Xəbər lenti
23/08/2019 [21:49]:
Milyarder Devid Koç 79 yaşında vəfat edib
23/08/2019 [21:46]:
Əli Əhmədov: “Azərbaycanın güclənməsini gözü götürməyən dairələr ölkəmizə qarşı qarayaxma kampaniyası aparır”
23/08/2019 [21:43]:
“Ədəbiyyatımız düşmənlə mübarizənin metodlarını öyrənməlidir”
23/08/2019 [21:34]:
Gəncədə mikroavtobus sürücüsü qəza törədib - FOTO
23/08/2019 [21:13]:
Ərdoğan Rusiyaya səfər etməyi planlaşdırır
23/08/2019 [20:50]:
Sevda boşandığı ərinin qadağalarından danışdı
23/08/2019 [20:47]:
Cəlilabadda iki avtomobil toqquşdu
23/08/2019 [20:44]:
Ruslar Ceki Çan və Şvartseneggeri məhkəməyə verir
23/08/2019 [20:41]:
Səfir: "İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
23/08/2019 [20:22]:
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI
23/08/2019 [20:19]:
Qadın voleybolçularımızdan qələbə
23/08/2019 [20:10]:
Qəbələdə yanğının söndürülməsinə daha bir helikopter cəlb olunub - YENİLƏNİB
23/08/2019 [19:41]:
“On dəqiqə keçmədi ki, ermənilər canlarını qurtarmaq üçün qaçmağa başladılar...” 
23/08/2019 [19:37]:
"Rusiya MiQ-29-un "quşa görə" sıradan çıxmasında maraqlı olmaz, ən azı ona görə ki..."
23/08/2019 [19:35]:
Əminənin qatilinə ömürlük həbs cəzası istənildi
23/08/2019 [19:33]:
Ramzan Kadırovdan Avropanın ən möhtəşəm məscidinin onun adına verilməsinə etiraz...
23/08/2019 [19:32]:
Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı - Açıqlama
23/08/2019 [19:30]:
Nazirlikdən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!”
23/08/2019 [19:02]:
Kovaç: "47 yaşım var və cəmi 10 dəfə sərxoş olmuşam"
23/08/2019 [19:00]:
Meyvə-tərəvəz bazarında ilin ən ucuz dövrü: Qiymətlər düşüb, tələbat artıb... - FOTOLAR
23/08/2019 [18:52]:
Şamaxıda maşın vuran 13 yaşlı oğlan xəstəxanada öldü
23/08/2019 [18:50]:
Obama ailəsinin son halı
23/08/2019 [18:48]:
Məhkəmə yol polisi əməkdaşının ölümünə səbəb olan sürücüyə bəraət verdi
23/08/2019 [18:47]:
Qızmar günəş altında həyatı bahasına pul qazananlar... FOTO
23/08/2019 [18:44]:
Həzrəti Süleymanın “qızı” həbs edildi - “Qanım şəfalıdır” deyib insanlara içirdi
23/08/2019 [18:31]:
Tağıyevin milyonlar qazandığı balıq kombinatı qəzalı vəziyyətdədir - FOTO
23/08/2019 [18:28]:
Türkiyə ilə Rusiya prezidentləri arasında telefon danışığı oldu
23/08/2019 [18:28]:
Bakıda 8 yaşlı oğlanı cərəyan vuraraq öldürüb - TƏFƏRRÜAT
23/08/2019 [18:24]:
İlham Əliyev Zelenskini təbrik etdi
23/08/2019 [18:17]:
Böyük Millət Məclisində təmsil olunan deputatdan erməni həyasızlığı: “Təəssüf doğurur...”
