Xəbər lenti
09/07/2020 [11:52]:
XİN-in vəzifəli şəxslərinin şikayəti təmin edilməyib
09/07/2020 [11:49]:
Vilayət Eyvazovdan yeni TƏYİNAT
09/07/2020 [11:48]:
Azərbaycanda daha bir kənd susuzluqdan əziyyət çəkir - VİDEO
09/07/2020 [11:46]:
Yüzlərlə nəqliyyat vasitəsi postlardan geri qaytarıldı - RƏSMİ
09/07/2020 [11:32]:
Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı
09/07/2020 [11:26]:
Elton Conun şərəfinə sikkə hazırlandı
09/07/2020 [11:17]:
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09/07/2020 [11:17]:
AZAL Berlinə xüsusi reyslər həyata keçirəcək
09/07/2020 [11:06]:
İlham Əliyev Bakıda açılışda - FOTO
09/07/2020 [11:04]:
Müdafiə nazirinin yeni müavini kimdir - DOSYE
09/07/2020 [10:44]:
Polis İsmayıllıda istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq edib - FOTOLAR
09/07/2020 [10:40]:
Gürcüstanda koronavirusa yoluxanların sayı 968 nəfərə çatıb
09/07/2020 [10:37]:
Nizam Osmanov Müdafiə nazirinin müavini təyin edilib
09/07/2020 [10:34]:
Avtomobillə icazəsiz hərəkət edənlərin diqqətinə - Bu yolla cərimələnəcəksiniz - VİDEO
09/07/2020 [10:31]:
Almazbek Atambayev sağalıb həbsxanaya qayıtdı
09/07/2020 [10:29]:
Koronavirus xəstələri ən az və ən çox olan RAYONLAR - SİYAHI
09/07/2020 [10:21]:
Baş Prokurorluq bıçaqlanma hadisəsi barədə məlumat yaydı
09/07/2020 [10:12]:
İşğalçı Ermənistan ordusu atəşkəsi iriçaplı pulemyotlarla pozdu
09/07/2020 [10:12]:
İş adamlarının qətllərini sifariş verən rusiyalı qubernator saxlanıldı - VİDEO
09/07/2020 [10:00]:
Səhiyyə nazirinin arvadına təntənəli doğum günü keçirməsi hiddətlə qarşılandı…-FOTO
09/07/2020 [09:41]:
Fişəng zavodunda partlayış - VİDEO
09/07/2020 [09:39]:
Maksim Musayev və Fəzail Ağamalıdan AMEA rəhbərinə cavab gəldi
09/07/2020 [09:30]:
YAP Ramiz Mehdiyevi niyə müdafiə etmir - deputatdan açıqlama
09/07/2020 [09:25]:
Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçib
09/07/2020 [09:24]:
Azərbaycanda sahibkarlar üçün yeni imkanlar - güzəştli kreditləşmə
09/07/2020 [09:21]:
Marketin “qaydasızlığı” baha başa gəldi - VİDEO
09/07/2020 [08:55]:
Maşını etiraz aksiyası keçirən insanların üstünə sürdü - VİDEO
09/07/2020 [08:51]:
Rusiyada daha üç parlamentarinin koronavirus keçirdiyi bəlli olub
09/07/2020 [08:50]:
Koronavirus milyonlarla insanı bu zəruri tələbatdan imtinaya məcbur etdi
09/07/2020 [08:48]:
Rusiyada orta məktəblərdə ailə dəyərləri dərsi keçirilə bilər
09/07/2020 [08:04]:
ABŞ-da müsəlman polis  vətəndaşların dincliyi uğrunda həlak oldu...-FOTOLAR+VİDEO
09/07/2020 [07:22]:
"Başımıza gələn hər musibətdə bir çox xeyirlər gizlənir..."
09/07/2020 [03:42]:
“Fürsət tapan kimi şəhərdən uzaqlaşıb, təbiətə üz tuturam, çox sayda ağaclar, çiçəklər əkmişəm"
09/07/2020 [03:40]:
Koronavirus milyonlarla insanı bu zəruri tələbatdan imtinaya məcbur etdi
09/07/2020 [02:24]:
Ağdərili polisin öldürdüyü qaradərili Floydun saxta pulları nümayiş olundu...
09/07/2020 [01:57]:
ABŞ Pekinə qarşı sərt addımlara hazırlaşır: "Çin azad xalqın demokratik istəklərini boğur"
09/07/2020 [01:16]:
İran müttəfiqi Ermənistana xeyir-dua verdi: İsraildə səfirlik aça bilərsiniz...
09/07/2020 [01:09]:
Düşmən "Qaçqınlar üçün Erməni Platforması" yaradır: İrəvandan beynəlxalq səviyyədə növbəti həmlə...
09/07/2020 [00:55]:
AZAL-ın çarter reysi ilə 186 nəfər Dubaydan Azərbaycana gəldi
09/07/2020 [00:39]:
Rusiyada daha bir dərman koronavirusun müalicəsi üçün təsdiqləndi - KORONAVİR...
08/07/2020 [23:57]:
Koronavirusdan dünyasını dəyişən idarə rəisi Ramiz Mehdiyevin yaxın qohumu imiş...
08/07/2020 [23:40]:
"Bir qədər də ədəbsiz formada o dövrün hakimiyyətini söymək kişilikdən deyil..."
08/07/2020 [23:38]:
ABŞ-a məxsus təyyarə vuruldu
08/07/2020 [22:42]:
ARDNF-nin 2019-cu il büdcəsinin icrası təsdiq edildi
08/07/2020 [22:31]:
Türkiyədə koronavirusdan daha 22 nəfər ölüb
08/07/2020 [22:21]:
Sürət həddini aşan sürücü bu şəkildə cərimədən xilas oldu - VİDEO
08/07/2020 [22:16]:
Şou-biznesin öndə gedənləri karantin dövrünü necə yola verirlər...?
08/07/2020 [22:13]:
Gəncə sakini intihar edib
08/07/2020 [22:08]:
Azərbaycan koronavirusla savaşda uduzandan sonra xarici mütəxəssislər gətirildi... - VİDEO
08/07/2020 [22:05]:
"Mən həkim olaraq əsgərəm, Cavid Paşayevsə ön cəbhədəki general..." - Vasif İsmayıl
08/07/2020 [22:05]:
"Şahdağ" Milli Parkında yanğın olub
08/07/2020 [21:58]:
"Prezidentimizin çıxışındakı bu əminliyi, bu qətiyyəti çox bəyəndim..."
08/07/2020 [21:41]:
NATO öz əsas rəqibinin ətrafında “alov çənbəri”ni daraldır
08/07/2020 [21:38]:
Ekspress xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilib
08/07/2020 [21:31]:
Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu ötdü
08/07/2020 [21:30]:
"Zaman məni də övlad ağrısı ilə sınağa çəkdi..." - Qarabağ Qazisindən MÜRACİƏT
08/07/2020 [21:29]:
Türkiyə və Rusiyada koronavirus sahəsində çalışan bir qrup mütəxəssis Azərbaycana gəlib - VİDEO
08/07/2020 [21:21]:
İnsan boyda olan yarasa dünyanın gündəminə çevrildi - FOTOLAR
08/07/2020 [21:16]:
"ASAN xidmət"də ictimaiyyətlə əlaqələr daha da asanlaşacaq... - TƏYİNAT
08/07/2020 [20:38]:
Telefonla çox oynayan oğlunu boğaraq öldürdü - DƏHŞƏT...
08/07/2020 [20:30]:
Məktəbliləri daşıyan avtobus gölə düşdü - 21 nəfər öldü
08/07/2020 [20:28]:
Sahibə Qafarova ilə Mustafa Şentop arasında telefon danışığı olub
08/07/2020 [20:15]:
Koronavirusu məhv edən 2 sprey təstiqləndi
08/07/2020 [19:35]:
“Hakimiyyət institutuna qarşı elə bir nifrət yaratmısan ki, bu sözü eşidənlərin ürəyi bulanır...”
08/07/2020 [19:30]:
Sabirabadda iki nəfərin ölümünə səbəb olan sürücü həbs edildi
08/07/2020 [19:24]:
Mehriban Əliyeva şəhid ailələrinin ev problemi ilə bağlı göstəriş verdi
08/07/2020 [19:22]:
Baş Prokurorluq 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı yayılmış məlumatlara münasibət bildirib
08/07/2020 [19:03]:
“Mossad” İranın kütləvi hücum planının qarşısını aldığını bildirir - FOTOLAR
08/07/2020 [19:00]:
Goranboy və Göygöl rayonlarında sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq
08/07/2020 [18:57]:
Bakı Şəhər İcra Hakimiyyəti ziyalıların müraciətinə cavab yazıb: “Yoxlamalara başlanılmışdır”
08/07/2020 [18:36]:
190 manat veriləcək şəhər və rayonların sayı artırıldı - SİYAHI
08/07/2020 [18:32]:
Azərbaycanda daha doqquz nəfər koronavirusdan öldü, 542 yeni yoluxma - FOTO
08/07/2020 [18:32]:
BDU-da virtual elmi seminar keçirilib
08/07/2020 [18:29]:
Mehdi Hüseynzadə yeni vəzifəyə təyin edildi
08/07/2020 [18:13]:
BMT məruzəçisi: “Süleymaninin öldürülməsi qanunsuzdur”
08/07/2020 [18:11]:
ÖZGƏLƏŞDİRİLƏN VƏ ÖZGƏNİNKİLƏŞDİRİLƏN BAKIMIZ...
08/07/2020 [18:03]:
AzTV-nin koronavirusa yoluxan əməkdaşlarından biri sağalıb
08/07/2020 [18:00]:
Yasamal bələdiyyəsinin vəzifəli şəxsi həbs olundu
08/07/2020 [17:50]:
Bakıda polisə hücum olması xəbəri ilə bağlı rəsmi açıqlama
08/07/2020 [17:45]:
Azərbaycanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verildi
Bütün arxiv bir sırada
11/07/2019 [21:03] - Dünya - ( 1594 dəfə baxılıb)

