Xəbər lenti
19/09/2019 [00:41]:
“RUS AZERİ SPİRİTS” ZAVODU AÇILIŞA TAM HAZIRDIR - FOTOLAR
19/09/2019 [00:20]:
AKP-nin katibi Ömər Çelik: “Türkiyənin gündəmində erkən seçki yoxdur”
19/09/2019 [00:17]:
13 yaşlı yeniyetmə anasına mesaj yazan şəxsə 7 bıçaq zərbəsi vurdu
18/09/2019 [23:58]:
Dünya şöhrətli müğənni əsgər geyimi ilə küçəyə çıxdı...
18/09/2019 [23:53]:
Talıb Talenin keçmiş sevgilisi: "Məni aldatdı, almadı, sonra eşitdim ki, başqası ilə..."
18/09/2019 [23:49]:
Seksoloqa 8 vacib sual: Utanıb soruşmadıqlarınız...
18/09/2019 [23:48]:
Somalidə deputatın avtomobili yaxınlığında partlayış törədilib, ölənlər var
18/09/2019 [23:47]:
FED il ərzində ikinci dəfə uçot dərəcəsini aşağı salıb
18/09/2019 [23:45]:
Mammoqrafiya nədir? - Hər qadına etmək olmaz – Şərtlər
18/09/2019 [23:44]:
Türkiyə kanalı Üzeyir Hacıbəyli haqqında film çəkdi - VİDEO
18/09/2019 [23:42]:
Arpanın orqanizmə 10 faydası - Böyrək, öd, şəkər, psoriaz…- RESEPTİ
18/09/2019 [22:48]:
Millət vəkili Təhsil Nazirliyindəki İctimai Şuranın tərkibindən razılıq ifadə etdi...
18/09/2019 [22:38]:
"O cür təqdimatla Afət Fərmanqızının cılız formatını müqayisə etməyin yeri yoxdur..."
18/09/2019 [22:29]:
Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü
18/09/2019 [22:26]:
Tramp Boltonun xələfini açıqladı
18/09/2019 [22:00]:
Pakistan öz hava məkanını Hindistanın baş nazirinin üzünə bağlayıb
18/09/2019 [21:59]:
Tramp: "ABŞ İrana yeni sanksiyalar tətbiq edəcək"
18/09/2019 [21:56]:
Goranboyda yol qəzasında avtomobil qaz kəmərini qırıb, yaşayış məntəqələrinin qaz təminatı dayandırılıb
18/09/2019 [21:42]:
Kiyevdə körpünü partlatmaq istəyirlər - FOTO/VİDEO
18/09/2019 [21:38]:
Alman deputat: Ermənistan ilkin mərhələdə 5 rayonu qaytarmalıdır - VİDEO
18/09/2019 [21:36]:
Anastas Mikoyan Katın qırğınında günahkardırmı? - Məşhur erməninin etirafları...
18/09/2019 [21:14]:
Səudiyyə Ərəbistanı: “Aramko”ya hücumda İranın rolunu sübut edəcəyik”
18/09/2019 [21:03]:
Braziliyalı hamilə gəlin toy günü öldü - FOTO/VİDEO
18/09/2019 [20:44]:
Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTO
18/09/2019 [20:35]:
Gündə 3 saat pianino çaldığı üçün cəzalandırıldı - MARAQLI
18/09/2019 [20:23]:
Elçin: "Üç gənc yazıçının AYB sədrliyinə iddiası məni çox sevindirir"
18/09/2019 [20:22]:
Rusiyanın kosmosdakı sputniklərinin sayı açıqlanıb
18/09/2019 [20:21]:
“Sevilya”nın baş məşqçisi: ““Real”ı yox, “Qarabağ”ı düşünürük“
18/09/2019 [20:18]:
Dilqəm və Şahbazla bağlı RƏSMİ AÇIQLAMA
18/09/2019 [20:12]:
Qəbələdə avtomobil azyaşlını vurdu
18/09/2019 [19:48]:
Yol polisini təhqir edən sürücü həbs olundu
18/09/2019 [19:41]:
İraklı heyvansevər aslanı evcilləşdirdiyini iddia edir - MARAQLI
18/09/2019 [19:38]:
Jurnalist təşkilatı yeni layihənin icrasına başlayıb
18/09/2019 [19:35]:
Goranboyda “X5” aşdı: bir ölü, bir yaralı
18/09/2019 [19:34]:
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Azərbaycan Milli Konservatoriyası arasında anlaşma memorandumu imzalanıb
18/09/2019 [19:32]:
“Nizami” stansiyasında eskalatorun əsaslı təmiri başa çatıb
18/09/2019 [19:30]:
Şirvan Regional Vəkil Bürosunun açılışı olub - FOTO
18/09/2019 [19:11]:
Diqqətsiz sürücüdən bu cür intiqam aldılar - MARAQLI
18/09/2019 [18:48]:
“Üzeyir Hacıbəyli yaradıcılığının xalçalarımızda tərənnümü” adlı tədbir keçirilib
18/09/2019 [18:47]:
Bakıda polis vətəndaşı öldürmək istəyən şəxsi zərərsizləşdirdi - VİDEO
18/09/2019 [18:37]:
Yeddi gündə dünyanın yeddi möcüzəsinə baş çəkdi - FOTO
