Xəbər lenti
23/08/2019 [21:49]:
Milyarder Devid Koç 79 yaşında vəfat edib
23/08/2019 [21:46]:
Əli Əhmədov: “Azərbaycanın güclənməsini gözü götürməyən dairələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparır”
23/08/2019 [21:43]:
“Ədəbiyyatımız düşmənlə mübarizənin metodlarını, texnikasını öyrənməlidir”
23/08/2019 [21:34]:
Gəncədə mikroavtobus sürücüsü qəza törədib - FOTO
23/08/2019 [21:13]:
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
23/08/2019 [20:50]:
Sevda boşandığı ərinin qadağalarından danışdı
23/08/2019 [20:47]:
Cəlilabadda iki avtomobil toqquşdu
23/08/2019 [20:44]:
Ruslar Ceki Çan və Şvartseneggeri məhkəməyə verir
23/08/2019 [20:41]:
Səfir: "İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
23/08/2019 [20:22]:
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI
23/08/2019 [20:19]:
Qadın voleybolçularımızdan qələbə
23/08/2019 [20:10]:
Qəbələdə yanğının söndürülməsinə daha bir helikopter cəlb olunub - YENİLƏNİB
23/08/2019 [19:41]:
“On dəqiqə keçmədi ki, ermənilər canlarını qurtarmaq üçün qaçmağa başladılar...” 
23/08/2019 [19:37]:
"Rusiya MiQ-29-un "quşa görə" sıradan çıxmasında maraqlı olmaz, ən azı ona görə ki..."
23/08/2019 [19:35]:
Əminənin qatilinə ömürlük həbs cəzası istənildi
23/08/2019 [19:33]:
Ramzan Kadırovdan Avropanın ən möhtəşəm məscidinin onun adına verilməsinə etiraz...
23/08/2019 [19:32]:
Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı - Açıqlama
23/08/2019 [19:30]:
Nazirlikdən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!”
23/08/2019 [19:02]:
Kovaç: "47 yaşım var və cəmi 10 dəfə sərxoş olmuşam"
23/08/2019 [19:00]:
Meyvə-tərəvəz bazarında ilin ən ucuz dövrü: Qiymətlər düşüb, tələbat artıb... - FOTOLAR
23/08/2019 [18:52]:
Şamaxıda maşın vuran 13 yaşlı oğlan xəstəxanada öldü
23/08/2019 [18:50]:
Obama ailəsinin son halı
23/08/2019 [18:48]:
Məhkəmə yol polisi əməkdaşının ölümünə səbəb olan sürücüyə bəraət verdi
23/08/2019 [18:47]:
Qızmar günəş altında həyatı bahasına pul qazananlar... FOTO
23/08/2019 [18:44]:
Həzrəti Süleymanın “qızı” həbs edildi - “Qanım şəfalıdır” deyib insanlara içirdi
23/08/2019 [18:31]:
Tağıyevin milyonlar qazandığı balıq kombinatı qəzalı vəziyyətdədir - FOTO
23/08/2019 [18:28]:
Türkiyə ilə Rusiya prezidentləri arasında telefon danışığı oldu
23/08/2019 [18:28]:
Bakıda 8 yaşlı oğlanı cərəyan vuraraq öldürüb - TƏFƏRRÜAT
23/08/2019 [18:24]:
İlham Əliyev Zelenskini təbrik etdi
23/08/2019 [18:17]:
Böyük Millət Məclisində təmsil olunan deputatdan erməni həyasızlığı: “Təəssüf doğurur...”
23/08/2019 [18:08]:
Raquf Orucovun xanımı: “Deyirlər, şəhidin ordeni yoxdursa, adını əbədiləşdirə bilmərik”
23/08/2019 [17:58]:
Fira məşhur mağazanı fırıldaqçılıqda ittiham edir
23/08/2019 [17:49]:
“Bu dövlət 300 ildir Azərbaycanı şantaj edir” – “Yaltaqlar onun adını çəkməyə cəsarət etmir”
23/08/2019 [17:41]:
Qəbələdə də meşə yanır: helikopter və təyyarə cəlb edildi
23/08/2019 [17:28]:
Sakit okeanda yoxa çıxan qadın pilotun sirli ölümü - FOTOLAR
23/08/2019 [17:20]:
Həbsxanaya "heroinli tort" keçirmək istədilər
23/08/2019 [17:19]:
Hirkan Milli Parkında yanğın tam söndürülüb: Təngivanda tüstülənmə var
23/08/2019 [17:16]:
Astarada ana uşaqları ilə evdən qaçdı
23/08/2019 [17:12]:
Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış
23/08/2019 [17:10]:
Sezen Aksuya ağır itki üz verib
