Xəbər lenti
18/08/2019 [23:55]:
Dövlət Sərhəd Muhafizəsinin 100 illiyi tamam olur
18/08/2019 [23:54]:
Trampın məsləhətçisi onun Qrenlandiyanı almaq ideyasında olduğunu təsdiqlədi
18/08/2019 [23:45]:
Tanzaniyada yanacaq daşıyan maşının partlaması nəticəsində ölənlərin sayı artıb
18/08/2019 [23:10]:
"Səbail" - "Zirə" oyunundan sonra insident baş verdi
18/08/2019 [23:09]:
“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi
18/08/2019 [22:23]:
Azərbaycana kilosu 1000 dollara satılacaq ət gətiriləcək - Bu inək bahalı pivə içir, masaj olunur
18/08/2019 [22:04]:
Rumıniyada psixiatriya xəstəxanasının pasienti dörd nəfəri öldürdü
18/08/2019 [21:36]:
Kılıçdaroğlu iqtidarın Suriya siyasətini sərt tənqid etdi - "Orada nə işin var?"
18/08/2019 [21:28]:
Gəncədə avtoqəza olub, xəsarət alanlar var
18/08/2019 [21:24]:
Şuşa-Laçın yolunda  daha bir erməni o dünyalıq oldu...
18/08/2019 [21:11]:
Fətəli xan Xoyski – Erməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri
18/08/2019 [21:08]:
Premyer Liqada kuryoz hadisə...
18/08/2019 [21:06]:
Sinəsi göründü, üç yüz min adam bəyəndi - FOTO
18/08/2019 [21:03]:
İspaniyada meşə yanğını, 2000-ə yaxın insan təxliyyə edildi - VİDEO
18/08/2019 [21:02]:
Prezident: “Gürcüstan öz qərarı ilə səhvə yol verib”
18/08/2019 [21:00]:
Fransanın birinci xanımının başına iş gəldi
18/08/2019 [20:24]:
Azərbaycan XİN Sudanı sülh sazişi ilə əlaqədar təbrik edib
18/08/2019 [20:12]:
““AR OLSUN” adlı bir jurnal açaq, xalqımızın adını batıran məmurların adını ora daxil edək"
18/08/2019 [20:11]:
FAO-nun sabiq baş katibi vəfat etdi
18/08/2019 [20:11]:
“İçmə balam, biz içmirik, ölürük?..”
18/08/2019 [20:08]:
Keti Perri ilə bağlı daha bir təcavüz iddiası
18/08/2019 [20:05]:
Dünya çempionumuz Fərhad Poladovun düşdüyü qəzadan yeni görüntü - VİDEO
18/08/2019 [20:03]:
İrlandiyada Katolik kilsəsi əmlaklarını satışa çıxarır
18/08/2019 [20:00]:
İmamoğluna irad: “Sel zamanı hardaydınız?” -VİDEO
18/08/2019 [19:57]:
DYP avtomobilinin qarşısında “avtoş”luq edən taksinin görüntüləri - VİDEO
18/08/2019 [19:54]:
Xaçmazda qəza: beş yaralı
18/08/2019 [19:52]:
“Grace 1” neft tankeri Hibraltarı bu gün axşam tərk edə bilər
18/08/2019 [19:50]:
Gürcüstanın baş naziri qadın olacaq - FOTO
18/08/2019 [19:41]:
İsrail İran hədəflərini vurdu, İraq hava məkanını bağladı
18/08/2019 [19:37]:
Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verdi
18/08/2019 [19:36]:
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
18/08/2019 [19:31]:
FHN dağlıq ərazidə köməksiz qalan şəxsi xilas edib
18/08/2019 [18:51]:
Dağıstan Xəzərdə kilkə ovuna başlayacaq
18/08/2019 [18:49]:
Xilasedicilər Bakıda intihar etmək istəyən şəxsi fikrindən daşındırıb
18/08/2019 [18:40]:
Fatih Terim Hasan Şaşın istefasını qəbul etmədi
18/08/2019 [18:37]:
"Zərdüştə vurduğu şilləyə görə Həmidovu ölüm cəzası, ya da 15 il həbs gözləyirdi"
18/08/2019 [18:26]:
Merkel Berlində Consonla görüşəcək
18/08/2019 [18:22]:
Yüksək təzyiqi olanlar üçün ən yaxşı qida tapıldı – İngilis dietoloqlar...
18/08/2019 [18:22]:
Əfsanəvi oyunçu futbolu buraxdı
18/08/2019 [18:03]:
Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə FOTOLARINI PAYLAŞDI...
18/08/2019 [17:50]:
Adolf Hitlerin 1945-ci ilin mayında ölmədiyi ilə bağlı yeni məlumat yayıldı - FOTO
