Xəbər lenti
14/10/2019 [20:11]:
Oğurluq edən şübhəlidən maraqlı özünümüdafiə: "Sevdiyim qız üçün etdim"
14/10/2019 [20:06]:
ADU-nun rektoru Fransa səfiri ilə görüşüb
14/10/2019 [20:04]:
"Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur..."
14/10/2019 [20:01]:
Hadi Rəcəbli DSMF ilə bağlı açıqlamasına aydınlıq gətirdi
14/10/2019 [19:57]:
Xaçmaz polisində sakinlərlə görüş keçirildi
14/10/2019 [19:52]:
“İşsizin dostu” proqramına kimlər cəlb olunub?
14/10/2019 [19:50]:
BMqT-nın nümayəndələri Goranboy rayon İcra Hakimiyyətində işgüzar görüş keçirdilər
14/10/2019 [19:49]:
Ermənilər Pənah xanın sarayında oğurladıqları xalçalarımızın sərgisini keçirdi... – FOTOLAR
14/10/2019 [19:47]:
UNEC tələbələri elmi tədqiqat məqalələrinə görə pul mükafatı qazanıblar
14/10/2019 [19:41]:
"İndi biz altı dövlət, tək millətik" - Ərdoğan Bakıda yeni hədəfləri açıqladı...
14/10/2019 [19:41]:
ABŞ Çin mallarına yeni rüsumlar tətbiq edə bilər
14/10/2019 [19:27]:
Seks robotlarını insanlardan ayırmaq mümkün olmayacaq - MARAQLI
14/10/2019 [19:14]:
II Yelizaveta: “Hökumətin prioriteti oktyabrın 31-də Britaniyanın Aİ-dən çıxmasını təmin etməkdir”
14/10/2019 [19:03]:
Azərbaycan Prezidenti Macarıstanın Baş Naziri ilə görüşüb
14/10/2019 [18:47]:
Əlil hərbçilər idman mərkəzlərindən qovulur: “Dünən də yük idiniz, bu gün də!”
14/10/2019 [18:45]:
“Bir millətin iki mediası, iki diasporu ola bilməz” – Əli Həsənov
14/10/2019 [18:38]:
Komitə sədri: "Konstantin Zatulinin Dağlıq Qarabağa qanunsuz səfəri təxribat xarakteri daşıyır"
14/10/2019 [18:35]:
Ərdoğan Aİ və Ərəb Dövlətləri Liqasını tənqid edib: “Atdığımız addımdan vaz keçməyəcəyik”
14/10/2019 [18:34]:
Körpə çəkisiylə hamını şoka saldı -Sumo güləşçisinə bənzəyir+FOTOLAR
14/10/2019 [18:23]:
Tramp: "Türkiyəyə qarşı böyük sanksiyalar gəlir"
14/10/2019 [18:20]:
Türkiyə Prezidenti: “Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, bir millətin iki diasporu olmaz”
14/10/2019 [18:19]:
Türkiyə Prezidenti: “Yoxsa bu terror təşkilatlarını NATO-ya üzv qəbul elədiniz, mənimmi xəbərim olmadı?”
14/10/2019 [18:17]:
Ərdoğan “Barış bulağı” hərəkatına dəstək verdiyinə görə Azərbaycana təşəkkür edib
14/10/2019 [18:16]:
6 saylı cəzaçəkmə müəssisəsində saxlanma şəraiti ilə bağlı çatışmazlıqlar aşkarlanıb
14/10/2019 [18:15]:
İllərdir axtardığı bacısı qapı qonşusu çıxdı- MARAQLI...
14/10/2019 [18:02]:
Rusiyada şəhər meri qəzada öldü
14/10/2019 [17:59]:
53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib
14/10/2019 [17:53]:
İyirmi yaşlı qız səkkiz ay boyunca fasiləsiz yatdı- SƏBƏB...
14/10/2019 [17:46]:
İcma rəhbəri: "Ermənistan öz qanlı cinayətlərini ört-basdır etməyə cəhd göstərir"
14/10/2019 [17:43]:
Macarıstanın Baş naziri Azərbaycana gəldi
14/10/2019 [17:42]:
Pavel Klaçkov: "Prezident Ərdoğan söz üçün cibə girmir"
14/10/2019 [17:41]:
Ərdoğan: “Türkiyə və Azərbaycan türklərinin dəf edə bilməyəcəkləri maneə yoxdur”
14/10/2019 [17:20]:
Tanınmış müğənnimizin analığı qocalar evində: “Cəhənnəmdən cənnətə düşmüşəm”
14/10/2019 [17:15]:
Prezident Azərbaycan və Rusiya əməkdaşlığı ilə bağlı fərman imzaladı
14/10/2019 [17:11]:
Nursultan Nazarbayev Azərbaycana gəldi - FOTO
14/10/2019 [17:09]:
Tarix İnstitutu Çinin Dünya Tarixi İnstitutu ilə müqavilə imzaladı - FOTOLAR
14/10/2019 [17:05]:
Bakıda gecə klubunda biabırçılıq: Qızlar oğlan müştəri üstündə dava etdi
14/10/2019 [17:02]:
Əli Həsənov: "Haqq işində Azərbaycan Türkiyənin yanındadır”
14/10/2019 [16:53]:
Rəsmi Bakı Zatulinin cavabını verdi
14/10/2019 [16:43]:
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
14/10/2019 [16:35]:
