Xəbər lenti
25/08/2019 [23:47]:
"Qarabağla bağlı xalqın da etirazı adekvat deyil, cavabdeh strukturların da..." - VİDEO
25/08/2019 [23:26]:
Qazaxın “Asfalt zavod” adlanan ərazisində çoxlu sayda silah-sursat tapılıb - FOTO
25/08/2019 [23:04]:
Ərdoğanın tətillə bağlı tənqidinə İmamoğludan cavab - VİDEO
25/08/2019 [23:01]:
Elmar Məmmədyarov oğlunun toyunda belə oynadı - VİDEO
25/08/2019 [22:49]:
ATV-nin tanınmış aparıcısı ikinci dəfə evləndi- FOTOLAR
25/08/2019 [22:12]:
Kədərlənmək infarkta səbəb olur, əgər güclü emosional stress yaşayırsınızsa... - ARAŞDIRMA
25/08/2019 [22:07]:
Sevgilisi Ronaldonun ağlını başından çıxarmasından danışdı: "Həmişə alt paltarında yatıram və..."
25/08/2019 [22:07]:
Ərdoğan Türkiyəni sarsıdan qətldən danışdı: Edam...
25/08/2019 [22:05]:
Paytaxtın Heydər Əliyev prospektində yol qəzası ilə əlaqədar sürət həddi aşağı endirilib - FOTO
25/08/2019 [22:02]:
İsrailin 4 qırıcısı Livanın hava məkanına daxil olub
25/08/2019 [21:51]:
FHN-in texnika və canlı qüvvəsi Quba, Oğuz, Qəbələ və Ağsuda baş vermiş yanğınların söndürülməsinə cəlb edilib
25/08/2019 [21:37]:
Arvadı özünə başqa kişi tapdı, azərbaycanlı ər evi yandırdı - 9 yaşlı qızı yanaraq öldü
25/08/2019 [21:36]:
Məmməd İsmayılın şeirlər kitabı Fransada nəşr olunub
25/08/2019 [21:31]:
Hitlerin qəzəbinə səbəb olan, buğaya qalib gələn dünya şöhrətli Azərbaycan pəhləvanı...
25/08/2019 [21:19]:
56 milyon qazanıb, ilin ən varlısı oldu
25/08/2019 [21:13]:
Ukraynada avtomobil körpüsü uçdu - VİDEO
25/08/2019 [21:11]:
Gəncədə 30 yaşlı kişi bıçaqlandı
25/08/2019 [21:09]:
Taxta sexi yandı
25/08/2019 [20:30]:
Boris Conson çaşdı, Makronla arvadı güldü - VİDEO
25/08/2019 [20:14]:
Ağsuda da yanğın başladı
25/08/2019 [20:12]:
İsrailə düşmən dedi, bir neçə gün sonra öldü -FOTO
25/08/2019 [20:06]:
İran deputatı: “Azərbaycan haqlı olsa da, biz Ermənistanı dəstəklədik”
25/08/2019 [20:04]:
Trampın xanımının bu görüntüsü gündəm oldu - FOTO
25/08/2019 [19:55]:
Qubada yanğın oldu - FOTOLAR
25/08/2019 [19:52]:
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşı qətlə yetirildi
25/08/2019 [19:20]:
Türkiyə ordusunun 3 əsgəri şəhid oldu
25/08/2019 [18:58]:
Azərbaycan cüdoçuları dünya çempionatına məğlubiyyətlə başlayıblar
25/08/2019 [18:58]:
Evdə selfi çəkərkən canından oldu - AĞLASIĞMAZ...
25/08/2019 [18:52]:
Çürük meyvələrin zərərləri: qablaşdırma problemi, sahibkarların səhlənkarlığı
25/08/2019 [18:45]:
Bu cür görüntülər uşaqlarda travmaya yol açır - DİQQƏT...
25/08/2019 [18:36]:
Zərifin təyyarəsi G7 sammitində: Gizli səfər?
25/08/2019 [18:34]:
Putin G7 sammitinə gedir
25/08/2019 [18:30]:
ABŞ məhkəməsi ermənilərin Türkiyəyə qarşı iddialarını rədd etdi
25/08/2019 [18:25]:
“Harada bir uğur, bir zəfər, bir nailiyyət var, orada…”
25/08/2019 [18:23]:
Yüzlərlə kiloqramlıq at zərbə nəticəsində havaya uçdu - İNANILMAZ...+ VİDEO
25/08/2019 [18:22]:
Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir? - SİYAHI
25/08/2019 [18:21]:
Güclü dolu və leysan yağış Daşkəsəndə fəsadlar yaratdı
25/08/2019 [18:17]:
5 general istefa verdi
25/08/2019 [18:16]:
Məşhur kinorejissorun intiharı - Şövkət Ələkbərovanın əri özünü niyə güllələyib...
25/08/2019 [18:11]:
Malyorkada helikopterlə təyyarə toqquşdu, ən az beş nəfər öldü