18/08/2019 [17:44]:
DİM dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqladı
18/08/2019 [17:43]:
Millət vəkili Afrikadan olan təşkilat rəhbərlərinə köçkün qadınlardan danışdı - FOTOLAR
18/08/2019 [17:35]:
Qax sakini Şəkidə faciəvi şəkildə öldü
18/08/2019 [17:06]:
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
18/08/2019 [17:03]:
4 milyona dinozavr skeleti satılır
18/08/2019 [17:01]:
Rusiyada 10-cu sinif şagirdi bir ailəni qətlə yetirdi
18/08/2019 [16:49]:
Ucar rayonunda insanları qorxuya salan naməlum məxluq tutuldu? - Rəsmi açıqlama
18/08/2019 [16:44]:
Avtomobilini işə salmaq üçün mikroçipi dərisinin altına yerləşdirdi – FOTO/VİDEO
18/08/2019 [16:07]:
İlk cinsi əlaqəyə qədər oğlanlara bu peyvənd olunmalıdır – Papilloma virusunun xərçəng təhlükəsi
18/08/2019 [16:03]:
İki yaşlı uşağı "tok" vurdu - Azərbaycanda bədbəxt hadisə
18/08/2019 [16:03]:
İŞİD Kabildə toyda törədilən terror aktına görə məsuliyyəti üzərinə götürdü
18/08/2019 [16:00]:
Bikinili fotosu 1 milyon topladı
18/08/2019 [15:55]:
Ağırçəkili şəxsi evdən çıxarmaq üçün FHN-ni çağırdılar
18/08/2019 [15:49]:
Otla dolu maşın yanır - FOTO/VİDEO
18/08/2019 [15:45]:
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"
18/08/2019 [15:08]:
İki ölkə ABŞ-a qarşı anlaşdı - Yeni gəlişmə
18/08/2019 [15:07]:
İmran Xandan dünyaya çağırış: Nüvə arsenalı...
18/08/2019 [15:05]:
Əsəd rejimi humanitar yardımlardan silah kimi istifadə edir - sensasion sənədlər yayıldı
18/08/2019 [14:59]:
“Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu
18/08/2019 [14:59]:
Rusiyanın müdafiə naziri Avropada və Asiyada ABŞ-a sərt cavab veriləcəyini söyləyib
18/08/2019 [14:59]:
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR
18/08/2019 [14:56]:
İsmayıl Abdullayev şərhçilikdən uzaqlaşdırıldı - Efirdə dediyi bu sözlərə görə
18/08/2019 [14:19]:
Gəncləri öz qurbanına çevirən estetik əməliyyatlar...
18/08/2019 [14:14]:
Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib...
18/08/2019 [14:12]:
5 yaşlı uşağı duşa bağlayıb, işgəncə verdilər -VİDEO
18/08/2019 [14:07]:
Şəmkirdə sərxoş ər qaynanasının evini yandırıb, 2 yaşlı körpə ölüb, xəsarət alanlar var - YENİLƏNİB
18/08/2019 [14:06]:
Ermənistan “140 hektar torpaq almışıq” dedi, Azərbaycan MN istehzalı cavab verdi - "Gülüş doğurur..."
18/08/2019 [14:03]:
"Mançester Siti" "Tottenhem"lə heç-heçə edib
18/08/2019 [13:51]:
3 ayda 2-ci dəfə ana oldu
18/08/2019 [13:50]:
Buraya qadınların girişi qadağandır: 2000 kişinin yaşadığı adanın sirri - FOTOLAR
18/08/2019 [13:48]:
"İlham Əliyev də Mehriban Əliyevanı birinci vitse prezident təyin etməklə..."
18/08/2019 [13:42]:
Şəmkirdə baş verən faciədə yanan qadın və anasının vəziyyəti açıqlandı
18/08/2019 [13:37]:
Şair Oqtay Rza vəfat etdi
18/08/2019 [13:34]:
Vilayət Eyvazovdan yeni rəis təyinatı
18/08/2019 [13:29]:
İki yaşlı oğlunun ölümünə səbəb olan atayla bağlı - Rəsmi açıqlama
18/08/2019 [12:20]:
Bill Geytsin hansı təxminləri həyata keçib?
18/08/2019 [12:16]:
Zəlzələ kahinindən ŞOK xəbərdarlıq
18/08/2019 [12:13]:
Bakı metrosunda sərnişinin halı pisləşdi
18/08/2019 [12:01]:
Yanğınsöndürənlər huşunu itirmiş ev sahibini xilas ediblər
Bütün arxiv bir sırada
18/07/2019 [16:55] - Siyasət - ( 919 dəfə baxılıb)

