Xəbər lenti
22/08/2019 [00:50]:
Qurban Qurbanov: "Linfild" olduqca istəklidir"
22/08/2019 [00:25]:
Ronaldo: “Sevgilim futbolla bağlı heç nə bilmir”
22/08/2019 [00:23]:
Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək
22/08/2019 [00:20]:
Bakıda kişi arvadını və qaynanasını döydü
21/08/2019 [23:51]:
Yüz milyonlar ölkədən necə çıxarılıb? - Vəkil cinayət mexanizmini açmağa çalışır...
21/08/2019 [23:34]:
Fuad Ələsgərov, Zakir Həsənov, Əli Nağıyev hərbi pilotla vidalaşdılar... - FOTOLAR
21/08/2019 [23:28]:
Çin Britaniya konsulluğunun əməkdaşını həbs etdi
21/08/2019 [23:26]:
Istiqlalçı deputatdan Mübariz Mənsimovu tənqid edənlərə ismarış: “Ağıllı olun!”
21/08/2019 [23:07]:
Ərdoğan Putinlə türk konvoyuna hücumu müzakirə edəcək
21/08/2019 [22:46]:
Goranboyda avtomobil vuran piyada xəstəxanada ölüb
21/08/2019 [22:28]:
Övladını zəncirləyən valideynlə bağlı cinayət işi başlandı - RƏSMİ
21/08/2019 [22:26]:
Avtomobil vuran azyaşlını xəstəxanaya çatdırmaq istədi, qəza törətdi: 2 ölü, 3 yaralı
21/08/2019 [22:24]:
Tovuzda oğul atanı təqaüd kartına görə çəkiclə öldürürdü
21/08/2019 [22:23]:
Bekhem 50 milyon dollar cərimələnə bilər - FOTO
21/08/2019 [22:21]:
Göygöl meşəsindəki yanğın söndürüldü - FOTO
21/08/2019 [22:19]:
Bu qidalar qəbizlik mənbəyidir - XƏBƏRDARLIQ...
21/08/2019 [22:16]:
Quru, saman kimi cansız saçlar: Nə şampun, nə maska, nə balzamlar kömək etmir...
21/08/2019 [22:12]:
Çörçilin nəvəsi Rusiya prezidentini timsahla müqayisə etdi: "Təcili Putini dayandırın..."
21/08/2019 [20:56]:
Xamneyi: "Xam neft ixracının asan gəliri İrana böyük bəladır"
21/08/2019 [20:29]:
Vergi sanksiyalarından əldə olunan vəsaitin bölgüsü qaydası müəyyənləşib
21/08/2019 [20:19]:
Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb
21/08/2019 [20:16]:
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib
21/08/2019 [19:58]:
Rusiya vətəndaşı Qazaxda ölüb
21/08/2019 [19:56]:
Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub
21/08/2019 [19:53]:
İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani Gəncədə - FOTO
21/08/2019 [19:42]:
"Ağrısı, acısı ürək dağlayan bir ailənin başçısını niyə durmadan təhqir edirsiniz?"
21/08/2019 [19:21]:
Çay və qəhvə ilə bağlı MARAQLI ARAŞDIRMA
21/08/2019 [19:07]:
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul etdi
21/08/2019 [19:02]:
Ali Məhkəmə 5 nəfərin ölümündə ittiham olunan sürücü ilə bağlı qərar verdi
21/08/2019 [18:57]:
“Atatürk” parkında obyekti sökülən Qazinin problemi həll olundu – Bakı meri döyüşçüləri qəbul etdi
21/08/2019 [18:51]:
8 yaşlı uşaq avtomobili 140 kilometr sürətlə idarə etdi - MARAQLI
21/08/2019 [18:48]:
ABŞ şirkəti Azərbaycanın qızıl yataqlarındakı payını satır
21/08/2019 [18:46]:
Nigar getdiyi restoranda qabları sındırdı - VİDEO
21/08/2019 [18:44]:
“Qadın “yaxşı edirəm” deməz, ədəbsizlikdir”
21/08/2019 [18:38]:
Prezident Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
21/08/2019 [18:37]:
Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı
21/08/2019 [18:35]:
KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21/08/2019 [18:35]:
Qan testi ilə ölüm tarixini öyrənəcəksiniz YENİ ARAŞDIRMA
21/08/2019 [18:33]:
Rəqqasə Fatimə ərinin qayda pozmasını paylaşdı - VİDEO
21/08/2019 [18:29]:
Azərbaycanlı aktyor vəfat etdi - FOTO
21/08/2019 [18:24]:
İlham Əliyev onlara general rütbəsi verdi
21/08/2019 [18:22]:
ETSN meşə yanğınlarının əsas səbəblərini açıqlayıb
21/08/2019 [18:19]:
Vətən, torpaq, xalq sevgisinin VƏHDƏTİ...
21/08/2019 [18:18]:
İradə İbrahimova: "Yanan meşə sahələrinin hamısında payız mövsümündə ağaclar əkiləcək"
21/08/2019 [18:13]:
Yağışlı havada avtomobili bu cür idarə etdilər - MARAQLI...+ VİDEO
21/08/2019 [18:11]:
Əli Əhmədovdan müxalifətə sillə kimi cavab: -"Bu, sizə başucalığı gətirməz"
21/08/2019 [18:01]:
Qənirə Paşayeva şəhid Təbriz Musazadəyə həsr olunmuş tədbirdə iştirak etdi
21/08/2019 [17:58]:
Erməni idmançı Rusiyada Azərbaycanı təmsil etdi – FOTO/VİDEO
21/08/2019 [17:58]:
“Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçiriləcək
21/08/2019 [17:52]:
Tanınmış kino ulduzunun körpü altında siçanlarla yaşadığı ortaya çıxdı - İNANILMAZ...
21/08/2019 [17:52]:
Dövlət rəsmiləri pilotla vida mərasimində - FOTOLAR
21/08/2019 [17:47]:
Boris Conson Donald Tuskla görüşəcək
21/08/2019 [17:45]:
Manafın qızı ikinci həyat yoldaşından da ayrıldı - SƏBƏBİ ŞOKA SALACAQ / VİDEO
21/08/2019 [17:44]:
Müşfiq Rəhimovun yerinə o gətirildi
21/08/2019 [17:42]:
Bu il ali təhsil müəssisələrinin qəbul planı 91.03 faiz dolub - DİM-ini statistikası
21/08/2019 [17:34]:
Sabunçu stansiyasının girişi eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq
21/08/2019 [17:17]:
İcra başçısı Nərimanov sakinləri ilə müzakirələr apardı
21/08/2019 [17:12]:
Bakıda 17 yaşlı qızı zorladılar
21/08/2019 [17:03]:
Fondun könüllüləri Milli Qəhrəman Çingiz Qurbanovun məzarını və Şeyx Cüneyd türbəsini ziyarət ediblər
21/08/2019 [17:03]:
Azyaşlı altmış bir ədəd oyuncaq muncuq uddu - FOTOLAR
21/08/2019 [17:00]:
İranla bağlı dəhşətə gələcəyiniz dəhşətli faktlar: 13 yaşlı qızlar...
21/08/2019 [16:53]:
“Arzuları reallığa çevirməyin vaxtıdır” – “Daha astagəllik eləmək olmaz!”
21/08/2019 [16:51]:
Rəşad Atakişiyevin atası: “Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı”
21/08/2019 [16:47]:
Valideynlər, əliniz cibinizdə olsun: məktəbli yarmarkalarındakı - QİYMƏTLƏR
21/08/2019 [16:36]:
Cənubi Amerikanın ən böyük şəhəri günorta saatlarında qaranlığa büründü - SƏBƏB
21/08/2019 [16:36]:
"Apple"ın baş direktoru dünya fotoqraflarını Bakının "Şeytan çarxı" ilə təbrik etdi - FOTO
21/08/2019 [16:29]:
Azərbaycanda pensiya yaşı neçə olsun? - VİDEOSORĞU
21/08/2019 [16:21]:
“Qaçqınkom” sədri Gədəbəydə məcburi köçkünlərin müraciətlərini dinlədi
21/08/2019 [16:20]:
“O, qanı axan torpaqda yatır...” - Şəhid pilotumuzun həyat yoldaşı...+ FOTOLAR
21/08/2019 [16:12]:
Qabil Hüseynli: "Araşdırdım, Rəşadın təyyarə qəzası sirlidir"
21/08/2019 [16:10]:
Parlament sədri kürsüdə uşağa süd verdi - MARAQLI...+ VİDEO
21/08/2019 [16:08]:
Bakıda 15 yaşlı qız naməlum maşına əyləşərək yoxa çıxdı - FOTO
21/08/2019 [16:07]:
“İnsanların çoxu İrana ucuz müalicə imkanına görə üz tutur”
21/08/2019 [16:06]:
Zəncirlənmiş uşaqla bağlı araşdırma aparıldı, materiallar prokurorluğa verildi - RƏSMİ
21/08/2019 [16:03]:
Parlamentin 11 deputatı Energetika nazirindən şikayət etdi
21/08/2019 [16:01]:
Məhsulun qiymətini göstərməyən sahibkarlar cərimələnəcək
21/08/2019 [15:52]:
"Elçibəy ailəsi Mehriban xanımın qayğısını yüksək qiymətləndirir..."- Əbülfəz Elçibəyin qardaşı oğlu
21/08/2019 [15:48]:
Vanqa 2019-cu il üçün nə “vəd” etmişdi?
21/08/2019 [15:46]:
Bakıda dəhşət: uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO
21/08/2019 [15:45]:
Millət vəkili “Başqurdistan Qızları"nın baş redaktoru ilə görüşüb
Bütün arxiv bir sırada
16/07/2019 [19:30] - Cəmiyyət - ( 2145 dəfə baxılıb)