25/08/2019 [18:08]:
İsmayıllıda yas zamanı evin döşəməsi çöküb, 6 nəfər xəsarət alıb - VİDEO
25/08/2019 [17:59]:
Hakimlər matça kabab sifariş verdilər - MARAQLI
25/08/2019 [17:30]:
Old Boy! – Qoca Oğlan
25/08/2019 [17:25]:
Asama bir ayda ikinci dəfə püskürdü
25/08/2019 [16:17]:
"Türkiyə o heykəlin götürülməsi ilə bağlı Ermənistana nota verməlidir" - QALMAQAL...
25/08/2019 [16:14]:
"Fənərbaxça"nın altı illik həsrəti sona çatdı
25/08/2019 [16:11]:
Məşhur rejissor faciəvi şəkildə öldü - FOTO
25/08/2019 [15:56]:
Ermənilər Azərbaycan səmasında 3-cü hava festivalı keçirdi – Bu dəfə qırıcılar qaldırılmadı...- FOTOLAR 
25/08/2019 [15:35]:
Qaraçuxurda uşaq bağçasında yanğın - FOTO/VİDEO
25/08/2019 [15:33]:
Krım sözünün yaranması və Krım türklərinin tarixçəsi
25/08/2019 [14:48]:
Erməni vandalizminin gerçək üzü: Heykəlin ayağının altında Talat Paşanın kəsilmiş başı...
25/08/2019 [14:05]:
Tələbə Fondunun yaradılması ilə bağlı Təşəbbüs Qrupu öz işinə başlayır
25/08/2019 [14:02]:
Renat Portuqaliyada debüt etdi
25/08/2019 [13:13]:
“Onlar məni ölkəmin parçalanmasına imza atmaq üçün dilə tutmaq istəyirdilər”
25/08/2019 [13:10]:
“Soruşun ki, yaşamaqdan yorulmamısan, ölmək istəmirsən ki?”
25/08/2019 [13:05]:
İranda soydaşlarımızın yaşadığı vilayətlərdə Azərbaycan dili tədris olunacaq
25/08/2019 [12:57]:
“Həyat prezidentlərdən daha sürətlə dəyişir”
25/08/2019 [12:49]:
65 yaşlı kişidən dəhşətli cinayət: arvadı və qızını güllələdi, sonra...
25/08/2019 [12:45]:
Qabil Hüseynlinin musiqiçi qızı: Mərhum pilot xanımı
25/08/2019 [12:43]:
Bakıda oğlan sevdiyi qıza etdiyi jestə görə döyüldü - VİDEO
25/08/2019 [12:39]:
"Hababam sınıfı"nın aktyoru öldü
25/08/2019 [12:16]:
Dünya futbolunda nadir hallarda rast gəlinəcək foto Türkiyədə çəkildi
25/08/2019 [12:10]:
Rəsmi Kreml Rusiyanın G8-ə dönüşünü şərh etdi
25/08/2019 [11:58]:
Tanınmamış Abxaziya prezidentini seçir
25/08/2019 [11:48]:
ABŞ-da sualtı kitabxana açılıb
25/08/2019 [11:45]:
Samira: "İbrətamiz həyat yaşayıram"
25/08/2019 [11:42]:
“Hər şeydən bezib yorulmuşdum” - Atasını bıçaqlayan 19 yaşlı Günelin dramı
25/08/2019 [11:37]:
"Qardaşımın o avtomobildən çıxması bir möcüzə idi"
25/08/2019 [11:24]:
"Putini gələn dəfə dəvət edəcəyik" - Tramp
25/08/2019 [11:23]:
Mariana Vasileva Beynəlxalq Gimnastika Federasiyası tərəfindən “əməkdar məşqçi” diplomu ilə təltif olunub
25/08/2019 [11:19]:
ABŞ astronavtı kosmik stansiyada bank oğurluğu edib
25/08/2019 [11:17]:
Oğuzda meşə yanğını: FHN təyyarə və iki helikopter göndərdi
25/08/2019 [10:50]:
Qubada dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırılıb
25/08/2019 [10:05]:
Qaxda yol polisi sürücülərə və sərnişinlərə sərin su paylayıb
25/08/2019 [10:02]:
Mövqelərimiz atəşə tutuldu
25/08/2019 [10:00]:
“Arzularınız içinizdə qaldı, ““Mammad Amin Resulzadeh” heç vaxt batmayacaq"
25/08/2019 [09:47]:
“Ciddi problemlərdən biri orta məktəblərin xarici dil tədrisinin heç də yüksək səviyyədə olmamasıdır”
25/08/2019 [09:34]:
Şimali Koreya yeni nəhəng raketi sınadı - FOTO
25/08/2019 [09:33]:
Azərbaycanlı gimnastdan Rusiyada növbəti çempionluq - FOTO
25/08/2019 [09:31]:
Conson sazişsiz “Brexit”ə görə Aİ-ə $ 37 milyard ödəməyəcəyini vəd etdi
Bütün arxiv bir sırada
21/07/2019 [23:06] - Siyasət - ( 830 dəfə baxılıb)

