Xəbər lenti
22/08/2019 [00:50]:
Qurban Qurbanov: "Linfild" olduqca istəklidir"
22/08/2019 [00:25]:
Ronaldo: “Sevgilim futbolla bağlı heç nə bilmir”
22/08/2019 [00:23]:
Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək
22/08/2019 [00:20]:
Bakıda kişi arvadını və qaynanasını döydü
21/08/2019 [23:51]:
Yüz milyonlar ölkədən necə çıxarılıb? - Vəkil cinayət mexanizmini açmağa çalışır...
21/08/2019 [23:34]:
Fuad Ələsgərov, Zakir Həsənov, Əli Nağıyev hərbi pilotla vidalaşdılar... - FOTOLAR
21/08/2019 [23:28]:
Çin Britaniya konsulluğunun əməkdaşını həbs etdi
21/08/2019 [23:26]:
Istiqlalçı deputatdan Mübariz Mənsimovu tənqid edənlərə ismarış: “Ağıllı olun!”
21/08/2019 [23:07]:
Ərdoğan Putinlə türk konvoyuna hücumu müzakirə edəcək
21/08/2019 [22:46]:
Goranboyda avtomobil vuran piyada xəstəxanada ölüb
21/08/2019 [22:28]:
Övladını zəncirləyən valideynlə bağlı cinayət işi başlandı - RƏSMİ
21/08/2019 [22:26]:
Avtomobil vuran azyaşlını xəstəxanaya çatdırmaq istədi, qəza törətdi: 2 ölü, 3 yaralı
21/08/2019 [22:24]:
Tovuzda oğul atanı təqaüd kartına görə çəkiclə öldürürdü
21/08/2019 [22:23]:
Bekhem 50 milyon dollar cərimələnə bilər - FOTO
21/08/2019 [22:21]:
Göygöl meşəsindəki yanğın söndürüldü - FOTO
21/08/2019 [22:19]:
Bu qidalar qəbizlik mənbəyidir - XƏBƏRDARLIQ...
21/08/2019 [22:16]:
Quru, saman kimi cansız saçlar: Nə şampun, nə maska, nə balzamlar kömək etmir...
21/08/2019 [22:12]:
Çörçilin nəvəsi Rusiya prezidentini timsahla müqayisə etdi: "Təcili Putini dayandırın..."
21/08/2019 [20:56]:
Xamneyi: "Xam neft ixracının asan gəliri İrana böyük bəladır"
21/08/2019 [20:29]:
Vergi sanksiyalarından əldə olunan vəsaitin bölgüsü qaydası müəyyənləşib
21/08/2019 [20:19]:
Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb
21/08/2019 [20:16]:
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib
21/08/2019 [19:58]:
Rusiya vətəndaşı Qazaxda ölüb
21/08/2019 [19:56]:
Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub
21/08/2019 [19:53]:
İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani Gəncədə - FOTO
21/08/2019 [19:42]:
"Ağrısı, acısı ürək dağlayan bir ailənin başçısını niyə durmadan təhqir edirsiniz?"
21/08/2019 [19:21]:
Çay və qəhvə ilə bağlı MARAQLI ARAŞDIRMA
21/08/2019 [19:07]:
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul etdi
21/08/2019 [19:02]:
Ali Məhkəmə 5 nəfərin ölümündə ittiham olunan sürücü ilə bağlı qərar verdi
21/08/2019 [18:57]:
“Atatürk” parkında obyekti sökülən Qazinin problemi həll olundu – Bakı meri döyüşçüləri qəbul etdi
21/08/2019 [18:51]:
8 yaşlı uşaq avtomobili 140 kilometr sürətlə idarə etdi - MARAQLI
21/08/2019 [18:48]:
ABŞ şirkəti Azərbaycanın qızıl yataqlarındakı payını satır
21/08/2019 [18:46]:
Nigar getdiyi restoranda qabları sındırdı - VİDEO
21/08/2019 [18:44]:
“Qadın “yaxşı edirəm” deməz, ədəbsizlikdir”
21/08/2019 [18:38]:
Prezident Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
21/08/2019 [18:37]:
Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı
21/08/2019 [18:35]:
KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21/08/2019 [18:35]:
Qan testi ilə ölüm tarixini öyrənəcəksiniz YENİ ARAŞDIRMA
21/08/2019 [18:33]:
Rəqqasə Fatimə ərinin qayda pozmasını paylaşdı - VİDEO
21/08/2019 [18:29]:
Azərbaycanlı aktyor vəfat etdi - FOTO
21/08/2019 [18:24]:
İlham Əliyev onlara general rütbəsi verdi
21/08/2019 [18:22]:
ETSN meşə yanğınlarının əsas səbəblərini açıqlayıb
21/08/2019 [18:19]:
Vətən, torpaq, xalq sevgisinin VƏHDƏTİ...
21/08/2019 [18:18]:
İradə İbrahimova: "Yanan meşə sahələrinin hamısında payız mövsümündə ağaclar əkiləcək"
21/08/2019 [18:13]:
Yağışlı havada avtomobili bu cür idarə etdilər - MARAQLI...+ VİDEO
21/08/2019 [18:11]:
Əli Əhmədovdan müxalifətə sillə kimi cavab: -"Bu, sizə başucalığı gətirməz"
21/08/2019 [18:01]:
Qənirə Paşayeva şəhid Təbriz Musazadəyə həsr olunmuş tədbirdə iştirak etdi
21/08/2019 [17:58]:
Erməni idmançı Rusiyada Azərbaycanı təmsil etdi – FOTO/VİDEO
21/08/2019 [17:58]:
“Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçiriləcək
21/08/2019 [17:52]:
Tanınmış kino ulduzunun körpü altında siçanlarla yaşadığı ortaya çıxdı - İNANILMAZ...
21/08/2019 [17:52]:
Dövlət rəsmiləri pilotla vida mərasimində - FOTOLAR
21/08/2019 [17:47]:
Boris Conson Donald Tuskla görüşəcək
21/08/2019 [17:45]:
Manafın qızı ikinci həyat yoldaşından da ayrıldı - SƏBƏBİ ŞOKA SALACAQ / VİDEO
21/08/2019 [17:44]:
Müşfiq Rəhimovun yerinə o gətirildi
21/08/2019 [17:42]:
Bu il ali təhsil müəssisələrinin qəbul planı 91.03 faiz dolub - DİM-ini statistikası
21/08/2019 [17:34]:
Sabunçu stansiyasının girişi eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq
21/08/2019 [17:17]:
İcra başçısı Nərimanov sakinləri ilə müzakirələr apardı
21/08/2019 [17:12]:
Bakıda 17 yaşlı qızı zorladılar
21/08/2019 [17:03]:
Fondun könüllüləri Milli Qəhrəman Çingiz Qurbanovun məzarını və Şeyx Cüneyd türbəsini ziyarət ediblər
21/08/2019 [17:03]:
Azyaşlı altmış bir ədəd oyuncaq muncuq uddu - FOTOLAR
21/08/2019 [17:00]:
İranla bağlı dəhşətə gələcəyiniz dəhşətli faktlar: 13 yaşlı qızlar...
21/08/2019 [16:53]:
“Arzuları reallığa çevirməyin vaxtıdır” – “Daha astagəllik eləmək olmaz!”
21/08/2019 [16:51]:
Rəşad Atakişiyevin atası: “Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı”
21/08/2019 [16:47]:
Valideynlər, əliniz cibinizdə olsun: məktəbli yarmarkalarındakı - QİYMƏTLƏR
21/08/2019 [16:36]:
Cənubi Amerikanın ən böyük şəhəri günorta saatlarında qaranlığa büründü - SƏBƏB
21/08/2019 [16:36]:
"Apple"ın baş direktoru dünya fotoqraflarını Bakının "Şeytan çarxı" ilə təbrik etdi - FOTO
21/08/2019 [16:29]:
Azərbaycanda pensiya yaşı neçə olsun? - VİDEOSORĞU
21/08/2019 [16:21]:
“Qaçqınkom” sədri Gədəbəydə məcburi köçkünlərin müraciətlərini dinlədi
21/08/2019 [16:20]:
“O, qanı axan torpaqda yatır...” - Şəhid pilotumuzun həyat yoldaşı...+ FOTOLAR
21/08/2019 [16:12]:
Qabil Hüseynli: "Araşdırdım, Rəşadın təyyarə qəzası sirlidir"
21/08/2019 [16:10]:
Parlament sədri kürsüdə uşağa süd verdi - MARAQLI...+ VİDEO
21/08/2019 [16:08]:
Bakıda 15 yaşlı qız naməlum maşına əyləşərək yoxa çıxdı - FOTO
21/08/2019 [16:07]:
“İnsanların çoxu İrana ucuz müalicə imkanına görə üz tutur”
21/08/2019 [16:06]:
Zəncirlənmiş uşaqla bağlı araşdırma aparıldı, materiallar prokurorluğa verildi - RƏSMİ
21/08/2019 [16:03]:
Parlamentin 11 deputatı Energetika nazirindən şikayət etdi
21/08/2019 [16:01]:
Məhsulun qiymətini göstərməyən sahibkarlar cərimələnəcək
21/08/2019 [15:52]:
"Elçibəy ailəsi Mehriban xanımın qayğısını yüksək qiymətləndirir..."- Əbülfəz Elçibəyin qardaşı oğlu
21/08/2019 [15:48]:
Vanqa 2019-cu il üçün nə “vəd” etmişdi?
21/08/2019 [15:46]:
Bakıda dəhşət: uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO
21/08/2019 [15:45]:
Millət vəkili “Başqurdistan Qızları"nın baş redaktoru ilə görüşüb
Bütün arxiv bir sırada
16/07/2019 [14:01] - Cəmiyyət - ( 1190 dəfə baxılıb)

