Xəbər lenti
23/08/2019 [00:14]:
Nabranda Vikipediya düşərgəsi - FOTO + VİDEO
22/08/2019 [23:49]:
"Azərbaycanda saxlandığı şərait və ona gostərilmiş münasibət məni çox məyus etmişdi"
22/08/2019 [23:44]:
Sabirabadda velosipedçini minik avtomobili vurdu
22/08/2019 [23:42]:
"Linfild" - "Qarabağ" oyununda ilk hissə yekunlaşdı - YENİLƏNİB
22/08/2019 [23:41]:
Naməlum xeyirxah qəsəbənin nisyə dəftərindəki bütün borcları ödədi - MARAQLI...
22/08/2019 [23:38]:
Ərdoğan: “Şərqi Aralıq dənizində Türkiyə və Kipr türkləri yox sayılırsa, heç bir layihə reallaşa bilməz”
22/08/2019 [23:36]:
Bərdədə qohumların davasında bir nəfər bıçaqlandı
22/08/2019 [23:29]:
Qarabağ" hesabı açdı
22/08/2019 [23:27]:
Şou-biznesin xanımları - Keçmişdə və indi -FOTOLAR
22/08/2019 [22:58]:
Rusiya da yanır, insanlar təxliyə olunub
22/08/2019 [22:34]:
Prezident tələbə adı qazanan siam əkizləri ilə görüşdü
22/08/2019 [22:30]:
57 ilə sığmayan enişli-yoxuşlu Aslan ömrü - FOTOLAR + VİDEO
22/08/2019 [21:54]:
Azərbaycanda modern ailə dəyərləri - Aynur Sofiyeva...
22/08/2019 [21:47]:
Sabiq deputat imkansız tələbələrə dəstək üçün “Savadlı Gələcək Naminə” səhifəsi yaratdı
22/08/2019 [21:34]:
XİN: "Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz"
22/08/2019 [20:44]:
Polşa ABŞ-dan maye qaz almaq niyyətindədir
22/08/2019 [20:24]:
"Adamlar o dərəcədə azğınlaşıb və mənəviyyatsızlaşıblar ki, hətta..."
22/08/2019 [20:19]:
Çeçen erməni "qanuni oğru"nu Yerevanda öldürdü
22/08/2019 [20:18]:
"Avtostop" verilişinin aparıcısından oliqarx-məmurlarımızı pərt edən ADDIM...
22/08/2019 [20:02]:
Turistləri ildırım vurdu: 3 ölü, 22 yaralı...
22/08/2019 [19:59]:
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22/08/2019 [19:51]:
"Beynəlxalq Şəffaflıq Təşkilatı dərhal bu avantürist təşəbbüsün qarşısını almalıdır"
22/08/2019 [19:45]:
“Bloomberg”: Gələn ay “Apple” yeni smartfonlar və noutbuk təqdim edəcək
22/08/2019 [19:43]:
Bu şəhərin var olmadığını sübut edənə 1 miyon avro veriləcək - MARAQLI
22/08/2019 [19:25]:
Bitki çaylarının içindən böcək parçaları, qaş və kiprik çıxdı - İNANILMAZ...
22/08/2019 [19:22]:
Taxta bazarında yanğının söndürülməsinə dəmiryolçular da cəlb olunub
22/08/2019 [19:21]:
Mingəçevirdə azyaşlı binanın ikinci mərtəbəsindən yıxıldı
22/08/2019 [19:21]:
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinə yeni icraçı direktor seçilib
22/08/2019 [19:17]:
“Onlar özgə torpaqlarında olduqlarının fərqindədirlər”
22/08/2019 [19:16]:
Açıq şəraitdə satılan qidalar alarkən diqqətli olun
22/08/2019 [19:10]:
Polkovnik-leytenant: “Təyyarəyə quşun çırpılmasına lağ etmək nadanlıqdır”
22/08/2019 [19:08]:
Əsəd qüvvələri türk əsgərlərinə hücuma keçdi - VİDEO
22/08/2019 [19:04]:
Göygöldə fərdi ev yanıb, tüstüdən zəhərlənənlər var
22/08/2019 [19:02]:
Bakıda taxta bazarında yanğın söndürüldü
22/08/2019 [19:00]:
Zaxarovadan Türkiyə və İdlib açıqlaması
22/08/2019 [18:32]:
“AzerGold” kəşfiyyat qaz işlərinə 10,3 mln. manat yönəldəcək
22/08/2019 [18:30]:
“Neftçi” bəyanat yayıb
22/08/2019 [18:26]:
Xanımı öldüyü üçün bişirməyi öyrəndi, yarışa qatıldı - VİDEO
22/08/2019 [18:23]:
“Özümdən yaşca böyük qadını sevmək...” - Azərbaycanın ən yaraşıqlı modeli
22/08/2019 [18:22]:
Sumqayıtın 99 yaşlı sakini ziyarət olundu - VİDEO
22/08/2019 [18:14]:
Ölkəni qana bulayacaqdı, son anda yaxalandı - FOTO
22/08/2019 [18:12]:
Nazir müavini: "Taxta bazarındakı yanğın tam nəzarətə götürülüb"