“I Pyotr və Atatürk öz xalqlarının tarixində hansı yeri tuturlarsa...”



Yaşadığımız günlər çoxəsrlik tariximizin mühüm hadisələrindən biri ilə əlamətdardır. Xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 ili tamam oldu. Bu əlamətdar tarix münasibətilə Ulu Öndərin zəngin həyat yolunu, çoxşaxəli titanik fəaliyyətini, yeritdiyi daxili və xarici siyasəti, dövlət quruculuğunda gördüyü böyük işləri, bütövlükdə xalqımızın və dövlətimizin inkişafında həyata keçirdiyi fövqəladə missiyanı bir daha təhlil etmək zərurəti yaranır. Qəti əminəm ki, Heydər Əliyev kimi nəhəng şəxsiyyətin fəaliyyətini müəyyən zaman kəsiyində qiymətləndirmək doğru deyil.

İctimai elm çoxdan mütləq həqiqəti ortaya qoymuşdur. Böyük dövlət xadimlərinin fəaliyyəti yalnız müqayisəli-tarixi aspektdə qiymətləndirilməli, onların ölkəsinin və xalqının taleyində oynadığı rolu yalnız zaman özü dəyərləndirməlidir. Məşhur bir deyimə görə, dağın əzəmətini duymaq və müşahidə etmək üçün ona uzaqdan baxmaq lazımdır. Tarixi hadisələr də belədir. Ölkəmizdə son 50 ildə baş verən proseslərə və həmin proseslərin mərkəzində dayanan ulu öndər Heydər Əliyevin fövqəladə missiyasına nəzər saldıqda, o dövrün tariximizdə müstəsna yerini və əhəmiyyətini daha dərindən dərk edirik. Öz taleyini yaşayan insanlar olduğu kimi, bütöv toplumun, xalqın taleyində böyük rol oynayan, hətta bir çox cəhətdən onu müəyyənləşdirən şəxsiyyətlər də olur. Xalqımızın tarixində və taleyində artıq 50 il zaman kəsiyində müstəsna təsirə malik olmuş ümummilli lider Heydər Əliyev belə şəxsiyyətlərdəndir.

Bunları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva söyləyib.

