Xəbər lenti
22/08/2019 [00:50]:
Qurban Qurbanov: "Linfild" olduqca istəklidir"
22/08/2019 [00:25]:
Ronaldo: “Sevgilim futbolla bağlı heç nə bilmir”
22/08/2019 [00:23]:
Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək
22/08/2019 [00:20]:
Bakıda kişi arvadını və qaynanasını döydü
21/08/2019 [23:51]:
Yüz milyonlar ölkədən necə çıxarılıb? - Vəkil cinayət mexanizmini açmağa çalışır...
21/08/2019 [23:34]:
Fuad Ələsgərov, Zakir Həsənov, Əli Nağıyev hərbi pilotla vidalaşdılar... - FOTOLAR
21/08/2019 [23:28]:
Çin Britaniya konsulluğunun əməkdaşını həbs etdi
21/08/2019 [23:26]:
Istiqlalçı deputatdan Mübariz Mənsimovu tənqid edənlərə ismarış: “Ağıllı olun!”
21/08/2019 [23:07]:
Ərdoğan Putinlə türk konvoyuna hücumu müzakirə edəcək
21/08/2019 [22:46]:
Goranboyda avtomobil vuran piyada xəstəxanada ölüb
21/08/2019 [22:28]:
Övladını zəncirləyən valideynlə bağlı cinayət işi başlandı - RƏSMİ
21/08/2019 [22:26]:
Avtomobil vuran azyaşlını xəstəxanaya çatdırmaq istədi, qəza törətdi: 2 ölü, 3 yaralı
21/08/2019 [22:24]:
Tovuzda oğul atanı təqaüd kartına görə çəkiclə öldürürdü
21/08/2019 [22:23]:
Bekhem 50 milyon dollar cərimələnə bilər - FOTO
21/08/2019 [22:21]:
Göygöl meşəsindəki yanğın söndürüldü - FOTO
21/08/2019 [22:19]:
Bu qidalar qəbizlik mənbəyidir - XƏBƏRDARLIQ...
21/08/2019 [22:16]:
Quru, saman kimi cansız saçlar: Nə şampun, nə maska, nə balzamlar kömək etmir...
21/08/2019 [22:12]:
Çörçilin nəvəsi Rusiya prezidentini timsahla müqayisə etdi: "Təcili Putini dayandırın..."
21/08/2019 [20:56]:
Xamneyi: "Xam neft ixracının asan gəliri İrana böyük bəladır"
21/08/2019 [20:29]:
Vergi sanksiyalarından əldə olunan vəsaitin bölgüsü qaydası müəyyənləşib
21/08/2019 [20:19]:
Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb
21/08/2019 [20:16]:
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilib
21/08/2019 [19:58]:
Rusiya vətəndaşı Qazaxda ölüb
21/08/2019 [19:56]:
Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub
21/08/2019 [19:53]:
İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani Gəncədə - FOTO
21/08/2019 [19:42]:
"Ağrısı, acısı ürək dağlayan bir ailənin başçısını niyə durmadan təhqir edirsiniz?"
21/08/2019 [19:21]:
Çay və qəhvə ilə bağlı MARAQLI ARAŞDIRMA
21/08/2019 [19:07]:
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul etdi
21/08/2019 [19:02]:
Ali Məhkəmə 5 nəfərin ölümündə ittiham olunan sürücü ilə bağlı qərar verdi
21/08/2019 [18:57]:
“Atatürk” parkında obyekti sökülən Qazinin problemi həll olundu – Bakı meri döyüşçüləri qəbul etdi
21/08/2019 [18:51]:
8 yaşlı uşaq avtomobili 140 kilometr sürətlə idarə etdi - MARAQLI
21/08/2019 [18:48]:
ABŞ şirkəti Azərbaycanın qızıl yataqlarındakı payını satır
21/08/2019 [18:46]:
Nigar getdiyi restoranda qabları sındırdı - VİDEO
21/08/2019 [18:44]:
“Qadın “yaxşı edirəm” deməz, ədəbsizlikdir”
21/08/2019 [18:38]:
Prezident Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
21/08/2019 [18:37]:
Boris Consonun sevgilisi ABŞ-a buraxılmadı
21/08/2019 [18:35]:
KOBİA-nın dəstəyi ilə Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21/08/2019 [18:35]:
Qan testi ilə ölüm tarixini öyrənəcəksiniz YENİ ARAŞDIRMA
21/08/2019 [18:33]:
Rəqqasə Fatimə ərinin qayda pozmasını paylaşdı - VİDEO
21/08/2019 [18:29]:
Azərbaycanlı aktyor vəfat etdi - FOTO
21/08/2019 [18:24]:
İlham Əliyev onlara general rütbəsi verdi
21/08/2019 [18:22]:
ETSN meşə yanğınlarının əsas səbəblərini açıqlayıb
21/08/2019 [18:19]:
Vətən, torpaq, xalq sevgisinin VƏHDƏTİ...
21/08/2019 [18:18]:
İradə İbrahimova: "Yanan meşə sahələrinin hamısında payız mövsümündə ağaclar əkiləcək"
21/08/2019 [18:13]:
Yağışlı havada avtomobili bu cür idarə etdilər - MARAQLI...+ VİDEO
21/08/2019 [18:11]:
Əli Əhmədovdan müxalifətə sillə kimi cavab: -"Bu, sizə başucalığı gətirməz"
21/08/2019 [18:01]:
Qənirə Paşayeva şəhid Təbriz Musazadəyə həsr olunmuş tədbirdə iştirak etdi
21/08/2019 [17:58]:
Erməni idmançı Rusiyada Azərbaycanı təmsil etdi – FOTO/VİDEO
21/08/2019 [17:58]:
“Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı keçiriləcək
21/08/2019 [17:52]:
Tanınmış kino ulduzunun körpü altında siçanlarla yaşadığı ortaya çıxdı - İNANILMAZ...
21/08/2019 [17:52]:
Dövlət rəsmiləri pilotla vida mərasimində - FOTOLAR
21/08/2019 [17:47]:
Boris Conson Donald Tuskla görüşəcək
21/08/2019 [17:45]:
Manafın qızı ikinci həyat yoldaşından da ayrıldı - SƏBƏBİ ŞOKA SALACAQ / VİDEO
21/08/2019 [17:44]:
Müşfiq Rəhimovun yerinə o gətirildi
21/08/2019 [17:42]:
Bu il ali təhsil müəssisələrinin qəbul planı 91.03 faiz dolub - DİM-ini statistikası
21/08/2019 [17:34]:
Sabunçu stansiyasının girişi eyni səviyyəli dəmir yolu keçidi yeraltı tunellə əvəz olunacaq
21/08/2019 [17:17]:
İcra başçısı Nərimanov sakinləri ilə müzakirələr apardı
21/08/2019 [17:12]:
Bakıda 17 yaşlı qızı zorladılar
21/08/2019 [17:03]:
Fondun könüllüləri Milli Qəhrəman Çingiz Qurbanovun məzarını və Şeyx Cüneyd türbəsini ziyarət ediblər
21/08/2019 [17:03]:
Azyaşlı altmış bir ədəd oyuncaq muncuq uddu - FOTOLAR
21/08/2019 [17:00]:
İranla bağlı dəhşətə gələcəyiniz dəhşətli faktlar: 13 yaşlı qızlar...
21/08/2019 [16:53]:
“Arzuları reallığa çevirməyin vaxtıdır” – “Daha astagəllik eləmək olmaz!”
21/08/2019 [16:51]:
Rəşad Atakişiyevin atası: “Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı”
21/08/2019 [16:47]:
Valideynlər, əliniz cibinizdə olsun: məktəbli yarmarkalarındakı - QİYMƏTLƏR
21/08/2019 [16:36]:
Cənubi Amerikanın ən böyük şəhəri günorta saatlarında qaranlığa büründü - SƏBƏB
21/08/2019 [16:36]:
"Apple"ın baş direktoru dünya fotoqraflarını Bakının "Şeytan çarxı" ilə təbrik etdi - FOTO
21/08/2019 [16:29]:
Azərbaycanda pensiya yaşı neçə olsun? - VİDEOSORĞU
21/08/2019 [16:21]:
“Qaçqınkom” sədri Gədəbəydə məcburi köçkünlərin müraciətlərini dinlədi
21/08/2019 [16:20]:
“O, qanı axan torpaqda yatır...” - Şəhid pilotumuzun həyat yoldaşı...+ FOTOLAR
21/08/2019 [16:12]:
Qabil Hüseynli: "Araşdırdım, Rəşadın təyyarə qəzası sirlidir"
21/08/2019 [16:10]:
Parlament sədri kürsüdə uşağa süd verdi - MARAQLI...+ VİDEO
21/08/2019 [16:08]:
Bakıda 15 yaşlı qız naməlum maşına əyləşərək yoxa çıxdı - FOTO
21/08/2019 [16:07]:
“İnsanların çoxu İrana ucuz müalicə imkanına görə üz tutur”
21/08/2019 [16:06]:
Zəncirlənmiş uşaqla bağlı araşdırma aparıldı, materiallar prokurorluğa verildi - RƏSMİ
21/08/2019 [16:03]:
Parlamentin 11 deputatı Energetika nazirindən şikayət etdi
21/08/2019 [16:01]:
Məhsulun qiymətini göstərməyən sahibkarlar cərimələnəcək
21/08/2019 [15:52]:
"Elçibəy ailəsi Mehriban xanımın qayğısını yüksək qiymətləndirir..."- Əbülfəz Elçibəyin qardaşı oğlu
21/08/2019 [15:48]:
Vanqa 2019-cu il üçün nə “vəd” etmişdi?
21/08/2019 [15:46]:
Bakıda dəhşət: uşaq və qadın "Kamaz"ın altından son anda xilas oldu - VİDEO
21/08/2019 [15:45]:
Millət vəkili “Başqurdistan Qızları"nın baş redaktoru ilə görüşüb
Bütün arxiv bir sırada
22/07/2019 [10:47] - Müsahibə - ( 633 dəfə baxılıb)