22/08/2019 [18:11]:
Şamaxıda da yanğın başlayıb: Əraziyə helikopter cəlb edilib
22/08/2019 [18:10]:
Anasının zəncirləndiyi azyaşlı uşaq evinə yerləşdirildi - RƏSMİ
22/08/2019 [18:01]:
17 il sonra kəndinə qayıdıb fermer təsərrüfatı yaratdı -İBRƏTAMİZ...
22/08/2019 [17:57]:
Uşaq və qadınlara qarşı əxlaqsız hərəkətlər edən şəxsin məhkəməsi başlayır
22/08/2019 [17:56]:
KİV: Trampın dövründə dövlət büdcəsinin kəsiri 1 trilyon dollara çatacaq
22/08/2019 [17:55]:
Taxta bazarındakı yanğında FHN əməkdaşları zəhərləndi - VİDEO
22/08/2019 [17:54]:
Taxta bazarındakı yanğında üç nəfər xəsarət alıb - VİDEO - YENİLƏNİB
22/08/2019 [17:18]:
AMİP baş katibi ABŞ səfirinin müşaviri ilə görüşüb
22/08/2019 [17:01]:
Vladimir Zelenski və Boris Conson arasında telefon danışığı olub
22/08/2019 [16:57]:
Sıraları seyrələn ordunu muzdlu qatillər hesabına doldurmaq planı: Döyüşün, ev verək!
22/08/2019 [16:56]:
Əli Əhmədov: "Azərbaycan heç zaman indiki qədər güclü, əzəmətli və müasir olmayıb"
22/08/2019 [16:50]:
Bakının taxta bazarında altıdan çox obyekt yanır, digərlərinə də keçir - YENİLƏNİB + FOTO/VİDEO
22/08/2019 [16:50]:
Nursultan Nazarbayev “Nur Otan” partiyasının Siyasi Bürosunda dəyişiklik etmək təşəbbüsünü irəli sürüb
22/08/2019 [16:46]:
Çin haqqında ağlagəlməz faktlar: 1 dollar, bakirə qızlar, məst edən qadınlar və... - FOTO
22/08/2019 [16:43]:
127 general və admiralın xidməti yeri dəyişdirildi - Ərdoğandan şok qərar
22/08/2019 [16:41]:
57 yaşlı qadın tanış olduğu gənc oğlanı bir gecəlik evinə çağırdı... Sonrası hamını şok edəcək -FOTO
22/08/2019 [16:39]:
Quşlar təyyarələr üçün ən böyük təhlükə mənbəyidir
22/08/2019 [16:33]:
Əli Əhmədov süni qiymət artımından şikayətləndi - YENİLƏNİB + FOTO
22/08/2019 [16:32]:
“Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı”
22/08/2019 [16:22]:
Dünyanın ən ölümcül 10 atəşli silahı - FOTO/VİDEO
22/08/2019 [16:15]:
Rəsmi Bakıdan BMT Baş katibinə ETİRAZ
22/08/2019 [16:14]:
Azərbaycanda 230 min manata yaxta satılır - FOTO
22/08/2019 [16:13]:
“Nar” 6 ayın naliyyətlərini açıqladı
22/08/2019 [16:11]:
ABŞ ordusu Vyetnam müharibəsi haqqında kitab üçün müəllif axtarır
22/08/2019 [15:53]:
“Əlimizdə hərbi əməliyyatlara başlamaq üçün yetərincə əsas var”
22/08/2019 [15:52]:
"Titanik"in indiki vəziyyəti: yeni görüntülər yayıldı - VİDEO
22/08/2019 [15:49]:
Azərbaycanda 22 və 23 yaşlı valideynlər beş uşağı atdı
22/08/2019 [15:47]:
“Evlənirik” yazılan maşınla gəlib sevgilisini güllələdi - VİDEO
22/08/2019 [15:43]:
Bakıda taxta bazarı yanır - VİDEO
22/08/2019 [15:15]:
Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22/08/2019 [15:07]:
"SSRİ rəhbərliyinə qarşı etirazın ön cərgəsində yer alanlardan biri də Siz idiniz"
22/08/2019 [14:56]:
“Twitter” qaradərili futbolçuların hesablarını izləyəcək –Səbəb
22/08/2019 [14:55]:
Ermənistan Səhiyyə Nazirliyi: "Ölkədə "Sibir xorası"na yoluxma halları artıb"
22/08/2019 [14:54]:
Amerikada sudan kərə yağı hazırlayacaqlar - MARAQLI...
22/08/2019 [14:53]:
Kafel gətirən maşından külli miqdarda siqaret çıxdı –Gömrükdən açıqlama
22/08/2019 [14:49]:
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
22/08/2019 [14:47]:
Əli Əhmədov süni qiymət artımından şikayətləndi: " Yayın ortasında iki manata kartof olmaz"
22/08/2019 [14:45]:
“Qarabağın qaytarılması yolu müharibədən keçir” – “Ümid Azərbaycan ordusunadır!”
Bütün arxiv bir sırada
23/07/2019 [20:14] - Cəmiyyət - ( 5183 dəfə baxılıb)