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ



I Hissə 

XIX əsrin ikinci yarısında Qacarlar dövlətində, ümumilikdə Türk-İslam dünyasında yenilikçi və qeyri-dini fəlsəfənin təşəkkülünün öncüllərindən böyük filosof Cəmaləddin Məhəmməd Seyid Səfdər oğlu Əsədabadi Əfqani (1836/38-1897) Həmədanın Əsədabad kəndində anadan olmuşdur. Ancaq o, təhsilini Kabildə almış doğma türk dili (Azərbaycan) ilə yanaşı ərəb və fars dillərini də mükəmməl öyrənmişdir. Kabil mədrəsələrində təhsil aldıqdan sonra Böyük Britaniyanın müstəmləkəsi olan Hindistana gedən Əfqani burada imperializm siyasətinə qarşı mücadiləyə başlamışdır. Hindistanda bir müddət qaldıqdan sonra Məkkəyə gedib Həcc mərasimini yerinə yetirən Əfqani çox keçmədən Əfqanıstanda vəzir vəzifəsinə qədər yüksəlmişdir. Bu vəzifədə çox qalmayan Əfqani 1870-ci ildə Osmanlının paytaxtı İstanbul şəhərinə gəlmiş, burada Böyük Maarif Məclisinə və Elm Cəmiyyətinə üzv seçilmiş, İstanbul Darülfünunda dərs vermişdir. 

Ancaq bir müddət sonra o, Osmanlı şeyxülislamının və digər din xadimlərinin təzyiqləri nəticəsində İstanbulu tərk edib Qahirədə yaşamağa davam etmişdir. Qahirədə Misir müftisi ilə bərabər İslam dünyasında islahatlar aparmaq istəyən Əfqaninin bu mücadiləsi, xüsusilə Müsəlman Qardaşları hərəkatının nüvəsini qoymağa başlaması Böyük Britaniyanı ciddi şəkildə rahatsız etmiş, bunun da nəticəsində 1879-cu ildə o, Hindistana sürgün edilmişdir. Daha sonra ABŞ və Fransaya da səyahət edən Əfqani 1884-cü ildə Qacarlar dövləti, xüsusilə də Nəsirəddin şah Qacar tərəfindən Tehrana dəvət edilmişdir. Ancaq Tehranda şah hökumətlə anlaşa bilməyən Əfqani Qacarları tərk edərək çar Rusiyasına və Avropaya səfər etmişdir. 1889-cu ildə yenidən Tehrana dəvət edilən Əfqani burada iki il dərs vermişdir ki, ancaq 1891-ci ildə Talbot imtiyazına qarşı çıxdığına görə, bu dəfə də Qacarları tərk etməli olmuşdur. 1892-ci ildə Osmanlı sultanı 2-ci Əbdülhəmid xanın dəvəti üzrə İstanbula gələn Əfqani, 1896-cı ildə Nəsrəddin şaha qarşı həyata keçirilən sui-qəsdin təşkilatçılarından biri kimi həbs edilmiş və 1897-ci ildə də zindanda dünyasını dəyişmişdir. 