23/08/2019 [18:08]:
Raquf Orucovun xanımı: “Deyirlər, şəhidin ordeni yoxdursa, adını əbədiləşdirə bilmərik”
23/08/2019 [17:58]:
Fira məşhur mağazanı fırıldaqçılıqda ittiham edir
23/08/2019 [17:49]:
“Bu dövlət 300 ildir Azərbaycanı şantaj edir” – “Yaltaqlar onun adını çəkməyə cəsarət etmir”
23/08/2019 [17:41]:
Qəbələdə də meşə yanır: helikopter və təyyarə cəlb edildi
23/08/2019 [17:28]:
Sakit okeanda yoxa çıxan qadın pilotun sirli ölümü - FOTOLAR
23/08/2019 [17:20]:
Həbsxanaya "heroinli tort" keçirmək istədilər
23/08/2019 [17:19]:
Hirkan Milli Parkında yanğın tam söndürülüb: Təngivanda tüstülənmə var
23/08/2019 [17:16]:
Astarada ana uşaqları ilə evdən qaçdı
23/08/2019 [17:12]:
Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış
23/08/2019 [17:10]:
Sezen Aksuya ağır itki üz verib
23/08/2019 [17:10]:
Oğlunu itirən Zöhrə Abdullayevanın yeni görüntüsü yayıldı - VİDEO
23/08/2019 [17:06]:
Suraxanıda 50 şam ağacı yandı
23/08/2019 [17:03]:
“Ana, nə olar ölmə!” - VİDEO
23/08/2019 [16:42]:
"Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı “Nəsimi” filmi çəksin..."
23/08/2019 [16:32]:
Kəlbəcərdə bal festivalı keçiriləcək- Şirinliyini ermənilər dadacaq...
23/08/2019 [16:26]:
Bərdədə balıq tutan şəxs göldə batıb
23/08/2019 [16:25]:
Bakıda iranlı iş adamına qarşı dələduzluq edilib
23/08/2019 [16:23]:
Azərbaycanda şagird sayı 20 nəfərdən az olan 290 məktəb var
23/08/2019 [16:20]:
Azərbaycanda internetin nüfuz səviyyəsi 79% təşkil edib
23/08/2019 [16:13]:
Tarixin ən güclü "Ferrari"sinin qiyməti açıqlandı - FOTOLAR
23/08/2019 [16:11]:
Zakir Fərəcov sakinlərlə görüşdü – FOTOLAR
23/08/2019 [16:09]:
DYP havaların isti keçməsi ilə əlaqədar sürücülərə müraciət edib
23/08/2019 [16:09]:
"Pul qazana bilmək üçün tualet də təmizləmişəm"
23/08/2019 [16:08]:
Amerikada müsəlman polis rəisi təyin edildi- MARAQLI...
23/08/2019 [16:00]:
Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb
23/08/2019 [15:57]:
Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib
23/08/2019 [15:51]:
“Bunu görəndən sonra evdəki kişiyə yemək vermək istəmirsən”
23/08/2019 [15:16]:
Cəbrayıldan olan həkimlər məcburi köçkün qəsəbəsində humanitar aksiya keçirdi - FOTOLAR
23/08/2019 [15:15]:
“Təyyarəni Ağdam avtobusuna çevirən Röya” - VİDEO
23/08/2019 [15:14]:
Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır"
23/08/2019 [15:14]:
Türkiyədə FETÖ terror təşkilatının üzvlərinə qarşı əməliyyat –19 ünvanda axtarış aparılıb
23/08/2019 [15:11]:
Bölgənin xəritəsini Ermənistan yox, Azərbaycan cızacaq!
23/08/2019 [15:10]:
Hindistanda məbədin divarları çökdü - ölənlər var
23/08/2019 [15:09]:
“Bu kateqoriyadan olan tələbələrə "part-time” təhsil modeli tətbiq olunsun” - Təhsil ekspertindən təklif
23/08/2019 [15:07]:
Orta məktəblərdə bir sıra vəzifələrə vakansiya seçimi başa çatır
23/08/2019 [15:06]:
Murmanskda "Rusiya bayrağı günü" tədbiri keçirilib -FOTOLAR
23/08/2019 [15:05]:
Suriya ordusu Türkiyə hərbi bazasını mühasirəyə aldı - FOTO
23/08/2019 [15:05]:
"Ağızları sanki "ACIQ QƏBİR"-ə dönüb bəzi savadsız, təkəbbürlü xəstələrin..."
