Xəbər lenti
18/08/2019 [23:55]:
Dövlət Sərhəd Muhafizəsinin 100 illiyi tamam olur
18/08/2019 [23:54]:
Trampın məsləhətçisi onun Qrenlandiyanı almaq ideyasında olduğunu təsdiqlədi
18/08/2019 [23:45]:
Tanzaniyada yanacaq daşıyan maşının partlaması nəticəsində ölənlərin sayı artıb
18/08/2019 [23:10]:
"Səbail" - "Zirə" oyunundan sonra insident baş verdi
18/08/2019 [23:09]:
“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi
18/08/2019 [22:23]:
Azərbaycana kilosu 1000 dollara satılacaq ət gətiriləcək - Bu inək bahalı pivə içir, masaj olunur
18/08/2019 [22:04]:
Rumıniyada psixiatriya xəstəxanasının pasienti dörd nəfəri öldürdü
18/08/2019 [21:36]:
Kılıçdaroğlu iqtidarın Suriya siyasətini sərt tənqid etdi - "Orada nə işin var?"
18/08/2019 [21:28]:
Gəncədə avtoqəza olub, xəsarət alanlar var
18/08/2019 [21:24]:
Şuşa-Laçın yolunda  daha bir erməni o dünyalıq oldu...
18/08/2019 [21:11]:
Fətəli xan Xoyski – Erməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri
18/08/2019 [21:08]:
Premyer Liqada kuryoz hadisə...
18/08/2019 [21:06]:
Sinəsi göründü, üç yüz min adam bəyəndi - FOTO
18/08/2019 [21:03]:
İspaniyada meşə yanğını, 2000-ə yaxın insan təxliyyə edildi - VİDEO
18/08/2019 [21:02]:
Prezident: “Gürcüstan öz qərarı ilə səhvə yol verib”
18/08/2019 [21:00]:
Fransanın birinci xanımının başına iş gəldi
18/08/2019 [20:24]:
Azərbaycan XİN Sudanı sülh sazişi ilə əlaqədar təbrik edib
18/08/2019 [20:12]:
““AR OLSUN” adlı bir jurnal açaq, xalqımızın adını batıran məmurların adını ora daxil edək"
18/08/2019 [20:11]:
FAO-nun sabiq baş katibi vəfat etdi
18/08/2019 [20:11]:
“İçmə balam, biz içmirik, ölürük?..”
18/08/2019 [20:08]:
Keti Perri ilə bağlı daha bir təcavüz iddiası
18/08/2019 [20:05]:
Dünya çempionumuz Fərhad Poladovun düşdüyü qəzadan yeni görüntü - VİDEO
18/08/2019 [20:03]:
İrlandiyada Katolik kilsəsi əmlaklarını satışa çıxarır
18/08/2019 [20:00]:
İmamoğluna irad: “Sel zamanı hardaydınız?” -VİDEO
18/08/2019 [19:57]:
DYP avtomobilinin qarşısında “avtoş”luq edən taksinin görüntüləri - VİDEO
18/08/2019 [19:54]:
Xaçmazda qəza: beş yaralı
18/08/2019 [19:52]:
“Grace 1” neft tankeri Hibraltarı bu gün axşam tərk edə bilər
18/08/2019 [19:50]:
Gürcüstanın baş naziri qadın olacaq - FOTO
18/08/2019 [19:41]:
İsrail İran hədəflərini vurdu, İraq hava məkanını bağladı
18/08/2019 [19:37]:
Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verdi
18/08/2019 [19:36]:
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
18/08/2019 [19:31]:
FHN dağlıq ərazidə köməksiz qalan şəxsi xilas edib
18/08/2019 [18:51]:
Dağıstan Xəzərdə kilkə ovuna başlayacaq
18/08/2019 [18:49]:
Xilasedicilər Bakıda intihar etmək istəyən şəxsi fikrindən daşındırıb
18/08/2019 [18:40]:
Fatih Terim Hasan Şaşın istefasını qəbul etmədi
18/08/2019 [18:37]:
"Zərdüştə vurduğu şilləyə görə Həmidovu ölüm cəzası, ya da 15 il həbs gözləyirdi"
18/08/2019 [18:26]:
Merkel Berlində Consonla görüşəcək
18/08/2019 [18:22]:
Yüksək təzyiqi olanlar üçün ən yaxşı qida tapıldı – İngilis dietoloqlar...
18/08/2019 [18:22]:
Əfsanəvi oyunçu futbolu buraxdı
18/08/2019 [18:03]:
Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə FOTOLARINI PAYLAŞDI...
18/08/2019 [17:50]:
Adolf Hitlerin 1945-ci ilin mayında ölmədiyi ilə bağlı yeni məlumat yayıldı - FOTO