18/09/2019 [18:26]:
Prezident bina təmirinə 10 milyon manat ayırdı
18/09/2019 [18:18]:
Bu il Azərbaycana nə qədər avtomobil gətirilib?
18/09/2019 [17:52]:
Qubadakı dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO
18/09/2019 [17:44]:
Qənirə Paşayeva MM-in Səhiyyə komitəsində təkliflərlə çıxış edib
18/09/2019 [17:36]:
Ədliyyə naziri ölkədə  cəmi iki həbsxana saxlamağı təklif  etdi...
18/09/2019 [17:31]:
Mariya Stadnik: "Cəmi bir qızıl medalım qaldı"
18/09/2019 [17:28]:
Təlim zamanı ərazinin kəşfi aparılıb
18/09/2019 [17:25]:
Ermənistan və Gürcüstandan çirkab suları təmizlənmədən birbaşa Kür və Araz çaylarına axıdılır
18/09/2019 [17:15]:
Dövlət Statistika Komitəsinin sədr müavini: “1-2 məhsulun qiymətinin kəskin artması inflyasiya deyil”
18/09/2019 [17:15]:
Təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək
18/09/2019 [17:04]:
"İran Yaxın Şərqdə yeni münaqişə ocağının alovlanmasını istəmir"
18/09/2019 [17:01]:
Araz Əlizadə: “Restoranlarda qiymətlər od tutub yanır”
18/09/2019 [16:57]:
Seksual mafiya lideri sevgilisinin yatağında öldü - FOTO
18/09/2019 [16:53]:
“Əl-ələ verib işləyəcəyik və hər şey normal olacaq...”
18/09/2019 [16:51]:
“Ona heç nə olmadı, mənimsə 2 övladım anasız qaldı”: Müəllimin bədbəxt etdiyi xadimə...
18/09/2019 [16:36]:
"Sevilya"nın Bakıya gəlməsi Azərbaycan futbolu üçün sevindiricidir"
18/09/2019 [16:31]:
6 məhkəmə hakimi intizam məsuliyyətinə cəlb edilib, bir hakim vəzifədən azad olundu
18/09/2019 [16:24]:
Millət vəkili: “Hara gedirik, bizdən uşaqpulunu soruşurlar”
18/09/2019 [16:18]:
Liberiyada məktəb yanıb, 30 uşaq yanaraq öldü
18/09/2019 [16:14]:
Azərbaycanlı plastik cərrah həbs edildi - FOTO
18/09/2019 [16:09]:
Peşə məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ
18/09/2019 [16:07]:
Deputatların pensiyası artırıldı
18/09/2019 [16:04]:
Bakı metrosunda sərnişinlər üçün canlı musiqi təqdim olundu
18/09/2019 [15:57]:
“Səddam”ın məzarı təmir edildi - FOTOLAR
18/09/2019 [15:50]:
Mühacirət - Ermənistanı ermənisiz qoyacaq sosial bəla - ŞƏRH
18/09/2019 [15:30]:
Gürcüstanın baş naziri qatillərin əfv edilməsi məsələsində prezidentlə razılaşmayıb
18/09/2019 [15:27]:
"Yiyəm olmadığı üçün bu ada həsrət qaldım, ayağımdan dartdılar, başımdan vurdular..."
18/09/2019 [15:21]:
Hadı Rəcəbli: “Deputatlar fantastik fikir səsləndirməyiblər”
18/09/2019 [15:14]:
“O məmur cindarı yox, vətəndaşı otağına buraxmalıdır!”
18/09/2019 [15:11]:
"Özləri buna inansaydılar, bizimlə birgə olmaq üçün çoxdan qaça-qaça yanımıza gəlmişdilər”
18/09/2019 [14:54]:
ADP sədri Prezident İlham Əliyevə müraciət etdi
18/09/2019 [14:51]:
“Xeyrixah insanlara qiymət verilməsi, onların təbliği olduqca faydalıdır”
18/09/2019 [14:49]:
“Diqqət, uşaqlar” aylığı çərçivəsində yol polisləri yeni maarifləndirici aksiyaya başlayıb
18/09/2019 [14:47]:
Ermənistan Polisinin rəisi istefa verib - YENİLƏNİB
18/09/2019 [14:45]:
Elmar Məmmədyarov İtaliya Senatının sədri ilə görüşüb
18/09/2019 [14:42]:
Səudiyyə Ərəbistanının neft emalı zavodlarına İran hücum edib - İDDİA
18/09/2019 [14:41]:
ARDNF indiyə qədər büdcəyə 100 milyard dollara yaxın vəsait transfert edib
18/09/2019 [14:38]:
Bakı şəhərətrafı dəmir yolu xəttinin istifadəyə verilməsi regionu canlandıracaq - RƏY
18/09/2019 [14:34]:
Mərdəkan Müalicə Pansionatında təmir və yenidənqurma işləri ilin sonunadək yekunlaşacaq
Bütün arxiv bir sırada
21/07/2019 [14:22] - Maraqlı - ( 837 dəfə baxılıb)

