Xəbər lenti
25/08/2019 [18:45]:
Bu cür görüntülər uşaqlarda travmaya yol açır - DİQQƏT...
25/08/2019 [18:36]:
Zərifin təyyarəsi G7 sammitində: Gizli səfər?
25/08/2019 [18:34]:
Putin G7 sammitinə gedir
25/08/2019 [18:30]:
ABŞ məhkəməsi ermənilərin Türkiyəyə qarşı iddialarını rədd etdi
25/08/2019 [18:25]:
“Harada bir uğur, bir zəfər, bir nailiyyət var, orada…”
25/08/2019 [18:23]:
Yüzlərlə kiloqramlıq at havaya uçdu - İNANILMAZ...+ VİDEO
25/08/2019 [18:22]:
Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI
25/08/2019 [18:21]:
Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaratdı
25/08/2019 [18:17]:
5 general istefa verdi
25/08/2019 [18:16]:
Məşhur kinorejissorun intiharı - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib...
25/08/2019 [18:11]:
Malyorkada helikopterlə təyyarə toqquşdu, ən az beş nəfər öldü
25/08/2019 [18:08]:
İsmayıllıda yas zamanı evin döşəməsi çöküb, 6 nəfər xəsarət alıb - VİDEO
25/08/2019 [17:59]:
Hakimlər matça kabab sifariş verdilər - MARAQLI
25/08/2019 [17:30]:
Old Boy! – Qoca Oğlan
25/08/2019 [17:25]:
Asama bir ayda ikinci dəfə püskürdü
25/08/2019 [16:17]:
"Türkiyə o heykəlin götürülməsi ilə bağlı Ermənistana nota verməlidir" - QALMAQAL...
25/08/2019 [16:14]:
"Fənərbaxça"nın altı illik həsrəti sona çatdı
25/08/2019 [16:11]:
Məşhur rejissor faciəvi şəkildə öldü - FOTO
25/08/2019 [15:56]:
Ermənilər Azərbaycan səmasında 3-cü hava festivalı keçirdi – Bu dəfə qırıcılar qaldırılmadı...- FOTOLAR 
25/08/2019 [15:35]:
Qaraçuxurda uşaq bağçasında yanğın - FOTO/VİDEO
25/08/2019 [15:33]:
Krım sözünün yaranması və Krım türklərinin tarixçəsi
25/08/2019 [14:48]:
Erməni vandalizminin gerçək üzü: Heykəlin ayağının altında Talat Paşanın kəsilmiş başı...
25/08/2019 [14:05]:
Tələbə Fondunun yaradılması ilə bağlı Təşəbbüs Qrupu öz işinə başlayır
25/08/2019 [14:02]:
Renat Portuqaliyada debüt etdi
25/08/2019 [13:13]:
“Onlar məni ölkəmin parçalanmasına imza atmaq üçün dilə tutmaq istəyirdilər”
25/08/2019 [13:10]:
“Soruşun ki, yaşamaqdan yorulmamısan, ölmək istəmirsən ki?”
25/08/2019 [13:05]:
İranda soydaşlarımızın yaşadığı vilayətlərdə Azərbaycan dili tədris olunacaq
25/08/2019 [12:57]:
“Həyat prezidentlərdən daha sürətlə dəyişir”
25/08/2019 [12:49]:
65 yaşlı kişidən dəhşətli cinayət: arvadı və qızını güllələdi, sonra...
25/08/2019 [12:45]:
Qabil Hüseynlinin musiqiçi qızı: Mərhum pilot xanımı
25/08/2019 [12:43]:
Bakıda oğlan sevdiyi qıza etdiyi jestə görə döyüldü - VİDEO
25/08/2019 [12:39]:
"Hababam sınıfı"nın aktyoru öldü
25/08/2019 [12:16]:
Dünya futbolunda nadir hallarda rast gəlinəcək foto Türkiyədə çəkildi
25/08/2019 [12:10]:
Rəsmi Kreml Rusiyanın G8-ə dönüşünü şərh etdi
25/08/2019 [11:58]:
Tanınmamış Abxaziya prezidentini seçir
25/08/2019 [11:48]:
ABŞ-da sualtı kitabxana açılıb
25/08/2019 [11:45]:
Samira: "İbrətamiz həyat yaşayıram"
25/08/2019 [11:42]:
“Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı
25/08/2019 [11:37]:
"Qardaşımın o avtomobildən çıxması bir möcüzə idi"
25/08/2019 [11:24]:
"Putini gələn dəfə dəvət edəcəyik" - Tramp
25/08/2019 [11:23]:
Mariana Vasileva Beynəlxalq Gimnastika Federasiyası tərəfindən “əməkdar məşqçi” diplomu ilə təltif olunub
