Xəbər lenti
30/03/2020 [16:37]:
Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verildi
30/03/2020 [16:35]:
Koronavirusa görə Daxili Qoşunlar Bakı küçələrinə çıxarıldı - RƏSMİ AÇIQLAMA
30/03/2020 [16:20]:
Fatih Terim koronavirusa qalib gəldi
30/03/2020 [16:16]:
Vaksin hazırlanana qədər koronavirusa qalib gəlməyin yolu açıqlandı
30/03/2020 [16:12]:
“Həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması indiki vəziyyətdə ən doğru qərardır”
30/03/2020 [16:06]:
Demet Akalın səhiyyə nazirinə müraciət etdi: "Övladım hər gecə ağlayır"
30/03/2020 [15:46]:
"Təəssüf ki, yenə də ermənilərin nazı ilə oynayırlar” - Türkiyə məhz bu il münaqişənin həll edilməsini hədəfləyir
30/03/2020 [15:43]:
Koronavirus dəhşəti çinliləri ağıllandırmadı - Heyvan bazarları yenidən açıldı...
30/03/2020 [15:42]:
"Ona iradımı bildirib dedim ki, səni bura işə qoyan da, sən də qələt edirsən..."
30/03/2020 [15:34]:
Üç günlük körpədə koronavirus aşkar edildi -İranda...
30/03/2020 [15:23]:
Səhiyyə Nazirliyi spirtlə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ
30/03/2020 [15:12]:
"İnterneti olmayan tələbələrlə bağlı addım atılacaq" - Cəsarət Valehov
30/03/2020 [14:59]:
Yeni koronavirus yarasalardan insanlara necə keçdi?
30/03/2020 [14:54]:
11-ci siniflərin may ayındakı blok imtahanı təxirə salınacaq? -RƏSMİ
30/03/2020 [14:52]:
Rezidentlər üçün də sınaq imtahanı pulsuz oldu
30/03/2020 [14:51]:
Dövlət qulluğu üzrə onlayn sınaq imtahanları iyul ayınadək ödənişsiz olacaq
30/03/2020 [14:50]:
Universitet tələbələri bu üsulla dərs keçəcəklər -Ekspert aydınlıq gətirdi
30/03/2020 [14:47]:
Uhan qəhrəmanı ilə göz yaşlarıyla vidalaşdı - Biz də birlikdə güclüyük! - VİDEO
30/03/2020 [14:36]:
Türkiyədən çağırış: “Dağlıq Qarabağda keçiriləcək seçkiləri boykot edin!”
30/03/2020 [14:32]:
Ermənilər torpağımızda abadlıq işlərini davam etdirir -  Sabah da yeni “prezident” seçəcəklər...
30/03/2020 [14:27]:
Gəncəyə giriş-çıxışa belə nəzarət edilir - FOTO
30/03/2020 [14:22]:
Təxliyyə olunanlar karantindən imtina edib, hava limanından qaçmağa çalışdılar
30/03/2020 [14:18]:
Ermənistanda koronavirusa yoluxanların sayı sürətlə artır
30/03/2020 [14:09]:
Minlərlə tələbəni oxudan, yüzlərlə imkansıza ev alan, yanına gələn hər kəsi işlə təmin edən...
30/03/2020 [14:06]:
Bayrağımız Cıdır düzündəki ən hündür yüksəkliyə sancalan gün o rütbələrin halallığı da verilər...
30/03/2020 [14:04]:
Qüdrət Həsənquliyev: “Parlament də bu məsuliyyətin altına girməlidir”
30/03/2020 [13:57]:
Rəşad Sadıqov 50 min manat… - İdman camiəsi də yardıma başladı
30/03/2020 [13:34]:
“Ev təsərrüfatlarına adambaşı yardım verilməlidir” – Sabit Bağırov hökuməti ləngiməməyə çağırdı
30/03/2020 [13:31]:
Neft 17 ilin ən aşaği səviyyəsinə düşüb – ABŞ-ın trilyonluq “xilas paketi” işə yaramaya bilər
30/03/2020 [13:29]:
“Nəvəmə “Doğrul” adını qoymaq istədim, imkan vermədilər” - Deputat
30/03/2020 [13:23]:
Orta əsrlərdə bütün dünyanı heyrətə gətirən Azərbaycan tibb elmi - ARAŞDIRMA
30/03/2020 [13:22]:
"Dağlıq Qarabağ məsələsi, ümumiyyətlə, dünyanın gündəmində deyil"
30/03/2020 [13:20]:
Bu imtahanlar ödənişsiz keçiriləcək -SİYAHI
30/03/2020 [13:08]:
Arif Rəhimov: “Bakıda “Formula-1”in yeni tarixi üçün məktəbləri nəzərə almalıyıq”
30/03/2020 [13:05]:
“Dərs vaxtı”nın “Peşə təhsili” üzrə buraxılışının 30 mart cədvəli -FOTO
30/03/2020 [13:03]:
Nazirlər Kabineti və Təhsil Nazirliyinin online dərslərlə bağlı qərarı yoxdur, amma universitetlər... - Ekspertdən irad
30/03/2020 [12:56]:
Kanadalı müəllim: “Bakıda artıq bütün qonşularımla dostam”
30/03/2020 [12:50]:
“Bütün informasiyaları uşaqların dilindən, cizgi filmləri vasitəsi ilə verəndə cəlbedici olur...”