“Wi-Fi” və “Bluetooth”u ixtira edən aktrisa - FOTOLAR



“İstənilən qız cazibədar görünə bilər. Bunun üçün sakit dayanmaq və axmaq kimi görünmək kifayətdir”. Bu sözləri ixtiraçı Hollivud ulduzu, istedadlı riyaziyyatçı, 40-cı illərin dəb ikonası, ilk dəfə filmə çılpaq çəkilən Hedi Lamarr deyib.

Hedi Lamarr 1914-cü ildə Vyanada yəhudi Emiliya Kisler və avstriyalı pianoçu Qertrud Lixvitsin ailəsində anadan olub. Əsl adı Hedviq Yeva Mariya Kislerdir. Hedviq 16 yaşında evdən getmək, aktrisa olmaq qərarına gəlir. Teatr məktəbini bitirdikdən sonra filmlərə çəkilməyə başlayır. Ona böyük şöhrət gətirən filmisə 19 yaşında çəkildiyi çex rejissor Qustav Mahatının qalmaqallı “Ekstaz” filmi olub. 


Ağ-qara lentə alınan film o dövrdə böyük səs-küy yaratmışdı. Əslində 1933-cü ildə lentə alınmış ekran işində qeyri-adi nə var idi ki? Hedinin rolundan başqa heç nə: o, iyrənc, hissiyatsız qocaya ərə verilmiş gənc, ehtiraslı qızı oynayırdı. Hedinin çimərlik geyimində göldə çılpaq üzməsi səhnəsi Avropa cəmiyyəti tərəfindən xoş qarşılanmadı, bu səbəbdən film qadağan olundu. Həm aktrisaya, həm də çəkiliş heyətinə ağır tənqidlər səsləndirildi. Qəribədir ki, filmdə gənc qızın özündən qat-qata qoca kişiyə ərə verilməsi deyil, çılpaq şəkildə göldə üzməsi hər kəsi əsəbiləşdirmişdi. 