25/08/2019 [11:19]:
ABŞ astronavtı kosmik stansiyada bank oğurluğu edib
25/08/2019 [11:17]:
Oğuzda meşə yanğını: FHN təyyarə və iki helikopter göndərdi
25/08/2019 [10:50]:
Qubada dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırılıb
25/08/2019 [10:05]:
Qaxda yol polisi sürücülərə və sərnişinlərə sərin su paylayıb
25/08/2019 [10:02]:
Mövqelərimiz atəşə tutuldu
25/08/2019 [10:00]:
“Arzularınız içinizdə qaldı, ““Mammad Amin Resulzadeh” heç vaxt batmayacaq"
25/08/2019 [09:47]:
“Ciddi problemlərdən biri orta məktəblərin xarici dil tədrisinin heç də yüksək səviyyədə olmamasıdır”
25/08/2019 [09:34]:
Şimali Koreya yeni nəhəng raketi sınadı - FOTO
25/08/2019 [09:33]:
Azərbaycanlı gimnastdan Rusiyada növbəti çempionluq - FOTO
25/08/2019 [09:31]:
Conson sazişsiz “Brexit”ə görə Aİ-ə $ 37 milyard ödəməyəcəyini vəd etdi
25/08/2019 [09:29]:
Rusiyada “An-2”ni əvəz edən yeni təyyarə yaradılacaq
25/08/2019 [09:19]:
Stalinin də yatdığı Bayıl həbsxanası: "ölüm korpusu"ndan qaçış, tualetsiz kameralar...
25/08/2019 [08:48]:
Bakı-Quba yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var
25/08/2019 [08:46]:
Bakıda gənc oğlana iki bıçaq xəsarəti yetirildi
25/08/2019 [07:35]:
Azərbaycan adından texniki yardım və qrant alan qurumlar hesabat verəcək
25/08/2019 [07:33]:
Dövlət İqtisad Universitetinin Nizamnaməsi təsdiq edildi
25/08/2019 [07:11]:
“G7” liderləri Rusiyanın iştirakı ilə “G8”-ə qayıtmağı müzakirə etdilər
25/08/2019 [07:08]:
ABŞ-da ildırımdan 6 nəfər xəsarət aldı
25/08/2019 [07:07]:
İki gündə Braziliyadakı meşə yanğınlarının sayı 1,5 min dəfədən çox artdı
25/08/2019 [07:03]:
“Böyük yeddilik” İranla bağlı qərar verdi
25/08/2019 [00:43]:
“Liverpul” “Arsenal”ı məğlub etdi
25/08/2019 [00:40]:
Sumqayıtda şadlıq sarayında baş vermiş yanğın söndürüldü
25/08/2019 [00:37]:
Azərbaycanlı bloger Rusiyada saxlanıldı
24/08/2019 [23:44]:
27-ci komissar necə sağ qaldı? - "Anastas, bizi bu sirri açmağa məcbur etmə...”
24/08/2019 [23:41]:
81 yaşlı kral ürəyindən əməliyyat olundu
24/08/2019 [23:39]:
Allahverdi Yolçuyev: "Xəstəliyimin müalicəsi Türkiyədədir"
24/08/2019 [22:57]:
“Əcnəbi tələbələrin müharibədən zərər çəkən bölgələrə səfərlərini faydalı hesab edirəm”
24/08/2019 [22:55]:
Oğuzda meşə massivi yanır - Foto/Video
24/08/2019 [22:45]:
Atası yatan körpəyə baxdı, nə baş verdiyini görəndə kameraya çəkdi - MARAQLI + VİDEO
24/08/2019 [22:34]:
Hovuzlu "Ciyar axşamı"nın ilginc təfərrüatları bəlli oldu - VİDEO
24/08/2019 [22:14]:
“Ön xətdə bu cür səfərlər jurnalistlər üçün həm də bir təhsildir”
24/08/2019 [22:13]:
Sumqayıtda şadlıq sarayı yanır - VİDEO
24/08/2019 [22:08]:
Ruhani rialdan 4 sıfırı silmək istəyir
24/08/2019 [21:56]:
Nura Suri təltif edildi - FOTO
24/08/2019 [21:55]:
"AZAL"ın keçmiş prezidenti: “"MiQ 29" təyyarəsinin vurulma ehtimalı var”
24/08/2019 [21:54]:
Restoranların ən çox pul qazandığı rayonlar
24/08/2019 [21:53]:
Çin qeyri-adi gəmisini dünyaya tanıtdı - FOTO
24/08/2019 [21:43]:
Ağstafada 17 yaşlı qızı maşın vurdu
24/08/2019 [21:18]:
Gecə klubunda 52 nəfər saxlanıldı
Bütün arxiv bir sırada
18/07/2019 [12:08] - Müsahibə - ( 920 dəfə baxılıb)