"İndi emosional çağırışlar deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır"



“Keşikçi qala” sərhəd məntəqəsində baş vermiş məlum hadisə ilə bağlı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-a açıqlama verib. 

Açıqlamada deyilir:

"İyulun 14-də “Keşikçi qala” sərhəd məntəqəsində bir qrup Gürcüstan vətəndaşı tərəfindən Azərbaycanın sərhəd növbətçi dəstəsinə qarşı insident törədilib. Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində insident aradan qaldırılıb və ərazidə təhlükəsizlik təmin edilib.

Qeyd etməliyik ki, ümumiyyətlə, son aylar ərzində Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin ruhuna tamamilə zidd olan bu tipli təxribatların artan xətt üzrə inkişafı müəyyən suallar doğurmaya bilməz. Artıq hər iki tərəfin ekspertləri səviyyəsində müzakirələrdə belə fikirlər səslənir ki, görünür, iki qonşu dövlət arasında formalaşmış dostluq, strateji tərəfdaşlıq münasibətləri kimlərisə ciddi narahat edir və bu ölkələri, onların xalqlarını qarşı-qarşıya qoymağa çalışan qüvvələr var. Müzakirələrdə bu qüvvələrin kimliyi barədə də müəyyən fikirlər səsləndirilir.

Şübhəsiz, Azərbaycan sərhədçilərinə qarşı törədilən son təxribat dövlətlər arasındakı münasibətlərə birbaşa zərbə vurmaq məqsədi daşıyır və ona görə də hər iki ölkənin müvafiq qurumları ciddi araşdırmalar aparmalı, bu təxribatı törədən qüvvələri müəyyən edərək onlara qarşı təsirli tədbirlər görməli idilər. Artıq Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub, ondan məsələ ilə bağlı müvafiq izahat istənilib. Gürcüstan Xarici İşlər Nazirliyi də hadisəni pisləyən açıqlama ilə çıxış edib və bu istiqamətdə ciddi araşdırmalar apararaq günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib.

