Xəbər lenti
25/08/2019 [18:36]:
Zərifin təyyarəsi G7 sammitində: Gizli səfər?
25/08/2019 [18:34]:
Putin G7 sammitinə gedir
25/08/2019 [18:30]:
ABŞ məhkəməsi ermənilərin Türkiyəyə qarşı iddialarını rədd etdi
25/08/2019 [18:25]:
“Harada bir uğur, bir zəfər, bir nailiyyət var, orada…”
25/08/2019 [18:23]:
Yüzlərlə kiloqramlıq at havaya uçdu - İNANILMAZ...+ VİDEO
25/08/2019 [18:22]:
Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI
25/08/2019 [18:21]:
Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaratdı
25/08/2019 [18:17]:
5 general istefa verdi
25/08/2019 [18:16]:
Məşhur kinorejissorun intiharı - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib...
25/08/2019 [18:11]:
Malyorkada helikopterlə təyyarə toqquşdu, ən az beş nəfər öldü
25/08/2019 [18:08]:
İsmayıllıda yas zamanı evin döşəməsi çöküb, 6 nəfər xəsarət alıb - VİDEO
25/08/2019 [17:59]:
Hakimlər matça kabab sifariş verdilər - MARAQLI
25/08/2019 [17:30]:
Old Boy! – Qoca Oğlan
25/08/2019 [17:25]:
Asama bir ayda ikinci dəfə püskürdü
25/08/2019 [16:17]:
"Türkiyə o heykəlin götürülməsi ilə bağlı Ermənistana nota verməlidir" - QALMAQAL...
25/08/2019 [16:14]:
"Fənərbaxça"nın altı illik həsrəti sona çatdı
25/08/2019 [16:11]:
Məşhur rejissor faciəvi şəkildə öldü - FOTO
25/08/2019 [15:56]:
Ermənilər Azərbaycan səmasında 3-cü hava festivalı keçirdi – Bu dəfə qırıcılar qaldırılmadı...- FOTOLAR 
25/08/2019 [15:35]:
Qaraçuxurda uşaq bağçasında yanğın - FOTO/VİDEO
25/08/2019 [15:33]:
Krım sözünün yaranması və Krım türklərinin tarixçəsi
25/08/2019 [14:48]:
Erməni vandalizminin gerçək üzü: Heykəlin ayağının altında Talat Paşanın kəsilmiş başı...
25/08/2019 [14:05]:
Tələbə Fondunun yaradılması ilə bağlı Təşəbbüs Qrupu öz işinə başlayır
25/08/2019 [14:02]:
Renat Portuqaliyada debüt etdi
25/08/2019 [13:13]:
“Onlar məni ölkəmin parçalanmasına imza atmaq üçün dilə tutmaq istəyirdilər”
25/08/2019 [13:10]:
“Soruşun ki, yaşamaqdan yorulmamısan, ölmək istəmirsən ki?”
25/08/2019 [13:05]:
İranda soydaşlarımızın yaşadığı vilayətlərdə Azərbaycan dili tədris olunacaq
25/08/2019 [12:57]:
“Həyat prezidentlərdən daha sürətlə dəyişir”
25/08/2019 [12:49]:
65 yaşlı kişidən dəhşətli cinayət: arvadı və qızını güllələdi, sonra...
25/08/2019 [12:45]:
Qabil Hüseynlinin musiqiçi qızı: Mərhum pilot xanımı
25/08/2019 [12:43]:
Bakıda oğlan sevdiyi qıza etdiyi jestə görə döyüldü - VİDEO
25/08/2019 [12:39]:
"Hababam sınıfı"nın aktyoru öldü
25/08/2019 [12:16]:
Dünya futbolunda nadir hallarda rast gəlinəcək foto Türkiyədə çəkildi
25/08/2019 [12:10]:
Rəsmi Kreml Rusiyanın G8-ə dönüşünü şərh etdi
25/08/2019 [11:58]:
Tanınmamış Abxaziya prezidentini seçir
25/08/2019 [11:48]:
ABŞ-da sualtı kitabxana açılıb
25/08/2019 [11:45]:
Samira: "İbrətamiz həyat yaşayıram"
25/08/2019 [11:42]:
“Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı
25/08/2019 [11:37]:
"Qardaşımın o avtomobildən çıxması bir möcüzə idi"
25/08/2019 [11:24]:
"Putini gələn dəfə dəvət edəcəyik" - Tramp
25/08/2019 [11:23]:
Mariana Vasileva Beynəlxalq Gimnastika Federasiyası tərəfindən “əməkdar məşqçi” diplomu ilə təltif olunub
25/08/2019 [11:19]:
ABŞ astronavtı kosmik stansiyada bank oğurluğu edib
