Xəbər lenti
25/08/2019 [23:58]:
"Onun döyüşlər zamanı da tez-tez Babakər dağında hərbçilərlə bir yerdə olduğunu deyirlər"
25/08/2019 [23:47]:
"Qarabağla bağlı xalqın da etirazı adekvat deyil, cavabdeh strukturların da..." - VİDEO
25/08/2019 [23:26]:
Qazaxın “Asfalt zavod” adlanan ərazisində çoxlu sayda silah-sursat tapılıb - FOTO
25/08/2019 [23:04]:
Ərdoğanın tətillə bağlı tənqidinə İmamoğludan cavab - VİDEO
25/08/2019 [23:01]:
Elmar Məmmədyarov oğlunun toyunda belə oynadı - VİDEO
25/08/2019 [22:49]:
ATV-nin tanınmış aparıcısı ikinci dəfə evləndi- FOTOLAR
25/08/2019 [22:12]:
Kədərlənmək infarkta səbəb olur, əgər güclü emosional stress yaşayırsınızsa... - ARAŞDIRMA
25/08/2019 [22:07]:
Sevgilisi Ronaldonun ağlını başından çıxarmasından danışdı: "Həmişə alt paltarında yatıram və..."
25/08/2019 [22:07]:
Ərdoğan Türkiyəni sarsıdan qətldən danışdı: Edam...
25/08/2019 [22:05]:
Paytaxtın Heydər Əliyev prospektində yol qəzası ilə əlaqədar sürət həddi aşağı endirilib - FOTO
25/08/2019 [22:02]:
İsrailin 4 qırıcısı Livanın hava məkanına daxil olub
25/08/2019 [21:51]:
FHN-in texnika və canlı qüvvəsi Quba, Oğuz, Qəbələ və Ağsuda baş vermiş yanğınların söndürülməsinə cəlb edilib
25/08/2019 [21:37]:
Arvadı özünə başqa kişi tapdı, azərbaycanlı ər evi yandırdı - 9 yaşlı qızı yanaraq öldü
25/08/2019 [21:36]:
Məmməd İsmayılın şeirlər kitabı Fransada nəşr olunub
25/08/2019 [21:31]:
Hitlerin qəzəbinə səbəb olan, buğaya qalib gələn dünya şöhrətli Azərbaycan pəhləvanı...
25/08/2019 [21:19]:
56 milyon qazanıb, ilin ən varlısı oldu
25/08/2019 [21:13]:
Ukraynada avtomobil körpüsü uçdu - VİDEO
25/08/2019 [21:11]:
Gəncədə 30 yaşlı kişi bıçaqlandı
25/08/2019 [21:09]:
Taxta sexi yandı
25/08/2019 [20:30]:
Boris Conson çaşdı, Makronla arvadı güldü - VİDEO
25/08/2019 [20:14]:
Ağsuda da yanğın başladı
25/08/2019 [20:12]:
İsrailə düşmən dedi, bir neçə gün sonra öldü -FOTO
25/08/2019 [20:06]:
İran deputatı: “Azərbaycan haqlı olsa da, biz Ermənistanı dəstəklədik”
25/08/2019 [20:04]:
Trampın xanımının bu görüntüsü gündəm oldu - FOTO
25/08/2019 [19:55]:
Qubada yanğın oldu - FOTOLAR
25/08/2019 [19:52]:
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı qətlə yetirildi
25/08/2019 [19:20]:
Türkiyə ordusunun 3 əsgəri şəhid oldu
25/08/2019 [18:58]:
Azərbaycan cüdoçuları dünya çempionatına məğlubiyyətlə başlayıblar
25/08/2019 [18:58]:
Evdə selfi çəkərkən canından oldu - AĞLASIĞMAZ...
25/08/2019 [18:52]:
Çürük meyvələrin zərərləri: qablaşdırma problemi, sahibkarların səhlənkarlığı
25/08/2019 [18:45]:
Bu cür görüntülər uşaqlarda travmaya yol açır - DİQQƏT...
25/08/2019 [18:36]:
Zərifin təyyarəsi G7 sammitində: Gizli səfər?
25/08/2019 [18:34]:
Putin G7 sammitinə gedir
25/08/2019 [18:30]:
ABŞ məhkəməsi ermənilərin Türkiyəyə qarşı iddialarını rədd etdi
25/08/2019 [18:25]:
“Harada bir uğur, bir zəfər, bir nailiyyət var, orada…”
25/08/2019 [18:23]:
Yüzlərlə kiloqramlıq at zərbə nəticəsində havaya uçdu - İNANILMAZ...+ VİDEO
25/08/2019 [18:22]:
Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI
25/08/2019 [18:21]:
Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaratdı
25/08/2019 [18:17]:
5 general istefa verdi
25/08/2019 [18:16]:
Məşhur kinorejissorun intiharı - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib...
