Xəbər lenti
19/09/2019 [18:35]:
İngiltərə Bankı faiz dərəcəsini dəyişdirməyib
19/09/2019 [18:34]:
TDƏŞ-in xarici işlər nazirlərinin növbədənkənar görüşü keçirilib
19/09/2019 [18:33]:
İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib
19/09/2019 [18:32]:
Elmar Məmmədyarov: "Türk Şurası doğru yoldadır"
19/09/2019 [18:29]:
Nazirlikdən işsiz vətəndaşlarla bağlı - AÇIQLAMA
19/09/2019 [18:25]:
"Qafqaz Neoliti" sənədli filminin təqdimatı keçirildi
19/09/2019 [18:20]:
BDU-da Avrasiya Universitetləri Həmkarlar Təşkilatları Assosiasiyasının 32-ci qurultayı keçirilib
19/09/2019 [18:14]:
Bakı Şəhər İcra Hakimiyyəti mitinqə icazə vermədi - Foto
19/09/2019 [18:11]:
İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib
19/09/2019 [18:11]:
Mən asudə adamam, sərbəst hərəkət edirəm -General Mövlam Şıxəliyev danışır
19/09/2019 [18:06]:
Meyxanaçının arvadı: "Orxan ailəsini hansısa küçə pozğununa dəyişib"
19/09/2019 [18:01]:
Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istədilər
19/09/2019 [17:09]:
İrəvanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin müzakirə olunduğu bilindi...
19/09/2019 [16:48]:
Xəstələrdən “bıçaq pulu” alan cərrah Elnarə Məmmədova həbs edildi
19/09/2019 [16:47]:
Təkbaşına toxuduğu kilimləri Amerikaya qədər göndərir- MARAQLI...
19/09/2019 [16:45]:
Anar Məmmədovun adamı-məmur Salamovun türkmən qadınla evliliyi, həbsi və boşanması... Və müəmmalı “Maybach”i
19/09/2019 [16:27]:
Altı yaşlı uşaq beş gün anasının cansız bədəniylə bir evdə qaldı- FOTOLAR
19/09/2019 [16:18]:
Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parça-parça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
19/09/2019 [16:13]:
“Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvlüyünə qəbul edildi
19/09/2019 [16:03]:
Kıvanç Tatlıtuğun başı dərddə: beş il həbs oluna bilər
19/09/2019 [15:45]:
“Sonradan onun Rusiyada evli olduğu üzə çıxdı...”- O, qızlarımıza belə adamlarla evlənməyi məsləhət bilmədi...
19/09/2019 [15:43]:
Paytaxtda bir çox ağac qəsdən qurudulur - RƏSMİ
19/09/2019 [15:43]:
Azad Kərimli: "Tibb Universitetini bitirənlər onkoloq olmaq istəmir"
19/09/2019 [15:40]:
“O, məni küçə pozğununa dəyişib” - Meyxanaçının arvadından AÇIQLAMA - FOTO
19/09/2019 [15:35]:
TANAP-la indiyədək nəql edilən qazın həcmi açıqlandı
19/09/2019 [15:26]:
ADAU-da yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçirilib
19/09/2019 [15:12]:
Avropada səfirliklərini bağlayan düşmən İsraildə səfirlik açacağını bəyan etdi – Əcaba niyə?
19/09/2019 [15:06]:
“Mən o müğənnilərə artist deyə bilmərəm” - Murad Arif
19/09/2019 [15:00]:
Qəddar erməni nazirin layiqli sonu –Onu da şefi Beriya kimi güllələyiblər
19/09/2019 [14:50]:
Azərbaycanlı həkim on il pasiyentin boynunda qalmış iynəni kənarlaşdırıb (FOTO/VİDEO)
19/09/2019 [14:44]:
Azərbaycanda “uşaqpulu” 3 yaşadək uşaqlara verilə bilər - Komitədən TƏKLİF
19/09/2019 [14:33]:
Sabirabadda qarayaraya tutulanlardan təzə XƏBƏR VAR
19/09/2019 [14:31]:
İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR
19/09/2019 [14:25]:
"Dedim ki, məktəb teatra, sirkə bilet satmaq üçün yer deyil axı, təhsil ocağıdır..."
19/09/2019 [14:20]:
Keçmiş erməni hərbi qulluqçusu etiraz olaraq mənzilini yandırıb – DETALLAR
19/09/2019 [14:19]:
Fərəc Quliyevdən müxalif düşərgədə "bomba həyəcanı" yaradacaq atmacalı şərh...
19/09/2019 [14:15]:
Bakıda dəhşətli qəza törədən məmur və avtomobili -FOTO
19/09/2019 [14:05]:
Somali ordusu 3 ərazini "Əş-Şəbab"dan azad edib
