Xəbər lenti
08/12/2019 [23:20]:
Putin Lukaşenkoya teleqram göndərdi
08/12/2019 [23:16]:
Rusiyanın "Su-35"-ləri Suriyada İsrail qırıcılarını ələ keçirib
08/12/2019 [22:45]:
Qışda nağılları xatırladan yerlər - FOTOLAR
08/12/2019 [22:41]:
Aeroport yolunda yük maşını aşıb, tıxac yaranıb - FOTO
08/12/2019 [22:39]:
Trampın təhlükəsizlik üzrə müşaviri: "Floridadakı atışma terror aktı idi"
08/12/2019 [22:26]:
Röya robotla mahnı oxudu - VİDEO
08/12/2019 [22:26]:
Qızıl tualet ictimaiyyət üçün istifadəyə verildi
08/12/2019 [22:23]:
İtaliyalı sənətçinin 120 min dollarlıq banan əsərini gürcü rəssam yedi - VİDEO
08/12/2019 [22:18]:
Bakıda şok hadisə: Məktəb direktorunun qızı özünü binadan atdı
08/12/2019 [22:08]:
Məşhur repçi 21 yaşında infarktdan öldü
08/12/2019 [21:51]:
Qvatemala  konqresinin I vitse-prezidenti də  Xankəndinə gəldi…-FOTO
08/12/2019 [21:38]:
Nə üçün üşüyürük? - Səbəbi bu xəstəliklər ola bilər
08/12/2019 [21:33]:
Rihannanın futbolçu haqqında paylaşımı gündəm oldu
08/12/2019 [21:29]:
Lənkəranda zəlzələ olub
08/12/2019 [21:25]:
Bu toyuqlar uşaqlarda vaxtından tez cinsi yetişkinlik yaradır - Həkimdən ŞOK AÇIQLAMALAR
08/12/2019 [21:20]:
Maraqlı seçki şüarları: “Mənə səs ver, hər gün səninlə olum” -VİDEO
08/12/2019 [21:13]:
İraqda etirazlar zamanı saxlanılan 2626 nəfər sərbəst buraxılıb
08/12/2019 [21:10]:
Azərbaycanlı deputat bayağı mahnıya oynadı, başından pul səpdilər - VİDEO
08/12/2019 [21:09]:
Türkiyə İŞİD terrorçusunu Avstraliyaya deportasiya etdi
08/12/2019 [20:43]:
Tramp Kim Çen Ina nüvəsizləşmə haqqında vədini xatırladıb
08/12/2019 [20:40]:
BMT-nin Baş katibi Ermənistanın azərbaycanlılara qarşı soyqırımı barədə məlumatlandırılıb
08/12/2019 [20:37]:
Sürücülərə xəbərdarlıq: bu yollarda sürət həddi endirildi
08/12/2019 [20:32]:
Afaq Bəşirqızı deputat olmaq qərarına gəldi
08/12/2019 [20:29]:
Dekabrın 26-dək növbədənkənar parlament seçkilərilə əlaqədar ödənişsiz təşviqatın aparılacağı KİV-lər müəyyənləşəcək
08/12/2019 [20:22]:
Bakıda görünməmiş vəhşilik: Ögey ana azyaşlı uşaqlara işgəncə verdi - FOTO
08/12/2019 [20:14]:
"Allahın və qapıçının ümidinə qalmaq istəmirəm"
08/12/2019 [19:58]:
Repetitorluq ümumi təhsil sahəsində sahibkarlıq fəaliyyətinin bir növü kimi rəsmiləşdirilsə…
08/12/2019 [19:42]:
Dünyanın ən pis qoxusu üçün pul verib sıraya düzüldülər - MARAQLI...
08/12/2019 [19:24]:
Sumqayıtda heç-heçə, “Zirə” və “Neftçi” ili qələbəylə başa vurdu - VİDEO
08/12/2019 [19:21]:
Toyuq ayaqlarını zibil qutusuna ATMAYIN! - VİDEO
08/12/2019 [19:18]:
"Şamaxinka" yolunda avtomobil yanıb - VİDEO
08/12/2019 [19:16]:
Litvada idman təyyarəsi qəzaya uğrayıb, ölənlər var
08/12/2019 [19:12]:
Azərbaycanda “Sovet maşınları” kəskin bahalaşacaq - SƏBƏB
08/12/2019 [19:08]:
İsrail 1,5 mm-lik qarışqa qarşısında aciz qaldı:  sancması kor edir, hətta öldürür...
08/12/2019 [18:48]:
ABŞ sahillərində şübhəli manevrlər edən Rusiya məxfi hərbi gəmisi Panamada bloklandı
08/12/2019 [18:44]:
“Təəssüf ki, bunlar hər il getdikcə pozulur...”
08/12/2019 [18:30]:
Sultan ən bahalı oteldə 40 otaq bron etdi – Açıqlama
08/12/2019 [18:25]:
“O divarlardan ancaq paklıq, saflıq və halallıq qoxusu gələcək”
08/12/2019 [18:21]:
Bərdədə bir ailə dəm qazından zəhərlənib, azyaşlı uşaq ölüb
08/12/2019 [18:20]:
“Bəli, İranı bombalamaq variantlardan biridir...”
08/12/2019 [18:16]:
ABŞ Prezidenti İrana təşəkkür etdi
08/12/2019 [18:15]:
Yaşar Əliyev Quterreşə məktub göndərdi
08/12/2019 [18:11]:
Bacısını efirə çıxartdı, əri zəng edib dalaşdı - Gərgin anlar
08/12/2019 [18:03]:
“Qardaş ölkənin iqtisadiyyatı sürətlə durğunluqdan xilas olur”
08/12/2019 [17:58]:
Astarada ev yanıb, 57 yaşlı kişinin yanmış meyiti aşkarlanıb
08/12/2019 [17:27]:
Əlcəzairdə sabiq Baş nazirlərin 20 il azadlıqdan məhrum edilməsi tələb olunur
08/12/2019 [17:23]:
NATO və ABŞ üçün real təhlükə 2020-ci ildə aktivləşəcək - Gizli kəşfiyyat məlumatları yayıldı -VİDEO
08/12/2019 [17:20]:
Qusarda 15 yaşlı qız dəm qazının qurbanı oldu
08/12/2019 [16:50]:
Ukrayna ilə yanaşı hamımız məğlub olacağıq - Saakaşvili
08/12/2019 [16:48]:
Vüqar Bayramov kirayə yolla mənzil sahibi olmağın şərtlərindən danışdı - VİDEO
08/12/2019 [16:45]:
Ukraynada kollecdə baş verən yanğın nəticəsində ölənlərin sayı artmaqdadır
08/12/2019 [16:43]:
"Qızın oğlana, oğlanın qıza qarşı çirkinliyi əvvəl yox idi..." - VİDEO
08/12/2019 [16:38]:
İranda 15 min 618 deputatlığa namizəd qeydə alınıb
08/12/2019 [16:14]:
İsmayıllıda oğlunun yol qəzasında öldüyünü zənn edən ata infarkt keçirərək ölüb
08/12/2019 [16:13]:
Böyük Britaniyanın baş naziri özünün ən pis hərəkətindən danışıb - FOTO
08/12/2019 [16:05]:
Məşhur aktyor vəfat etdi - FOTO
08/12/2019 [15:44]:
İsmayıllıda ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
08/12/2019 [15:19]:
Kral Floridada ölən hərbçilərin ailələrinə yardım edəcək
08/12/2019 [15:16]:
Eldar Qasımovun yeni görkəmi görənləri şoka saldı - FOTO
08/12/2019 [14:30]:
Elçibəyin nəvəsinin yeni fotosu yayılıb - FOTO
08/12/2019 [14:27]:
Azərbaycan XİN Ukraynaya başsağlığı verib
08/12/2019 [14:03]:
Qazaxda mikroavtobus minik avtomobili ilə toqquşub
08/12/2019 [14:02]:
Bakı Metropoliteni: ""Həzi Aslanov" stansiyasının bağlanacağı barədə məlumatlar əsassızdır"
08/12/2019 [13:55]:
Mərhum deputat Yevda Abramov dəfn edilib - FOTO/VİDEO
08/12/2019 [13:29]:
"Onda Melkumyan, Gevorkov və Poqosyan tipli daşnaklar belə əclaflıqlar törətməzdilər"
08/12/2019 [13:16]:
İnsanların çoxu bu məsələdə seksdən daha çox həzz alır - Alimlərdən inanılmaz tədqiqat
08/12/2019 [13:14]:
Kim Çen İndən Trampa sərt cavab: “Ağlını itirmiş qoca...”
08/12/2019 [13:08]:
"Müdafiə naziri general-polkovnik Zakir Həsənovla eyni masa arxasında nahar etmək..." - FOTO/VİDEO
08/12/2019 [13:03]:
Sabah ölkə ərazisində hava yağıntılı olacaq, dağətəyi rayonlarda qar yağacaq
08/12/2019 [12:48]:
Azərbaycanda bu ərazilərdə 8-9 ballıq zəlzələlər ola bilər
08/12/2019 [12:42]:
Kimyəvi maddə daşıyan sistern aşıb, ölənlər var
08/12/2019 [12:34]:
Yevda Abramovla vida mərasimi keçirilir - FOTOLAR
08/12/2019 [12:20]:
Kişidə zöhrəvi xəstəlik varsa, arvadı, məşuqəsi, sevgililəri də müalicə almalıdır - Cəmiyyətin gizli bəlası
08/12/2019 [12:14]:
Hindistanda fabrikdə baş verən yanğında 43 nəfər ölüb - YENİLƏNİB
08/12/2019 [12:11]:
Cəlilabadda icra nümayəndəsi yol qəzası törədib, ölən və yaralanan var
08/12/2019 [11:54]:
İnəyinin hərəkətinə görə cərimə ödədi
08/12/2019 [11:51]:
“Rusiyanın “nəzərə alınmayan və yoxlanılmayan” silahlarından narahatıq” - Pentaqon
08/12/2019 [11:48]:
Qubada Yevda Abramovla vida mərasimi keçiriləcək
08/12/2019 [11:41]:
Alimlərdən şoka salan açıqlama: Bitkilər qışqıra bilir
08/12/2019 [11:35]:
Azərbaycanlı model dünyanın ən yaraşıqlı kişisi seçildi
Bütün arxiv bir sırada
05/07/2019 [22:43] - Köşə - ( 4912 dəfə baxılıb)