25/08/2019 [18:11]:
Malyorkada helikopterlə təyyarə toqquşdu, ən az beş nəfər öldü
25/08/2019 [18:08]:
İsmayıllıda yas zamanı evin döşəməsi çöküb, 6 nəfər xəsarət alıb - VİDEO
25/08/2019 [17:59]:
Hakimlər matça kabab sifariş verdilər - MARAQLI
25/08/2019 [17:30]:
Old Boy! – Qoca Oğlan
25/08/2019 [17:25]:
Asama bir ayda ikinci dəfə püskürdü
25/08/2019 [16:17]:
"Türkiyə o heykəlin götürülməsi ilə bağlı Ermənistana nota verməlidir" - QALMAQAL...
25/08/2019 [16:14]:
"Fənərbaxça"nın altı illik həsrəti sona çatdı
25/08/2019 [16:11]:
Məşhur rejissor faciəvi şəkildə öldü - FOTO
25/08/2019 [15:56]:
Ermənilər Azərbaycan səmasında 3-cü hava festivalı keçirdi – Bu dəfə qırıcılar qaldırılmadı...- FOTOLAR 
25/08/2019 [15:35]:
Qaraçuxurda uşaq bağçasında yanğın - FOTO/VİDEO
25/08/2019 [15:33]:
Krım sözünün yaranması və Krım türklərinin tarixçəsi
25/08/2019 [14:48]:
Erməni vandalizminin gerçək üzü: Heykəlin ayağının altında Talat Paşanın kəsilmiş başı...
25/08/2019 [14:05]:
Tələbə Fondunun yaradılması ilə bağlı Təşəbbüs Qrupu öz işinə başlayır
25/08/2019 [14:02]:
Renat Portuqaliyada debüt etdi
25/08/2019 [13:13]:
“Onlar məni ölkəmin parçalanmasına imza atmaq üçün dilə tutmaq istəyirdilər”
25/08/2019 [13:10]:
“Soruşun ki, yaşamaqdan yorulmamısan, ölmək istəmirsən ki?”
25/08/2019 [13:05]:
İranda soydaşlarımızın yaşadığı vilayətlərdə Azərbaycan dili tədris olunacaq
25/08/2019 [12:57]:
“Həyat prezidentlərdən daha sürətlə dəyişir”
25/08/2019 [12:49]:
65 yaşlı kişidən dəhşətli cinayət: arvadı və qızını güllələdi, sonra...
25/08/2019 [12:45]:
Qabil Hüseynlinin musiqiçi qızı: Mərhum pilot xanımı
25/08/2019 [12:43]:
Bakıda oğlan sevdiyi qıza etdiyi jestə görə döyüldü - VİDEO
25/08/2019 [12:39]:
"Hababam sınıfı"nın aktyoru öldü
25/08/2019 [12:16]:
Dünya futbolunda nadir hallarda rast gəlinəcək foto Türkiyədə çəkildi
25/08/2019 [12:10]:
Rəsmi Kreml Rusiyanın G8-ə dönüşünü şərh etdi
25/08/2019 [11:58]:
Tanınmamış Abxaziya prezidentini seçir
25/08/2019 [11:48]:
ABŞ-da sualtı kitabxana açılıb
25/08/2019 [11:45]:
Samira: "İbrətamiz həyat yaşayıram"
25/08/2019 [11:42]:
“Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı
25/08/2019 [11:37]:
"Qardaşımın o avtomobildən çıxması bir möcüzə idi"
25/08/2019 [11:24]:
"Putini gələn dəfə dəvət edəcəyik" - Tramp
25/08/2019 [11:23]:
Mariana Vasileva Beynəlxalq Gimnastika Federasiyası tərəfindən “əməkdar məşqçi” diplomu ilə təltif olunub
25/08/2019 [11:19]:
ABŞ astronavtı kosmik stansiyada bank oğurluğu edib
25/08/2019 [11:17]:
Oğuzda meşə yanğını: FHN təyyarə və iki helikopter göndərdi
25/08/2019 [10:50]:
Qubada dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırılıb
25/08/2019 [10:05]:
Qaxda yol polisi sürücülərə və sərnişinlərə sərin su paylayıb
25/08/2019 [10:02]:
Mövqelərimiz atəşə tutuldu
25/08/2019 [10:00]:
“Arzularınız içinizdə qaldı, ““Mammad Amin Resulzadeh” heç vaxt batmayacaq"
25/08/2019 [09:47]:
“Ciddi problemlərdən biri orta məktəblərin xarici dil tədrisinin heç də yüksək səviyyədə olmamasıdır”
25/08/2019 [09:34]:
Şimali Koreya yeni nəhəng raketi sınadı - FOTO
25/08/2019 [09:33]:
Azərbaycanlı gimnastdan Rusiyada növbəti çempionluq - FOTO
Bütün arxiv bir sırada
18/07/2019 [16:30] - Köşə - ( 2262 dəfə baxılıb)