Azərbaycanlı oliqarx 14.6 milyard pulu yola yox, depozitə yatırıb? “Avtoyol” rəhbərinin işi, sensasion detallar



Rusiyada “Avtoyol” (“Avtodor”) dövlət şirkətinin keçmiş rəhbəri, bu günlərdə barəsində cinayət işi qaldırılan Sergey Kelbaxın işi üzrə sensasion detallar ortaya çıxıb.

Moderator.az xəbər verir ki, Virtualaz.org RBC agentliyinə istinadən (https://www.rbc.ru/business/11/07/2019/5d25bd4e9a794772de7d1d54?from=from_main )xəbər verir ki, Moskvanın Basmannıy rayon məhkəməsinin çıxardığı qətnaməyə əsasən azərbaycanlı oliqarx-milyarder Araz Ağalarovun “Crocus İnternational” şirkəti “Avtoyol”-dan Moskva ətrafındakı Mərkəzi Dairəvi Avtomobil Yolunun tikintisi üçün aldığı 14.6 milyard rublu yol tikintisi üçün deyil, depozit hesablarında yerləşdirmək üçün istifadə edib.

Xəbər verildiyi kimi Kelbax vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılır. Hazırda o, “Rusiya Dəmir Yolları” QSC-nin rəhbərinin müşaviridir. Kelbaxa qarşı irəli sürülmüş ittihamın epizodlarından birinə əsasən o, dövlət büdcəsindən “Avtoyol”a ayrılmış vəsaitin 2 milyard rublunu  2017-ci ildə “Crocus İnternational” şirkətinə “qanunsuz olaraq” əlavə avans şəklində ödəyib. Beləliklə də o, Mərkəzi Dairəvi Yolun tikintisi üçün 2014-2018-ci illərdə ayrılmış büdcə vəsaitlərini qanunsuz istifadə edib, 2014-cü ildə “Crocus İnternational” şirkəti ilə bağlanmış uzunmüddətli investisiya razılaşmasının yerinə yetirilməsi prosesində öz səlahiyyətlərindən sui-istifadəyə yol verib.

Ağalarovun şirkəti 2015-ci ildə Mərkəzi Dairəvi Yolun tikintisi layihəsində əvvəlki podratçını-“Stroyqazkonsaltinq” şirkətini əvəzləyib. Çünki bu şirkət tenderi udsa da heç bir iş görməmişdi. “Crocus” şirkətinə isə 49 kilometrlik yolun tikintisi üçün cəmi 48 milyard rubl ayrılıb. Hazırda yolun tikintisi davam edir.

İndi isə məlum olur ki, İstintaq Komitəsi Araz Ağalarovun “Crocus İnternational” şirkəti “Avtodor” dövlət şirkətindən 2015-2017-ci illərdə 12.6 və 2 milyard rubl olmaqla iki avans alıb. Və həmin avansı Moskva ətrafında Mərkəzi Dairəvi Avtomobil Yolunun birinci sahəsinin tikintisi üçün xərcləmək əvəzinə faizlər şəklində gəlir əldə etmək məqsədi güdərək depozit kimi bankda yerləşdirib.

Bu məsələ Basmannıy rayon məhkəməsinin hakimi Artur Karpovun çıxardığı qətnamədə əksini tapır. Məhkəmə “Avtodor” rəhbəri Sergey Kelbaxa qarşı cinayət işi çərçivəsində sənədlərin götürülməsini sanksiyalaşdırıb.

RBC həmin qətnamənin surətinə malikdir və iş materialları ilə tanış olan mənbə onun həqiqiliyini təsdiqləyir. “Crocus” şirkəti isə bu ittihamları təsdiq etmir.