18/08/2019 [17:44]:
DİM dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqladı
18/08/2019 [17:43]:
Millət vəkili Afrikadan olan təşkilat rəhbərlərinə köçkün qadınlardan danışdı - FOTOLAR
18/08/2019 [17:35]:
Qax sakini Şəkidə faciəvi şəkildə öldü
18/08/2019 [17:06]:
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
18/08/2019 [17:03]:
4 milyona dinozavr skeleti satılır
18/08/2019 [17:01]:
Rusiyada 10-cu sinif şagirdi bir ailəni qətlə yetirdi
18/08/2019 [16:49]:
Ucar rayonunda insanları qorxuya salan naməlum məxluq tutuldu? - Rəsmi açıqlama
18/08/2019 [16:44]:
Avtomobilini işə salmaq üçün mikroçipi dərisinin altına yerləşdirdi – FOTO/VİDEO
18/08/2019 [16:07]:
İlk cinsi əlaqəyə qədər oğlanlara bu peyvənd olunmalıdır – Papilloma virusunun xərçəng təhlükəsi
18/08/2019 [16:03]:
İki yaşlı uşağı "tok" vurdu - Azərbaycanda bədbəxt hadisə
18/08/2019 [16:03]:
İŞİD Kabildə toyda törədilən terror aktına görə məsuliyyəti üzərinə götürdü
18/08/2019 [16:00]:
Bikinili fotosu 1 milyon topladı
18/08/2019 [15:55]:
Ağırçəkili şəxsi evdən çıxarmaq üçün FHN-ni çağırdılar
18/08/2019 [15:49]:
Otla dolu maşın yanır - FOTO/VİDEO
18/08/2019 [15:45]:
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"
18/08/2019 [15:08]:
İki ölkə ABŞ-a qarşı anlaşdı - Yeni gəlişmə
18/08/2019 [15:07]:
İmran Xandan dünyaya çağırış: Nüvə arsenalı...
18/08/2019 [15:05]:
Əsəd rejimi humanitar yardımlardan silah kimi istifadə edir - sensasion sənədlər yayıldı
18/08/2019 [14:59]:
“Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu
18/08/2019 [14:59]:
Rusiyanın müdafiə naziri Avropada və Asiyada ABŞ-a sərt cavab veriləcəyini söyləyib
18/08/2019 [14:59]:
Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR
18/08/2019 [14:56]:
İsmayıl Abdullayev şərhçilikdən uzaqlaşdırıldı - Efirdə dediyi bu sözlərə görə
18/08/2019 [14:19]:
Gəncləri öz qurbanına çevirən estetik əməliyyatlar...
18/08/2019 [14:14]:
Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib...
18/08/2019 [14:12]:
5 yaşlı uşağı duşa bağlayıb, işgəncə verdilər -VİDEO
18/08/2019 [14:07]:
Şəmkirdə sərxoş ər qaynanasının evini yandırıb, 2 yaşlı körpə ölüb, xəsarət alanlar var - YENİLƏNİB
18/08/2019 [14:06]:
Ermənistan “140 hektar torpaq almışıq” dedi, Azərbaycan MN istehzalı cavab verdi - "Gülüş doğurur..."
18/08/2019 [14:03]:
"Mançester Siti" "Tottenhem"lə heç-heçə edib
18/08/2019 [13:51]:
3 ayda 2-ci dəfə ana oldu
18/08/2019 [13:50]:
Buraya qadınların girişi qadağandır: 2000 kişinin yaşadığı adanın sirri - FOTOLAR
18/08/2019 [13:48]:
"İlham Əliyev də Mehriban Əliyevanı birinci vitse prezident təyin etməklə..."
18/08/2019 [13:42]:
Şəmkirdə baş verən faciədə yanan qadın və anasının vəziyyəti açıqlandı
18/08/2019 [13:37]:
Şair Oqtay Rza vəfat etdi
18/08/2019 [13:34]:
Vilayət Eyvazovdan yeni rəis təyinatı
18/08/2019 [13:29]:
İki yaşlı oğlunun ölümünə səbəb olan atayla bağlı - Rəsmi açıqlama
18/08/2019 [12:20]:
Bill Geytsin hansı təxminləri həyata keçib?
18/08/2019 [12:16]:
Zəlzələ kahinindən ŞOK xəbərdarlıq
18/08/2019 [12:13]:
Bakı metrosunda sərnişinin halı pisləşdi
18/08/2019 [12:01]:
Yanğınsöndürənlər huşunu itirmiş ev sahibini xilas ediblər
Bütün arxiv bir sırada
20/07/2019 [10:06] - Cəmiyyət - ( 1008 dəfə baxılıb)