Niyə Ali Məhkəmə tərəfindən bu biabırçılıqlara göz yumulur?



Bir müddət əvvəl Azərbaycanın 35 tanınmış ziyalısı adından ölkə rəhbərliyinə müraciət ünvanlanmışdı.

Həmin müraciətdə ziyalılar məhkəmədə haqsızlıq olduğunu bildirib, bu haqsızlıqla üzləşən Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdilər.

Daha sonra ziyalıların müdafiə etdiyi Ağayev Sakin Abdulhüseyin oğlu bu dəfə özü Prezident İlham Əliyevə saytımız vasitəsilə müraciət etmişdi. Ona qarşı haqsızlıq olduğunu iddia edən vətəndaş bu dəfə də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevə açıq məktub ünvanlayıb.

Moderator.az modern.az-a istinadən həmin məktubu olduğu kimi təqdim edir.

“Cənab sədr,

Sizin rəhbərlik etdiyiniz məhkəmələr tərəfindən bizim ailənin başına gətirilən müsibətlərdən və haqsızlıqlardan xəbəriniz olduğuna əmin olsam da (ən azı bundan qabaq Sizə ünvanladığımız müraciətlərdən) hər ehtimala qarşı bu işə dair bəzi məqamları bir də, qısa da olsa xatırladaraq əsas mətləbə keçmək istəyirəm. 

Bildiyiniz kimi, artıq Sizin də tanıdığınız Fikrət İbrahimov adlı biri etibarımızdan sui-istifadə edərək bizi aldatmaqla həyat yoldaşım Rəhimli Vüsalə Mahmud qızının hal-hazırda yaşadığı Qazax;stan Respublikasındakı əmlakını mənimsəyərək qaçıb. Azərbaycanda gizləndiyinə görə həyat yoldaşım ona dəymiş ziyanın ödənilməsi üçün qanunauyğun şəkildə məhkəməyə müraciət etmişdir.

Qazaxstan Respublikasındakı məhkəmə çəkişməsində F.İbrahimov hər bir yolla, yəni yalan ifadələr verərərək məhkəməni aldatmaqla, məhkəmə hakimlərini ələ almaqla və digər çirkin yollarla cavabdehlikdən qaçmağa çalışsa da, buna nail ola bilməmişdir.

Qazaxstan Respublikasında açıq məhkəmə çəkişməsində Fikrət Vəli oğlu İbrahimovun fırıldaqçılığı sübuta yetirilmiş və onun Rəhimli Vüsalə Mahmud qızına borclu olduğuna dair müvafiq Qətnamə qəbul edilmişdir.