Filmin qadağan olunmasına baxmayaraq bu səhnədən sonra Hedviqin milyonlarla pərəstişkarı peyda olmuşdu. 



Qalmaqallı filmdən sonra Hedinin valideynləri onu dərhal ərə verməyə çalışır. Gənc aktrisanın ərisə Reyx üçün silah istehsal edən, Avropada ən iri silah zavodlarından birinin sahibi Frits Mandl oldu. Mandl I Dünya müharibəsindən sonra bağlanmış Versal sülhünün şərtlərini pozaraq Almaniya və Macarıstana silah sataraq qeyri-qanuni yolla kapital yığmağa başlamışdı.

Bu nikah gözlənildiyi kimi, xoşbəxtlik gətirmədi: əri Hedinin dilsiz-ağıssız kukla kimi görmək istəyir, onunla tərəfdaşları qarşısında lovğalanmağı üstün tutaraq həyatı əxlaq dilemmaları ilə çətinləşdirmək istəmirdi. Bu səbəbdən toydan sonra “Ekstaz” filminin bütün nüsxələrini topladaraq Hediyə kinoya çəkilməyi qadağan edir. Hedinisə intellektual passivlik, bəzədilmiş qonaq otaqlarında ər-arvad rolu ərinin şübhəli fəaliyyətilə bağlı düşüncələrdən azad etmirdi. 


Hedi Mandlın vasitəsilə Hitler, Mussolini kimi diktatorlarla tanış olmuşdu. 

Əri ilə görüşlərə, müşavirələrə qatılan Hedi bütün söhbətlərə diqqətlə qulaq asır, kişilərin, əsasən, nədən danışdıqlarına fikir verirdi – onların söhbətlərisə olduqca maraqlıydı. Axı, Mandlın istehsal laboratoriyaları nasistlər üçün radio ilə işləyə bilən silah hazırlığı üzərində işləyirdi. Bu işlər necə edilirdi? Bu sirr sonralar Hedi üçün agah oldu. 

Mandlla nikah Hedinin səbrini daşırır. Hedi başa düşür ki, Mandlı sevmir, sonrakı həyatına aktrisa kimi davam etmək istəyir. 4 illik cansıxıcı ailə həyatından sonra Avropada baş vermiş dəyişikliklərin miqyasını, təhlükəsini anlayan Hedi Amerikaya qaçmaq qərarına gəlir. Qulluqçu libası geyinib ərinə yüksək dozada yuxu dərmanı içirən Hedi bütün qiymətli daş-qaşını götürərək arxa qapıdan qaçır. Əvvəlcə Parisə, oradan Londona, daha sonra Nyu-Yorka gedən Hedi Amerikada aktrisalıq karyerasını davam etdirmək qərarına gəlir. Hollivudda özünə “Ekstaz” filmindəki erotik səhnələrilə assosiasiya olunmuş Amerika cəmiyyətinin puritan əhval-ruhiyyəsini oyatmamaq üçün ləqəb götürməli olur. Hedi tanınmış amerikalı aktrisa Barbara La Marrın soyadını götürərək Hedi Lamarr olur. Art-haus janrında çəkilmiş filmin aktrisası olan Hedi Lamarr 1938-ci ildə lentə alınmış “Əlcəzair” filmində Amerika debütünü edərək birdən-birə Hollivudun dəb ikonasına çevrilir. Həmin vaxt “MGM” kinostudiyasının rəhbəri Luis Meyerlə müqavilə imzalayır. 


