Xəbər lenti
20/02/2020 [19:03]:
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20/02/2020 [18:57]:
MSK bu məntəqələrin də nəticələrini etibarsız saydı
20/02/2020 [18:56]:
Bakı Nəqliyyat Agentliyindən təcili açıqlama
20/02/2020 [18:54]:
MSK-dan araşdırma: Haqqında “Ölüf, ölüf, derəm saa... Başdaşı da var” deyilən şəxs ölməyibmiş
20/02/2020 [18:51]:
"Bu insanlar mənəvi vətəndaşlarımız olmalıdırlar"
20/02/2020 [18:49]:
Türkiyə ordusu Suriyada 2 şəhid verdi, 5-i yaralandı
20/02/2020 [18:45]:
GMİ sədri: “SOCAR Gürcüstanda 72 məscidi təmənnasız qazla təmin edir”
20/02/2020 [18:38]:
“Google” yeni "Android" versiyasını təqdim etdi
20/02/2020 [18:35]:
MSK daha bir məntəqənin nəticələrini ləğv etdi
20/02/2020 [18:34]:
Neftçalanın icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
20/02/2020 [18:33]:
Mütəllibov Paşinyanın keçmiş Şaumyan rayonundakı “etnik təmizləmə” ilə bağlı iftirasını da ifşa etdi...
20/02/2020 [18:31]:
Nanoaraşdırmalar Mərkəzində növbəti elmi seminar baş tutub
20/02/2020 [18:29]:
SOCAR və “Snam” arasında saziş imzalandı
20/02/2020 [18:27]:
İmamverdi İsmayılovun lider olduğu dairənin nəticəsi ləğv olundu?
20/02/2020 [18:24]:
Kollec direktoru və müavini rüşvət alarkən YAXALANDI
20/02/2020 [18:23]:
“Görüntüləri sosial şəbəkələrdə paylaşın ki, bizim də sözümüz olmasın” - Məzahir Pənahov
20/02/2020 [18:21]:
“Azərbaycan Diaspor Könüllüləri” Vikipediya təlimlərinə başladı - FOTO
20/02/2020 [18:20]:
Baş Prokurorluq "orqan mafiyası" ilə bağlı məlumat YAYDI
20/02/2020 [17:49]:
Məzahir Pənahovla deputatlığa namizəd arasında MÜBAHİSƏ
20/02/2020 [17:49]:
Azərbaycanda iki vəzifəli şəxsin tutulması ilə bağlı RƏSMİ AÇIQLAMA
20/02/2020 [17:38]:
2019/20-ci tədris ilinin payız semestrində yüksək nəticə göstərən tələbələrlə görüş
20/02/2020 [17:36]:
“Əlində video varsa qoysun şəbəkəyə, hamı baxsın da...”
20/02/2020 [17:33]:
Novruz bayramında neçə gün evdə qalacağıq?
20/02/2020 [17:31]:
İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri ilə görüşdü
20/02/2020 [17:19]:
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTOLAR
20/02/2020 [17:18]:
“Azəriqaz”da struktur islahatları aparılıb
20/02/2020 [17:17]:
“Bu da televiziyanın son on ildə apardığı təbliğatın acınacaqlı nəticəsidir...”
20/02/2020 [17:16]:
Suriyada doğulan dördəmə Rəcəb, Tayyib, Ərdoğan və Əminə adları qoyuldu
20/02/2020 [17:06]:
Meyitin daxili orqanlarının satılması xəbərləri ilə bağlı - RƏSMİ AÇIQLAMA
20/02/2020 [17:06]:
Ermənistan istehsalı olan məhsullar MƏHV EDİLDİ -FOTOLAR
20/02/2020 [17:04]:
Məzahir Pənahov: “Protokollar mütləq müşahidəçilərə verilməlidir”
20/02/2020 [16:59]:
Bərdədə vəzifəli şəxslər rüşvət alarkən saxlanılıb
20/02/2020 [16:48]:
“Suriyanın Qabbar Sinqxi”nin ölüm xofu: Türklər gəldi, ruslar “əkildi”
20/02/2020 [16:44]:
“Bu gün televiziyalarımız “proxodnoy dvordur”, “karvansaradır””
20/02/2020 [16:39]:
MSK daha 1 məntəqənin nəticələrini ləğv etdi
20/02/2020 [16:35]:
Məktəbliyə təcavüz edib küçəyə atdılar
20/02/2020 [16:34]:
Dünyanın aparıcı ölkələrində təhsil alan azərbaycanlı tələbələr - RƏSMİ
20/02/2020 [16:25]:
Avstraliyada qatar relsdən çıxdı, ölənlər var - FOTO
20/02/2020 [16:22]:
Ləman Ələşrəfqızına iş təklifləri var - “Hələ ki işimiz bitməyib”
20/02/2020 [16:20]:
Azərbaycanda qoşulub qaçan qadının əri danışdı: “Gecə hamı yatandan sonra dostumla mətbəxdə...”
20/02/2020 [16:19]:
Mehriban Əliyevadan İtaliyaya dövlət səfəri ilə bağlı paylaşım - FOTO