25/08/2019 [11:17]:
Oğuzda meşə yanğını: FHN təyyarə və iki helikopter göndərdi
25/08/2019 [10:50]:
Qubada dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırılıb
25/08/2019 [10:05]:
Qaxda yol polisi sürücülərə və sərnişinlərə sərin su paylayıb
25/08/2019 [10:02]:
Mövqelərimiz atəşə tutuldu
25/08/2019 [10:00]:
“Arzularınız içinizdə qaldı, ““Mammad Amin Resulzadeh” heç vaxt batmayacaq"
25/08/2019 [09:47]:
“Ciddi problemlərdən biri orta məktəblərin xarici dil tədrisinin heç də yüksək səviyyədə olmamasıdır”
25/08/2019 [09:34]:
Şimali Koreya yeni nəhəng raketi sınadı - FOTO
25/08/2019 [09:33]:
Azərbaycanlı gimnastdan Rusiyada növbəti çempionluq - FOTO
25/08/2019 [09:31]:
Conson sazişsiz “Brexit”ə görə Aİ-ə $ 37 milyard ödəməyəcəyini vəd etdi
25/08/2019 [09:29]:
Rusiyada “An-2”ni əvəz edən yeni təyyarə yaradılacaq
25/08/2019 [09:19]:
Stalinin də yatdığı Bayıl həbsxanası: "ölüm korpusu"ndan qaçış, tualetsiz kameralar...
25/08/2019 [08:48]:
Bakı-Quba yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var
25/08/2019 [08:46]:
Bakıda gənc oğlana iki bıçaq xəsarəti yetirildi
25/08/2019 [07:35]:
Azərbaycan adından texniki yardım və qrant alan qurumlar hesabat verəcək
25/08/2019 [07:33]:
Dövlət İqtisad Universitetinin Nizamnaməsi təsdiq edildi
25/08/2019 [07:11]:
“G7” liderləri Rusiyanın iştirakı ilə “G8”-ə qayıtmağı müzakirə etdilər
25/08/2019 [07:08]:
ABŞ-da ildırımdan 6 nəfər xəsarət aldı
25/08/2019 [07:07]:
İki gündə Braziliyadakı meşə yanğınlarının sayı 1,5 min dəfədən çox artdı
25/08/2019 [07:03]:
“Böyük yeddilik” İranla bağlı qərar verdi
25/08/2019 [00:43]:
“Liverpul” “Arsenal”ı məğlub etdi
25/08/2019 [00:40]:
Sumqayıtda şadlıq sarayında baş vermiş yanğın söndürüldü
25/08/2019 [00:37]:
Azərbaycanlı bloger Rusiyada saxlanıldı
24/08/2019 [23:44]:
27-ci komissar necə sağ qaldı? - "Anastas, bizi bu sirri açmağa məcbur etmə...”
24/08/2019 [23:41]:
81 yaşlı kral ürəyindən əməliyyat olundu
24/08/2019 [23:39]:
Allahverdi Yolçuyev: "Xəstəliyimin müalicəsi Türkiyədədir"
24/08/2019 [22:57]:
“Əcnəbi tələbələrin müharibədən zərər çəkən bölgələrə səfərlərini faydalı hesab edirəm”
24/08/2019 [22:55]:
Oğuzda meşə massivi yanır - Foto/Video
24/08/2019 [22:45]:
Atası yatan körpəyə baxdı, nə baş verdiyini görəndə kameraya çəkdi - MARAQLI + VİDEO
24/08/2019 [22:34]:
Hovuzlu "Ciyar axşamı"nın ilginc təfərrüatları bəlli oldu - VİDEO
24/08/2019 [22:14]:
“Ön xətdə bu cür səfərlər jurnalistlər üçün həm də bir təhsildir”
24/08/2019 [22:13]:
Sumqayıtda şadlıq sarayı yanır - VİDEO
24/08/2019 [22:08]:
Ruhani rialdan 4 sıfırı silmək istəyir
24/08/2019 [21:56]:
Nura Suri təltif edildi - FOTO
24/08/2019 [21:55]:
"AZAL"ın keçmiş prezidenti: “"MiQ 29" təyyarəsinin vurulma ehtimalı var”
24/08/2019 [21:54]:
Restoranların ən çox pul qazandığı rayonlar
24/08/2019 [21:53]:
Çin qeyri-adi gəmisini dünyaya tanıtdı - FOTO
24/08/2019 [21:43]:
Ağstafada 17 yaşlı qızı maşın vurdu
24/08/2019 [21:18]:
Gecə klubunda 52 nəfər saxlanıldı
24/08/2019 [21:14]:
“İstanbulu sel basdı, bəyəfəndi tətildə” - VİDEO
Bütün arxiv bir sırada
20/07/2019 [09:51] - Cəmiyyət - ( 856 dəfə baxılıb)

