Xəbər lenti
13/11/2019 [13:41]:
“Hökumət keçmiş Nazirlər Kabinetində yer alan şəxslərin kölgəsindən çıxmağı bacarmalıdır”
13/11/2019 [13:35]:
Axtarışda olan 30 nəfər eyni gündə tutuldu
13/11/2019 [13:32]:
“Rusiya təxribatları və intriqaları davam etdirir...”
13/11/2019 [13:28]:
Rafael Cəbrayılov barəsində qaldırılan iddia üzrə məhkəmə başlayıb
13/11/2019 [13:26]:
Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilk dəfə Azərbaycana gələcəklər
13/11/2019 [13:24]:
Gələn ilin büdcə layihəsi birinci oxunuşdan keçdi
13/11/2019 [13:21]:
ATƏT cəbhənin Tərtər istiqamətində monitorinq keçirib
13/11/2019 [13:17]:
Mədəniyyət Mərkəzində ölkəmizin turizm potensialı təqdim olunub - FOTO
13/11/2019 [13:13]:
İntensiv yağış yağacaq
13/11/2019 [13:11]:
Dağlıq Qarabağın azərbaycanlı icması Sergey Lavrova cavab verib
13/11/2019 [13:06]:
Turagentliklərin və müştərilərin məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlanıb - FOTO
13/11/2019 [13:03]:
Paşayevlər ailəsində ŞAD GÜN - FOTO
13/11/2019 [12:57]:
Ağcabədidə 18 km uzunluğunda yerli əhəmiyyətli yol yenidən qurulub - FOTO
13/11/2019 [12:52]:
BDU-nun 100 illik yubileyi münasibətilə vətənpərvərlik ruhunda tədbir keçirilib - FOTO
13/11/2019 [12:47]:
Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü saxlanılıb
13/11/2019 [12:45]:
Yanvardan pensiyalar bu qədər ARTACAQ
13/11/2019 [12:44]:
Oqtay Əsədov deputatlara XƏBƏRDARLIQ ETDİ
13/11/2019 [12:43]:
Xalq rəssamı Sakit Məmmədov: "Ən böyük rəssam Allahdır"
13/11/2019 [12:34]:
Türkiyə İŞİD üzvü olan 29 Azərbaycan vətəndaşını deportasiya edəcək
13/11/2019 [12:33]:
Sumqayıtda marketlərdən seyf oğurlayan şəxslər tutulub - FOTO
13/11/2019 [12:32]:
Bakı məhkəməsi ilk dəfə onlayn rejimdə ömürlük məhkumların iddialarına baxacaq
13/11/2019 [12:31]:
“Caspian Ecology” - 10-cu Yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi keçirilir - FOTO
13/11/2019 [12:25]:
Azərbaycanın turizm təbliğat videoçarxı dünya üzrə Qran-Pri ilə mükafatlandırıldı
13/11/2019 [12:22]:
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
13/11/2019 [12:17]:
“Atam şəhid olanda iki yaşım var idi...”- Birinci xanımın sayəsində mənzil sevinci yaşayan şəhidin qızı...
13/11/2019 [12:09]:
Vətəndaşları narahat edən məsələlər yerində araşdırılır - FOTOLAR
13/11/2019 [12:05]:
Xarici ali təhsil ixtisaslarının tanınması ilə bağlı sənəd qəbulu dayandırılır
13/11/2019 [12:04]:
E-sosial.az portalına 1 milyon 100 mindən çox baxış olub
13/11/2019 [11:58]:
İnam Kərimov daha iki direktoru işdən çıxardı
13/11/2019 [11:49]:
Avstriya azərbaycanlıları ilə görüş keçirilib - FOTO
13/11/2019 [11:44]:
Bakıda vətəndaşlara hücum edən yarıçılpaq kişi tutuldu - VİDEO
13/11/2019 [11:36]:
Mirqafar Seyidova ağır itki üz verib
13/11/2019 [11:31]:
Yeni Təhsil naziri təyin olunub - Gürcüstanda
13/11/2019 [11:29]:
Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
13/11/2019 [11:27]:
“Konsertdən sonra təbrik zəngləri gəlir, telefonumuz susmur...”
13/11/2019 [11:18]:
BSU-da “Avro-2020 Könüllülər Proqramı”nın təqdimatı keçirilib
13/11/2019 [11:07]:
Moderator.az daha bir şəhid ailəsinin evini bank girovluğundan xilas etdi...
13/11/2019 [11:06]:
"Onlar mətbuat xidməti şöbəsinə öz qohumlarını işlə təmin etmək üçün olan bir struktur kimi baxırlar”
13/11/2019 [11:00]:
"Tələbimiz ilk növbədə dövlət tərəfindən maliyyələşdirilən telekanallaradır...”
13/11/2019 [10:46]:
Ərdoğan ABŞ-da qaldığı otelin qarşısında ona dəstək olan vətəndaşları salamladı- FOTOLAR
13/11/2019 [10:20]:
Şagirdlər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl istiqamətində yola düşdü
13/11/2019 [10:15]:
“Yemək borusu xəstəliklərinin cərrahi yolla müalicəsi üçün xaricə üz tutmağa ehtiyac yoxdur”
13/11/2019 [09:58]:
Azərbaycanlı qadın Kiprdə soyuldu - Sevgilisi qızıl dolu çantanı götürüb yoxa çıxdı
13/11/2019 [09:52]:
Milli musiqimizi təbliğ edən azərbaycanlı xanım- FOTOLAR
13/11/2019 [09:47]:
“Heç gözləməzdim ki, mənə bu cür hörmətsizlik edərlər”
13/11/2019 [09:44]:
Toydan nə qədər vaxt keçməlidir ki, uşaq olsun? - Ginekoloqla maraqlı SÖHBƏT
13/11/2019 [09:41]:
Ermənistan atəşkəs rejimini 22 dəfə pozdu
13/11/2019 [09:39]:
Bakı metrosunda qatarlar yenə gecikdi
13/11/2019 [09:38]:
Sosial şəbəkələrdə yayılan videgörüntülərlə bağlı araşdırma aparılır
13/11/2019 [09:36]:
Dünyanın ən romantik şəhərlərindən biri su altında qaldı - FOTO/VİDEO
13/11/2019 [09:32]:
“Şimal-Cənub” dəhlizinin inkişafı gələcəkdə Azərbaycan və Rusiya üçün üstünlük ola bilər"
13/11/2019 [09:30]:
Lukaşenko “dözmək” qərarına gəldi: Avropaya “yox” dedi
13/11/2019 [09:28]:
Gürcüstanda zəlzələ olub
13/11/2019 [09:13]:
Laçının Qarıqışlaq kəndində Saakyan adına məktəb açıldı...-FOTOLAR
13/11/2019 [08:25]:
Erməni arvad da Azərbaycan torpağında  “prezident”lik arzusunu ifadə etdi...-FOTO
13/11/2019 [07:41]:
Ən kiçik müsəlman ölkəsi Myanmanı soyqırımına görə  məhkəməyə verdi...-İbrətamiz
13/11/2019 [06:55]:
Bakıda Peyğəmbərimizin(s) mövludu münasibətilə futbol çempionatı keçirildi-FOTOLAR
13/11/2019 [01:00]:
"Tıxacın yaranmasında təhsil sisteminin də payı var" - Professorlar arasında polemika...
13/11/2019 [00:43]:
Ruslar Suriyada S-300 və S-400 komplekslərini niyə söndürüb?
13/11/2019 [00:40]:
"Belə anlaşılır ki, Əli İnsanovun pullarını sadəcə bir müddət xərcləyəcəklər, amma..."
13/11/2019 [00:32]:
Lavrov haqqında esse müsabiqəsi və bir daha Paşinyanın nöqtəsi haqqında...
13/11/2019 [00:27]:
Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
13/11/2019 [00:15]:
“Facebook” onlayn ödəmə xidmətini işə salır
13/11/2019 [00:07]:
Çayları plastikdən təmizləmək üçün cihaz hazırlandı
12/11/2019 [23:31]:
Ceyhun Bayramov Fransaya gedib –Səbəb
12/11/2019 [23:29]:
Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü
12/11/2019 [23:25]:
Rusiyada Ebola virusuna qarşı peyvənd istehsalına start verilib –Baş nazir açılış edib
12/11/2019 [23:23]:
Ağ Ev Trampla Makronun telefon danışığı haqda açıqlama yaydı –Suriya ilə bağlı razılaşma olub
12/11/2019 [23:16]:
"BƏƏ Azərbaycana 2 milyard dollar investisiya yatırıb"
12/11/2019 [22:52]:
Məşhur aparıcı Bakıda 350 minə mənzil aldı
12/11/2019 [22:49]:
Professor gənc sevgilisinə 4 güllə vurdu
12/11/2019 [22:43]:
Boliviya prezidenti istefadan sonra ilk gününü belə keçirib - FOTO
12/11/2019 [22:40]:
Təhsil eksperti onu qınayan iki xanım deputatı debata çağırdı: "Sübut etməyə hazıram..."
12/11/2019 [22:36]:
Məşhur repçini boğazından güllələdilər - VİDEO
12/11/2019 [22:32]:
Bəxtiyar Hacıyev verdiyi atmacalı suallarla Paşinyanı çətin vəziyyətə saldı - VİDEO
12/11/2019 [22:23]:
Leyla Əliyeva növbəti həyətin açılışında - FOTO
12/11/2019 [22:20]:
Laçınlı ananın hər kəsi təsirləndirən vətən həsrəti - VİDEO
12/11/2019 [22:19]:
Bir həftə əvvəl azadlığa çıxan jurnalist həbs edildi
12/11/2019 [22:17]:
250-dək hüquqşünas hakim olmaq üçün sənədlərini təqdim edib
12/11/2019 [22:06]:
32 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edildi
Bütün arxiv bir sırada
10/07/2019 [10:34] - Müsahibə - ( 4258 dəfə baxılıb)