Təhsilin fasiləsizliyi bizdə problem kimi qalıb – Etibar Əliyev



Təhsil üzrə tanınmış ekspert, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev son dövrlərdə Azərbaycanın təhsil sistemində baş verən proseslərlə bağlı Moderator.az saytına geniş müsahibə verib.

Maraqlı mülahizələr və zəruri tövsiyələrlə zəngin olan müsahibəni oxuculara təqdim edirik:

 

 

-Kurikulum sistemi haqqında fikirlərinizi bilmək maraqlı olardı. Bu sistemin özünü doğrulda bilməməsi barədə mütəxəssislər tərəfindən müxtəlif fikirlər səsləndirilir. Bir mütəxəssis olaraq sizin də fikrinizi bilmək maraqlı olardı.

 

-Bilirsinizmi, kurikulumlar köhnə proqramları əvəz etməli idi. Bu, 2009-cu ildə qəbul olunmuş Təhsil İslahatı Konsepsiyasında öz əksini tapmışdır. Ancaq çox təəssüflər olsun ki, bizim mütəxəssislər həmin kurikulumun hazırlanmasında iştirak etmədilər.  Hollandiyadan CİTO qrupu dəvət olundu, onlar yerli təhsili və yerli təhsilin mahiyyətini, fəlsəfəsini anlamadan bizə qarışıq bir kurikulum təklif etdilər və bu, məktəblərdə tətbiq olundu. Bunun zərəri o vaxt hiss olundu ki,  artıq uşaqlar çantalarını daşıya bilmədilər və müəllimlər fənlərini dolaşıq tədris etməyə başladılar. Sistemdə nəzərdə tutulurdu ki, biz yaddaş məktəbindən idrak, təfəkkür məktəbinə keçirik, ancaq bu baş vermədi. Yəni devizin özü səhv idi. Yaddaşsız təfəkkürə necə keçmək olar? Necə ola bilər ki, biz birbaşa təfəkkürü, idrakı yaddaşdan ayıra bilək? İndi artıq yaddaşın məşqi, yaddaşın möhkəmləndirilməsi üçün müəyyən təhsil texnologoyaları var.