20/02/2020 [16:17]:
MSK-nın iclası keçirilir, müraciətlərə baxılır
20/02/2020 [16:15]:
Deputat: “Hərbçilərə mənzil verilməsində heç bir problem yoxdur”
20/02/2020 [16:13]:
Azərbaycan və Böyük Britaniya xarici siyasətlə bağlı dialoq aparacaq
20/02/2020 [16:07]:
Qızlar küçənin ortasında saçyolduya çıxdılar - VİDEO
20/02/2020 [16:03]:
Siyasilər İsgəndər Həmidovu unudub?
20/02/2020 [16:00]:
Həbs olunmuş icra başçısının deputatlığa namizəddən rüşvət alması xəbərinə rəsmi reaksiya
20/02/2020 [15:58]:
Türkiyə İdlibdə hərbi əməliyyata başladı
20/02/2020 [15:39]:
“Düşmən Xocalıda törətdiyi vəhşiliklərə görə məsuliyyətdən yayınmaq istəyir: Alınmayacaq!”
20/02/2020 [15:37]:
Tramp ona rəqib olacaq namizəd haqqında: “Pəltək və səriştəsizdir”
20/02/2020 [15:29]:
Xalq artisti yenidən xəstəxanaya yerləşdiriləcək
20/02/2020 [15:27]:
32 il əvvəl Qarabağ münaqişəsini başladan qərar: Xankəndinin keçmiş Komsomol Katibinin XATİRƏLƏRİ
20/02/2020 [15:21]:
Azərbaycanın tanınmış jurnalisti vəfat edib
20/02/2020 [15:14]:
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü oldu - FOTO
20/02/2020 [15:10]:
Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü oldu
20/02/2020 [15:08]:
Azərbaycanda nənənin ərinin dostu ilə qaçmasının təfərrüatı: Bir-birinə “bacı-qardaş” deyirmişlər
20/02/2020 [15:06]:
Putin FTX-ya xüsusi tapşırıq verdi
20/02/2020 [15:00]:
DTX: Neftçalada vəzifəli şəxslər tutulub - YENİLƏNİB
20/02/2020 [14:58]:
“SOCAR-da İnsan Resurslarının idarə edilməsində bir sıra yeniliklər nəzərdə tutulub”
20/02/2020 [14:57]:
Azərbaycanda indiyədək tutulan icra başçıları - SİYAHI
20/02/2020 [14:49]:
Mələfə ilə pəncərədən qaçmaq istədi, yeddinci mərtəbədən yıxıldı - ANBAAN VİDEO
20/02/2020 [14:47]:
DTX-nın həbs etdiyi İsmayıl Vəliyev kimdir? - 15 ildir ki, icra başçısı idi
20/02/2020 [14:40]:
Rəhim Qazıyevin keçmiş kürəkəni saxlanıldı
20/02/2020 [14:37]:
İranda üç nəfərdə koronavirus aşkar edildi - Təhlükə yaxındadır...
20/02/2020 [14:08]:
Prezident İlham Əliyev Romada –Rəsmi qarşılanma mərasimi olub
20/02/2020 [14:05]:
Ekspert: “Azərbaycan heç zaman Aİ-yə üzvlüklə bağlı düşünülməmiş addım atmayıb”
20/02/2020 [13:58]:
Təhsil Nazirliyinin Apellyasiya Şurasının yeni tərkibi təsdiqləndi - SİYAHI
20/02/2020 [13:56]:
Ali Məhkəmədə nöqsanlara görə 38 xüsusi qərar çıxarılıb
20/02/2020 [13:42]:
AzTV-dən yeni BƏDİİ FİLM: “Xocalı yol gözləyir” - Canlı şahidlər danışdılar, biz lentə aldıq...
20/02/2020 [13:39]:
“Bu görüşdə Paşinyanın bir çox məsələləri bilmədiyinin şahidi olduq...”- Erməni politoloq Münhen görüşünü şərh etdi...
20/02/2020 [13:38]:
Ali Məhkəmənin 7 hakimi təqaüdə göndərildi
20/02/2020 [13:34]:
Nazirdən bələdiyyələrlə bağlı QƏRAR – Vaxt müəyyənləşdirildi
20/02/2020 [13:33]:
İlham Əliyev və Mehriban Əliyevanın Romada rəsmi qarşılanma mərasimi olub
20/02/2020 [13:25]:
DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu - FOTO
20/02/2020 [13:25]:
Sabahın havası açıqlandı
20/02/2020 [13:23]:
Azərbaycanın turizm potensialı haqqında onlayn platforma yaradıldı
20/02/2020 [13:18]:
Azərbaycanda valyuta rejimi liberallaşdırıldı
20/02/2020 [13:13]:
MSK nəticəsi ləğv edilən dairələrlə bağlı görəcəyi tədbirləri açıqladı
20/02/2020 [13:11]:
Bəzi xəstəliklər üzrə həkim göndərişi ləğv edilir
20/02/2020 [13:09]:
İranda daha iki nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi
Bütün arxiv bir sırada
16/07/2019 [11:20] - Müsahibə - ( 4227 dəfə baxılıb)