Lakin F.İbrahimov Qazaxıstan Respublikası Məhkəməsinin qərarı ilə sözügedən borcun tutulub Rəhimli Vüsalə Mahmud qızına ödənməsi barədə məhkəmə çəkişməsində uduzacağını hiss edən kimi, qanuni məhkəmə qətnaməsinin icrasından yayınmaq üçün növbəti fırıldaqlara və saxtakarlıqlara əl atmaq qərarına gəlir. Öz çirkin niyyətini həyata keçirmək üçün o nəyin bahasına olursa olsun ilk növbədə özü kimi birisini, bu qanunsuzluqları həyata keçirməyi üzərinə götürən bir məhkəmə hakimi tapmaq qərarına gəlir. Bu məqsədlə o, həmin vaxt Pirallahı rayon məhkəməsində hakimlik edən tanışı Əkrəm Qəhrəmanov ilə cinayət əlaqəsinə girərək mənə və ailə üzvlərimə qarşı tərəflərin heç birinə (yəni nə mənə, nə mənim ailə üzvlərimə, nə də bu fırıldaqçı Fikrət İbrahimovun özünə) aidiyyatı olmayan Pirallahı rayon məhkəməsində saxta məhkəmə prosesi açmaq barəsində sövdələşirlər.

İşə məhz Ə.Qəhrəmanovun olduğu Pirallahı rayon məhkəməsində baxılmasını əsaslandırmaq üçün Ə.Qəhrəmanov F.İbrahimova cavabdeh qismində Pirallahı rayonunda qeydiyyatda olduğunu güman etdiyi daha bir nəfəri - tanımadığımız Novruzov Abuzər Novruz oğlu adında birini də qoşmağı tövsiyə edir. A.Novruzov iddia ərizəsinə guya “İddiaçıya cavabdehin telefon nömrəsini verdiyinə görə” adı ilə əlavə edilsə də iddiaçı tərəfindən ona qarşı hər hansı bir tələb yönəldilməmiş və məhkəmə tərəfindən onun məhkəmə prosesində iştirakı təmin edilməmişdir.

Yəni, iddianın inzibati-iqtisad məhkəməsində deyil, məhz Pirallahı rayon məhkəməsində  baxılması üçün iddia ərizəsində formal olaraq cavabdeh qismində göstərilən A.Novruzov da heç Pirallahı rayonunda qeydiyyatda deyilmiş. Sonrakı araşdırmalarda isə A.Novruzov nə iddiaçını, nə də cavabdehləri tanımadığı barədə Pirallahı rayon Polis idarəsinə təqdim etdiyi izahatda göstərir. A.Novruzovun heç bu fırıldaqçı F.İbrahimovla da tanışlığının olmaması isə iddia ərzəsinə onun adının məhz hakim Ə.Qəhrəmanovun tövsiyəsi ilə salınması faktını bir daha sübut edir ki, bu da məhkəmə hakimi adını daşıyan birisinin fırıldaqçı ilə cinayət əlaqəsinə girməyi və ona ortaqlıq etməsini təsdiqləyir.

Beləliklə, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin hakimi Qəhrəmanov Əkrəm Sabir oğlu fırıldaqçılığı açıq məhkəmə çəkişməsində sübuta yetirilən İbrahimov Fikrət Vəli oğlunun sifarişi ilə, aidiyyat prinsipini pozaraq iddiaçı və cavabdehlərin heç birinə aidiyyatı olmayan məhkəmədə, heç bir əsası olmayan iddia əsasında gizli şəkildə qurama məhkəmə işi açmaqla, məhkəmə prosesinə dair cavabdehlərin heç birinə hər hansı bir xəbərdarlıq etmədən, iddiaçı tərəfindən tərtib olunub birtərəfli qaydada imzalanan saxta «müqaviləyə» hüquqi sənəd kimi istinad etməklə 26.07.2017-ci il tarixdə mənə və ailə üzvlərimə qarşı qanunsuz 2(094)-396/2017 saylı absurd və heç bir məntiqə sığmayan Qətnamə qəbul edir. Bununla da o bizim ailənin başına gətiriləcək faciələrin başlanğıcını qoyur!