Boşanmaların səbəbi: xəyanət və məişət zorakılığı - ARAŞDIRMA



“Evlilikdə duyğu məqamı olduğundan sarsılmaz deyil, əksinə qeyri sabitdir və özündə pozulma imkanını ehtiva edir. Lakin qanunvericiliklər bu imkanın reallaşmasını yüksək dərəcədə əngəlləməli və şıltaqlıq qarşısında mənəviyyət haqqını qorumalıdır”. Bu sözlər klassik alman fəlsəfəsinin banilərindən olan Qeorq Qeqelə məxsusdur.

Ailəni istənilən cəmiyyətin fundamenti kimi götürsək onda günümüzdə Azərbaycanda bu təməlin ciddi sarsıntı keçirirdiyini deyə bilərik. Buna səbəb ölkəmizdə rəsmi qeydə alınmış boşanmaların sayının kritik həddə çatmasıdır. İlk həyəcan təbili hələ 2017-ci ildə çalınmışdı. Həmin il boşanmaların sayı 82 ilin maksimumunu təzələyərək 14 minlik psixoloji baryeri aşdı. Boşanmaların sayı qeyd etdiyimiz baryerin üzərində 1935-ci və 1990-cı illərdə olub. Ötən il isə bu rəqəm bir az daha artmış oldu. Bu ilin ilk beş ayına görə boşanmaların sayında müşayət edilən tendensiyanı nəzərə alsaq ilin yekununda daha acınacaqlı bir mənzərə ilə qarşılaşacağımız labüddür. 

Bəs bu gün Azərbaycanda ailələrin dağılması hansı səbəblərdən baş verir?

Məsələni şərh edən psixoloq Gülnar Orucova ilk olaraq boşanmaların səbəbini hər iki cinsdə gördüyü qeyd etdi. 

"Əvvəlki dövrlərlə müqayisədə boşanmaların sayı xeyli çoxalıb. Kimsə deyirsə ki, həyat yoldaşımla maddi sıxıntımız var ona görə ayrılıq bu boşanma üçün əsas ola bilməz. Maddi sıxıntı hər zaman olub ancaq bunun üzündən az sayda ailə dağılır. Ailələrin əksəriyyətinin dağılmasına səbəb isə xəyanət və məişət zorakılığıdır. Xəyanətlərin sayı artıb və buna yol açan amillərdən biri sosial şəbəkələrdən həddən atrıq istifadədir. Zərif cins nümayəndələri daha emisional olduğlarından xəyanəti qəbul etmir və bu da ayrılmalara gətirir. Qadınlar daha səbirsiz, kişilər daha xəyanətkar olublar. 