23/08/2019 [17:10]:
Oğlunu itirən Zöhrə Abdullayevanın yeni görüntüsü yayıldı - VİDEO
23/08/2019 [17:06]:
Suraxanıda 50 şam ağacı yandı
23/08/2019 [17:03]:
“Ana, nə olar ölmə!” - VİDEO
23/08/2019 [16:42]:
"Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı “Nəsimi” filmi çəksin..."
23/08/2019 [16:32]:
Kəlbəcərdə bal festivalı keçiriləcək- Şirinliyini ermənilər dadacaq...
23/08/2019 [16:26]:
Bərdədə balıq tutan şəxs göldə batıb
23/08/2019 [16:25]:
Bakıda iranlı iş adamına qarşı dələduzluq edilib
23/08/2019 [16:23]:
Azərbaycanda şagird sayı 20 nəfərdən az olan 290 məktəb var
23/08/2019 [16:20]:
Azərbaycanda internetin nüfuz səviyyəsi 79% təşkil edib
23/08/2019 [16:13]:
Tarixin ən güclü "Ferrari"sinin qiyməti açıqlandı - FOTOLAR
23/08/2019 [16:11]:
Zakir Fərəcov sakinlərlə görüşdü – FOTOLAR
23/08/2019 [16:09]:
DYP havaların isti keçməsi ilə əlaqədar sürücülərə müraciət edib
23/08/2019 [16:09]:
"Pul qazana bilmək üçün tualet də təmizləmişəm"
23/08/2019 [16:08]:
Amerikada müsəlman polis rəisi təyin edildi- MARAQLI...
23/08/2019 [16:00]:
Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb
23/08/2019 [15:57]:
Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib
23/08/2019 [15:51]:
“Bunu görəndən sonra evdəki kişiyə yemək vermək istəmirsən”
23/08/2019 [15:16]:
Cəbrayıldan olan həkimlər məcburi köçkün qəsəbəsində humanitar aksiya keçirdi - FOTOLAR
23/08/2019 [15:15]:
“Təyyarəni Ağdam avtobusuna çevirən Röya” - VİDEO
23/08/2019 [15:14]:
Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır"
23/08/2019 [15:14]:
Türkiyədə FETÖ terror təşkilatının üzvlərinə qarşı əməliyyat –19 ünvanda axtarış aparılıb
23/08/2019 [15:11]:
Bölgənin xəritəsini Ermənistan yox, Azərbaycan cızacaq!
23/08/2019 [15:10]:
Hindistanda məbədin divarları çökdü - ölənlər var
23/08/2019 [15:09]:
“Bu kateqoriyadan olan tələbələrə "part-time” təhsil modeli tətbiq olunsun” - Təhsil ekspertindən təklif
23/08/2019 [15:07]:
Orta məktəblərdə bir sıra vəzifələrə vakansiya seçimi başa çatır
23/08/2019 [15:06]:
Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib -FOTOLAR
23/08/2019 [15:05]:
Suriya ordusu Türkiyə hərbi bazasını mühasirəyə aldı - FOTO
23/08/2019 [15:05]:
"Ağızları sanki "ACIQ QƏBİR"-ə dönüb bəzi savadsız, təkəbbürlü xəstələrin..."
23/08/2019 [15:02]:
"Tramp bütün dünyanın əziyyət çəkdiyi problemə çevrilib, lakin..." - The Guardian
23/08/2019 [15:01]:
Türkiyəyə ərə gedən aktrisa ana olacaq - FOTOLAR
23/08/2019 [14:58]:
"Heydər Əliyev adına sarayda tamaşaçılarımıza sürpriz etmək istəyirik" - Xalq artistləri
23/08/2019 [14:57]:
“Ciyər axşamı” idi” - Hovuzda oynayanlarla bağlı açıqlama
23/08/2019 [14:55]:
Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI
23/08/2019 [14:48]:
Fransa və Əlcəzair Azərbaycana yeni səfir təyin etdi
23/08/2019 [14:47]:
Rusiyadan gələn maşında bunlar aşkarlandı - Foto
23/08/2019 [14:38]:
Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı
23/08/2019 [14:33]:
Müharibə veteranları DSX-nin sərhəd döyüş məntəqələrində olublar - FOTOLAR
23/08/2019 [14:25]:
Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi
23/08/2019 [14:12]:
Yaqub Zurufçu: "Azərbaycan olmasaydı, məhv olub getmişdim"
23/08/2019 [14:08]:
Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var
Bütün arxiv bir sırada
18/07/2019 [13:52] - Cəmiyyət - ( 969 dəfə baxılıb)

