Xəbər lenti
19/08/2019 [11:40]:
AQTA qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə xəbərdarlıq edib
19/08/2019 [11:37]:
ETSN vəzifəli şəxsi 3000 manat cərimələyib
19/08/2019 [11:36]:
İran ABŞ-a xəbərdarlıq edib
19/08/2019 [11:28]:
Məmura bağ evində 17 bıçaq zərbəsi vurub yandırdılar- Ermənistanda...-FOTOLAR
19/08/2019 [11:18]:
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
19/08/2019 [11:02]:
Britaniya qorxuya düşdü: Rusiya bu regionu işğal edir
19/08/2019 [10:55]:
Deputatın oğlu və 5 qohumu saxlanıldı
19/08/2019 [10:54]:
Azərbaycanda məktəbli qız intihar etdi
19/08/2019 [10:52]:
Bakı məktəblərində vakant yerlərə seçim başlayıb
19/08/2019 [10:48]:
Mətanət Əsədova ilə məşhur falçının gizli görüntüləri yayıldı
19/08/2019 [10:44]:
Gürcüstanda sabiq nazirin oğlu saxlanıldı
19/08/2019 [10:42]:
“Qaçqınkom”un iki sektor müdiri cəzalandırıldı
19/08/2019 [10:40]:
Azərbaycanda rəis işdə yol verdiyi nöqsanlara görə qovuldu - FOTO
19/08/2019 [10:40]:
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur -FOTOLAR
19/08/2019 [10:36]:
“Onun ölüm xəbəri mənim üçün çox gözlənilməz oldu...”
19/08/2019 [10:32]:
Yeni binalarda mənzillər ucuzlaşıb, köhnələrdə isə bahalaşıb
19/08/2019 [10:31]:
Dövlət qulluğuna qəbul imtahanından keçən şəxslərin NƏZƏRİNƏ
19/08/2019 [10:25]:
Bu gün abituriyentlərin elektron ixtisas seçimi başa çatır
19/08/2019 [10:19]:
“Azərsu” sədri 36 vətəndaşın müraciətini dinlədi
19/08/2019 [10:18]:
Parkinq üçün pul ödədi, amma cərimələndi - VİDEO
19/08/2019 [10:15]:
“Dizayner narkotiklər”: Ağ ölümün sintetik üzü... – MÜSAHİBƏ!
19/08/2019 [10:12]:
Xalq artisti Qurana əl basıb, tövbə etdi - SƏBƏB
19/08/2019 [10:09]:
Etirazçılar polisləri “zibil”, dövlət məmurunu isə  “qoca düdük” adlandırdı...-FOTO
19/08/2019 [10:09]:
İranın Ali Lideri 1070 nəfəri əfv edəcək və cəzasını yüngülləşdirəcək
19/08/2019 [10:07]:
Boşanmış ailənin uşağı kimin yanında qalmalıdır? - Ali Məhkəmənin GÖSTƏRİŞİ
19/08/2019 [10:05]:
Yaponiyalı alimlər dənizin dərinliklərindəki plastik tullantıların ekosistemə təsirini araşdıracaqlar
19/08/2019 [10:03]:
Kiber-hücumların qarşısı alınmasa, ikinci Çernobıl ola bilər
19/08/2019 [10:01]:
ABŞ-da kütləvi qətllər planlaşdıran üç nəfər saxlanıldı
19/08/2019 [09:59]:
Mourinyo ağladı: "Darıxıram" - VİDEO
19/08/2019 [09:53]:
Şəmkirdə atası evində əri tərəfindən yandırılan qadın öldü - FOTO
19/08/2019 [09:47]:
Erməni tərəfi atəşkəs rejimini 23 dəfə pozdu
19/08/2019 [09:44]:
Tramp “Huawei” şirkətinə verilən lisenziyanın müddətini uzatmayacaq
19/08/2019 [09:41]:
Metroda həyəcanlı anlar: Anasından şiddət görən qız polisə sığındı
19/08/2019 [09:40]:
Müəllimlərin işə qəbulu üzrə müsahibə başladı
19/08/2019 [09:05]:
Heydər Əliyevlə yaxın dost olmuş keçmiş polis rəisi vəfat etdi - FOTO
19/08/2019 [09:05]:
Rusiya Tu-160-ları niyə havaya qaldırıb? - Şoyqu açıqladı
19/08/2019 [09:02]:
Şok Breksit ssenarisi: dəhşətli olaylar yaşanacaq
19/08/2019 [09:02]:
Dəliməmmədlidə məcburi köçkünlər su probleminə görə aksiya keçirəcək - MÜRACİƏT
19/08/2019 [09:00]:
Xarkov tank zavodu bağlana bilər
19/08/2019 [08:59]:
Yeni dərin dövlət qurula bilər - Sədrdən xəbərdarlıq
19/08/2019 [08:58]:
Honkonqda etiraz aksiyasında 1,7 milyon insan iştirak edib – VİDEO
19/08/2019 [08:54]:
Tramp İrana ABŞ gəmilərinə hücum etməməyi tövsiyə etdi
19/08/2019 [08:48]:
Yaponiya hərbi peyklərin orbitə buraxılmasını nəzərdən keçirir
19/08/2019 [08:45]:
Belarus, Ukrayna və Ermənistan Rusiyaya ən çox borcu olan ölkələrdir
19/08/2019 [08:45]:
Futbol matçında qanlı olaylar: 3 ölü, 10 yaralı
19/08/2019 [08:38]:
Türkiyənin hərbi təyyarələri İraqın şimalında raket zərbəsi endirib
19/08/2019 [08:30]:
Ermənini məğlub edən güləşçimiz dünya çempionatının yarımfinalında
19/08/2019 [08:27]:
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub
19/08/2019 [08:20]:
Ramzan Kadırov: "Atam Çeçenistanı Rusiyaya birləşdirməkdən imtina etdi"
19/08/2019 [08:19]:
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
19/08/2019 [08:17]:
Marqo Robbi “Vogue” jurnalı üçün şəkil çəkdirdi və Tarantinoya Müsahibə verdi – FOTO
19/08/2019 [07:24]:
Daha bir ölkədə milyonlarla müsəlman üçün həbs düşərgələri qurulacaq- SOS!..-FOTOLAR 
19/08/2019 [06:40]:
Peyğəmbərimiz (s) əxlaqsız cavanı necə tərbiyə etdi?..
18/08/2019 [23:55]:
Dövlət Sərhəd Muhafizəsinin 100 illiyi tamam olur
18/08/2019 [23:54]:
Trampın məsləhətçisi onun Qrenlandiyanı almaq ideyasında olduğunu təsdiqlədi
18/08/2019 [23:45]:
Tanzaniyada yanacaq daşıyan maşının partlaması nəticəsində ölənlərin sayı artıb
18/08/2019 [23:10]:
"Səbail" - "Zirə" oyunundan sonra insident baş verdi
18/08/2019 [23:09]:
“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi
18/08/2019 [22:23]:
Azərbaycana kilosu 1000 dollara satılacaq ət gətiriləcək - Bu inək bahalı pivə içir, masaj olunur
18/08/2019 [22:04]:
Rumıniyada psixiatriya xəstəxanasının pasienti dörd nəfəri öldürdü
18/08/2019 [21:36]:
Kılıçdaroğlu iqtidarın Suriya siyasətini sərt tənqid etdi - "Orada nə işin var?"
18/08/2019 [21:28]:
Gəncədə avtoqəza olub, xəsarət alanlar var
18/08/2019 [21:24]:
Şuşa-Laçın yolunda  daha bir erməni o dünyalıq oldu...
18/08/2019 [21:11]:
Fətəli xan Xoyski – Erməni gülləsi ilə arxadan vurulan Azərbaycanın ilk Baş naziri
18/08/2019 [21:08]:
Premyer Liqada kuryoz hadisə...
18/08/2019 [21:06]:
Sinəsi göründü, üç yüz min adam bəyəndi - FOTO
18/08/2019 [21:03]:
İspaniyada meşə yanğını, 2000-ə yaxın insan təxliyyə edildi - VİDEO
18/08/2019 [21:02]:
Prezident: “Gürcüstan öz qərarı ilə səhvə yol verib”
18/08/2019 [21:00]:
Fransanın birinci xanımının başına iş gəldi
18/08/2019 [20:24]:
Azərbaycan XİN Sudanı sülh sazişi ilə əlaqədar təbrik edib
18/08/2019 [20:12]:
““AR OLSUN” adlı bir jurnal açaq, xalqımızın adını batıran məmurların adını ora daxil edək"
18/08/2019 [20:11]:
FAO-nun sabiq baş katibi vəfat etdi
18/08/2019 [20:11]:
“İçmə balam, biz içmirik, ölürük?..”