Akademik bildirib ki, ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə 1969-cu il iyulun 14-də gələn Heydər Əliyev qısa zamanda ölkəmizin sosial-iqtisadi və mədəni yüksəlişinin əsasını qoydu. Bu illərdə respublikamızın sosial-iqtisadi tərəqqisi yolunda əsl dönüş yarandı: 250-dən çox zavod, fabrik istifadəyə verildi, 630 min nəfərlik yeni iş yeri yaradıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublikada xalq təsərrüfatının inkişafı üçün beş xüsusi qərar qəbul etdi. 1971-1985-ci illərdə iqtisadiyyata sərmayə qoyuluşunun həcmi 32 milyard rubl təşkil edirdi ki, bu da sovet dövrünün əvvəlki 50 ilində istifadə olunan vəsaitdən 2,1 dəfə çox idi. 1985-ci ildə Cənubi Qafqazda ən iri poladəritmə zavodu istifadəyə verildi, Dərin Dəniz Özülləri zavodu tikildi. Sənayedə struktur dəyişiklikləri aparıldı. Bakı Məişət Kondisionerləri zavodu qısa müddətdə tikilib istifadəyə verildi (1975). “Ulduz”, “Azon” cihazqayırma zavodları, Sumqayıt kompressorlar zavodu, Bakı elektrik qaynaq avadanlığı zavodu işə düşdü. Onlarca istehlak malları istehsal edən, o cümlədən Abşeron, Siyəzən broyler fabrikləri, Bakı Şampan şərabları zavodu, Sumqayıt şüşə zavodu, Ələt Ağac Emalı Kombinatı və s. müəssisələr istifadəyə verildi. Araz, Tərtər, Şəmkir su-elektrik stansiyaları, “Azərbaycan” DRES-i işə salındı. Azərbaycanın enerji müstəqilliyi təmin olundu. Böyük meliorasiya proqramı həyata keçirildi. Baş Mil, Abşeron, Lənkəran, Şəmkir kanalları, Araz, Arpaçay, Sərsəng, Yuxarı Xanbulançay, Şəmkir və başqa dəryaçalar istifadəyə verildi. Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan iri pambıqçılıq rayonlarına çevrildi. Lənkəran-Astara, Quba-Xaçmaz zonalarında tərəvəzçilik daha da inkişaf etdirildi. Üzüm plantasiyaları 1970-ci ildəki 121,6 min hektardan 1985-ci ildə 268 min hektara çataraq 2,2 dəfə artdı. İri heyvandarlıq kompleksləri tikildi. Kənd təsərrüfatının ümumi məhsulunun həcmi 1981-1985-ci illərdə 1966-1970-ci illərin səviyyəsinə nisbətən 2,6 dəfə çoxaldı. Geniş iqtisadi quruculuq sayəsində əmək məhsuldarlığı sənayedə 2,1, kənd təsərrüfatında 1,8 dəfə, xalq təsərrüfatında gəlir 335 faiz və ya ümumittifaq göstəricisindən 2 dəfə çox artdı. Həmin illərdə yaradılmış iqtisadi, elmi-texniki və mədəni potensial gələcəkdə respublikanın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratdı. XX əsrin 70-80-ci illərində SSRİ-də öz iqtisadiyyatını müstəqil idarə etməyə qadir olan 2 respublikadan biri Azərbaycan idi. Respublikada geniş sosial-mədəni quruculuq proqramı həyata keçirilirdi. Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər böyüyür, ətrafında yeni yaşayış massivləri salınırdı. Azərbaycanda 20 milyon kvadratmetr mənzil sahəsi istifadəyə verildi, yüzlərlə müasir bina tikildi, yollar, körpülər, kənd və qəsəbələr salındı. Azərbaycan az vaxt ərzində inkişafın başlıca keyfiyyət ölçülərinə görə müttəfiq respublikalar içərisində önə çıxdı. Sürətli sosial-iqtisadi inkişaf nəticəsində ictimai əmək bölgüsündə istər idxal, istərsə də ixrac edilən məhsulların həcminə görə ittifaq miqyasında Azərbaycanın rolu xeyli artdı.

Millət vəkili  qeyd edib ki, respublikada elm, təhsil, ədəbiyyat, incəsənət və memarlığın inkişafına da diqqət artırıldı. Ali, orta ixtisas, ümumtəhsil məktəbləri, teatr, klub, muzey, kitabxanalar şəbəkəsi xeyli genişləndi. 1971-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə milli hərbi kadrlar yetişdirilməsi üçün C.Naxçıvanski adına respublika orta ixtisaslaşdırılmış internat məktəbi yaradıldı. Yüksəkixtisaslı mütəxəssis kadrlar hazırlanmasına diqqət artırıldı. On yeddi mindən çox azərbaycanlı övladı keçmiş SSRİ-nin 170 aparıcı ali təhsil ocağına göndərildi.

Azərbaycanda onlarca yeni elmi-tədqiqat müəssisələri yaradıldı. 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının nəzdində “Xəzər” Elmi Mərkəzi fəaliyyətə başladı. 1978-ci ildə mərkəzin əsasında Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutu, 1981-ci ildə isə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyi təşkil edildi.