Hamı sussun, görək kim sinidə gətirib bizə Qarabağ verəcək?

İlham İsmayıl

Siz, Azərbaycan məmurunun kalibirindən asılı olmayaraq Qarabağ haqqında istər siyasi baxımdan, istər həssas ovqata köklənib hansısa bəyanatını oxumusunuz, eşitmisiniz? Vəzifədə olanda, bəlkə də nədənsə çəkinib, hərçənd işğal olunmuş vətəndən danışmaqdan niyə çəkinmək lazımdır, amma heç vəzifədən çıxanın da dilindən Qarabağ haqqında yaddaqalan bir təsirli söz eşitməyib bu camaat. Məmurlar bir tərəfə, heç son on ildə Azərbaycanda ziyalı kimi tanınan, qəbul edilən şəxslərin də Qarabağ haqqında heç bir yazısını, cəmiyyətə təsir edəcək bir çıxışını, tələbini, mövqeyini bu xalq görməyib, eşitməyib. Ən uzağı, yemək süfrəsi arxasında əttökən sağlıqla Qarabağ yad edilib. Ona görə də bu gün  Qarabağdan ötrü xalq ayaqda deyil. Təəssüf... Yox, təəssüfü xırda məsələlərdən ötrü edərlər, bu təəssüfedici məsələ deyil, bu faciədir. Biz, bütöv toplum olaraq Qarabağ məsələsində elə acınacaqlı durumdayıq ki, buna yadlar təəssüf edə bilər, yeddi biyana yad təəssüf edər. Amma, biz özümüzü heç nə olmamış kimi aparırıq. Məmurun da, ziyalının da, sıravilərin də gündəmində hər şey var, Qarabağdan başqa. Axı nə etməliyik? Bu söhbət olanda ən çox verilən və ən mənasız sual da budur. Bu sualı içində vətən, Qarabağ sevgisi olmayan insanlar verir. Bu sualı bəzən qeyd etdiyimiz məmur və ziyalı təbəqəsi də verir, cavabdan yayınmaq üçün 80-ci illərin sonunda meydan hərəkatından, o vaxt yazdığı şerdən, məqalədən danışıb işini bitmiş hesab edənlər də var. 
   