19/09/2019 [14:01]:
DÇ-də dava salan Hacı Əliyevlə bağlı yeni qərar - Ləğv edildi
19/09/2019 [14:01]:
BDU rektoru Prezident təqaüdçüləri ilə görüşüb
19/09/2019 [13:47]:
Hüseyn Abdullayevin məhkəməsində gərginlik - Təcili yardım çağırıldı...
19/09/2019 [13:37]:
Vladimir Putin Nikol Paşinyanın görüş təklifini rədd edib
19/09/2019 [13:35]:
“Qanunvericilikdə nə göstərilirsə, metropoliten bunu qeyri-şərtsiz icra edir...”
19/09/2019 [13:35]:
“Bizdə istefa verən yoxdu - elə bilirik, 5 nazir getməklə Ermənistan dağılacaq...”
19/09/2019 [13:21]:
“28 il ordunun yanında dayanmağımdan peşmanam” VİDEO - Erməni əsgərin anası
19/09/2019 [13:21]:
Qurduğu sistemlə elektrik xərclərindən xilas oldu - MARAQLI
19/09/2019 [13:17]:
“Heç kim bizi bu ölkədə baş verəcəklərlə qorxutmasın...”
19/09/2019 [13:12]:
"Qəzetçinin əlinə mandat verməklə onu dəyişmirsən, yararlılıq imkanlarını böyüdürsən"
19/09/2019 [13:06]:
Sabahın hava proqnozu açıqlanıb
19/09/2019 [13:02]:
“Mən yaradıcı dostlarıma arzu etmirəm ki, onlar bu xəstəliyə tutulsunlar...”
19/09/2019 [12:59]:
Abşeronda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib
19/09/2019 [12:54]:
“Pensiya artımı parlamentin yaşlı deputatlarına aid deyil” - Hadi Rəcəbli
19/09/2019 [12:50]:
Rumıniyada erməni dili ilə bağlı qanun qəbul olundu
19/09/2019 [12:48]:
Qırıcılar tarlada işləyənləri HƏDƏFƏ ALDI - 40 ölü, 40 yaralı
19/09/2019 [12:46]:
Qadın və oğlu özlərini çaya atmaq istəyib
19/09/2019 [12:44]:
Hafiz Hacıyev mitinqə hazırlaşır, BŞİH isə…
19/09/2019 [12:43]:
Qubada qızıl oğrusu tutuldu - Foto
19/09/2019 [12:38]:
Çin kosmosa 5 nanopeyk buraxdı
19/09/2019 [12:31]:
Hər gün bu kosmetik vasitədən istifadə edirsinizsə MÜTLƏQ OXUYUN
19/09/2019 [12:23]:
Bakıda gəlin qayınanasını öldürdü
19/09/2019 [12:18]:
Mikayıl Cabbarov xanım hüquqşünasa yüksək vəzifə verdi - Foto
19/09/2019 [12:17]:
“O qol Corcianayla seksdən yaxşı ola bilməz”
19/09/2019 [12:09]:
Talıb Talenin keçmiş sevgilisi: "Məni aldatdı, almadı"
19/09/2019 [12:09]:
Payız mövsümünün ən çox yayılan infeksion xəstəliyi - Adenovirus konyuktiviti
19/09/2019 [11:58]:
“Bakı Metropoliteni”də havalandırma sistemi işləmir? - "Bundan o yana heç nə fikirləşmək olmur"
19/09/2019 [11:58]:
Ermənistanda istefaya göndəriləcək nazirlərin adları açıqlandı
19/09/2019 [11:55]:
Tramp: "Bir zənglə istənilən ölkəyə girə bilərik"
19/09/2019 [11:51]:
Dilarə hələ belə açıq-saçıq geyinməmişdi - FOTO
19/09/2019 [11:51]:
Bakıda Əzizbəyovun “unudulmuş” büstü götürüldü -FOTO
19/09/2019 [11:48]:
Bakıda 70 yaşlı qadın amansızlıqla qətlə yetirildi - Oğlu şübhəli bilinir
19/09/2019 [11:38]:
Gömrükdə 300 minlik əməliyyat - FOTO/VİDEO
19/09/2019 [11:34]:
“Xətai” metrostansiyasında nasazlıq: eskalator xarab oldu
19/09/2019 [11:23]:
“Ermənistan çağırışları qulaqardına vuraraq həyasızcasına açıqlamalar verir...”
19/09/2019 [11:23]:
Kanadalı rejissorlar Qarabağ haqqında “sənədli” film çəkir
19/09/2019 [11:19]:
Ədalət Muradov: “Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır”
19/09/2019 [11:04]:
Azərbaycan üçün nəzərdə tutulmuş smartfonlar  Ermənistan bazarına çıxdı...-FOTOLAR
19/09/2019 [10:50]:
“O, müdrikcəsinə sübut etdi ki...” - Əli Həsənov
19/09/2019 [10:47]:
Krım administrasiyasında bütün rəhbərlər istefa verdilər
19/09/2019 [10:46]:
Konsertinə yaralı vəziyyətdə gəlib çıxdı
19/09/2019 [10:41]:
Əhməd Cavadın həyatı film oldu - VİDEO
Bütün arxiv bir sırada
22/07/2019 [16:26] - Siyasət - ( 881 dəfə baxılıb)