“Türkçülüyün üçlü formulu” kitabı haqqında qeydlərim...



Bu yaxınlarda AMEA Nizami Gəncəli adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, ədəbiyyatşünas, tənqidçi, fil.ü.e.d., prof. Bədirxan Əhmədlinin “Türkçülüyün üçlü formulu: nəzəri və tarixi aspektləri” (Bakı, 2019) adlı kitabı nəşr olunub. Həmin kitabla yaxından tanış olduğum üçün bəzi düşüncələrimi oxucularla bölüşmək qənaətinə gəldim.

İlk növbədə, deməliyəm ki, B.Əhmədlinin qələmə aldığı bu mövzunun aktual və vacibliyi şübhəsizdir. Çünki təxminən iki əsrə yaxındır ki, Türk dünyasında, o cümlədən onun bir parçası olan Azərbaycanda bu üçlü formul, yəni türkləşmək, müasirləşmək və islamlaşmaq özünə möhkəm, dayanaqlı bir yer tutmuşdur. 

Bizcə, müxtəlif zamanlarda Türk aydınları arasında bu üçlü formulla bağlı fərqli, hətta bəzən daban dabana ziddiyyətli fikirlərin olması onun əhəmiyyətini nəinki azaltmış, əksinə bir qədər də artırmışdır. Məsələn, Osmanlı Türk dövlətinnin ziyalılarının bu üçlü formula olan münasibətini, çar Rusiyasının işğalı altındakı Türk xalqlarının aydınlarının baxışları ilə eyniləşdirmək doğru deyildir. Ən azı ona görə ki, Osmanlıda türkçülük, müasirlik, islamlıq dövlətçiliyin bütünlüyü və müdafiəsi üçün lazım olan taktiki mənafelərə xidmət edilməyə çalışıldığı halda, çar Rusiyasının işğalına məruz qalmış Türk ellərində isə özünüifadə, özünümüdafiə və milli azadlıq hərəkatı ideyalarına yönəlmişdir. Bu anlamda Türk ellərindən biri olan Azərbaycan Cümhuriyyətinin bu üçlü formula daha çox bağlanması, hətta bayrağını onunla bütünləşdirməsi təsadüfi olmamışdır. 

Əlbəttə, biz görürük ki, Osmanlı dövlətinin son dövrü və Türkiyə Cümhuriyyətinin quruluşunun ilk dönəmlərində bu üçlü formul orada da ön planda olmuşdur. Görünür, buna əsas səbəb həmin dövrdə Osmanlı-Türkiyə mütəfəkkirləri ilə çar Rusiyası-Sovet Rusiyası imperiyalarının tərkibində məcburi yaşamağa məcbur olan Türk aydınlarının qarşılıqlı fikir alış-verişi içində olması təsirsiz ötüşməmişdir.
Bu baxımdan kitabın müəllifi əsərin girişindəcə doğru qeyd edir ki, üçlü formulun meydana çıxmasında Əli Bəy Hüseynzadə ilə yanaşı Əli Suavi, Ziya Göyalp, Yusif Akçura, Məhəmməd Əmin Rəsulzadə və başqaları da mühüm rol oynamışlar. Üstəlik, burada ideyalarla formulun yerlərini qarışıq salmaq olmaz. Bədirxan müəllim haqlı olaraq “türkləşmək, müasirləşmək və islamlaşmağ”ın ideyalardan formula çevrilməsi yolunu izləməyin əhəmiyyətini göstərir. Çünki yalnız bu metod əsasında üçlü formulun təşəkkül və inkişaf mərhələlərini, ideyalardan formula çevrilməsi xəttini, eyni zamanda bunda əməyi olanların yerini və rolunu obyektiv şəkildə qiymətləndirə bilirik. Belə ki, bu məsələdə heç bir kəsin əməyi azaldılmadan və şişirdilmədən olduğu kimi verilməlidir. Yəni bu üçlü formulun yalnız Əli bəy Hüseynzadənin adına yazılmasını doğru görməyən B.Əhmədli qeyd edir ki, vaxtilə bu məsələdə əməyi olan Əli Suavinin, eyni zamanda həmin formulun formalaşmasında mühüm rol oyanayan Ziya Göyalpın və həmin formulu Azərbaycan bayrağında və dövlət ideologiyasında əks etdirən M.Ə.Rəsulzadənin yerini və rolunu da qeyd etmək lazımdır. Şübhəsiz, bütün hallarda üçlü formulun əsas nüvələrindən biri yenə də Ə.Hüseynzadə olmuşdur.