“O, dünyanın ən gözəl qadınıydı. Yoxsa Allah bu valehedici qaraşın qadını mənə göndərməzdi. Çoxdandır, fikirləşirdim ki, stereotip sarışın qadınların ekrandakı monopoliyasına son qoymaq lazımdır”, - Meyer onun haqqında danışarkən deyirdi. “Əlcəzair”dən sonra Hedi Klark Qeybllə “Səs-küylü şəhər” və “Yoldaş İks” filmlərində baş rolları paylaşır. 1949-cu ildə isə Lamarr ən uğurlu rolunu “Samson və Dalila” filmdə canlandırır. Hedi Lamarr 1940-1949-cu illərdə ümumilikdə 18 filmdə rol almış, bu çəkilişlərdən 30 milyon dollar qazanmışdı. 

1953-cü ildə Amerika vətəndaşlığı alan Hedi 6 dəfə ərə gedib. Ancaq ərlərinin heç biri Lamarrın istədiyi kimi olmayıb. İkinci və üçüncü nikahından aktrisanın 3 uşağı dünyaya gəlib. 


İkinci Dünya müharibəsi başlayanda faşizmə nifrət edən, texniki ideyalarla zəngin olan aktrisa müdafiə imkanlarının gücləndiriləmisi məqsədilə ABŞ-ın Milli İxtiraçılar Şurasına müraciət edərək xidmətini təklif edir. Ona müdafiə xərcləri üçün istiqraz vərəqlərinin satılmasından ötrü cazibəsindən istifadə etməyi məsləhət görürlər. Bu yolla ordu 7 milyon dollar qazanır. Aksiya zamanı satılan hər istiqraz vərəqinə görə Hedi alıcıya öz öpüşünü bəxş edirdi. Bir öpüş 25 min dollar idi. Bunun arzusunda olanlarsa yetərincə çox idi. 

Hedi Lamarrın qeyri-adi intellektinə tələbat,  öz dövründə elə də ciddi bəstəkar kimi qəbul edilməyən amerikalı Corc Anteyllə tanış olanadək yox idi. Corc Hollivudda filmlərə musiqilər yazırdı. Onun ən məşhur əsəri isə simfonik orkestr üçün yazılmış “Mexaniki balet” idi. Corc Anteyl də 1920-ci illərin əvvəllərində digər həmkarları kimi Parisə gedir və tədricən şöhrət qazanmağa başlayır. Hətta Solomon Quqqenheymin Müasir İncəsənət Himayədarı təqaüdünü almağa başlayır. O, Pablo Pikasso, Ceyms Coys, Ezro Paund və digər məşhurlarla ünsiyyətə girirdi. 1936-cı ildə isə İkinci Dünya müharibəsinin başlayacağını qabaqcadan xəbər verən kitab yazır. Onun növbəti əsəri “Hərə özü üçün detektivdir. Endokrinologiya kursu” adlanırdı. Bundan başqa, Corc “Eskvayr” jurnalında hormonlar, cinsiyyət orqanlarının fəaliyyəti ilə bağlı məqalələr yazırdı. 


Hedi Lamarr onunla 1940-cı ilin yayında əyləncə gecəsində tanış olmuşdu. Corcla söhbətində keçmiş ərinin müzakirələri zamanı almanların radiosiqnal vasitəsilə hədəfə torpedaları yönəltməyin mümkün olmamasından şikayətləndiklərini, rəqibin gəmilərinin həmin tezlikdə siqnalları aradan qaldırdığını söylədiyini xatırlayır. 

Söhbət əsnasında Lamarr təklif edir ki, eyni tezlikdə siqnalın bir hissəsini göndərmək olar, qalan hissəni ötürmək üçünsə növbəti tezliyə keçmək lazımdır. Tezliklərin dəyişməsi haqda qəbuledici və ötürücü aparatın uyğunlaşdırılmış zamanındasa nəsə dörd əl oyunundakı kimi alınar, siqnal səs batırma maneəsi zamanı daha güclü ola bilərdi. 