18/08/2019 [20:08]:
Keti Perri ilə bağlı daha bir təcavüz iddiası
18/08/2019 [20:05]:
Dünya çempionumuz Fərhad Poladovun düşdüyü qəzadan yeni görüntü - VİDEO
18/08/2019 [20:03]:
İrlandiyada Katolik kilsəsi əmlaklarını satışa çıxarır
18/08/2019 [20:00]:
İmamoğluna irad: “Sel zamanı hardaydınız?” -VİDEO
18/08/2019 [19:57]:
DYP avtomobilinin qarşısında “avtoş”luq edən taksinin görüntüləri - VİDEO
18/08/2019 [19:54]:
Xaçmazda qəza: beş yaralı
18/08/2019 [19:52]:
“Grace 1” neft tankeri Hibraltarı bu gün axşam tərk edə bilər
Bütün arxiv bir sırada
22/07/2019 [13:32] - Cəmiyyət - ( 701 dəfə baxılıb)

Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: CƏMALƏDDİN ƏFQANİ -II Hissə



O iddia edirdi ki, ancaq hər hansı toplumun hakim təbəqəsi elm və təhsildən uzaq qalıb cəhalət və avamlığa yuvarlan¬dığı zaman mənəviyyatsızlığın yayılma dərəcəsindən asılı olaraq onun bütün siniflərində bu və ya digər dərəcədə zəiflik müşahidə olunacaq¬dır. O yazırdı: “Bu da o deməkdir ki, hakim dairələrdə gücsüzlük nəzərə çarpırsa, bu güc¬süzlük mütləq filosoflar, alimlər, sənətkarlar, kənd təsərrüfatçıları, tacir¬lər təbəqəsinə və s. siniflərə də sirayət edəcəkdir, çünki onların kamilliyi yal¬nız mükəmməl təhsilin bəhrəsidir. Səbəbiyyət faktoru olan yaxşı təhsildə zəiflik, özbaşınalıq, mənəviyyatsızlıq müşahidə olunursa, həmin təhsilin bilavasitə təsir göstərdiyi sahələrə də həmin bu mənfi halların sirayət edəcəyi qaçılmazdır. Əgər mənəviyyatsızlıq bir xalqın təhsilinə artıq yol tapmışdırsa, bəzən təhsildə bu mənəviyyatsızlığın tədricən artması və adət və ənənələrin məhv olması nəticəsində sabitliyin səbəbkarı olan müxtəlif siniflər, xüsusilə də nəcib siniflər tədricən məhv olub gedir. Həmin xalqa mənsub olan fərdlər köhnə paltarlarını çıxardıqdan və adlarını dəyişdikdən sonra başqa bir millətin tərkibinə keçir və yeni görünüşdə ortaya çıxırlar. Bu hadisə gildanilər, finikiyalılar, koptlar və başqa xalqlarla baş vermişdir”. Onun fikrincə, mənəviyyatsızlığa düçar olmuş bir toplumu yalnız Allah xilas edər ki, onların arasından yenidən zəkalı, saf ruhlu insanlar ortaya çıxar və öz gəlişləri ilə yeni həyat gətirə bilərlər. Əfqani hesab edirdi ki, zəkalı, saf ruhlu insanlar tənəzzül və düşkünlüyə səbəb olan mənəviyyatsızlığı kənarlaşdırır, şüur və qəlbləri pis təhsilin törətdiyi qorxunc xəstəlikdən sağaldırlar: “Bu insanlar daxili nur və parıltıları ilə yaxşı təhsili qaytarır və bunun¬la da öz toplumlarına yenidən həyat verirlər. Onlar insanlar üçün əv¬vəl¬ki ucalığı, şərafəti və siniflərin tərəqqisini bərpa edirlər. Məhz buna görə də, tənəzzülə doğru gedən, təbəqələrini düşkün¬lük bü-rümüş hər toplum Rəhman Allaha olan ümidləri ilə bəlkə onların arasında öz müdrik rəhbərliyi və düşünülmüş səyləri ilə süurlarını işıqlandıracaq, qəlb¬lərini saflaşdıracaq və mənəviy¬yatsız təhsilə xitam verəcək müdrik, si¬ya¬sətdə təcrübəsi olan bir intibah¬çının tapılacağını intizarla gözləyir. Həmin müd¬rikin siyasəti nəticəsində onlar öz əvvəlki vəziyyətlərinə dönmüş olardılar”. Bütün bunlardan sonra Əfqani ortaya qoymaq istədiyi əsas məsələnin üzərinə gələrək yazırdı ki, yaşadığı dövrdə fəlakət, bədbəxtlik və gücsüzlük hər tə¬rəf¬dən