"2 dəfə devalvasiya oldu, parlament bircə dəfə bunun niyə baş verdiyini müzakirə etdimi?”

“YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər”


Moderator.az musavat.com-a istinadən Deputat, BAXCP sədri Qüdrət Həsənquliyev ilə müsahibəni təqdim edir:

- Qüdrət bəy, necə şahmatçısınız? Özünüzü güclülərdən hesab edirsiniz?

- Asudə vaxtlarımızda adətən Fazil bəylə şahmat oynayırıq, çay içirik. Fazil bəy yaxşı şahmatçıdır. Düzdür, hərçənd o, zarafatla deyir ki, Qüdrət bəy yaxşı oynayır, mən əla oynayıram. (Gülür) Amma son vaxtlar nəsə bir az zəifləyib. Hər halda, şahmat çox maraqlı oyundur. Gənclərə də tövsiyə edirəm ki, bu oyunu öyrənsinlər və boş vaxtlarında şahmat oynasınlar.

- Həmkarlarınızdan daha kimlər şahmat həvəskarıdır?

- Belələri var. Keçmiş həmkarımız Rövşən müəllim (Rzayev-E.P.) yaxşı şahmat oynayır, 

“Qaçqınkom”un indiki sədri. Bir vaxtlar Milli Məclis Aparatında çalışan Lətif  Hüseynov da yaxşı şahmat oynayırdı. Fəzail Ağamalı da, Zahid Oruc da şahmat oynaya bilir. Amma sözün doğrusu, mən vaxtım olanda Fazil bəylə oynayıram.

- Bir ara parlamentin futbol komandası çox populyar idi, siz də oynayırdınız. Amma futboldan şahmata keçid elədiniz. Səbəb nə oldu?

- Bəli, bir müddət oynadıq. O zaman həmin komandada mən, Siyavuş Novruzov, Adil Əliyev, Fazil bəyin özü var idi. Amma artıq yaş öz işini görür. Həm də qayğılar artır,  vaxt ayırmağa imkan da olmur. Ona görə də son vaxtlar mən futbol oynamıram. Amma Fazil bəy davam edir.

- Hətta çimərlik futbolunu oynayır, bu, daha çətindir...

