Xəbər lenti
19/09/2019 [18:35]:
İngiltərə Bankı faiz dərəcəsini dəyişdirməyib
19/09/2019 [18:34]:
TDƏŞ-in xarici işlər nazirlərinin növbədənkənar görüşü keçirilib
19/09/2019 [18:33]:
İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib
19/09/2019 [18:32]:
Elmar Məmmədyarov: "Türk Şurası doğru yoldadır"
19/09/2019 [18:29]:
Nazirlikdən işsiz vətəndaşlarla bağlı - AÇIQLAMA
19/09/2019 [18:25]:
"Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirildi
19/09/2019 [18:20]:
BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı keçirilib
19/09/2019 [18:14]:
Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə vermədi - Foto
19/09/2019 [18:11]:
İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib
19/09/2019 [18:11]:
Mən asudə adamam, sərbəst hərəkət edirəm -General Mövlam Şıxəliyev danışır
19/09/2019 [18:06]:
Meyxanaçının arvadı: "Orxan ailəsini hansısa küçə pozğununa dəyişib"
19/09/2019 [18:01]:
Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istədilər
19/09/2019 [17:09]:
İrəvanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin müzakirə olunduğu bilindi...
19/09/2019 [16:48]:
Xəstələrdən “bıçaq pulu” alan cərrah Elnarə Məmmədova həbs edildi
19/09/2019 [16:47]:
Təkbaşına toxuduğu kilimləri Amerikaya qədər göndərir- MARAQLI...
19/09/2019 [16:45]:
Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması... Və müəmmalı “Maybach”i
19/09/2019 [16:27]:
Altı yaşlı uşaq beş gün anasının cansız bədəniylə bir evdə qaldı- FOTOLAR
19/09/2019 [16:18]:
Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parça-parça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
19/09/2019 [16:13]:
“Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvlüyünə qəbul edildi
19/09/2019 [16:03]:
Kıvanç Tatlıtuğun başı dərddə: beş il həbs oluna bilər
19/09/2019 [15:45]:
“Sonradan onun Rusiyada evli olduğu üzə çıxdı...”- O, qızlarımıza belə adamlarla evlənməyi məsləhət bilmədi...
19/09/2019 [15:43]:
Paytaxtda bir çox ağac qəsdən qurudulur - RƏSMİ
19/09/2019 [15:43]:
Azad Kərimli: "Tibb Universitetini bitirənlər onkoloq olmaq istəmir"
19/09/2019 [15:40]:
“O, məni küçə pozğununa dəyişib” - Meyxanaçının arvadından AÇIQLAMA - FOTO
19/09/2019 [15:35]:
TANAP-la indiyədək nəql edilən qazın həcmi açıqlandı
19/09/2019 [15:26]:
ADAU-da yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçirilib
19/09/2019 [15:12]:
Avropada səfirliklərini bağlayan düşmən İsraildə səfirlik açacağını bəyan etdi – Əcaba niyə?
19/09/2019 [15:06]:
“Mən o müğənnilərə artist deyə bilmərəm” - Murad Arif
19/09/2019 [15:00]:
Qəddar erməni nazirin layiqli sonu –Onu da şefi Beriya kimi güllələyiblər
19/09/2019 [14:50]:
Azərbaycanlı həkim on il pasiyentin boynunda qalmış iynəni kənarlaşdırıb (FOTO/VİDEO)
19/09/2019 [14:44]:
Azərbaycanda “uşaqpulu” 3 yaşadək uşaqlara verilə bilər - Komitədən TƏKLİF
19/09/2019 [14:33]:
Sabirabadda qarayaraya tutulanlardan təzə XƏBƏR VAR
19/09/2019 [14:31]:
İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR
19/09/2019 [14:25]:
"Dedim ki, məktəb teatra, sirkə bilet satmaq üçün yer deyil axı, təhsil ocağıdır..."
19/09/2019 [14:20]:
Keçmiş erməni hərbi qulluqçusu etiraz olaraq mənzilini yandırıb – DETALLAR
19/09/2019 [14:19]:
Fərəc Quliyevdən müxalif düşərgədə "bomba həyəcanı" yaradacaq atmacalı şərh...
19/09/2019 [14:15]:
Bakıda dəhşətli qəza törədən məmur və avtomobili -FOTO
19/09/2019 [14:05]:
Somali ordusu 3 ərazini "Əş-Şəbab"dan azad edib
19/09/2019 [14:01]:
DÇ-də dava salan Hacı Əliyevlə bağlı yeni qərar - Ləğv edildi
19/09/2019 [14:01]:
BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb
19/09/2019 [13:47]:
Hüseyn Abdullayevin məhkəməsində gərginlik - Təcili yardım çağırıldı...
19/09/2019 [13:37]:
Vladimir Putin Nikol Paşinyanın görüş təklifini rədd edib
19/09/2019 [13:35]:
“Qanunvericilikdə nə göstərilirsə, metropoliten bunu qeyri-şərtsiz icra edir...”
19/09/2019 [13:35]:
“Bizdə istefa verən yoxdu - elə bilirik, 5 nazir getməklə Ermənistan dağılacaq...”
19/09/2019 [13:21]:
“28 il ordunun yanında dayanmağımdan peşmanam” VİDEO - Erməni əsgərin anası
19/09/2019 [13:21]:
Qurduğu sistemlə elektrik xərclərindən xilas oldu - MARAQLI
19/09/2019 [13:17]:
“Heç kim bizi bu ölkədə baş verəcəklərlə qorxutmasın...”
19/09/2019 [13:12]:
"Qəzetçinin əlinə mandat verməklə onu dəyişmirsən, yararlılıq imkanlarını böyüdürsən"
19/09/2019 [13:06]:
Sabahın hava proqnozu açıqlanıb
19/09/2019 [13:02]:
“Mən yaradıcı dostlarıma arzu etmirəm ki, onlar bu xəstəliyə tutulsunlar...”
19/09/2019 [12:59]:
Abşeronda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib
19/09/2019 [12:54]:
“Pensiya artımı parlamentin yaşlı deputatlarına aid deyil” - Hadi Rəcəbli
19/09/2019 [12:50]:
Rumıniyada erməni dili ilə bağlı qanun qəbul olundu
19/09/2019 [12:48]:
Qırıcılar tarlada işləyənləri HƏDƏFƏ ALDI - 40 ölü, 40 yaralı
19/09/2019 [12:46]:
Qadın və oğlu özlərini çaya atmaq istəyib
19/09/2019 [12:44]:
Hafiz Hacıyev mitinqə hazırlaşır, BŞİH isə…
19/09/2019 [12:43]:
Qubada qızıl oğrusu tutuldu - Foto
19/09/2019 [12:38]:
Çin kosmosa 5 nanopeyk buraxdı
19/09/2019 [12:31]:
Hər gün bu kosmetik vasitədən istifadə edirsinizsə MÜTLƏQ OXUYUN
19/09/2019 [12:23]:
Bakıda gəlin qayınanasını öldürdü
19/09/2019 [12:18]:
Mikayıl Cabbarov xanım hüquqşünasa yüksək vəzifə verdi - Foto
19/09/2019 [12:17]:
“O qol Corcianayla seksdən yaxşı ola bilməz”
19/09/2019 [12:09]:
Talıb Talenin keçmiş sevgilisi: "Məni aldatdı, almadı"
19/09/2019 [12:09]:
Payız mövsümünün ən çox yayılan infeksion xəstəliyi - Adenovirus konyuktiviti
19/09/2019 [11:58]:
“Bakı Metropoliteni”də havalandırma sistemi işləmir? - "Bundan o yana heç nə fikirləşmək olmur"
19/09/2019 [11:58]:
Ermənistanda istefaya göndəriləcək nazirlərin adları açıqlandı
19/09/2019 [11:55]:
Tramp: "Bir zənglə istənilən ölkəyə girə bilərik"
19/09/2019 [11:51]:
Dilarə hələ belə açıq-saçıq geyinməmişdi - FOTO
19/09/2019 [11:51]:
Bakıda Əzizbəyovun “unudulmuş” büstü götürüldü -FOTO
19/09/2019 [11:48]:
Bakıda 70 yaşlı qadın amansızlıqla qətlə yetirildi - Oğlu şübhəli bilinir
19/09/2019 [11:38]:
Gömrükdə 300 minlik əməliyyat - FOTO/VİDEO
19/09/2019 [11:34]:
“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu
19/09/2019 [11:23]:
“Ermənistan çağırışları qulaqardına vuraraq həyasızcasına açıqlamalar verir...”
19/09/2019 [11:23]:
Kanadalı rejissorlar Qarabağ haqqında “sənədli” film çəkir
19/09/2019 [11:19]:
Ədalət Muradov: “Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır”
19/09/2019 [11:04]:
Azərbaycan üçün nəzərdə tutulmuş smartfonlar  Ermənistan bazarına çıxdı...-FOTOLAR
19/09/2019 [10:50]:
“O, müdrikcəsinə sübut etdi ki...” - Əli Həsənov
19/09/2019 [10:47]:
Krım administrasiyasında bütün rəhbərlər istefa verdilər
19/09/2019 [10:46]:
Konsertinə yaralı vəziyyətdə gəlib çıxdı
19/09/2019 [10:41]:
Əhməd Cavadın həyatı film oldu - VİDEO
Bütün arxiv bir sırada
17/07/2019 [16:04] - Cəmiyyət - ( 1113 dəfə baxılıb)