23/08/2019 [15:02]:
"Tramp bütün dünyanın əziyyət çəkdiyi problemə çevrilib, lakin..." - The Guardian
23/08/2019 [15:01]:
Türkiyəyə ərə gedən aktrisa ana olacaq - FOTOLAR
23/08/2019 [14:58]:
"Heydər Əliyev adına sarayda tamaşaçılarımıza sürpriz etmək istəyirik" - Xalq artistləri
23/08/2019 [14:57]:
“Ciyər axşamı” idi” - Hovuzda oynayanlarla bağlı açıqlama
23/08/2019 [14:55]:
Azərbaycan Rusiyadan ən çox maşın alan ölkələr sırasında – SİYAHI
23/08/2019 [14:48]:
Fransa və Əlcəzair Azərbaycana yeni səfir təyin etdi
23/08/2019 [14:47]:
Rusiyadan gələn maşında bunlar aşkarlandı - Foto
23/08/2019 [14:38]:
Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı
23/08/2019 [14:33]:
Müharibə veteranları DSX-nin sərhəd döyüş məntəqələrində olublar - FOTOLAR
23/08/2019 [14:25]:
Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi
23/08/2019 [14:12]:
Yaqub Zurufçu: "Azərbaycan olmasaydı, məhv olub getmişdim"
23/08/2019 [14:08]:
Mərdəkan körpüsündən avtomobil aşıb, xəsarət alanlar var
Bütün arxiv bir sırada
18/07/2019 [15:13] - Cəmiyyət - ( 4478 dəfə baxılıb)

"Bu məsələlərlə onlar məşğul olacaqsa, onda Səhiyyə Nazirliyi kimə və nəyə lazımdı?"



Şəkidə Xan sarayının həyətindəki 500 illik çinarın budağının qırılması və ağacın altında qalan turistlər…
Bu faciə təbiət hadisəsidir, gözlənilməz və qaçılmazdır. Hər gün dünyada onlarla belə hadisə baş verir. Eləcə də Azərbaycanda, Bakının özündə külək tez-tez ağacları aşırır, budaqlarını qırır, altında maşınlar qalır, əzilənlər olur.
Oxuyuram ki, bu ağacın budanması üçün qoruq məsələ qaldırıb, bələdiyyə məsələ qaldırıb, icra məsələ qaldırıb, amma o bunun üstünə, bu onun üstünə atıb və nəticə…
Mənim toxunmaq istədiyim məsələ başqadır. Ağacın altında qalanların ağır vəziyyətdə olanları dərhal Bakıya gətirildi. Yaralananlardan biri Gəncə sakini 32 yaşlı müəllimə ayağında bir neçə sınıqla Şəki şəhər xəstəxanasına qaldırıldı. Və ağrılardan şoka düşərək iki gün sonra vəfat etdi. O boyda xəstəxanada bu gənc müəlliməni şokdan çıxara biləcək həkimlər yox idimi?! Yox idisə, niyə bura – Bakıya götürülmədi?
Tovuzda bir xanımı ilan sancır, o boyda rayonda ilana qarşı zərdab tapılmır. Gətirirlər Gəncəyə, Gəncədə də zərdab tapılmır. Üz tuturlar Mingəçevirə və xanım yolda həyatını itirir. Bu zərdab nədir ki,Tovuzda, eləcə də Gəncə kimi böyük şəhərdə tapılmır. Səhiyyə Nazirliyi bu zərdabı neyləyir? Özləri üçün saxlayırlar?!
Yenə rayonların birində bir qadını quduz it tutur. Rayonda buna qarşı vaksin tapılmır. Onu da gərək ki, Mingəçevirə gətirmək istəyiblər, ya da deyəsən Gəncəyə, orda da çarə tapılmır, Bakıya gətirəsi olurlar, yolda ölür.
On aylıq körpəni adi bir xəstəlikdən Ağdaşda müalicə edə bilmirlər, göndərirlər Mingəçevirə. Mingəçevirdə də dərdinə əlac edə bilmirlər, məsləhət bilirlər Bakıya aparsınlar, amma Ambulans tapılmır. Deyirlər Ambulansı Ağdaş verməlidi. Hətta polis, prokurorluq işə qarışır, yenə də Ambulans ala bilmirlər. Uşaq atasının qollarında uçur cənnətə. O uşağı xilas etmək üçün Ambulans əsirgəyənlərin cəhənnəmdə qır qazanında yandırılacağına da inanmıram. Çünki cənnət-cəhənnəm söhbətləri uydurmalardır. Cənnət də bu dünyadı, cəhənnəm də. O uşağa Ambulans verməyənlər bu dünyada cənnətdə yaşayırlar və körpə balamıza və balalarımıza cəhənnəm əzabı yaşadırlar. Oxudum ki, həmin həkimləri işdən kənarlaşdırıblar. Nə olsun? O körpə həyata qayıdacaqmı?