Parlament seçkilərinin yaratdığı şərait - Ukraynada inqilabi islahatlar başlayır - ŞƏRH



Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin ölkədə islahatlar aparması üçün ilk vacib addım növbədənkənar parlament seçkilərinin keçirilməsi sayılırdı. Artıq bu proses uğurla başa çatıb. 

Əvvəlcə onu qeyd edək ki, Ukrayna parlamenti - Ali Radaya 450 deputatdan ibrətdir. Krım adası və Sevastopol Rusiya tərəfindən ilhaq edildiyi, Donetsk və Luqansk vilayətlərində Kremlin dəstəyi ilə separatçı rejimlər qurulduğuna görə həmin ərazilərdə seçkilər keçirilməyib. Nəticədə Ali Radada 26 yer boş qalıb. Başqa sözlə, majoritar birmandatlı dairələr üzrə 225 deyil, 199 deputat seçilib. Ona görə də 215 yer qazanan partiya və blok hökuməti təkbaşına quracaq.

Ukraynanın qanunverici orqanına seçkilər üzrə 22 partiya qeydə alınmışdı. Lakin səsverməyə bir gün qalmış - iyulun 20-də Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvili rəhbərlik etdiyi təşkilatın seçkilərdən çəkildiyini elan etdi. O, tərəfdarlarını prezident Vladimir Zelenskinin Xalqın Xidmətçisi Partiyasına səs verməyə çağırdı.

Partiyalar üçün keçid baryeri 5 faiz olub. İlkin məlumatlara əsasən, baryeri Xalqın Xidmətçisi Partiyası, Rusiyayönlü Həyat uğrunda - Müxalifət platforması, Avropa Həmrəyliyi Partiyası, “Batkivşina”, Səs Partiyası keçib.

İlkin məlumatlara əsasən, birmandatlı dairələr üzrə V.Zelenskinin partiyasına seçicilərin 42,19 faizi səs verib. Bu isə hakim partiyaya 121 yer qazandıra bilər. Dövlət başçısının partiyası majoritar dairələr üzrə isə 106 yer tutub. Bununla da cəmi 227 yer qazanaraq tək başına hökumət qurmaq imkanı əldə edib.

Həyat uğrunda - Müxalifət platforması 12,75 faiz (37 deputat) və majoritar 6 deputat, Avropa Həmrəyliyi Partiyası uyğun olaraq, 8,75 faiz (25 yer) və majoritar 2 deputat, “Batkivşina” 8,15 faiz ( 24 yer) və 2 deputat, Səs Partiyası 6,39 faiz (18 yer) və 2 majoritar dair üzrə deputat yeri qazanıb.

Xalqın Xidmətçisi Partiyası koalisiya hökuməti də qura bilər. Seçkilər başa çatandan sonra V.Zelenski Səs Partiyasını koalisiya hökuməti qurmağa çağırıb. Bu siyasi təşkilatın lideri Svyatoslav Vakarçuk dolayı yolla koalisiya hökuməti qurmağa hazır olduqlarını vurğulasa da, bunun üçün aydın şərtlərin vacib olduğunu da əlavə edib. Onun sözlərinə görə, Ukrayna Avropaya, Avropa İttifaqı və NATO-ya doğru hərəkət etməli, qanun bir nəfər kimi hamıya şamil edilməli, iqtisadiyyat oliqarxların nəzarətindən çıxarılmalı, deputatların öz səlahiyyətlərindən sui-istifadə hallarının qarşısı alınmalıdır. 