Birbaşa Qarabağ münaqişəsi ilə məşğul olan məmurların da standart cavablarından, bəzən isə tam yanlış bəyanatlarından başqa nə eşitdik ki? Nadir hallarda bəzi keçmiş məmur mütəxəssislər, ekspertlər istisna olaraq nəsə deyirlər, o da, jurnalist sual ünvanlayanda.
 
Nədən bu vəziyyəti xüsusi vurğulamaq məcburiyyətində olduq? Biz məğlub vəziyyətdə olan dövlətik, xalqıq. Biz böyük bir ərazimizi itirmişik və onun geri qaytarılması, azad edilməsi uğrunda daha çox, hər gün  danışmalı və iş görməliyik. Amma, əksinə proses baş verir. Qalib düşmən daha çox iş görür, Qarabağ problemini gündəlik olaraq müzakirə edir, nəinki Dağlıq Qarabağın, hətta bütün işğal olunmuş Qarabağ torpaqlarının Azərbaycana  qaytarılmayacağını hər gün xalqının beyninə yeridir. Həm də təkcə özlərinin deyil, bütün dünyanın şüuruna, düşüncəsinə yeridirlər və buna demək olar ki, nail olublar. Qeyd etdiyimiz kimi bu işdə düşmənin bütün təbəqələri fəaldır, Paşinyandan tutmuş Kəlbəcərdə məskunlaşan Yervanda qədər.
 
Qarabağda bu günlərdə səfərdə olan Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan “Artsax xalqının qətiyyətindən” məmnun qaldığını söyləyir. Vaşinqton görüşündən sonra Qarabağa baş çəkən nazir görünür perspektiv sülhməramlılar, hansısa ərazilərin geri qaytarılması barəsində dediklərinin süngü ilə qarşılandığını hiss edəndə bu qənaətə gəlib. İrəvandan gələn məmura sərt cavablar verilib. Onlar bu sərtliyi illərlə aparılan təbliğatdan və bizim susqunluğumuzdan ilhamlanaraq nümayiş etdirirlər. Qarabağın təhlükəsizlik məsələləri üzrə eksperti hesab edilən Raçya Qalstyanın Mnatsakanyana cavabına diqqət edin.

“Nə sülhməramlılar, nə ərazi qaytarmaq? Yerevan ictimaiyyəti (biz yox ha, özləri!) bizim qalib gəldiyimizlə barışmalıdır. Qalib olmağa alışın və XXI əsrin təhlükələrinə və çağırışlarına hazır olun. XX əsrdən qalma bir işimizi də başa vurmalıyıq, Miatsum prosesini bitirmək lazımdır. Erməni dövlətçiliyi arasındakı bölücülüyü, aranı ləğv edib, Birləşmiş Ermənistan yaradılmalıdır”.
Bu, bir separatçı erməninin mövqeyi deyil, buna ”əşşi, erməni qələt eləyir, nə olsun deyib” kimi mənasız yekəxana (əslində bacarıqsızlığın sığortası) əl yelləmək də lazım deyil. Sovet dönəmindəki respublika rəhbərləri də başlarını işlətmək əvəzinə əllərini yellədib Kremlin başında yanan ulduzu özünə mayak bilib Qarabağı bu günə qoydular. Məsələdən xəbərdar ola-ola, heç bir real iş görmədilər.
 
Və erməninin “qalib olmağa alışın” deyiminin arxasında böyük siyasət dayanır. Ona görə ki, hər gün onun ziyalısı, məmuru bunu onların şüuruna yeridib. 25 ildir biz  bu mövqeyin tam tərsi olan “məğlub olmağa alışın”durumu ilə üz-üzəyik.