30/03/2020 [12:41]:
Əsrin bəlasının gözlənilən qurbanlarının sayı barədə BƏDBİN PROQNOZLAR...
30/03/2020 [12:35]:
Deputat: “Kommunal xərclər sıfırlansın”
30/03/2020 [12:34]:
Xüsusi karantin rejimi yaşı 65-i keçən deputatlara şamil edilməyəcək
30/03/2020 [12:04]:
Bakı Slavyan Universitetində online dərslər davam etdirilir
30/03/2020 [12:04]:
Qaçqın yataqxanalarında ciddi karantin-sanitar rejimi  tətbiq olunmalıdır...-SOS!!!
30/03/2020 [11:59]:
Bakı maraqlı görüntüyə səhnə oldu - VİDEO
30/03/2020 [11:53]:
Deputat: “Koronavirusdan vəfat edən həkimlərə xüsusi status verilməlidir”
30/03/2020 [11:48]:
“Biz üç virusa qarşı mübarizə aparırıq” - Siyavuş Novruzov
30/03/2020 [11:45]:
Məşhur opera müğənnisi koronavirusa yoluxdu
30/03/2020 [11:43]:
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı
30/03/2020 [11:42]:
Tibb işçiləri Milli Məclisdə alqışlanıb
30/03/2020 [11:40]:
Siyavuş Novruzov: "İki övladı olanlar hərbi xidmətdən azad edilməlidir"
30/03/2020 [11:23]:
Neft bazarının gələcəyi ilə bağlı bədbin proqnoz: Xammalı saxlamağa yer olmayacaq...
30/03/2020 [11:15]:
ABŞ-a koronavirusla mübarizədə Çindən dəstək gəldi
30/03/2020 [11:12]:
“SOCAR Petroleum”: “Yanacağın satışında məhdudiyyət yoxdur”
30/03/2020 [11:11]:
“İnsanlar bundan sonra anlayacaqlar ki, sən demə, dünyada ən yaxşı şey can sağlığı imiş..."
30/03/2020 [10:55]:
Karantin rejimini pozan şəxslərdən toplanan cərimələr haraya köçürülür?
30/03/2020 [10:50]:
Koronavirus geyim və maskanın üzərində nə qədər qala bilər?
30/03/2020 [10:39]:
AzTV Aprel döyüşləri və Lələtəpə əməliyyatı barədə cizgi filmi hazırlayıb - VİDEO
30/03/2020 [10:36]:
Koronavirus dərmanı 7 ölkədə sınanmağa başlandı -300 xəstə üzərində testlər həyata keçirilir...
30/03/2020 [10:30]:
Əməkdar artist ölkə başçısına müraciət etdi – “Bu, mənim sizə yalvarışımdır” + VİDEO
30/03/2020 [10:27]:
Vilayət Eyvazovdan yeni TƏYİNAT
30/03/2020 [10:22]:
65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü
30/03/2020 [10:17]:
“Evdə oturmaqdan dəli olmuşam” - VİDEO
30/03/2020 [10:16]:
Azərbaycanda bir sıra obyektlərin fəaliyyəti dayandırıldı - RƏSMİ
30/03/2020 [10:15]:
“Bundan 200 min ölüylə çıxsaq, yaxşı bir iş görmüş olarıq...” -Trampdan koronavirus açıqlaması...
30/03/2020 [10:11]:
Koronavirusla bağlı SON STATİSTİKA
30/03/2020 [10:07]:
Gəncədə 35 yaşlı kişi bıçaqlandı
30/03/2020 [10:02]:
Netanyahunun müşaviri koronavirusa yoluxdu
30/03/2020 [09:48]:
Parlament bu gün həqiqi hərbi xidmətə çağırış vaxtının uzadılmasını səsə qoyacaq
30/03/2020 [09:46]:
Düşmən bölmələrimizi iriçaplı pulemyotlardan ATƏŞƏ TUTDU
30/03/2020 [09:46]:
Erməni deputatlar arasında  atışma oldu-Həbs edilənlər var...
30/03/2020 [09:43]:
Çində koronavirusa yoluxanların 93 faizi sağalıb
30/03/2020 [09:42]:
Karantindən istifadə edən qız küçədə çılpaq şəkil çəkdirdi - FOTOLAR
30/03/2020 [09:40]:
Bakı metrosunda sıxlıq yarandı - VİDEO
30/03/2020 [09:40]:
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
30/03/2020 [08:29]:
Ukraynalı nazirlər istefaya getdi
30/03/2020 [08:27]:
İran raketlərinin partlayış gücünu və sürətini artıracaq
30/03/2020 [08:23]:
Koronavirus səbəbindən Avropada hava təmizlənməyə davam edir – FOTO
30/03/2020 [07:59]:
Pandemiya dövründə haram içkilərə qadağa qoyulması haqda çağırış edildi...
30/03/2020 [07:29]:
“Medice, cura te ipsum”- "Toplumun xəstəliyini müalicə etmək istəyən mərkəzlər öz mənəvi sağlamlıqları haqda da düşünsünlər..."
30/03/2020 [00:40]:
Qənirə Paşayeva 200-dən çox ailəyə koronavirusdan qorunmaq üçün tibbi-gigiyenik ləvazimatlar göndərəcək
Bütün arxiv bir sırada
23/07/2019 [09:14] - Cəmiyyət - ( 898 dəfə baxılıb)