İran-ABŞ böhranı Azərbaycanı narahat etməlidirmi?



Azərbaycanın cənub qonşusu İran və dünya gücü ABŞ arasında münasibətlərin gərginləşməsi regionda yeni münaqişə ocağının yaranacağı kimi narahatlığa əsas verir.

İrana nüvə silahı əldə etməyə imkan verməyəcəyini deyən ABŞ prezidenti Donald Trump tez-tez hədə dolu açıqlamalar verir.

İran, ABŞ-ın İran körfəzində əlavə hərbi gəmi və təyyarələr yerləşdirməsinə baxmayaraq, regionda onunla qarşıdurmaya girə biləcək qüvvənin olmadığı mesajını verir.

ABŞ və İran liderləri hələlik müharibə istəmədiklərini də bildirsələr də, iyun ayında cənab Trump İranın üç ərazisinə hücum əmri verib, lakin "150 insanın öləcəyini" öyrənməsi ilə hücumdan cəmi 10 dəqiqə əvvəl qərarını dəyişib.

İki ölkə arasında gərginlik ötən il, ABŞ-ın prezident Trump-ın "qüsurlu" adlandırdığı 2015-ci ildə İranın nüvə proqramına dair bağlanmış beynəlxalq sazişdən çıxmasından sonra başlayıb. Bundan sonra İran iqtisadiyyatına təsir göstərən sərt sanksiyalar yenidən tətbiq olunub.

Buna cavab olaraq İran iyul ayında müqavilə çərçivəsində öz öhdəliklərini dayandıraraq uranın zənginləşdirilməsinə dair məhdudiyyəti pozub.

Lakin Avropa rəsmiləri iyulun 16-da bu müqavilənin bərpası üçün ümidlərin olduğunu açıqlayıb.

İrana qarşı sərt sanksiyaların tətbiq edildiyi dövrdə 2015-ci ildə 6 ölkə, yəni ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Çin, Almaniya tərəfindən imzalanan müqavilə İranın nüvə proqramına maneə törətmək məqsədi daşıyırdı.

Bəs bu vəziyyətin daha da gərginləşməsi İranla sərhəddə yerləşən Azərbaycana necə təsir edə bilər? Bu barədə BBC News Azərbaycancanın suallarını siyasi şərhçi Sədrəddin Soltan cavablandırıb.

- İran-ABŞ böhranı Azərbaycanı narahat etməlidirmi?

- Qonşu dövlət kimi ABŞ-İran münasibətləri Azərbaycanı bir neçə baxımdan narahat edir. Birincisi, İranda 30 milyondan çox Azərbaycan türkü var. İranın rifah halının aşağı düşməsi, İrana qarşı istənilən halda təzyiqlər, hətta savaşa qədər gəlib çıxması, savaşın baş verməsi həmin 30 milyon Azərbaycan türkünün həyatına da mənfi təsir göstərəcək. Bu baxımdan Azərbaycan dünyada bütün azərbaycanlıların dövləti olaraq həmin güneydəki, İrandakı Azərbaycan türklərinin gələcək həyatından rahatsız olmaya bilməz.

İkincisi, vətəndaş olaraq Azərbaycan türklərinin İranda çoxlu sayda qohumları var. Bu qohumluq əlaqələrindən, öz qohumlarını itirməsi, güzəranının aşağı düşməsindən, ictimai baxımdan narahatlıq var.

Üçüncüsü isə qonşu dövlət ərazisində müharibənin getməsi, yaxud qonşu dövlətə qarşı təzyiqlərin artması nəticəsində qonşu dövlətdə iqtisadi sosial vəziyyətin ağırlaşması, Azərbaycanın iqtisadiyyatına Azərbaycanın sosial həyatına mənfi təir göstərə bilər.

- ABŞ İrana hücum edərsə, Azərbaycana hansı təsirləri olacaq?

- Qonşu dövlətdə müharibənin olması Azərbaycanı çox ciddi şəkildə narahat edər. Hər halda o ölkənin ərazisindən Azərbaycana qaçqınların gəlməsinin ehtimalı az deyil. Düzdür, İraq-İran müharibəsində və sonrakı hadisələr zamanı İran vətəndaşları Azərbaycana, yaxud keçmiş sovetlər ölkələrinə pənah aparmadı, amma 1979-cu il inqilabından sonra göründü ki, keçmiş SSRİ ərazisinə İrandan qaçqınlar gəldi.