O medalın görünməyən üzü...

və ya Cümhuriyyət-100 yubiley medalını niyə urvatsız edirlər?
Qulu Məhərrəmli

Bizim cəmiyyətin çeşidli mükafatlara, o cümlədən orden-medala, fəxri adlara, adlı təqaüdlərə və s. bir özgə həssaslığı var. Mükafat da belə bir şeydir ki, layiq olmayan adama veriləndə həmişə  söz-söhbəti uzun çəkir, xeyli suallar, gümanlar, şübhələr çıxır ortaya. Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı təsis edilmiş yubiley medalının son bir həftədə demək olar ki, kütləvi şəkildə paylanmasına da məmləkət əhlinin reaksiyası təxminən belə oldu…

*  *  *

Əvvəla, onu ərz edək ki, bir əsr əvvəl kəşməkeşli bir zamanda o dövrlərə kimi coğrafi anlayış kimi qavranılan “Azərbaycan” adına siyasi məzmun verib onu tarix səhnəsinə çıxarmış, bu adı dünya ilə bir etmiş və indi də qürur mənbəyimiz olan Cümhuriyyət adına medalın təsis edilməsi çox yaxşıdır, amma onun bir ildən sonra bu cür urvatsız şəkildə paylanması pisdir.

Bu medalın Ramiz Abutalıbov, Firdovsiyyə Əhmədova, Ədalət Tahirzadə, Nəsiman Yaqublu kimi tədqiqatçılara verilməsi çox ədalətlidir, amma Aydın Balayev, Cəmil Həsənli, Nəsib Nəsibli kimi görkəmli tarixçilərin diqqətdən kənarda saxlanması insafsızlıqdır. Mən hələ Cümhuriyyət mövzusunu sovet dönəmindən gündəmə gətirmiş Möhsün Əliyevin, Ziya Bünyadovun, Tadueş Svyataxovskinin xatırlanmamasını demirəm…

Ötən il cəmiyyətimizdə bir coşqu yaratmış “Cümhuriyyət 100”  kampaniyasının qəhrəmanlarından biri olmuş, bu tarixə aid sənəd və fotoları bal arısı kimi toplayıb muzey səviyyəsinə qaldırmış tədqiqatçı-publisist Dilqəm Əhmədə bu medal ana südü kimi halaldır, amma adını jurnalist qoyub Cümhuriyyətin nə olduğunu bilməyən, “Rəsulzadə” sözünü işlədəndə dodağı yeddi yerdən çatlayan mürəkkəb xislətli media mənsublarına belə mükafat haramdır.

Qafqaz İslam ordusu və Nuru paşa haqqında maraqlı tədqiqatlar aparmış “Şərq”in redaktoru Akif Aşırlıya yubiley medalının verilməsi doğrudur, amma hərb tariximizin maraqlı bir səhifəsi – Yalama döyüşü haqqında bir çox həqiqətləri araşdırıb bu barədə kitablar yazıb, sənədli film çəkmiş Arif Əliyevin zəhmətinin görməzliyə vurulması açıq qərəzdir. Cümhuriyyəti “Şərqin çağdaşlıq möcüzəsi” kimi tədqiq edən professor Mehman Dəmirlinin, fədakar araşdırmaçı Nəcibə Bağırzadənin  yada salınmaması da qərəzdən başqa bir şey deyildir.

Cümhuriyyət dəyərlərini xarici ölkələrdə təbliğ edən diasporun bəzi tanınmış nümayəndələrinin medallandırılması ürəkaçandır, amma uzun illərdir ömrünü, malını və canını bu yolda fəda edən, kitablar yazdırıb, filmlər çəkən Əhməd Obalının “unudulması” qan qaraldandır.

Mən hələ parlamentdəki bəzi “maralların” sinəsinə bu medalın taxılmasının Cümhuriyyət quranların ruhunun birbaşa incidilməsi demək olduğunu yazmıram. Aydındır, parlamentə bu medallar “topdan” verilib və aşağı-yuxarı heç kimə fərq qoyulmayıb, amma hər halda yenə suallar yaranır: necə ola bilir ki, Cümhuriyyət fəlsəfəsini və ideyalarını yorulmadan yayan deputat Fazil Qəzənfəroğlu da bu mükafata layiq görülür, Cümhuriyyətə və onun qurucusu M.Ə.Rəsulzadəyə həqarət edən (və adını bura yazmağı rəva bilmədiyim) vücudlar da?  Axı iliyinə kimi Cümhuriyyət düşməni olanlar, onun ideyalarına nifrət edənlər və buna görə də Azərbaycanı ikiyə bölmüş Araz çayı kimi lənətlənən bu adamlar o medalı yaxalarında necə və hansı üzlə gəzdirə bilərlər?