Kamal Abdulla: “ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir”



Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla müsahibə verib. 

 

Moderator.az-a  həmin müsahibəni təqdim edir:

 

˗ Kamal müəllim, artıq yay imtahanları sona çatdı. İmtahanların nəticəsini və ümumiyyətlə, tədris ilinin sonunu necə qiymətləndirmək olar? 

 

- İmtahanların nəticəsi müsbət oldu və sessiya zamanı universitetin bütün əməkdaşları - müəllimlərdən başlamış tələbələrə qədər hamı çox ciddi şəkildə bu prosesə yanaşdılar. Üç dəfə mediatur keçirildi. Jurnalistlər və ictimaiyyət nümayəndələri imtahanların gedişatında bilavasitə iştirak etdilər. Onların da münasibəti müsbət oldu. Sessiya müddətində bizim əsas yeniliklərimizdən biri o oldu ki, heç bir imtahanı valideynlərin iştirakı olmadan keçirmədik. Bu o demək deyil ki, imtahanda bütün qrupun valideynləri iştirak edirlər. Bir, yaxud iki valideynin iştirakı kifayət edir. Ona görə də valideyn öz övladının imtahan prosesində hansı nəticələri göstərdiyini bilməlidir. Nəticədən əlavə, onun prosesi izləmək imkanı da olmalıdır. Bundan başqa, imtahanlarla bağlı bizim qaynar xəttimiz var idi, müraciətlər gəlirdi, biz onları operativ şəkildə həll edirdik. Kiminsə balı çatmırdı, apellyasiya vasitəsilə qiymətini qaldırmağa çalışırdı. Bütün tələbələrə müvafiq şərait yaradıldı və imtahanlar şəffaf şəkildə keçirildi. 

 

˗  Yeni tədris ilində ADU tələbələrini hansı yeniliklər gözləyir? 

 

- Bilirsinizmi, bizim çox maraqlı planlarımız var. Ən vacib məsələlərdən biri, Azərbaycan Dillər Universitetində klassik dillər mərkəzinin yaradılmasıdır. Klassik dillər dedikdə, bu, filologiyanın çox böyük məsələsidir. Bu dillərə ilk növbədə latın dili, qədim yunan dili, sanksrit daxildir. Bundan başqa qədim pəhləvi dili, qədim Çin dili də var. Bu dilləri öyrənmədən, bilmədən, onlar haqqında təsəvvürə malik olmadan müasir filologiyanın sirlərinə bələd ola bilməzsən. Filologiya klassik dillərin tədrisi olmadan tam və bütöv şəkildə filologiya ola bilməz. Bu mənada universitetimizdə hələlik üç dillə klassik dillərin öyrədilməsinə başlamaq niyyətindəyik. Əsas məsələ odur ki, biz təkcə bu dilləri öyrənməyəcəyik, bu dillərin özü ilə gətirdiyi mədəniyyətləri öyrənəcəyik. Ona görə də bu dilləri tədris edən mütəxəssislərin hərtərəfli formalaşmış mütəxəssislər olmasına ehtiyac var. Müxtəlif ölkələr, onların universitetləri ilə, o ölkələrin bizdəki səfirləri ilə artıq danışıqlar aparmışıq. Hindistan, İtaliya, Rumıniya, Yunanıstan səfirləri bizə bu istiqamətdə kömək etməyə söz veriblər. Bu ölkələrin universitetlərində qeyd etdiyim dillərin mütəxəssisləri var. Mən inanıram ki, ADU masştabında ölkəmizdə ilk dəfə olaraq klassik dillər mərkəzini aça biləcəyik. Bu, Azərbaycan filologiyasına bütövlükdə çox böyük xidmət olacaqdır. 

Daha hansı yeniliklər ola bilər? Əlbəttə ki, müəllimlərimiz yenə də stajartırmaya gedəcəklər. Biz stajartırmanın marşrutlarını da müəyyənləşdirmişik. Bunlar yenə də bizim xaricdəki partnyor universitetlər olacaq. Eyni zamanda, ən vacib məsələlərdən biri də budur ki, biz təkcə özümüzdən başqa yerə stajartırmaya müəllim göndərməyəcəyik. Biz başqa yerlərdən də stajartırmaya müəllimlər qəbul edəcəyik. Keçən il biz bunun əsasını, rüşeymini qoyduq. Biz Azərbaycan, ingilis, fransız dillərinin tədrisi istiqamətində xaricdən gələnləri qəbul edəcəyik. Artıq ABŞ-dan amerikalı tələbələr gəliblər, bizim universitetdə türk və Azərbaycan dillərini öyrənirlər. Bu layihə çoxdan var idi və indi də davam edir. Bir sözlə, ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir.

 

˗  Universitet dərslərin başlanmasına necə hazırlaşır? 

 

- Əlbəttə ki, problemlər var. Bu problemlər, ilk növbədə bizim kitabxanamızla bağlıdır. Kitabxanın elektron bazası artıq başa çatıb, lakin yerləşdiyi şərait bizi qane edə bilməz. Bu məsələni dəfələrlə rektorluqda və başqa müşavirələrdə  qeyd etmişik. Yayda kitabxanamızın bəzi yerlərini mütləq təmir etməliyik və onun yerinin dəyişdirilməsi ilə bağlı ciddi düşünməliyik. Teatr qarderobdan başlayan kimi, universitet də kitabxanadan başlayır. Ona görə də biz ən böyük diqqəti kitabxanamıza verməliyik. Faktiki olaraq, son vaxtlar tələbələrin kitabla ünsiyyətini yaxşılaşdırmaq, onu normal müstəviyə gətirmək üçün az iş görməmişik. Universitetin əsas binasında kitabxana yox idi və kitabxana o biri tədris binasında idi. Tələbələrimiz digər korpusa kitab üçün yol ölçürdülər. İndi onlar kitabı sifariş edirlər, kitab bura gətirilir. Bu xəttimiz davam edəcək. İkinci də odur ki, birinci kurs tələbələrimizə kitablara ödədikləri məbləği təqdim etdikləri qəbzlər müqabilində qaytarırıq. Bu proses artıq başlanıb və birinci kurs tələbələrimizə öz şəxsi kitabxanalarını formalaşdırmaq imkanı verir. 