Bu baxımdan kütləvi olmasa belə İrandan Azərbaycana qaçqınların gəlməsi ehtimalı var. İkinci tərəfdən, İran Azərbaycan vətəndaşları üçün ən yaxın və ən optimal bazardır. Azərbaycan vətəndaşları bu bazarı itirə bilərlər. Üstəlik, Azərbaycan və İran arasında bir sıra sahələrdə iqtisadi əlaqələr var. Ehtimal olunan savaş Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Bölgədə bütövlükdə vəziyyətin qarışması Azərbaycanın milli, dövlət təhlükəsizliyinə təsir göstərə bilər.

- Yüzminlərlə qaçqın Azərbaycana gəlsə, bu, Azərbaycan xalqına necə təsir edər?

- İstənilən halda qaçqınların ölkə ərazisinə daxil olması, ölkənin onları qəbul etməsi o ölkənin sosial, iqtisadi, mədəni vəziyyətinə mənfi təsir göstərir. Məsələn, bir ölkənin elektrik enerjisi, qaz hasilatı və sair bu kimi məsələləri daxili bazara, 10 milyon insan üçün nəzərdə tutulubsa birdən-birə bu say arıtır.

İstər-istəməz bu hal bütün infrastruktura, bütün təchizat sisteminə mənfi təsir göstərir. Azərbaycan hələ müstəqil olmazdan qabaq və müstəqil olanda qaçqınların yaratdığı problemlərlə üzləşib.

Məsələn, Sovetlər dövründə qərbi Azərbaycandan (Ermənistan - red. )yarım milyona yaxın Azərbaycan türkünün Rusiya və ermənilər tərəfindən qovulması, Gürcüstandan, Borçalıdan qovulması, Özbəkistandan ahıska türklərinin qovulması, sonrakı mərhələdə Qarabağın işğalı zamanı qaçqınların dədə-baba yurdlarından qovulub gəlməsi məsələsini Azərbaycan ictimaiyyəti yaşayıb və bunun Azərbaycanın ictimai-siyasi həyatına necə mənfi təsir göstərdiyini bilir.

Bu baxımdan biz qaçqınlar problemini yaşamışıq, bu gün də yaşayırıq. Ölkə ərazisində 1 milyondan çox daxili qaçqın var, Qarabağ qaçqını. Buna görə də, ehtimal olunan İrandan gələn qaçqınların da Azərbaycanın ictimai, mədəni həyatına mənfi təsir göstərəcəyi ehtimalı az deyil.

Qarabağdan gələn qaçqın Azərbaycanın öz vətəndaşıdır, o bütün sahələrdə eyni mədəniyyətin, kültürün, psixologiyanın, sosial-iqtisadi və sair hadisələri yaşamış eyni insanlardır. Amma güneydən, İrandan gələcək insanlar isə bu tip məsələlərdə eyni deyillər, ayrı dövlətin kültürünün vətəndaşıdırlar. Fərqli yaşayış səviyyəsindən gəlmiş insanlardır, siyasi-ideoloji düşüncənin sahibi olan insanlardır. Onların bura gəlib uyğunlaşması təbii ki, çətin olacaq.

Əvvəllər Azərbaycana Çeçenistan, Orta Asiya, Əfqanıstandan da qaçqınlar gəlmişdi. Onların çox Azərbaycan mühitinə uyğunlaşa bilmədilər və ölkəni tərk etməyə məcbur oldular.

- Əgər ABŞ İrana hücum etsə, Azərbaycanın hansı addımlar atacağını proqnozlaşdırırsınız?

- Azərbaycan bu tip münaqişəli məsələlərdə danışıqların tərəfdarıdır. Çünki Azərbaycan, ərazisi işğal edilmiş bir dövlətdir. Dünyada tək-tək dövlətlərdənik ki, müstəqilliymizi bərpa etdikdən sonra bütün problemlərlə, bütün məsələlərlə üzləşmişik.

Terrorla üzləşmişik, qaçqın məsələsilə üzləşmişik, müharibə ilə üzləşmişik və bu gün də ərazimizin bir hissəsi işğal altındadır. Azərbaycanın bu məsələdə tutacağı ən düzgün xətt dövlətlərarası münaqişənin dinc yolla tənzimlənməsinə yardım etməkdir.