 Kurikulumlar isə artıq 11-ci siniflərin qarşısını kəsib. Yəni 8 illik, 9 illiklərdə artıq buraxılış imtahanları yeni kurikulumlarla həyata keçirilir. Baxmayaraq ki, nəticələr heç də ürəkaçan olmadı. Bir acınacaqlı faktı da deyim ki, kurikulum tətbiq olunan açıq test tapşırıqlarından riyaziyyat fənnindən 40% şagird "0" bal alıb. Bu onu göstərir ki, kurikulum ən böyük zərbəni elə riyaziyyat fənninə vurdu. Bu bir az da ondan irəli gəlir ki, riyaziyyat fənnindən 14 kitabın müəllifi keçmiş təsil naziri Misir Mərdanov idi. O, öz dərsliklərini monopoliyaya götürməklə başqa alternativ dərsliklərin, eyni zamanda tərcümə dərsliklərinin ortaya çıxmasına  maneçilik törətdi.

 

-Qeyd etdiniz ki, kurikulum sistemində ixtisaslaşmış kadr yoxdur, elə isə biz buna hazır idikmi və sizcə, bu sistem özünü nə vaxtsa doğruldacaqmı?

 

-Düzdür, biz buna hazır deyildik, ancaq biz və bizim təhsilə rəhbərlik edən şəxslər elə başa düşdük ki, bu, sadəcə bir neçə komponenti də özündə ehtiva etməklə tədris proqramının davamıdır. Yox, elə olmadı, başqa bacarıqlar, başqa standartlar, alt standartlar qoyuldu. Nəticədə məqsəd və vəzifələr dəyişdi.

Əslində, bu proqramlar əsasında biz ölkəyə həm tənqidi situasiyadan çıxış yolunu tapa bilən, təfəkkür bacarıqları olan, vətənpərvər vətəndaşlar yetişdirməli, həm də yerli və dünya olimpiadalarında, iştirak edə biləcək, eyni zamanda DİM-in keçirdiyi imtahanlarda normal nəticə göstərə biləcək şagirdlər hazırlamalı idik. Lakin gözlənilən nəticələr baş vermədi. Repititor daha geniş vüsət almağa başladı, kurikulumların dərki və icrası üçün müəllimlər bu işin öhdəsindən normal şəkildə gələ bilmədilər, hətta diaqnostik qiymətləndirmədə kurikulum suallarından nəticələr çox aşağı oldu. Bu isə bütün dünyada geniş istifadə olunan funksional savadsızlıq anlayışının dərinləşməsinə gətirib çıxardı.

DİM-in son məlumatlarına görə, ötən tədris ilində abituriyentlərin 50%-dən çoxu aşağı nəticə göstərmişlər. Bu isə o deməkdir ki, proqramlar yerinə yetirilmir, kurikulumlar və ondan gələn tələblər normal tətbiq olunmur. Şübhəsiz ki, bu prosesdə müəllimlərin böyük günahı var, bu məsələnin mərkəzində müəllimlər dayanır və bir neçə müşahidəmiz onu göstərir ki,  mövcud dərsliklər və mövcud kurikulumlar əsasında tədris prosesi köhnə proqramlara nisbətən zəif aparılır.

Mən düşünürəm ki, köhnə proqramları nüvə kimi götürməklə, onun ətrafında çox maraqlı təhsil proqramları hazırlamaq olar. O proqramları hazırlamaq olar ki, onların əsasında yaxşı dərsliklər yazılsın. İndi kurikulumun ehtiva etdiyi bacarıqları müəllimlər təlqin edə, şagirdlərə əks etdirə bilmirlər. Çox mürəkkəb bir situasiyadır. Yəni əslində, təhsil proqramlarının yazılması çox ciddi və daha vacib məsələdir.

 

-Yuxarıda qeyd etdiniz ki, qəbul imtahanlarında şagirdlərin göstərdikləri nəticələr çox aşağı oldu. Sizcə, bu birbaşa təhsil sistemi ilə bağlıdır, yoxsa burada subyektiv səbəblər daha çox rol oynayır?

 

-Mənim fikrimcə bu, həm də coğrafiya məsələsidir. ABŞ-da keçən il "ilin müəllimi" seçilmiş bir qara dərili prezidentdən xrustal şarı qəbul edərkən (onlarda belədir) maraqlı bir ifadə işlətmişdi. O demişdi ki, təhsildə, təhsilin keyfiyyətində coğrafiya problemi olmamalıdır. Yəni regionlarda da məktəblər inkişaf etməlidir. Baxın, aşağı bal toplayanların faiz göstəricisi regionlarda daha yuxarıdır.