Türkiyə Prezidentinin sözçüsü: “Hədəfimizə çatana qədər durmayacağıq”
14/10/2019 [16:28]:
Putin 12 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanında...
14/10/2019 [16:22]:
Akademik Vasim Məmmədəliyevlə vida mərasimi keçirilib -FOTOLAR
14/10/2019 [16:20]:
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəldi - FOTO
14/10/2019 [16:19]:
Vilayət Eyvazov qazaxıstanlı həmkarı ilə müzakirə apardı
14/10/2019 [16:14]:
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona gəldi
14/10/2019 [16:12]:
Dövlət Baxçalı yeni görkəmdə - FOTOLAR
14/10/2019 [16:11]:
Günəşin doğmadığı, qadınlara isə doğuş qadağasının olduğu qəribə ada... - FOTO
14/10/2019 [16:08]:
Aprel şəhidlərinin övladları "Qarabağ"ın düşərgəsində - VİDEO
14/10/2019 [16:06]:
Məşhur müğənni evində ölü tapıldı
14/10/2019 [16:03]:
İlham Əliyev Ərdoğanla görüşdü - FOTOLAR
14/10/2019 [16:02]:
Qazaxda bir ailə qəzaya düşüb, 4 nəfər xəsarət aldı
14/10/2019 [15:59]:
Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqladı
14/10/2019 [15:52]:
Gəncədə yolu keçən üç qadını maşın vurdu
14/10/2019 [15:50]:
Əli Əhmədov: "Prezident İlham Əliyev Ermənistan dövlətinin apardığı təhlükəli siyasəti ifşa etdi"
14/10/2019 [15:44]:
Türkiyə Prezidenti Azərbaycana gəldi - FOTO
14/10/2019 [15:41]:
Əməliyyat olunan Koçaryanın səhəti barədə xəbər var
14/10/2019 [15:38]:
Rusiya Azərbaycanlıları İttifaqının Dövlət Dumasının deputatı K.F.Zatulinin növbəti təxribatı ilə əlaqədar bəyanatı
14/10/2019 [15:30]:
Elmar Məmmədyarov Qarabağla bağlı dəstəyə görə Türk Şurasına təşəkkür etdi
14/10/2019 [15:26]:
Gürcü nazir: “Azərbaycanla Gürcüstan arasında həlli mümkün olmayan məsələ yoxdur”
14/10/2019 [15:16]:
"Məqsədim Kremençukda yaşayan azərbaycanlı gəncləri birləşdirməkdi" -Təbriz Hüseynzadə
14/10/2019 [15:09]:
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir - YENİLƏNİB + FOTOLAR
14/10/2019 [15:06]:
Vamiq Məmmədəliyev: "Haqq dərgahından çox danışdı və haqqın dərgahına getdi"
14/10/2019 [15:01]:
Ərindən boşanmasını paraşütlə tullanaraq qeyd etdi - MARAQLI...
14/10/2019 [14:54]:
Planlaşdırılmış təmir zamanı NEZ-in fəaliyyətinin dayandırılmasında Rusiya təcrübəsi - ŞƏRH
14/10/2019 [14:53]:
Qlobal yoxsulluqla mübarizə apranlar Nobel Mükafatı qazandı
14/10/2019 [14:51]:
Yasamalda silahlı insident oldu
14/10/2019 [14:50]:
“Siz terrorçuların, yoxsa NATO üzvü olan Türkiyənin yanında olmalısınız?” - Ərdoğan
14/10/2019 [14:49]:
Nazir saxta yolla əlil statusu alanlardan DANIŞDI: “Onların kateqoriyası müxtəlifdir”
14/10/2019 [14:47]:
Azərbaycan Prezidenti: “Qazaxıstanla münasibətlər çox müsbət istiqamətdə inkişaf edir”
14/10/2019 [14:44]:
“ABŞ-da demokratik normalardan uzaq gizli dərin hökumət yaradılıb...”-VİDEO
14/10/2019 [14:41]:
Prezident İlham Əliyev professor Vasim Məmmədəliyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14/10/2019 [14:39]:
Sosial şəbəkə istifadəçilərinin boşanma səbəbləri: “Toydan bir həftə sonra məni vurdu”, “İşləmə”
14/10/2019 [14:37]:
Türk qırıcıları terrorçuları havaya uçurdu - anbaan VİDEO
14/10/2019 [14:20]:
Üç İsa- YUNUS OĞUZ YAZIR
14/10/2019 [14:13]:
"Dünyanın ən bahalı ətirini vururam, heç vaxt mazut iyi gələnin yanında oturmaram" - VİDEO
14/10/2019 [14:10]:
Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir
14/10/2019 [14:07]:
Bakıda ağır qəza: qırmızı işıqda keçdi, iki maşınla toqquşdu - ANBAAN VİDEO
14/10/2019 [14:04]:
“Prezident mübarizəni həm bizə, həm dünyaya, həm də ermənilərə göstərdi”
14/10/2019 [13:57]:
“Televizor gətirmədiyimə görə ərim məni döydü...”
Bütün arxiv bir sırada
09/07/2019 [10:58] - Araşdırma - ( 1323 dəfə baxılıb)