müsəlmanların bütün siniflərini bürüyüb. Belə bir məqamda bütün müsəlmanların müdrik intibahçının gələrək onları xilas edəcəyini düşündüyünü iddia edən Əfqaniyə görə, yalnız onun sayəsində doğru din və düzgün şəriət məhv olmaqdan xilas olacaqdır. O yazır: “Odur ki, hər bir müsəlmanın gözləri yolda, qulaqları səsdədir, o, intizarla dünyanın hər hansı bir səmtindən – şərqdən, qərbdən, şimaldan və ya cənubdan – müdrik intibahçının peyda olacağını və müsəlmanların şüur və qəlblərini doğru yola yönəldəcəyini, gözlənilmədən gəlmiş mənəviyyatsızlığı dəf edərək onları yenidən mükəmməl təhsilə yiyələndirəcəyini gözləyir. Bəlkə də onlar yaxşı təhsil sayəsində öz keçmiş bəxtiyar durumlarına qayıda bilərlər. Mən Mütləq Haqqın bu doğru dini və düzgün şəriəti məhv olmaqdan qoruyacağına əmin olduğum üçün başqalarından daha artıq ümidlə tezliklə həmin şəxsin müdrikliyi sayəsində müsəlmanların şüur və qəlblərinin işıqlanacağını və haqq yoluna yönələcəyini gözləyirəm”. Əfqani öncə ümid etmiş ki, həmin müdrik intibahçı zəngin həyat təcrübəsinə malik, Avropa ölkələrinə səyahətlər etmiş müsəlman filosofu və modernisti Seyid Əhməd Xandır. Çünki uzun sürən çalışmalardan və zəhmətdən sonra o, müsəlmanların irəliləyişi yolunda Qurana təfsir yazmış, eyni zamanda əsərlərində həm Şərq, həm də Qərb filosoflarının ideyalarını davam etdirmişdi. Bu anlamda Seyid Əhməd Xanın bir müdrik kimi öz toplumunun tərəqqisi naminə dinin mahiyyətini və həqiqi simasını açıqlamasına, dinin bəşəriyyət üçün vacibliyini rasional dəlillərlə nümayiş etdirməsinə, həqiqi və batil dinləri ayırd etmək üçün insan ağlını da qane edən ümumi bir qayda irəli sürməsinə ümid bəsləyən Əfqani onu da düşünürmüş ki, o, dinlərin bir çox təlimlərdə ortaq mövqeyə malik olduqları halda, bəzi məsələlərdə fərqli mövqe tutma səbəbini, həmçinin hər bir dövrdə müəyyən bir dinə və peyğəmbərə xüsusi bir münasibət olması səbəbini fəlsəfi metodla izah edə bilərmiş. Ancaq Əfqani bütün sadaladıqlarının heç birini onda görə bilımir. Çünki Seyid Əhməd Xan ərəblərin şüurlarının aydınlaşmasına və qəlblərinin paklaşmasına səbəb olan o böyük hökmlərdən qətiyyən söz açmamış, yüksək əxlaqi dəyərlərin və gözəl vərdişlərin yayılmasına xidmət edən, evdə və cəmiyyətdə ünsiyyəti düzgün yönləndirən və şüurların aydınlaşmasına xidmət edən ilahi qanunlardan bəhs edən ayələri şərhsiz buraxmışdır. Əfqani yazır: “O, insan təbiəti anlayışını özünə mövzu seçərək heç bir məntiqli sübut və ya təbii dəlil göstərmədən, bir neçə anlaşılmaz və mənasız söz deməklə kifayətlənir. Belə məlum olur ki, təfsirçi insanın təhsil aldıqca əsil insana çevrildiyini, məziyyət və vərdişlər qazandığını bilmir. Öz təbiətində dəyişməyən insan sivilizasiyadan və qazanılmış məziyyət və adətlərdən ən uzaq olan insandır. Əgər insan böyük çətinlik və zəhmətlə qazanmış olduğu hüquqi və əqli keyfiyyətləri tərk edər və nəzarəti təbiətin əllərinə tapşırarsa, şübhəsiz ki, heyvanlardan daha aşağı səviyyəyə enmiş olar. Ən təəccüblüsü isə odur ki, təfsirçi ilahi, müqəddəs peyğəmbərlik məqamını islahatçı səviyyəsinə endirir”. Əfqaniyə görə, Seyid Əhməd Xanın öz icmasını irəli aparmaq və tərəqqisinə nail olmaq