HEYDAR-5

Respublikada kitab çapı və mətbuat xeyli inkişaf etdi. 1969-cu ildə “Qobustan” almanaxı nəşr edilməyə başlandı. 1990-cı ildə 168 qəzet, 91 jurnal, 1300-dən çox kitab çap olunurdu. 1976-1987-ci illərdə Azərbaycanda ilk dəfə böyük informasiya tutumlu 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası” nəşr edildi. Xalqın mədəni və mənəvi dəyərlərinə diqqət artırıldı. Nizami, Əcəmi, Nəsimi, Tusi, Vaqif, Aşıq Ələsgər, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Hüseyn Cavid kimi görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, Azərbaycan teatrının 100 illiyi təntənə ilə qeyd olundu. Azərbaycan tarixinə və dilinə aid qiymətli araşdırmalar yüksək dövlət mükafatlarına layiq görüldü. 1974-cü ildən ali məktəblərdə Azərbaycan tarixinin tədrisinə ayrılan saatlar artırıldı. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu, bu sahədə səmərəli işlər görüldü. Cənubi Azərbaycanla bağlı mövzuların ədəbiyyatda inikası üçün geniş imkanlar açıldı. 1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqının Cənubi Azərbaycan üzrə katibi seçildi. Vaxtilə “pantürkist” kimi damğalanmış Hüseyn Cavidin cənazəsinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə erməni separatçıları açıq çıxışlardan çəkinirdilər. 1977-ci ilin noyabrında onların Dağlıq Qarabağ məsələsini növbəti dəfə qaldırmaq cəhdinin qarşısı qətiyyətlə alındı. Qısa müddətdə Azərbaycan SSR-in sürətli sosial-iqtisadi və mədəni inkişafı keçmiş SSRİ rəhbərliyində Heydər Əliyevə böyük nüfuz qazandırdı. Ulu Öndər 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında Büroya üzv seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi və bu imkanlardan da Azərbaycanın inkişafı naminə istifadə etdi.

Bütövlükdə 1969-1987-ci illər Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr kimi daxil olub. Bu dövrdə müasir müstəqil Azərbaycan Respublikasının təməli qoyulub.

Sovet İttifaqının dağılması ərəfəsində SSRİ rəhbərliyi mühüm geostrateji mövqeyi və zəngin təbii sərvətləri ilə fərqlənən Azərbaycana qarşı məkrli siyasət həyata keçirməyə başladı. İlk növbədə bu proseslərin qarşısını ala biləcək, məhz öncəki illərdə Azərbaycan xalqına qarşı hər hansı təxribatın qarşısını cəsarətlə almış bir insan – ulu öndər Heydər Əliyev sovet rəhbərliyindən düşünülmüş şəkildə uzaqlaşdırıldı. Məhz bundan sonra Azərbaycana qarşı istənilən təxribatı həyata keçirmək mümkün oldu. SSRİ-nin dağılması nəticəsində iqtisadi böhran, ərazilərin itirilməsi, qaçqın, köçkün ordusunun yaranması Azərbaycanın inkişafına, iqtisadi-siyasi durumuna mənfi təsir göstərdi. Ölkəyə səriştəsiz insanların rəhbərlik etməsi həm iqtisadi, həm də siyasi böhran şəraitində müstəqilliyimizin, dövlətimizin mövcudluğunu belə sual altında qoymuşdu.

G. Baxşəliyeva sonra  deyib:

“Ümummilli lider Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gələndən sonra istər siyasi, istər iqtisadi, istərsə də sosial sferalarda böyük inqilabi dəyişikliklər baş verdi. Azərbaycan xalqı, ilk növbədə lider qazandı – uzun illər respublikamızı idarə etmiş, əməyi sayəsində özünü təsdiqləmiş, daim xalqın uğuruna çalışmış, xalqımızı çox çətin bir dövrdə ağır bəlalardan qurtaran, millətin gələcəyinin, dövlətçiliyin təməlini quran, siyasi sabitliyi, əmin-amanlığı təmin edən, gələcək iqtisadi inkişafın əsasını qoyan bir lider. Ulu öndər Heydər Əliyevin bu amallar uğrunda hələ sovet dövründə böyük xidmətləri olmuşdu. Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, C.Naxçıvanski adına hərbi liseyin yaradılması, ölkədə müstəqil sosial-iqtisadi infrastrukturun yaradılması və inkişafı, istehsal müəssisələrinin artırılması gələcək müstəqilliyin təməlini qoyurdu. Ulu öndər özü də deyirdi ki, dili, ordusu olan bir ölkə, iqtisadiyyatı güclü olan dövlət müstəqil sayılır.