"Onların planlarını pozmaq iqtidardakı sağlam qüvvələrin, xüsusilə Prezidentin borcudur"

“Sağlam müxalifətin hazırda əsas vəzifəsi islahatların davam etdirilməsinə və demokratiyanın genişləndirilməsinə dəstək vermək olmalıdır”


Moderator.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, YAP-ın icra katibi Əli Əhmədovun parlament seçkilərinin vaxtında keçiriləcəyi barədə açıqlama verməsinə baxmayaraq bu barədə fikirlər hələ də dolaşmaqdadır. Siz necə düşünürsünüz, növbədənkənar seçkilər keçirilə bilərmi və bunun hüquqi mexanizmi varmı?

- Hüquqi  baxımdan bu mümkündür. Konstitusiyanın 87-ci maddəsinin 3-cü bəndinə görə Milli Məclis 83 deputatının səlahiyyətləri təsdiq olunarsa səlahiyyətlidir. Əgər YAP iqtidar partiyası kimi növbədənkənar seşkilərin keçirilməsini zəruri hesab edib deputatlarına istefa verməyi tövsiyyə edərsə və onların istefasından sonra MM-in 83-dən az  deputatı qalarsa Prezident növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul etməlidir. Məsələnin siyasi aktuallığına gəldikdə isə biz buna xüsusi ehtiyac görmürük, amma iqtidar tərəfindən belə qərar qəbul olunsa onu dəstəkləyəcəyik.
Biz ölkədə yeni Konstitusiyanın qəbulu üçün referendum keçirilməsini və növbəti seçkilərin proporsional seçki sistemi əsasında keçirilməsini daha zəruri və məqsədəuyğun hesab edirik.

- Yeni Konstitusiyada proporsional seçki sistemindən başqa daha hansı dəyişikliklər nəzərdə tutula bilər? 