Qeyd edək ki, sonuncu parlamentdə hökuməti o vaxtkı hakim Avropa Həmrəylik Partiyası (135 yer) və Xalq Cəbhəsi Partiyası ( 80 deputat) qurmuşdu.

Müxalifətin isə 147 deputatı var idi: Ali Radada Müxalifət bloku 38 deputat, Özünəyardım Birliyi 25, Dirçəliş Partiyası qrupu 25, Oleq Lyaşkonun Radikal Partiyası 21, Batkivşina 20, Xalqın İradəsi qrupu 18 deputatla təmsil olunurdu. Qanunverici orqanda fraksiyalara qoşulmayan 61 deputat fəaliyyət göstərirdi. Parlamentdə 27 deputat yeri boş qalmışdı.

Demək olar ki, 17 partiya, o cümlədən sonuncu baş nazir Vladimir Qroysmanın “Qroysmanın Ukrayna Strategiyası” siyasi təşkilatı seçkilərdə uğur əldə edə bilmədi. Beləliklə, müxalifət dəyişdi.

Rusiyayönlülər parlamentdə də prezident V.Zelenskinin siyasi xəttinə müxalifətdə olacaqlar. Ancaq sayca az olduqlarından uğur əldə edəcəkləri inandırıcı görünmür. Bu isə Ukraynanın birmənalı şəkildə Avropaya və ya Qərb blokuna inteqrasiyanın sürətlənəcəyi qənaətinə gəlməyə əsas verir. 

Növbədənkənar seçkilərdə Ukrayna vətəndaşları prezidentin namizədlərini dəstəklədilər və Xalqın Xidmətçisi Partiyasına səs verməklə dövlət başçısının aparacağı siyasi kursu müdafiə ediklərini ortaya qoydular. V.Zelenskinin kursunun əsasını isə ölkənin ərazi bütövlüyünün təmin edilməsi, oliqarxların hakimiyyətdən uzaqlaşdırılması, korrupsiyaya qarşı mübarizə, güclü iqtisadiyyat və sosial problemlərin həlli, yeni ordu quruculuğu, korrupsiyasız hökumətin formalaşdırlması və s. təşkil edir. 

Yaxın tarix deməyə əsas verir ki, bu işdə ona daha çox Gürcüstanın sabiq prezidenti və Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvili yardım edə bilər. Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun sədrlik etdiyi müşavirədə onun daxili işlər naziri Arsen Avakovla mübahisəsi unudulmayıb.

Seçkiqabağı təbliğat kampaniyasında M.Saakaşvili bildirirdi ki, əgər növbədənkənar parlament seçkilərində qalib gəlsə, 25 min korrupsioner məmuru həbs edəcək.

Onun partiyasının üzvü, Odessanın keçmiş prokuroru David Sakvarelidze bildirib ki, M.Saakşvilinin seçkilərdə iştirak etməyəcəkləri ilə bağlı çağırışlarına baxmayaraq, yüz minlərlə seçici Yeni Qüvvələr Hərəkatına səs verib.

Belə bir üstünlüyü olduğu halda, M.Saakaşvilinin seçkilərə bir gün qalmış siyasi kampaniyada iştirakdan imtina etməsi onun gələcək fəaliyyəti ilə bağlı bəzi ehtimalları irəli sürməyə əsas verir:

- Milyarder Bidzina İvanişvilinin rəhbərlik etdiyi Gürcü Arzusu Partiyası hakimiyyətə gəldikdən sonra M.Saakaşvili Gürcüstan vətəndaşlığından çıxarılıb və barəsində cinayət işi açılıb. Hazırda bu ölkədə keçirilən etiraz aksiyalarının aparıcı qüvvəsi onun tərəfdarlarıdır. Hadisələrin inkişafını nəzərə alaraq, demək olar ki, keçmiş prezident vətəninə qayıdıb yenidən hakimiyyətə başçılıq etməyə cəhd göstərəcək;

- Hakimiyyətə gəlməsə belə, Ukraynadakı imkanları ilə Gürcüstanın siyasi həyatına müdaxiləsi davam edəcək;

- Vladimir Zelenski oliqarxlara və korrupsiyaya qarşı mübarizə aparmaq üçün M.Saakaşviliyə səlahiyyət verir;

- M.Saakaşvili hakimiyyətdə təmsil olunmur, Ukrayna prezidentinə hakimiyyətdən kənar qüvvə olaraq dəstək verir və ölkənin siyasi həyatında gələcəkdə daha yüksək post uğrunda mübarizə şansını qoruyur;

- V.Zelenski M.Saakaşvilinin partiyasının üzvlərinə hakimiyyətdə təmsil olunmağa şərait yaradır və s.