B.Əhmədlinin üçlü formula daxil olan “müasirləşmək” məsələsinə yanaşması da maraq doğrur. Müəllif doğru qeyd edir ki, Rəsulzadənin sayəsində müasirləşmək üçlü formul arasında sonuncu yerdən ikinci yerə qalxa bilmişdir. Halbuki müasirləşmək prinsipi türkləşmək və islamlaşmaqdan daha əvvəl meydana gəlmiş, tənəzzül dövrünü yaşayan Türk-İslam xalqlarının arasında qurtuluşu avropalaşmaqda, qərbləşməkdə görən ziyalılar (Əli Suavi və b.) heç də az olmamışdır. Hətta, Osmanlı, Qacarlar kimi türk-islam dövlətlərinin yuxarı təbəqələrində belə buna cəhdlər olmuşdur. Ancaq Qərblə Şərq mədəniyyətlərinin uzlaşdırılması məsələlərindəki yarımçıqlıqlar istənilən effekti verə bilməzi və vermədi də.

Eyni zamanda çar Rusiyasının işğalı altında yaşayan türk-islam mütəfəkkirlərindən də xeyli bir qismi (M.F.Axundzadə və b.) radikal qərbləşmək tərəfdarı olmuşlar. Ancaq burada müəllifin qeyd etməsi ki, Axundzadə Avropanı təqlid etmədən yeniləşməyin tərəfdarı olmuşdur, bunu doğru hesab etmirik. Çünki Axundzadənin bütün əsərlərində demək olar ki, qeyd şərtsiz Qərb dəyərlərini, Avropa qanunları qəbul etmək var. Bununla yanaşı, avropalaşmaq məsələsində Cəmaləddin Əfqani və Həsən bəy Zərdabini  onlardan sonrakı mərhələ kimi vermək, hətta Əfqanini qərbləşmə tərəfdarı kimi qələmə vermək də doğru deyildir. Məncə, Əfqani qərbləşmək tərəfdarı deyil, əksinə Qərbin öz ideyaları ilə ona qarşı dayanmaq refleksinin milli ruhlu nümayəndəsi idi.

Hesab edirəm ki, müəllifin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ziya Göyalpın  və Məhəmməd Əmin Rəsulzadənin nümunəsində müasirləşmək məsələsinə baxışı əsasən qənaətbəxşdir.  Doğrudan da, Əli bəy Hüseynzadə avropalaşmağı təqlidçilik deyil, daha çox müasir texnologiyaları mənimsəmək baxımından irəli sürmüşdür. Yəni Avropa tərəqqisini qəbul etmək mümkündür, ancaq bütövlükdə isə avropalaşmaq ruhuna bürünmək yanlışdır. Əhməd bəy Ağaoğlu isə Hüseynzadədən fərqli olaraq qərbçiliyi bir qədər də ifrat şəkildə mənimsəməyi təklif edirdi. Bədirxan Əhmədli yazır: “Ə.Ağaoğlu isə bütünlüklə Qərbləşməyi lazım bilirdi. Olsun ki,  onu bu fikrə gətirən Maltada sürgün həyatı yaşaması Osmanlının düşdüyü çətin durum olmuşdur”. Müəllif doğru yazır ki, Ziya Göyalpın isə müasirləşmə məsələsinə baxışı, öncə Türk kültürünü mənimsəməklə başlayır. Üstəlik, Göyalp müasirləşmək anlamında Qərb mədəniyyətinə yaradıcı bir mənada yanaşır, milli kültürlə Qərb mədəniyyəti arasında uzlaşmanın mümkünlüyünü ortaya qoyurdu. M.Ə.Rəsulzadənin müasirləşməyə münasibəti Qərbləşməkdən çox cəmiyyətin milli və dini anlamda yeniləşməsidir.