Bu məsələdə qadın azadlığı da mühüm faktor kimi çıxış edir. Əvvəllər qadınlara bu qədər azadlıq verilmirdi və ya onlar ondan bu qədər sui istifadə etmirdilər. Pul qazanan və maddi asıllığı olmayan qadın yoldaşından əziyyət gördükdə və ya xəyanətlə üzləşdirkdə öz ayaqları üzərində durduğunun fərqində olduğundan boşanmaya daha meyilli olur. Bu gün cəmiyyətimizdə qaynana gəlin problemi həddindən artıq qabardılır. Əvvəl belə problemlər qısa müddət ərzində həllini tapırdı. Oğlan və ya qızın valideyinlərinin ailə həyatına müdaxiləsi isə bu həddə deyildi".

"Hesab edirəm ki, evliliklə bağlı yaş həddinin 18 olması kifayət qədər aşağıdır və artırılmalıdır". 

"İnsanların özlərini və ailələrini maddi cəhətdən təmin edə biləcəkləri yaşda evlənmələri çox vacibdir. Belə ki, oğlan maddiyat baxımından ata-anadan asılı olanda gəlinin hər hansı cəhəti xoşlarına gəlməyəndə təminatı kəsirlər. Bu isə öz növbəsində ailənin dağılmasına gətirib çıxara bilər. Hesab edirəm ki, evliliklə bağlı yaş həddinin 18 olması kifayət qədər aşağıdır və artırılmalıdır. Çünki bu yaşa çatmış gənclər hətta fizioloji baxımdan belə evliliyə hazır deyil. Bu yaşda ərə gedən qadının daun sindromlu uşaq dünyaya gətirmək ehtimalı da çox olur. Ona görə fiziki, mənəvi və maddi cəhətlərdən evliliyə hazır olmayanlar bu işə məcbur edilməməlidir. Evlilik baş tutandan sonra isə valideyinlər yeni qurulan ailənin işlərinə maksimal dərcədə az müdaxilə etməlidirlər. Əgər onlar dalaşıblarsa öz aralarında barışmalarına imkan verməlidirlər. Məsələni böyüdüb çütlükdə bir-birlərinə qarşı nifrət yaratmamalıdırlar.

Ailə həyatı quranların bir-birini kifayət qədər tanımamaları da nəticə etibarilə ayrılmalara gətirib çıxaran faktorlardan biridir. Ailə həyatı qurmaq istəyən cütlüklər ən azı 2-3 ay ərazində bir-birinin xarakterlərinə bələd olmalıdırlar. Bizdə isə əksər hallarda bir dəfə görüşəndən sonra evliliyə qərar verirlər. Sonra da görürlər ki, tam fərqli bir insanla bir araya gəliblər.

Əgər qadın ailəni təmin edirsə hegemon mövqedə dayanmalıdır kimi bir anlayış olmamalıdır. Ailədə daha çox nəzarət edən tərəf məhz qadınlar olur. Onlar həyat yoldaşlarının telefonlarını, digər cihazlarını nəzarət altında saxlayırlar. Bəzi hallarda kişilər yaranmış situasiyada öz fikirlərini tam ifadə edə bilmədiyi üçün haqlı olduqları halda belə haqsız duruma düşə bilirlər. Davamlı nəzarətdə qalmaq sonda onları bezdirir. Buna görə qadınlar həyat yoldaşlarını idarə etməyə çalışmamalıdırlar. Çünki insan qadağan olunana daha çox meyl edir. Bu baxımdan ona azadlıq verməniz daha düzgün olar. Ər və arvadın bir-birinə hörmətlə, səbrlə yanaşması və dəyər verməsi uğurlu ailə həyatının təməlini təşkil edir", - xanım psixoloq əlavə edib.

Boşanma qərarı alındıqdan sonra ailələr hansı hüquqi prosedurlardan keçir? Alimentlərin tutulması necə həyata keçirirlir və onların ödənilməsində hansı problemlər mövcuddur?