Əlbəttə, biz əminik ki, Azərbaycan və gürcü xalqları bundan sonra da belə məqamlarda təmkinlə, müdrikcəsinə davranaraq emosiyalara meydan verməyəcək, müvafiq rəsmi instansiyalar isə prinsipial şəkildə bu hadisələrin törədilməsində, iki dost ölkə arasında münasibətlərin gərginləşdirilməsində maraqlı olan qüvvələri, şəxsləri aşkarlayaraq cəzalandırılmasını təmin edəcəklər. Qaranlıq dairələrin dövlətlərarası münasibətlər müstəvisində söz sahibinə çevrilməsinə imkan vermək olmaz və belə cəhdlərə birdəfəlik son qoyulmalıdır.

Bununla yanaşı, təəssüflə qeyd edilməlidir ki, baş verən hadisələrdə böyük güclərin geosiyasi maraqları və onların daxili siyasi qüvvələrlə manipulyasiya cəhdləri özünü aydın büruzə verir. Həmçinin istər Gürcüstanda, istərsə də Azərbaycanda əsasən xarici təsir altında olan bəzi maraqlı siyasi qruplar baş vermiş insidentdən yararlanmağa və hakimiyyət uğrunda mübarizədə belə həssas məqamlardan istifadə etməyə çalışırlar. Görünən odur ki, bəhs olunan qruplar mövcud vəziyyətdən bəhrələnmək istəyən üçüncü tərəflərin tarixi-dini stereotiplərlə manipulyasiyası üçün açıqdırlar və bəzən də bilərəkdən xarici təsir üçün könüllü alət rolunu oynayırlar. Biz əvvəllər də ölkəmizin strateji maraqlarına qarşı “beşinci kolon”un imkanlarından istifadə cəhdlərini ifşa etmişik və buna yol verməmək zərurəti haqqında danışanda məhz belə halları nəzərdə tuturuq.

Qafqazda yeni münaqişə ocağı yaratmaq istəyənlərin diplomatik münasibətləri pozmaq, silaha sarılmaq kimi təxribatçı bəyanatları artıq xeyli vaxtdır ki, eşidilməkdədir. Məqsəd, əlbəttə ki, Cənubi Qafqazda yeni münaqişə ocağı alovlandırmaq yolu ilə öz ambisiyalarını Azərbaycana və Gürcüstana qəbul etdirməkdən ibarətdir. Bunun üçün onlar bir tərəfdən Gürcüstanda daxili siyasi çəkişmələri qızışdırmağa, o biri tərəfdən Azərbaycanda daxili radikal qrupların bu ölkədəki proseslərlə bağlı təxribatçı çağırışlarını təşkil etməklə iki dost ölkə arasında mili-vətəndaş ehtiraslarını qızışdırmaq və bu fonda qarşıdurma yaratmağa can atırlar. Lakin onlara 2015-cı ildə Türkiyə ilə Rusiya arasında az qala qarşıdurmaya səbəb olmuş təyyarə insidentini xatırlatmaqla böyük diplomatik qalmaqaldan tərəflərin necə müdrikcəsinə çıxması nümunəsini xatırlatmaq istərdik. Həmin dövrdə də hər iki tərəfdə münasibətləri hərb meydanında ayırd etməyə çağırışlar olunurdu. Lakin Moskva və Ankara təxribata getmədilər, məsələnin kökünü araşdırdılar, günahkarlar tapıldı və ciddi fəsadlar vəd edən insident aradan qaldırıldı.