“Onun vəzifə davası” – ADU müəllimləri etiraz edir



Zənnimizcə, insanın əsas bədbəxtliklərindən biri özündən həddən artıq razı olması, öz qabiliyyət və bacarığını layiq olduğundan daha çox qiymətləndirməsi, öz “mən”ini cəmiyyətdə tutduğu mövqeyə görə yox, xəstə təxəyyülündə yaratdığı “mən”ə görə başa düşməsidir. Belə adamlara hər hansı bir irad tutduqda dərhal özlərindən çıxır, öz “mən”ini təhqir olunmuş hesab edir, irad tutana səlib yürüşünə başlayır, daha pisi isə ətrafındakıları, dünənə qədər mehriban ünsiyyətdə olduğu dostlarını, hətta onun uğurlarında rolu olmuş insanları, müəllimlərini belə təhqir etməkdən çəkinmir, onları qorxaqlıqda, yaltaqlıqda,  ədalətsizlikdə ittiham etməyə başlayırlar. Mənimlə deyilsənsə, mənim haqlı, ya haqsız olmağımdan asılı olmayaraq, məni müdafiə etmirsənsə, deməli, haqqı, ədaləti qorumursan, düşmən cəbhəsinə xidmət edirsən. Belə adamlar daha çox emosional olduqlarından adətən düşdükləri situasiyanı düzgün qiymətləndirə bilmir, çox vaxt iki rəng tanıyırlar: ağ, qara. Buna adekvat olaraq adətən düzgün qərarlar qəbul etmir, əksər hallarda isterikaya düşür, qarşı tərəfin bütün fəaliyyətində yalnız qara rəngləri görməyə çalışırlar. Onlar öz mənafeyinə toxunana qədər ətrafında baş verən hadisələrə laqeyidlik göstərir, susmağa, məqam gözləməyə üstünlük verirlər.

   Çox təəssüf ki, son illər apardığı uğurlu islahatlarla respublika ali məktəbləri arasında öncül yerlərdən birini tutmuş Azərbaycan Dillər Universitetinin keçmiş dekanı, Linqvokulturologiya kafedrasının dosenti Vüsalə Ağabəyli də belə bir mərəzə tutulmuşdur. Nə qədər ki, dekan idi, Elmi Şuralarda, Rektoryanı Şuralardakı çıxışlarında universitetdə gedən ”mənfi” proseslər haqqında bir dəfə də olsun rəy söyləmirdi, tədrisdəki nöqsanlardan, elmi dərəcələri olan professor-müəllim heyətinin əksəriyyətinin bu adları “əyri yollarla” aldıqlarından, gender bərabərliyinin “pozulmasından”, universitetin rektoru, akademik Kamal Abdullanın “özbaşınalığından, kollektiv üzvlərinə işgəncə verməsindən, yüzlərlə insanı işdən qanunsuz çıxarmasından” danışmırdı. O zaman həm universitetdə, həm də respublikada hər şey qaydasında idi, məhkəmədə hakimlər haqqı qoruyaraq ədalətli qərarlar çıxarırdılar, Ailə, Uşaq, Qadın Komitəsi Azərbaycan qadınlarının qayğısına qalır, onların hüquqlarını layiqincə qoruyurdu, Ombudstman öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirirdi, universitetdə heç bir qanunsuzluq yox idi, kimsə kiməsə salam verəndə heç kimdən çəkinmirdi. Ümumiyyətlə, ölkədə də, universitetdə də tam əmin-amanlıq idi, qurd quzu ilə dost-qardaş idi. Çünki “əsl alim, yüksək səviyyəli təşkilatçı, tayı-bərabəri nəinki, ADU-da, bütün Azərbaycanda çətin tapılan” Vüsalə xanım “layiq olduğu” vəzifədə oturmuşdu və universitetdəki mövcud vəziyyət tam normal idi, heç kim başqasının haqqını tapdalamırdı.