Bu gün peşə təhsilinin nə dərəcədə əhəmiyyətli olması barədə maarifçilik işləri məktəblərdə çox aşağı səviyyədədir. Belə düşünürəm ki, heç bir perspektivi olmayan ixtisası seçməkdənsə, yaxşı peşəyə yiyələnmək lazımdır. Yaponiyanın bugünkü tərəqqisinin əsas səbəblərindən biri peşə təhsilinin inkişafıdır.

Lakin bizdə vəziyyət tamamilə qarışıqdır. Çox təəssüflər olsun ki, ölkəmizdə müxtəlif peşələrdə çalışanların böyük əksəyyətinin peşə diplomu yoxdur. Bu, çox təhlükəli məsələdir. İstər aşbazların, istər bərbərlərin, istər bənnaların, istərsə də qaynaqçıların peşə təhsilinin səviyyəsi bizi danışmağa məcbur edir. O ki, qaldı əsas məsələyə, yəni aşağı nəticələrin çox olmasına, bu, məktəb təhsilinin keyfiyyətindən xəbər verir. Elə ölkələr var ki, usaqlar üçün dərs saat 08:30-da başlayır, 17:00-a qədər davam edir. Uşaqları məktəbə bağlayırlar ki, heç olmasa bir şey öyrənsinlər. Bizdə isə təhsil ili 2 həftə artırılanda nə qədər böyük ajiotaja səbəb oldu. İnkişaf Etmiş Ölkələrin böyük əksəriyyətində uşaqlar yayda da oxuyurlar. Yay düşərgələrinə, yay məktəblərinə dəvət olunurlar. Əsas odur ki, funksional savadsızlıq olmasın. Nədir funksional savadsızlıq? Uşaqlar yazmağı, oxumağı, danışmağı və fikirlərini izah etməyi bilmirlər. Hazırda bunun aradan qaldırılması üçün dünyada çox ciddi proqramlar hazırlanıb.

-Etibar müəllim, sizcə, valideynlərin diplom xatirinə uşaqlarını ali təhsilə yönəltməsi, yəni kütləvi təhsil almaq meyilləri balların aşağı olmasını şərtləndirən amillərdən hesab oluna bilərmi?

-Elədir, bu əvvəllər daha geniş vüsət almışdı. Özəl ali məktəblərin sayı çox idi və Beynəlxalq Universitet, Asiya Universiteti, Bakıda “Naxçıvan” Universiteti, “Təfəkkür” Universiteti kimi universitetlər tam şəkildə uşaqların peşə təhsilinə yönəlməsinin qarşısını aldılar və hazırda bu universitetləri bitirən insanların diplomları şübhəli, özləri də işsizdirlər. Həm də, siz haqlısınız, bizdə kütləvi təhsilalma meyilləri var. Ancaq nəticə olmur, indinin özündə də valideynlər övladlarının ixtisas seçiminə müdaxilə edirlər. Maraqlıdır ki, İnkişaf Etmiş Ölkələrdə uşağın hansı məharəti olursa, onu həmin istiqamətə yönəldirlər.

Əvvəllər bu qədər dahilər haradan yetişirdi? Bizim məktəblərdə dərnəklər vardı, pyeslər səhnələşdirilirdi, məktəbdə motivasiyalar yaradılırdı, böyük idman yarışları olurdu. İndi müəllim elə başa düşür ki, onun işi 45 dəqiqəni başa vurub getməkdir. Müəllim məktəbə bağlanmalıdır. Vaxt var idi ki, müəllim həm də yaxşı tərbiyəçi idi, indi isə o, bu funksiyanı yerinə yetirmir.

 

-Deməli, kurikulumun orta məktəblərlə universitetlər arasında boşluq yaradacağı fikri ilə razısınız?

 

-Ümumiyyətlə, təhsilin fasiləsizliyində boşluqlar var. Təsəvvür edin ki, təhsilin fasiləsizliyi bizdə problem kimi qalıb. Məktəbəqədər təhsildən başlayan təhsilin fasiləsizliyi ali təhsilə qədər davam edir. Məktəbəqədər təhsil müəssisələrinə cəmi 18% uşaq cəlb olunur, deməli, birinci sinifə qədəm qoyan uşaqların əksəriyyəti məktəbəqədər təhsildən kənarda qalırlar. Burada artıq halqa qırılır.