Ölüm yatağında “Leyli və Məcnun”dan oxudu... - Milyonçunun sənətçi oğluhj



Əsl adı Ələsgərmiş, amma Fərəc deyərmişlər. Tanımazsız, qoruq-qaytaqlar başına elə oyun açmayıb ki! Məşhur Nağıyevlər nəslindəndi. Lap dəqiqi, Ağa Musa Nağıyevin qardaşı oğludu...

 

Fərəc - kədərdən sonrakı sevinc

 

1902-ci ildə Ağa Musanın oğlu İsmayıl (Bu həmin İsmayıldı ki, atası onun xatirəsinə 1907-1908-ci illərdə  xeyriyyə məqsədiylə böyük bir bina tikdirir. Həmin bina “İsmailiyyə” adlanır. İndiki Elmlər Akademiyasının Rəyasət Heyətinin binası) dünyasını dəyişir. Düz bir ildən sonra bu ocaqda bir oğlan uşağı doğulur. O vaxt Ağa Musa Nağıyev xaricdə səfərdəymiş, ona görə də uşağın doğulduğundan çox gec xəbər tutur. Qayıdıb gələndə görür ki, qardaşının evində bir körpə var. Adını da Ələsgər qoyublar. Sevinir, amma deyir ki, nahaq məni gözləməmisiz, adını Fərəc qoyardım. Fərəc -  kədərdən sonra gələn sevinc deməkdi. Allah onu İsmayılın əvəzinə göndərib... Beləcə doğma övladlarını itirən Ağa Musa Nağıyev qardaşı oğlunu özünə varis edir...

Elə o vaxtdan da balaca Ələsgər dönüb olur Fərəc.


Dilarə Nağıyeva (qızı):

- Ağa Musa atamı çox istəyirdi. Biz balacaydıq, xarici bankdan atamın adına Ağa Musanın əmanətdəki pulunun vərəsəlik sənədi gəlmişdi. Səhəri gün atamı NKVD-yə çağırdılar. Özü danışırdı: deyirdi, bütün gecəni yatmadım, səhəri dirigözlü açdım. Üstümə üç yorğan atmışdılar, yenə də tir-tir əsirdim. Durub gedəndə evdəkilərlə vidalaşdım ki, bilmək olmaz, bəlkə, heç geri qayıtmadım. Deyirdi, NKVD-nin dəhlizindən  keçəndə elə bil divarlar məni sıxırdı. İnanmırdım ki, bu divarlar məni evə qayıtmağa qoyacaq. Bilirdim ki, bu pulun axırda bir xatası olacaq.

Atam NKVD-də yaxın qohumumuza rast gəlir. Həmin adam sakitcə yaxınlaşıb deyir ki, pulu başından elə, yoxsa pis olacaq.  Atam da gedib sənədə qol çəkir ki, ona bu pulun bir qəpiyi də lazım deyil, hamısını yetimxanalara verir. Amma o vaxt özümüzın pula ehtiyacı vardı. Nəyimiz vardısa, hamısını talayıb aparmışdılar.

 

“Soyadımız başımıza bəla olmuşdu”

 

Sənətə gələndə cavanmış: cəmi 17-18 yaşı varmış. “Tənqid-təbliğ” Teatrından başlayır. Hələ qismətinə epizodik rollar düşür...


Sonrasa Bakı Xalq Teatrında işləyir. Düz 1928-ci ilə kimi. Bir il sonrasa...



- Həmin ildən atamın səyyar həyatı başladı. Bakıda işləməyə imkan vermirdilər. Bir rayonda yerini rahatlayan kimi ordan  çıxarıb başqa yerə göndərirdilər. Salyana, Sabirabada, Şəkiyə, Dərbəndə, Aşqabada... Hərəmiz bir tərəfdə doğulmuşuq. Soyadımız başımıza bəla olmuşdu. Bir yandan da qaçaqlar. Anam danışırdı ki, tez-tez üstümüzü qaçaqlar alırdı. Deyirdilər,  Murovdağdan gəliblər. Bir dəfə qaçaqlar evimizi mühasirəyə alır.  O vaxt anam qucağı uşaqlıymış. Uşağı da, anamı da balışların altında gizlədiblər ki, qaçaqların əlinə keçməsin.