Bu qətnamədən mən ancaq altı ay sonra təsadüf nəticəsində xəbər tuturam. İş materialları ilə tanış olanda isə bu qanunsuzluqların, haqsızlıqların və saxtakarlıqların ədalət məhkəməsi hakimi adlandırılan birisi tərəfindən verilməsinə inana bilmirəm! Ancaq əfsuslar olsun ki, bu həqiqət imiş. Hüquqşünaslar daxil olmaqla iş materialları ilə tanış olan hər bir kəs, ölkəmizdə hakimlər tərəfindən edilən bir çox ədalətsizliklərlə rastlaşdıqlarını, lakin bu işdə məhkəmə hakimi tərəfindən həyasızcasına törədilən açıq-aşkar saxtakarlıqlara və özbaşınalıqlarla ilk dəfə rastlaşdıqlarını qeyd edirlər. Yəni, bir fırıldaqçının əlində alətə çevrilmiş və öz şəxsi maraqları naminə hər bir əskikliyə razı olan, bu cür saxtakarlıqlara imza atmaqla qanunları aşkarcasına ayaq altına atan birisi hansı haqla hakim adını daşıya bilir?!

Görəsən, bu Ə.Qəhrəmanov nəyə arxalanaraq qanunları bu cür tapdalayır? Bəs bu saxtakarlıqların açıq-aydın ortalıqda olduğu halda nə üçün ölkəmiz adına ləkə gətirən bu qətnamə yuxarı məhkəmə instansiyalarında da öz qüvvəsində saxlanılır? Birtərəfli qaydada imzalanan kağız parçasına necə «müqavilə» adı ilə hüquqi sənəd kimi istinad edilə bilər?

İddiaçı və cavabdehlərin heç birinin Pirallahı rayonunda pasport qeydiyyatında olmadığı halda Pirallahı rayon məhkəməsi bu işi necə icraata qəbul edir? Əgər mübahisə iki hüquqi şəxs arasındadırsa bu işə qanunla inzibati-iqtisad məhkəməsində baxılması tələb olunduğu halda, hansı əsasla bu işə Pirallahı rayon məhkəməsində baxılır? Məhkəmə tərəfindən aidiyyat prinsipi bu cür açıq-aşkar necə pozula bilər? “İddiaçıya guya cavabdehin telefon nömrəsini verdiyi üçün” iddia ərizəsində cavabdeh qismində göstərilmiş A.Novruzov nə iddiaçını, nə də cavabdehləri tanımadığı barədə Pirallahı RPİ verdiyi izahatının ortalıqda olduğu halda niyə bu saxtakarlıqlara son qoyularaq ədalət bərqərar olunmur? Niyə məhkəmə prosesi cavabdehlərin heç birini məhkəmədə iştirakı təmin edilmədən gizlin şəkildə keçirilir?

Niyə Ali Məhkəmə tərəfindən bu biabırçılıqlara göz yumulur? Niyə Ali Məhkəmə bu qanunsuz qətnaməni müdafiə edir və ən əsası niyə bu işin Ali Məhkəmənin Plenumuna çıxarılması məsələsini aylarla uzadır?

Qazaxıstan Respublikası Manqistau Vilayət Məhkəməsinin İbrahimov Fikrət Vəli oğlunun Rəhimli Vüsalə Mahmud qızına borcunu təsdiqləyən qanuni Qətnaməsini tanımalı olduğu halda, nəyə görə Ali Məhkəmə rəhbərliyi Qazaxıstan və Azərbaycan respublikaları arasında bağlanmış hüquqi yardım haqqında müqavilənin tələblərinə zidd olaraq bu Qətnaməni əsassız və qanunsuz olaraq təftiş edir və tanınmasından heç bir əsas göstərilmədən imtina edir? Niyə ayrı-ayrı şəxslərin və fırıldaqçılığı açıq məhkəmə çəkişməsində sübuta yetirilən, lakin mötəbər bir şəxsin yaxın qohumu olduğu üçün F.İbrahimovun çirkin maraqları, ölkə qanunlarından və həmçinin beynəlxalq hüquq normaları və qanunlarından üstün tutulur?

Niyə hətta möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatların daha da dərinləşdirilməsinə dair verdiyi fərmandan sonra da bu ədalətsizliklərə və qanunsuzluqlara son qoyulmur?

Artıq bir ilə yaxındır ki, bu fırıldaqçı F.İbrahimovun sifarişi ilə Sizin rəhbərlik etdiyiniz məhkəmələr tərəfindən mənim və ailə üzvlərimin başına olmazın faciələr gətirilir. Bu saxta məhkəmə qətnamələri icraya yönəldilərək bizə zülm edilir, borclu kimi ölkə hüdudlarından qırağa çıxmağa qadağalar tədbiq olunur. Niyə öz vətəndaşlarımıza, indiyə qədər heç kimin haqqına girməyən, illər boyu öz xalqına və ölkəsinə vicdanla qulluq edən, millətini, dövlətini sevərək onları ölkə hüdudlarından kənarda da layiqincə tərənnüm edən bir ziyalıya, elmlər doktoru və iş adamına, və həmçinin onun ailəsinə qarşı bu qədər haqsızlıqlar törədilməlidir? Sizin ailəniz yoxdurmu? Bir fırıldaqçının sifarişi ilə heç bir günahı olmayan insanlara qarşı bu qədər haqsızlıqların törədilməsini Siz necə qəbul edirsiniz?