Belə ehtimal edilir ki, V.Zelenski hökuməti formalaşdırdıqdan sonra korrupsioner məmurlara və oliqarxlara qarşı mübarizəni sərtləşdirəcək. Bu işi aparmaq üçün, heç şübhəsiz, onun, ilk növbədə, qətiyyətli baş prokurora ehtiyacı olacaq. Ona görə M.Saakaşvilinin ən sadiq adamlarından biri olan David Sakvarelidzenin bu vəzifəyə təyin olunacağı gözlənilir. 

Qeyd edək ki, o, 1981-ci il sentyabrın 15-də Tbilisidə anadan olub. M.Saakaşvilinin prezidentliyi dövründə 3 il baş prokurorun müavini, Ukrayna baş prokurorunun müavini və Odessanın prokuroru işləyib.

Göründüyü kimi, Ali Radanı buraxmaq və seçkilərdə qalib gəlməklə “Xalqın xidmətçiləri” daha bir üstünlük əldə etdilər. V.Zelenski azından korrupsiyaya qarşı mübarizəni gücləndirmək, oliqarxları hakimiyyətdən uzaqlaşdırmaq, Avrointeqrasiyanı sürətləndirmək, hakimiyyəti rusiyayönlülərdən təmizləmək üçün təkbaşına yeni hökumət qurmaq imkanı əldə edib. Bu həm də onun parlamentə təqdim edəcəyi layihələrin qəbul olunacağı deməkdir. Çünki sonuncu amil Ali Radanın buraxılmasına səbəb oldu.

V.Zelenskinin qarşısında duran vacib amillərdən biri də Rusiya ilə münasibətləri əvvəlki böhranlı vəziyyətdən çıxarmağa nail olmaqdır.

Beləliklə, Ukraynada inqilaba bərabər islahatlar aparıla bilər. Bunun üçün eyni siyasi qüvvənin yeni prezidenti, yeni parlamenti və yeni hökuməti də var.

Sədrəddin Soltan
(report.az)

loading...
loading...
“Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvlüyünə qəbul edildi
“Qanunvericilikdə nə göstərilirsə, metropoliten bunu qeyri-şərtsiz icra edir...”
Qurduğu sistemlə elektrik xərclərindən xilas oldu - MARAQLI
"Qəzetçinin əlinə mandat verməklə onu dəyişmirsən, yararlılıq imkanlarını böyüdürsən"
Hər gün bu kosmetik vasitədən istifadə edirsinizsə MÜTLƏQ OXUYUN
Loading...
Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Dünya
Altı yaşlı uşaq beş gün anasının cansız bədəniylə bir evdə qaldı- FOTOLAR
Cəmiyyət
“Sonradan onun Rusiyada evli olduğu üzə çıxdı...”- O, qızlarımıza belə adamlarla evlənməyi məsləhət bilmədi...
Cəmiyyət
“Mən yaradıcı dostlarıma arzu etmirəm ki, onlar bu xəstəliyə tutulsunlar...”
Cəmiyyət
Payız mövsümünün ən çox yayılan infeksion xəstəliyi - Adenovirus konyuktiviti
Cəmiyyət
Vaqif Bayatlı yeni kitabını çapa hazırlayır- Həyat yoldaşından açıqlama...
Həftənin ən çox oxunanları
Fədayə Laçın həbsxanada BELƏ YAŞAYIR - "Peşman deyiləm, cəzamı..." -VİDEO
Türkiyə Qarabağ savaşında Azərbaycana niyə kömək etmədi? - Türk generaldan ilginc etiraf...
Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi
"İmam Hüseynin 3 mərasimi günündə etdiyi saymazyanalığa görə Putin üzr istəməlidir"
Əl-ələ tutan skletlərin kimliyi bəlli oldu - FOTO
Düşmən səfərbərlik elan edir: Bütün rezerv qüvvələr geri çağırılır, həm də təcili...
"40 yaşım var, vecimə də deyil, enerjim var, ruhum cavan, gözlərim də parıldayır..."
İranda erməni olimpiadasına start verildi: Dağlıq Qarabağ komandası da iştirakçılar arasında...
“Putinin təbrik məktubundan sonra müxalif media əsas diqqətini Birinci xanıma yönəltdi...”
"Özləri buna inansaydılar, bizimlə birgə olmaq üçün çoxdan qaça-qaça yanımıza gəlmişdilər”
Moderator.az-ın arxivi
Pulsuz hüquqi xidmət
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247