Əfqanin dünyagörüşü çoxaspektli olduğuna görə, biz onu iki istiqamətdə: 1) dini-fəlsəfi görüşləri, 2) siyasi-fəlsəfi görüşləri, qruplaşdırmağı məqsədə uyğun hesab etdik.
Dini-fəlsəfi görüşləri. O, elmi-fəlsəfi yaradıcılığında ilk növbədə İslam dininin mütərəqqi mahiyyətinin ortaya çıxarılması məsələsinə xüsusi önəm vermiş, yeni dövrdə modern islamçılığın təməlini qoymuşdur. İslamçılığın siyasi-fəlsəfi təlim kimi müasir konsepsiyasını yaradan C.Əfqani deyirdi ki, nəhəng bir vücud olan İslam dünyası başını İstanbulda yerə qoyub, qolları isə Quzey Afrika, Krım və Orenburq üzərindən Çinə uzadıb, ayaqları isə bütün Qərbi Asiya boyunca dolaşır. Böyük coğrafi əraziyə yayılan müsəlmanların xilas yolu İslam dinini düzgün mənimsəmək və əməl etməklə yanaşı, mədəniyyətlərinə sahib çıxmaq, həmçinin milli varlıqlarını qoruyub saxlamaqdır. Bu anlamda Əfqani İslam dünyasının inkişafını müsəlmanların şüurlu şəkildə milliyyətlərini tanımalarında və tərəqqidə görmüşdü. 

Azərbaycan Türk mütəfəkkirlərindən Əhməd Ağaoğlu yazırdı ki, İslamın və Quranın özündə «İttihadi-islam»ın inkişafı üçün əlverişli zəmin olmasına baxmayaraq, o yalnız Cəmaləddin Əfqaninin ideyaları sayəsində meydana çıxmışdı. Çünki Əfqani müsəlman xalqlarını ilkin İslama qayıtmağa, ləyaqətsiz hökmdarlara qarşı açıq mübarizəyə qoşulmağa çağırmışdı. Eyni zamanda o, ikiüzlü ruhaniləri amansızcasına tənqid edir, onların «boş dialektika və sxolastikasını» məsxərəyə qoyur, riyakarlıq¬lar¬ına və həyasızlıqlarına gülürdü. O, öz mühakimə və mülahizələrini Qurandan gətirilən iqtibaslarla, müsəlman tarixinə aid misallarla əsaslandırırdı. Onun bütün gücü də məhz belə «uyğunlaşmaq» bacarığında idi. Əfqaninin bu ideyalarını müsbət dəyərləndirən Ə.Ağaoğlu yazırdı ki, Şərqdə nümunəvi ictimai xadim olan bu şəxs, eyni zamanda özünün gələcək davamçılarının fəaliyyəti üçün proqram tərtib etmiş və bu davamçıların inkişaf etdirməli olduqları ideyaları göstərmişdir.

Doğrudan da, Əfqani yeni dövrdə İslam dininin mahiyyətinin yenidən təfsirində və aydınlaşdırlmasında əvəzsiz xidmətlər göstərmişdir. Orta əsrlərin ilk çağlarında ərəblərin, farsların, türklərin və başqalarının həyatına daxil olan İslam dininin bu millətlərin taleyində mühüm rol oynadığını irəli sürən Əfqani yazırdı ki, bu din heç vaxt onu qəbul etmiş millətlərin tərəqqisinə əngəl olmamışdır. Sadəcə olaraq, zaman-zaman despotizm islamı dinini dünyəvi elmlərə qarşı qoymuş və İslamla dünyəvi ideyalar arasında ziddiyyət yaratmışdır. İslam dininə olunmuş əlavələrin müsəlman xalqlarının probleminə çevrildiyini görən Əfqanin fikrincə, bundan çıxış yolu həm İslam dinində islahatlar aparmaq, həm də milli dəyərləri inkişaf etdirməkdir. «Dini hərəkatda məqsədimiz İslam dinini islah etmək olduğu məlumdur. Dini islahın mənası Rəsulallah gətirməyən bir şeyi dinə artırmaq, yainki islam qaydalarını batırmaq deyil, bəlkə Rəsulallah gətirmiş dinə sonradan və sonrakı adamlar tərəfindən əlavə olunan şeyləri götürüb də dini əsri-səadətdəki rövşənə salmaq deməkdir. Bunu isə çətin yollar ilə deyil, bəlkə vəz, nəsihət, mətbuat ilə ümumi müsəlmanlara anladıb islam əmrlərini də mənasız şeylərdə deyil, bəlkə din və dünya üçün lazım olacaq və istiqballarında fayda görüləcək şeylərlə etmək gərəkdir».