Azərbaycan Cümhuriyyəti əxlaq və mənəviyyat üzərində qurulmuşdu. Qurucu babalarımız onu belə yaradıb və bu dövlət tarixdə də belə qalıb. Ona görə də həmin fenomenlə bağlı hər şey, o cümlədən mükafatlandırma işi də yalnız əxlaqa və mənəviyyata söykəndikdə ədalətli sayıla bilər…

*  *  *

Dünyanın bir çox dillərində bir işin ilk baxışda görünməyən tərəfi, mənfi cəhəti barədə «bir medalın iki üzü», «medalın görünməyən tərəfi» və s. ifadələr işlədilir.  XVI əsrdə Avropada yaranmış bu ifadə din xadimlərinin ikiüzlülüyünə, onların üzdə bir cür, daldada başqa cür olmalarına etiraz kimi meydana çıxıb.  1511-ci ildә həmin etirazın bədii ifadəsi kimi Erazm Rotterdamskinin xristian dini vә Roma papasını әlә salan «Axmaqlığın mәdhi» әsәri nәşr olunub.

Bir müddət sonra xalq etirazının simvollarla ifadəsi mərhələsi başlanıb, din əleyhinə şəkillər çəkilib, ictimai yerlərdə papanın karikaturaları görünməyə başlayıb. Bu formada etirazın zirvəsi daha çox jeton medallarda öz əksini tapıb. Həmin jeton medalların üzәrindә papanın şәkli elə hәkk olunmuşdu ki, medalları tәrsinә tutanda (yuxarı hissәsini aşağı çevirәndә) papanın şәkli deyil, şeytanın surәti görünürdü. Bundan sonra xalq arasında «medalın tərs üzü» ifadəsi populyarlaşmağa və mənfi mənada işlənməyə başlayıb.

Xoşbəxtlikdən hansı tərəfə çevirsən, bizim medalın təsviri olduqca gözəl, müasir dizaynlı və birmənalıdır. Amma hər halda bu gözəlliyin və xoş niyyətin arxasında işləri korlayan bir şeytan gizlənməmiş deyil.  Cümhuriyyət medalının belə urvatsız edilməsinin arxasında məhz həmin şeytan dayanır…

loading...
loading...
Evdə selfi çəkərkən canından oldu - AĞLASIĞMAZ...
Stalinin də yatdığı Bayıl həbsxanası: "ölüm korpusu"ndan qaçış, tualetsiz kameralar...
65 yaşlı qadın 19 ildir ümumi tualetdə yaşayır - FOTO
Selfi insanı yalnız və zəif göstərir - MARAQLI ARAŞDIRMA
Gündə 9,5 saat oturmaq erkən ölümə səbəb olur - QORXUNC ARAŞDIRMA
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
"Onun döyüşlər zamanı da tez-tez Babakər dağında hərbçilərlə bir yerdə olduğunu deyirlər"
Maraqlı
Sevgilisi Ronaldonun ağlını başından çıxarmasından danışdı: "Həmişə alt paltarında yatıram və..."
Maraqlı
Hakimlər matça kabab sifariş verdilər - MARAQLI
Dünya
“Onlar məni ölkəmin parçalanmasına imza atmaq üçün dilə tutmaq istəyirdilər”
Hadisə
Atası yatan körpəyə baxdı, nə baş verdiyini görəndə kameraya çəkdi - MARAQLI + VİDEO
Həftənin ən çox oxunanları
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
İki əmioğlu 24 yaşlı qızı bağ evinə apardılar - Soyundurub 4 saat...
Bakıda fahişəxanadan gizli çəkiliş: Qiymət 50 manat - VIDEO
Anasına yataq otağından selfi göndərən qız biabır oldu - İntim aləti yaddan çıxarıb - FOTO
Müdafiə Nazirliyində həbslər başladı: Külli miqdarda rüşvət və korrupsiyaya görə...
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
"Ürəyim sıxılan kimi ərim ilə sevişirəm" deyən model çılpaq halda... -FOTO
"Ağrısı, acısı ürək dağlayan bir ailənin başçısını niyə durmadan təhqir edirsiniz?"
"Ermənistan Rusiyadan qırıcılar alacaq, Azərbaycan da Pakistanın təklifini qəbul etsə..."
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)