Buna görə də Azərbaycan və Gürcüstan vətəndaşları qızışdırıcı çağırışlara uymamalıdırlar. İndi emosional çağırışlar, impulsiv davranış deyil, təmkin və müdriklik nümayiş etdirməyin zamanıdır.

Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyası ilə bağlı müzakirələr yalnız Gürcüstanla aparılmır. Tarixə nəzər salsaq görərik ki, bu məsələdə insident yaşanan yeganə sərhəd xətti də son hadisənin baş verdiyi “Şəmkir” sərhəd dəstəsinin ərazisi olmayıb. Amma Azərbaycan ictimaiyyəti onu da çox gözəl bilir ki, mübahisələr, insidentlər zamanı bizim diplomatlarımız və sərhədçilərimiz bəzən ağır, yorucu görünən müzakirələrdə heç vaxt təmkinlərini itirməyiblər, milli maraqlarımızı əzmlə, peşəkarlıqla qoruyublar, Azərbaycanın haqlı mövqeyindən zərrə qədər də geri addım atmayıblar və bundan sonra da belə olacaq.

Müdrik gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var, indiyə qədər bu xalqları qarşı-qarşıya qoymaq, ədavətə sövq etmək kimsəyə müyəssər olmayıb. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizi qarşı duran tərəflər deyil, tərəfdaş olmağı, müstəqilliyimizi birlikdə qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi öyrədir. Biz iqtisadi sahədə uğurlu əməkdaşlıq nümunəsini ortaya qoymaqla, hər iki ölkəyə böyük dividendlər gətirən mühüm enerji və nəqliyyat layihələrini reallaşdırmaqla fəal tərəfdaşlığın ən bariz nümunəsini bütün dünyaya nümayiş etdirmişik. Ölkələrimiz üçün taleyüklü məqamlarda dost dəstəyinin, bu dostluğa sadiqliyin hansı anlama gəldiyini əməli işimizlə göstərmişik. Əminik ki, bundan sonra da dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək. Radikal mövqe tutaraq xalqları, dövlətləri təxribata çəkmək, bir-birinə qarşı qoymaq meyilləri müdriklik, əsrlərin sınağından çıxmış qarşılıqlı etimad mühiti qarşısında məğlub olacaq və regionumuzun yeni reallıqlarını unudaraq orta əsrlərin xiffətini çəkənlərin ekstremist təşəbbüsləri iflasa uğrayacaq.

loading...
loading...
Quru, saman kimi cansız saçlar: Nə şampun, nə maska, nə balzamlar kömək etmir...
İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani Gəncədə - FOTO
"Ağrısı, acısı ürək dağlayan bir ailənin başçısını niyə durmadan təhqir edirsiniz?"
Çay və qəhvə ilə bağlı MARAQLI ARAŞDIRMA
8 yaşlı uşaq avtomobili 140 kilometr sürətlə idarə etdi - MARAQLI
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“İnsanların çoxu İrana ucuz müalicə imkanına görə üz tutur”
Cəmiyyət
“Rasim Balayev məni görsə, tanımaz...”- “Babək” filminin sərkərdəsi...
Gündəm
Təndir çörəyinə boyalı-fırçalı həmlə: Düşmən incəsənəti öz yalanına necə alət edir?
Köşə
Əgər tale Rövnəq Abdullayevin üzünə gülməsəydi, İqbal müəllim hələ də çirkli boşqablar yuyurdu...
Araşdırma
Anastas Mikoyanın Bakı fəaliyyətləri: Bolşevik erməninin ilginc etirafları...
Həftənin ən çox oxunanları
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
“Sənin ərin hara baxır?” - Müğənni aləmi bir-birinə qatdı -FOTOLAR
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
Dünya tarixində bu silahı ilk dəfə Türkiyə tətbiq etdi və...
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
Şəbnəm Tovuzlu o gecədən danışdı: "Baş-ayaq yatdıq, Hacıya da demişəm" - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)