“Ordumuz yeni bir aprel döyüşünə başlayacaq!” - Müharibə arzulu Ağdam oğlanları



Hər bir müharibənin qələbəyə gedən yolunda mütləq bir dönüş nöqtəsi olur. Yəqin ki, çoxunuz İkinci Dünya Müharibəsində  Kursk uğrunda döyüşləri xatırlayırsınız. Bu, almanların Şərq Cəbhəsində reallaşdırdığı son strateji hücum idi. Məhz bu döyüşdə almanlar qələbə təşəbbüsünü Sovetlərə verdi  və müharibənin sonuna qədər də yenidən üstünlüyə nail ola bilmədilər. 

Əsası 1988-ci ildən “qoyulmuş” I Qarabağ müharibəsində də ordumuzun  qələbələrə nail olduğuna şahidlik etdik. Amma bəzi qüvvələrin xəyanəti, bəzi qrupların satqınlığı sayəsində o  qələbələri də əldən vermək məcburiyyətində qaldıq. Və düz 2016-cı ilin aprel ayının əvvəllərinə qədər o ruh düşkünlüyünün, məğlubiyyət acısının təsirini  bir xalq olaraq  canımızdan çıxara bilmirdik. Həmin ilin aprelində baş verən dördgünlük müharibədə  Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyünü, gücünü, qüdrətini  dərk edən xalqımız böyük bir sarsıntıdan qurtuldu. Ən əsası isə xalqımızın Qələbə arzusu cücərdi, çiçək açdı, yeni döyüşlərə həvəsləndilər. Daha bir mühüm məqamı da qeyd etməsək,  günah olar. Bəli, apreli möhtəşəm edən igidlərimizi tanıdıq! Deməli, o döyüşlərdə iştirak edən, etməyən  Azərbaycan ordusunun hər bir əsgəri, hər bir zabiti sübut elədi ki, torpaqlarımız yiyəsiz-sahibsiz deyil! Baxmayaraq ki, 1994-cü ildə atəşkəs müqaviləsi imzalanıb, atəş səsi  kəsilib, amma əbədi yurdlarımızın azad olunması üçün özünü gözüyumulu oda atanların sayı azalmayıb, əksinə artıb. Nəticə isə belədi: Azərbaycan xalqı yeni bir müharibənin astanasındadır, hazırdır və bir gün-hər an, hər dəqiqə döyüş başlaya bilər. 