C.Əfqani “Dəhriyyuna rəddiyə (Naturalizmin tənqidi)” əsərində də açıq şəkildə göstərirdi ki, insanlığın çıxış yolu maddiçilikdə-materializmdə deyil, mənəviyyatda-idealizmdədir. Bu anlamda bütün səmavi dinlər insanlar üçün yeganə xoşbəxtlik vasitəsidir, müsəlmanlara görə də bu İslam dinidir. Onun fikrincə, din insanın ağlına üç inanc, yəni birincisi, insanın, özunü yer üzünuü sultanı və yaradılmışların ən dəyərlisi, ləyaqətlisi olmasını təsdiqləməsi; ikincisi, bir dinə inanan toplumun özünü ən xeyirli ümmət hesab etməsi və imansızlardan, xususən də doğru yoldan uzaqlaşanlardan üstun olmasına inanması; ücüncüsu – insanın bu dunyada ancaq mükəmməllik səviyyəsinə yetmək üçün yaradıldığını bilməsi, eyni zamanda ruhuna da üç məziyyət, yəni həya duyğusu, əmanət və doğruluq vermişdir ki, bütün bunlar birlikdə xoşbəxtliyin altı inanc və əxlaq prinsipləridir.

Əfqaniyə görə, özünü Yer üzündə yaradılmış canlılar arasında ən dəyərlisi hesab edən insan bu inanc sayəsində xeyli dərəcədə heyvanlara və digər canlılara bənzəməkdən xilas olmuşdur: “İnanc sistemi bu keyfiyyətilə düşüncəni inkişafetdirici, ağlı fəallaşdırıcı, nəfsi təmizləyici, cirkin movqe və davranışlardan qoruyucu bir rol oynar”. Digər tərəfdən, müəyyən bir dinə tapınaraq onu ən doğru din hesab edən insanın sonunda da bu dünyada mükəmməllik səviyyəsinə çatmaq üçün yaradıldığını, kamilliyə çatması əvəzində də daha ali bir aləmə göç edəcəyini düşünməsi, onu digər pisliklərdən, yəni oğruluqdan, haramdan, zinadan, rüşvətdən və sairədən uzaq tutmağa kökləmişdir. Üstəlik, bu üç inanc prinsipləri ilə yanaşı, insanın məziyyətinə aid olan həya duyğusu, əmanət və doğruluq da, dinin ona aşıladığı mühüm keyfiyyətlərdir. Belə ki, utanma ya da həya duyğusu insanda həyasızlığın qarşısını aldığı kimi, əmanət də insanlar arasında qarşılıqlı etibarın, inamın əsasıdır və doğruluq isə, insanı yalandan uzaqlaşdırır cəmiyyətdə, ailədə həmrəyliyin güclənməsinə səbəb olur. 