- Hə, davam edir. Həmişə deyirəm ki, elə eləmə, Allah uzaq eləsin, bir gün zəng gəlsin ki, Fazil bəy stadionda yıxılıb qalıb və sənin dalınca gələk stadiona. (Gülür) Deyirəm artıq dayanmağın vaxtıdır. Təsəvvür edirəm ki, 55 yaş nədir. Vaxtilə məşhur pedaqoq Uşinski deyirdi ki, böyük iradə o demək deyil ki, nəyisə arzulayıb ona nail olasan, böyük iradə ən böyük istəyin qarşısını almaqdır. Yəni sən futbol oynamağı çox istəyirsən, amma  ağıl deyir ki, yaş öz işini görür və sən dayanmalısan. Yəni sən istəyinin qarşısını ala bilməsən, ondan əziyyət çəkə bilərsən. Amma Fazil bəy özünü saxlaya bilmir,  davam edir, öz sağlamlığına və fiziki imkanlarına güvənir, təki olsun. Amma ehtiyatlı olmaq lazımdır. (Gülür)

- Qüdrət bəy, elə oyunumuz davam edərkən Milli Məclisin yaz və növbədənkənar sessiyasının yekunlarından danışaq, icazənizlə. Spiker sessiyaların yekunundan çox razı qaldı, parlament müxalifətinin nümayəndəsi nə fikirdədir?

- Biz hesab edirik ki, parlament ölkədə dövlət quruculuğu prosesinə, ölkəmizin qarşısında duran problemlərin həllinə daha çox töhfə verə bilər. Çox təəssüf ki, bizim parlament daha çox qanunvericilik fəaliyyəti ilə məşğul olur. Amma parlament təkcə qanunvericilik fəaliyyəti ilə məşğul olmamalıdır. Ölkəmizi narahat edən bu və ya digər məsələlər mütəmadi şəkildə parlamentdə müzakirə olunmalıdır. Bəzən biz hansısa yüksək çinli məmurlarla, bu və ya digər nazirliyin tərkibindəki qanunsuzluqlarla bağlı, yaxud ümumiyyətlə, sosial problemlərlə əlaqədar çox müxtəlif qanun pozuntuları barədə eşidirik. Amma bu məsələlər parlamentdə müzakirəyə çıxarılmır. Sanki parlamentin buna aidiyyəti yoxdur və bu, icra hakimiyyətinin məşğul olmalı olduğu məsələdir. Məsələn, iki devalvasiya oldu, parlamentdə bir dəfə müzakirə oldumu ki, bunlar niyə baş verdi və nə etmək lazımdır ki, növbəti dəfə bu kimi hallar baş verməsin? Yaxud vaxtilə MTN-də baş verən hadisələr, sahibkarların təqib olunması, onlardan qanunsuz olaraq vəsait tələb olunması və s.  Və ya Beynəlxalq Bankla bağlı məsələ. 10 milyard dollardan artıq vəsait oğurlandı, bizim pulla 17 milyard manat edir. Bu qədər vəsait vəsaitin oğurlanmasını parlament müzakirəyə çıxartdımı? Müvafiq vəzifəli şəxslər dəvət olundumu ki, parlamentə gəlin, hesabat verin, görək bunlar niyə baş verib? Ona görə də çox təəssüf ki, parlament yalnız qanunvericilik fəaliyyəti ilə məşğul olur. Parlamentin vəzifəsi ancaq bundan ibarət deyil. O baxımdan, əlbəttə, mən ümumən parlamentin fəaliyyətindən narazıyam.

- Bəs təqdir etdiyiniz nələrsə varmı?

- Parlamentin beynəlxalq təşkilatlardakı fəaliyyəti var. Doğrudan da bizim millət vəkilləri çox fədakarcasına çalışırlar, istəyirlər ölkəmizin imicinin yaxşılaşdırılması, ölkəmizin maraqlarının qorunması üçün həmin təşkilatlarda nələrsə eləsinlər, yəni bunları qiymətləndirmək lazımdır. Sonra deputatlar tərəfindən büdcə müzakirəsi, hökumətin hesabatı zamanı yerlərdəki problemlər qabardılır, deyilir, bunlar da müsbət hallardır. Amma yuxarıda qeyd etdiyim məsələlər və parlament idarəetməsində müxalifətin iştirak etməməsi, müxalifət fraksiyasının olmaması və bunun nəticəsi olaraq alternativ məruzələrlə müxalifətin çıxış etmək imkanının olmaması –  bütün bunlar, əlbəttə, parlamentin üzərinə kölgə salır. Həm də parlament aktiv olacağı təqdirdə icra hakimiyyətinə yönələcək bir çox tənqidləri öz üzərinə götürəcək, hakimiyyətin bir qanadı kimi. Ölkədəki bütün proseslərə görə təkcə icra hakimiyyəti məsuliyyət daşımır ki. Hakimiyyətdən söhbət gedirsə, hakimiyyətin üç qanadı var, icra hakimiyyəti onlardan biridir. Məhkəmə hakimiyyəti də məsuliyyət daşıyır, qanunverici orqan da. Məhkəmə və qanunverici hakimiyyət icra hakimiyyəti ilə ciddi şəkildə həm səlahiyyətləri bölüşməlidir, həm də məsuliyyətin üçdə ikisini öz üzərinə götürməlidir. Bizim cəmiyyətdə, açıq deyək, hamı hər şeyi yalnız icra hakimiyyətində görür, bu da doğru deyil.     