 

Aktyor, rəssam, rejissor...

 

Fərəc 1932-ci ildə Bakı Teatr Texnikumuna daxil olur. Üç sənətin sirlərini öyrənir: aktyorluq, rəssamlıq, rejissorluq.

- Atam harda işləyirdisə, teatrın yükü onun üstünə düşürdü. Rəssamlıq eskizlərindən tutmuş, aktyorların paltarlarına kimi hamısını özü hazırlayırdı. O vaxt Sabirabad, Salyan, Aşqabad, Dərbənd, Nuxa teatrlarını yaradanlardan biri də atam olub. Sabirabad teatrında işləyəndə Lütfiyar İmanov hələ tanınmırdı. Atam ona rollar verib, qabağa çəkib, sənətə gətirib. Deyirdi  ki, Rübabə Muradovanın, Münəvvər Kələntərlinin tanınıb üzə çıxmasında da  köməyi çox olub.

 

...Bir günsə Fərəc Nağıyevin Bakıdakı evini əlindən alırlar. Bu işdə Mir Cəfər Bağırovun xüsusi tapşırığı olur:


- Atam nə qədər çalışırsa, bir şey çıxmır. Deyirlər, sənin evə ehtiyacın yoxdu. Beş uşaq, atam, anam... belə böyük külfətə ev lazım deyildimi? Axır ki, 50-ci illərdə birdəfəlik Bakıya qayıdandan sonra evimizin bir otağını geri ala bildik.  Həmin vaxtlar atam Bakı Xalq Yaradıcılıq Evində rejissor, baş metodist işləyib.  Sənətinin dəlisiydi, vəzifə-filan istəyində deyildi. Amma heç vaxt qədir-qiyməti bilinmədi. Şeir də yazırdı, hərdən bizə də oxuyardı. Adil İsgəndərovun vaxtında “Xırs - quldurbasan”  tamaşasının əvvəlinə və axırına şeir yazmışdı. 1961-63-cü illərdə dənizkənarı parkdakı Estrada Teatrında işlədi. Orda da öz şeirləri ilə çıxış eləyirdi, duzlu, məzəli... Elə həmin vaxtlar Bakı Xalq Yaradıcılıq Evində lal-karlarçün  də teatr təşkil eləmişdi. Orda rejissor kimi də işləyirdi. 


1973-cü il.  Bu tarix ağır sınaqlardan çıxan ailəyə daha bir bəla gətirir. Ailənin başçısı - Fərəc xərçəng xəstəliyinə tutulmuşdu...

- Ruxsarə xanım bizə gəlmişdi. O, Azərbaycanda ilk qarmonçalan qadın olub. Pianoda da yaxşı çalırdı. Həm də böyük bir nəslin qızıydı, Mirzəbəyovlardanıydı. Ruxsarə xanımın atamla arası yaxşıydı,  dostluqları tuturdu. Eşitmişdi ki, Fərəc xəstədi, durub gəlmişdi. Atamın kefini açmaqçün “Leyli və Məcnun”dan bir musiqi çaldı. Atam da oxudu. Səsi adamın ürəyini parçalayırdı.  Biz onu oxuyan görməmişdik. Yəqin, bilirmiş ki, ömrünə az qalıb...


Fərəcin ölümü ömür-gün yoldaşı Zəhra xanımçün çəkilməz dərd oldu.  Düz 20 il hər ay qəbrini ziyarət elədi. 1992-ci ildəsə həmişəlik yanına köçdü.