Orta təhsilin vəziyyətinə aid çoxlu təhlillərimiz var, ekspertlərimiz çoxlu təhlillər aparırlar. Biz hesab etsək ki, on minə yaxın abituriyentin cəmi 30%-i ali məktəbə qəbul olunur, qalan 70%-in çox kiçik bir hissəsi kollec və peşə təhsili müəssisələrinə daxil olurlar, deməli, gənclərin çox böyük hissəsi özünə ixtisas seçə bilməyən, özünü tapa bilməyən, əmək bazarında yeri olmayan vətəndaşlara çevrilirlər. Adi bir misal deyim, Çində ildə 15 milyon məzun olur. Çin məktəblərinin özəlliyi nədir? Müəllimlər uşaqlardakı istedadları ortaya qoyurlar. Əgər kimsə riyaziyyatı bilmirsə, onu humanitara, əgər orda da alınmırsa, idmana, nəhayət, sənətə  yönəldirlər. Bizim məktəblərdə isə bunu bir sistem olaraq edə bilmirlər. Əgər təmayülləşmə olsa, bu mümkündür. Yəni 12 illik təhsildə 11-12-ci siniflər təmayülləşmə prosesini həyata keçirər, bu zaman həm də repetitorluğun faizi aşağı düşə bilər.

Siz haqlısınız, şagirdin məktəbdəki qiymətləndirilməsində də qüsurlar var. Yenə də DİM aşkarladı ki, əla qiymətlərlə məktəbi bitirənlərin böyük kəsimi qəbul imtahanında aşağı bal toplayıblar. Bu o deməkdir ki, bu əlaqələr çox zəifdir.

Bilirsiniz, indi ali təhsillə kolleclərin əlaqəsini qurmaq istəyirlər. Kollecləri ali təhsilin tərkibinə verməklə bunu aradan qaldırmaq mümkün deyil. İnteqrasiya vacibdir. Yəni kolleci əlaçı bitirən şagirdlər ali məktəbin I kursuna daxil olsunlar. Bu, bütün dünyada belədir. Bu, kollecin nüfuzunu qaldıra, kollec təhsilinə motivasiyanı artıra bilər. Ancaq təəssüf ki, indiki orta təhsilin vəziyyəti və DİM-in araşdırmaları onu göstərir ki, bəli, orta məktəblə ali məktəb arasındakı əlaqələr o qədər də güclü deyil.

Bir çox ölkələrdə yüksək səviyyədə oxuyan yuxarı sinif şagirdlərini ali məktəblərin I kurslarının dərslərində iştirak etməyə dəvət edirlər. Məsələn, riyaziyyat, fizika, kimyadan həll olunan məsələlər onları çətinliyə alışdırır.

Ancaq təəssüf ki, bu, bizdə belə deyil. Fasiləsizliyin pozulması, eyni zamanda aşağı nəticə göstərənlərin sayının çox olması məhz bu əlaqələrin zəiflədiyinə dəlalət edir.


-Tədris proqramlarında sadələşdirilmələr aparılmalıdırmı?


-Bilirsinizmi, bunun üçün fənlər üzrə ciddi ekspert rəyləri olmalıdır. Başqa ölkələrin tədris proqramları ilə müqayisələr aparılmalıdır. Orada necədir, mətnlərin həcmi, qavranma dərəcəsi, situasiyalar, illüstrasiyalar necə izah olunur? Bütün bunlardan sonra sadələşdirmə aparmaq olar. Əsas odur ki, məzmunu gücləndirmək lazımdır. Məzmunu gücləndirmək üçün isə müəllimin əlinin altında bir neçə alternativ dərsliyin olması vacibdir. Əvvəllər məktəblərdə alternativ dərsliklərin istifadəsi üçün şərait yaradılmırdı. Bu çox pis hal idi. Müəllim bir dərsliyə qapanır, başqa dərslikdən istifadə etmirdi, uşaqlar isə elə bilirdilər ki, yalnız bu dərslik var və başqa dərsliyə baxmırdılar. Ona gorə də bu, öz təsirini məktəbdə buraxılış imtahanlarında göstərirdi. Məlumdur ki, orta məktəbi bitirəndən sonra uşaqlara verilən sənədin adı “Kamal attestatı”dır. Yəni insan müəyyən kamala çatır ki, ona bu sənədi verirlər. Ancaq bu baş verirmi? Düzgün qurulmayan təlim və tərbiyə sistemi özünü küçədə, avtobusda, yaxud da hər hansı bir ictimai yerdə doğru olmayan davranışlarla büruzə verir, bu zaman dərhal ailə və məktəb yada düşür. Ailədə və məktəbdə alınan tərbiyənin izləri orada görünür.


