Məlum olduğu kimi, bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmaddədin Nəsiminin 650 illiyi ilə əlaqədar olaraq “Nəsimi ili” elan edilib. Bəs Nəsimi ilə bağlı tədqiqat və araşdırmaların davam etdirilməsinə ehtiyac varmı? Orta məktəb şagirdlərinin Nəsimi yaradıcılığı ilə daha geniş tanışlığı təmin edilməlidirmi?
Moderator.az-a açıqlama verən millət vəkili, filologiya emləri doktoru, professor Nizmai Cəfərov hesab edir ki, Nəsimi ilə bağlı tədqiqatlar davam etdirilməli, onunla bağlı məlumatlaırn kütləviləşdirilməsi və təbliğinə daha çox diqqət yetirilməlidir:
“Bizim Nəsimiyə borcumuz çoxdur. Nəsiminin tədqiqi ölkəmizdə XX əsrin əvvəllərində başlayıb. Həmin vaxta qədər isə Nəsimi Azərbaycanda məşhur olmayıb. Hətta bəzi ədəbiyaytşünaslar onu başqa bir Nəsimi ilə qarışdırıblar. Nəsimi ilə bağlı ilk tədqiqatları Salman Mümtaz aparıb. Daha sonra Həmid Araslı, Cahangir Qəhrəmanov tərəfindən bu tədqiqatlar davam etdirilib. Bu gün də demək olmaz ki, Nəsimi ilə bağlı tədqiqatlar başa çatdırılıb və yeni tədqiqatlara ehtiyac yoxdur. Bu bir gerçəkdir ki, Nəsimi digər şairlər qədər tədqiq olunmayıb.
Nəsiminin ideologiya və dünyagörüşü mürəkkəbdir. Nəsimi yaradıcılığını orta məktəblərdə şagirdlərə başa salmağın özü də çətin bir məsələdir. Hesab edirəm ki, Nəsimi ilə bağlı tədqiqatların davam etdirilməsi fonunda onun yaradıcılığına daha geniş yanaşmaq imkanları olacaq”.
Seymur ƏLİYEV