Yeni tədris ilinə tədris boyunca hazırlaşmaq lazımdır. Biz təcrübəmizin marşrutunu və coğrafiyasını genişləndirəcəyik. Bizim universitetimizin artıq daim əlaqədə olduğu qaçqın və məcburi köçkün məktəbləri var ki, tələbələrimiz orada pedaqoji təcrübə, eyni zamanda başqa rayonlarımız, şəhərlərimizdə istehsalat təcrübəsi keçirlər. Hər iki istiqamətdə əlaqələrimiz müsbət nəticələr verir. Həmin məktəblərin direktorları, müəllimləri, şagirdləri tez-tez universitetimizə gəlirlər, universitetimizin kafedra müdirləri, müəllimləri o məktəblərə gedirlər. Bu ünsiyyətin xeyri təkcə pedaqoji müstəvidə deyil, bu ünsiyyətin faydası eyni zamanda ictimai-siyasi müstəvidə də özünü göstərir.

 

˗  Bir neçə gündən sonra ali məktəblərə qəbulun nəticələri açıqlanacaq. Abituriyentlər ADU-nu hansı üstünlüklərə görə seçməlidirlər?  

 

- Bu gün ADU gənclər üçün çox maraqlı və faydalı imkanlar aça bilir. Bizim universiteti bitirən tələbələrin çox geniş perspektivləri var. Məndən bir dəfə soruşdular ki, sizin universiteti bitirən məzunlar harada işləyə bilər, hansı vəzifəyə kimi ucala bilər? Cavab belə oldu: baş nazirə qədər. Çünki Azərbaycanın bugünkü Baş naziri bizim universitetin məzunu və uzun illər burada müəllim, kafedra müəllimi kimi çalışmış şəxsdir. Bundan əlavə, bizim çoxlu sayda səfirlərimiz var – “Məzunlar Assosiasiyası”nın üzvləri olan və xarici ölkələrdə çalışan səfirlərimiz. Xarici İşlər Nazirliyində çalışan məzunlarımız var. Azərbaycanın istənilən infrastrukturunda işləyən məzunlarımız var ki, onlar bu gün də universitetlə əlaqələrini kəsməyiblər. Ona görə də biz tələbələrə güclü elmi və mənəvi bünövrə vermək istəyirik. Bu, təkcə ingilis, alman, fransız dillərinin praktik bünövrəsi deyil. Bu, həmin dillərin arxasında duran mədəniyyətin, tarixin, ədəbiyyatın, psixologiyanın da öyrənilməsi deməkdir. Mənə elə gəlir ki, bu istiqamətdə bir gənc bizim universiteti seçərsə, onun dünyaya baxışı, Azərbaycanın dünya kontekstindəki təsəvvürü daha da möhkəmlənəcək. O, öz peşə fəaliyyətini bizim paytaxtımızda, müxtəlif kəndlərimiz, rayonlarımız, şəhərlərimizdə müəllim kimi, eyni zamanda idarə və təşkilatlarda mütəxəssis kimi həmən mədəniyyətlərin, dillərin, ədəbiyyatların daşıyıcısı olan peşəkar kimi davam etdirə biləcək. Əlbəttə ki, gəncləri daha sonra magistratura, doktorantura, xarici ölkələrdə müxtəlif təhsil formaları, müxtəlif layihələrdə iştirak gözləyir. Universitetimizdə müxtəlif xarici ölkələrin dil və mədəniyyət mərkəzləri var. Gəncləri o mərkəzlərlə yaxından təmas gözləyir. Azərbaycan Dillər Universiteti dünya ilə təmasın, dünyaya baxışın böyük bir vasitəsidir. Eyni zamanda bu universitet öz qapılarını yalnız burada təhsil alan tələbələr üçün deyil, həmçinin Azərbaycanın hər bir vətəndaşı üçün açır. Bizim müxtəlif qurumlarımız var ki, həmin tədris etdiyimiz fənləri vətəndaşlar üçün ödənişli və ya başqa formalarda həyata keçirə bilir. 

 

˗  Ötən il Azərbaycan Dillər Universitetinə qəbul faizi yüksək olmuşdu. Bu il üçün gözləntiniz necədir? 