Kitabın ana xətti olan türkçülük məsələsinə gəlincə, B.Əhmədli doğru qeyd edir ki, bir çox müəlliflər Əli Suavinin “ilk türkçü”olmasının əleyhinə olsa da, ancaq onun yalnız türkün milli kimliyini üzə çıxarılmasında deyil, dil və əlifba məsələlərində də mühüm əməyi olmuşdur. Bizcə, müəllifin Suavi ilə bağlı baxışları daha tutarlıdır. Çünki digər müəlliflər Suavinin Türklük məsələsində rolunu qeyd etsələr də, əsasən geniş izah etməmişlər. 

Daha sonra “İttihad və Tərəqqi” cəmiyyətinin türkçülüklə bağlı görüşlərini şərh edən B.Əhmədli yazır ki, təşkilatın proqramında türkləşdirmə siyasəti daha çox Ziya Göyalpın düşüncələrinə əsaslanıb.  “Türkçülüyü Türkiyədə ictimai fikir, sistemli nəzəriyyə halına gətirən və dövlətçilik ideologiyasının əsasına qoyan Ziya Göyalp”dır,- diyə yazan müəllifə görə, o, ümumən türk və onun keçmişi haqqında yazmamış, həm də   türkçülüyün siyasi, ictimai, sosioloji vəziyyətini ortaya çıxarmışdır. B.Əhmədlinin bu fikirlərinə qatılmaqla yanaşı hesab edirik ki, Z.Göyalp “Türkçülüyün əsasları” əsərində nədənsə özündən əvvəlki türkçülük ideoloqlarının düşüncələrinə çox az yer vermiş, hətta həmin dövrün əsas türkçülük ideoloqu Əli bəy Hüseynzadənin adını yalnız “yalavac” kimi çəkməklə kifayətlənmişdir.  Bizcə, müəllif bu məsələyə də aydınlıq gətirməli idi.

Üstəlik, Əli bəy Hüseynzadənin “ilk türkoloq”, “türkçülüyü ideoloji cəhətdən işləyib hazırlayan”, “türk dünyasında türkçülüyün atası” kimi adlnadırılmasını çox da doğru hesab etməyən müəllifə görə, bu fikirlər daha çox Azərbaycan coğrafiyasındakı türkçülüyə aiddir. Hesab edirəm ki, bu fikir bir o qədər də dəqiq deyil. Çünki Hüseynzadənin ideyaları yalnız Azərbaycan türkləri üçün deyil, bütün Türk dünyası üçün önəmli olmuşdur.  Hətta, mən deyərdim ki, Hüseynzadənin Türkçülük məfkurəsindən Türkiyə daha çox faydalanmışdır nəinki Azərbaycan. Eyni zamanda, onunla da razılaşa bilmərəm ki, Hüseynzadənin yaradıcılığında türkçülük ideoloji deyil, ancaq elmi, maarifçi xarakter daşımışdır. Əslində türkçülüklə bağlı elmi və maarifçi təbliğatın özü daha çox ideoloji məsələlərlə bağlı olmuşdur.
Bütün bunlarla yanaşı, B.Əhmədlinin o fikri ilə razılaşırıq ki, Azərbaycanda türkçülüyün əsas mərhələlərindən biri Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cumhurbaşqanı Məhəmməd Əmin Rəsulzadənin adıyla bağlıdır. Məhz Rəsulzadənin siyasi-ideoloji mübarizəsi sayəsində Türkçülük Azərbaycan Cümhuriyyətinin qurulmasında, eyni zamanda dövlət ideologiyasının, o cümlədən üçrəngli bayrağının müəyyənləşməsində əsas  rol oynamışdır.