Gərək polis o Ambulans verməyənlərin gedib elə gecənin o vaxtında qulağından yapışaydı. Buna da qanun yol vermir. Düşəcəkdilər polisin üstünə, amma polis belə şeylərdən qorxmasın. Bəzən elə belə qanunları tapdamaq lazımdı. Ortada bir insan həyatı var.
Yeri gəlmişkən, mətbuatda oxudum ki, Yol polisi qəzada ağır yaralanan bir gənci məşhur «Semaşko» xəstəxanasına gətirir, amma xəstəxana yaralının ağır vəziyyətdə olduğunu deyib qəbul etmir. Məcbur olub başqa bir xəstəxanaya aparır, həmin xəstəxana da məlum səbəbdən qəbul etmir. Məcbur olub üçüncü xəstəxanaya aparır, nəhayət, qəbul edirlər. Qan lazım olur və həmin polis özü qan verir və yaralının həyatı xilas olur. Həmin polisi min yaşasın. Qəbul etməyən həkimlər haqda bu sözü deyə bilmərəm.
Sən necə bir xəstəxanasan ki, yaralını qəbul etmirsən?
Daha sonra oxuyuram ki, 8 yaşlı bir körpə də həkimlərin günahından və səhlənkarlığından bu gözəlim dünyadan məhrum olub.
Sağ ayaq yerinə sol ayağı kəsənlər, doğuş vaxtı ana və uşaq ölümləri və sair və ilaxır, çoxlu fakt göstərə bilərəm. Ehtiyac yoxdu, hər gün qəzetlərdə, saytlarda, ya da sosial şəbəkələrdə oxuyuram. Məsələ nədi? Niyə xəstələnənlər, ya yararlananlar və sair və ilaxır hamısı Bakıya qaçırdılır? Bəs, rayonlarda tikilmiş eşşək boyda xəstəxanalar və Diaqnostika mərkəzləri kimə və nəyə lazımdı? Dövlət milyonlarla xərc çəkib demək olar ki, bütün rayonlarda Avropa standartlarına cavab verən xəstəxanalar tikib və Avropa standartlarına cavab verən tibbi-texniki ləvazimatlarla təmin edib.
İkicə fakt deyim, bəsdi. Professor Rəşad Mahmudov həm Lənkərandakı, həm də Horadizdəki Mərkəzi xəstəxanalarda açıq ürək cərrahiyyə əməliyyatı aparıb. Bu o deməkdir ki, deməli, rayonlarımızda dövlət bu şəraiti yaradıb. Bəs, niyə Bakıya qaçırlar?
Rayonlardakı xəstəxanalarda əvvəla, həkim personalı çatışmır. Mənim deputat olduğum bölgədə, yəni Füzulidə gərək ki, 150 həkimə ehtiyac var, Ağcabədidə 87 və mənim Ağdamımda 100-dən çox. Təkcə bu il Tibb Universitetini gərək ki, 1400 nəfər bitirib. Hələ xaricdə təhsil alıb gələnləri demirəm. Onların çoxu Bakıda iş axtarır və həm də işsizdi. Niyə onlara həmin və digər rayonlara təyinat verilmir? Səhiyyə Nazirliyi nə ilə məşğuldur?! Demirəm onlar gedib dağı dağ üstə qoyacaqlar, amma hər halda kiməsə yardım edə biləcəklər.
Bir əzizimi Ankaraya xəstəxanaya aparmışdım, həkimlə də əvvəlcədən danışılmışdı. Xəstəxananın dəhlizində oturub növbəmizi gözləyirdik, müəyyən sənədləşmə gedirdi. Mən də, qarabağlılar demişkən, ala itdən məşhuram, bir də gördüm ki, altı-yeddi gənc yığışdı başıma. Məlum oldu ki, həmin xəstəxanada çalışan 25-30 yaşlarında gənclərdi və azərbaycanlılardı. Dedilər ki, məllim, siz əziyyət çəkməyin, biz sənədləşməni edərik. Biri ora qaçır, biri bura qaçır . Nə isə, sənədləşməni həll etdilər . Bizi qəbul edən həkimlə həmin gənclərlə bağlı söhbət etdim. Məlum oldu ki, bu gənclər həmin həkimin rəhbərliyi ilə hətta ürək əməliyyatlarını həyata keçirirlər. Sonra həmin gənclərlə görüşdüm. Dedim ki, sizə qurban olum, niyə Azərbaycana qayıtmırsız, axı sizlərə böyük ehtiyacımız var. Cavabları bilirsiz nə oldu? Biz burda 4-5 min dollar maaş alırıq. Qayıdaq Azərbaycana 300 manata işləyək, gözümüz xəstənin qohumlarının əlində qalsın? Hörmətli səhiyyə nazirimiz heç bu gənclərlə maraqlanıbmı?!