- 2020-ci il parlament seçkiləri ilidir. Təbii ki, qalan müddətdə əgər növbədənkənar seçki elan olunmazsa...

- YAP istənilən vaxt növbədənkənar seçki çağıra bilər, konstitusiya buna imkan verir. Kifayətdir ki, YAP üzvləri MSK-ya istefa ərizəsi verirlər və millət vəkillərinin sayı 83-dən az olursa, o halda Milli Məclis səlahiyyətli sayılmır və konstitusiyaya görə, prezident dərhal növbədənkənar seçki təyin etməlidir. Yəni bu zaman heç Milli Məclisin toplanmasına da ehtiyac yoxdur. Sadəcə, YAP rəhbərliyinin ölkədə  növbədənkənar seçkilərin keçirilməsinin siyasi baxımdan məqsədəuyğun olması barədə qərarı kifayətdir.

- Bu addımın atılması real görünür?

- Bunu prezidentdən başqa heç kim birmənalı şəkildə deyə bilməz. Bu, daha çox prezidentin iradəsindən asılı olan məsələdir. 

- Sizin vaxtilə proporsional seçki sistemini bərpa etməklə bağlı təklifləriniz olmuşdu. Siyasi islahatların tərkib hissəsi olaraq bu təklifə baxıla bilərmi?

- Proporsional seçki sistemi referendumla yeni konstitusiya qəbul etməklə, yaxud mövcud konstitusiyanı dəyişməklə bərpa oluna bilər. Mən çox istərdim ki, belə olsun. Proporsional seçki sisteminin bərpası ölkədə çoxpartiyalı sistemin inkişafına böyük təkan vermiş olacaq. Həm də parlamentdə fraksiyaların yaranmasını şərtləndirəcək. Məsələn, biz birbaşa konstitusiyada yaza bilərik ki, parlamentdə ən azı 3 partiya təmsil olunmalıdır və topladığı səsdən asılı olmayaraq, müxalifət partiyalarının təmsilçiliyi 30 faizdən aşağı olmamalıdır. Bizim ölkəmizin bir çox problemləri müxalifətin zəifliyindən qaynaqlanır. Beynəlxalq Bankda, MTN-də baş vermiş cinayətlər həm də ölkədə güclü müxalifətin olmamasının göstəricisidir. Ona görə də ölkədə hökumətin fəaliyyətinə nəzarət etmək gücündə olan müxalifət olmalıdır. Ölkədə bu missiyanı ləyaqətlə yerinə yetirmək gücündə olan konstruktiv, sağlam müxalif qüvvələr var. Sadəcə olaraq, islahatlar nəticəsində onların önü açılmalıdır ki, parlamentdə təmsil oluna bilsinlər və  həm də parlamentin imici dəyişsin. Biz Cənubi Qafqazda yeganə ölkəyik ki, parlamentdə müxalifət fraksiyası yoxdur. Hətta müxalifət komitə sədrlərinin müavini səviyyəsində belə, hər hansı vəzifədə təmsil olunmur. Bizdə nəinki parlamentdə özünü müxalifət elan etmiş partiyalar, hətta iqtidarı birmənalı şəkildə dəstəkləyən və özünün iqtidaryönümlü partiya olduğunu deyən partiya sədrlərini də komitə sədrinin müavini qoymurlar. Ya bitərəf olmalıdır, ya da YAP üzvü, başqa partiya olmaz. Halbuki vitse-spikerlərdən də biri müxalifətdən olmalıdır, komitə sədrləri də müxalifət partiyaları ilə bölünməlidir. Ən azı bəzi şeyləri Rusiyadan öyrənməliyik.  Milli Məclisin Daxili Nizamnaməsində qeyd olunub ki, Milli Məclisin idarə olunması çoxpartiyalılıq prinsipinə əsaslanır. Həmin qanunu prezident də imzalayıb. Amma çoxpartiyalılıq prinsipi harada özünü göstərir? Heç yerdə. Düşünürəm ki, islahatlar bu sahələri əhatə edə bilər.