Özünü oda-alova atmağa hazır dayanmış eloğullarmızdan biri də polkovnik –leytenant Mübariz Şirinovdu.

Müharibə uşağı...

Mübariz 1 may 1975 - ci ildə Ağdam rayon Göytəpə kəndində anadan olub. Doğulduğu kənddə 1982-ci ildə birinci sinfə gedib, 1992-ci ildə isə oranı əla qiymətlərlə bitirib. Bu, o günlərə təsadüf edir ki, Qarabağ uğrunda qanlı döyüşlər gedirdi. Xarici-ermənipərəst qüvvələrin yardımı ilə Ermənistan Silahlı Qüvvələri azərbaycanlılardan ibarət  dinc əhalini amansızcasına qətlə yetirir, yurdumuzu xarabazara çevirir ,var-dövlətini yağmalayır və qarış-qarış işğal edirdi. Yeniyetmə Mübariz qohum-qonşulara gələn  şəhid tabutlarının, bombardmana düşən  günahsız həmkəndlilərinin, uşaqların, qadınların, qocaların parçalanmış cəsədlərinin, kəndlərinin tüstüsü ərşə qalxan  alovlarının şahidi oldu. Həmin yeniyetmənin qəlbində düşmənə qarşı nifrət də o alovlar kimi ərşə qalxdı. Və elə o vaxtdan ömrünün ən məyus illərinə-köçkünlüyə  qədəm qoydu. Hər zaman doyunca yaşaya bilmədiyi uşağlığının, yeniyetməliyinin xiffətini çəkdi.   Həm də camaatını bu zülümdən çıxarmağın yollarını düşündü. Bəli, bu vətəni ancaq peşəkar zabitlər, vətənə sadiq əsgərlər qurtara bilərdi.

Odur ki, 1993- cü ildə  Bakı Ali Hərbi Birləşmiş Komandirlər məktəbinə qəbul olundu. Hərbi məktəbi vaxtından əvvəl bitirərək MN-nin sərəncamı ilə 1995-ci ilin yayında leytenant hərbi rütbəsində Fizuli istiqamətinə  - N saylı hərbi hissəyə (Haramı düzünə) göndərildi. 1995-2002-ci illərdə həmin hərbi hissədə taqım və bölük komandiri, tabor konandirinin MTT üzrə müavini, taborun qərargah rəisi və tabor komandiri vəzifələrində xidmətini davam etdirdi. Sonradan, 2002-2007-ci illərdə  Gədəbəy, Daşkəsən, Qazax bölgələrində vətənini qoruyub. 2007-ci ildə uzun müddət döyüş bölgəsində xidmət etdiyinə görə, onu Bakı şəhərində yerləşən N saylı hərbi hissəyə göndərdilər. Bir il yarım Bakıda xidmət keçdikdən sonra Mübariz səngərsiz dayana bilmədi. Dəfələrlə müraciət etdikdən, raport yazdıqdan sonra  onu Ağdam istiqamətindəki N saylı hərbi hissəyə göndərdilər.


6 il həmin hərbi hissənin əməliyyat bölmə rəisinin müavini və əməliyyat bölmə rəisi vəzifəsində xidmət etdi. 2015 –ci  ildə ehtiyata buraxıldı. 2016 -cı ildən indiyədək Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Motoatıcı ixtisaslar sisliləsində müəllim işləyir. Qazandığı hərbi taktika və bilikləri gənc əgərlərimizə öyrədir. Polkovnik –leytenant  Mübariz Şirinovla söhbətimizdə o bildirdi ki, Müharibə hələ bitməyib:

”Hələ yurdumuz işğaldadı, hələ itirdiklərimizin qisasını tam ala bilməmişik, hələ Ağdamın mərkəzinə qələbə bayrağı sancmamışıq! Ona görə də, əminəm ki , ordumuz yeni bir aprel döyüşünə başlayacaq! Nə qədər ki, əlim silah tutur,  bir zabit olaraq o haqq döyüşünü  andım kimi həyata kecirəcəyəm! Bu dəfə neçə  günlük olmasının önəmi qalmayacaq. Bu dəfə Ağdama, Cəbrayıla, Zəngilana, Lacına, Kəlbəcərə, Xankəndinə, Şuşaya bir sözlə, erməni tapdağına olan hər bir  guşəmizə qədər gedəcəyik! Əsgərlərimlə birgə özümüzü o gün üçün hazırlayırıq! O murdar məxluqları, o gözəl yurdumuzdan qovacağıq! Biz qalib gələcəyik! Mütləq!”.