- Ölkənin 2025-ci ildən parlamentli respulika modelinə keçirilməsi nəzərdə tutula bilər. Yox, hakim partiya buna getməyəcəksə, o zaman Nazirlər Kabineti ləğv olunmalı, bir vitse prezident vəzifəsi saxlanılmalıdır. Çoxpartiyalı sistemin inkişafı və parlamentdə fraksiyaların olması üçün Konstitusiyaya belə bir müddəa salınmalıdır ki, parlamentdə partiyaların sayı 3-dən və topladıqları səsdən asılı olmayaraq müxalifət partiyalarını təmsil edən deputatların sayı 30%-dən az ola bilməz. Bu normanın tətbiqi qaydası Seçki Məcəlləsi ilə tənzimlənə bilər. Bundan başqa, Konstitusiyaya Milli Məclisin səlahiyyətlərinin artırılması və məhkəmə hakimiyyətinin gücləndirilməsinə dair yeni normalar əlavə olunmalıdır.

- Qüdrət bəy, hansı faktor iqtidarı növbədənkənar seçkilərin keçirilməsinə sövq edə bilər?

- Bizim bütün tənqidlərimizə baxmayaraq Azərbaycan güclənir və aparılan islahatlar bizi daha da güclü edəcək. Bunu bizim düşmənlərimiz də görür və bu onları çox ciddi narahat edir. Onlar Azərbaycanın müharibə yolu ilə torpaqlarını azad edəcəyindən, regionda daha nüfuzlu və cazibədar bir ölkəyə çevriləcəyindən qorxurlar. Ona görə də ölkəni on illərlə geri atmaq üçün xarici güclər əlaltılarının vasitəsilə sabitliyi pozmağa cəhd edə bilərlər. Uyğun zaman isə seçkilər dövrüdür. Etiraf etməliyik ki,sonuncu növbədənkənar prezident seçkiləri daxili və xarici pozucu qüvvələrin planlarını alt-üst etdi.O zaman bəzi şəxslər xeyli aktivləşmişdi. Səfirlərlə görüşlər, ictimai rəyə təsir edə biləcək şəxslərə pul və bahalı hədiyyələrin paylanması geniş vüsət almışdı. Düşünürdülər ki, növbəti prezident seçkilərində sabitlik pozulacaq və “dəmir ələ” ehtiyac yaranacaq, onlar da gəlib ermənilərin maraqlarına tam uyğun olaraq, onların xaricidən dəstəyi ilə buranı Türkmənistan edəcəklər. Bu kimi acı təcrübə növbədənkənar seçki qərarının verilməsini şərtləndirə bilər.

- Hazırda da belə bir plan ola bilərmi?

- Düşmənlər və hakimiyyət naminə hər şeyə hazır olan insanlar həm iqtidarda, həm müxalifətdə həmişə fəaliyyətdə olacaqlar. Son vaxtlar iqtidardakı bacarıqlı və prezidentə sadiq məmurlara qarşı əsassız gözdənsalma kompaniyası bunun əlamətləridir. Onların planlarını pozmaq isə hər bir vətənpərvər insanın, iqtidardakı sağlam qüvvələrin, xüsusilə Prezidentin borcudur. Güc strukturlarındakı son dəyişikliklərdən sonra daxildəki pozucu qüvvələr aktiv fəaliyyətə keçməzdən öncə bir daha düşünməli olacaqlar.

- Qüdrət bəy, qeyd etdikləriniz iqtidarı islahatlardan çəkindirməz ki?