Lamarr həmçinin, fərz edirdi ki, ötürücü və qəbuledicinin mexaniki uyğunlaşdırılması mexaniki pianinonun valına oxşar detallar vasitəsilə mümkün ola bilər. Sapşəkilli və pərvanəli silindir dəniz torpedasının korpusuna yerləşdirilmək üçün kifayət qədər kompakt görünürdü. Bundan başqa, Lamarrın fikrincə, sistem pianino klavişlərinin sayı qədər – 88 radiotezlik dəstindən istifadə edə bilər. İxtiranın detalları üzərində bir neçə ay da işlənildi, 1940-cı ilin dekabrında ixtira Milli İxtiraçılar Şurasının sədri Çarlz Katterinqə göndərildi.


“General Motors” şirkətinin tədqiqatlar şəbəsinin rəhbəri olan Katterinq daha əvvəl yanacaq sistemini, təhlükəsiz şüşə və digər ixtiraları etmişdi. Yüzminlərlə ixtiranın arasından Lamarrın ixtirasını bəyənir. Onun rəhbərliyilə ixtiranın detalları tamamlanır, 1942-ci il avqustun 11-də Lamarr və Anteyl "Secret Communications System”in məxfi əlaqələr sistemində 2 292 387 nömrəsi altında Amerika patenti alırlar. Həmmüəlliflər bütün mümkün ödəmələrdən imtina edərək onu hökumətə hədiyyə edirlər. 

ABŞ-ın Hərbi-Dəniz Qüvvələrində ixtiraçıların fikirlərini təcrübəyə tətbiq etmək istədilər. Ancaq perfolent vasitəsilə mexaniki idarəetmə çətin oldu. Yalnız 1957-ci ildə “Silvaniya” firmasının mühəndisləri “Məxfi məlumatlar sistemi” ideyasıyla təcrübə aparmaq qərarına gəldilər, mexaniki vasitələrlə birlikdə yarımkeçirici komponentlərdən istifadə etməyə başladılar. “Genişzolaqlı siqnal” termini yarandı, Lamarrın ideyası o qədər məhsuldar oldu ki, artıq 1962-ci ildə ABŞ ordusu Kuba böhranı zamanı yeni radioaparatdan istifadə edirdi. Texnologiyanın daha genişmiqyaslı tətbiqisə “Ulduz müharibələri” proqramının bir hissəsi olan “Milstar” hərbi peyk əlaqəsinin çoxmilyardlıq layihəsində yerinə yetirildi. 1980-ci illərin ortalarında Pentaqon bir sıra patentləri məxfilikdən çıxardı, mühafizə-yanğın siqnalizasiyası adi vətəndaşlar üçün də əlçatan oldu. Hedi Lamarr ixtirasının ən məşhur nümunəsi kimi bu gün standart radiotelefon əlaqəsi olan GSM-i göstərmək olar. 

Davamlı uğursuz nikahlardan sonra Hedi Lamarr bütün şan-şöhrətini itirir, faktiki ictimai həyatdan silinir. 1966-cı ildə 52 yaşlı aktrisa ekranlara qayıtmağa cəhd edir. Ancaq kəskin xarakteri, Hollivud haqqında mənfi fikirlər səsləndirməsi buna mane olur. Bir dəfə Floridada mağazaların birində Hedi Lamarrı 100 dollarlıq ayaqqabı oğurlamaqda ittiham edirlər. Məhkəmə bu ittihamı rədd etsə də, qalmaqal uzun müddət tamaşaçıların yaddaşından silinmədi. Hedinin ən böyük reputasiya itkisisə Leo Gild, Say Raysla birlikdə yazdığı “Ekstaz və mən. Qadın kimi həyatım” avtobioqrafik kitabından sonra oldu. Bu əsərdə boynuna alırdı ki, guya nimfomaniyadan əziyyət çəkir. Kitab işıq üzü gördükdən sonra Lamarr nəşriyyata qarşı iddia irəli sürdü ki, həmmüəlliflərdən olan Leo kitabda təsvir olunan hadisələrin çoxunu uydurub. Hedi Lamarr illər sonra etiraf edirdi: “Bu kitab karyeramı, həyatımı darmadağın etdi”. 