Dərdə dəyanətlidirmi, Ağdamın oğlanları?

Rəşadət Qarayev Ağdam rayonu Kəngərli kəndindəndir. Ürəyi doğma yurdu üçün çırpınan eloğullarımızdandır. Yurd yanğısı elə ilk kəlməsindən bəlli olur:

“Yurdumuzdan ayrılalı 26 il oldu. Düz 26 il! Ermənistan-Azərbaycan-Qarabağ  münaqişəsi acı bağırsaq  kimi uzandıqca özümüzdən asılı olmayaraq elliklə, suçumuzdan, sürücümüzdən, traktorçumuzdan tutmuş alimimizə, professorumuza qədər gündəmi izləyirik, yenilikləri analiz edirik, nəyin səhv, nəyin düz olduğunu anlamağa çalışırıq. Bu minvalla hamımız “siyasətçi” olmuşuq. Bu 26 il ərzində artıq hansı dövlətin, hansı mövqedə olduğunu başa düşmüşük.  Rusiyanın, ABŞ-ın, Fransanın, İtaliyanın, İranın və bir sıra hegemon dövlətlərin ikiüzlü siyasəti, mütəmadi olaraq işğalçı Ermənistanin qonşu dövlətlərə (Azərbaycan, Gürcüstan, Türkiyə) iyrənc torpaq iddialarına çox vaxt dəstək nümayiş etdirməkləri bizi üzür. Yəni, elə bir zamana gəlib çıxmışıq ki, haqqı-ədaləti bərpa etmək missiyasına malik olan  dövlətlər  necə deyərlər, gah nala vururlar, gah mıxa. Bir dəfə də olsun hədəfə vurmağa təşəbbüs göstərmədilər.Təsəvvür edin, ermənilər beynəlxalq təşkilatların qarşısında götürdüyü öhdəliklərə o qədər məsuliyyətsiz yanaşır ki, regionda əməlli-başlı təhlükə mənbəyinə çevriliblər. Yəqin ki, unutmamısınız, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarov şəhid edilir. Ən anlaşılmayan isə bunu həm həmsədrlər, həm də onların mənsub olduğu dövlətlər bilir və susur. Ermənistanın bu azğınlaşmış hərəkətləri ilə bağlı beynəlxalq səviyyədə heç bir ölçü götürülmür. Bu ilin 8-9 may tarixlərində Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan dövlətinin hava sərhədlərini pozaraq Şuşaya gəldi. Orda təşkil olunmuş şənlik və tədbirlərdə iştirak etdi. Rəqs elədi, şərab içdi. Yenə də beynəlxalq qanunları pozdu. Yenə də Azərbaycan dövlətini və ictimayyətini bu hərəkəti ilə təhqir  elədi. Növbəti dəfə haqq-ədaləti “itkin” düşmüş dünya  bu haqsızlığada göz yumdu. Hadisələrin gedişi bir daha göstərdi ki, özümüzdən başqa bizə kimsə kömək etməyəcək . Necə deyərlər, ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Yeri gəlmişkən, bildirim ki, mən Ağdam rayonunda yerləşən 3 Kəngərlidən biri olan Pirhəsənli kəndindənəm. 40 yaşım var. Hazırda məcburən Mingəcevir şəhərində məskunlaşmışam. Burda sürücülüklə məşğul oluram. Pis-yaxşı dolanıram, ailəmi saxlayıram. Amma lap elə bu gün səfərbərlik olsun, döyüş əmri verilsin, mən də hər şeyimi atıb müharibəyə getməyə hazıram! Uzun illər ərzində anlamışam ki, insana doğma yurdu qədər əziz, şirin, müqəddəs heç nə ola bilməz! Quduzlaşmış erməniləri yerində oturtmağa bir əmr yetər! Mənsə həmişə hazıram!”.


