan mətbuatının İmamoğlu haqqında “Pontuis” sözü yazması ciddi mübahisələrə səbəb olub. İmamoğlunun yunan olması ittihamları ortaya atılıb. Hətta mübahisə o qədər böyüyüb ki, axırda Yunanıstan qəzeti təkzib açıqlaması yayaraq “Pontuis” sözünün yunancada “Qara dəniz sahilindən olduğuna işarə” olduğunu bildirib. İmamoğlu isə türk olduğunu bildirir.

Əkrəm İmamoğlu 1970-ci ildə Trabzonda dünyaya gəlib. İstanbul Universitetində menecment ixtisası üzrə təhsil alıb. 1992-ci ildə əmək fəaliyyətinə ailəsinə məxsus şirkətdə inşaat mühəndisi kimi başlayıb. Tezliklə şirkətin rəhbərliyinə gətirilib. Futbol həvəskarı olan İmamoğlu “Trabzonspor” futbol klubunun rəhbərliyində təmsil olunub. Eyni zamanda “Trabzonspor” basketbol klubunun qurucusu və sədr müavini vəzifəsini tutub. Daha sonra isə Beylikdüzü klubunun rəhbərliyində təmsil olunur. Bundan başqa, Atatürkçü Düşüncə Dərnəyi və daha bir neçə vətəndaş cəmiyyəti qurumlarında təmsil olunur.

İmamoğlu ənənəvi sekulyar CHP elektoratından deyil, sağ mühafizəkar cinahdandır. Yeri gəlmişkən, Türkiyənin hazırkı prezidenti və hakimiyyətdə təmsil olunan bir sıra şəxslər məhz İmamoğlunun mənsub olduğu Qara dəniz bölgəsindədir. İmamoğlu siyasi fəaliyyətə Turqut Özalın Ana Vətən Partiyasında başlayıb. Ailəsi dindar mühafizəkar olsa da, İmamoğlu universitet illərində sosial-demokrat camiəyə yaxınlaşıb. 2008-ci ildə isə aktiv siyasətə gələndə CHP-ni seçib. 2009-cu ildə Bəylikdüzü bələdiyyəsinə namizədliyini versə də, partiyadan namizədliyi qəbul olunmayıb. Ancaq bir neçə ay sonra CHP-nin Bəylikdüzü təşkilatına sədr seçilir. 2014-cü il bələdiyyə seçkilərində Bəylükdüzündən namizəd olub və 50,83 faiz səslə bələdiyyə sədri seçilib. Ailəlidir, 3 övladı var. 23 iyun seçkilərində qalib gələn İmamoğlu qarşıdakı 5 il ərzində Avropanın ən böyük şəhərini idarə edəcək.(musavat.com)

loading...
loading...
Əzrayılın erkək-dişiliyi...
Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası...
Siqaret çəkərkən ölümdən döndü - QORXUNC...
Bombalı paketi açan rektorun əli qopdu - QORXUNC... + VİDEO
Hamiləlikdə yaşanan stress baxın nəyə səbəb olur - ARAŞDIRMA
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Milyarder oğlunun aktrisa ilə qeyri-adi toyu... - FOTOLAR
Dünya
Yuxuda gördüyü kabus başına bəla oldu- Nişan üzüyünü uddu+FOTOLAR
Hadisə
Müəllimə 15 yaşlı şagirdinə intim təklif etdiyi üçün saxlanıldı - FOTOLAR
Siyasət
“Yenidən Müsavat başqanı olmaq fikrim yoxdur, bu məsələdə spekulyasiyaları düzgün saymıram”
Cəmiyyət
“Polisin aztəminatlı ailələrlə bağlı atdığı addım hər kəs üçün gözəl nümunədir”
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
"Bir dəfə Heydər Əliyev iclas keçirəndə indiki icra hakimiyyəti başçılarından biri deyib ki..."
“Eşşək” ləqəbli oliqarx-deputatın qızının toyunda qanunsuz atəşfəşanlıq- Polis hərəkətə keçdi...
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
"İnanmıram ki, müharibə başlasa, vaxtilə Dəmirəlin sərgilədiyi mövqeni Ərdoğan da təkrarlayar"
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
“Əli Nağıyevdən bir peşəkar kimi gözləntim böyükdür”
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247