Biz tariximizin bütün anlarını yadda saxlamalıyıq. Unutmayaq ki, xalqımızın azadlıq və milli istiqlal uğrunda mübarizə tarixi şanlı və şərəfli olduğu qədər də faciəvi olub. Faciəvi olub ona görə ki, zaman-zaman tarixi şəraitin diktəsi və xalqın azadlıq ruhunun hökmü ilə milli haqlarımız uğrunda gedən mücadilələr son nəticədə məğlubiyyətə uğramış, ata-babalarımızın müstəqillik arzuları yadelli işğalçılar tərəfindən qan içində boğulmuşdur. Ən ibrətamiz və təəssüfləndirici hal odur ki, bu acı məğlubiyyətlərdə obyektiv proseslərlə yanaşı, subyektiv amillərin də rolu olub. Daxili çəkişmələr və münaqişələr, regional və sinfi maraqların milli mənafelərdən üstün tutulması, ən başlıcası xalqın bütün təbəqələrini vahid məqsəd ətrafında birləşdirməyi bacaran ümummilli liderin olmaması məhz bu cür subyektiv amillərdəndir ki, xarici müdaxiləyə meydan açmış, milli müstəqillik üçün yaranmış tarixi şansın gerçəkləşməsinə imkan verməmişdir. Bunu XVIII əsrdə – bütün dünyada milli dövlətlərin formalaşması prosesinin getdiyi bir zamanda Azərbaycanın xanlıqlara parçalanması faktı da təsdiq edir, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadıqdan sonra süquta uğraması da. XX əsrin sonunda xalqımızın milli istiqlala qovuşması üçün növbəti tarixi şərait yarandı. 1988-ci ildən vüsət alan xalq hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, xalq hərəkatının içərisindən çıxmış siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi. Lakin bir tərəfdən Ermənistanın torpaqlarımıza təcavüzü, digər tərəfdən isə hakimiyyət təcrübəsi və səriştəsi olmayan qüvvələrin daxili və xarici siyasətdə buraxdığı səhvlər xalqımızı ciddi sınaq qarşısında qoydu.

Siyasi didişmələr və silahlı qruplaşmaların mübarizəsi ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardı. Daxili hərc-mərclik, hakimiyyət orqanlarının iflic vəziyyətə düşməsi yenicə qazanılmış müstəqilliyin itirilməsinə səbəb ola bilərdi. Lakin bu dəfə tarix təkrarlanmadı. Çünki əvvəlki dövrlərdən fərqli olaraq indi xalqın bütün təbəqələrinin inandığı və hörmət bəslədiyi ümummilli lider, böyük siyasi iradəyə və təcrübəyə malik şəxsiyyət Heydər Əliyev şəxsiyyəti var idi. Xalqın mütləq əksəriyyətinin, o cümlədən hakimiyyət nümayəndələrinin təkidli tələbi ilə Bakıya gəlib Ali Sovetin sədri, daha sonra ölkə Prezidenti seçilən ulu öndər Heydər Əliyev müstəqilliyimizə qarşı yönəlmiş, necə deyərlər, ənənəvi ssenarini pozdu, Azərbaycanın hansısa xarici qüvvələrin əlində oyuncağa çevrilməsinə imkan vermədi. Bu, çoxəsrlik tariximizdə şəxsiyyətin roluna dair ən bariz nümunə, ən parlaq örnəkdir. 1993-cü ilin son dərəcə gərgin şəraitində Heydər Əliyevin daxili sabitliyi təmin etmək, xarici təzyiqlərin qarşısını almaq və beləliklə, dövlət müstəqilliyimizi qoruyub saxlamaq istiqamətində apardığı nəhəng işlər bu gün öz bəhrəsini verir. Biz o günlərin canlı şahidləri olsaq da, həmin dövrdə baş vermiş prosesləri yenidən mənalandırmaq, onların mahiyyətinə daha dərindən varmaq ehtiyacı duyuruq.