“Elə bildim yanan torpaq yox, mənim ürəyimin başıdı”

Vüqar Məmmədov Ağdam rayonu Ayaqqərvənd kəndində yaşayır. Onun dərdi daha dərin, yarası isə gözü qarşısındadı:

- Mən təmas xəttinin təxminən 300-350 metr  yaxınlığında yaşayıram. Ayaqqərvənd kəndi  Ermənistan Silahlı Qüvvələrinin işğal  etdiyi Baş Qərvənd kəndinin inzibati ərazisidir. Təmas xətti bizim kənddən azacıq irəlidə yerləşən Ortaqərvənd kəndinin lap yaxınlığından keçir. O qədər yaxındır ki, ermənilər bu yaxınlıqdan istifadə edərək insanlara, heyvanlara, hətta evlərə, yardımçı tikililərə də atəş açırdı. Düşmənin bu istiqamətdə ən böyük vəhşiliyini  2011-ci ildə 9 yaşlı Fariz Bədəlovu qətlə yetirəndə gördük. Bu ilin qışında əzizlərinin məzarını ziyarətə gedən kənd sakini Dilşad Allahverdiyeva düşmənin açdığı atəş nəticəsində ağır yaralandı, Bir sözlə, ermənilər erməniliklərindən əl çəkmirlər... Ən pisi isə odur ki, dinc sakini öldürə bilməyəndə işğaldakı torpaqlarımızda yanğınlar törədir. Qarşısı alınması mümkün olmayan belə yanğınlar isə təmas xəttini keçərək kəndlərimizə, əkin sahələrimizə ziyan vurur. Bu günlərdə Baş Qərvəndin qəbiristanlığında böyük bir yanğın oldu... Dəfələrlə güllə yağışlarından parça-parça olan başdaşılar mərhumun yaxınları tərəfindən yenidən təmir edilmişdi. Bu dəfə isə həmin yanğında yüzlərlə qəbir, hektarlarla əkin sahəsi  gözümüzün qarşısında od tutub yandı. Elə bildim yanan torpaq yox, mənim ürəyimin başıdır.... Təssüf ki, təmas xəttində tikilən istinad divarı da nə atəşlərin, nə də  yanğınların qarşısın ala bildi. Bunlar hələ bizim gözümüzün qarşısında olan ürəkağrıcı xırda hadisələrdi. Gör, indi ermənilər Ağdamda, Şuşada, Lacında, Zəngilanda, Cəbrayılda torpaqlarımızın başına nə oyunlar gətirir..

Mən qarabağlıyam, ağdamlıyam, yurdum-yuvam erməni əsarətindədir. Mən Ali Baş Komandanım İlham Əliyev  cənablarından müharibə tələb edirəm, döyüş istəyirəm! Xalqımın ən ağır günlərində əlimdə silah ön cəbhədə olmuşam. I Qarabağ müharibəsində 190 saylı hərbi hissənin ikinci batalyonda - Rauf Dəmirovun batalyonunda düşmənimə qarşı döyüşmüşəm və bu gün səfərbərlik  olarsa, yenə də döyüşə hazıram. Döyüş dostlarımla tez-tez görüşürəm. Elə o vaxt mənimlə bir səngərdə döyüşən həmkəndlilərimlə də bu mövzuda söhbət edəndə, onlar da daha dözə, daha səbr edə bilmədiklərini dilə gətirirlər. Axı ermənilərin bizə qarşı etdikləri bu rəzilliyin cavabı verilməlidir! Ordumuzunda, xalqımızında gücünü Ermənistan silahlı qüvvələrinə göstərməyin vaxtıdır!

Gedirəm, əsgər gedirəm...

Qaffar Axundov  hələ gəncdir. Azərbaycan Dövlət Aqrar Universitetindən yenicə məzun olub. Söhbət əsnasında anladıq ki, əslində müsahibimin ruh yaşı elə də az deyil. Qurduğu cümlələr, açdığı samballı mövzular, ağır oturuşu-duruşu onu yaşından xeyli böyük göstərir:

- Mənim valideynlərim Ağdam rayonunn Seyidli  kəndindəndirlər. Düz  26 il əvvəl Ermənistan silahlı qüvvələrinin Qarabağı işğal etdiyi üçün onlar da məcburən öz doğma yurdlarından köç ediblər. Heç uzağa da getməyiblər. Elə Ağdamın işğal olunmamış Quzanlı kəndinə pənah gətiriblər. Mən burda doğulmuşam, burda böymüşəm, burda orta məktəbi bitirmişəm. Elə buradan da Azərbaycan Dövlət Aqrar Universitetinə ali təhsil almağa getmişəm. Sözümün canı odur ki, Azərbaycanımın hər bucağı kimi Quzanlı da mənə əzizdi, doğmadı. Amma gözümü açandan, ağlım kəsəndən bizim evdə Seyidlinin adı tez-tez çəkilib, kəndin həm  təbii gözəllikləri, həmdə xalqına-millətinə ləyaqətlə  xidmət göstərmiş elm, mədəniyyət, ədəbiyyat   xadimləri haqqında söhbətləri  çox olub.  Söhbətlərdən mənə məlum idi  ki, kəndin yaranma tarixi qədim zamanlara gedib cıxır. O vaxtlar -Qarabağ xanlığı zamanında Seyidli oymağının əhalisi xanlığın güvəndiyi igid, mərd insanlar olub. Atamın Kötəl çayı haqqında danışdıqları məni daha çox cəlb edirdi. O deyirdi ki, Qarqar çayının qolu olan Kötəl suyunu içənlər mütləq  qoçaq, igid, eyni zamanda gözəl səsi olarmış. Bunu atama babası söyləyərmiş. Ümumiyyətlə, işğaldan əvvəl o yerlərdə elə bir inanc varmış və bütün eşitdiklərim məndə bu yurda  bir maraq, bu yurdu daha dərindən öyrənmək ehtiyacı yaratdı. Universitetdə tələbə olarkən kəndimizə aid materiallar tapıb oxumağa, işğalda qalmış yurdumla daha yaxından tanış olmağa başladım... Araşdırmaçı –jurnalist Orxan Zakiroğlunun  Seyidli ilə bağlı məqalələrini acgözlüklə oxudum. Nə gözəl yurdum, nə əsrarəngiz el-obam, necə savadlı, qoçaq, uzaqgörən, zəhmətkeş camaatımız varmış. Müəllifin yazdıqlarında deyilir ki, elmə-təhsilə önəm verən kəbirli tayfası (seyidlilər) hələ  1923-cü ildən Seyidli kənd orta məktəbində  biliklərə yiyələnib, xalqın inkişafında önəmli yer tutublar. 
“Seyidli kənd orta məktəbi ilk vaxtlar Azərbaycanın görkəmli dramaturqu, nasiri, maarif xadimi Süleyman Sani Axundovun iki otaqdan ibarət evində yerləşb. Süleyman Sani Axundovun evi təmirsiz olduğundan təhsil ocağı Səfər Səfərovun 4 otaqlı şüşəbəndli evində fəaliyyətini davam etdirib. (Çar Rusiyası dövründə Səfər Səfərov və qardaşı Cəlal Səfərov Seyidli kəndinin varlı tacirlərindən sayılmışlar)  1954-1955-ci dərs ilində bu məktəb Kərbəlayi Rəsulun ikimərtəbəli evinə köçüb. 1967-1968-ci dərs ilində ikimərtəbəli tarixi binaya əlavə birmərtəbəli bir neçə sinif otağı tikilmişdir. 1957-ci ildə Seyidli kənd orta məktəbinin emalatxanası üçün bina tikilmişdir. Məktəbin 1 hektara yaxın tədris-təcrübə sahəsi var idi. Burada 200-dən çox meyvə, dekorativ ağac və gül kolları əkilib”. 

Maraqlıdır ki, həmin məktəb Yelmar Şərifov ( Meşə torpaqşünaslığı üzrə Azərbaycanın tanınmış alimi, kənd təsərrüfatı elmləri namizədi), Surxay Qurbanov ( maarif xadimi, müəllim), Məmməd oğlu Məmmədov (maarif xadimi, müəllim), Əli Eyvazov ( maarif xadimi, müəllim), Dilbər Məmmədova (maarif xadimi, müəllimə), Adilə Namazova (AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor), Zakir Məmmədov ( AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor), Adil Məmmədov (tarix elmləri, doktoru, professor), Çingiz Axundov ( tarix elmləri namizədi, dosent), Şəmsəddin Nəcəfov (biologiya elmləri namizədi), Rasim Qarayev – (iqtisad elmləri namizədi, professor), Habil Qurbanov ( hüquq elmləri doktoru, professor), Taryel Eyvazov ( tibb elmləri namizədi, dosent), Gülzadə Abdulova ( tarix üzrə fəlsəfə doktoru) və adını cəkə bilmədiyim yüzlərlə belə elm fədaisi yetişdirib. O gözəl yurd uğrunda canından keçən oğulların adını yazmasam bu naxələflik olar. Natiq Camalov ( Tabor komandiri, baş leytenant, Sırxavənd kəndi uğrunda gedən döyüşdə itkin düşüb), Fuad Nağıyev, Vaqif Nağıyev, Rövşən Camalov canını vətənə fəda edən şəhidlərimizdi. Rövşən Camalovun qardaşı Bəhruz Camalov da vətən uğrunda döyüşüb. Hazırda Birinci qrup Qarabağ əlilidir.