 

- Ötən il, əlbəttə, qəbul yüksək faizlə olmuşdu. Bizim universitetə qəbul olunan tələbələr orta balına görə ölkə universitetləri arasında birinci yerdə oldu. Bu il də ümidimiz elədir ki, qəbul planımız kifayət qədər dolğun olacaq və əlbəttə, qəbulun nəticələri bizim müəllimlərimizin, işçilərimizin əmək rejiminə təsir etməyəcəkdir. Ümid edirik ki, bu il qismən də olsa, qəbul planını dolduracağıq. Söhbət ondan gedir ki, universitetimizin beynəlxalq imici, müxtəlif ölkələrdə olan mədəniyyət mərkəzlərimiz, məsələn, Serbiya Prezidentinin universitetimizə gəlməsi və şəxsən serb dili və mədəniyyəti mərkəzini açması universitetin prestijindən xəbər verir. Burada fəaliyyət göstərən 20-ə yaxın dil və mədəniyyət mərkəzlərinin işi, həmin mərkəzlərə rəsmi şəxslərin gəlməsi, öz hörmət və ehtiramlarını bildirməsi artıq Dillər Universitetinin nüfuzundan xəbər verir. Bu istiqamətdə işlərimiz, yəqin ki, bir az da genişlənəcəkdir. Güman edirəm ki, bundan sonra da yeni mədəniyyət mərkəzləri açacağıq. 

 

 ˗  Keçmiş dekan Vüsalə Ağabəyli universitetin adını mətbuatda yenə hallandırır. Belə iddialar irəli sürür ki, siz haqsız və ədalətsiz olaraq Vüsalə Ağabəylini işdən çıxarmısınız. Bu haqda nə deyə bilərsiniz? 

 

- Məni tanıyanlar da, ola bilər, tanımayanlar da bilirlər və bilməlidirlər ki, mən heç zaman haqsız və ədalətsiz  qərarlar çıxarmıram. Bütün qərarların əsasında ölkənin təhsillə bağlı normativ qanunları və universitetdaxili iş rejimi durur. Ona görə də haqsız və ədalətsiz olaraq kimisə işdən çıxarmaqdan söhbət gedə bilməz. Adını çəkdiyiniz o şəxs  vəzifədən çıxarılıb, işdən çıxarılmayıb. Bu, başqa-başqa məsələlərdir. Dekan kimi o, məni qane etmirdi. Mən rektoram və bu dekanı dəyişməyi iki il bundan qabaq etməliydim və eləyə də bilərdim. Çünki mən, əlbəttə ki, öz seçdiyim, xasiyyətinə, işgüzarlığına, peşəkarlığına bələd olduğum insanlarla işləməli idim. Mən bu dekanlara bir müddət baxdım, iş üsullarına bələd oldum, bəziləri ilə işimi davam etdirmək istədim, bəziləri ilə davam etdirmək istəmədim. Nəyə görə istəmədim, onun da öz səbəbləri var. Heç kimə haqsızlıq, ədalətsizlik edilməyib. Söhbət işdən çıxmaqdan getmir. Həmin şəxs bu gün də bizdə 0.5  ştatlı müəllimdir. Əgər imkan olarsa, istəyərsə, tam ştata da keçə bilər. Qarşısında heç bir süni əngəl görməyəcək. Bu yaxınlarda onunla bağlı dosent adının vəsatətini Ali Attestasiya Komissiyası qarşısında şəxsən mən qaldırmışam və o, dosent adını alıb. Əgər burada şəxsiqərəzlikdən söhbət getsəydi, mən onun sənədlərini göndərməkdən imtina edərdim və yaxud hər hansı bir bəhanə ilə göndərməzdim. Əslində, o, dekan seçiləndə dosent olmalıydı, indi dosent olur. Bunu özü ciddi pozuntudur. Mətləbə qayıdaq. İnsanları bu gün çaşdırmaq istəyirlər. Söhbət ondan gedir ki, işdən çıxmaqla, vəzifədən çıxmaq eyni şey deyil. Sadəcə, anlamaq lazımdır: rektor bu dekanla işləmək istəmir. “Nəyə görə?” sualını versəniz, deyərəm ki, bu mənim haqqımdır və o adam mənim etimadımı itirib! Lazım bildiyim şəkildə peşəkarlığını nümayiş etdirə bilmədiyinə görə, iş rejiminə doğru-dürüst əməl etmədiyinə görə, tələbələrlə, müəllimlərlə qeyri-obyektiv münasibətinə görə vəzifəsindən azad olunub. Ona töhmət veriləndən sonra özünü Elmi Şurada, universitet daxilində son dərəcə etikadan kənar aparıb. Elmi Şura üzvlərinin yanında, hamının qarşısında elan edib ki, burada müdafiə olunan işlərin 80 faizi pulla müdafiə olunub, mən belə müdafiə edənlərdən deyiləm. Bu nə deməkdir? Bu, bütün Müdafiə Şurasını ciddi şəkildə təhqir etmək deməkdir. Və əlbəttə, müdafiə şurasının üzvlərinin hamısı mənə müraciət etdi ki, bizi bu böhtandan, bu şərdən xilas edin, bu adama qarşı tədbir görün. Ondan başqa onun işdən çıxarılmağının başqa səbəbləri də var. Tədris işləri üzrə prorektorun, Həmkarlar İttifaqı Komitəsinin, Müdafiə Şurasının bütün üzvlərinin, Universitet ağsaqqallarının konkret  olaraq təqdimatları var. Nəhayət, Münaqişə Komissiyasında qərara gəliblər ki, bu adamın işdən çıxarılması son dərəcə vacib və qanunauyğun bir haldır. Bu adam dekan kimi işləyə bilməz. Bu sayılanlardan bircəciyi kifayət idi ki, bu adam dərhal vəzifəsindən azad ediləydi.