Vəkil Mirkəbir Salmanlıya görə, bəzən kişinin maddi durumu yaxşı olsa da, keçmiş həyat yoldaşı ilə aralarındakı münasibətlər gərgin olduğundan qəsdən aliment məbləğini ödəmək istəmir.

"Aliment ödəməkdən yayınmaya görə azadlıqdan məhrum etmə hallarına bizdə çox az rast gəlinir".

"Aliment həm sabit məbləğdə, həm də əmək haqqının müəyyən hissəsindən tutula bilər. 1 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında qanun”a görə uşaqlar üçün minimum yaşayış məbləği 160 manat müəyyən edilib. Aliment əmək haqqından tutulduqda isə bir uşağa görə əmək haqqının ¼, iki uşağa görə 1/3 hissəsinə, 3 və daha çox uşağa görə isə əmək haqqının yarısından tutulur. Bundan əlavə, 3 yaşına qədər olan uşaq anada qalarsa ana məhkəməyə müraciət edərək özü üçün də aliment tələb edə bilər. Borclu şəxsin əlillik dərəcəsi olarsa bu zaman aliment həmin şəxsin pensiyasından tutulur. Lakin əgər qarşı tərəf işləyirsə, məhkəmə qaydasında alimentin məbləğinin azaldılması və ya borclunun alimenti ödəməkdən azad edilməsi məsələləri müzakirə edilə bilər.

Əgər tərəflər arasında əmlakla bağlı mübahisə varsa, bu zaman hakim məsələni əlavə icraata ayırır və ona ayrıca bir iş kimi baxır. Bu zaman birgə nikah dövründə əldə edilən əmlak tərəflərin birgə əmlakı hesab olunur və boşanma zamanı yarı bölünür. Burada, istisna hallar da ola bilər. Məsələn, uşaq anada qalarsa ona daha çox pay bölgüsü düşə bilər. Aliment ödəməli olan tərəf icra məmurunun çağırışına gəlməzsə, alimenti ödəməkdən yayınmağa çalışarsa, bu zaman icra məmuru tərəfindən məhkəməyə təqdimat verməklə qanunla təsbit edilən şəxsin ölkədən çıxışına qadağa, əmlakı üzərinə həbslərin qoyulması, bank hesablarının yoxlanılması, aktivlərinin üzərinə həbslərin qoyulması kimi məcburi icra tədbirləri həyata keçirilir. İcra hərəkətlərindən qərəzli şəkildə boyun qaçırma halları davamlı şəkildə olarsa şəxs avtomatik olaraq Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Belə olan təqdirdə, aliment ödəməli olan şəxsin azadlıqdan məhrum edilməsi onun aliment öhdəliyinə xitam vermir. Lakin aliment ödəməkdən yayınmaya görə azadlıqdan məhrum etmə hallarına bizdə çox az rast gəlinir. 

Alimentlərin ödənilməsindəki problemlərə toxunan vəkil Azərbaycanda alimentlərlə bağlı çıxarılan hər 10 qərardan təxminən 6-7-sində məcburi icra tədbirlərin tətbiq ediliyini deyib. 

"Aliment ödəməkdən yayınma sırf maddi imkanın aşağı olması ilə bağlı olmaya da bilir. Bəzən kişinin maddi durumu yaxşı olsa da, keçmiş həyat yoldaşı ilə aralarındakı münasibətlər gərgin olduğundan qəsdən aliment məbləğini ödəmək istəmir. Azərbaycanda alimentlərlə bağlı çıxarılan hər 10 qərardan təxminən 6-7-sində məcburi icra tədbirləri tətbiq edilir. Hesab edərək ki, bu gün alimentlərin ödənilməsində olan problemlərin köklü şəkildə həll olunması ölkədə Aliment Fondunun yaradılamasına birbaşa bağlıdır", - vəkil əlavə edib.