  Lakin birdən əsl tufan qopdu, kimsə Kamal müəllimə məlumat verdi ki, Filologiya və  Jurnalistika fakültəsində ciddi nöqsanlara yol verilir, dekan öz vəzifəsinə kifayət qədər məsuliyyətlə yanaşmır. Rektoryanı Şurada bu məsələ müzakirə edildikdə dekan təbii ki, özündən çıxdı, nə çıxdı. Məni tənqid etmək, məni müzakirəyə çıxarmaq? Kim buna cəsarət etdi? Kamal müəllim, sizsiz “günahkar, sizin razılığınız olmasaydı, kimsə bu işə qol qoya bilməzdi, Siz məni şantaj edirsiniz, işləməyə qoymursunuz, sonra da günahlandırırsınız. Baxarsınız, nə edəcəyəm”. Və keçdi hücuma. Məlum oldu ki, həmişə hörmətli Kamal müəllim deyə müraciət etdiyi Kamal Abdulla “heç də hörmətli adam deyilmiş, heç bir qayda-qanun tanımayan, insanlara işgəncə verməkdən həzz alan məmurlardan biri imiş və ən təəccüblüsü bu idi ki, heç bir orqan bu insanı yerində oturda bilmir, demirlər ki, ay zalım, belə gözəl mütəxəssisi niyə incidirsən, onun qadınlığına hörmət etməyib gender bərabərliyni pozursan”. Çünki onlar ya Kamal müəllimdən ”qorxurlar, ya da rüşvət alaraq haqlının haqqını qorumaq əvəzinə onun xeyrinə qərarlar çıxardırlar”. Axı, bu necə ola bilər? Bəs Təhsil Nazirliyi, Milli Məclisin deputatları hara baxırlar, ona “gözün üstə qaşın var” demirlər. Görmürlərmi ki, universitetin rektoru tabeliyində olan dekanı “günahsız yerə” işdən çıxarıb? Kimdən kömək umaq,  “boş-boş reklamlara işləyən Ailə, Uşaq, Qadın Komitəsindənmi, pafoslu çıxışları ilə diqqət cəlb etməyə çalışan Ombudsmandanmı, millətin işinə yaramayan bəzi millət vəkillərindənmi, rüşvətxor hakimlərdənmi, kortəbii ekspertlərdənmi”? Yox, onlardan heç bir ədalət gözləməyə dəyməz. Çünki, ədalət hakimləri də onun xeyrinə qərar çıxarırlar. “Haqlının haqqını verməyən məhkəmə, ədaləti bərpa etməyə cəsarəti çatmayan hakim lazımdır bizim ölkəyə?”. Qətiyyən yox!

   Əlac qalıb Avropa məhkəməsinə. Axı, bu qədər “ciddi, demək olar ki, dövlət əhəmiyyətli”  bir məsələni kimsə həll etməlidir, ya yox? Kamal müəllim, “daha orada sənin dostların, rüşvət verib ələ aldığın hakimlər olmayacaq”, bax, onda görəcəksən ki, ədalət necə bərpa olunur, hörmətli, ədalətli avropalılar necə hörmətlə məni gətirdib oturdurlar öz isti yerimdə və deyirlər ki, bax, bu xanımla heç kimin işi olmasın, qoyun kefi necə istəyir elə də işləsin, yoxsa sizi daha yuxarı məhkəmələrə verərik.

   Saytlardakı yazdığı şər, böhtan xarakterli yazıları oxuyan və  məsələnin əsl mahiyyətindən xəbəri olmayan insanlar təbii ki, “heç bir günahı olmadan rektorun qəzəbinə tuş gəlmiş və olmazın işgəncələrinə məruz qalmış” cavan və perspektivli xanıma ürək yandırıb, onu incidən müəssisə rəhbərini min bir günahda təqsirləndirir və dekan vəzifəsindən “haqsız çıxarılmış” gənc xanımı mübarizəsini davam etdirməyə çağırırlar. Halbuki, onun dekan seçilməsi mövcud əsasnəməyə zidd idi, çünki professor, yaxud dosent elmi adı olmayan şəxs o vəzifəyə seçilə bilməzdi. Vüsalə xanım isə dosent elmi adını yalnız 2019-cu ilin iyul ayında almışdır. Sanki bu məsələdən bixəbər kimi, özünü əsl qəhrəman kimi “gündən-günə tənəzzülə gedən, əməkdaşlarının az qala yarısının zorla ərizəsi alınaraq işdən çıxarılmış, rektorun dost-aşnalarının övladlarının at oynatdığı” bu başıbəlalı universitetin haqq səsi elan edərək mübarizəsini axıra qədər (nə vaxta qədər?) davam etdirmək əzmindədir.

  Çünki o, rektora xoş gəlsin deyə “özünə aid olan işləri natamam buraxaraq uzaqdan-yaxından bu xanımı tanımadan haqqında nalayiq ifadələr işlədən prorektor Tamam Cəfərova, mövzudan xəbəri olmadan tələsik yerindən qalxıb çıxış edən Məsməxanımkimilər kimi vəzifəsini itirməkdən qorxmur”, o, sadəcə “boş şey” olan vəzifə uğrunda mübarizə aparır.