İndi mən bir neçə gün sonra ordu sıralarında vətənə xidmətə başlayacam. Silah tutmağı, döyüşə girməyi, döyüşməyi və nəhayət qələbə calmağı öyrənəcəm. Mən bir vətəni sevdiyim qədər, düşmənə də nifrətim var! Mən bir əsgər olmalıyam! Mən ölməyə yox öldürməyə tələsirəm! Mən o cənnət yurdumu düşməndən xilas etməliyəm! Bu mənim andımdı! Mənə uğur diləyin, əziz həmvətənlərim! Gedirəm, əsgər gedirəm!”.

 

Yazımın sonunda hiss etdim ki, ürəyim  fəxrlə çırpınır. Bəs deyirdilər, aradan keçən 26 il köçkünləri öz doğma yurduna yadırğadacaq, yad edəcək, unutduracaq bütün keçən-kecmişi? Nə oldu şübhəli cənablar, iflasa uğradınızmı? Ağdamlıların və onların simasında bütün köçkünlərin doğma yurda olan sevgisini dinlədinizmi? İndi isə bizə meydan verin! Biz döyüşmək istəyirik! Ağsaqqalımızdan tutmuş yeniyetməmizə qədər! Döyüşmək! Dilə gətirdiyimiz sevgini sübut etməyə meydan istəyirik! Müharibə istəyirik!(modern.az)

Demet Akalın səhiyyə nazirinə müraciət etdi: "Övladım hər gecə ağlayır"
“Fövqəladə vəziyyət elan edilməli, avtomobillərin və vətəndaşların hərəkəti məhdudlaşdırılmalıdır”
"Məhbusların təhlükəsizliyi şəhərdə, küçədə, bayırda olan insanlardan daha yaxşı qorunur"
"Oğlum koronavirusdan öldü" deyən qadın həbs edildi - FOTO
"Mən bir nümayəndə heyətinin rəhbəri kimi utanc hissini keçirirəm ki..."
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
Üç günlük körpədə koronavirus aşkar edildi -İranda...
Şou-biznes
Minlərlə tələbəni oxudan, yüzlərlə imkansıza ev alan, yanına gələn hər kəsi işlə təmin edən...
Gündəm
Koronavirus dərmanı 7 ölkədə sınanmağa başlandı -300 xəstə üzərində testlər həyata keçirilir...
Gündəm
Əməkdar artist ölkə başçısına müraciət etdi – “Bu, mənim sizə yalvarışımdır” + VİDEO
Cəmiyyət
"Karantin adı altında insanları çadırlara, zirzəmilərə doldurmaq perspektivsiz bir işdir"
Yazar
Oqtay Qorçu
Koronavirusun siyasi coğrafiyası...
İlham İsmayıl
Onlar həmişə gözəgörünməzlərlə mübarizə aparıb...
Şahin Quliyev
Qaz və işıq limitinin ləğvinə ehtiyac var
Taleh Şahməmmədli
Bunu Qarabağ üçün də etsək...
Sultan Laçın
“Pulunu al – evdə qal!."
Həftənin ən çox oxunanları
Koronavirus əsasən Azərbaycanın bu bölgəsində yayılıb - RƏSMİ
Rus yazıçıdan sensasion iddia - virus yoxdur, bu, xüsusi əməliyyatdır, məqsəd…
"Elə insanlar var ki, 1-2 gün işləməyəndə evlərinə ərzaq ala bilmirlər, ona görə də..."
Azərbaycanda şok hadisə: yadplanetlilər 69 yaşlı kişini eyvandan götürüb apardı - VİDEO
Koronavirusdan ölən Diləyin sosial media paylaşımı təhlükəni gözlər önünə sərdi - FOTOLAR
Orqazm koronavirusun qarşısını alan bir vasitə adlandırıldı - "SEKSİN ANTİVİRUS EFFEKTİ..."
"Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
Koronavirusa görə Azərbaycan vətəndaşlarına pul veriləcəkmi?
Türk professor: “Virusa hamı yoluxacaq”
Cazibədar aparıcı: "Bəzi məmurlar mənə seks hədəfi kimi baxır"
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247