-Növbəti sual magistratura pilləsində qiyabi və ya distant təhsillə bağlı olacaq. Azərbaycanda magistratura pilləsində qiyabi təhsil ləğv edildi. Sizcə, bu pillədə qiyabi təhsil bərpa olunmalıdırmı, ya da onun başqa bir alternativi olan disstant təhsil tətbiq edilə bilərmi?


-Çox maraqlı sualdır. Bir çox ixtisaslar üzrə bakalavr pilləsini bitirmiş şəxslər müəyyən sahələrdə çalışırlar. Ola bilər ki, onlar öz sahələri üzrə elmi fəaliyyətlə məşğul olmaq istəsinlər. Əyani təhsil bunun qarşısını alır. Mən düşünürəm ki, təhsil müddətini bir il artırmaqla qiyabi təhsili bərpa etmək mümkün idi. Ancaq yenə də ehtiyat edirlər ki, burada xeyli kənaraçıxmalar olacaq, proqramlar tam olaraq tələbələr tərəfindən mənimsənilməyəcək. Tələbələrin elmi tədqiqata cəlb olunmasında müəyyən boşluqlar və məsuliyyətsizliklər yaranacaq. Bütün bunlar isə xeyli dərəcədə əsas verir ki, qiyabi şöbəni bərpa etməsinlər.

Başqa bir məqam da var. Elə ixtisaslar var ki, xeyli işsizlik ordusu yaradır. BDU-nun riyaziyyat, riyaziyyat müəllimliyi, fizika, fizika müəllimliyi, biologiya, biologiya müəllimliyi kimi ixtisasları buna misal ola bilər. Fizikanı bitirən fizika müəllimi ola bilməz, digər tərəfdən isə elmi tədqiqatla məşğul olması üçün magistratura təhsili alması vacibdir. Birdən magistraturada oxumaq meyili olmazsa, işsiz qalmalıdır.

Sizin qəzet vasitəsilə çox maraqlı bir məsələyə toxunum. Təhsil haqqında qanunda yazılır ki, magistratura pilləsi maddi texniki bazası, professor-müəllim heyəti imkan verən ali məktəblərdə yaranmalıdır. Yəni o, hər ali məktəbdə ola bilməz, çünki bu, elmdir, burada artıq təhsildən fərqli bir traektoriya yaranır. Amma bu gün bütün ali məktəblərdə magistratura pilləsi var. Bu da keyfiyyətsiz magistrlərin yetişməsinə səbəb olur. Bu, məsələnin birinci tərəfi idi.

 O ki, qaldı sualınızın ikinci hissəsinə, yəni distant təhsillə bağlı məqama, bu da çox mürəkkəb və vəsait aparan təhsildir. 70-ci illərdən bu təhsil sistemi Qərbdə tətbiq olunur. Yəni elə universitet var ki, onun distant təhsil üzrə 30 min tələbəsi var. Ancaq o mexanizmlər çox mürəkkəbdir, yəni müəllim tələbə yazışmaları, müəllimin tələbəyə verdiyi tapşırıqlar, tələbənin onu yerinə yetirməyi və s. bizim kimi kiçik ölkələrdə bu, çətin məsələ olduğu üçün buna keçid də çox çətindir. Ən çox ona görə ki, distant təhsilə çox böyük vəsait tələb olunur. Qiyabi təhsili distant təhsilə çevirmək istəyirdilər, ancaq burada xeyli fasifikulyasiyalar, tələbə-müəllim “sövdələşməsi” olur. Elektron poçt vasitəsilə yazışmalar aparılır və hətta bir neçə elektron poçtdan istifadə olunması zərurəti yarana bilər. Mən düşünürəm ki, Qərbdə də bu məsələyə çox yaxşı yanaşmırlar. Tələbə canlı olaraq müəllimi, professoru, dossenti görməlidir. Elə ixtisaslar var ki, məsələn, tibb, təbiət elmləri, müəllimlik kimi sahələrdə distant təhsil özünü doğrultmur.