   Düzdür, onun inkişafında universitet Qadınlar Şurasının sədri, kafedra müdiri, professor, ömrünün 50 ildən çoxunu bu universitetdə keçirmiş, onlarla çox istedadlı gənc alimlər yetişdirmiş Məsməxanım xanımın da rolu az olmayıb. Nə olsun ki, boş şeydir, axı, o niyə “haqqı-ədaləti” yox, rektoru müdafiə edir, ona yaltaqlanır. Yaxud, hələ universitetdə öz vəsifəsinə təzəcə başlamış və qısa müddətdə tələbələrin böyük rəğbətini qazanmış prorektor T.Cəfərova kimdir ki, belə istedadlı kadrı, özünü universitetin haqq səsi elan etmiş mübariz ruhlu xanımı tənqid etsin. Bax, Kamal müəllimi düz işləməyə qoymayan da məhz onlar və onlar kimi ətrafında olan “yaltaqlar, aravuruşduranlar, evyıxanlar, işverənlər” və çoxlu belə epitetlərə malik olan şəxslərdir. Ancaq yox, “Kamal müəllim də elə belə adam deyil ki, onun-bunun sözüynən oturub, dursun. O, özü elə qəzəbinə tuş gəlmiş hər bir işçisini asanlıqla əzib məhv edə bilər”. Ölkədə də qayda-qanun yoxdur ki, bu adamın qarşısını ala, “mənim kimi qalmaqalı sevməyən, bütün problemlərin danışıqlar, sülh yolu ilə həll oluna biləcəyinə inanan” bir insanın haqqını qoruya. Əlac qalıb qarğışa, “Allah onun cəzasını verəcək, mütləq verəcək. Ancaq biz də mübarizədən əl çəkməycəyik”.  Çox təəssüf!

   Hikkəsindən yerə-göyə sığmayan Vüsalə Ağabəyli ictimaiyyətə müraciət edir: Картинки по запросу Sərxan Əvəz oğlu Abdullayev“Universitetimizi Kamal Abdulla işğalından təmizləyək”. 37-ci ilin sitatlarını xatırladır: “ədəbiyyatımızı Salman Mümtazlardan, Hüseyn Cavidlərdən, Mikayıl Müşfiqlərdən təmizləyək” və cılız “mən”lərini qorumaq üçün yorulmadan hər cür şər-böhtan  yaxmaqla istəklərinə nail oldular. Lakin  indi o dövr deyil, məhkəmələr də, idarəedici orqanlar da ağı qaradan, əyrini düzdən seçə bilirlər. Buna görə də Vüsalə Ağabəyli kimi adamlar atdıqları çirkabın nəticə vermədiyini görəndə qəzəblərindən özlərinə yer tapa bilmirlər. Onun havadarlarından biri isə təəccüb qalıb: “Kamalı indiyə qədər həbs etməyiblər?”. Bəli, etməyiblər. Maraqlıdır, nəyə görə Kamal Abdulla həbs olunmalıydı ki? Vüsalə Ağabəyli vəzifə borcunu layiqincə yerinə yetirmədiyi üçün işdən azad etdiyinə görə? Gülməlidir. Əksinə, respublikanın ictimai-siyasi və ədəbi həyatında səmərəli fəaliyyətinə, bənzərsiz bədii yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Prezidentin sərəncamı ilə ona Xalq yazıçısı fəxri adı verilib, DTX-nın yubiley medalı ilə  təltif olunub,  tədris ili ərzində sosial aktivliyi, tələbələrin rifah halının yaxşılaşması üçün atdığı addımlar və tələbələrin sevimli pedaqoqu olduğu üçün  “2018-2019-cu tədris ilinin ən yaxşı rektoru”  adına layiq görülüb, respublika Prezidentinin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

    Bəs, bu Kamal Abdulla kimdir ki, ona bu qədər dəyər verilir? Onun titullarını burada sadalamağa ehtiyac yoxdur, çox yer tutar. Azərbaycanın yeganə intellektual yazıçısı, əsərləri 20-yə yaxın ölkədə çap edilmiş, bir sıra Avropa, Amerika, Rusiya, Ukrayna universitetlərində, Tbilisi Dövlət Universitetində tələbələr qarşısında master-klasla çıxış etmiş, ensiklopedik biliyə malik, geniş ictimai-siyasi və ədəbi fəaliyyəti ilə Azərbaycana baş ucalığı gətirən əsl türk balası, doğma vətənini canı qədər sevən yüksək əqidəli ziyalı, saysız-hesabsız cəmiyyətlərin, qurumların, redaksiya heyətlərinin üzvü, o cümlədən bəzi xarici ölkələrin elm və təhsil müəssisələrinin Fəxri üzvü, akademiki və ya doktoru, lazım olduğundan da artıq təvazökar, özünə və iş yoldaşlarına qarşı tələbkar, işdə səhlənkarlığa, nöqsanlara dözümsüz xarakterə malik görkəmli şəxsiyyətdir.