 

˗  Bu gün ADU-da ona qarşı hansısa təzyiq və haqsızlıq varmı? 

 

- Bayaq dediyim kimi, ona qarşı haqsızlıq, təzyiq bu gün olsaydı, onun sənədləri Ali Attestasiya Komissiyasına getməzdi, hər hansı bir məsələ ilə bağlı müraciətinə baxılmazdı. Halbuki, həmin müraciətlərin hamısı imzalanıb. Mən rəsmi şəkildə deyirəm: Bu adama qarşı heç bir təzyiq, haqsızlıq yoxdur. Əgər onun təhqir etdiyi, ləyaqətini alçaltdığı adamlar bu gün ona qarşı münasibətlərini adekvat qururlarsa, onun günahı artıq məndə deyil. 

 

˗  Vüsalə Ağabəylinin dekanlıqdan kənarlaşdırılmasının səbəbi nə oldu?

 

- Səbəb – verilən tapşırıqlara doğru, düzgün əməl etməməsi, konkret olaraq, tədrisin əsas bel sütunlarından sayıla bilən açıq dərs sistemi ideyasını ləkələməsi, yuxarıda sadalanan müraciət və təqdimatlar, nəhayət, rektorun etimadını itirməsi! Açıq dərs keçirilərkən dekan 80 saatlıq dərsdə 10 dəqiqə oturub, onun haqqında məlumat verə bilməz. Eyni zamanda, həmin məlumatı açıq dərsi keçən müəllimin iştirakı olmadan da ortaya qoya bilməz. Bu halın ikisi də baş vermişdi və həmin müəllim də şikayət etmişdi. İndi isə hər yerdə vurğulanır ki, o, mənim dostumun qızıdır. Bəli dostumun qızıdır, burada olan hamının dostunun qızıdır. Hamı onu dostunun qızı hesab edir. Bizim görkəmli filoloqumuz, siyasətçimiz, tərcüməçimiz professor Çərkəz Qurbanlının qızıdır. Amma bunun məsələyə dəxli yoxdur. Söhbət açıq dərs ideyasının dağıdılmasından gedir. Açıq dərs ideyasını bu cür dağıtmaq olmaz. Deyilir ki, bu dərs ingilis dilində olmalıydı. Xeyr, jurnalistika dərsi ingilis dilində deyil, Azərbaycan dilində olmalıdır. Hansı dildə olmasını rektor, Elmi Şuranın qərarı müəyyənləşdirir. İngilis dilində olması üçün əvvəlcə müvafiq bazanı hazırlamaq lazımdır. Bunlar mürəkkəb məsələlərdir. Amma dekan yenə də bu səbəbdən işdən uzaqlaşdırılmadı, o, sadəcə, töhmət aldı. Bir müddət dekan kimi fəaliyyətini davam etdirdi. Lakin onun tərəfindən atılan böhtanlar, hədyan sözlər, onillərlə universitetdə çalışan, onun özünə dərs deyən şəxsləri ittiham etməsi, onlara qarşı haqsız iradlar və tələblər irəli sürməsi insanların səbr kasasını doldurdu, bütün bunlara işə davamiyyətsizliyi də əlavə olundu və nəhayət, dekanlıqdan çıxarılma əmri imzalandı. Yenə deyirəm, əmri imzalayan mənəm, amma bu gün o təqdimatı verən adamlar nədənsə yada düşmür. Mən o əmri imzlamasaydım, gərək məni məhkəməyə verərdilər ki, bizim yazdığımız müraciət niyə imzalanmayıb. Deyə bilərlər ki, onları mən öyrədirəm. Mən nə qədər adamı öyrədə bilərəm? Bu qədər adamı öyrətmək olar?! Bütün Elmi Şura üzvləri ciddi alimlərdir. Bu xanımın özü niyə əvvəlcədən bu haqsızlıqlara, əgər onlar vardısa, susurdu? Onu da mən susdururdum? Mənim yanıma gəlib tənqid və təkliflə çıxış etməsinə nə zaman etiraz etdim? Bilirsiniz, bunlar gülməli məsələlərdir. Mən artıq buna bir komediya obyekti kimi baxıram. Qaldırılan iddialar öz ciddiliyini çoxdan itirib. Kimsə deyir ki, mən ictimai debata çıxmalıyam. Mən niyə debata çıxmalıyam? Mən öz fikirlərimi bir neçə ay bundan qabaq demişəm, dediklərim universitet saytında olduğu kimi yerləşdirilib. Həmin xanımın tənqidi iddialarına, təkliflərinə haqlı iradları da olduğu kimi bizim saytda yerləşdiriblər. Bizim universitetin saytında  həmin məsələlər, bütün sənədlər - işdən çıxarılma aktı, işdən çıxarılmanın təqdimatları öz əksini tapıb. İstəyən kəs sayta daxil olub baxa bilər. Mən hər dəfə buna cavab verməliyəm? Xeyr. Cavab bir dəfə verilir. Mən heç kimlə müzakirə açmaq niyyətində deyiləm. Mən bura rektor təyin olunmuşam və rektor kimi kiminlə işləmək istədiyimi özüm seçirəm. O cümlədən, dekanla. Bu dekanla mən işləmək istəmirəm. Məni onunla işləməyə məcbur edəcəklər? Mən onun iş üsulunu, iş prinsipini, işə münasibətini bəyənmirəm. O, mənim etimadımı itirib. Mən əgər ona qarşı hər hansı bir şəxsiqərəzlik mövqeyi tutsaydım, onu müəllimlik fəaliyyətindən də dərhal azad edərdim. O zaman məni məhkəməyə verə bilərdi. İndi məni məhkəməyə verib ki, onu dekanlıqdan çıxarmışam. Absurd və gülməli iddiadır. Bəli, onunla işləmək istəmirəm. 