“Pul vəsaitləri (“Avtodor”dan) “Sberbank”da xüsusi bank hesabına (“Crocus İnternational” şirkətinə aid ) daxil olub. Hesab rejimi müvəqqəti olaraq sərbəst sayılan pul vəsaitlərinin depozit şəklində yerləşdirilməsinə icazə vermir”,-Ağalarovun şirkətinin nümayəndəsi iddiaları təkzib edərək belə deyib. O əlavə edib ki, hesabdakı vəsait qalığı üzrə illik bank faizi 0.25 faiz təşkil edirdi və yığılan faiz gəlirlərini ancaq yol tikintisi layihəsinə xərcləmək olardı. Şirkət nümayəndəsi habelə bildirib ki, “Crocus”a istintaq orqanlarından sənədlərin çıxarılıb verilməsi barədə sorğu daxil olmayıb.

“Sberbank” nümayəndəsi məsələyə şərh verməyib.

İstintaq Komitəsinin Kelbaxa iradı bundan ibarətdir ki, “Crocus” şirkətinə köçürülmüş 12.6 milyard rubl məbləğində birinci avans maksimal idi. Çünki dövlət şirkəti podratçıya ümumi sifarişin məbləğinin 30 faizindən çox olmamaq şərti ilə avans verə bilər. Lakin 2017-ci ilin dekabrında Kelbaxın göstərişi əsasında “Avtodor” “Crcus İnternational” şirkətinin hesabına “əsassız olaraq” daha 2 milyard rubl köçürüb. Beləliklə də şirkət ümumi layihə büdcəsinin 34.6 faizi həcmində avans alıb.

Lakin “Crocus” şirkəti bildirir ki, bütün avanslar 30 faizlik dövlət maliyyələşdirilməsi çərçivəsində həyata keçirilib və “Sberbank”ın qarantiyası ilə təmin olunub.

Şirkət həmin yol layihəsinin hazırda 65-70 faizinin hazır olduğunu bildirir. Büdcə isə dəyişməyib-48.9 milyard rubl. Bunun 44 milyard rublu büdcə vəsaitidir. Yol layihəsi 2020-ci ildə başa çatmalıdır.

loading...
“Fürsət tapan kimi şəhərdən uzaqlaşıb, təbiətə üz tuturam, çox sayda ağaclar, çiçəklər əkmişəm"
Rusiyada daha bir dərman koronavirusun müalicəsi üçün təsdiqləndi - KORONAVİR...
Sürət həddini aşan sürücü bu şəkildə cərimədən xilas oldu - VİDEO
Telefonla çox oynayan oğlunu boğaraq öldürdü - DƏHŞƏT...
Koronavirusu məhv edən 2 sprey təstiqləndi
Clean City Company
N.Tusi adına Klinika

Dünya
ABŞ-da müsəlman polis  vətəndaşların dincliyi uğrunda həlak oldu...-FOTOLAR+VİDEO
Dünya
Ağdərili polisin öldürdüyü qaradərili Floydun saxta pulları nümayiş olundu...
Cəmiyyət
“Həmrəylik, xeyirxahlıq bizim ruh halımız, ənənəmiz, mədəni-mənəvi irsimizdir...”
Cəmiyyət
Bakıda Çin ştrixkodlarıyla satılan soyulmuş şabalıdlar hansı ölkə istehsalıdır? -ŞİKAYƏT...
Dünya
Ermənilər Odessada  dolma festivalı keçirdi...-FOTOLAR
Yazar
İlham İsmayıl
Hansı qüvvələr Azərbaycanla İran arasında gərginlik yaratmaq istəyir?
Sultan Laçın
"Siyasi leksikonumuzdan “Dağlıq Qarabağ” və “münaqişə” məhfumlarını birdəfəlik çıxarmalıyıq"
Həftənin ən çox oxunanları
HƏKİM FƏRYAD ETDİ: "Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm"
COVİD-19 mutasiyaya uğrayır və yox olacaq- ŞAD XƏBƏR
"82 yaşınız var, ömrünüz boyu nə Heydər Əliyevi, nə də İlham Əliyevi gözünüz götürüb"
ÜST-dən dünyanı ayağa qaldıracaq ETİRAF
"Onun gəlişi ilə həmin şəbəkələşmiş korrupsiya piramidası da sökülməyə başladı..."
"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."
“Azərbaycanın üçdə ikisini su altında qoyacağıq” – Düşmən yenə Mingəçeviri vurmaqla hədələdi...
"Elmar Məmmədyarovun erməni lobbisi tərəfindən ələ alınmasını istisna etmirəm..."
Maksim Musayev "boz kardinal"ın paxırını açdı: "Ramizi Elyanora Petrosova tapıb gətirmişdi"
“Koronavirusa yoluxmuşam, ölüm ayağındayam, Qənirə Paşayeva xəstəxanaya yerləşdirdi”
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247