 

-Sizcə, biz dünyanın təhsil sistemindən faydalanaraq milli təhsil sistemimizi yarada bilərikmi?

 

-Biz istər-istəməz dünyada gedən bütün təhsil çağırışlarına qoşulmalıyıq. Çünki Azərbaycan şagirdləri hətta PİRLS proqramında iştirak edirlər. PİRLS proqramında ibtidai təhsil pilləsinin axırıncı sinfində oxuyan uşaqların oxu savadlılığı, mətnlərin analizi qiymətləndirilir. Bizim uşaqlar xeyli irəliləyiblər. Lakin müəyyən boşluqlar hələ də özünü göstərir. Məsələn, 4-cü sinif şagirdləri üçün PİRLS proqramından anlayış salırlar. Gəlin, görək ibtidai təhsil pilləsində bizim müəllimlər şagirdlərə anlayış öyrədə bilirlərmi? Mən düşünürəm ki, yox!

Biz PİSA proqramında iştirak edirik. Bu, 15 yaşlı uşaqların oxu, riyaziyyat, təbiət elmlərində savadının tətbiqi proqramıdır. Eyni zamanda dünya olimpiadalarında iştirak edirik, Baloniya prosesinə qoşuluruq. Bizim təhsil sistemi Baloniya bəyannaməsi əsasında aparılır. Bəli, çox maraqlı sual verdiniz, məhz onların əsasında milli təhsili inkişaf etdirmək lazımdır ki, Azərbaycan bayrağı dalğalansın, Azərbaycanın inkişaf etmiş ölkələr içərisində yeri olsun. Bunun üçün isə ciddi təhsil tədqiqatları aparmaq vacibdir. PİSA proqramında Finlandiya və Çinli şagirdlər həmişə qalib olurlar, ölkələr bununla öyünürlər, çünki ümumi daxili məhsulun inkişafını orada görürlər. Bu, növbəti təhsil proqramı üçün çox böyük irəliləyişdir. Biz bunlara istinad edərək proqramların identifikasiyası, dərsliklərin yaradılmasını öyrənib yeni texnologiyaları tətbiq etməklə milli təhsil sistemimizi gücləndirməliyik.  

 

Qadir İbrahimli,

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Beynəlxalq Liberal Maarifçilik Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində hazırlanıb.

            

loading...
loading...
Quru, saman kimi cansız saçlar: Nə şampun, nə maska, nə balzamlar kömək etmir...
İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani Gəncədə - FOTO
"Ağrısı, acısı ürək dağlayan bir ailənin başçısını niyə durmadan təhqir edirsiniz?"
Çay və qəhvə ilə bağlı MARAQLI ARAŞDIRMA
8 yaşlı uşaq avtomobili 140 kilometr sürətlə idarə etdi - MARAQLI
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“İnsanların çoxu İrana ucuz müalicə imkanına görə üz tutur”
Cəmiyyət
“Rasim Balayev məni görsə, tanımaz...”- “Babək” filminin sərkərdəsi...
Gündəm
Təndir çörəyinə boyalı-fırçalı həmlə: Düşmən incəsənəti öz yalanına necə alət edir?
Köşə
Əgər tale Rövnəq Abdullayevin üzünə gülməsəydi, İqbal müəllim hələ də çirkli boşqablar yuyurdu...
Araşdırma
Anastas Mikoyanın Bakı fəaliyyətləri: Bolşevik erməninin ilginc etirafları...
Həftənin ən çox oxunanları
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
“Sənin ərin hara baxır?” - Müğənni aləmi bir-birinə qatdı -FOTOLAR
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
Dünya tarixində bu silahı ilk dəfə Türkiyə tətbiq etdi və...
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
Şəbnəm Tovuzlu o gecədən danışdı: "Baş-ayaq yatdıq, Hacıya da demişəm" - VİDEO
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)