  Universitetə rəhbərlik etdiyi iki il bu təhsil ocağının inkişafında sözün əsl mənasında yeni mərhələnin başlanğıcı oldu. Onun bu az müddətdə universitetdə həyata keçirdiyi tədbirlərin sayı o qədər çoxdur ki, onların hamısını burada göstərmək mümkünsüzdür, buna görə də onlardan yalnız üçünü qeyd etməklə kifayətlənirik:

  1.Təkcə universitetimiz üçün deyil, bütövlükdə respublikamız üçün dəyərli olan bir məsələnin həlli bilavasitə Kamal Abdullanın adı ilə bağlıdır. Belə ki, ADU-da 20-yə yaxın ölkənin elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir, ancaq bu ölkələrin heç bir ali məktəbində Azərbaycanşünaslıq Mərkəzi yox idi. Bu ədalətsizliyin aradan qaldırılması üçün onun təşəbbüsü ilə həmin ölkələrin səlahiyyətli nümayəndələri ilə danışıqlar aparılmasına başlandı və çox keçmədən ilk dəfə İndoneziya Respublikasının İndoneziya Universitetində, Çin Xalq Respulikasının Xudzou Dövlət Universitetində Azərbaycan Mədəniyyəti Mərkəzləri açıldı. Hazırda bu sahəyə məsul olan şəxslər digər ölkələlərin ali məktəblərinin rəhbərləri ilə intensiv əlaqə saxlayırlar;

Məhz Kamal Abdullanın təşəbbüsü ilə  Azərbaycan Dillər Universiteti Azərbaycanda ilk dəfə qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdıqları bölgələrdə fəaliyyət göstərən məktəblərdə pedaqoji təcrübə, habelə digər layihələr həyata keçirib. Bu il ADU tələbələri pedaqoji və istehsalat təcrübəsini Cocuq Mərcanlı, Ağdam, Füzuli, Kəlbəcər, Xocavənd, Zəngilan və məcburi köçkün ailələrindən olan uşaqların təhsil aldıqları digər məktəblərdə uğurla keçirdilər;
Bilavasitə Kamal müəllimin təşəbbüsü ilə 2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “HEYDƏR ƏLİYEV: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda keçirilmiş beynəlxalq konfrans öz möhtəşəmliyi ilə tarixə yazıldı. Konfransın açılışı dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələrin iştirakı ilə Azərbaycan Dillər Universitetində baş tutduqdan sonra onun bölmələri 11 ölkənin 14 universitetində təşkil olundu. Bu tədbirdə dünyanın yüzdən çox tanınmış ictimai-siyasi xadimi, görkəmli alimi çıxış edərək Heydər Əliyev dühasına layiqli qiymət verdilər.
   ADU-nun imza atdığı hər uğur kollektiv üzvlərini ürəkdən sevindirir. Keçirilmiş sorğu əsasında orta bala görə ADU respublika ali məktəbləri arasında birinci yerə çıxmışdır.

  Yəni universiteti “Kamal Abdulla işğalı”ndan təmizləmək arzusu ilə yaşayan keçmiş dekan bunlardan tamam xəbərsizdir? Əslində o, bunları çox gözəl bilir, lakin indiki vəziyyətdə hadisələrin belə şərhi ona sərf etmədiyindən ümumiləşdirilmiş ifadələrlə (“yüzlərlə əməkdaş haqsız olaraq işdən çıxarlıb?”, “universitet Sovet dövrünün bürokratik vəziyyətini xatırladır?”, universitetdə xüsusi təzyiq altında formalaşan cəbhələr, qütbləşmələr” yaranıb və s.) insanları çaşdırmağa çalışır. Əslində nə baş verir? Hər bir normal müəssisədə rəhbər vəzifəyə yeni təyin olunmuş şəxs buradakı vəziyyətlə yaxından tanış olduqdan sonra mövcud nöqsanları diqqətlə araşdırıb, onların aradan qaldırılması üçün təsirli tədbirlər görür. Təbii ki, bu prosesdə hansısa kadrın iş yeri dəyişdirilə, kimsə vəzifəsindən uzaqlaşdırıla bilər. Bir qayda olaraq, həmin müəssisələrdə işləyən əməkdaşlar müəssisənin fəaliyyətinin qanunauyğun şəkildə qurulması məqsədilə həyata keçirilmiş bu  tədbirləri başa düşür və normal qarşılayırlar. Kiçik narazılıqlar olsa da tezliklə hər şey qaydaya düşür. Dillər Universitetində isə heç kəsin ağlına belə gəlməyən hadisələr baş verdi. Əvvəla, işlərində ciddi nöqsanlara yol vermiş (bu məqsədlə yaradılmış komissiyanın qərarı mövcuddur) Filologiya və Jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli işdən yox, Linqvokulturologiya kafedrasında dosent vəzifəsində saxlanılmaqla tutduğu dekan vəzifəsindən uzaqlaşdırıldı. Rektorun bu qərarının düzgün olduğunu Elmi Şuradan tutmuş ədalət məhkəmələrinə qədər hamı təsdiq etdi. Lakin bu qərarların heç biri ilə razılaşmayan V.Ağabəyli hamını rüşvətxorluqda, ədalətsizlikdə, yaltaqlıqda  təqsirləndirməyə başladı. Çox güman ki, həmin orqanlar əlində heç bir sübut olmadan ağlına gələn böhtanları sağa-sola səpələyən keçmiş dekanın xanımlığını və gəncliyini nəzərə alaraq atdığı böhtanlara ciddi yanaşıb, haqqında hər hansı bir tədbirin görülməsinə cəhd də etmədilər.  Məsələnin düzgün istiqamətdə getmədiyini görən universitetin ağsaqqalları, professor-müəllim heyəti bu xanıma müraciət edərək ona qətiyyən başucalığı gətirməyən şər-böhtanla nəyəsə nail olmaq cəhdinə son qoymağı məsləhət gördülər. Ömrünün 50 ildən çoxunu bu universitetdə keçirmiş, uzun illər burada prorektor, dekan işləmiş, 80-dən çox yaşı olan professor Gəray Yusifov onun qayğısına qalaraq məsləhət gördü ki:  “Ay qızım, bəlkə də nəvəm Vüsalə! Necə ki, cavansınız, belə böhtanatmanı, qarayaxmanı tərgidin! Bu sizi uçuruma aparır! Öz elmi səviyyənizi artırmaq, dünyagörüşünüzü genişləndirmək haqqında düşünün. Ucuz və primitiv hisslərdən uzaq olun! Öz əsəblərinizi qoruyun, başqalarının, xüsusilə də sizi əhatə edən insanların əsəblərinə hörmət edin!…O ki, qaldı mən sizin dedikləriniz haqqında nə düşünürəm? Bu belədir: nə üçün dekan olmaqda israrlısınız? Sizin bu vəzifədə nə marağınız var? Axı, müəllim kimi işinizi davam etdirirsiniz. Bu kollektivdə mən 9 rektorla işləmişəm. Akademik Kamal Abdulla onuncudur. Onun az müddətdə universitetimizin inkişafı naminə həyata keçirdiyi səmərəli tədbirlərə görə bütün “kollektiv, o cümlədən biz ağsaqqallar, onu çox istəyirik. Sizə də, Vüsalə xanım, ondan üzr istəməyi məsləhət bilirəm. Xeyir taparsınız”.