Qeyd edək ki, dünya təcrübəsində aliment ödənişləri ilə bağlı problemləri minimuma endirmək üçün Aliment Fondları yaradılır. Belə fondlar Böyük Britaniya, Kanada, ABŞ, Avstraliya, Norveç daxil olmaqla bir çox xarici ölkələrdə fəaliyyət göstərir. Onlar əsasən borclulardan alınan pul hesabına formalaşır. Aliment fondları geniş səlahiyyətlərə malikdirlər: iddiaçının adından məhkəmədə çıxış edirlər, borcuları axtarır, onun həqiqi əmlak durumunu müəyyən edirlər. Fondlar məhkəmə çəkişməsi olmadan alimenti
borclunun əmək haqınından birbaşa olaraq çıxırlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova  təmsil etdiyi qurumun hazırda aliment fondunun yaradılması ilə bağlı beynəlxalq təcrübəni öyrənirdiyini bildirdi.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova

“Tərəfimizdən Azərbaycanda belə bir mexanizmin necə tətbiq edilməsi barədə təhlillər aparılır”.

Onun sözlərinə görə, aliment fondları yaradılsa ölkədə hüquqları pozulan uşaqların müdafiəsi üçün çəkilən maliyyə yükü də azalar: "Bunun nəticəsi olaraq, həmin xərclər daha zəruri vəsait tələb edən sahələrə yönəldilər. Biz də dövlət qurumu olaraq hazırda aliment fondunun yaradılması ilə bağlı beynəlxalq təcrübəni öyrənirik. Tərəfimizdən Azərbaycanda belə bir mexanizmin necə tətbiq edilməsi barədə təhlillər aparılır. Xüsusən hüquqşünaslarımız bu məsələ üzərində çalışırlar. Bütün təşkilati, hüquqi, iqtisadi məsələlər, o cümlədən fondun iş prinsipinə nəzarət mexanizminin necə qurulacağı ətraflı müzakirə olunur. Yekun olaraq komitə tərəfindən bu məsələnin necə reallaşması ilə bağlı təkliflər hazırlanacaq".(Report)

loading...
loading...
Yüzlərlə kiloqramlıq at havaya uçdu - İNANILMAZ...+ VİDEO
Hakimlər matça kabab sifariş verdilər - MARAQLI
Stalinin də yatdığı Bayıl həbsxanası: "ölüm korpusu"ndan qaçış, tualetsiz kameralar...
65 yaşlı qadın 19 ildir ümumi tualetdə yaşayır - FOTO
Selfi insanı yalnız və zəif göstərir - MARAQLI ARAŞDIRMA
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
“Onlar məni ölkəmin parçalanmasına imza atmaq üçün dilə tutmaq istəyirdilər”
Hadisə
Atası yatan körpəyə baxdı, nə baş verdiyini görəndə kameraya çəkdi - MARAQLI + VİDEO
Hadisə
Hovuzlu "Ciyar axşamı"nın ilginc təfərrüatları bəlli oldu - VİDEO
Cəmiyyət
Uşağa bu meyvəni 1 ədəddən çox vermək olmaz - Moskvanın baş pediatrından tövsiyyə...
Cəmiyyət
“Dünyanın hər yerində Sabirlə bağlı məlumatları əldə etmək mümkün olacaq...”
Həftənin ən çox oxunanları
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
İki əmioğlu 24 yaşlı qızı bağ evinə apardılar - Soyundurub 4 saat...
Bakıda fahişəxanadan gizli çəkiliş: Qiymət 50 manat - VIDEO
Müdafiə Nazirliyində həbslər başladı: Külli miqdarda rüşvət və korrupsiyaya görə...
Anasına yataq otağından selfi göndərən qız biabır oldu - İntim aləti yaddan çıxarıb - FOTO
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
"Ürəyim sıxılan kimi ərim ilə sevişirəm" deyən model çılpaq halda... -FOTO
"Ağrısı, acısı ürək dağlayan bir ailənin başçısını niyə durmadan təhqir edirsiniz?"
Cazibədar taekvandoçu paylaşımları ilə diqqət mərkəzində - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)