Oxuyuram, həm də bilirəm, Azərbaycan Tibb Universiteti həqiqətən çox gözəl həkimlər hazırlayır. Artıq bu universitetə qəbul olunanlar keçmişdə olduğu kimi, pulla deyil, öz qabiliyyətləri və savadları ilə qəbul olunurlar. Universitetdə də Əhliman müəllimin, həm də onun yerinə təyin olunan Gəray müəllimin səyi nəticəsində normal bilik alırlar. İçlərində çox istedadlı uşaqlar var. Niyə bu uşaqlar təcrübə keçən zaman demirəm Almaniyaya, cəhənnəm, heç olmasa Türkiyəyə, Gürcüstana və İrana göndərilmirlər? Baxıram, Türkiyədən , İrandan bura uzman həkimlər gəlir. Televiziyalar onları reklam edir, mətbuat reklam edir, ədə, qoyma filan həkim Tetrasiklinlə müalicə oluna biləcək hansısa bir xəstəliyi tədave edəcək.
Həqiqətən, Türkiyədə, İranda, eləcə də dost Gürcüstanda uzmanları bilirik. Əvvəla, həmin uzmanları dəvət edirsizsə, birinci gəlsinlər gənc həkimlərimizə öz bildiklərini öyrətsinlər. İkincisi, biz niyə qeyd etdiyim kimi universitetimizi yüksək biliklə bitirən gənclərimizi təcrübə üçün Türkiyə və İrana göndərməyək? Buna maddi vəsait lazımdı, Allaha şükür, Azərbaycanda da pul mal tırığı kimi, getsinlər öyrənsinlər və qayıtsınlar.
İkincisi də, Türkiyədə və ya İranda özlərini uzman doktor kimi göstərənlər Azərbaycanda kef edirlər. Ay Səhiyyə Nazirliyi, bunlara kim imkan verib ki, Azərbaycanda gəlib xar vurub xarman sovursunlar?!
Qayıdaq xəstələrin Bakıya qaçırılma məsələsinə. Deməli, dövlət Səhiyyə Nazirliyinə milyon yox ey, milyardlarla vəsait xərcləyir. Hər regionda yox ey, hər rayonda Avropa standartlarına cavab verən xəstəxanalar tikilib. Hər cür ləvazimatla , yuxarıda qeyd etdiyim kimi, təmin olunub. Bəs, elə isə insanlar niyə Bakıya qaçırlar? Deməli, rayonlardakı həkimlərə inanmırlar. Bəs, niyə inanmırlar? Səhiyyə naziri Oqtay Şirəliyev və Səhiyyə Nazirliyi bu barədə fikirləşibrmi?
Hər il dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılan vəsait az qala müdafiə xərclərinə ayrılan vəsaitə bir az yaxındı. Səhiyyə Nazirliyi bu vəsaiti hara xərcləyir?! Bunu da qoyduq bir kənara. Keçək məsələnin başqa bir tərəfinə. Tez-tez mətbuatda oxuyuruq, hansısa tanınmış bir şəxs, sənət adamı, elm adamı, ya hərbçi Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vəsaiti hesabına hansısa xarici bir ölkəyə müalicəyə göndərilir. Eləcə də bu sahədə bəzi məsələləri Möhtərəm Prezidentimiz İlham Əliyev nəzarətinə götürür. Və nə qədər insanlar Möhtərəm Prezidentimizin və vitse-prezidentimiz Mehriban xanımın köməyi ilə həyata qayıdır. Niyə bu məsələlərlə Möhtərəm Prezidentimiz İlham Əliyev, eləcə də 1-ci vitse-prezident Mehriban xanım Əliyeva məşğul olmalıdır? Bəs, onda Səhiyyə Nazirliyi kimə və nəyə lazımdı?
aqil_abbas_esas
Yeri gəlmişkən, bir nəfər hərbçi ağır yaralanmışdı. Bakıda müalicə edə bilmirdilər, Türkiyəyə göndərilməliydi. Amma göndərmirdilər. İctimaiyyət ayağa qalxdı, mətbuat ayağa qalxdı, bundan xəbər tutan dövlət başçısı işə qarışdı və çürüməkdə olan həmin sumqayıtlı gənc Türkiyəyə göndəriləsi oldu. Amma heç Aeroporta çatdırıla bilmədi, öldü. Əgər hərbçilərimizi Bakıdakı Hərbi qospitalımız müalicə edə bilməyib Türkiyəyə göndərəcəksə , nəyə lazımdı? Mənə sərt cavab verə bilərlər. Təbii ki, həmin qospital yüzlərlə hərbçini ölümün pəncəsindən alır. Bəs, o gənci niyə ala bilmədi? Qospitalla bağlı ayrı bir yazımız olacaq.