1960-1970-ci illərdə Lamarr filmə çəkilməyib. Ona çoxlu ssenari, reklam və layihələr təklif olunsa da Lamarr heç biri ilə maraqlanmadı. Görmə ilə bağlı problemləri yaranan Lamarr ətrafdakıların diqqətindən yayınmaq üçün Mayami-Biçə köçməyə məcbur olur. 


Aktrisa ömrünün son illərini qocalar evində keçirib. Simsiz kompüter şəbəkələrinin pərəstişkarları təsadüfən onun həyat hekayətini yazıb, Hedi Lamarrı Konqressin Şərəf Ordeni və İEEE mükafatına layiq görmək istəyirlər. Ancaq onların cəhdləri boşa çıxır. 1997-ci ildə Hedi Lamarr “Electronic Frontier” fondunun mükafatlandırma mərasimində iştirakdan imtina edir, hətta jurnalistləri belə qəbul eləmir. O deyirdi: “Düşünməyin ki, pis görürəm. Sadəcə heç kimi görmək istəmirəm”. Mükafatısa anasının adından Los-Ancelesdə radiotelefon mağazasına sahib olan oğlu Entoni Louderi alır. 1998-ci ilin martında Lamarr “CorelDraw 8” proqram paketinin qablaşdırmasında onun icazəsi olmadan protretindən istifadə etdiyi üçün “Corel” şirkətini məhkəməyə vermişdi. 

Şirkətdən 15 milyon dollar təzminat tələb edir: 10 milyonu “CorelDraw 8” proqramının satışından əldə edilən faizlərə görə, 5 milyonusa isə şirkətin vurduğu mənəvi ziyana görə. Ancaq qablaşdırmanın üzərindəki foto yox, rəqəmli illüstrasiya idi. Həmin illüstrasiya rəssam Con Korkeri tərəfindən 120 saatlıq gərgin əməkdən sonra hazırlanmışdı. O, işini 1996-cı ildə “Corel”in dizayn müsabiqəsinə təqdim etmiş, əsas mükafatı qazanmışdı. “Corel” daha sonra reklamları üçün bu dizayndan istifadə etmişdi. Təsvir qablaşdırmanın üzərində, rəhbərliyinin loqosunda, proqramın titul pəncərəsində istifadə edilirdi. Məhkəmə prosesi zamanı “Corel”in vəkilləri Lamarın keçmiş cinayətlərinin üstünü açmış, 1991-ci ildə mağzadan ayaqqabı oğurlaması məsələsini yenidən gündəmə gətirərək mənəvi ziyana görə kompensasiyanın məbləğinin azaldılmasını tələb etmişdilər. Lamarrın vəkili isə bildirmişdi ki, şirkət müştərisinə böhtan atır, yalnız bir dəfə səhvən Lamarr ayaqqabının pulunu ödəmədən mağazadan çıxıb. Lamarrın şirkətdən dərhal onun şəklini bütün məhsullarından çıxarmağı tələb etsə də, məhkəmənin qərarı ilə şirkət 5 il müddətinə şirkət Lamarrın simasından istifadə edə bilərdi, bunun qarşılığında aktrisaya 250 min dollar ödəməliydi. 

Hedi Lamarr ölümündən qabaq isə “Qallo” çaxır şirkətinə qarşı 12 milyon dollarlıq iddia qaldırmışdı. Şirkət televiziya reklamında aktrisanın obrazlarının birindən istifadə etmişdi. Məhkəmənin qərarına əsasən, reklam çarxı şəxsi həyata hər hansı müdaxilə etmir, tamaşaçılarda onun haqqında insan kimi hər hansı yalan təəssürat yaratmır. 

Hedi Lamarrın şərəfinə əsas kompüter oyunları seriyasından “Hal-Life” – hedkrab oyunlarına onun adı verilib. “Half-Life 2”nin əsas personajlarından olan doktor Ayzek Klyaynerin laboratoriyasında Lamarr ləqəbli quş var. Doktor Klyayner onu aktrisa, ixtiraçı Hedi lamarrın şərəfinə adlandırıb.