Qeyrətimiz olarsa, yaxud sonuncu dayaq nöqtəsindən reportaj...



“Böyük dayaq” bədii filmində qəhrəmanların belə bir dialoqu var:

- Qeyrətimiz olsa, Muğan düzündə cənnət yaradarıq. 
- Avazın yaxşı gəlir, oxuduğun quran olsa. Çətin işdir. 
- Əlbəttə çətin işdir, amma insan əlində hər şey mümkündür. 
“Böyük dayaq” filmi 1962-ci ildə çəkilib. 57 il qabaq kino dili ilə deyilmişdi ki, cənnət yaratmaq üçün qeyrət lazımdır. Amma 60 ilə yaxındır ki, - təsəvvür edin bir, yarım əsrdir ki, - qeyrətimizi cənnəti qurub-yaratmağa səfərbər etmirik. Halbuki Azərbaycan bütün mənalarda doğrudan da yer üzündə cənnət ola bilərdi. Əfsuslar ki, qeyrət cənnəti piltə-piltə, kərpic-kərpic uçurmağa çatdı. Bilirsiz bu necə olur? İndi hamısını bircə-bircə danışacam, sizin əziyyətiniz yalnız dinləməyə qalacaq. Onu da özünüzə çox görsəniz, vallah, heç ondan da incimərəm, onsuz da biz bir-birimizi artıq illərdir ki, dinləmirik. 


Xeyli vaxt idi ki, sənədli-bədii filmlər sahəsindən getmişdim, ingilissayağı getmişdim. Məni sarıbaşlılar dilləndirdilər, Qax rayonunun Sarıbaş kəndinin sakinləri. Sarıbaş Azərbaycanın Dağıstanla sərhəd ərazisidir. Sonuncu dayaq nöqtəsi desəm daha düzgün olar. Sovet dövründə ən varlı kənd olub. Kəndin inkişaf etmiş infrasturkturlu yer olmasının göstərici orda kanalizasiya sisteminin mövcudluğu ilə ölçülürdü. Təsəvvür edin bir, dəniz səthindən 1800 metr hündürdə, hər tərəfi hündür dağlar və sıx meşəliklər olan ucqar dağ kəndində kanalizasiya sisteminin olması bilirsiz nə deməkdir? Aydın olmaq üçün bir müqayisə ilə deyim: Avropa deməkdir! Mən hələ Sarıbaşda elektrik stansiyası, məktəb, idman zalı, xəstəxana, klub, kitabxana, 500 ildən də çox tarixi olan qədim məscid, yaşı lap əvvəllərə gedən qədim oğuz məzarlığı və sairəni demirəm. Sarıbaşda həyat vardı, qaynayan həyat. Kolxoz dağıldı, sarıbaşlılar da dağılışdılar. Hərə başını götürüb yaşamaq dalınca bir tərəfə getdi. Kənd daş-daş söküldü. İndi burda cəmi 10 ailə qalıb - heç yerə getməyən və getmək istəməyənlər. Hə, bir də qulaq göynədən səssizlik və o səssizliyin də səsi – sarıbaşlıların dirəniş göstərən baxışlarının harayı! Bax, 70 ildə kolxoz adı ilə qurulan mirası kolxozdan sonra 30 ildə dağıtmağımızdır bu günkü qeyrət. Adam yoxdursa sərmayə də qoyulmur, ancaq sərmayə qoyulmalıdır ki, adam da yaşasın. Bu birinci toyuq, yoxsa yumurta fəlsəfəsidir sanki. Halbuki, Sarıbaş həm də və ən əsası strateji əhəmiyyəti olan məntəqədir. Bizim sərhəddimiz yalnız ermənilərlə bitmir axı. Torpaqlarımıza, abidələrimizə - saysaq, görün nə qədər iddiaçı var. Yaşamayanda, sahib çıxmayanda metrə-metrə gedir, ayılanda isə ya itki faktıyla barışmalı oluruq, ya da sonu görünməyən müharibələrə qatılırıq. 