Heydər Əliyevin Ali Sovetin sədri seçilərkən etdiyi çıxışın mətni xüsusi diqqət çəkir. Ötən bu illərdən həmin proqram xarakterli çıxışa nəzər saldıqda görürük ki, Ulu Öndərin bütün sonrakı fəaliyyəti o tarixi çıxışdakı müddəaların addım-addım gerçəkləşdirilməsindən ibarətdir. Millət və dövlət qarşısında götürülmüş öhdəliklərə sədaqətin bundan böyük nümunəsini təsəvvür etmək çətindir. Ulu Öndər müstəqilliyimiz üçün təhlükə törədən amilləri aradan qaldıraraq onu, öz təbirincə desək, dönməz və əbədi etmişdir. Həmin çıxışda müəyyən edilən digər iki istiqamət – demokratik islahatların həyata keçirilməsi və ərazi bütövlüyünün təmin olunması istiqamətində də ardıcıl işlər görülmüşdür”.

Akademik bildirib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi dövründə əldə olunan nailiyyətlər, iqtisadi uğurlar Azərbaycanı həyatın müxtəlif sferalarında dünya miqyasında aparıcı mövqelərə çıxartdı. Məhz ölkə başçısı İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti sayəsində Azərbaycan iqtisadi inkişaf tempinə görə ən yüksək yeri tutdu, bütün dünyanı iqtisadi böhran bürüdüyü bir dövrdə həmin böhranı, demək olar ki, hiss etmədən adladı və iqtisadi inkişafını davam etdirdi. Azərbaycanın dünya dövlətləri arasında layiqli, möhkəm yerini tutmasında Ulu Öndərin müdrik xarici siyasəti mühüm rol oynadı. Mən bir şərqşünas kimi, ilk növbədə görkəmli dövlət xadimi Heydər Əliyevin xarici siyasətindən danışmaq istərdim. Ulu Öndər dövlətin xarici siyasətində Azərbaycanın Şərqlə Qərb arasında siyasi, iqtisadi, elmi, mədəni və s. sahələrdə körpü rolunu oynamasından maksimum istifadə etməyə çalışırdı:

“Ümummilli lider Heydər Əliyevin xarici siyasətində, Şərqə münasibətdə, qonşu ölkələrlə, xüsusən Türkiyə, İran və digər ölkələrlə münasibətlərdə dahi uzaqgörənlik, müdriklik və mahir davranış həmişə duyulurdu. Azərbaycanla çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələri ilə bərabərhüquqlu münasibətlər qurulur, regionda yerləşən bütün dövlətlərlə mehriban qonşuluq əlaqələri saxlanılır, bu əlaqələr inkişaf etdirilərək möhkəmləndirilirdi və indiyədək də bu siyasət uğurla davam etdirilir. Burada əsasən dünyada geostrateji əhəmiyyətə malik olan, eyni zamanda, region problemləri ilə hər hansı bir əlaqəsi olan və bizə coğrafi və siyasi cəhətdən yaxın olan ölkələrlə münasibətlərə daha çox diqqət yetirilirdi. Belə ölkələrə birinci növbədə Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistan və s. aiddir. Bu və İslam Konfransı Təşkilatına (indiki İslam Əməkdaşlıq Təşkilatı) daxil olan digər ölkələrin Azərbaycana dəstəyi, mənəvi yardımı gənc dövlətimiz üçün çox vacib idi. Bütün bu amilləri nəzərə alan ümummilli lider Heydər Əliyevin apardığı siyasət nəticəsində bu sahədə böyük uğurlar qazanılmış və qazanılmaqdadır.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından və Elmlər Akademiyasının üzvləri ilə, elmi ictimaiyyətlə tarixi görüşündən və bu görüş nəticəsində atdığı addımlardan sonra akademiya sistemində mövcud olmuş dərin böhran, tənəzzül, hətta iflas proseslərinin qarşısı alındı. Elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrlar hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirildi. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verildi. Bu tarixi Fərman ölkədə fundamental elmin nailiyyətlərini, Azərbaycan xalqının sosial, iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu, dövlətin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqlədi. Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev isə elmdə islahatlar, elmin inkişaf strategiyası istiqamətlərində müvafiq sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi üçün mühüm addımlar atdı.

Ötən illərdə ölkəmizdə alimlərin məvacibləri dəfələrlə artırılıb. Elmin inkişafına yönəldilən xərclər təxminən 7 dəfə artıb. Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiya təsdiq olunub, onun həyata keçirilməsi üçün Dövlət Proqramı qəbul edilib və s. Bütün bunlar göstərir ki, AMEA-ya, Azərbaycan elminə diqqət ilbəil artırılır. Elmimizin dünyaya inteqrasiyası məsələsinə gəldikdə isə bu proses davamlı olaraq həyata keçirilir. Hazırda bu istiqamətdə böyük işlər gedir, mütəmadi beynəlxalq konfrans, simpozium, seminarlar təşkil edilir. Beynəlxalq jurnallarda məqalələr dərc olunur.