Azərbaycan, ilk növbədə, dövlət olaraq öz təhlükəsizliyinin qayğısına qalmalıdır. Hesab edirəm ki, bu məsələdə Atatürkün "ölkədə sülh, cahanda sülh" prinsipi Azərbaycan üçün daha yerinə düşür. Çünki Azərbaycan indiki vəziyyətdə hansısa münaqişəli bölgədə hərbi əməliyyatlarda iştirak etmək imkanı yoxdur. Azərbaycan ancaq və ancaq öz dövlətinin və millətinin qayğısına qalacaq.

- ABŞ-ın Azərbaycandan tələbi nə ola bilər?

- ABŞ-ın Azərbaycandan və ümumiyyətlə, bütün müttəfiqlərindən tələbi İranla ticarət əlaqələrini azaltmalarıdır. Donald Trupm-ın bəyanatında var ki "quldurlarla alver etməyin". Yəni ABŞ-ın tələbi də budur ki, İranla ticarət əlaqəsini minimum dərəcədə saxlayın, İrandan neft-qaz almayın və sairə. Çünki İrana təzyiqin ən əsas və ən güclü təsir forması iqtisadi sanksiyadır.

Bu iqtisadi sanksiya ölkənin bütün iqtisadiyyatını çökdürə bilir, məsələn ötən ay, İranda gündəlik neft hasilatı 2 milyon 280 min barrel olubdur, bu son 30 ildə ən az hasilatdır. Bu o deməkdir ki, tətbiq olunan sanksiyalar səmərəsini verir. Səmərəsini verirsə, monda boş yerə qan tökməyə və bölgədə əlavə müharibə ocağı, münaqişə ocağı yaratmağa nə ehtiyac var.

Hesab edirəm ki, ABŞ Azərbaycandan da, başqa dövlətlərdən də istəyir ki, tətbiq etdiyi sanksiyaya, İranın iqtisadiyyatının çökülməsinə qoşulsun. Azərbaycan da heç şübhəsiz, özünün siyasi, iqtisadi, təhlükəsizlik maraqları baxımından bu məsələlərdə həmişə iştirak edib.

ABŞ İrana hücum edərsə, Azərbaycandan heç nə tələb edə bilməz. Sadəcə iqtisadi sanksiyalar baxımından xahiş edə bilər. Azərbaycan da bütün bu məsələlərə bir şərt daxilində qoşula bilər: Ərazi bütövlüyü, milli və dövlət təhlükəsizliyinin təmin olunması.

Azərbaycan bölgədə qarışıqlıq baş verəcəyi halda hansısa bir əməliyyatda iştirak edərsə, öz ərazisi hədəfə çevrilə bilər. Təbii ki, bu Azərbaycanın həm milli, həm dövlət təhlükəsizliyi maraqlarına uyğun deyil. Odur ki, Azərbaycan yalnız dövlət və milli maraqları təmin olunacağı halda ABŞ-ın aksiyasına qoşula bilər.

loading...
loading...
Fatih Terim Hasan Şaşın istefasını qəbul etmədi
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
Kosmetik vasitələr Antarktikanı da kirlətdi - İNANILMAZ...
8 telefonla birdən oynayan sürücü yaxalandı - FOTO
Liberiyalı senator maaşının çoxunu yerli xalqa paylayacaq - MARAQLI
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
““AR OLSUN” adlı bir jurnal açaq, xalqımızın adını batıran məmurların adını ora daxil edək"
Cəmiyyət
“İçmə balam, biz içmirik, ölürük?..”
Cəmiyyət
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"
Dünya
İmran Xandan dünyaya çağırış: Nüvə arsenalı...
Cəmiyyət
“Kriminal dünyanın tacı” - Heç kim ölümünə inanmadı
Həftənin ən çox oxunanları
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan dəhşətli görüntülər - VİDEO
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Əsgərlərimizdən düşmənə əsl Qurban Bayramı "hədiyyəsi"...
Məleykə Abbaszadədən 800 abituriyentə misilsiz xeyirxahlıq...
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
Düşmənin müdafiə naziri Azərbaycana yalvardı: “Dayandırın...”
Naxçıvanın keçmiş daxili işlər nazirinin Bakıda obyekti "tapıldı"... - FOTOLAR
"Prezident məhz bu keyfiyyətləri nəzərə alıb onu çökməkdə olan sistemin başına gətirdi"
"Qarış-qarış da olsa öz ərazilərimizi düşməndən təmizləyirik" - Hərbi ekspert...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)