- İslahatlar günün tələbidir.Prezident də söyləyib ki,idarəetmə təkmilləşdirilməli,i slahatlar dərinləşdirilməlidir. Bir qayda olaraq aşağıların təzyiqi  ilə aparılan islahatlar effekt vermir, ölkə xaosa sürüklənir. Ona görə də mən iqtidarı həmişə çağırıram ki, yuxarıdan islahatları həyata keçirsin. İqtidar zamanı əldən verirsə və xalq iqtidarı məcbur edirsə ki, islahatlar aparsın o zaman uğurlar belə iqtidarın ayağına yazılmır və növbəti tələblər irəli sürülür. Bunun nəticəsində isə mütləq və mütləq sabitlik pozulur. Düşünmürəm ki, hakimiyyət bunu bilməsin. Ona görə də islahatlar genişlənəcək.

- Parlament seçkilərində müxalifətin seçkiləri udmaq şansı varmı?

- Azərbaycanda vətəndaşlarımız siyasi baxımdan fəal deyil, müxalifət çox zəifdir. Sistemdən kənar müxalifət əsasən xaricdən idarə olunur və onlar yalnız hakimiyyətdə kiminsə maraqlarının təmin olunmasında katalizator rolunu oynaya bilər. Parlament müxalifəti isə indiki şərtlər altında yalnız növbəti parlamentdə fraksiyalar yaratmaq imkanları uğrunda mübarizə apara bilər. Düşünürəm ki, sağlam müxalifətin hazırda əsas vəzifəsi islahatların davam etdirilməsinə  və demokratiyanın genişləndirilməsinə dəstək vermək olmalıdır. İslahatlar dərinləşdikcə müxalifətin də imkanları artacaq və siyasi sistemdəki rolu əhəmiyyətli dərəcədə genişlənəcək. Sözsüz ki, hansısa mərhələdə müxalifət seçkiləri udacaq, partiyalar hakimiyyətdə bir-birini əvəz edəcəklər. Bunun üçün bizə zaman lazımdır.

loading...
loading...
"Belə anlaşılır ki, Əli İnsanovun pullarını sadəcə bir müddət xərcləyəcəklər, amma..."
"Qarabağ siyasətimizə yenidən baxmalıyıq"
DİQQƏT! Bakıda erməni ayranı satılır - FOTO
Cərimə olunan sürücüdən maraqlı addım - VİDEO
273 kiloqram arıqlayaraq ölümdən xilas oldu - MARAQLI
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Atam şəhid olanda iki yaşım var idi...”- Birinci xanımın sayəsində mənzil sevinci yaşayan şəhidin qızı...
Şou-biznes
“Konsertdən sonra təbrik zəngləri gəlir, telefonumuz susmur...”
Cəmiyyət
"Tıxacın yaranmasında təhsil sisteminin də payı var" - Professorlar arasında polemika...
Gündəm
“Türk əsgərinin terrordan təmizlədiyi bölgələrə yardım karvanları göndərmək məqsədəuyğun olardı”
Cəmiyyət
“Erməni telekanallarıyla bizim telekanalları müqayisə edəndə, biz çox geridə qalırıq...”
Həftənin ən çox oxunanları
"Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək..."
Telli Borçalıdan üzücü XƏBƏR - "Toyda yıxılıb, həkim çatana kimi keçinib"
"Hələ 2015-ci ildə getmək istədim, prezident dedi ki, hələ işlə, sonra Rövnəq müəllimə də demişdi ki..."
İnsanları “təsvir edilə bilməyən əzab” gözləyir: iqlim fəlakəti baş verdi
Suriya və Rusiya generalları Ərdoğanın sarayına bomba zərbələrini müzakirə edib - ŞOK
Xaşdan vaz keçə bilməyənlərə 15 faydalı məsləhət: Düzgün yeyilmə qaydası...
"Yalnız bu halda Türkiyə  Qarabağ savaşında Azərbaycana hərbi dəstək verə bilər...”
PKK-çı kürdlərdən Rusiya-Türkiyə hərbi patrullarına VƏHŞİ HÜCUMUN VİDEOSU...
Qalmaqallı biznesmenin maşınına bomba atıldı, cangüdənin başı qopdu - DƏHŞƏT + VİDEO
Yanvar ayının birindən maaşınızdan 10 AZN tutulacaq - RƏSMİ
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247