- Qüdrət bəy, sizin Pənah Hüseyn və digər bir neçə partiyanın sədri ilə görüşünüz oldu. Bu görüşlərdə həm də müxalifətin seçkidə birgə iştirak məsələsi müzakirə edildimi?

- Yox, orada seçkidən, seçkidə birgə iştirakdan söhbət getmirdi. Söhbət islahatların dərinləşdirilməsinə töhfə verməkdən gedirdi. Yəni partiyalar toplaşıb hökuməti bir daha çağırırdı ki,  islahatlar genişləndirilsin və islahatlara gedilən zaman hansı prinsipial məsələlər həllini tapmalıdır. Müzakirə üçün ilkin sənəd də təklif olunmuşdu. Sonradan işçi qrup yaradılmalı, o sənəd üzərində işlənilməliydi, amma  tədbirin təşkilatçıları olan üç partiyaya  sistemdən kənar destruktiv və radikal qüvvələrin  hücumu  bu işi dayandırdı.

- Yəni artıq BAXCP ilə bu təşkilatların əməkdaşlığına nöqtə qoyuldu?

- Məncə, nöqtə qoyuldu. Şantajdan qorxdular. Bu cür siyasi iradə sahibi olanlarla əməkdaşlıqdan da müsbət nəsə gözləməyə dəyməz. Azərbaycanın siyasi sistemindəki nöqsanları, çatışmazlıqları, qüsurları biz hamımız görürük və bu vəziyyəti dəyişmək üçün iqtidarla və gənclərlə çox işləməliyik.  Yalnız iqtidarın xoş niyyəti hazırkı məqamda müsbət dəyişikliklərə yol aça bilər.

Söhbətimizin bu məqamında rəqibim “Yox, yaxşı oynayırsınız” deyərək, xoş sözlərini əsirgəmir. Amma məncə, suallarımla Qüdrət bəyin fikrini yayındıra bildiyim üçün, ya da ki, qonağa ehtiram əlaməti olaraq qələbəni əldən verdi. Hərçənd bu qeydimizlə də razılaşmadı: “Yox, Fazil bəydən əla oynayırsınız, qələbə münasibətilə təbrik edirəm”.

Xərçəngin qənimi olan, metastazı və bütün bədxassəli şişləri yox edən MÖCÜZƏ BİTKİ...
Turist problemləri "İntim otel"ləri ilə həll ediləcək - MARAQLI
Beyin əməliyyatı olan xəstənin etdikləri çaşqınlıq yaratdı - MARAQLI... + VİDEO
Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir...
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Bu da televiziyanın son on ildə apardığı təbliğatın acınacaqlı nəticəsidir...”
Dünya
İranda üç nəfərdə koronavirus aşkar edildi - Təhlükə yaxındadır...
Dünya
Almaniyada beş türkün qətlə yetirildiyi hadisəni irqçilər törədib -Təfərrüat...
Dünya
Koronavirus Yaponiya gəmisində iki nəfərin həyatına son qoydu...
Maraqlı
Dünyanın ən zəngin 8-ci adamı media şirkətini satacaq - SƏBƏB
Həftənin ən çox oxunanları
“Türkiyə ilə oynamaq yanlış idi” – “Bütün rus diplomatlarını qovun!”
İcra hakimiyyəti başçıları "Qara siyahı"ya düşən rayonlar: PA rəsmisi açıqladı...
Qorbaçovun tarixi müraciəti: Qarabağ Azərbaycanındır! – Video
İran islam inqilabı rəhbərinin xəstəxanada ölüm anını göstərən nadir kadrlar... - VİDEO
Viaqranı qadına içirdikdə nə baş verir? - Uroloqdan fəsadlarla bağlı xəbərdarlıq...
DTX-dən şok əməliyyat: Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu - FOTO
"25 il bundan qabaq kişilikdən istefa vermişəm..."
"Torpaqlar qaytarılır, Bakı ilə razılıq var" - Tarasov
“Danışıqların məqsədi hazırda Qarabağda əlimizdə olanları qanuniləşdirməkdir”+VİDEO
Ləman Ələşrəfqızı ilə Afət Telmanqızı “REAL”dan getmə səbəblərini açıqladılar...
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247