Kəndə yollananda icradan bizə bir nümayəndə də qoşdular. Bizə bələdçi lazım idi, amma o, ağzımızı pusurdu. Biz sarıbaşlıları çəkirdik, amma icradakıları daha çox dağılmış evlərin çəkilib-çəkilməməsi narahat edirdi. Biz insan mənzərələrinin təsviri ilə məşğul idik, icradakılar isə “nailiyyətlərin” statistikası ilə. Bax budur, bizi içəridən az-az dağıdan. Bir şeyi birdəfəlik anlamaq gərəkdir ki, problemlər bəşəriyyət öləndə bitəcək. Həyat, yaşamaq təkcə adamın özünün şəxsi evində evi ilə bitmir, adama kəndlidir deyə “cəhənnəmə ki, necə alınır, o cür də yaşasın” münasibətini bəsləmək olmaz, insana insan kimi yanaşılmalıdır. Lap adam ayağı dəyməyən adada da, əgər orda bircə insan belə məskunlaşırsa. 
Sarıbaşın tarixi qədimliyi, türk etimologiyası nonsens deyil. Çünki Azərbaycanın elə bir guşəsi yoxdur ki, orda minillilərin izi görünməsin. Bu mənada Azərbaycan nəhəng tarixi muzeydir. Sarıbaşınsa istisnalığı ondadır ki... 
Kənd ən uca dağların içindədir. Başdan-başa müxtəlif ölçülü, formalı qənbər daşlardan ibarətdir. Onlardan tikilmiş evlər də, amfiteatr yollar da birlikdə qənbər daşlarının tamamlanmış memarlıq fakturasını yaradıb. Məhəccərlərin naxışlarından bir daha heç yerdə görməyəcəksiz. Burda təbiət ram olunmayıb, vəhşidir. Ancaq vəhşi təbiətin də öz gözəlliyi var. Havanın büllur saflığı tərkibindəki kristalları gözə görünən edir. Dağların başını qəfil alan duman bir anda ya yağışa çevrilir, ya da bir anda dağılır. Nəfəs dolu səslə İNSANı səsləyin, çağırışınız dağların başında da əks-səda verəcək. Otların xışıltısı, yarpaqların pıçıltısı, böcəklərin cırıltısı, quşların civiltisi alətlərdə çalınmayan təbii simfoniyadır. Təbiətin orkestrinə arada at kişnəməsi, nalların tıqqıltısı, malların böyürtüsü də əlavə olunur, hardansa fasilələrlə gələn gülüş səsləri, hardasa uşaq mübahisələri, hardansa gələn səslər, səslər... bu iri miqyaslı orkestri təsəvvür edə bilirsiz? O gözə görünməsə də anladır ki, kənddə həyat hələ var. Sarıbaşın öz sərhəddi dərin uçurumlardır, aşağı hər zaman baxa bilərsiz, sizi fəndgircəsinə özünə çəkməyəcək. Torpağa ayağınızı yalın basın, o öz enerjisini sizə ötürəcək, təmənnasız-filansız. Gecələr əlinizi səmaya uzadın, istədiyiniz ulduzu götürə bilərsiz, çünki onlar sizə çox yaxın olacaqlar. 
Sarıbaşlılar xüsusi adamlardır, anadolu şivəsində danışırlar. Ağbəniz, sarışın, sinəsi bayatılarla dolu sadə kəndlilərdir. Onların yaşayışı çətindir. İş yox, mədəni məşğuliyyət yox, məktəb bağlı, klub fəaliyyətsiz, səhər naxura – axşam axura, toyuq-cücə... kəndə yalnız 60-cı illərin hərbi villisi işləyir. O da çala-çuxur, daşlıq iki çaydan keçməli olur. Qış düşəndə isə zülm də birə-beş artır. Ancaq onlar bunda da bir məna tapırlar. Sarıbaşlılar qənbərli kəndin canlı qənbər daşlarıdırlar. Onlarla təbiət arasında qəribə bir həmahənglik var. Əgər bu gün xəritədə Sarıbaş kəndi hələ qalıbsa, buna görə yalnız və yalnız onlara “sağ olun!” demək düşür. 