Hedi Lamarr 2000-ci il yanvarın 19-da 86 yaşında Floridada qocalar evində dünyasını dəyişib. Cəsədi arzusuna uyğun olaraq yandırılıb, külü oğlu Entoni Loder tərəfindən doğma vətəni Avstriyanın Vyana meşəsinə səpilib.

Hedi Lamarr kinematoqrafiya sahəsindəki xidmətləri, töhfələrinə görə, Hollivudun Ulduzlar Xiyabanında ulduza layiq görülüb. 

Aktrisanın doğulduğu 9 noyabr tarixi hər il Amerikada – “İxtiraçılar günü” kimi qeyd olunur. 

Hedi Lamarr 6 dəfə ərə gedib: Frits Mandlla iki illik uğursuz nikahından sonra ssenarist, prodüser Cin Makriylə ailə qurub. Makri hətta onun aktyor Con Loderdən olan oğlunu da qəbul edib. Makriylə nikahdan yarım il sonra Hedi yenidən oğlunun atası Con Loderə qayıdır, bu dəfə münasibətlərini rəsmiləşdirirlər.

4 il birlikdə yaşayırlar. Bu müddət ərzində Lamarrın daha bir oğlu və qızı dünyaya gəlir. 1947-ci ildə cütlük boşanır. Bundan sonra Hedinin daha üç nikahı olub: musiqiçi Teddi Stuffer (1951-1952), neftçi Uilyam Qovard (1953-1960) və vəkil Luis Boieslə (1963-1965). 

Hedi Lamar ehtiraslı, dəyişkən xasiyyətliydi, aktrisanın rəsmi nikahlarından başqa, xeyli sayda sevgilisi də olub. Onların arasında ən məşhurusa 60-cı illərdə Amerikanın ən zəngin insanlarından hesab edilən prodüser, mühəndis, rejissor, ixtiraçı Hovard Hyuz olub. 

GSM, GSP, Bluetooth və Wi-Fi 802.1 texnologiyalarının əsas sistemində Hedi Lamarrın ixtiraları dayanır. 

Bu “yaşıl gözlü” qaraşın xanımın sayəsində bu gün Wi-Fi-dan istifadə edə bilirik. 

Onun ixtiraları olmasaydı, hərbi peyklər uçmaz, mobil telefonlar işləməz, naviqasiya sistemləri haqqındasa danışmağa belə dəyməzdi.(qafqazinfo)

loading...
loading...
Seksoloqa 8 vacib sual: Utanıb soruşmadıqlarınız...
Mammoqrafiya nədir? - Hər qadına etmək olmaz – Şərtlər
İraklı heyvansevər aslanı evcilləşdirdiyini iddia edir - MARAQLI
Diqqətsiz sürücüdən bu cür intiqam aldılar - MARAQLI
Hər bir təşkilat işğalçı ordu qarşısındakı xidmətləri haqqında hesabat verəcək
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
İqtisadiyyat
“RUS AZERİ SPİRİTS” ZAVODU AÇILIŞA TAM HAZIRDIR - FOTOLAR
Dünya
Alman deputat: Ermənistan ilkin mərhələdə 5 rayonu qaytarmalıdır - VİDEO
Dünya
Gündə 3 saat pianino çaldığı üçün cəzalandırıldı - MARAQLI
Cəmiyyət
“Ona heç nə olmadı, mənimsə 2 övladım anasız qaldı”: Müəllimin bədbəxt etdiyi xadimə...
Cəmiyyət
“Səddam”ın məzarı təmir edildi - FOTOLAR
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
"Elşad Abdullayev, səninləyəm, hardasan, şərəfin, kişiliyin varsa, öz qadınına cavab ver"
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
Bu da Pərviz Bülbülənin özündən hündür qızı - FOTO
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
"Məlumat gəldi ki, Ayaz Mütəllibovun bir maşın silahı Corat qəbiristanlığında gizlədilib..."
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247