əvəzinə, üstəlik də başqa dinlərin İslamı udmaq üçün ağızlarını açmış olduğu bir zəmanədə, müsəlmanların İslam dininə olan imanlarını yox etmək istəməsi təsadüfi ola bilməz. Əfqani hesab edirdi ki, hazırda qalib Qərb mədəniyyətinə oxşamaq və qaliblə eyni dinə qulluq etmək hər kəs üçün cəlbedici göründüyü, hazırda insanların dinlərini dəyişməsi üçün zəminin də mövcud olduğu dövrdə bu cür fikirlər irəli sürmək, düşmən ideyalarına xidmət etməkdən başqa bir şey deyildir. Bir sözlə, Seyid Əhməd xanın müsəlmanların inanclarını yox etməkdə göstərdiyi cəhdin arxasında gizlənən niyyət başqalarına xidmət etmək və müsəlmanların başqa dinlərə yönləndirilməsinə yol açmaq olmuşdu. O yazır: “Bu fikir və düşüncələrdən sonra ilk ağlıma gələn o oldu ki, təfsirçi, şübhəsiz ki, müsəlmanların tənəzzülünə və fəlakət halına düşmələrinə səbəbin məhz onların dini olduğuna, dinlərini tərk edərlərsə, əvvəlki şərəf və qüdrətlərini bərpa edəcəklərinə inanır. Odur ki, o, bu dini inancları aradan götürməyə çalışır və öz niyyətinə görə bağışlana bilməz”. Əfqani hər nə olursa olsun, müsəlmanların dini inanclarını köhnəlmiş sayıb bunun əvəzində tərəqqiçi Qərb-xristian mədəniyyətini sorğusuz-şərtsiz qəbul edilməsini mümkünsüz hesab etmişdir. O yazırdı ki, bu gün gerilikçi hesab edilən dini inancların sayəsində vaxtilə yəhudilər Fələstində, Ərəblər Ərəbistan yarımadasında qudrət, sivilizasiya, bilik, sənətkarlıq, kənd təsərrüfatı və ticarətdə bütün dünyanın ağasına çevrildilər. Üstəlik, nəinki doğru dini inanclar, hətta batil inanclar belə elm və tərəqqiyə mane ola bilməmişdir. O yazır: “Hinduslar sivilizasiya qanunlarında, elmdə, bilikdə, müxtəlif sənət sahələrində tərəqqi etdikləri zaman minlərlə tanrıya və bütə sitayiş edirdilər. Təfsirçi də bunu bil¬məmiş deyil. Misirlilər sivilizasiyanın, elmin, istehsal sahələrinin bünövrəsini qoyduqları, yunanlara müəllimlik etdikləri zamanlarda bütlərə, inəklərə, itlərə və pişiklərə tapınırdılar. Şübhəsiz, təfsirçi də bunu bilir. Gildanilər rəsədxanalar qurduqları, astronomik cihazlar icad etdikləri, möhtəşəm qəsrlər ucaltdıqları və kənd təsərrüfatı elmi barədə kitablar yazdıqları dövrdə ulduzlara sitayiş edirdilər. Bu fakt təfsirçidən gizli deyil. Finikiyalılar quruda və suda istehsal və ticarətin çiçəklənməsinə səbəb olduqları, Britaniya, İspaniya, Yunanıstan ərazilərində koloniyalar saldıqları zaman öz uşaqlarını bütlərə qurban verirdilər. Bu da təfsirçiyə məlumdur. Yunanlar dünyaya ağalıq etdikləri, bəşəriyyətə böyük dühalar və görkəmli filosoflar bəxş etdikləri vaxtlarda yüzlərlə tanrıya və minlərlə dini mövhumata inanırdılar. Təfsirçi də bunu bilir. Farslar Kaşğar ərazisindən İstanbulun hüdudlarına qədər olan ərazilərə hakimlik etdikləri və sivilizasiyada onlara rəqib olmadığı bir dövrdə qəlblərində min cür cəfəngiyyat bəsləyirdilər. Əlbəttə ki, təfsirçi bütün bunları xatırlayır. Müasir xristianlar Üç üqnum, xaç, dirilmə, xaç suyuna salma, məhşər, tövbə və yevxaristiya kimi şeylərə inana-inana öz üstün mövqelərini möhkəmləndirmiş, elm, bilik və sənaye sahələrində tərəqqiyə nail olmuş və sivilizasiyanın zirvəsinə yüksəlmişlər. Onların əksəriyyəti, malik olduqları bütün elm və biliklərə