Bir daha soruşuruq, Səhiyyə Nazirliyinin və ya naziri Oqtay Şirəliyevin vəzifəsini Möhtərəm Prezident və ya hörmətli 1-ci vitse prezident yerinə yetirəcəksə, hamımızın sevimlisi Yalçın Rzazadənin müalicəsi üçün Türkiyəyə göndərəcəksə, onda hörmətli Oqtay Şirəliyevin işinin adı nədi? Hansısa bir jurnalisti, xəstəxanalardakı rüşvətxorluğa etiraz əlaməti olaraq üsyan etdiyinə görə, məhkəməyə verməkmi? Özü də anasının ölümünün üçündə.
Görün hökumət Səhiyyə Nazirliyinə etibarını nə qədər itiribsə «Təbib» publik bir şirkət yaradıb və 2020-ci ilin yanvarın 1-dən xəstəxanalar Səhiyyə Nazirliyindən alınaraq «Təbib»ə veriləcək.Bir «Azəravtonəqliyyat» deyilən nazirlik yaradılmışdı. Nəqliyyatla bağlı bütün nə varsa ona həvalə edilmişdi. Amma dəniz nəqliyyatı və hava nəqliyyatı ona tabe edilsə də, onlar bunu qəbul etmədilər, heç iclaslarına da getmədilər. Sonra gördülər ki, «Azəravtonəqliyyat» Nazirliyi bu işin öhdəsindən gələ bilmir, ona tabe olan təşkilatları bir-bir ayırıb müstəqil qurum halına gətirdilər. Və ən nəhayət, həmin nazirlik ləğv edildi.
Belə getsə yəqin ki, Səhiyyə Nazirliyi də ləğv olunacaq, onun tabeliyində olan qurumlar müstəqil təşkilat olacaq və Oqtay Şirəliyev daha səhiyyə nazirinin maaşını ala bilməyəcək.

Aqil ABBAS,
Millət vəkili

loading...
loading...
Rus müxalif lideri həbsdən çıxdı - Açıqlama...
Sabiq deputat imkansız tələbələrə dəstək üçün “Savadlı Gələcək Naminə” səhifəsi yaratdı
Turistləri ildırım vurdu: 3 ölü, 22 yaralı...
Bu şəhərin var olmadığını sübut edənə 1 miyon avro veriləcək - MARAQLI
Bitki çaylarının içindən böcək parçaları, qaş və kiprik çıxdı - İNANILMAZ...
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Gündəm
Böyük Millət Məclisində təmsil olunan deputatdan erməni həyasızlığı: “Təəssüf doğurur...”
Müsahibə
"Firudin Qurbansoyun hünəri varsa, getsin bundan daha yaxşı “Nəsimi” filmi çəksin..."
Gündəm
Kəlbəcərdə bal festivalı keçiriləcək- Şirinliyini ermənilər dadacaq...
Cəmiyyət
“İstəyirəm kəndimiz alınsın və qardaşım Səxavətin məzarını ziyarət edim...”
Gündəm
“Şəhid qəbiristanlığı” gənclərin gülüş obyektinə çevrilib: Əslində, elə belə də olmalı idi!
Həftənin ən çox oxunanları
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
İki əmioğlu 24 yaşlı qızı bağ evinə apardılar - Soyundurub 4 saat...
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
Anasına yataq otağından selfi göndərən qız biabır oldu - İntim aləti yaddan çıxarıb - FOTO
Müdafiə Nazirliyində həbslər başladı: Külli miqdarda rüşvət və korrupsiyaya görə...
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
Bakıda fahişəxanadan gizli çəkiliş: Qiymət 50 manat - VIDEO
Cazibədar taekvandoçu paylaşımları ilə diqqət mərkəzində - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)