Biz başqa bir şey istəmirik, ancaq öz Konstitusiya haqlarımızı tələb edərək, bu işin qanuna uyğun şəkildə Ali Məhkəmə Plenumuna çıxarılıb baxılmasını və ədalətli qərar qəbul edilməsini istəyirik! Əgər bizim bir günahımız aşkarlansa, ona görə cəzamızı çəkməyə hazırıq. Əks təqdirdə bizim bu haqsızlıqlarla barışmaq fikrimiz yoxdur və ədalət öz yerini tutana qədər mübarizə apararaq, F.İbrahimov tipli fırıldaqçıları, ona havadar olan saxtakarları və rüşvətxorları ifşa edəcəyik!”

 

Hörmətlə: Ağayev Sakin Abdulhüseyn oğlu,   

Heç bir səbəb olmadan Azərbaycan məhkəmələri tərəfindən zülmə məruz qalan ailənin nümayəndəsi

Əlaqə telefonu:  012 490 29 13, mob. 050 213 13 04.

Ünvan: Bakı şəh., İnşaatçılar pr-ti, ev 4a, mənzil 41.

loading...
loading...
Sabiq deputat imkansız tələbələrə dəstək üçün “Savadlı Gələcək Naminə” səhifəsi yaratdı
Turistləri ildırım vurdu: 3 ölü, 22 yaralı...
Bu şəhərin var olmadığını sübut edənə 1 miyon avro veriləcək - MARAQLI
Bitki çaylarının içindən böcək parçaları, qaş və kiprik çıxdı - İNANILMAZ...
Ölkəni qana bulayacaqdı, son anda yaxalandı - FOTO
Pulsuz hüquqi xidmət

Nabranda hər cür şəraiti olan 1 otaqlı, 2 otaqlı, 3 otaqlı kotej tipli kirayə evlər. Əlaqə nömrəsi – (050 311 11 64); (055 681 11 64)

Lor Hospital
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika
Hadisə
"Azərbaycanda saxlandığı şərait və ona gostərilmiş münasibət məni çox məyus etmişdi"
Maraqlı
Amerikada sudan kərə yağı hazırlayacaqlar - MARAQLI...
Dünya
İsrail "Dəmir yumruğ"unu göstərdi - VİDEO
Cəmiyyət
“Xəbərin mənbəyi kimi jurnalistləri qınayırlar, amma problem ondadır ki..."
Cəmiyyət
“50 il incəsənətdə olsam da heç vaxt kollektivə doğum günüm olduğunu bildirməmişəm"
Həftənin ən çox oxunanları
“Yekə arvadsan” - Nigar Camal elə bir videosunu yaydı ki…
"Rusiya heyəti Dərbənd şəhərinə yaxınlaşan zaman qırıcının qalıqları tapılıb və..."
Onlar universitetə qəbul olmağı belə qeyd etdi - İlginc fotolar
Anasına yataq otağından selfi göndərən qız biabır oldu - İntim aləti yaddan çıxarıb - FOTO
Müdafiə Nazirliyində həbslər başladı: Külli miqdarda rüşvət və korrupsiyaya görə...
“Göstəriş verdim ki, erməniləri qandallayıb  camaatın gözü qarşısında  piyada gətirsinlər...” 
Türkiyədə dəhşətli zəlzələ ABŞ-ın gizli silahı ilə törədilib?
Şəbnəm Tovuzlu o gecədən danışdı: "Baş-ayaq yatdıq, Hacıya da demişəm" - VİDEO
Ermənistan “140 hektar torpaq almışıq” dedi, Azərbaycan MN istehzalı cavab verdi - "Gülüş doğurur..."
Cazibədar taekvandoçu paylaşımları ilə diqqət mərkəzində - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2019
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və s. işlər üçün əlaqə:
Telefon: 0502711225, 0507440247 (Whatsapp)