 

˗  Sonuncu dəfə həm maaşı tutulub, həm töhmət alıb. Bunu necə izah edə bilərsiniz?

 

- Bəli, ona yenə töhmət verilib, çünki bir ay boyunca işə gəlməyib. Onun işə gəlməməyini təsdiq edən sənədlər, aktlaşdırmalar var. Söhbət ondan gedir ki, bizim universitetdə çoxdan həyata keçirilməli olan proses, təəssüf ki, bu gün həyata keçirilir. Bu proses ondan ibarətdir ki, işçilər işdə davamiyyətlərini kartı sistemə daxil etməklə sübut etməlidir. Birincisi, bu, ümumi universitet camiəsinin təhlükəsizliyi baxımından tətbiq olunur. İkincisi, məsuliyyətin artırılmasıdır. Çox səhv və yanlış, qorxulu və təhlükəli bir məqam var. Bu gün bəzi müəllimlər elə hesab edir ki, universitetdə dərsini keçib evinə (bəziləri də yalandan kitabxanaya deyir) getməlidir. Bu, yanlış və hətta gülməli düşüncədir. Təhsildən xəbəri olmayan adamların iddiasıdır. Müəllim işə gəlirsə, onun dərsdən əlavə konsultasiyaları olmalıdır, bundan başqa universitetdə həyata keçiriləsi ictimai-siyasi fəaliyyət var. Müəllimin borcu dərs keçmək və həmin müddətdən sonra yenidən kafedraya qayıtmaqdır. Yəni, iş günü ancaq dərslə məhdudlaşmır. Bu bəhanələri biz yaxşı bilirik. İş qrafikini mən yox, Azərbaycan Respublikasının Nazirlər Kabineti təyin edir. Əgər iradları varsa, oraya müraciət etsinlər. Mən hökumətin, dövlətin mənim qarşımda qoyduğu tələbi yerinə yetirirəm. Konkret təhsil haqqında sənədlər var. Həmin sənədlərə əsasən, işdə olmayan şəxslər haqqında konkret cəza tədbiri görülməlidir. İşə gəlməyənin cəzası maliyyə cəzasıdır, onun maaşının tutulmasıdır. Bəs rektorun münasibəti? Rektor da bu halda töhmət verməlidir. Əslində, bir gün işə gəlməyəni işdən çıxarmaq lazımdır. Mən isə qanunu pozmuşam, bir ay işə gəlməyənə töhmət vermişəm. Gələn səfər qanunu pozmayacağam, bəri başdan deyirəm. Töhmət və maaşdan tutulma başqa-başqa müstəvilərdədir. Mən işçinin davamiyyətsizliyinə görə iki dəfə məhz eyni töhməti verə bilmərəm. Onun maaşından tutulması isə avtomatik olan şeydir. Bu, cəza tədbiri deyil. Sən nə qədər işə gəlmisənsə, yalnız həmin günlərin pulunu alacaqsan. Bununla bağlı müqaviləyə imza atmısan. Eyni zamanda, mənim rektor kimi buna münasibətim olmalıdır. O münasibət də töhmətlə bağlıdır. Elmi Şuranın qərarı var. Üç günə qədər işə gəlməyənə xəbərdarlıq edirik, üç gündən çox işə gəlməyənə töhmət elan olunur. Bu adam bir ayda bir gün işə gəlməklə həmin bir günün maaşını alıb. Çünki kartı bir gün sistemə daxil edib. Kartının işləmədiyini iddia edir. Bu məsələni də araşdırıb, nəticəni olduğu kimi özünə bildirəcəklər. Kartının işləmədiyinə inanmıram. Ola bilər ki, inandırsın. Bu isə artıq əlaqədar şöbələrin işidir. Bunun Elmi Şuranın qərarı olduğunu deyəndə bir hüquqşünas mənim özümə töhmət verilməli olduğunu söylədi. Çünki hökumətin qanunu var. Bir gün işə gəlməyəni işdən çıxarmaq lazımdır. Bir ay işə gəlməyəni mən saxlamışamsa, deməli, mən özüm qanun pozuntusuna yol vermişəm. 

 

˗  Müəllim və tələbələrin hadisəyə münasibəti necədir? 