Əfqaniyə görə, bu altı inanc və əxlaq prinsipi səmavi dinlərin əsas mahiyyətini təşkil edir ki, hər hansı toplum bunlara əməl etməyəndə mənəviyyatsızlığa düçar olur. Onun fikrincə, bütün bu müsbət keyfiyyətlərin hamısı İslam dinində vardır, sadəcə yenidən bu keyfiyyətləri müsəlmanlara aşılamaq lazımdır. Çünki İslam birliyinin varlığı və ortaya çıxması məhz bunlarla bağlıdır. Ona görə, İslamın əsas kitabı Quran da tamamilə azadlıq, bərabərlik və ədalət prinsipinə əsaslanır, bütün müsəlmanları tərəqqiyə çağırır. Bu anlamda Quranın mahiyyətini düzgün başa düşmək və ona əməl etmək İslam dünyasının nicat yoludur.
O xüsusilə də, “Təfsirçinin təfsiri” məqaləsində İslamın əsil mahiyyətinin hansı anlamda təfsir edilməsinin prinsiplərini ətraflı olaraq şərh etməyə çalışmışdır. Əfqaniyə görə, müsəlman xalqları ilk növbədə, təhsil məsələsinə ciddi yanaşmalıdır, çünki hər hansı toplumun dini nə dərəcədə başa düşmələrinin başlanğıcı elm və təhsildir. Onun fikrincə, heç bir bəşər övladı, hətta ən vəhşi insan belə, təhsildən tamamilə təcrid olunmadığı halda, hazırda müsəlmanların çoxunun təhsilsiz olması onların əsas problemidir. Əfqani yazırdı: “Dünyaya göz açdığı vaxt¬dan insanın mövcudluğu təhsil olmadan mümkün deyil. Əgər insanın təhsilsiz mövcud ola biləcəyini qəbul etsək belə, bu halda onun həyatı heyvanların həyatından daha iyrənc və rəzil olar. Təhsil, istər bitkilər, hey¬van¬lar, istərsə də insanlarla əlaqədar olsun, təbiətlə mübarizəyə və onu ram etməyə xidmət edir. Təhsil əgər yaxşıdırsa, naqisliyi kamilliyə, nanəcibliyi nəcibliyə çe¬vi¬rir. Təhsil yaxşı olmadıqda isə təbiətin ümumi durumuna təsir edir, tənəzzül və düşkünlüyə səbəb olur. Bunu kənd təsərrüfatı və heyvandarlıq mü¬tə¬xə¬s¬sislərinin, müəllimlərin, mülki idarəçilərin və dini rəhbərlərin nümunəsində ay¬dın müşahidə edə bilərik. Ümumiyyətlə, yaxşı təhsil xəlq olunmuş bu üç aləm [insanlar, heyvanlar və bitkilər] üçün bütün kamillik və gözəlliklərin əsas səbəbidir. Pis təhsil isə bütün qüsur və bədbəxtliklərin mənbəyidir”. 
1) Əfqaniyə görə dərk etmək lazımdır ki, əgər bir toplumun bütün təbəqə və sinifləri münasibətlərin təbii qanunları ilə uzlaşan gözəl təhsilə yiyələnərsə, bu toplum çiçəklənəcək və tərəqqi edəcəkdir. Deməli, müsəlman xalqlarının təhsilin vacibliyini dərk etmələri, eyni zamanda onların mövhumat, xurafat və avamlıqdan uzaq durmaları deməkdir. Çünki bir toplum təhsillidirsə, o zaman həmin xalqın dini, milli və dünyəvi dəyərlərə münasibəti də harmoniya içindədir. O yazır: “Belə toplumda hər bir sinif və qrup dərəcə və təbəqəsinə müvafiq olaraq özünə uy¬ğun kamilliklərə yiyələnməyə can atacaq və buna nail olacaqdır. Bu top¬lum¬dakı siniflər təbəqələrinə uyğun olaraq daim bir-birləri ilə harmoniyada və təmkinli münasibətdə olacaqlar. Bu isə o deməkdir ki, belə toplumda mü¬kəm¬məl təhsili sayəsində böyük rəhbərlər formalaşdığı kimi, çox gözəl filo¬sof¬lar, erudisiyalı alimlər, təcrübəli sənətkarlar, bacarıqlı kənd təsər¬rü¬fat¬çı¬ları, varlı tacirlər və digər sənət sahibləri meydana gələcəklər. Əgər yaxşı təh¬sil sayəsində bu toplumun rəhbərləri digərlərinin rəhbərlərindən öz üs¬tün¬¬lükləri ilə seçilirlərsə, əminliklə demək olar ki, burada bütün təbəqələr di¬gər ölkələrin müvafiq təbəqələrindən üstündürlər. Belə ki, hər hansı bir təbəqənin tam, hərtərəfli tərəqqisi digər təbəqələrin tərəqqisinə bağlıdır. Bu, ümumi qayda, təbiətin qanunu və ilahi iradədir”.

Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU),
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

loading...
loading...
Quru, saman kimi cansız saçlar: Nə şampun, nə maska, nə balzamlar kömək etmir...
İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani Gəncədə - FOTO
"Ağrısı, acısı ürək dağlayan bir ailənin başçısını niyə durmadan təhqir edirsiniz?"
Çay və qəhvə ilə bağlı MARAQLI ARAŞDIRMA
8 yaşlı uşaq avtomobili 140 kilometr sürətlə idarə etdi - MARAQLI
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“İnsanların çoxu İrana ucuz müalicə imkanına görə üz tutur”
Cəmiyyət
“Rasim Balayev məni görsə, tanımaz...”- “Babək” filminin sərkərdəsi...
Gündəm
Təndir çörəyinə boyalı-fırçalı həmlə: Düşmən incəsənəti öz yalanına necə alət edir?
Köşə
Əgər tale Rövnəq Abdullayevin üzünə gülməsəydi, İqbal müəllim hələ də çirkli boşqablar yuyurdu...
Araşdırma
Anastas Mikoyanın Bakı fəaliyyətləri: Bolşevik erməninin ilginc etirafları...
Həftənin ən çox oxunanları
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
“Sənin ərin hara baxır?” - Müğənni aləmi bir-birinə qatdı -FOTOLAR
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
Dünya tarixində bu silahı ilk dəfə Türkiyə tətbiq etdi və...
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
Şəbnəm Tovuzlu o gecədən danışdı: "Baş-ayaq yatdıq, Hacıya da demişəm" - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)