baxmayaraq, hələ də eyni inanclara sadiqdirlər. Təfsirçi bunu çox gözəl bilir”. Bütün bu məsələləri götür-qoy etdikdən sonra Əfqani yazırdı ki, doğru inanclara iman gətirmənin müsəlmanların tənəzzülü ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, onun fikrincə, dini inanclar, istər doğru olsun, istərsə də batil, elmin nailiyyətlərini, yaşam vasitəsi əldə edilməsini və normal sivilizasiyanın tərəqqisini qadağan etmədikcə, heç bir şəkildə sivilizasiya və dünyəvi tərəqqi ilə ziddiyyət təşkil edə bilməz. Əfqaniyə görə, yalnız imanın azlığı sivil həyatda qarışıqlığa və mənəviyyatsızlığa, təhlükəyə səbəb olur ki, bu da nihilizmdir: “Əgər imanın azlığı insanların tərəqqisinə səbəb olsaydı, o zaman cahiliyyət dövrünün ərəbləri sivilizasiyada hamıdan üstün olmalı idilər. Belə ki, onlar əsasən materialist yolun davamçıları idilər və bu səbəbdən də ucadan deyərdilər: “Uşaqlıq bizi qabağa itələyir, yer bizi udur və yalnız zaman bizi məhv edir”. Onlar həmçinin bir qayda olaraq təkrarlayardılar: “Çürümüş sümükləri kim dirildə bilər?!”. Hərçənd onlar vəhşi heyvanlar kimi, ən qatı cahillik içində həyat sürürdülər. Bütün bu düşüncə və fərziyyələrdən sonra mən bu təfsirçinin nə islahatçı olmadığını, nə də onun təfsirinin heç də müsəlmanların durumunu yaxşılaşdırmaq və təhsilini artırmaq məqsədilə qələmə alınmadığını yaxşı anladım. Əksinə, bu təfsirçi və bu təfsir hazırkı dövrdə İslam ümməti üçün insana zəif və taqətsiz olduğu zaman yoluxan qorxulu və təhlükəli xəstəliklər kimidir”.

Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU), AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

loading...
loading...
Fatih Terim Hasan Şaşın istefasını qəbul etmədi
Düşmən ordusu avtoqəzalardakı itkilərini gizlədir - 1 ölü, 4 yaralı
Kosmetik vasitələr Antarktikanı da kirlətdi - İNANILMAZ...
8 telefonla birdən oynayan sürücü yaxalandı - FOTO
Liberiyalı senator maaşının çoxunu yerli xalqa paylayacaq - MARAQLI
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Cəmiyyət
“Onun ölüm xəbəri mənim üçün çox gözlənilməz oldu...”
Cəmiyyət
““AR OLSUN” adlı bir jurnal açaq, xalqımızın adını batıran məmurların adını ora daxil edək"
Cəmiyyət
“İçmə balam, biz içmirik, ölürük?..”
Cəmiyyət
Mehriban Əliyeva: "Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm"
Dünya
İmran Xandan dünyaya çağırış: Nüvə arsenalı...
Həftənin ən çox oxunanları
Kişi qadın bədənində ən çox hansı üzvə diqqət edir? – Professor açıqladı
Damlanın seks videosunu belə "çəkiblər"? — ŞOK FAKTLAR ortaya çıxdı - FOTO
Əsgərlərimizdən düşmənə əsl Qurban Bayramı "hədiyyəsi"...
Yazışma qurbanı: Ər arvadının sevgilisinin cinsiyyət orqanlarını kəsərək cəzalandırdı...
Düşmənin müdafiə naziri Azərbaycana yalvardı: “Dayandırın...”
Naxçıvanın keçmiş daxili işlər nazirinin Bakıda obyekti "tapıldı"... - FOTOLAR
"Qarış-qarış da olsa öz ərazilərimizi düşməndən təmizləyirik" - Hərbi ekspert...
Sərhədçilərimiz hücuma keçdi - Düşmən mövqeləri nəzarətə götürüldü
Qadın polisin seks görüntüləri yayıldı - Ölkədə qalmaqal - FOTOLAR
“Naxçıvanın Günnüt ərazisi də özümüzün idi, ora işğal olunmamışdı ki, sadəcə..."
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)