   Lakin bu səpgili heç bir məsləhət qəbul etməyən Vüsalə xanım “bəlkə də qaytardılar” arzusu ilə yaşayaraq ictimaiyyət arasında havadarlar tapmaq məqsədilə apardığı “mübarizənin” yönümünü dəyişməyi qərəra alır, “ay aman qoymayın, külli ixtiyar sahibi olan rektor zərif xanımı əzir”. Bunu yaxşı duyan tanınmış jurnalist, media eksperti Zeynal Məmmədli maraqlı nəticəyə gəlir: “Sanki qarşıdurmanın iştirakçıları zəif gənc qadın – keçmiş dekan və güclü, qüdrətli, həm də ağsaqqal bir kişidir – rektor. Belə yanaşmanın hədəfi aydındır: Olay nə olur-olsun, qoy güclü kişi və zəif-zərif qadın qarşıdurması kimi qavransın və oxucu qadının taleyinə acısın. Beləcə, adi bir olayı qalmaqala çevirib münaqişə təsəvvürü yaransın. Çox qeyri-peşəkar yanaşmadır, mentalitet özəlliklərimizdən də faydalanıb, duyğu istismarına yönəlib. Nəticədə olayın mahiyyəti ya arxa planda qalır, ya tam önəmsizləşir”.

  Tamamilə doğrudur. Məsələnin mahiyyətini dərindən bilməyən tanınmış ictimai-siyasi xadim İqbal Ağazadə də Zeynal Məmmədlinin nəzərdə tutduğu  həmin “zəif-güclü mübarizəsinin” ədalətli həll ounmasına öz münasibətini bildirərkən, istər-istəməz Vüsalə xanımın qurduğu oyunun təsirinə düşərək, münaqişənin həlli üçün ağlasığmayan təklif irəli sürür: “Siz haqlısınız, yoxsa Vüsalə xanım? Nədən ictimaiyyət, jurnalistlər qarşısında açıq bir dialoq təşkil etmirsiniz? Nədən o gənc xanımın səsini eşitmirsiniz?”