 

- Müəllim və tələbələrin bu hadisəyə münasibəti son dərəcə obyektivdir. Bu gün həmin dekanlığın fəaliyyəti yoluna düşüb. Ora son dərəcə hörmətli, ləyaqətli bir şəxs rəhbərlik edir. Bu, professor Şahin Xəlillidir. Fakültənin işlərində qarışıqlıq, sahmansızlıq var idi. Mən bunu görüb o vaxtlar da deyirdim, amma hər şey olduğu kimi qalırdı. Bütün bunlar artıq aradan götürülüb və elə güman edirəm ki, fakültə də, Elmi Şura üzvləri də,  tələbələr də son dərəcədə razıdırlar. Bilirsiniz, heç bir dəfə də heç bir tələbə mənim yanıma gəlmədi ki, bizim dekanı niyə çıxardınız? Hətta mən həmin fakültənin tələbələri ilə görüşdüm, məsələni onlarla danışdım, hamısı axırda əl çaldı. Mən sizə başqa bir faktı deyim. ADU-da Tərcümə fakültəsinin dekanını başqa yerə keçirmək istəyirdik. Tələbələr mənimlə görüşdülər, buna razı olmadıqlarını dedilər. Mən onların sözünü dinlədim. Həmin xanım bu gün də həmin fakültədə dekan kimi fəaliyyətini davam etdirir. Dekana olan sevgi budur. Bu biri dekan isə çoxdan yaddan çıxıb. O, indi özünü müxtəlif gülməli və acı məqamlarla yada salmaq istəyir. Hər adam özünü bir cür yada salır. 

 

˗ Siz Vüsalə Ağabəyli ilə niyə işləmək istəmirsiniz? 

 

- Onun iş prinsipi ilə mənim iş prinsipim üst-üstə düşmür. Mən iş, işgüzarlıq, elm, insanlıq barəsində tamamilə başqa təsəvvürlərə malikəm. Bu gün ADU-nun mənəvi elmi iqlimi yüksək səviyyədədir. Yəni, hər halda əvvəlkindən yüksək səviyyədədir.  İki il bundan qabaq tələbələrin müxtəlif iddiaları var idi, tələbələr üsyan edirdilər. Mən bura gələndə tələbələr universitetin qabağında durmuşdular, onların qarşısına çıxmağa universitetdən bir adam cəsarət etmirdi. Hazırki Təhsil naziri Ceyhun Bayramov özü gəldi, həmin tələbələrlə söhbət etdi. Bu gün həmin tələbələr auditoriyalarda, dərs otaqlarında, kitabxanalarda və universitetin dil və mədəniyyət mərkəzlərindədirlər. Universitet o tələbələri mənəvi dayaq nöqtəsi kimi ətrafına yığıb. Siz görərdiniz, məzun günündə tələbələr burada necə oxuyurdular, şənlənirdilər, universitetdən ayrılmaq istəmirdilər.  

 

˗  Oxuculara sözünüz... 

 

- Oxuculara arzu edərdim ki, həqiqəti axıra qədər öyrənib sonra qərar versinlər.  Hər adamın öz baxış bucağı (ciddi, ya da qeyri-ciddi) ola bilər, həqiqət isə birdir. 

 

loading...
loading...
Bu cür görüntülər uşaqlarda travmaya yol açır - DİQQƏT...
Yüzlərlə kiloqramlıq at havaya uçdu - İNANILMAZ...+ VİDEO
Hakimlər matça kabab sifariş verdilər - MARAQLI
Stalinin də yatdığı Bayıl həbsxanası: "ölüm korpusu"ndan qaçış, tualetsiz kameralar...
65 yaşlı qadın 19 ildir ümumi tualetdə yaşayır - FOTO
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Onlar məni ölkəmin parçalanmasına imza atmaq üçün dilə tutmaq istəyirdilər”
Hadisə
Atası yatan körpəyə baxdı, nə baş verdiyini görəndə kameraya çəkdi - MARAQLI + VİDEO
Hadisə
Hovuzlu "Ciyar axşamı"nın ilginc təfərrüatları bəlli oldu - VİDEO
Cəmiyyət
Uşağa bu meyvəni 1 ədəddən çox vermək olmaz - Moskvanın baş pediatrından tövsiyyə...
Cəmiyyət
“Dünyanın hər yerində Sabirlə bağlı məlumatları əldə etmək mümkün olacaq...”
Həftənin ən çox oxunanları
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
İki əmioğlu 24 yaşlı qızı bağ evinə apardılar - Soyundurub 4 saat...
Bakıda fahişəxanadan gizli çəkiliş: Qiymət 50 manat - VIDEO
Müdafiə Nazirliyində həbslər başladı: Külli miqdarda rüşvət və korrupsiyaya görə...
Anasına yataq otağından selfi göndərən qız biabır oldu - İntim aləti yaddan çıxarıb - FOTO
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
"Ürəyim sıxılan kimi ərim ilə sevişirəm" deyən model çılpaq halda... -FOTO
"Ağrısı, acısı ürək dağlayan bir ailənin başçısını niyə durmadan təhqir edirsiniz?"
Cazibədar taekvandoçu paylaşımları ilə diqqət mərkəzində - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)