Doğrudan da istəyimiz olsa, hər şeydə şəxsi mənfəət vərdişini tərgitsək, vətənimizi şüar xətrinə yox, həqiqətən sevsək, Azərbaycanın hər bucağında cənnət yarada bilərik. Məgər hər şey insanın əlində deyil?! Sarıbaşı turist məkanına çevirmək olar. Məgər avropalı vəhşi təbiətdə dincəlməyi sevmir? Sarıbaşı canlı kinopavilyona çevirmək olar. Məgər dünyada kino çəkilmir? Sarıbaşı sadəcə yaşatmaq lazımdır, məgər tarix daha yazılmayacaq?
...Mən ilk dəfə idi ki, yaradıcılıq işimi bitirəndə sevinc hissi yaşamırdım, qəribə hisslər vardı içimdə. Qatarda başa düşdüm ki, sən demə... vurulmuşam, mən Sarıbaşa, onun daşının, torpağının, suyunun, çiçəklərinin, böcəklərinin, cana rahatlıq gətirən əzəli və əbədi səsli səssizliyinin sehrinə düşmüşəm! Sarıbaşı istisna edən də onun bu sehirli cazibə qüvvəsidir, bəlkə də heç bir yerdə olmayan bir qüvvə. Bilirəm ki, ora yenə qayıdacam, mütləq qayıdacam, bu təkcə sarıbaşlı cazibənin məni çəkdiyinə görə olmayacaq, həm də ona görə baş verəcək ki, sevməyi bacaranlar üçün etiraflar da tükənmir!

 

Arzu Qazıyeva

loading...
loading...
Oğurluq edən şübhəlidən maraqlı özünümüdafiə: "Sevdiyim qız üçün etdim"
"İndi biz altı dövlət, tək millətik" - Ərdoğan Bakıda yeni hədəfləri açıqladı...
Seks robotlarını insanlardan ayırmaq mümkün olmayacaq - MARAQLI
Deputat: “Oğlum hər gün Bakı-Sumqayıt qatarı ilə işə gedib-gəlir”
“Qurani Kərim”in tərcüməçisi əbədiyyətə qovuşdu
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Körpə çəkisiylə hamını şoka saldı -Sumo güləşçisinə bənzəyir+FOTOLAR
Dünya
İyirmi yaşlı qız səkkiz ay boyunca fasiləsiz yatdı- SƏBƏB...
Gündəm
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Cəmiyyət
“Televizor gətirmədiyimə görə ərim məni döydü...”
Cəmiyyət
“Həmin arıçıların bal məhsulları yarmarkanın sonunda özlərinə qaytarılacaq...”
Həftənin ən çox oxunanları
Şəbnəm Tovuzlunun həcisi "tenderlər kralı" Ramazan Mirzəyevlə bağlı sirlər AÇILDI
Tezliklə azadlığa çıxacaq Fədayə üçün BƏD XƏBƏR
Türk ordusunun əsir aldığı terrorçular... - Heç yerdə görmədiyiniz görüntülər - VİDEO
YPG-PKK komandirləri Türk ordusunun qarşısında ağlayırlar – VİDEO
İntim münasibətləri canlandırmaq üçün 5 üsul - EKSPERTDƏN MƏSLƏHƏTLƏR...
Paşinyanın Aşqabad fiaskosu – Putin Nikolu necə aşağıladı – FOTO/VİDEO
Masonlardan Türkiyənin əməliyyatı ilə bağlı - Bəyanat
Mafiya başçısı Azərbaycan nömrəli “Rolls-Royce”la İsmayılovun evinə getdi - VİDEO
“Onların hamısı raketlərlə məhv edilməlidir: Yollar da, körpülər də, mədənlər də...”
Dünyanın ən güclü orduları bəlli oldu - STATİSTİKA...
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247