Açığı, Qarabağ məsələsinin həllinə yanaşmada Qarabağ erməniləri ilə İrəvan ermənilərinin mövqeyində üst-üstə düşməyən məqamların olduğu məlum idi və güman etmək olardı ki, bizim keçmiş vətəndaşlarımız hansısa keçmiş münasibətləri yadda saxlayıb barışığa meyilli olarlar. Tam əksi imiş. Onlar indiki duruma alışıblar və burda ən çox bizim rolumuz var. Rolumuz susqunluğumuzdur.
 
Separatçı rejimin keçmiş məmuru da “nə işimə qalıb” fəlsəfəsindən uzaq olduğunu nazir Mnatsakanyana çatdırıb. Qondarma rejimin (özümüzə verdiyimiz təsəlli terminlərinə bax...) keçmiş xarici işlər naziri Arman Melikyan təkcə Yerevan rəsmisini yox, bəzi tərəddüd keçirən yerli erməniləri də hədəf götürür. “Bəziləri düşünür ki, ərazi güzəşti olmasa necə olacaq? Biz nəsə verməliyik ki, nəsə də alaq. Bu kommersantlar üçün olan yoldur. Bizim problem kommersiya vasitəsi ilə həll olunmur. Ticarətçilər anlamaz ki, diplomatiyada nəsə almaq üçün ən yaxşısı heç nə verməməkdir”. Bu da, keçmiş məmurun fəlsəfəsi. Bütün həyat fəlsəfəsini maddiyyat üstündə quran keçmiş, indiki məmurlarımızın mövqeyi qolda iki milyonluq saat taxmaqdan o yana deyil. O saatı taxanın, o pulları oğurlayanın yadına Qarabağ hardan düşsün?
 
Hamı sussun, görək kim sinidə gətirib bizə Qarabağ verəcək?
 
İlham İsmayıl


loading...
loading...
Qızıl tualet ictimaiyyət üçün istifadəyə verildi
Video kasetlərindən paltar hazırladı - MARAQLI...+ FOTOLAR
Eyni gündə həbs olunmuşdular- Əri ölümə, özü sürgünə göndərilmişdi
Lotoreyadan 842 min dollar uduş qazanan adam indi də dəfinə tapdı - MARAQLI
Eskalatorun tutacağından tutmadığı üçün cəzalandırıldı - MARAQLI
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
Nə üçün üşüyürük? - Səbəbi bu xəstəliklər ola bilər
İqtisadiyyat
“Qardaş ölkənin iqtisadiyyatı sürətlə durğunluqdan xilas olur”
Cəmiyyət
"Onda Melkumyan, Gevorkov və Poqosyan tipli daşnaklar belə əclaflıqlar törətməzdilər"
Maraqlı
Sonunda bu da oldu - İngiltərəli qadın xalça ilə evləndi...+VİDEO
Dünya
Hamilə qadınına heç kim yer verməyincə görün nə etdi - FOTOLAR
Həftənin ən çox oxunanları
"Əndamın yansın, Roza" - Aparıcı efirdə özünü saxlaya bilmədi - FOTO
Vaqif Əsədovdan təcili yardıma yol verməyən xanım sürücüyə: "Könüllü gəlsəniz..." - VİDEO
Putin az qala təyyarə qəzasında həlak olacaqdı...
Prezident daha bir məmuru işdən çıxardı
Viaqra yerinə sadəcə aspirin için - Türkiyəli həkimlərdən maraqlı araşdırma...
"Azərbaycan elə bilməsin ki, Njdenin heykəli ilə erməniləri Rusiyanın gözündən salacaqlar...”
“A.Akopyanın Mehriban Əliyevanı Qarabağa dəvət etməsi hesablanmamış bir addımdır...”-Erməni ekspert
"Milli Məclisin Gəncəyə köçürülməsi həm Bakını fəlakətdən qurtarar, həm də..."
“Qarabağ mitinqini Ramiz Mehdiyev açıb onu aparmağı Nüsrət Kəsəmənliyə həvalə etdi...”
Separatçıdan Paşinyanın arvadına dəstək:  “Mehriban Əliyeva gəlsin, amma...” 
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247