İstənilən şəxsin Vətən, xalq qarşısında xidməti onun gördüyü işlərlə, yaratdığı maddi sərvətlərlə, harada olursa-olsun vətəninin, xalqının mənafeyini hər şeydən uca tutması ilə ölçülür. Dahi şəxsiyyət Heydər Əliyevin həyat yolunu nəzərdən keçirərkən bir daha əmin oluruq ki, onun çoxşaxəli yorulmaz və zəngin fəaliyyəti Azərbaycana, Azərbaycan xalqına fədakarcasına xidmətin bariz nümunəsidir. Bu keçmiş sovet dövründə də belə olub, Vətənimiz müstəqillik əldə edəndən sonra da. Ulu öndər Heydər Əliyevin bütün rəhbərliyi dövrü apardığı ümumi siyasət bu olmuşdur: Azərbaycanın ümummilli mənafelərini istənilən səviyyədə müdafiə etmək, bütün sahələrdə inkişafa nail olmaq, xalqın və ölkənin təhlükəsizliyini təmin etmək. Hesab edirəm ki, Ulu Öndər tarixboyu xalqımızın yaşadığı ən möhtəşəm renessans dövrünün banisidir. Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinə böyük qurucu kimi daxil olub. Hesab edirəm ki, I Pyotr və Mustafa Kamal Atatürk öz xalqlarının tarixində hansı yeri tuturlarsa, ulu öndər Heydər Əliyev də Azərbaycan xalqının tarixində o yerə sahibdir.

Bu gün dahi rəhbər Heydər Əliyevin qurduğu Azərbaycan dövlətinin sükanı arxasında onun siyasi kursunun ən layiqli davamçısı – Prezident İlham Əliyev və onun ən yaxın silahdaşı Mehriban Əliyeva dururlar və Ulu Öndərin ideyalarını yaşadaraq, çiçəklənən Azərbaycanı daha uca zirvələrə aparmaqdadırlar. Bu yolda Ulu Öndərimiz daim bizimlədir, çünki onun ömrü Vətənə fədakarcasına xidmətin bariz nümunəsi, dövlətimizin tarixinin parlaq səhifəsi, xalqımızın həyatının ayrılmaz bir parçasıdır”. (Etikxeber.az)

loading...
loading...
Evdə selfi çəkərkən canından oldu - AĞLASIĞMAZ...
Stalinin də yatdığı Bayıl həbsxanası: "ölüm korpusu"ndan qaçış, tualetsiz kameralar...
65 yaşlı qadın 19 ildir ümumi tualetdə yaşayır - FOTO
Selfi insanı yalnız və zəif göstərir - MARAQLI ARAŞDIRMA
Gündə 9,5 saat oturmaq erkən ölümə səbəb olur - QORXUNC ARAŞDIRMA
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Maraqlı
Sevgilisi Ronaldonun ağlını başından çıxarmasından danışdı: "Həmişə alt paltarında yatıram və..."
Maraqlı
Hakimlər matça kabab sifariş verdilər - MARAQLI
Dünya
“Onlar məni ölkəmin parçalanmasına imza atmaq üçün dilə tutmaq istəyirdilər”
Hadisə
Atası yatan körpəyə baxdı, nə baş verdiyini görəndə kameraya çəkdi - MARAQLI + VİDEO
Hadisə
Hovuzlu "Ciyar axşamı"nın ilginc təfərrüatları bəlli oldu - VİDEO
Həftənin ən çox oxunanları
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
İki əmioğlu 24 yaşlı qızı bağ evinə apardılar - Soyundurub 4 saat...
Bakıda fahişəxanadan gizli çəkiliş: Qiymət 50 manat - VIDEO
Anasına yataq otağından selfi göndərən qız biabır oldu - İntim aləti yaddan çıxarıb - FOTO
Müdafiə Nazirliyində həbslər başladı: Külli miqdarda rüşvət və korrupsiyaya görə...
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
"Ürəyim sıxılan kimi ərim ilə sevişirəm" deyən model çılpaq halda... -FOTO
"Ağrısı, acısı ürək dağlayan bir ailənin başçısını niyə durmadan təhqir edirsiniz?"
Cazibədar taekvandoçu paylaşımları ilə diqqət mərkəzində - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)