  Maraqlıdır, görəsən hörmətli İqbal müəllim rəhbərlik etdiyi “Ümid” partiyasının  üzvlərindən biri partiyanın nizamnaməsini pozaraq öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirmədiyi üçün cəzalandırdıqda və o şəxs partiya sədrini olmazın şər-böhtan atmaqla təhqir etdikdə və bunun müqabilində “məsələni ictimaiyyət qarşısında debat şəklində həll edin” deyilsəydi, o, bu təklifə necə baxardı? Axı, hörmətli İqbal müəllim, “Mən vəzifə davası etmirəm, haqqımı tələb edirəm” deyən Vüsalə xanım hardan bu qənaətə gəlib ki, dekan olmaq onun haqqıdır? Vəzifəsinin öhdəsindən gələ bilməyən heç kəsin vəzifə tutmaq haqqı yoxdur. Birdəfəlik bilmək lazımdır ki, heç bir vəzifə kiminsə haqqı deyil, o vəzifəni normal yerinə yetirən, vəzifə səlahiyyətlərini müvafiq qaydalara uyğun olaraq həyata keçirən, işində nöqsanlara yol verməyən insanların haqqıdır. Yəqin İqbal müəllim kimi, çox adamlar da bilmir ki, Vüsalə xanım heç də işdən çıxarılmayıb, Linqvokulturologiya kafedrasının dosenti vəzifəsində işləyir. Əgər buna işləyir demək olarsa. Kafedra ilə əlaqəni tamam kəsib, demək olar ki, işə gəlmir, heç kimlə hesablaşmır, “kimin hünəri var mənə söz desin, başına bir oyun açaram ki, anadan doğulduğuna peşman olar” fəlsəfəsi ilə yaşayan bu xanım bilmir ki, tez-tez sitat gətirdiyi Əmək Məcəlləsinin tələblərinə əsasən işçi üzrsüz olaraq bir gün işə gəlmədikdə işə götürən onunla bağladığı əmək müqaviləsini poza bilər? Kamal müəllim rektor təyin ediləndən sonra vəzifədən çıxarılanlardan biri də Ələddin müəllimdir, hörmətli Vüsalə xanım. Bunu da yıxaq Kamal müəllimin üstünə? Bununla əlaqədar saytlarda yazılan məlumatlara o, öz münasibətini Elmi Şurada bildirmişdir. Kamal müəllim indiyə qədər heç bir rektorun (təkcə bizim universitetin rektorlarını nəzərdə tutmuruq) həyata keçirmədiyi çoxlu sayda ilklərə imza atmışdır ki, kollektivin hər bir üzvü bununla qürur hissi duyur. Universitetin ağsaqqalları da əvvəllər belə lüzumsuz mübarizədən əl çəkməyinizi məsləhət görmüşdü, lakin siz bundan düzgün nəticə çıxarmadınız. Axı, biz sizin uğurlarınıza həmişə sevinmişik. Bir daha sizə müraciət edirik: sizə və kollektivimizə heç də başucalığı gətirməyən bu ərköyün inadınızdan əl çəkin, dünyanın ən şərəfli peşəsi olan müəllim olmağınızdan qürur duyun, çəkişmələrə son qoyaraq, yüksək səviyyəli kadrlar yetişdirilməsi prosesinə öz töhfənizi verin. Kollektivi daimi gərginlikdə saxlamaqdan əl çəkin.

Rektorun Sosial məsələlər üzrə müşaviri           Ələddin Əliyev

 Alman dilinin leksikologiyası və üslubiyyatı       Sərxan Abdullayev        

kafedrasının müdiri, professor

İngilis dilinin leksikologiyası və üslubiyyatı         Amil Cəfərov

kafedrasının müdiri, dosent

 İngilis dilinin qrammatikası kafedrasının müdiri, professo  Arif Hüseynov

 İngilis dilinin fonetikası kafedrasının     Fərman Zeynalov      

müdiri, professor

 Xarici dillərin metodikası kafedrasının dosenti    Gəray Yusifov

 Azərbaycan dilçiliyi kafedrasının professoru    Adil Babayev 

 Xarici dillər kafedrasının müdiri, dosent       Şaban Şabanov

 Tərcümə fakültəsi nəzdində Xarici dillər kafedrasının müdiri, dosent Salman Nuriyev  

loading...
loading...
“Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvlüyünə qəbul edildi
“Qanunvericilikdə nə göstərilirsə, metropoliten bunu qeyri-şərtsiz icra edir...”
Qurduğu sistemlə elektrik xərclərindən xilas oldu - MARAQLI
"Qəzetçinin əlinə mandat verməklə onu dəyişmirsən, yararlılıq imkanlarını böyüdürsən"
Hər gün bu kosmetik vasitədən istifadə edirsinizsə MÜTLƏQ OXUYUN
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Altı yaşlı uşaq beş gün anasının cansız bədəniylə bir evdə qaldı- FOTOLAR
Cəmiyyət
“Sonradan onun Rusiyada evli olduğu üzə çıxdı...”- O, qızlarımıza belə adamlarla evlənməyi məsləhət bilmədi...
Cəmiyyət
“Mən yaradıcı dostlarıma arzu etmirəm ki, onlar bu xəstəliyə tutulsunlar...”
Cəmiyyət
Payız mövsümünün ən çox yayılan infeksion xəstəliyi - Adenovirus konyuktiviti
Cəmiyyət
Vaqif Bayatlı yeni kitabını çapa hazırlayır- Həyat yoldaşından açıqlama...
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
“Putinin təbrik məktubundan sonra müxalif media əsas diqqətini Birinci xanıma yönəltdi...”
"Özləri buna inansaydılar, bizimlə birgə olmaq üçün çoxdan qaça-qaça yanımıza gəlmişdilər”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247