 

Xoş sonluq

 

...Yazını ölümlə qurtarmaq istəmirəm. Dilarə xanım ata-anasının nağılabənzər sevgisindən danışdı mənə. Mən də sizə danışım:


Fərəcin 9, Zəhranın da 4 yaşı varmış.  Fərəcin anası Məşədi Balacaxanımın gözləri tutulur. Heç kəs dərdinə dərman eləyə bilmir. Bir gün Zəhranın nənəsi Məsməxanım Məşədi Balacaxanımgilə gəlir. Arvadı görür, deyir, mən səni sağaldaram. Başlayır türkəçarəyə. Bir müddət sonra Balacaxanımın gözləri açılır. Sevindiklərindən öz aralarında danışırlar ki, gəl qohum olaq. Məsməxanım deyir ki, mənim 8 qız nəvəm var, birini sənin oğluna verirəm. Məşədi Balacaxanım oğlunu  götürüb  gedir qızlardan birini bəyənməyə. Səkkiz qızı düzürlər sıraya. Fərəcə deyirlər, bu qızların hansı sənin olsun? Fərəc də hamısına baxır, axırda əliylə Zəhranı göstərir. Zəhra, doğrudan da, qızların ən gözəliymiş. O gündən 4 yaşlı Zəhrayla 9 yaşlı Fərəci nişanlayırlar. Uşaqlar yavaş-yavaş böyüyür. Ağılları kəsəndə  bir-birilərini sevirlər.  Fərəc evdəkilərdən xəlvət  nişanlısını  teatra apararmış. Zəhranın balaca bacısına da şirnidən-konfetdən alıb tapşırarmış ki, birlikdə teatra getdiklərini  atasına deməsin. Fərəc Zəhranı hər kəsə qısqanırmış. Onun paltarlarını da özü tikirmiş ki, qadının bədəninə özgə əli dəyməsin.



P.S. Ötən əsrin əvvəllərində Bakının neft milyonçularından olmuş Ağa Musa Nağıyevin iki övladı dünyaya gəlib - Ümbülbanu və İsmayıl. Hər ikisi dünyadan vaxtsız köçüb. Deyilənə görə, hər iki övladını itirəndən sonra Ağa Musa çox pis hala düşür. Nə milyonlar, nə sərvət, nə tikdirdiyi dəbdəbəli binalar onun gözünə görünür. Onun bu halını görən qardaşı Ağa Əli məsləhət görür ki, 4 oğlundan birini özünə övladlığa götürsün. Həmin vaxt Ağa Əlinin həyat yoldaşı 5-ci uşağa hamilə imiş. Ağa Musa isə deyir, bu doğulacaq uşağı verərsən mənə. Qardaşı qayıdır ki, birdən qız oldu? Ağa Musa deyir, eybi yox, qismət Allahdandır! Elə olur ki, oğlan doğulur - 1903-cü il dekabrın 5-də (Ağa Musanın İsmayıl oğlu 1902-ci ildə dünyasını dəyişmişdi). Ağa Musa yeni doğulan uşağa Fərəc adını verir. Mənası - kədərdən sonra gələn sevinc deməkdir. Bundan sonra İsmayılın kədərini, azacıq da olsa, unudur və sevincini balaca Fərəcdə tapır. 

1998

Səfurə Çərkəzqızı,
“Sevdalılar” 

loading...
loading...
Fatih Terim Hasan Şaşın istefasını qəbul etmədi
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
Kosmetik vasitələr Antarktikanı da kirlətdi - İNANILMAZ...
8 telefonla birdən oynayan sürücü yaxalandı - FOTO
Liberiyalı senator maaşının çoxunu yerli xalqa paylayacaq - MARAQLI
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
““AR OLSUN” adlı bir jurnal açaq, xalqımızın adını batıran məmurların adını ora daxil edək"
Cəmiyyət
“İçmə balam, biz içmirik, ölürük?..”
Cəmiyyət
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"
Dünya
İmran Xandan dünyaya çağırış: Nüvə arsenalı...
Cəmiyyət
“Kriminal dünyanın tacı” - Heç kim ölümünə inanmadı
Həftənin ən çox oxunanları
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Azərbaycanda 19 nəfərin xəsarət aldığı qəzadan dəhşətli görüntülər - VİDEO
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Əsgərlərimizdən düşmənə əsl Qurban Bayramı "hədiyyəsi"...
Məleykə Abbaszadədən 800 abituriyentə misilsiz xeyirxahlıq...
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
Düşmənin müdafiə naziri Azərbaycana yalvardı: “Dayandırın...”
Naxçıvanın keçmiş daxili işlər nazirinin Bakıda obyekti "tapıldı"... - FOTOLAR
"Prezident məhz bu keyfiyyətləri nəzərə alıb onu çökməkdə olan sistemin başına gətirdi"
"Qarış-qarış da olsa öz ərazilərimizi düşməndən təmizləyirik" - Hərbi ekspert...
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)