B.Əhmədlinin kitabda islamlşamaqla bağlı düşüncələri də maraq doğrur. Müəllif İslam dininin kəskin şəkildə tənqidinin çar Rusiyasının işğalı altında olan şimali Azərbaycandan, daha doğrusu Tiflisdə yaşayan M.F.Axundzadə tərəfindən olmasını müsbət hesab edir. Ancaq B.Əhmədli onu doğru qeyd edir ki, C.Əfqani M.F.Axundzadədən fərqli bir üsul seçərək İslam dinini söküb dağıtmaq yox, islami vəhdət yaratmaq yolunu tutmuşdur.

Eyni zamanda, müəllif kitabda Z.Göyalpın, M.Ə.Rəsulzadənin, Ə.Ağaoğlunun, Y.Akçuranın da islamlaşamqla bağlı düşüncələrin yer vermişdir. Hesab etmək olar ki, müəllif həmin mütəfəkkirlərin İslam dini ilə bağlı baxışlarını əsasən doğru izah edə bilmişdir.

B.Əhmədli monoqrafiyanın “İdeyadan nəzəri konsepsiyaya-formula doğru” bölümündə də bir daha üçlü formulun yaranması və inkişafı məsələsinə qayıdır. Müəllifə görə, Ə.Hüseynzadə sadəcə, formulun prinsiplərini irəli sürüb, ancaq onu ideoloji cəhətdən əsaslandırmayıb, yalnız türkçülükdən az-çox nə isə yazıb və bunun da daha çox Azərbaycana bağlılığı var. Üçlü formulun siyasi məna kəsb etməsi, ideyadan nəzəriyyəyə çevrilməsi isə Z.Göyalpın adıyla bağlıdır. Şübhəsiz, Hüseynzadənin əməyinin bu dərəcədə azaldılması, bunun fonunda Göyalpın ön plana  çıxarılması doğru deyildir.

B.Əhmədli monoqrafiyanın “Gələcəyə baxış” bölümündə isə turançılıq, avrasiyaçılıq və modernçilik məsələlərindən bəhs edir. Müəllif yazır ki, turançılıq indi daha aktualdır. Hesab edirəm ki, turançılıq 20-ci əsrin əvvəllərində daha aktual idi, nəinki indi. Biz, indi həmin aktuallığa sadəcə can atırıq. Turançılıqla avrasiyaçılığın yaxınlaşması məsələsinə gəlincə, hesab edirəm ki, indiki halda üstünlük slavyanların əlindədəir. Slavyanların-rusların nəzarəti (hərbi-ideoloji) altındakı avrasiyaçılıq, yaxud da Turan-Slavyan, Türk-Rus birliyi bizlərə çox da yaxşı heç nə vəd etmir.


Faiq ƏLƏKBƏRLİ,
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

loading...
loading...
Rus müxalif lideri həbsdən çıxdı - Açıqlama...
Sabiq deputat imkansız tələbələrə dəstək üçün “Savadlı Gələcək Naminə” səhifəsi yaratdı
Turistləri ildırım vurdu: 3 ölü, 22 yaralı...
Bu şəhərin var olmadığını sübut edənə 1 miyon avro veriləcək - MARAQLI
Bitki çaylarının içindən böcək parçaları, qaş və kiprik çıxdı - İNANILMAZ...
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Böyük Millət Məclisində təmsil olunan deputatdan erməni həyasızlığı: “Təəssüf doğurur...”
Müsahibə
"Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı “Nəsimi” filmi çəksin..."
Gündəm
Kəlbəcərdə bal festivalı keçiriləcək- Şirinliyini ermənilər dadacaq...
Cəmiyyət
“İstəyirəm kəndimiz alınsın və qardaşım Səxavətin məzarını ziyarət edim...”
Gündəm
“Şəhid qəbiristanlığı” gənclərin gülüş obyektinə çevrilib: Əslində, elə belə də olmalı idi!
Həftənin ən çox oxunanları
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
İki əmioğlu 24 yaşlı qızı bağ evinə apardılar - Soyundurub 4 saat...
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
Anasına yataq otağından selfi göndərən qız biabır oldu - İntim aləti yaddan çıxarıb - FOTO
Müdafiə Nazirliyində həbslər başladı: Külli miqdarda rüşvət və korrupsiyaya görə...
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
Bakıda fahişəxanadan gizli çəkiliş: Qiymət 50 manat - VIDEO
Cazibədar taekvandoçu paylaşımları ilə diqqət mərkəzində - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)